Respublika Perinatal Mərkəzində 7 uşağın ölümü ilə nəticələnən yanğınla bağlı .....                     Bahalı maşınlarınızı satın... işçiyə TEXNİKA ALIN! .....                     Mətləb Bağırovun işi ilə bağlı məhkəmədə xarici kuryer dindirilib .....                     Ermənistanda xarici borcun azalması deyil, .....                     Mənfur plan: fantaziya ilə həqiqətin toqquşması .....                     TƏBİB-ə 4 zərbə birdən: 303 minlik tender ləğv edilib .....                     Rusiya dibə yuvarlanır? .....                     Qərbi Azərbaycan sadəcə hazırkı Ermənistandan ibarət deyil .....                     Fransa səfirinin Qərbi Azərbaycan təxribatı nəyə hesablanıb? .....                     Bakının COP29 TÖHFƏSİ... .....                     Mülayim şimal-qərb küləyi əsəcək .....                     “Kənd Təsərrüfatı və Yeyinti Sənayesi Nazirliyində işləmişəm, .....                     Cavid Qurbanovdan KƏLBƏCƏR AÇIQLAMASI .....                     İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin müəmmalı addımı .....                     Şərur camaatı Fuad Nəcəflidən NARAZIDIR .....                     “Başqa xalqların mahnılarını sırıyırlar” .....                     İrəvan geri çəkildi: Missiya sərhəddən çıxarılır .....                     Kənd Təsərrüfatı Nazirliyində yeni təyinat .....                     Şuşa RMX-nin mebel və inventarla təchizatı .....                     Samirə Bayramovanın Ermənistana girişinə icazə verilməyib .....                     Uşaqpulu buna görə verilmir .....                     Azərbaycan-İran xüsusi təyinatlılarının "Araz - 2024" birgə taktiki təlimi keçirilir .....                     Ermənistanın hərbi xərclərini 70 % artırması militarist büdcənin bariz nümunəsidir .....                     ANAMA-dan 60 min manatlıq Yeni il şənliyi üçün şərt: .....                     Baboşun fanatının başı dərddə .....                     Badımcanı Gürcüstana 34 qəpiyə, Ərəbistana 24 manata satırıq .....                     Ali Məhkəmə təhqir və böhtana məruz qalan şəxsin hansı məhkəməyə müraciət edə biləcəyinə aydınlıq gətirib .....                     Məktəbəhazırlıq qrupları və birinci sinif şagirdlərinin yerdəyişmə prosesi başlayıb .....                     Milli Məclisin plenar iclası başlayıb, .....                     Mirdamət Seyidov Bakı şəhərində kəsilən ağacları yenə “yaşıllaşdırır” .....                     "Bütün tarixi abidələri eyni vaxtda bərpa etmək mümkün deyil" .....                     İndi də bu qurumun əməkdaşları ağac dalında gizlənib... .....                     Bakıda iki nəfəri qətlə yetirməkdə təqsirləndirilən şəxsə .....                     "Niyə görə məni pensiyaya çıxarmırlar?" .....                     Sabiq icra başçısının qardaşına qarşı dələduzluq edən şəxslərdən xəbər var .....                     Naxçıvansayağı təhsil siyasəti... .....                     “Çinar Park”ın dövlətə 100 min manatdan çox vergi borcu var .....                     “Azərbaycan COP29-la bağlı qarşısına qoyduğu bütün hədəflərə nail oldu” .....                     Azərbaycanda DƏHŞƏT: .....                     “Bakı Telefon Rabitəsi” sığortaçı seçib .....                 

"2023-cü ildə ölkədə demokratikləşmə prosesi getmədi" - Arif Hacılı
Tarix: 2-01-2023, 08:30 | Çap et
"2023-cü ildə ölkədə demokratikləşmə prosesi getmədi"
2022-ci ili başa vurduq. Yola saldığımız il ölkəmizin və dünyanın həyatında mühüm hadisələrlə yadda qaldı. Bu ilin fevral ayından başlayan Rusiyanın Ukraynaya qarşı hərbi təcavüzü davam edir, İranda kütləvi etirazlar səngimir, beynəlxalq münasibətlər sistemində gərginliklər artır. Habelə bəşəriyyət bahalaşmadan və kütləvi miqrant axınından əziyyət çəkir. Bütün bunların fonunda 2023-cü ilin də gərgin keçəcəyi gözlənilir.

Yola saldığımız il Azərbaycanın da siyasi həyatında önəmli hadisələrlə zəngin oldu. Azərbaycan ilə Türkiyə arasında Şuşa Bəyannaməsi hər iki ölkənin parlamenti tərəfindən ratifikasiya edildi, bununla da iki qardaş ölkə arasında müttəfiqlik münasibətləri rəsmiləşdi. Mart ayında Xocalı rayonunun Fərrux yüksəkliyində antiteror əməliyyatı keçirildi. Avqust ayında isə “Qisas" adlı cavab əməliyyatı nəticəsində Qırxqız yüksəkliyi, həmçinin Kiçik Qafqaz dağ silsiləsinin Qarabağ silsiləsi boyu Sarıbaba və bir sıra digər əhəmiyyətli hakim yüksəkliklər nəzarətə götürüldü.

Azərbaycanla Türkiyə arasında birgə hərbi təlimlər bu il də davam etdi. “Qardaş yumruğu” təlimi beynəlxalq ictimaiyyətə ciddi mesaj oldu. Prezident İlham Əliyev tərəfindən Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının hazırlanması istiqamətində fəaliyyətə başlanıldı. “Media haqqında”, habelə “Siyasi partiyalar haqqında” qanunlar qəbul edildi. Yüksək vəzifəli məmurlar yola salındı.

DİA.AZ bildirir ki, AYNA 2022-ci ilin yekunları və 2023-cü ildən gözləntilərlə bağlı ekspertlərlə həmsöhbət olub.

YAP-çı deputat Məşhur Məmmədov deyib ki, yola saldığımız il Azərbaycanın siyasi həyatında mühüm bir il olub: “Azərbaycanla Türkiyə arasında müttəfiqlik münasibətlərinin rəsmiləşdirilməsi, Ermənistan silahlı qüvvələrinin təxribatlarına cavab olaraq Azərbaycan Ordusu tərəfindən həyata keçirilən antiterror əməliyyatları, Qarabağ silsiləsi boyu əhəmiyyətli yüksəkliklərin nəzarətə götürülməsi, Türkiyə ilə birgə hərbi təlimlər, Qərbi Azərbaycana Qayıdış Konsepsiyası üzərində hazırlıqlara başlanılması ilin mühüm hadisələridir”.

“Bu il, habelə enerji təhlükəsizliyinin artırılması istiqamətində həyata keçirilən layihələr, ölkəmizin iqtisadi qüdrətinin daha da artması ilə əlamətdar oldu. Cənab Prezident İlham Əliyev tərəfindən həyata keçirilən fenomenal siyasətin məntiqi nəticəsidir ki, bu gün Azərbaycan beynəlxalq miqyasda önəmli bir dövlətə çevrilib. Artıq ölkəmizin rolu və iştirakı olmadan hər hansı layihənin uğur qazanması mümkün deyil”, - deyə deputat bildirib.

Məmmədovun 2023-cü ildən gözləntiləri böyükdür: “Qarşıdan gələn il Zəngəzur dəhlizinin açılması, sülh sazişinin imzalanması istiqamətində mühüm yeniliklər gözləyirəm. Hesab edirəm ki, ölkəmizin beynəlxalq miqyasda rolu daha da güclənəcək. 2020-ci ilin payızında əldə edilən tarixi Zəfərin davamı gələcək”.

Müsavat Partiyasının başqanı Arif Hacılı isə 2022-ci ili ölkəmizin həyatında itirilmiş il kimi qiymətləndirir: “Təəssüf ki, 2022-ci ildə Azərbaycanın qarşısında duran qlobal problemlər öz həllini tapmadı. Qarabağ üzərində ölkəmizin suverenliyi təmin edilmədi. Azərbaycanda iqtisadi böhrana, korrupsiya və rüşvətxorluğa son qoyulmadı, əhalinin sosial vəziyyəti yaxşılaşmadı. Ölkədə demokratikləşmə prosesi getmədi, əksinə, siyasi məhbusların sayı daha da artdı. Fundamental insan haqları kobud şəkildə pozuldu”.

“Bununla belə, 2022-ci ildə regionda çox ciddi hadisələr baş verdi ki, bu, gələn illə bağlı müəyyən pronozlar səsləndirməyə əsas verir. Rusiyanın Ukrayna ilə müharibədə məğlub olması, İranda baş verən etiraz dalğasının böyüməsi nəticəsində regionda geopolitik vəziyyətin dəyişməsi - bu kimi amillər ölkəmizə də təsirsiz ötüşməyəcək”, - deyə siyasətçi söyləyib.

Hacılının 2023-cü ildən müəyyən gözləntiləri mövcuddur: “Xüsusilə Avrasiya məkanında baş verməsi gözlənilən qlobal dəyişikliklər, Rusiyanın məğlub duruma düşməsi fonunda suverenliyimizin bərpa olunmasına, məcburi köçkünlərin öz doğma yurd-yuvalarına dönüşünün təmin ediləcəyinə, ölkədə insan haqları pozuntularına son qoyulacağına, siyasi məhbusların azad ediləcəyinə, demokratik dəyişikliklərin aparılacağına, iqtisadi islahatların həyata keçiriləcəyinə şərait yaradacaq. Ümid edirik ki, 2023-cü il mühüm və önəmli dəyişikliklərin başlanğıc ili olacaq”.

Keçmiş dövlət müşaviri, politoloq Qabil Hüseynli 2022-ci ili dünyanın siyasi həyatında çətin bir il kimi dəyərləndirir: “Bu ilin fevralında Rusiya Ukraynaya qarşı hərbi təcavüzə başladı. Ümid edirdi ki, qısa müddət ərzində Ukraynanı özünə tabe etdirəcək. Lakin buna nail olmadı. Rusiya bu təcavüzlə özünü çıxılmaz vəziyyətə saldı. Dünyaya təsir imkanlarını əhəmiyyətli dərəcədə itirdi, tədric olundu”.

“İranda baş qaldıran kütləvi etirazlar da bizim regionda baş verir. Bütün bunların fonunda Azərbaycanla Türkiyənin yaxınlaşması da diqqətdən yayınmadı. Açıq şəkildə söyləmək olar ki, Türkiyə-Azərbaycan birliyinin timsalında regionda yeni güc mərkəzi formalaşır. Hesab edirəm ki, 2022-ci il 2020-ci ildən başlayan uğurun davamı ili oldu” – deyə Hüseynli fikrini yekunlaşdırıb.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Respublika Perinatal Mərkəzində 7 uşağın ölümü ilə nəticələnən yanğınla bağlı məhkəmə prosesi təxirə salınıb
Bu gün, 15:14
Bahalı maşınlarınızı satın... işçiyə TEXNİKA ALIN! - ÇAĞIRIŞ
Bu gün, 15:12
Mətləb Bağırovun işi ilə bağlı məhkəmədə xarici kuryer dindirilib - TƏFƏRRÜAT
Bu gün, 15:04
Ermənistanda xarici borcun azalması deyil, artması gözlənilir
Bu gün, 14:02
Mənfur plan: fantaziya ilə həqiqətin toqquşması - ƏSLİNDƏ...
Bu gün, 14:00
TƏBİB-ə 4 zərbə birdən: 303 minlik tender ləğv edilib - DETALLAR
Bu gün, 13:58
Rusiya dibə yuvarlanır? - Müharibə bitməsə...
Bu gün, 13:21
Qərbi Azərbaycan sadəcə hazırkı Ermənistandan ibarət deyil - REAKSİYA
Bu gün, 13:17
Fransa səfirinin Qərbi Azərbaycan təxribatı nəyə hesablanıb? - FOTO
Bu gün, 13:10
Bakının COP29 TÖHFƏSİ... - ŞƏRH
Bu gün, 13:05
Mülayim şimal-qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 13:01
“Kənd Təsərrüfatı və Yeyinti Sənayesi Nazirliyində işləmişəm, - paxıllığımı çəkənlər çoxdur”
Bu gün, 12:57
Cavid Qurbanovdan KƏLBƏCƏR AÇIQLAMASI - "...səbirsizliklə gözləyirlər"
Bu gün, 12:54
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin müəmmalı addımı - 10 gündə bir şirkətə 3 milyonluq iki tender...
Bu gün, 12:50
Şərur camaatı Fuad Nəcəflidən NARAZIDIR - ETİRAZA HAZIRLAŞIRLAR
Bu gün, 12:44
“Başqa xalqların mahnılarını sırıyırlar” - ETİRAZ
Bu gün, 12:39
İrəvan geri çəkildi: Missiya sərhəddən çıxarılır - GƏLİŞMƏ
Bu gün, 12:37
Kənd Təsərrüfatı Nazirliyində yeni təyinat - ƏMR
Bu gün, 12:35
Şuşa RMX-nin mebel və inventarla təchizatı 2,3 milyon manata başa gələcək
Bu gün, 12:33
Samirə Bayramovanın Ermənistana girişinə icazə verilməyib - ermənipərəst olsa belə...
Bu gün, 12:25
Uşaqpulu buna görə verilmir - AÇIQLAMA
Bu gün, 12:22
Azərbaycan-İran xüsusi təyinatlılarının "Araz - 2024" birgə taktiki təlimi keçirilir
Bu gün, 12:20
Ermənistanın hərbi xərclərini 70 % artırması militarist büdcənin bariz nümunəsidir - Milli Məclisin komitə sədri
Bu gün, 11:43
ANAMA-dan 60 min manatlıq Yeni il şənliyi üçün şərt: - Spirtli içkilər sertifikatlı olmalıdır
Bu gün, 11:27
Baboşun fanatının başı dərddə - Saxta spirt istehsal edib külli miqdarda vergi borcu yaranıb
Bu gün, 11:20
Badımcanı Gürcüstana 34 qəpiyə, Ərəbistana 24 manata satırıq - QİYMƏTLƏR
Bu gün, 11:16
Ali Məhkəmə təhqir və böhtana məruz qalan şəxsin hansı məhkəməyə müraciət edə biləcəyinə aydınlıq gətirib - DETALLAR
Bu gün, 11:08
Məktəbəhazırlıq qrupları və birinci sinif şagirdlərinin yerdəyişmə prosesi başlayıb - DİQQƏT
Bu gün, 11:06
Milli Məclisin plenar iclası başlayıb, gələn ilin büdcəsi müzakirə olunacaq
Bu gün, 11:05
Mirdamət Seyidov Bakı şəhərində kəsilən ağacları yenə “yaşıllaşdırır” - İLGİNC FAKTLAR...
Bu gün, 11:04
"Bütün tarixi abidələri eyni vaxtda bərpa etmək mümkün deyil" - Eldar Əzizov
Bu gün, 10:58
İndi də bu qurumun əməkdaşları ağac dalında gizlənib... - Xalqa qarşı açılan AYNA-lı...
Bu gün, 10:47
Bakıda iki nəfəri qətlə yetirməkdə təqsirləndirilən şəxsə HÖKM OXUNUB
Bu gün, 10:45
"Niyə görə məni pensiyaya çıxarmırlar?" - NARAZILIQ VAR...
Bu gün, 10:41
Sabiq icra başçısının qardaşına qarşı dələduzluq edən şəxslərdən xəbər var - TƏFƏRRÜAT
Bu gün, 10:38
Naxçıvansayağı təhsil siyasəti... – korrupsiya və zorakılığa “hə”, əlavə dərsə “yox”!
Bu gün, 10:30
“Çinar Park”ın dövlətə 100 min manatdan çox vergi borcu var - Biznes mərkəzini idarə edir...
Bu gün, 10:22
“Azərbaycan COP29-la bağlı qarşısına qoyduğu bütün hədəflərə nail oldu” - deputat
Bu gün, 10:17
Azərbaycanda DƏHŞƏT: qardaş qardaşı öldürdü
Bu gün, 10:12
“Bakı Telefon Rabitəsi” sığortaçı seçib
Bu gün, 10:05
Deputat Əminə Ağazadə MDB PA-nın Hüquqi məsələlər üzrə daimi komissiyasının sədr müavini seçilib - FOTO
Bu gün, 10:04
Azərbaycan Mərkəzi Bankı sığortaçı seçib
Bu gün, 09:48
Rusiya ordusu yeni hücuma hazırlaşır - “DeepState”
Bu gün, 09:47
Bu gündən COP29 zolaqları qüvvədən düşüb - DİQQƏT
Bu gün, 09:43
İşçisini acımasızcasına döyən aptek müdiri OLİQARX ÇIXDI... - SİYAHI
Bu gün, 09:42
Kredit sənin üçün bitib, bizim üçün yox... - Bir "Kontakt Home" NAĞILI...
Bu gün, 09:25
Elmi-Tədqiqat Kardiologiya İnstitutu kotirovka sorğusuna yekun vurub
Bu gün, 09:20
AMB işğaldan azad edilmiş ərazilərdə poçt filialına bank lisenziyası verib - İLK DƏFƏ...
Bu gün, 09:19
Bakıda maraqlı boşanma: Milyoner cütlüyün toydan bir ay sonrakı DAVASI - TƏFƏRRÜAT
Bu gün, 09:17
Vilsondan bəri ən ermənipərəst administrasiya… - Tenni
Bu gün, 09:13
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru