Kim Çen In Rusiyaya səfər edə bilər .....                     Göyçayda daha bir MƏMUR HARINLIĞI... .....                     Sizdə bu hallar varsa Şopoqoliksiniz .....                     Rusiya-Ukrayna müharibəsində son durum açıqlandı .....                     Ermənistandan Fransaya xəyanət kimi qərar .....                     Tramp bu qadını nazir təyin edir .....                     Məmur biznesinin iflic etdiyi sahələrdə orta və kiçik sahibkarlıq can verir... .....                     İqlim sammitinin qapanışı nədən ləngiyirdi? .....                     Nəcməddin Sadıqovun YEYİNTİ ORTAQLARI... .....                     Dövlət Ehtiyatları Agentliyi auditini bu şirkətə .....                     Ermənistanla münasibətimiz problemlidir .....                     Prezidentin köməkçisi Almaniya xarici işlər nazirinin Azərbaycana qarşı ittihamlarını qəbuledilməz adlandırıb .....                     Naxçıvanda yeni həbslər... .....                     Bakıya “hücum”a cavab verildi .....                     Paşinyanın Bakıya bu “güzəşti” hiylədir .....                     İlin sonuna qədər sülh sazişinin imzalanması mümkündür .....                     COP29-da tarixi nailiyyət: Bakı 1,3 trilyon dollarlıq yeni iqlim maliyyəsini hədəf seçib .....                     COP29-da illik iqlim maliyyələşməsi üçün 300 milyard dollar təsdiqlənib .....                     Avropa çətin vəziyyətdə: “Rusiya qazının idxalı azalsa…” .....                     "Ərə sahib olmaq super bir hissdir..." .....                     Cavid İsmayılzadənin "əli uzandı" .....                     Azərbaycan Cənubi Qafqazın ən təhlükəsiz ölkəsidir .....                     "Daha fundamental əsərlər yazılmalı, filmlər çəkilməlidir" .....                     Dövlət qurumu 1,1 milyon manatlıq geyimləri .....                     Avropa İttifaqı sülhə mane olur .....                     Azərbaycanda logistika şirkəti .....                     "Səbail Market" fəaliyyətini dayandırdı .....                     Nadir Qafarzadə Rusiyada torpaq sahəsi alıb? .....                     Çavuşoğlunu Bakıya gətirən mühüm səbəb: .....                     Bir dəfəlik, yoxsa birdəfəlik sülh? .....                     Qloballaşan savaş: “Üçüncü Dünya müharibəsi başlayıb, sadəcə...” .....                     Dəb indiki xoşbəxtlikdir, dəyər sonrakı peşmanlıq! .....                     Tramp Viktor Orbana zəng etdi .....                     “Kişi kimi uduzmaq lazımdır, dovşan kimi yox” .....                     "Ermənistan Azərbaycanın haqlı gözləntilərinə cavab versə..." .....                     Azərbaycanın tanınmış jurnalistini maşın vurdu: Xəstəxanaya aparıldı .....                     “Kişi müğənnilər də plastik etdirir, övladları onlardan utanır...” .....                     Laçında baş verən zəlzələ Ermənistanda da hiss olunub .....                     Ermənistanda sülh deyənlərə həbsxana GÖSTƏRİLİR .....                     Xanlar Fətiyev Tərtər rayonunun Azad Qaraqoyunlu kəndində vətəndaşları qəbul edib .....                 

SƏHİYYƏ SİSTEMİNDƏ ŞOK KORRUPSİYA
Tarix: 18-05-2012, 13:07 | Çap et
SƏHİYYƏ SİSTEMİNDƏ ŞOK KORRUPSİYA

OQTAY ŞİRƏLİYEVİN HƏKİMLƏRİ PALATALARA AYRICA QİYMƏT QOYUBLAR

DİA.AZ: - Səhiyyə sistemindəki özbaşınalıqlarla bağlı məlumatlar dəfələrlə mətbuat səhifələrində işıqlandırılsa da, hələ də bu istiqamətdə hansısa samballı addımın atılmaması sözügedən sahədəki biabırçılıqların daha da geniş vüsət almasına nədən olmaqdadır. Elə bunun nəticəsidir ki, bu gün bütün ölkədə korrupsiya ilə mübarizə aparılsa da, hansısa ağ xalatlının burnu belə qanamayıb.

Halbuki dəfələrlə ölkə miqyasında keçirilən sorğuların nəticələrində və əsas olaraq gündəlik həyatımızda şahidi olduqlarımızda da diqqətə gələni odur ki, səhiyyə sistemi bu gün ən çox korrupsiyaya uğramış istiqamətlərdən biri və bəlkə də birincisidir. Doğrudur, bunu ayrı-ayrı dönəmlərdə müxtəlif dövlət rəsmiləri də etiraf ediblər. Məsələn, keçmiş səhiyyə naziri Əli İnsanov həbsə atılarkən onun ardından danışan Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənov bildirmişd ki, Azərbaycan səhiyyəsi rüşvət altında inildəyir.

Bəs nə baş verir? Nədən bu boyda korrupsiya ilə mübarizə şousu səhiyyə sistemini öz ağuşuna almır? Ola bilməz ki, Oqtay Şirəliyev nazir postuna yiyələndikdən sonra hər şey gözəlləşib və xəstəxanalar gül-çiçəyə qərq olub. Mümkün deyil ki, bu müddət ərzində Oqtay Şirəliyev dünənə qədər rüşvət alan həkimləri, tibb işçilərini yeni rüşvətsiz həyata alışdırsın.

Təbii ki, Oqtay Şirəliyev səhiyyə naziri olandan sonra tibb sahəsində çox şeylər dəyişdi. Amma daha çox pisə doğru. Artıq səhiyyəyə aid elə bir sahə mövcud deyil ki, inhisarlaşmasın, yəni hansısa məmurun nəzarəti altına keçməsin. Bu gün dərman bazarından tutmuş tibbi xidmət bazarına qədər hər şey məmurlar arasında paylaşdırılıb. Və bu da əslində korrupsiyanın daha da çiçəklənməsi ilə müşaiyət olunur.

Maraqlı orasıdır ki, Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə səhiyyə sistemi ilə bağlı yetərincə şikayətlərin edilməsinə baxmayaraq, bu şikayətlər də məhz Oqtay Şirəliyevin hakimiyyət içindəki nüfuzu səbəbindən diqqət mərkəzinə düşə bilmir. Hətta bu yaxınlarda narkodispanserdə baş verən olay da bunu təsdiqlədi. Yəni Oqtay Şirəliyev bu gün hansısa həkiminin rüşvətə görə həbsdən saxlayacaq qədər qüdrətlidir.

Və bu qüdrət bu gün xəstəxanalarda biabırçı vəziyyətin daha da genişlənməsinə rəvac verir. DİA.AZ-a müraciət edən şikayətçilər ortaya yeni faktları qoyublar. Və bu faktlar mövcud mənzərənin hansı şiddətdə biabırçı olmasını sübutlayır.

Şikayətçilər bildirir ki, əvvəllər xəstəxanalarda ağır xəstələr üçün nəzərdə tutulan reanimasiya şöbələri indi həkimlərin və baş həkimlərin, şöbə müdirlərinin qazanc yerinə çevrilib. Bu barədə şikayətçilərin söylədikləri:

«Dünənə qədər əgər ağır xəstələr reanimasiyada yatırdısa, indi palatalarda müalicə olunmalı olan xəstələr də bu şöbədə saxlanılır. Təbii ki, bunun müqabilində pul verilməlidir. Xəstə yaxınları da öz xəstələrinin xüsusi diqqət altında saxlanılması üçün baş həkimlərə və şöbə müdirlərinə pul ödəyirlər».

Ayrı-ayrı xəstəxanalarda reanimasiya şəraitinin qiymətinin müxtəlif olduğunu bildirən şikayətçilərin sözlərinə görə, bu rəqəm 500-1000 manat arasında dəyişir: «Hər xəstəxananın öz qiyməti var».

Bu hesab-kitab nəticəsində real reanimasiyalıq xəstələr üçün xəstəxanalarda yerin tapılmadığını bildirən şikayətçilər söyləyirlər ki, bu günlərdə «Respublikanski» xəstəxana kimi tanınan tibb müəssiəsinin birinci korpusunda biabırçı bir olay da yaşanılıb: «Belə ki, reanimasiyalıq xəstələrdən biri palata şəraitində saxlanıldığından və ona gərəkən tibbi diqqət ayrılmadığından əslində sağalması mümkün olan xəstələrdən biri dünyasını dəyişib. Onu yalnız son anda, yəni ölümünə dəqiqələr qala reanimasiya şöbəsinə yerləşdirdilər. Xəstə yaxınlarının rayonda olması bu şərait üçün həkimlərə əlverişli fürsət yaradıb».

Bir sözlə, bu gün Oqtay Şirəliyevin xəstəxanalarındakı durumun Əli İnsanovun dönəmi ilə müqayisə olunmayacaq qədər şiddətli formada pisləşdiyini söyləyən şikayətçilər bildirdilər ki, səhiyyə naziri «reanimasiya biznesindən» hər xəstəxanadan orta hesabla bir ay ərzində 20-30 min manat pul yığır.

Bu da sizə daha bir korrupsiya faktı. Hər halda, bu məsələnin müvafiq dövlət qurumları tərəfindən cidiyə alınmasına və ciddi şəkildə araşdırılmasına ehtiyac var. Çünki söhbət insanlarımızın sağlamlığından gedir.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Kim Çen In Rusiyaya səfər edə bilər
Bu gün, 12:34
Göyçayda daha bir MƏMUR HARINLIĞI... - NARAZILIQ VAR...
Bu gün, 12:31
Sizdə bu hallar varsa Şopoqoliksiniz - AÇIQLAMA
Bu gün, 12:21
Rusiya-Ukrayna müharibəsində son durum açıqlandı - “Reuters“
Bu gün, 12:17
Ermənistandan Fransaya xəyanət kimi qərar - konyak yalanı
Bu gün, 12:14
Tramp bu qadını nazir təyin edir
Bu gün, 11:39
Məmur biznesinin iflic etdiyi sahələrdə orta və kiçik sahibkarlıq can verir... - İnhisar, cərimələr, pul qıtlığı...
Bu gün, 11:37
İqlim sammitinin qapanışı nədən ləngiyirdi? – Mübahisəli məsələ
Bu gün, 11:34
Nəcməddin Sadıqovun YEYİNTİ ORTAQLARI... - İttihamı qəbul etmirlər, amma...
Bu gün, 11:08
Dövlət Ehtiyatları Agentliyi auditini bu şirkətə - HƏVALƏ ETDİ
Bu gün, 11:02
Ermənistanla münasibətimiz problemlidir - Rusiya səfirindən etiraf
Bu gün, 10:57
Prezidentin köməkçisi Almaniya xarici işlər nazirinin Azərbaycana qarşı ittihamlarını qəbuledilməz adlandırıb - ETİRAZ
Bu gün, 10:39
Naxçıvanda yeni həbslər... GÖZLƏNİLİR...
Bu gün, 10:37
Bakıya “hücum”a cavab verildi - 3 hədəf var, oranı istəyirlər
Bu gün, 10:28
Paşinyanın Bakıya bu “güzəşti” hiylədir – Moskvadan baxış
Bu gün, 10:24
İlin sonuna qədər sülh sazişinin imzalanması mümkündür - ƏGƏR...
Bu gün, 10:21
COP29-da tarixi nailiyyət: Bakı 1,3 trilyon dollarlıq yeni iqlim maliyyəsini hədəf seçib
Bu gün, 03:58
COP29-da illik iqlim maliyyələşməsi üçün 300 milyard dollar təsdiqlənib
Bu gün, 03:56
Avropa çətin vəziyyətdə: “Rusiya qazının idxalı azalsa…” - GƏLİŞMƏ
Bu gün, 03:02
"Ərə sahib olmaq super bir hissdir..."
Bu gün, 02:55
Cavid İsmayılzadənin "əli uzandı" - İLGİNC
Bu gün, 02:52
Azərbaycan Cənubi Qafqazın ən təhlükəsiz ölkəsidir - FAKT BUDUR!
Bu gün, 02:45
"Daha fundamental əsərlər yazılmalı, filmlər çəkilməlidir"
Bu gün, 02:42
Dövlət qurumu 1,1 milyon manatlıq geyimləri - BU ŞİRKƏTDƏN ALDI
Bu gün, 02:30
Avropa İttifaqı sülhə mane olur - Çirkin "binokl diplomatiyası"...
Bu gün, 02:29
Azərbaycanda logistika şirkəti - LƏĞV OLUNUR
Bu gün, 00:05
"Səbail Market" fəaliyyətini dayandırdı
Bu gün, 00:02
Nadir Qafarzadə Rusiyada torpaq sahəsi alıb? - AÇIQLAMA
Dünən, 17:22
Çavuşoğlunu Bakıya gətirən mühüm səbəb: - Qərbi Azərbaycanla bağlı nə baş verir?
Dünən, 17:15
Bir dəfəlik, yoxsa birdəfəlik sülh? - Bahəddin Həzi yazır...
Dünən, 15:02
Qloballaşan savaş: “Üçüncü Dünya müharibəsi başlayıb, sadəcə...” - GÖRÜNƏNİ BUDUR
Dünən, 15:00
Dəb indiki xoşbəxtlikdir, dəyər sonrakı peşmanlıq! - Aqşin Yenisey
Dünən, 14:58
Tramp Viktor Orbana zəng etdi
Dünən, 14:06
“Kişi kimi uduzmaq lazımdır, dovşan kimi yox” - Zaur Axundovdan yığmaya sərt tənqid
Dünən, 13:57
"Ermənistan Azərbaycanın haqlı gözləntilərinə cavab versə..." - Ekspert
Dünən, 13:52
Azərbaycanın tanınmış jurnalistini maşın vurdu: Xəstəxanaya aparıldı - FOTO
Dünən, 13:50
“Kişi müğənnilər də plastik etdirir, övladları onlardan utanır...” - Əməkdar artist
Dünən, 13:17
Laçında baş verən zəlzələ Ermənistanda da hiss olunub - YENİLƏNDİ
Dünən, 13:12
Ermənistanda sülh deyənlərə həbsxana GÖSTƏRİLİR - Görünəni odur ki...
Dünən, 13:11
Xanlar Fətiyev Tərtər rayonunun Azad Qaraqoyunlu kəndində vətəndaşları qəbul edib
Dünən, 13:03
Azərbaycanlı diplomat 70 kq qızılı haradan alıb? – Diqqətçəkən detal
Dünən, 12:58
Azərbaycan mediasının COP29 sınağı - Rəşad Məcid yazır...
Dünən, 12:55
Trampla Putin arasında gizli görüş... - Şok iddia
Dünən, 12:53
Sirli diplomatın KİMLİYİ BƏLLİ OLDU - 70 kiloqram qızıl isə...
Dünən, 12:50
"Hakimiyyət naminə torpaqları qurban verdikləri kimi..." - Deputatdan SƏRT SÖZLƏR
Dünən, 12:38
Azərbaycan öz üzərinə düşəni edir - ŞƏRH
Dünən, 12:30
Paşinyan ölkədəki istefa dalğasından danışdı: - "Məmurlara yazdım ki..."
Dünən, 12:27
MDB ölkələrindən aldığımız məhsullar onlara satdığımızdan 3 dəfə çoxdur - SİYAHI
Dünən, 12:14
Ermənistan İstintaq Komitəsinin keçmiş sədri istintaqa çağırılıb
Dünən, 12:09
“Ermənistandakı indiki nəsil vuruşmağa hazır deyil... - Hətta xaricdən kimsə dəstək olsa belə...”
Dünən, 12:06
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru