Rusiya nüvə doktrinasını buna görə yenilədi .....                     Kənd sakininin 25 manatlıq internetə ehtiyacı varmı? .....                     Kim Çen In Rusiyaya səfər edə bilər .....                     Göyçayda daha bir MƏMUR HARINLIĞI... .....                     Sizdə bu hallar varsa Şopoqoliksiniz .....                     Rusiya-Ukrayna müharibəsində son durum açıqlandı .....                     Ermənistandan Fransaya xəyanət kimi qərar .....                     Tramp bu qadını nazir təyin edir .....                     Məmur biznesinin iflic etdiyi sahələrdə orta və kiçik sahibkarlıq can verir... .....                     İqlim sammitinin qapanışı nədən ləngiyirdi? .....                     Nəcməddin Sadıqovun YEYİNTİ ORTAQLARI... .....                     Dövlət Ehtiyatları Agentliyi auditini bu şirkətə .....                     Ermənistanla münasibətimiz problemlidir .....                     Prezidentin köməkçisi Almaniya xarici işlər nazirinin Azərbaycana qarşı ittihamlarını qəbuledilməz adlandırıb .....                     Naxçıvanda yeni həbslər... .....                     Bakıya “hücum”a cavab verildi .....                     Paşinyanın Bakıya bu “güzəşti” hiylədir .....                     İlin sonuna qədər sülh sazişinin imzalanması mümkündür .....                     COP29-da tarixi nailiyyət: Bakı 1,3 trilyon dollarlıq yeni iqlim maliyyəsini hədəf seçib .....                     COP29-da illik iqlim maliyyələşməsi üçün 300 milyard dollar təsdiqlənib .....                     Avropa çətin vəziyyətdə: “Rusiya qazının idxalı azalsa…” .....                     "Ərə sahib olmaq super bir hissdir..." .....                     Cavid İsmayılzadənin "əli uzandı" .....                     Azərbaycan Cənubi Qafqazın ən təhlükəsiz ölkəsidir .....                     "Daha fundamental əsərlər yazılmalı, filmlər çəkilməlidir" .....                     Dövlət qurumu 1,1 milyon manatlıq geyimləri .....                     Avropa İttifaqı sülhə mane olur .....                     Azərbaycanda logistika şirkəti .....                     "Səbail Market" fəaliyyətini dayandırdı .....                     Nadir Qafarzadə Rusiyada torpaq sahəsi alıb? .....                     Çavuşoğlunu Bakıya gətirən mühüm səbəb: .....                     Bir dəfəlik, yoxsa birdəfəlik sülh? .....                     Qloballaşan savaş: “Üçüncü Dünya müharibəsi başlayıb, sadəcə...” .....                     Dəb indiki xoşbəxtlikdir, dəyər sonrakı peşmanlıq! .....                     Tramp Viktor Orbana zəng etdi .....                     “Kişi kimi uduzmaq lazımdır, dovşan kimi yox” .....                     "Ermənistan Azərbaycanın haqlı gözləntilərinə cavab versə..." .....                     Azərbaycanın tanınmış jurnalistini maşın vurdu: Xəstəxanaya aparıldı .....                     “Kişi müğənnilər də plastik etdirir, övladları onlardan utanır...” .....                     Laçında baş verən zəlzələ Ermənistanda da hiss olunub .....                 

"8 min 500 nəfərlə qeydə alınmış sayıla bilərik" - Tural Abbaslı
Tarix: 12-09-2023, 08:11 | Çap et
"8 min 500 nəfərlə qeydə alınmış sayıla bilərik"
Cebhe.info-nun suallarını AĞ Partiyanın sədri Tural Abbaslı cavablandırıb. DİA.AZ onunla söhbəti təqdim edir:

-Tural bəy, müsahibəyə elə qeydiyyat prosesindən başlamaq istəyirəm. Ədliyyə Nazirliyi AĞ Partiyanı qeydiyyata aldı. Prosesdən razı qaldınızmı?

-Qeydiyyat prosesi əslində biz necə nəzərdə tutmuşduqsa, elə də keçdi. Deyilə bilər ki, qanun sərtdir, say norması düzgün deyil, mənfi, müsbət tərəfləri var. Bunlar müzakirə oluna bilər. Biz də qanunun bəzi maddələrinin dəyişdirilməsinin tərəfdarıyıq. Amma qəbul olunan qanun çərçivəsində biz siyahıları təqdim etdik, düşünürəm ki, Ədliyyə Nazirliyi tərəfindən bu məsələyə kifayət qədər məsuliyyətli yanaşıldı. Biz 10 min nəfərlik siyahı təqdim etmişdik, onların hamısı adbaad yoxlanıldı. Elə birinci mərhələdə də 5 minə çatmayıb qeydə alınan ilk partiya biz idik.

Birinci mərhələd 4800 nəfər üzvümüz qeydə alınmışdı. Digərlərini biz təkrar yoxladıq. Ədliyyə Nazirliyi çatışmayan məlumatları bizə vermişdi. Problemi olanlara yenidən zəng etdik. 20-25 nəfərlik heyətlə bu məsələ üzərində 1 ay işlədik. Düzəlişləri etdik, yenidən sənədləri təqdim etdik, Ədliyyə Nazirliyi də bizi qeydə aldı. İkinci mərhələdə ümumi olaraq 8 min 500 üzv siyahısı təqdim etdik. Yəni ümumi olaraq həm birinci, həm də ikinci mərhələdən razıyam. Ədliyyə Nazirliyini və ümumi prosesi qaralamaq fikrində deyiləm. Ona görə yox ki, bizi qeydiyyata alıblar, ona görə ki, hər bir üzvümüzü adbaad yoxlayıb qeydə alıb. Haqsızlıq olduğunu o vaxt deyə bilərdim ki, bizə “bu 500 nəfər sizin üzvünüz deyil” deyiləydi.

Amma Ədliyyə Nazirliyi hər kəslə bağlı adbaad məlumat göndərir və kimin hansı səbəbdən imtina aldığını göstərir. Məsələn, bizdə 3400 nəfər reyestrdə çıxmamışdı, biz yoxladıq ki, həqətən də həmin adamların məlumatlarında səhv var. Yəni böyük ölçüdə ədalətli yoxlama aparıldı və biz də bundan razıyıq. Bu proses özümüz üçün də maraqlı oldu, bütün üzvlərimizlə əlaqə saxladıq, məlumatımız oldu. Növbəti mərhələdə də bu məlumatlardan istifadə edəcəyik.

-Neçə nəfər üzvlə qeydiyyata alındınız? Konkret rəqəm nə qədərdir?

-Biz birinci mərhələdə 10 001 üzv siyahısı vermişdik. 1400 nəfərə imtina gəlmişdi, onun 200-ü qayıtdı. Ümumi siyahıda 400 nəfər təkrar yazılmışdı. Bir ay müddətində 247 yeni üzv əlavə olundu. Orta hesabla ikinci mərhələdə 8 min 500 nəfərlik siyahı təqdim etdik. Məktubda da yazıldı ki, seçmə üsulu ilə yoxlanıldı və düzgünlük təsdiq olundu, qeydə alındınız. Yəni 8 min 500 nəfərlə qeydə alınmış sayıla bilərik.

-Partiyanın növbəti mərhələ üçün plan və proqramları nələrdir? Yəni qeydə alındınız, bundan sonra nə edəcəksiniz?

-Yeni qanunun tələblərinə uyğun olaraq nizamnamə və proqram düzəlişləri etməliyik. Yəni köhnə nizamnamələri yeni qanuna uyğunlaşdırmalıyıq. Ondan sonra da hər bir partiya kimi bizim də hədəfimiz seçkilərə hazırlaşmaqdır. Bizim əsas hədəfimiz struktual olaraq seçkiyə getməkdir. Yəni partiyanın strukturlarını seçki sisteminə uyğunlaşdıraraq prosesə hazırlaşmağı düşünürük. Partiyanın əsas işi seçkinin təşkili, müşahidəsi, təbliğat və seçkidə qalib gəlməkdir. Deməli, bütün partiya sistemi seçki mexanizminə hesablanmalıdır.

