“MNTK-nın verdiyi qərara 8 noyabr tarixində münasibət bildiriləcək”
Tarix: 1-11-2014, 12:38 |
Çap et
“MNTK-nın verdiyi qərara 8 noyabr tarixində münasibət bildiriləcək”.
Bu fikri Hafta.az-a açıqlamasında başqanlığa namizəd olmuş şəxs Səxavət Əlisoy deyib. S.Əlisoy partiya daxilində yaranması planlaşdırılan fraksiyaya da münasibət bildirib:
“Daxildə narazılıq varsa, bu mütləq özünü göstərməlidir. Gizli qrupbazlıqdansa, açıq fəaliyyət göstərən fraksiya faydalıdır. Mənim yaranacaq fraksiyada olub-olmayacağım bəzi məsələlərə aydınlıq gətirildikdən sonra bəlli olacaq. Daha dəqiq desək, hər şey 8 noyabr tarixindən sonra aydn olacaq”.
Qeyd edək ki, dünən "Müsavat" başqanı Arif Hacılı ilk mətbuat konfransını keçirib. Konfransda sualları cavablandıran başqan bildirib ki, S.Əlisoy və ya digər narazı şəxslər tərəfindən onun şəxsinə deyilmiş hətta təhqirlərə belə reaksiya vermək fikrində deyil. Başqan qeyd edib ki, əgər onlar partiyanın ideologiyasına, siyasətinə xərər verməyə cəhd edəcəklərsə, cəzalandırılacaqlar.