Saleh Məmmədovun müşavirinin oğlu da ölkədən pul çıxarıb? .....                     Tuneldə ölən Elnurun ailəsi fəryad edir: Günahkarlar cavab versin! .....                     Təbrizdə divarlara bu cümlələr yazıldı .....                     Tehran-İrəvan uçuşları Təbrizdən həyata keçiriləcək .....                     Qarabağ separatçısı bəraət aldı .....                     “Çalışırlar yuxarıdakıların xoşuna gəlsin, amma…” .....                     Nazim Quliyevin cinayət işi üzrə məhkəmə baxışı başlayıb .....                     İki ildir pensiyasından qanunsuz olaraq PUL TUTULUR... .....                     Qərbin Bakıya yeni hücumları: bu dəfə COP29 hədəfdədir .....                     Dönərlərin təhlükəsizliyinin SÜBUTU .....                     Suvarma suyuna görə alınan rüşvət üçqat artırılıb .....                     Etibar Məmmədov 50 millyondan şox soydaşımızın yaşadığı İranın bombalanması ehtimalından danışdı... .....                     “Özünü Aygünə oxşadır” deyənlərə Xatundan REAKSİYA .....                     Əliyev-Paşinyan dialoqu BRICS-ə damğa vurub .....                     “Avtoqol”la uduzanlar… .....                     2024-cü ildə dünya superdövlətləri: .....                     “Ola bilsin ki, yaxınlarda, ilin sonunadək hansısa aralıq sənəd imzalansın” .....                     “Bakıya getməyə məcburuq! – 32 ailə, 32 qız…” .....                     Vətəndaşlar "AccessBank"dakı pullarını geri çəkirlər .....                     Nazirlik “Azərmaş”dan 828 min manata 3 ədəd avtobus alır .....                     Nazirin vəzifə verdiyi komandiri Beyləqanda qalmaqal yaradıb... .....                     4 il əvvəl evinin yanına raket düşdü, hələ də təmir edilmir .....                     Türkiyədə polislərlə terrorçular arasında atışma olub, .....                     BRICS nəhəng iqtisadi güc mərkəzinə çevrilib .....                     Dövlət Neft Fondunun səhmlərdən əldə etdiyi gəlirlər 6,4 mlrd. dollara çatıb .....                     “Azərbaycan Dəmir Yolları” QSC-də yeni İXTİSAR DALĞASI .....                     Hüseynbala Mirələmov Hadı Rəcəbli ilə bağlı .....                     Sevgili roluna girib hamını aldatdılar, qadın özünü PARTLATDI .....                     "Bu kəşfiyyatın bir hissəsi ABŞ-ın İrəvandakı səfirliyindədir, bir hissəsi isə Avropa İttifaqının Azərbaycanla olan sərhədindədir" .....                     Avropa Parlamentindən anti-Azərbaycan teatrı... .....                     Kazan görüşünün ARDINDAN... .....                     Gürcüstanda seçkilərdən sonra toqquşmalar və iğtişaşlar qaçılmazdır .....                     “Ziraat Bank Azərbaycan”ın İdarə Heyətinə təyinat olub .....                     Cavid Qurbanovun obyektlərinə CƏRİMƏ KƏSİLİR .....                     İtaliya XİN başçısının müavini Avropa Parlamentinin .....                     Fuad Nəcəfli səhiyyə nazirini HƏDƏFƏ ALIB .....                     Bayden Əliyev və Paşinyana konkret hansı təklifləri edib? .....                     Gürcü Arzusu qalib gəlsə... .....                     Yusif Təhməzovun Sumqayıt gömrüyündəkı yadiğarları .....                     “Oğuz Aqrotexservis” ASC-nin səhmdarları toplanır .....                 

"Leyla Yunus 96 və yaxud 100 nəfərlik siyahı yaza bilər, amma..." - Novella Cəfəroğlu
Tarix: 2-03-2023, 08:31 | Çap et
"Leyla Yunus 96 və yaxud 100 nəfərlik siyahı yaza bilər, amma..."
Əfv Komissiyasının iclasları intensivləşib. Yayılan məlumatlara görə, artıq 1000-dən çox müraciətə baxılıb. Bəzi təcrübələri yada salsaq, mümkündür ki, Novruz bayramı ərəfəsində Prezidentin əfv sərəncamı imzalansın. İlham Əliyevin bir imzası ilə yüzlərlə dustağın azadlığa çıxması və normal həyata qayıtması gözlənilir. Bəs bu dəfə də bir çox siyasi-ictimai fəalların, o cümlədən ömürlük iş alan OMON-çuların da azadlığa çıxacağı gözlənilirmi?

Bu arada Avropada yaşayan bəzi hüquq müdafiəçiləri Azərbaycandakı siyasi dustaqların siyahısını yayıblar. Leyla Yunusun tərtib etdiyi həmin siyahıya görə Azərbaycan həbsxanalarında 96 siyasi dustaq var. Bir zamanlar sayları barədə yüzlər rəqəmləri yazılan siyasi dustaqlar hər zaman əfv və amnistiya mövzularının mərkəzində olublar.

Yerli hüquq müdafiəçiləri isə Leyla Yunusun siyahısındakı şəxslərin əksərinin siyasi məhbus olmadığını bildirirlər.

DİA.AZ-ın məlumatına görə, hüquq müdafiəçisi Novella Cəfəroğlu “Yeni Müsavat”a deyib ki, verilməsi gözlənilən əfv fərmanı öncəsi 30 nəfər şəxsin adı olan siyahı hazırlayıblar:

“Dünən Avropa İttifaqının səfiri ilə görüşümüz oldu. Ondan da xahiş etdik ki, prezidentlə görüşləri zamanı siyahımızda adları olan şəxslərin əfv olunmasını xahiş etsin. Siyahıda OMON-çular, inanclı insanlar, "Qaranquş" dəstəsi üzvləri, keçmiş deputat Hüseyn Abdullayev, sabiq baş prokuror Eldar Həsənov və digərləri var. Siyahıda olanların bir çoxu xəstə insanlardır, əksəriyyəti uzun illərdir ki, həbsdədir. İstərdik ki, humanizm göstərilərək bu insanlar əfv olunsunlar. Məsələn, cavan biznesmen var, “İdeal” mağazalar şəbəkəsinin rəhbəri İlqar İsmayılov. Onun işi düzgün aparılmayıb. İstərdik ki, o da əfv olunsun".

Bu arada “Xural TV”nin baş redaktoru Əvəz Zeynallının azadlığa buraxılması üçün petisiya imzalanır. Artıq petisiyanı 200-ə yaxın vətəndaş imzalayıb.

Hüquq müdafiəçisi deyib ki, “Xural TV” rəhbəri Əvəz Zeynallının azad olunması üçün mütəmadi olaraq müraciətlər olunur: “Əlbəttə ki, çox istərdik ki, Əvəz Zeynallı azad olunsun. Onun fəaliyyəti ümumilikdə cəmiyyətin xeyrinə idi. "Xural TV" bir pəncərə idi və hər kəsin üzənə açıq idi. Kim istəyirdisə sözünü ölkə rəhbərliyinə çatdırsın, Prezident Administrasiyasının qarşısına getmirdi, “Xural TV”yə gəlib çıxış edirdi. Bu baxımdan, Əvəz Zeynallı cəmiyyət üçün faydalı idi. İndiki mərhələdə onun istintaq, məhkəmə dövründə azad olunmasını istəyirik. Ümid edirik ki, bu yöndə çağırışlarımıza humanism prinsiplərindən çıxış etməklə reaksiya veriləcək. Bu gün Azərbaycanda stabillik var və bu stabilliyi qorumaq lazımdır. Bu gün internet TV-lərdə iqtidar-müxalifət dartışmaları aparılır. Bunun özü cəmiyyətin inkişafı üçün çox müsbətdir. Bu baxımdan, belə ictimai fəaliyyətə töhfə verən Əvəz Zeynallının da azad edilməsi işin xeyrinə olar".

Hüquq müdafiəçisi deyib ki, Leyla Yunus 96 və yaxud 100 nəfərlik siyahı yaza bilər: “Bu siyahı hansı kriteriyalara əsaslanaraq yazılıb? Bunu bilmirəm. Bizim hazırladığımız siyahıda 30 nəfərin adı var. Bəli, siyahıda Gəncə hadisələrində həbs olunanlar, dindarlar, siyasi partiyaların üzvləri var. Lakin qeyd edim ki, Gəncə işi ilə bağlı araşdırmalar gedir və onlardan bəziləri artıq azadlığa buraxılıblar. Bəziləri də aktiv iştirak edənlər, ölümlərdə suçu olanlardır. Lakin qeyd etdiyim kimi, elələri var ki, tədricən azadlığa buraxılacaqlar. "Tərtər işi"ndə də azadlığa buraxılanlar var və bu proses tədricən davam edir. Onları biz niyə siyahıya salmalıyıq?"

DİA.AZ-ın məlumatına görə, hüquq müdafiəçisi Səadət Bənəniyarlı “Yeni Müsavat”a deyib ki, veriləcək əfv fərmanından gözləntiləri böyükdür: “Xeyli insanın azadlığa çıxmasını istəyirik. Söhbət təkcə siyasi motovlərlə, blogerliyə, aktiv faəliyyətinə görə tutulanlardan getmir. Ortaya atılan 96 nəfərlik siyahı ilə də maraqlanmışıq. Müəyyən kateqoriyadan olan insanların azadlığa çıxması üçün o siyahıya adları salınıb.

Həmin siyahılarda olan bəzi şəxslərin azad edilməsini biz də istəyirik. Amma bir şəxsin xaricdə oturub belə siyahılar tərtib etməsini də düzgün hesab etmirəm".

Hüquq müdafiəçisi deyib ki, Əfv Komissiyasına, Prezidentə özlərinin tərtib etdikləri siyahını təqdim ediblər: “Gözləyirik ki, siyahımız nəzərə alınacaq. Əvəz Zeynallıya gəlincə, onun işini daim diqqətdə saxlayırıq, onun azadlığa çıxmasını istəyirik. Məsələ budur ki, hazırda Əvəz Zeynallının məhkəməsi olmayıb. Biz hazırda Əvəz Zeynallının məhkəməyə qədər ev dustaqlığına buraxılmasını istəyirik. Ümumiyyətlə isə belə praktika da var ki, Əfv Komissiyasının təqdim etdiyi siyahıda olmayan insanları da Prezident əfv edə bilər. Biz də çox istərdik ki, cəmiyətin diqqət mərkəzində olan belə şəxslər əfv olunsunlar”.

Xatırladaq ki, “Azərbaycan Siyasi Məhbuslarına Azadlıq” Birliyi fevralın 27-də Azərbaycanda siyasi məhbusların yenilənmiş siyahısını dərc edib. Xaricdə yaşayan Leyla Yunusun da hazırladığı yenilənmiş siyahıya görə, Azərbaycanda hazırda 93 nəfər siyasi məhbus var. Təşkilat siyasi məhbusları 7 qrupa bölüb.