Biz daha çox bu istiqamətdə işləyəcəyik. Məsələn, Azərbaycanda 6 min seçki məntəqəsi, 125 dairə var, çalışacağıq ki, bütün bunlara inteqrasiya edə və növbəti seçkilərdə partiyanın parlamentdə təmsilçiyini təmin edə bilək. Birinci mərhələdə əsas hədəflərdən biri minimal da olsa, AĞ Partiyanın parlament təmsilçiyinin təmin olunmasıdır.

-Seçki demişkən, belə iddialar səslənir ki, yaxın zamanlarda referendum və seçki sisteminə də dəyişikliyin ediləcəyi ilə bağlı fikirlər səslənir. Yəni proporsional seçki sisteminə keçid olacağı deyilir. Bu haqda nə düşünürsüz?

-Biz də əslində referendumun tərəfdarıyıq. Əsas iki məsələyə görə referendumun keçirilməsini vacib hesab edirik. İlk olaraq Naxçıvan Muxtar Respublikasının statusu məsələsini gündəmə gətirib düzəlişlər etmək lazımdır. Çünki Azərbaycan Respublikasının Konstitusiyasında qeyd olunub ki, Azərbaycan unitar dövlətdir. Unitar dövlətdə isə Muxtar Respublikanın olması uyğun deyil. Eyni zamanda, Xankəndi, Qarabağ ətrafında gedən danışıqlar fonunda Naxçıvanı muxtar saxlayaraq kiməsə muxtariyyət verməyəcəyimizi demək bizə təzyiq vasitəsi olar. Deyərlər ki, niyə Naxçıvana muxtariyyət verirsiniz, Xankəndinə vermirsiniz? Yəni düşünürəm ki, Naxçıvanın status məsələsi referenduma çıxarılmalıdır.

İkinci isə mütləq parlamentlə bağlı məsələ olmalıdır. Parlamentdə ya tam, ya da qismən proporsional seçki sistemi bərpa olunmalıdır. 2000-ci ilə qədər Azərbaycanda qarışıq seçki sistemi var idi, 100 dairə majoritar, 25 dairə isə proporsional seçki sistemi ilə seçilirdi. Sonradan bu sistem ləğv olundu. Düşünürəm ki, bu, yenidən bərpa olunmalıdır. Bu, həm partiyaların inkişafı, cəmiyyətdə mövqeyinin möhkəmlənməsi, eyni zamanda da siyasi səhnəyə partiyalar vasitəsilə peşəkar siyasətçilərin gəlməsi üçün vacibdir. Partiyaların siyasi məktəb rolu oynaması üçün mütləq proporsional seçki sistemi qaytarılmalıdır. Digər tərəfdən, parlamentin say tərkibinin də çoxaldılması lazımdır.

Çünki Konstitusiya 1995-ci ildə qəbul olunub və o zaman bizim əhalimizin sayı 7 milyon nəfər idi və onların 125 təmsilçisi var idi. Amma indi 10 milyon nəfərin yenə də 125 təmsilçi var. Praktika da göstərir ki, bu sayda millət vəkilləri əhali ilə ünsiyyətdə, problemlərin daha yuxarı dairələrə çatdırılması prosesində problem yaşayırlar. Çünki haradasa 1 deputata 50-60 min seçici düşür.

Bu da kifayət qədər böyük rəqəmdir. Bir millət vəkili istəsə belə, bir ayda öz dairəsinin bütün kəndlərinə getməyi fiziki baxımdan çatdıra bilməz. O baxımdan düşünürəm ki, deputatların sayı minimum 151, maksimum 175-ə qədər artırılmalıdır. Bu da hakimiyyətin verəcəyi təklifdir, qərardır. Amma hər halda bu 3 əsas məsələyə görə mütləq referendum olmalıdır. Partiyaların statusu ilə bağlı da Konstitusiyaya konkret maddə salınmalıdır ki, siyasi fəaliyyət qanunvericiliklə tənzimlənsin. Dediyim bu məsələlər olacaqsa, biz AĞ Partiya olaraq dəstəkləyəcəyik.

-AĞ Partiya bütün rayonları əhatə edə bilirmi? Rayon təşkilatınızın olmadığı yerlər varmı?

-Bəlkə də biz yeganə partiyayıq ki, Azərbaycanın bütün rayonlarında üzvlərimiz var. Rayon təşkilatlarımız var, sadəcə olaraq lider çatışmazlığı yaşayırlar. Bunu bir çox partiyalar etiraf etmir. Məsələn, bizim Gəncədə 400 nəfərə yaxın üzvümüz var. Amma Gəncə şəhərində o 400 nəfərin liderliyini götürə biləcək üzvümüz yoxdur və yaxud biz tapa bilməmişik. İndi bir mexanizm üzərində düşünürük ki, necə edək, 8500 üzvümüzün içində liderləri tapaq. Bu gün lider qıtlığı var. Yəni perspektivli insanlar partiyalara gəlmir.

Bəzi partiyalar deyir ki, bizim bütün rayonlarda təşkilatımız var. Bəs oranın sədri kimdir? Rayonda onu tanıyan bir nəfər varmı? O rayonda nüfuzu nə qədərdir? Sabah o rayonda keçiriləcək seçkilərə təsir imkanları nə qədərdir? Onsuz da Azərbaycanın bütün rayonlarını əhatə etmək üçün 3-4 min üzv kifayət edir, bizim isə Ədliyyə Nazirliyinin təsdiq etdiyi 8 min 500 üzvümüz var. Ona görə də tam rahatlıqla deyə bilirəm ki, AĞ Partiya Azərbaycanın bütün rayonları, Naxçıvanın da bütün rayonlarını əhatə edə bilir. Biz Naxçıvanın bütün rayonlarını hələ Vasif Talıbov dönəmində əhatə edirdik.

-“Siyasi partiyalar haqqında” Qanun partiyaların canlanmasına, cəmiyyətdə nüfuzunun artmasına necə təsir edəcək?

-Burada iki məsələ var: yaxşı və pis qanun, bir də o qanunun icrası. Əslində əvvəlki qanun 30 il öncə qəbul olunsa da, o qanuna riayət olunsaydı, partiyalar inkişaf edərdi. Köhnə qanunda da yazılmırdı ki, partiya üzvləri işdən, təhsil aldığı müəssisədən qovulsun, təqiblərə məruz qalsın. Köhnə qanuna görə, siyasi mövqeyinə görə kimsə təqib oluna bilməzdi, partiyalar dövlət təminatında idi, partiyaların inkişafı dövlətin marağındaydı, amma icra edilmirdi. İndi yeni qanunu birinci mərhələdə faydalı hesab edirəm.

Artıq bir mərhələdən sonra partiyaların sayı yarıbayarı azaldı. 1993-cü ildən bəri həvəsə düşüb gedib partiya yaradıb sonra isə gedib yatanlar təmizləndi. Bu qanun təzə qəbul olunanda hamı deyirdi ki, 5 min üzv bizim üçün nədir ki, bizim 30, 40, 70 min üzvümüz var. Amma indi hansı partiyanın gücünün nə qədər olduğunu hamı bilir. Ən az deyən mən idim, 10 min üzvümüz olduğunu deyirdik, o qədər üzvün sənədlərini Ədliyyə Nazirliyinə təqdim etdik. Amma digərlərindən ən az deyən 35 mindən başlayırdı. Bəs hanı 35 min üzvünüz? Bu qədər üzvü olan necə olur ki, 6 minlik siyahı verə bilir? Bu məsələdə artıq hər birimiz üçün bir aydınlıq oldu. 30 il qabaq yaranan partiyalar var idi, biri deyirdi ki, biz hərəkat partiyasıyıq, biri deyirdi ki, biz 100 ilin partiyasıyıq. Hanı bəs? 100 ilin partiyasının birinci mərhələdə dəqiqləşmiş üzv sayı 2 min 100 oldu. Hərəkat partiyasıyıq deyənlər 1600 nəfər üzv çıxara bildi.

-Onda belə çıxır ki, bu mərhələdə də qeydə alınmayan partiyalar zəif, gücsüz olanlardır?

-Təbii ki, elədir. Bəzi partiyalar deyə bilər ki, bizə qarşı qərəz, ikili standart olub. Ağ yalandır! Onlara qarşı saxtakarlıq olduğunu deyənlər Ədliyə Nazirliyinin onlara verdiyi adbaad siyahını dərc eləsinlər. Dünənə qədər deyirdilər, üzvlərimizin siyahısını ona görə dərc etmirik ki, onları təqib edərlər. İndi o siyahıları öz əlində aparıb vermisən Ədliyyə Nazirliyinə. Cəmiyyətdən niyə qorxursan? Dərc elə de ki, bu 500 nəfərin məlumatları düzgündür, Ədliyyə Nazirliyi qeydə almayıb. Göstərə bilməzlər, mümkün deyil.

Bizim İdarə Heyətindən 2 nəfərin adı müəyyən olunmayanlar siyahısından çıxdı. Baxdıq ki, birinin soyadını səhv yazmışıq, birinin də ata adında bir hərf səhv gedib. Yəni sabah hansısa cəbhəçi, müsavatçı deyəcək ki, bizə qarşı qərəzli yanaşma olub. Mümkün deyil, siyahını sosial şəbəkədə çap eləsinlər. Çap elə siyahını, Ədliyyə Nazirliyini ifşa elə, de ki, bizə bu ad səhv kimi göndərilib, amma düzdür. Maksimum 3-5 faiz civarında səhv ola bilər, o da əvvəl polis idarəsində qeydiyyatda olanlarla bağlıdır. Çünki onlar hamısı polis idarəsindən çıxarılıb, onların bir çoxu heç bir yerə qeydiyyata düşməyib. Ona görə də onlar siyahıda çıxmaya bilir.

Bu da 3-5 faiz civarındadır və ümumi mənzərəyə heç bir təsiri yoxdur. Ona görə heç kim nağıl danışmasın. Mən buradan deyirəm ki, Azərbaycanda YAP-dan sonra ən güclü partiya mənəm. 8 min 500 üzvümüz var, lazımdırsa, siyahını çap edim. Bu iddiada olanlar varsa, siyahını çap etsinlər. Bəziləri deyir ki, bizim 30 min üzvümüz var, onlar 5-6 minini Ədliyyə Nazirliyinə təqdim etmişik. Əslində bu qanunaziddir, çünki qanunda deyilir ki, partiya üzvlərinin siyahısını tam şəkildə reyestrə təqdim edin. Bir qismini saxlayıb, qalanını verirsənsə, bu, inzibati xətadır.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Rusiya nüvə doktrinasını buna görə yenilədi - Peskov
Bu gün, 12:42
Kənd sakininin 25 manatlıq internetə ehtiyacı varmı? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:40
Kim Çen In Rusiyaya səfər edə bilər
Bu gün, 12:34
Göyçayda daha bir MƏMUR HARINLIĞI... - NARAZILIQ VAR...
Bu gün, 12:31
Sizdə bu hallar varsa Şopoqoliksiniz - AÇIQLAMA
Bu gün, 12:21
Rusiya-Ukrayna müharibəsində son durum açıqlandı - “Reuters“
Bu gün, 12:17
Ermənistandan Fransaya xəyanət kimi qərar - konyak yalanı
Bu gün, 12:14
Tramp bu qadını nazir təyin edir
Bu gün, 11:39
Məmur biznesinin iflic etdiyi sahələrdə orta və kiçik sahibkarlıq can verir... - İnhisar, cərimələr, pul qıtlığı...
Bu gün, 11:37
İqlim sammitinin qapanışı nədən ləngiyirdi? – Mübahisəli məsələ
Bu gün, 11:34
Nəcməddin Sadıqovun YEYİNTİ ORTAQLARI... - İttihamı qəbul etmirlər, amma...
Bu gün, 11:08
Dövlət Ehtiyatları Agentliyi auditini bu şirkətə - HƏVALƏ ETDİ
Bu gün, 11:02
Ermənistanla münasibətimiz problemlidir - Rusiya səfirindən etiraf
Bu gün, 10:57
Prezidentin köməkçisi Almaniya xarici işlər nazirinin Azərbaycana qarşı ittihamlarını qəbuledilməz adlandırıb - ETİRAZ
Bu gün, 10:39
Naxçıvanda yeni həbslər... GÖZLƏNİLİR...
Bu gün, 10:37
Bakıya “hücum”a cavab verildi - 3 hədəf var, oranı istəyirlər
Bu gün, 10:28
Paşinyanın Bakıya bu “güzəşti” hiylədir – Moskvadan baxış
Bu gün, 10:24
İlin sonuna qədər sülh sazişinin imzalanması mümkündür - ƏGƏR...
Bu gün, 10:21
COP29-da tarixi nailiyyət: Bakı 1,3 trilyon dollarlıq yeni iqlim maliyyəsini hədəf seçib
Bu gün, 03:58
COP29-da illik iqlim maliyyələşməsi üçün 300 milyard dollar təsdiqlənib
Bu gün, 03:56
Avropa çətin vəziyyətdə: “Rusiya qazının idxalı azalsa…” - GƏLİŞMƏ
Bu gün, 03:02
"Ərə sahib olmaq super bir hissdir..."
Bu gün, 02:55
Cavid İsmayılzadənin "əli uzandı" - İLGİNC
Bu gün, 02:52
Azərbaycan Cənubi Qafqazın ən təhlükəsiz ölkəsidir - FAKT BUDUR!
Bu gün, 02:45
"Daha fundamental əsərlər yazılmalı, filmlər çəkilməlidir"
Bu gün, 02:42
Dövlət qurumu 1,1 milyon manatlıq geyimləri - BU ŞİRKƏTDƏN ALDI
Bu gün, 02:30
Avropa İttifaqı sülhə mane olur - Çirkin "binokl diplomatiyası"...
Bu gün, 02:29
Azərbaycanda logistika şirkəti - LƏĞV OLUNUR
Bu gün, 00:05
"Səbail Market" fəaliyyətini dayandırdı
Bu gün, 00:02
Nadir Qafarzadə Rusiyada torpaq sahəsi alıb? - AÇIQLAMA
Dünən, 17:22
Çavuşoğlunu Bakıya gətirən mühüm səbəb: - Qərbi Azərbaycanla bağlı nə baş verir?
Dünən, 17:15
Bir dəfəlik, yoxsa birdəfəlik sülh? - Bahəddin Həzi yazır...
Dünən, 15:02
Qloballaşan savaş: “Üçüncü Dünya müharibəsi başlayıb, sadəcə...” - GÖRÜNƏNİ BUDUR
Dünən, 15:00
Dəb indiki xoşbəxtlikdir, dəyər sonrakı peşmanlıq! - Aqşin Yenisey
Dünən, 14:58
Tramp Viktor Orbana zəng etdi
Dünən, 14:06
“Kişi kimi uduzmaq lazımdır, dovşan kimi yox” - Zaur Axundovdan yığmaya sərt tənqid
Dünən, 13:57
"Ermənistan Azərbaycanın haqlı gözləntilərinə cavab versə..." - Ekspert
Dünən, 13:52
Azərbaycanın tanınmış jurnalistini maşın vurdu: Xəstəxanaya aparıldı - FOTO
Dünən, 13:50
“Kişi müğənnilər də plastik etdirir, övladları onlardan utanır...” - Əməkdar artist
Dünən, 13:17
Laçında baş verən zəlzələ Ermənistanda da hiss olunub - YENİLƏNDİ
Dünən, 13:12
Ermənistanda sülh deyənlərə həbsxana GÖSTƏRİLİR - Görünəni odur ki...
Dünən, 13:11
Xanlar Fətiyev Tərtər rayonunun Azad Qaraqoyunlu kəndində vətəndaşları qəbul edib
Dünən, 13:03
Azərbaycanlı diplomat 70 kq qızılı haradan alıb? – Diqqətçəkən detal
Dünən, 12:58
Azərbaycan mediasının COP29 sınağı - Rəşad Məcid yazır...
Dünən, 12:55
Trampla Putin arasında gizli görüş... - Şok iddia
Dünən, 12:53
Sirli diplomatın KİMLİYİ BƏLLİ OLDU - 70 kiloqram qızıl isə...
Dünən, 12:50
"Hakimiyyət naminə torpaqları qurban verdikləri kimi..." - Deputatdan SƏRT SÖZLƏR
Dünən, 12:38
Azərbaycan öz üzərinə düşəni edir - ŞƏRH
Dünən, 12:30
Paşinyan ölkədəki istefa dalğasından danışdı: - "Məmurlara yazdım ki..."
Dünən, 12:27
MDB ölkələrindən aldığımız məhsullar onlara satdığımızdan 3 dəfə çoxdur - SİYAHI
Dünən, 12:14
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru