“GEDİB HƏMİN ADAMI ÖLDÜRÜB, “REŞOTKA”YA DÜŞƏCƏM!”
Tarix: 28-05-2012, 14:41 | Çap et
MÜĞƏNNİ NİYƏ HİRSLƏNİB?
İfaçı səhnəyə tək çıxarkən ona solo ifaçı deyirlər. Səhnəni tərəf müqabili ilə bölüşdükdə, duet alınır. Bu sıraya bir nəfər də qatıldıqda, trio baş tutur. Dördüncü ifaçı üçlüyü kvartetə çevirir. Bəzən kvartet yeni üzvünün hesabına kvintet olur. Kvintet üzvlərin sayı artdıqca ansambla, daha sonra isə orkestrə çevrilə bilir.
Həyat da bir səhnədir. İnsan dünyaya tək gəlir. Sonra yarını tapıb onunla ailə qurur. Dünyaya övladlar gətirir. Zamanın axarında övladların da öz övladları olur. Nəticədə, böyük bir nəsil şəcərəsini əks etdirən orkestr alınır. İstənilən halda hətta ən möhtəşəm orkestri belə dirijor idarə edir, yəni ailə başçısı, ağsaqqal. Əsas odur ki, həmin dirijor həyat melodiyasını duysun və ümumi ahəngi qoruyub saxlaya bilsin. Onda orkestrin hər bir üzvü öz notunda ifa edəcək. Beləcə, bu orkestrin səs-sədası qulaqlara yatımlı olacaq.
- Özünüz haqda məlumat verərdiniz...
- 1963-cü ildə İmişli rayonunda anadan olmuşam. Orta məktəbi bitirmişəm. Heç bir musiqi təhsilim yoxdur. Ailəliyəm, 3 övladım var.
- Necə oldu ki, bu sənəti seçdiniz?
- Mənim bu sənətdə müəllimim olmayıb. Rəhmətlik atam gözəl tar ifaçısı olub. Atam evdən gedən kimi tarı götürüb dizimin üstünə qoyub ifa edirdim. İlk dəfə "Cücələrim" mahnısını ifa etdim. Biz 4 qardaş atamızdan həmişə qorxmuşuq. 1978-ci ildən gitarist kimi toylara getmişəm. Müğənni kimi 1988-ci ildən toylara getməyə başlamışam.
- Təranə xanım sizi qısqanır, yoxsa siz onu?
- Təranə qısqanmır, mən onu qısqanıram, özü də çox.
- Musa üçün sevgi nə deməkdir?
- Mənim üçün sevgi Təranədir. Sevgi böyük bir varlıqdır. Sevgini hər insan hiss edə bilməz.
- Bəs qalmaqal nə deməkdir sizin üçün?
- Qalmaqalla efirə gəlmək yaxşı deyil. Efirdə görürsən çıxıb bir-birini söyüb təhqir edirlər. Nəyə lazımdır gündəmə belə gəlmək? Bu sahədə bir-birinə söz atmaq, yersiz sözlər demək, hərəkətlər eləmək çoxdur. Bizim şou-biznesdə hamı ilə münasibətimiz yaxşıdır. Hamısı ilə öpüşüb-görüşürük. Amma bəzi çirkin, gözü götürməyənlər də var. Biz onları da Allaha tapşırırıq.
- Kimlərdir sizi gözü götürməyənlər?
- Var, dırnaqarası müğənnidir. İstəyir bizim duetimiz, ailəmiz dağılsın. Əslində, çoxları istəyir bizim ailə dağılsın. Heç vaxt da arzularına çatmayacaqlar, çünki günü-gündən sevgimiz lap çoxalır, bağlılığımız da.
- Bəs niyə bəyənmirlər sizi, istəmirlər ki, bir yerdə olasınız?
- Paxıllıqdır bunun başında duran, daha nə olmalıdır? Biz sənətimizlə, övladlarımızla məşğuluq. Yeni "Toy olsun" mahnısını yazmışam, klip çəkdirmişik "Sənsizlik" mahnısına. Hazırda sözləri Laçın Nəcəf oğluna aid yeni mahnılar yazıram. Sənətimizdə yeniliklər çoxdur. Qoy onlara paxıllıq çəkmək qalsın.
- Mümkünsə açıqlama verin, hansı müğənni sizin haqda hər yerdə açıqlama verir ki, boşanmısınız?
- Bilirsiniz, ağıllı-başlı insan bu hərəkəti etməz. Bizim ailəmizə niyə toxunur, bilmirəm. Yəqin gündəmə gəlmək üçün edir. Mərdimazardır. O, bizim üçün yox kimi adamdı. Adını lazım olsa açıqlayaram, amma səbir edirəm. Şəxsi həyatıma qarışdığına görə məhkəməyə verəcəm, cəzasını qanun verəcək. Çıxıb hər yerdə ağzına gələni danışmasın, biz bilirik o, kimdir, şərəf və ləyaqətimizə toxunduğuna görə cavab verəcək. Bizi xalq sevir, o isə bizi nüfuzdan salmaq istəyir. Xalqıma, torpağıma canım qurban. Əgər günün bu günü xalqım duetimizi qiymətləndirirsə, sənə nə düşüb ortalıqda nə gəldi danışırsan? Milçək bir şey deyil, ürək bulandırır. İstəyir Musa ilə Təranə ayrılsın, karyeramız dağılsın. Amma Təranəylə məni ölüm ayıra bilər. Həyatı boyu heç kim ayıra bilməz. Lazım olsa, efirə çıxıb efirdən də sözümü deyərəm. Uzun müddət efirə çıxmadıq, övladımızın tərbiyəsi ilə məşğul idik. Təranə kimi ana görməmişəm, uşağı bağçaya da qoymadı, özü böyütdü.
- Bəs nə kimi tədbirlər görəcəksiniz?
- İnsanda səbir yaxşı şeydir, artıq bundan sonra ailəmə zərrə qədər bir söz gəlsə, gedib həmin adamı öldürüb, reşotkaya düşəcəm. Dilini dinc saxlasın.
- Səbəb nədir ki, sizinlə yola getmir?
- Bizim hamıya qarşı münasibətimiz yaxşıdır. Sadəcə, ona burdan bir sözüm ola bilər ki, getsin ailəsi ilə məşğul olsun - oğlunu-qızını küçədən toplasın. Yaxşı bir ailəsi olsun, amma inanmıram. 50 yaşı var, bundan sonra ailəsi ola bilər, yoxsa yox. Tərbiyə versin övladlarına. Qəzet və saytlara ağzına gələni yazdırmasın. Mənim əlimdə böyük materiallar var. Yoxsa başqa cür hərəkət edəcəm. Mən həmin bu ara müğənnisi haqqında ciddi tədbir görəcəm. Məsləhətdir ki, burnunu hər yerə soxmasın. İlhamə xanımla 10 ildir ailəvi dostuq. Onunla fəxr edirəm.
- Ən çox özünüzdə nəyi qiymətləndirirsiniz?
- Səbirli insanam.
- Təranə xanımın əlinin duzu varmı?
- Mənim başımın tacıdır. Amma tərəzi bürcündən olduğuna görə əlinin duzu yoxdur.
- Sizin üçün gündəmdə olan ideal müğənni kimdir?
- İlhamə Quliyeva.
- Xumar Qədimova ilə münasibətiniz necədir?
- Bilirsiniz ki, mənim "Yalan dünya" mahnımı Zeynəb xanım ifa etmişdi. "Nazlı yarım" mahnısını da Zeynəb bacıma hədiyyə etmişdim. Evində də olduq. Çox gözəl insandır. Münasibətimiz də çox gözəldir. Sonra "Yalan dünya"nı Xumar xanım icazəsiz oxudu. Düzdür, bir bəstəkar kimi xətrimə dəydi, amma münasibətimiz yaxşıdır. Zəngləşirik, bir məclisimiz olanda canla-başla iştirak edir. Mahnının halallığını vermişəm, çox gözəl ifa edib. Sonra bu yaxınlarda Manaf Ağayev “Vətən oğlu” mahnımı ifa etmək istədiyini bilirdi. Deyəsən klip də çəkdirib. Ona da halallıq verdim.
- Bəs Təranə xanıma özəl olaraq mahnılar bəstələmisiniz?
- Elə "Sevgi dolu dünyamız" mahnısını Təranəyə həsr etmişəm.
- Bu mahnının tarixçəsindən danışardınız...
- Qoy düzünü deyim. Təranəni mən çox qısqanıram. Küsmüşdük. Dedim, mənə çay ver, burnunu salladı. Çay içə-içə stolun üstündə bir qəzet var idi. Baxdım ki, çox maraqlı şeirdir: "Sevgi dolu dünyamızı neylədin". Tez gitaramı gətirdim, Təranəyə dedim ki, bax gör nə gözəl şeirdir. Əsas sözlər məni tutdu, gözəl bir mahnı bəstələdim. Həmin gün gecə saat beşdə zəlzələ olmuşdu. Biz zəlzələ ola-ola studiyada bu mahnını yazdırdıq və barışdıq. Sevirəm dəli kimi, neyləyim?
- Sizi sevməyənlərə sözünüz varmı?
- Onlara məsləhətim budur ki, ürəkdən sevsinlər. Paxıllıq çəkməsinlər. Neyləsinlər, sevə bilmirlər də yazıqlar. Onlar həyatda əsil məhəbbətlə kimisə sevə bilməzlər. Mənimlə Təranənin sevgisi əsrin sevgisidir. Yalandan paxıllıq edib bizə ilişməsinlər. Əsli Kərəm sevgisinin qarşısında heç kim dura bilməz. Çoxları istəyir biz ayrılaq, amma görməyəcəklər. Bilsinlər ki, biz bilirik səbəb odur ki, biz Təranə xanımla "Yaxşıların yaxşısı" Qrant mükafatını aldıq. Çoxları bunu həzm edə bilmədilər. Biz 1985-ci ildən bu mükafatları alırıq. İndi də deyirlər ki, onlar nə edib ki, siz mükafat verirsiniz? Mənim evdə "Qızıl buta", "1001 mahnı" fəxri diplomum, idman nazirliyi tərəfindən mükafatlarım var. Hələ bir çoxunun adını çəkmədim. Dəfələrlə şəhid ailələri, veteranlar, uşaq evləri üçün xeyriyyə konsertləri vermişik. İlk dəfə şəhidlər haqqında mahnı ifa edib, klip çəkdirmişəm. Bizi ki xalq sevir, sən get bir özünə bax, bizə bax, sonra danış. Səni yox edərəm, bir də mənim ailəm haqqında nəsə bir kəlmə eşitsəm. Onsuz onu cavabsız qoymayacam. Səhər başqası da çıxıb ağzına gələni danışmasın, ara müğənnisi.
- Deyəsən, mən bildim söhbət kimdən gedir. Səhv eləmirəmsə, əslən cənub bölgəsindən olan qadın müğənnisidir. Amma adını siz deyin.
- Bilsin ki, kimin yanında nə danışırsa, mən çox gözəl bilirəm. İndi vaxtı deyil, lazım olsa, efirlərə çıxıb sözümü deyəcəm. Əl çəkən deyiləm ondan.
- Musa müəllim haçan təhlükəli ola bilər?
- Kimsə ailəsinə dil uzadanda. Allah hamının balasını xoşbəxt etsin. ikinci övladımızın toyuna hazırlaşırıq. İnşallah 3-cü qızımızı da böyüdüb onun toyunu edəcəyik. Sənətimizlə, ailəmizlə məşğuluq. Heç kimlə işimiz yoxdur.
- Kadr arxasında, yoxsa göz önündə olmaq yaxşıdır?
- Nə qədər ki kadr arxasında idik, söz-söhbət yox idi. İndi göz önündəyik, ağzına gələni yazdırırlar, haqqımızda danışırlar. Gözdür, nəfsdir üstümüzdə. Belə şeylər görəndə sevgimiz daha da möhkəmlənir. Bizə çox dostlarımız TWIKS adını qoyublar.
- Ürəkdən nə vaxt ağlamısınız?
- Qardaşımı itirəndə.
- Nədən qorxursunuz?
- Ailəmi itirməkdən, bir də Allahdan.
- Təranə Musa cütlüyü nədən bu qədər həzin, kövrək ifa edir mahnıları?
- Sevgimizdən irəli gəlir.
- Sizin gözünüzdə gözəl qadın necə olmalıdır?
- Gözəl qadın gözümdə Təranədir.
- Təranə xanıma xəyanət etmisiniz?
- 1997-ci ildən içkiyə tövbə etmişəm. Ömrümün axırına qədər heç vaxt Təranəyə xəyanət etmərəm. And olsun, eləmərəm heç vaxt. Bizim ailəmiz təmiz sevgi üzərində qurulub. Özüm məşədiyəm, namaz qılıram.
- İlk sevginiz neçə yaşında olub?
- İlk dəfə 5-6-cı sinifdə sevmişəm.
- Həyatda neçə dəfə sevmək olar?
- 1 dəfə sevmək olar.
- Kədəri dəf etmək üçün nə edirsiniz?
- Musiqi bəstələyirəm.
- Zaman dəyişir, yoxsa insanlar?
- İnsanlar dəyişir.
- Sizi qapalı və qeyri-səmimi müğənni kimi qəbul edənlər də var, buna sözünüz.
- Ona görə qapalıyıq ki, heç kimi ailəmizə buraxmıram, övladımın 1-cisi 7 ildir ailə qurub, 1 övladı var. 2-ci qızım nişanlıdır. Sonbeşiyimiz də balacadır. Mehriban ailəyik. Gözə gəlməkdən qorxuram deyə, hər insanı evimə buraxmıram. Kim nə deyirsə desin, qeyri-səmimi deyiləm. Dost-tanışlarımız bilirlər ki, çox səmimi insanıq deyə, yuxarı təbəqə ilə dostluq edirik, aşağı ilə işimiz yoxdur.
- Pis insanlar çoxdur, pis əməllər?
- Pis əməllər çoxdur.
- Şou-biznesdə hansı müğənnilərin mahnılarını dinləyirsiniz?
- Xoşuma gələn mahnı olanda qulaq asıram, İran mahnılarına, türk mahnılarına qulaq asıram. Ən çox sevdiyim müğənni hacıqabullu Kamandardır.
- Həyatda çoxmu əzab-əziyyət görmüsünüz?
- Çox olub. Əzab-əziyyət görmüşəm ki, indiki yaşayışımın qədrini bilirəm, ailəmi sevirəm.
- Sizcə məhəbbət insanı öldürür, ruhunu oyadır, yoxsa insanı yaşadır?
- İnsanı yaşadır məhəbbət.
- Şəlalə nə deməkdir sizin üçün?
- Gözəl təbiətdir. Suların şırıltısıdır. Sizin kimi mehriban, səmimi, düzə-düz yazan, əyrini-əyri deyən xanımdır.
- Özünüzə hansı sualı verərdiniz?
- Çox tənbələm. Mənim bu sahədə ayaqda durmağıma Təranə xanım çox kömək olub. 1997-ci ildə albomu ona görə çıxartdım. Təranə olmasaydı, mübarizə aparmağa həvəsim yoxdur. İnşallah, yeni mahnılarımız işıq üzü görəcək, tezliklə yeni kliplər və durmadan duetlərimiz olacaq.
Təbiətin möcüzəsi olan şəlalənin də öz ritmi, öz musiqisi var. O, bəzən coşur, bəzənsə həzin şırıltı ilə axır. İstənilən halda onun saf suları hər yerə aydınlıq gətirir.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Nadir Qafarzadə Rusiyada torpaq sahəsi alıb? - AÇIQLAMA
Bu gün, 17:22 |
|
|
|
• Çavuşoğlunu Bakıya gətirən mühüm səbəb: - Qərbi Azərbaycanla bağlı nə baş verir?
Bu gün, 17:15 |
|
|
|
• Bir dəfəlik, yoxsa birdəfəlik sülh? - Bahəddin Həzi yazır...
Bu gün, 15:02 |
|
|
|
• Qloballaşan savaş: “Üçüncü Dünya müharibəsi başlayıb, sadəcə...” - GÖRÜNƏNİ BUDUR
Bu gün, 15:00 |
|
|
|
• Dəb indiki xoşbəxtlikdir, dəyər sonrakı peşmanlıq! - Aqşin Yenisey
Bu gün, 14:58 |
|
|
|
• Tramp Viktor Orbana zəng etdi
Bu gün, 14:06 |
|
|
|
• “Kişi kimi uduzmaq lazımdır, dovşan kimi yox” - Zaur Axundovdan yığmaya sərt tənqid
Bu gün, 13:57 |
|
|
|
• "Ermənistan Azərbaycanın haqlı gözləntilərinə cavab versə..." - Ekspert
Bu gün, 13:52 |
|
|
|
• Azərbaycanın tanınmış jurnalistini maşın vurdu: Xəstəxanaya aparıldı - FOTO
Bu gün, 13:50 |
|
|
|
• “Kişi müğənnilər də plastik etdirir, övladları onlardan utanır...” - Əməkdar artist
Bu gün, 13:17 |
|
|
|
• Laçında baş verən zəlzələ Ermənistanda da hiss olunub - YENİLƏNDİ
Bu gün, 13:12 |
|
|
|
• Ermənistanda sülh deyənlərə həbsxana GÖSTƏRİLİR - Görünəni odur ki...
Bu gün, 13:11 |
|
|
|
• Xanlar Fətiyev Tərtər rayonunun Azad Qaraqoyunlu kəndində vətəndaşları qəbul edib
Bu gün, 13:03 |
|
|
|
• Azərbaycanlı diplomat 70 kq qızılı haradan alıb? – Diqqətçəkən detal
Bu gün, 12:58 |
|
|
|
• Azərbaycan mediasının COP29 sınağı - Rəşad Məcid yazır...
Bu gün, 12:55 |
|
|
|
• Trampla Putin arasında gizli görüş... - Şok iddia
Bu gün, 12:53 |
|
|
|
• Sirli diplomatın KİMLİYİ BƏLLİ OLDU - 70 kiloqram qızıl isə...
Bu gün, 12:50 |
|
|
|
• "Hakimiyyət naminə torpaqları qurban verdikləri kimi..." - Deputatdan SƏRT SÖZLƏR
Bu gün, 12:38 |
|
|
|
• Azərbaycan öz üzərinə düşəni edir - ŞƏRH
Bu gün, 12:30 |
|
|
|
• Paşinyan ölkədəki istefa dalğasından danışdı: - "Məmurlara yazdım ki..."
Bu gün, 12:27 |
|
|
|
• MDB ölkələrindən aldığımız məhsullar onlara satdığımızdan 3 dəfə çoxdur - SİYAHI
Bu gün, 12:14 |
|
|
|
• Ermənistan İstintaq Komitəsinin keçmiş sədri istintaqa çağırılıb
Bu gün, 12:09 |
|
|
|
• “Ermənistandakı indiki nəsil vuruşmağa hazır deyil... - Hətta xaricdən kimsə dəstək olsa belə...”
Bu gün, 12:06 |
|
|
|
• Sərhədlər açılır... YA AÇILMIR? - daha bir AÇIQLAMA
Bu gün, 12:03 |
|
|
|
• Rusiya DİN bəzi şəxsləri vətəndaşlıqdan məhrum edir - Azərbaycanlılar da olacaq?
Bu gün, 11:56 |
|
|
|
• Çin hakerləri ABŞ-nin infrasturkturuna girməyə çalışırlar - Morqan Adamski
Bu gün, 11:53 |
|
|
|
• İranın yeni paytaxtı bu şəhər ola bilər - KİV
Bu gün, 11:52 |
|
|
|
• Almaniya ilə Azərbaycan arasında yeni gərginlik - XİN rəhbəri nə deyib?
Bu gün, 11:38 |
|
|
|
• Azərbaycanda saxlanılan gömrük xidmətinin rəis müavini 200 milyon verib HƏBSDƏN ÇIXDI - TƏFƏRRÜAT
Bu gün, 11:21 |
|
|
|
• Tanınmış meyxanaçıdan MƏSLƏHƏT: - “Oğlan uşağını kişi kimi böyüdün ki, sonradan...”
Bu gün, 11:19 |
|
|
|
• Paşinyanın qadın “batalyon”u - strateji postlar niyə “axçi”lərə verilir...
Bu gün, 11:17 |
|
|
|
• Rusiyadan Ermənistan milyardlarla dollarlıq qızıl axır - Şəbəkənin arxasında kimlər dayanır?
Bu gün, 11:13 |
|
|
|
• Azərbaycanda bu deputatlara mənzil verildi - DETALLAR
Bu gün, 11:09 |
|
|
|
• DİQQƏT: Kənd məktəbləri sürətlə boşalır... - NƏ ETMƏLİ?
Bu gün, 11:07 |
|
|
|
• Rusiya-Ukrayna gərginliyi... BİZƏ NECƏ TƏSİR EDƏCƏK? - ARAŞDIRMA
Bu gün, 10:59 |
|
|
|
• "Səni 12 ildir mən gözəlləşdirmişəm"
Bu gün, 10:56 |
|
|
|
• İstanbulda 70 kq qızılla saxlanılan azərbaycanlı diplomat deyil - SARIYER OLAYI...
Bu gün, 10:50 |
|
|
|
• Bu hallarda işçilərin işdən kənarlaşdırılması qanunsuzdur... - Ekspert danışır...
Bu gün, 10:47 |
|
|
|
• Britaniyanın HSBC bankı Rusiya və Belarusdan ödənişləri qəbul etməyəcək - “Reuters”
Bu gün, 10:44 |
|
|
|
• Vüsal Məmmədov səhiyyə korrupsiyasının ƏSAS SİMASI OLUB? - İLGİNC İDDİALAR
Bu gün, 10:43 |
|
|
|
• Heydər Əliyev adına Müasir Təhsil Kompleksinə yeni direktor təyin edilib - ƏMR
Bu gün, 10:32 |
|
|
|
• AYNA Bakıda bu işlərə 1,2 milyon manat xərcləyəcək
Bu gün, 10:30 |
|
|
|
• "İran azərbaycanlıları Ermənistana yanacaq və digər yüklərin daşınmasına qarşı etiraz etməlidirlər" - deputat
Bu gün, 10:27 |
|
|
|
• Bakı ilə Ankaranın ZƏNGƏZUR SÖZBİRLİYİ... - İrəvan yola gəlməlidir...
Bu gün, 10:21 |
|
|
|
• "The New York Times" Naftalandan yazıb, həm də necə... - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 10:19 |
|
|
|
• ATİAHİ nümayəndə heyəti Türk Dünyası Konfransında iştirak edib
Bu gün, 10:17 |
|
|
|
• "Mənim vəziyyətim heç bir rəsmi qurumu narahat etmir..." - Qarabağ qazisindən ETİRAZ
Bu gün, 10:14 |
|
|
|
• BUNU DA GÖRDÜK: “Od qiyməti”nə alınan uzunqulaqlar... - Kimin NƏYİNƏ LAZIMDIR?
Bu gün, 10:10 |
|
|
|
• "Ermənistan cəmiyyətinin şüurunda türk düşmənçiliyi hakim mövqeyindədir" - BU FAKTDIR...
Bu gün, 10:07 |
|
|
|
• Sülh müqaviləsi təhdid altında - İNCƏLƏMƏ
Bu gün, 10:05 |
|
|
|
|