1-ci qrupa jurnalistlər və blogerlər (6 nəfər), 2-ci qrupa müxalifət partiya və hərəkatların üzvləri (6 nəfər), 3-cü qrupa Almaniyadan deportasiya olunan siyasi mühacirlər (5 nəfər), 4-cü qrupa dindarlar (29 nəfər), 5-ci qrupa Tərtər işi üzrə məhkum olunanlar (8 nəfər), 6-cı qrupa Gəncə işi üzrə məhkumlar (26 nəfər), 7-ci qrupa ömürlük azadlıqdan məhrum edilənlər (13 nəfər) daxildir. Siyasi məhbusların yenilənmiş siyahısı hüquq müdafiəçiləri, Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus və “Siyasi Məhbusların Monitorinqi Mərkəzi” İctimai Birliyinin rəhbəri Elşən Həsənov tərəfindən hazırlanıb. “Azərbaycan Siyasi Məhbuslarına Azadlıq” Birliyi bildirir ki, siyasi məhbusların siyahısı Avropa Şurası Parlament Assambleyasının 2012-ci ilin oktyabrında qəbul etdiyi 1900 saylı siyasi məhbuslar haqqında qətnaməyə uyğun hazırlanıb. Azərbaycan hakimiyyəti ölkədə siyasi məhbusların olması ilə bağlı iddiaları qəbul etmir və onları qərəzli baxış hesab edir. Rəsmi Bakı ölkədə fundamental hüquqların tam təmin edildiyini, insanların iradəsinə və inanclarına görə təqib edilmədiyni bəyan edir. Bununla yanaşı, Avropa Şurası Parlament Assambleyası 2021-ci ildə Azərbaycanda siyasi məhbuslarla bağlı qətnamə qəbul edib. Bu qurumda Azərbaycanda siyasi məhbuslarla bağlı məruzəçi fəaliyyət göstərir.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Saleh Məmmədovun müşavirinin oğlu da ölkədən pul çıxarıb? - “Siracoglu” MMC hakim qarşısında
Bu gün, 12:26
Tuneldə ölən Elnurun ailəsi fəryad edir: Günahkarlar cavab versin! - VİDEO
Bu gün, 12:23
Təbrizdə divarlara bu cümlələr yazıldı - FOTO
Bu gün, 12:20
Tehran-İrəvan uçuşları Təbrizdən həyata keçiriləcək
Bu gün, 12:18
Qarabağ separatçısı bəraət aldı - FOTO
Bu gün, 12:14
“Çalışırlar yuxarıdakıların xoşuna gəlsin, amma…” – Əkrəm Əylisli
Bu gün, 12:09
Nazim Quliyevin cinayət işi üzrə məhkəmə baxışı başlayıb - DETALLAR
Bu gün, 12:02
İki ildir pensiyasından qanunsuz olaraq PUL TUTULUR... - BU NƏDİ BELƏ?..
Bu gün, 12:00
Qərbin Bakıya yeni hücumları: bu dəfə COP29 hədəfdədir - NƏ ETMƏLİ?
Bu gün, 11:48
Dönərlərin təhlükəsizliyinin SÜBUTU – Kafe və restoranlardakı qidalar AQTA nəzarətindən keçirmi?
Bu gün, 11:47
Suvarma suyuna görə alınan rüşvət üçqat artırılıb - İTTİHAM VAR...
Bu gün, 11:45
Etibar Məmmədov 50 millyondan şox soydaşımızın yaşadığı İranın bombalanması ehtimalından danışdı... - “Olacağa çarə yoxdur”...
Bu gün, 11:35
“Özünü Aygünə oxşadır” deyənlərə Xatundan REAKSİYA - “Mən o qədər…”
Bu gün, 11:33
Əliyev-Paşinyan dialoqu BRICS-ə damğa vurub - “Nezavisimaya qazeta”
Bu gün, 11:31
“Avtoqol”la uduzanlar… - REPLİKA
Bu gün, 11:26
2024-cü ildə dünya superdövlətləri: - ilk 10-luğa hansı ölkələr daxildir?
Bu gün, 11:21
“Ola bilsin ki, yaxınlarda, ilin sonunadək hansısa aralıq sənəd imzalansın” - GƏLİŞMƏ
Bu gün, 11:09
“Bakıya getməyə məcburuq! – 32 ailə, 32 qız…” - Akopyan
Bu gün, 11:07
Vətəndaşlar "AccessBank"dakı pullarını geri çəkirlər - NƏ BAŞ VERİR?
Bu gün, 10:57
Nazirlik “Azərmaş”dan 828 min manata 3 ədəd avtobus alır - TƏFƏRRÜAT
Bu gün, 10:50
Nazirin vəzifə verdiyi komandiri Beyləqanda qalmaqal yaradıb... - İLGİNC İDDİALAR
Bu gün, 10:44
4 il əvvəl evinin yanına raket düşdü, hələ də təmir edilmir – “Adımdan akt tərtib ediblər ki, guya, evin xərcini özüm çəkəcəm...”
Bu gün, 10:39
Türkiyədə polislərlə terrorçular arasında atışma olub, qırmızı bülletenlə axtarılan PKK üzvü öldürülüb
Bu gün, 10:28
BRICS nəhəng iqtisadi güc mərkəzinə çevrilib - İsrafil Kərimovun yazısı
Bu gün, 10:26
Dövlət Neft Fondunun səhmlərdən əldə etdiyi gəlirlər 6,4 mlrd. dollara çatıb - RƏSMİ
Bu gün, 10:23
“Azərbaycan Dəmir Yolları” QSC-də yeni İXTİSAR DALĞASI - NARAHATÇILIQ VAR...
Bu gün, 10:22
Hüseynbala Mirələmov Hadı Rəcəbli ilə bağlı heç yerdə olmayan məlumatları açıqladı
Bu gün, 10:11
Sevgili roluna girib hamını aldatdılar, qadın özünü PARTLATDI - TƏFƏRRÜAT
Bu gün, 10:05
"Bu kəşfiyyatın bir hissəsi ABŞ-ın İrəvandakı səfirliyindədir, bir hissəsi isə Avropa İttifaqının Azərbaycanla olan sərhədindədir" - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 10:01
Avropa Parlamentindən anti-Azərbaycan teatrı... - “Bakı ilə qaz sazişini...”
Bu gün, 09:58
Kazan görüşünün ARDINDAN... - İrəvan artıq anlayır ki...
Bu gün, 09:57
Gürcüstanda seçkilərdən sonra toqquşmalar və iğtişaşlar qaçılmazdır - Xarici KİV
Bu gün, 09:53
“Ziraat Bank Azərbaycan”ın İdarə Heyətinə təyinat olub - BUNDAN SONRA...
Bu gün, 09:52
Cavid Qurbanovun obyektlərinə CƏRİMƏ KƏSİLİR - FOTO
Bu gün, 09:47
İtaliya XİN başçısının müavini Avropa Parlamentinin Azərbaycana qarşı qətnaməsini pisləyib
Bu gün, 09:39
Fuad Nəcəfli səhiyyə nazirini HƏDƏFƏ ALIB - FAKT BUDUR!
Bu gün, 09:37
Bayden Əliyev və Paşinyana konkret hansı təklifləri edib? - Ağ Evdən cavab...
Bu gün, 09:25
Gürcü Arzusu qalib gəlsə... Qərb hansı addım atacaq?
Bu gün, 09:21
Yusif Təhməzovun Sumqayıt gömrüyündəkı yadiğarları - KÖHNƏ HAMAM... KÖHNƏ TAS...
Bu gün, 09:15
“Oğuz Aqrotexservis” ASC-nin səhmdarları toplanır
Bu gün, 09:09
Bina sökülməlidir... FHN isə yalnız SEYR EDİR... - Sakinlərdən SOS!
Bu gün, 09:07
“Yevlax Pilot Aqropark”da tikinti işlərinin ikinci mərhələsi 31,2 milyon manata başa gələcək
Bu gün, 09:01
Paşinyanın SAXTA QƏRBYÖNÜMLÜ imici... - İrandan girib, Hindistandan çıxır...
Bu gün, 08:58
Bir tunelin SİRRİ: İki nəfərin ölümünə SƏBƏB nə olub? - ƏSLİNDƏ...
Bu gün, 08:54
Xəzər icra hakimiyyəti sakini BAŞINDAN EDİR... - BU NƏDİ BELƏ?..
Bu gün, 08:49
Evi yanan seçicisi İmamverdi müəllimi AXTARIR - “HARADADIR BİZİM DEPUTATIMIZ?!”
Bu gün, 08:45
Kərə yağı niyə əlçatmaz məhsula çevrilir? - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 08:42
“Layihə üçün 3500 manat pul ödəmişəm, amma…” - GİLEY
Bu gün, 08:40
İrəvan pusquda durub Gürcüstandakı seçkiləri izləyir - FAKT BUDUR!
Bu gün, 08:35
Bakıdakı söküntü “bumu”: Mənzillərin qiymətinə necə təsir edəcək? - AKTUAL
Bu gün, 08:34
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru