Ermənistan ərazi iddialarından rəsmən əl çəkməlidir .....                     Ermənistan prezidenti Azərbaycanla sərhədlərin delimitasiyası üzrə komissiyaların birgə fəaliyyəti haqqında reqlamenti təsdiqləyib .....                     “Avropa liderləri İlham Əliyevdən dərs almalıdırlar" .....                     DİQQƏT! Avtomobil suya düşərsə, necə xilas ola bilərik? .....                     “Sabah”ın afrikalı uşaqlarının İsveçrə macərası: Azərbaycan futbolunu kimlər biabır edir? .....                     Sülh sazişini bu formada imzalamağa hazırıq .....                     "COP29 Azərbaycanın dünya əhəmiyyətli dövlətə çevrildiyini göstərir" .....                     “İdarə rəhbərinin bizi görməyə gözü yoxdur...” .....                     Bakıda məşhur "AVVA" mağazalar şəbəkəsinin rəhbərinə cinayət işi açılıb .....                     Həm maaş, həm də pensiya alan deputatlar .....                     Qonşu ölkədə dollar kəskin bahalaşdı .....                     Xankəndidə ölən erməni qadının qızı: “Bura gətirə bilmədik” .....                     Bakıya getməyə məcburuq .....                     Dağlıq ərazilərdə qar yağacağı ehtimalı var .....                     Payız-qış mövsümündə istismar rejiminə keçidlə bağlı tədbirlər davam etdirilir .....                     "Hüseynoglu Residence" YAŞILLIĞA QƏNİM KƏSİLİB .....                     BRİKS Qlobal Cənub üçün "yapışdırıcı" ola bilər .....                     Neft Fondunun ən çox yatırım etdiyi İT nəhəngləri: .....                     Aİ Rusiya əleyhinə sanksiyaları gücləndirir: .....                     “Ermənistan və Türkiyə nümayəndələrinin görüşü olacaq” .....                     Saleh Məmmədovun müşavirinin oğlu da ölkədən pul çıxarıb? .....                     Tuneldə ölən Elnurun ailəsi fəryad edir: Günahkarlar cavab versin! .....                     Təbrizdə divarlara bu cümlələr yazıldı .....                     Tehran-İrəvan uçuşları Təbrizdən həyata keçiriləcək .....                     Qarabağ separatçısı bəraət aldı .....                     “Çalışırlar yuxarıdakıların xoşuna gəlsin, amma…” .....                     Nazim Quliyevin cinayət işi üzrə məhkəmə baxışı başlayıb .....                     İki ildir pensiyasından qanunsuz olaraq PUL TUTULUR... .....                     Qərbin Bakıya yeni hücumları: bu dəfə COP29 hədəfdədir .....                     Dönərlərin təhlükəsizliyinin SÜBUTU .....                     Suvarma suyuna görə alınan rüşvət üçqat artırılıb .....                     Etibar Məmmədov 50 millyondan şox soydaşımızın yaşadığı İranın bombalanması ehtimalından danışdı... .....                     “Özünü Aygünə oxşadır” deyənlərə Xatundan REAKSİYA .....                     Əliyev-Paşinyan dialoqu BRICS-ə damğa vurub .....                     “Avtoqol”la uduzanlar… .....                     2024-cü ildə dünya superdövlətləri: .....                     “Ola bilsin ki, yaxınlarda, ilin sonunadək hansısa aralıq sənəd imzalansın” .....                     “Bakıya getməyə məcburuq! – 32 ailə, 32 qız…” .....                     Vətəndaşlar "AccessBank"dakı pullarını geri çəkirlər .....                     Nazirlik “Azərmaş”dan 828 min manata 3 ədəd avtobus alır .....                 

“ALDP heç vaxt YAP-ın siyasi kursunu dəstəkləməyib” - Fuad Əliyev
Tarix: 15-02-2023, 08:07 | Çap et
 “ALDP heç vaxt YAP-ın siyasi kursunu dəstəkləməyib”
“Siyasi partiyalar haqqında” yeni qanunun təsdiqlənməsindən sonra ölkədə fəaliyyət göstərən bir sıra siyasi partiyalar hakim Yeni Azərbaycan Partiyasına (YAP) birləşmək qərarı verib.

Həmin partiyaların bu addımı yenidən qeydiyyat problemi ilə bağlıdır. “Siyasi partiyalar haqqında” yeni qanunda partiyaların qeydiyyata alınması üçün ən azı 5000 üzv tələb edilir. Həmin partiyalar isə bu tələbə cavab vermir. Baxmayaraq ki, partiyalara yeni qanuna uyğunlaşmaq üçün 6 ay vaxt verilib, YAP-a birləşmək istəyən təşkilatlar bu müddət ərzində də 5000 üzv toplaya bilməyəcəklərini düşünür.

YAP-a birləşmək istəyən partiyalar arasında Sosial Rifah Partiyası, Azərbaycan Naminə Alyans Partiyası, Azərbaycan Liberal-Demokrat Partiyası və bu kimi partiyaların adı çəkilir.

Məlumat üçün deyək ki, adıçəkilən partiyalar uzun müddətdir ki, fəaliyyət göstərir və hakimiyyətə yaxın siyasi təsisatlar hesab olunurlar. Digər müxalifət və qeydiyyatla bağlı problem yaşayan partiyalar Qubad İbadoğlu kimi partiyasını qapadacaq, yoxsa hansısa birləşmə mümkündürmü?

AĞ Partiya başqanı Tural Abbaslı yeni qanundan narazılığını gizlətmədi: “Azərbaycanda yaradılmış siyasi mühit elə bir vəziyyət yaradıb ki, qeydiyyatdan keçmiş 60-a yaxın partiyanın bir çoxu bu qanundan qabaq da demək olar ki, faktiki olaraq fəaliyyətini dayandırmışdı. Ən yaxşı halda partiyaların 80%-i bir sədrlə təmsil olunurdu. Bir çoxunun rayon təşkilatları, üzvləri yox idi. Heç partiyalar var idi ki, bir otaqdan ibarət qərargahları belə yox idi. Yer tutmağa belə tələsmirdilər. Həmin partiya sədrləri müəyyən yerlərdə özlərini sədr kimi təqdim etməkdən başqa heç bir siyasi fəaliyyət göstərmirdilər. Düzdür, fəaliyyət göstərən partiyalar da var idi. Amma bu çox az sayda idi. 10-15 partiya var idi ki, müxtəlif təzyiqlərə rəğmən yenə də fəaliyyətlərini davam etdirirdilər. Amma siyasi mühit partiyaların perspektivinə mane olurdu. Ona görə də bu gün Azərbaycanda demək olar ki, sadə bir şərtə görə partiyalar sıradan çıxır. YAP-a birləşmək istəyən, yaxud bu imzaları təhvil verə bilməyən partiyalar zatən Azərbaycan siyasi səhnəsində yox idilər. Amma bu qanun azdan-çoxdan mövcud olan bəzi partiyalara maneçilik törədəcək. Siyasi proseslərdə iştirak edən, parlament seçkilərində azdan-çoxdan namizədlərlə iştirak edən, prezident seçkilərində iştirak etməyə cəhd göstərən, bələdiyyə seçkilərində proseslərə qoşulan, siyasi proseslərə rəy bildirən, təsir etməyə çalışan, müsahibələr verən, cəmiyyətdə rəy yaratmağa çalışan az sayda partiyalar var idi. Onlar da bu qanunla çətinliyə düşmüş olub”.

Partiya başqanı partiyasının üzvlük məsələsində heç bir problem yaşamadığını da qeyd etdi: “Biz hətta günü sabah belə siyahıları təqdim edə bilərik. Çünki bizdə zatən üzvlər elektronlaşdırılıb. Əslində partiyaların digər partiyalara birləşmələri bir az ideoloji məsələ olmalıdır. Partiyaların ideoloji xətləri eyni deyilsə, necə birləşə bilərlər. Şəxsi maraqları da təmin etmək üçün iqtidar partiyası ilə birləşib, ola bilsin ki, oradan nəsə almaq düşüncəsi olsun. Amma ideoloji xətləri uyğun olmayan partiyaların birləşməsi, sadəcə, gülüncdür. Məsələn, AG Partiya Azərbaycanda heç bir siyasi partiyaya birləşməz. Buna heç ehtiyacımız da yoxdur. İdeoloji baxımdan biz heç müttəfiq belə olmuruq”.

Azərbaycan Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev problem yaşamayacaqlarına ümid edir: “Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) Yeni Azərbaycan Partiyasına birləşəcəyi ilə bağlı xəbər həqiqətə uyğun deyil. ALDP heç vaxt YAP-ın siyasi kursunu dəstəkləməyib. Biz müxalifət partiyası olaraq daim onların siyasətini tənqid etmişik. Bu gün də daxili siyasətlə, sosial problemlərlə bağlı tənqidi çıxışlar edirik. Biz hansısa partiya ilə birləşmək fikrimiz yoxdur. ALDP ilə kimlər birləşmək istəyərsə, təklifləri müzakirə etməyə hazırıq.

“Siyasi Partiyalar haqqında” yeni qanuna uyğun olaraq, hər bir partiya 5 min üzvün qeydiyyatını aparmalıdır. Bu istiqamətdə heç bir çətinliyimiz yoxdur, kifayət qədər üzvümüz var, sənədləri vaxtında Ədliyyə Nazirliyinə təqdim edəcəyik. Bu istiqamətdə də hazırda işləyirik. Üzvlərimizə bir daha baxış keçiririk. Çünki 24 illik partiyayıq. Üzvlərdən rəhmətə gedənlər, yaxud partiyadan çıxanlar da ola bilər. Biz indi onları araşdırırıq. Lazım olan 5 min üzvdən çox siyahı da təqdim edə bilərik".

AMİP Mərkəzi Şurasının sədri Rəşad Bayramov bəzi partiyaların YAP-a birləşməsinin ən doğru qərar olduğunu söylədi: “Əslində "Siyasi partiyalar haqqında" yeni qanunun qəbulundan sonra bir sıra partiyaların Yeni Azərbaycan Partiyasına birləşəcəyi və ya hansısa partiyaların öz aralarında birləşmək qərarı alacağı gözlənilən idi. Burada partiyaların təkrar qeydiyyat üçün 5000 üzv olması şərti əsas rol oynasa da, eyni şəkildə bir sıra partiyaların ölkənin siyasi həyatında aktiv rol almaması da səbəblərdən biridir.

AMİP olaraq hər bir partiyanın öz gələcək fəaliyyəti ilə bağlı qəbul etdiyi qərara sayğı ilə yanaşırıq və bu yöndə istənilən qərarın qəbulunu partiyaların daxili işi hesab edirik. Düşünürəm ki, hakimiyyətin siyasi kursunu dəstəkləyən və ayrılıqda siyasi proseslərə təsir imkanı olmayan partiyaların elə YAP-a birləşməsi ən uyğun qərardır. Eyni şəkildə ideoloji baxışları və siyasi proseslərə münasibətləri eyni olan, təkbaşına fəaliyyət və təsir imkanları yetərli olmayan partiyaların da öz aralarında birlik qərarları alması müsbət addım olardı. Konkret adını çəkdiyiniz partiyalara gəldikdə isə deməliyəm ki, bu haqda məlumatlar getdikdən sonra Sosial Rifah Partiyasının sədri Əsli xanım və Liberal Demokrat Partiyasının sədri Fuad bəy həmin məlumatları təkzib edən açılamalarla çıxış ediblər. Liberal Demokrat Partiyasının bütün səviyyəli seçkilərdə öz namizədləri ilə iştirak etdiyini nəzərə alaraq, partiyanın təyin olunan müddət ərzində müvafiq sayda insanı səfərbər edərək qeydiyyat işini müsbət həll edə biləcəyinə inanıram. Amma yenə təkrar edirəm ki, ölkədə kifayət qədər partiya var ki, onların fəaliyyəti hiss olunmur və ictimai rəyə təsir etmək imkanları yox səviyyəsindədir. Odur ki, yeni siyasi münasibətlərin fonunda bu partiyaların YAP-a birləşmə və ya öz aralarında birlik qərarları verməsi ən düzgün addım olardı.

Azərbaycan Milli İstiqlal Partiyası olaraq bizim təbii ki, hər hansı bir qeydiyyat problemimiz yoxdur. Biz ən yaxın vaxtlarda tələb olunan siyahıları müvafiq dövlət qurumuna təqdim edəcəyik".
“Yeni Müsavat”









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Ermənistan ərazi iddialarından rəsmən əl çəkməlidir - Başqa yolu yoxdur...
Bu gün, 14:00
Ermənistan prezidenti Azərbaycanla sərhədlərin delimitasiyası üzrə komissiyaların birgə fəaliyyəti haqqında reqlamenti təsdiqləyib
Bu gün, 13:58
“Avropa liderləri İlham Əliyevdən dərs almalıdırlar" - Rusiyalı politoloq
Bu gün, 13:56
DİQQƏT! Avtomobil suya düşərsə, necə xilas ola bilərik? - Ekspert AÇIQLADI
Bu gün, 13:50
“Sabah”ın afrikalı uşaqlarının İsveçrə macərası: Azərbaycan futbolunu kimlər biabır edir? - FOTOLAR
Bu gün, 13:42
Sülh sazişini bu formada imzalamağa hazırıq - Qriqoryan
Bu gün, 13:39
"COP29 Azərbaycanın dünya əhəmiyyətli dövlətə çevrildiyini göstərir" - Vüqar Oruc
Bu gün, 13:33
“İdarə rəhbərinin bizi görməyə gözü yoxdur...” - NARAZILIQ VAR...
Bu gün, 13:30
Bakıda məşhur "AVVA" mağazalar şəbəkəsinin rəhbərinə cinayət işi açılıb - SƏBƏB
Bu gün, 13:16
Həm maaş, həm də pensiya alan deputatlar - SİYAHI
Bu gün, 13:09
Qonşu ölkədə dollar kəskin bahalaşdı – Azərbaycanı nə gözləyir?
Bu gün, 13:01
Xankəndidə ölən erməni qadının qızı: “Bura gətirə bilmədik” - "Bir müddətdir anamla danışmırdım"
Bu gün, 12:59
Bakıya getməyə məcburuq - Erməni jurnalist
Bu gün, 12:57
Dağlıq ərazilərdə qar yağacağı ehtimalı var - belə deyirlər...
Bu gün, 12:55
Payız-qış mövsümündə istismar rejiminə keçidlə bağlı tədbirlər davam etdirilir - VİDEO
Bu gün, 12:53
"Hüseynoglu Residence" YAŞILLIĞA QƏNİM KƏSİLİB - cəzasız qalmadı...
Bu gün, 12:51
BRİKS Qlobal Cənub üçün "yapışdırıcı" ola bilər - İndoneziya xarici işlər naziri
Bu gün, 12:47
Neft Fondunun ən çox yatırım etdiyi İT nəhəngləri: - “Apple" və “NVIDIA”ya yatırımlar kəskin artıb
Bu gün, 12:42
Aİ Rusiya əleyhinə sanksiyaları gücləndirir: - ABŞ-da siyasət dəyişikliyi gözlənilir
Bu gün, 12:37
“Ermənistan və Türkiyə nümayəndələrinin görüşü olacaq” - “News.am”
Bu gün, 12:30
Saleh Məmmədovun müşavirinin oğlu da ölkədən pul çıxarıb? - “Siracoglu” MMC hakim qarşısında
Bu gün, 12:26
Tuneldə ölən Elnurun ailəsi fəryad edir: Günahkarlar cavab versin! - VİDEO
Bu gün, 12:23
Təbrizdə divarlara bu cümlələr yazıldı - FOTO
Bu gün, 12:20
Tehran-İrəvan uçuşları Təbrizdən həyata keçiriləcək
Bu gün, 12:18
Qarabağ separatçısı bəraət aldı - FOTO
Bu gün, 12:14
“Çalışırlar yuxarıdakıların xoşuna gəlsin, amma…” – Əkrəm Əylisli
Bu gün, 12:09
Nazim Quliyevin cinayət işi üzrə məhkəmə baxışı başlayıb - DETALLAR
Bu gün, 12:02
İki ildir pensiyasından qanunsuz olaraq PUL TUTULUR... - BU NƏDİ BELƏ?..
Bu gün, 12:00
Qərbin Bakıya yeni hücumları: bu dəfə COP29 hədəfdədir - NƏ ETMƏLİ?
Bu gün, 11:48
Dönərlərin təhlükəsizliyinin SÜBUTU – Kafe və restoranlardakı qidalar AQTA nəzarətindən keçirmi?
Bu gün, 11:47
Suvarma suyuna görə alınan rüşvət üçqat artırılıb - İTTİHAM VAR...
Bu gün, 11:45
Etibar Məmmədov 50 millyondan şox soydaşımızın yaşadığı İranın bombalanması ehtimalından danışdı... - “Olacağa çarə yoxdur”...
Bu gün, 11:35
“Özünü Aygünə oxşadır” deyənlərə Xatundan REAKSİYA - “Mən o qədər…”
Bu gün, 11:33
Əliyev-Paşinyan dialoqu BRICS-ə damğa vurub - “Nezavisimaya qazeta”
Bu gün, 11:31
“Avtoqol”la uduzanlar… - REPLİKA
Bu gün, 11:26
2024-cü ildə dünya superdövlətləri: - ilk 10-luğa hansı ölkələr daxildir?
Bu gün, 11:21
“Ola bilsin ki, yaxınlarda, ilin sonunadək hansısa aralıq sənəd imzalansın” - GƏLİŞMƏ
Bu gün, 11:09
“Bakıya getməyə məcburuq! – 32 ailə, 32 qız…” - Akopyan
Bu gün, 11:07
Vətəndaşlar "AccessBank"dakı pullarını geri çəkirlər - NƏ BAŞ VERİR?
Bu gün, 10:57
Nazirlik “Azərmaş”dan 828 min manata 3 ədəd avtobus alır - TƏFƏRRÜAT
Bu gün, 10:50
Nazirin vəzifə verdiyi komandiri Beyləqanda qalmaqal yaradıb... - İLGİNC İDDİALAR
Bu gün, 10:44
4 il əvvəl evinin yanına raket düşdü, hələ də təmir edilmir – “Adımdan akt tərtib ediblər ki, guya, evin xərcini özüm çəkəcəm...”
Bu gün, 10:39
Türkiyədə polislərlə terrorçular arasında atışma olub, qırmızı bülletenlə axtarılan PKK üzvü öldürülüb
Bu gün, 10:28
BRICS nəhəng iqtisadi güc mərkəzinə çevrilib - İsrafil Kərimovun yazısı
Bu gün, 10:26
Dövlət Neft Fondunun səhmlərdən əldə etdiyi gəlirlər 6,4 mlrd. dollara çatıb - RƏSMİ
Bu gün, 10:23
“Azərbaycan Dəmir Yolları” QSC-də yeni İXTİSAR DALĞASI - NARAHATÇILIQ VAR...
Bu gün, 10:22
Hüseynbala Mirələmov Hadı Rəcəbli ilə bağlı heç yerdə olmayan məlumatları açıqladı
Bu gün, 10:11
Sevgili roluna girib hamını aldatdılar, qadın özünü PARTLATDI - TƏFƏRRÜAT
Bu gün, 10:05
"Bu kəşfiyyatın bir hissəsi ABŞ-ın İrəvandakı səfirliyindədir, bir hissəsi isə Avropa İttifaqının Azərbaycanla olan sərhədindədir" - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 10:01
Avropa Parlamentindən anti-Azərbaycan teatrı... - “Bakı ilə qaz sazişini...”
Bu gün, 09:58
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru