COP29-da tarixi nailiyyət: Bakı 1,3 trilyon dollarlıq yeni iqlim maliyyəsini hədəf seçib .....                     COP29-da illik iqlim maliyyələşməsi üçün 300 milyard dollar təsdiqlənib .....                     Avropa çətin vəziyyətdə: “Rusiya qazının idxalı azalsa…” .....                     "Ərə sahib olmaq super bir hissdir..." .....                     Cavid İsmayılzadənin "əli uzandı" .....                     Azərbaycan Cənubi Qafqazın ən təhlükəsiz ölkəsidir .....                     "Daha fundamental əsərlər yazılmalı, filmlər çəkilməlidir" .....                     Dövlət qurumu 1,1 milyon manatlıq geyimləri .....                     Avropa İttifaqı sülhə mane olur .....                     Azərbaycanda logistika şirkəti .....                     "Səbail Market" fəaliyyətini dayandırdı .....                     Nadir Qafarzadə Rusiyada torpaq sahəsi alıb? .....                     Çavuşoğlunu Bakıya gətirən mühüm səbəb: .....                     Bir dəfəlik, yoxsa birdəfəlik sülh? .....                     Qloballaşan savaş: “Üçüncü Dünya müharibəsi başlayıb, sadəcə...” .....                     Dəb indiki xoşbəxtlikdir, dəyər sonrakı peşmanlıq! .....                     Tramp Viktor Orbana zəng etdi .....                     “Kişi kimi uduzmaq lazımdır, dovşan kimi yox” .....                     "Ermənistan Azərbaycanın haqlı gözləntilərinə cavab versə..." .....                     Azərbaycanın tanınmış jurnalistini maşın vurdu: Xəstəxanaya aparıldı .....                     “Kişi müğənnilər də plastik etdirir, övladları onlardan utanır...” .....                     Laçında baş verən zəlzələ Ermənistanda da hiss olunub .....                     Ermənistanda sülh deyənlərə həbsxana GÖSTƏRİLİR .....                     Xanlar Fətiyev Tərtər rayonunun Azad Qaraqoyunlu kəndində vətəndaşları qəbul edib .....                     Azərbaycanlı diplomat 70 kq qızılı haradan alıb? .....                     Azərbaycan mediasının COP29 sınağı .....                     Trampla Putin arasında gizli görüş... .....                     Sirli diplomatın KİMLİYİ BƏLLİ OLDU .....                     "Hakimiyyət naminə torpaqları qurban verdikləri kimi..." .....                     Azərbaycan öz üzərinə düşəni edir .....                     Paşinyan ölkədəki istefa dalğasından danışdı: .....                     MDB ölkələrindən aldığımız məhsullar onlara satdığımızdan 3 dəfə çoxdur .....                     Ermənistan İstintaq Komitəsinin keçmiş sədri .....                     “Ermənistandakı indiki nəsil vuruşmağa hazır deyil... .....                     Sərhədlər açılır... YA AÇILMIR? .....                     Rusiya DİN bəzi şəxsləri vətəndaşlıqdan məhrum edir .....                     Çin hakerləri ABŞ-nin infrasturkturuna girməyə çalışırlar .....                     İranın yeni paytaxtı bu şəhər ola bilər .....                     Almaniya ilə Azərbaycan arasında yeni gərginlik .....                     Azərbaycanda saxlanılan gömrük xidmətinin rəis müavini 200 milyon verib HƏBSDƏN ÇIXDI .....                 

ANARIN ƏDƏBİ ANARXİYASI
Tarix: 5-06-2012, 12:15 | Çap et
ANARIN ƏDƏBİ ANARXİYASI

1937-Cİ İL OLSAYDI, SÜDABƏ SƏRVİNİ GÜLLƏLƏMİŞDİLƏR...

DİA.AZ: - Bir neçə gün əvvəl yazıçı Südabə Sərvi mətbuata müsahibəsində Azərbaycan Yazıçılar Birliyinin mənzil bölgüsünü kəskin tənqid etmişdi. Və çox keçmədi ki, son günlər tez-tez hövsələdən çıxdığına şahidlik etdiyimiz Azərbaycan Yazıçılar Birliyi, qurumun üzvü, yazıçı Südabə Sərvinin fikirləri ilə bağlı bəyanat yaydı.

Bəyanatda əvvəlcə Südabə Sərvinin Rəsul Rza ilə bağlı dediyi fikirlərə toxunulur. Südabə Sərvi demişdi ki, atası Rəsul Rza ilə dost olub, onun ayağı altında qurban kəsib, Anara əvvəlki hörmətinin səbəbi də atasının Rəsul Rzayla yaxın dost olmasıdır.

Yazıçılar Birliyinin bəyanatında bu məqamla bağlı aşağıdakılar qeyd edilir: “Anar müəllimdən soruşduq, dedi ki, atamın belə bir dostu, həm də ki, yaxın dostu olmasından mənim xəbərim yoxdur. Guya ki, Rəsul Rza rayona gələndə ayağının altında qurban kəsilməsi də tamamilə uydurmadır. Rəsul Rzanın belə şeylərdən xoşu gəlməzmiş və heç bir yerdə, heç bir vaxt onun ayağı altında qurban kəsilməyib”.

Yazıçılar Birliyinin bəyanatında Anarın otağındakı xalça məsələsinə də aydınlıq gətirilir: “Südabə Sərvi Anarın iş otağında asılmış Nizami xalçasını ona guya ki, Südabənin atasının hədiyyə etdiyini deyir. Ən ağ yalanın da bir əndazəsi olmalıdır axı... Bu xalça Anarın heç tanımadığı, heç vaxt üzünü görmədiyi adamın hədiyyəsi deyil, xalça yazıçının 60 illik yubileyində Gəncədə şəhərin icra hakimiyyəti tərəfindən ona hədiyyə edilmişdir”.

Bəyanatda vurğulanır ki, Südabə Sərvi Anarın məsləhəti ilə “El” jurnalına redaktor təyin edilib: “Birlikdə hamı yaxşı bilir ki, Südabə Sərvi Anarın məsləhəti və xahişi ilə “El” jurnalına redaktor təyin ediləndən sonra elə ilk nömrədə Anarın əleyhinə tərbiyəsiz və ədəbsiz yazı çap etdi”. (Burada söhbət Aqşinin “El” jurnalına verdiyi müsahibədən gedir).

Bəyanatda Südabə Sərvinin vaxtilə Anarı müdafiə etməsi ilə bağlı səsləndirdiyi fikirlərə də münasibət bildirilib: “...belə müdafiələrin müqabilində Yazıçılar Birliyindən qat-qat artıq dərəcədə faydalanıblar. Bu qədər nankor, bu qədər çörəyi dizinin üstündə olmaq özünü yazıçı adlandıranlara yaraşmaz”.

Yazıçılar Birliyi Südabə Sərvini məhkəmə ilə də hədələyib: “O ki, qaldı Südabə Sərvinin Yazıçılar Birliyində hansısa torpağın satılması və ev növbəsinə düşmək üçün rüşvət alınması kimi çirkin iftiralarına, bunların cavabını məhkəmədə verməli olacaq. Yazıçı adına ləkə gətirən belə böhtançıların təşkilatımızın tərkibində qalıb- qalmamaları haqqında da düşünməyin vaxtıdır”.

Bəyanatın sonunda deyilir: “Sədrin müşaviri vəzifəsini icra edən Rauf Aslanov haqqında yazılan hədyanlara cavab olaraq bildiririk ki, o uzun müddət mötəbər təşkilatlarda vicdanla çalışmış və bu gün də eyni tərzdə Azərbaycan Yazıçılar Birliyində öz fəaliyyətini davam etdirən təcrübəli, səriştəli bir yoldaşdır. Məlumdur ki, ali təhsili olmayanı belə məsul vəzifələrə işə götürmürlər. “Azərbaycan Yazıçılar Birliyini Rauf Aslanov idarə edir” deyə hay-həşir salanların nəzərinə çatdırırırq ki, o müşavir vəzifəsini icra edir və buna görə də maaş cədvəlinə qol çəkir. Azərbaycan Yazıçılar Birliyinin kollektivi və üzvlərinin əksəriyyəti onun iş üslubundan razıdırlar. Eyni zamanda mənzil növbəsinə dayananların, katibliyin xahişi ilə o, mənzil komissiyasın sədri seçilmişdir”.

Yazıçı-publisist, "El" jurnalının şef-redaktoru Südabə Sərvi isə Yazıçılar Birliyinin sözügedən bəyanatını belə şərh edib: “Əminəm ki, bəyanatdan Anarın xəbəri yoxdur: Rauf mənimlə telefonla danışdı, dedi ki, siz gəlib yazılı izahat verməlisiniz, yoxsa bildiyimiz kimi edəcəyik. Bəyanatdakı cümlələrdən hiss olunur ki, bu mətni Rauf Aslanov özü yazıb. Onu da deyim ki, Rəsul Rzanın ayağının altında qurban kəsilməsi hadisəsini mənə əmilərim danışıb. Və burada pis bir şey yoxdur. Bu, göyçaylıların böyük şairə hörmətin göstəricisidir. Xalça məsələsini də mənə əmilərim deyib. Əmilərim sağdır. Ola bilsin ki, onlar səhv edirlər, indi Anarın otağında olan xalça atamın hədiyyə etdiyi xalça deyil, ancaq hər halda atam Rəsul Rzaya xalça bağışlayıb. Aqşinin müsahibəsi haqqında da bir-iki kəlmə demək istəyirəm. Aqşin müsahibəsində Yazıçılar Birliyi haqqında sərt fikirlər səsləndirmişdi, amma mən o hissələri kəsib-doğradım. Ancaq bir məqam vardı, Aqşin demişdi ki, mən Yazıçılar Birliyinə üzv olmaq istəyirdim, amma oradakı mühit məni itələdi. Bundan istifadə edən bəzi adamlar Anara çatdırmışdılar ki, Südabə Sərvi sənin əleyhinə tərbiyəsiz yazı yazıb. Halbuki belə bir şey olmamışdı".

Əsas odur ki, tənqidə qərəzlə yox, vicdanla, ədalətlə cavab verəsən.

Mənim verdiyim müsahibədə hədəfim heç də Anar müəllim deyildi, məhz siz idiniz, Rauf müəllim. Çünki özünüzün dediyiniz kimi, Anar müəllim məni mənzil siyahıya salmaq fikrində olarkən siz yox demisiniz. Birliyin sədrinə yox demisiniz. Mən indi burdan elan edirəm ki, AYB-dən daha mənə ev lazım deyil. Sənədlərimi cırıb tullayın. Onsuz da min dənə “saxtalıq” tapırsınız.

Mənim atam vəzifədə olarkən çoxlarına ev bağışlayıb. Bunu Ədalət Əsgəroğlu da təsdiq edə bilər. Amma bu gün onun 17 il 3 uşaqla kirayədə qalan övladı öz hüququnu tələb etdiyinə görə “məhşər ayağına” çəkilir, saytlarda əleyhimə ağızlarına gələni yazdırırlar…Təəssüf! Nə yazıq bizlərə. Mən bütün bunları roman şəklində qələmə alıb gələcək nəslə çatdıracağam.

Məni məhkəmə ilə qorxutmaq Raufun cılızlığını göstərir.

Düşünürəm ki, bu bəyanat AYB-nin adına bir ləkədir. Çünki mənim orda çox hörmət etdiyim insanlar var: Anar müəllim var, Çingiz Abdullayev, Fikrət Qoca, Arif Əmrahoğlu, Rəşad Məcid, Ədalət Əsgəroğlu, Arifə xanım və başqaları var. Əgər hansısa sözüm Anar müəllimin xətrinə dəyibsə, mən ondan üzr istəyirəm! Amma Rauf haqqında yenə də əvvəlki fikirlərimdə qalıram. Bu adam özünü orada ağa kimi aparır. Müxtəlif mənbələrdən mənə gələn məlumatlara görə, Rauf məni hörmətdən salmaq üçün hətta Göyçay İcra Aparatına, ali təhsil aldığım universitetə sorğular göndərib, əleyhimə “hansısa materiallar” toplayır. Hətta qeydiyyata düşdüyüm evin sahibinə zəng edib sorğu aparır və s. . Bir nəfər mənə dedi ki, məni də bu kompaniyaya qoşmaq istəyirdi, qatılmadım. Rauf bunları ona görə edir ki, mən onun haqqında guya çox sərt danışmışam.Amma daha sərt danışanlara cavab verə bilmir, “gücü” ancaq Aləmzərlə mənə çatır. Mən isə deyirəm: Ayıbdır, Rauf müəllim! Siz əleyhimə nələr “toplayırsınız,” hamısı mənə çatır. Bununla fikriniz nədir ki? Bəyəm AYB-nin rəhbər işçiləri sizin elədiyiniz bu addıma “afərin” deyəcəklər? Siz bununla heç nəyə nail ola bilməyəcəksiniz. Çünki mənim də deməyə sözlərim və faktlarım çoxdur. Lazım gələrsə, mətbuat konfransı təşkil edəcəm, Cənab Prezidentə müraciət ünvanlayacağam. Ölkənin sahibi var. Məni o həddə çatdırmayın. Xanım yazıçılara qarşı bu cür çirkin kompaniya AYB-yə heç də başucalığı gətirmir.

Xatırladaq ki, Südabə Sərvi bir neçə gün əvvəl müsahibəsində AYB-nin mənzil bölgüsünü kəskin tənqid etmişdi.

Hər halda, son zamanlar Yazıçılar Birliyinin adı heç də xoş olmayan hadisələrdə hallanmaqdadır. Bunun isə sırf olaraq Anarın artıq AYB-ni idarə edə bilməməsi kii dəyərləndirənlər də var. Əslində problem köhnədir. Və problemin qaynağı Anarın şəxsi ilə izah olunur. Bu gün ola bilsin ki, xanım yazıçı Südabə Sərvi üzvü olduğu təşkilatın məhkəmə hədəsindən ehtiyatlanaraq ağ bayraq qaldırır.

Amma illərdir, Anarın yazıçılar birliyində yaratdığı və ümumiyyətlə, ədəbiyyat mühitində yaratmağa çalışdığı anarxiya ilə mübarizə aparan xeyli sayda normal qələm sahibləri var. Onlar nə Anardan ev umurlar, nə də Anarın əli ilə dağıdılan sədəqələrə möhtac deyillər.

Təbii ki, burada söhbət Anarın ədəbiyyatdakı rolundan və yazarlıq kefyiyyətlərindən getmir. Anar gözəl yazıçıdır və o, Azərbaycan ədəbiyyatında hər zaman izini qoruyacaq. Amma bu o demək deyil ki, gözəl qələmi olan Anar həm də digər qələm sahiblərini ədalətli şəkildə təşkilatlandırmaqdadır. Əgər problem varsa və bu problemin ömrü uzun illəri əhatə edirsə, deməli, AYB-də rəhbərlik dəyişməlidir. Bunun başqa bir izahatı yoxdur.

Onu da qeyd edək ki, bir müddət əvvəl qəzetimiz tərəfindən məlumat verilərək bildirilmişdi ki, Anar AYB-nini rəhbərliyindən getməyə hazırlaşır. Təbii ki, biz bu məlumatı yayarkən kifayət qədər etibar etdiyimiz mənbələrə istinad etmişdik. Və onu da vurğulamışdıq ki, Anar AYB-nin növbəti qurultayına qədər postunu tərk edəcək və yenidən sədrliyə iddialı olmayacaq. Çox keçmədi ki, bu xəbərimiz elə Yazıçılar Birliyinin nümayəndəsi - Azərbaycan Yazıçılar Birliyinin mətbuat katibi Ədalət Əsgəroğlu Anarın qurumun rəhbərliyindən getmək haqda fikirləşdiyini qeyd edib.

"Amma bu söz olaraq da qala bilər, çünki hələ qurultaya bir neçə ay var. Anar müəllim yenidən namizədliyini irəli sürsə, biz onu rəhbər kimi seçməyə hazırıq. Bununla yanaşı, başqa alternativ şəxslərin də bu vəzifəyə öz namizədliyini irəli sürməsi üçün imkan yaradılacaq. Artıq alternativ namizdə olmaq istəyənlərdən bəziləri isə bir az ayrı tərzdə öz fikirlərini irəli sürməyə başlayıblar. Guya, Anar müəllim bunları rəhbərlik sevdasından uzaqlaşdırır. Bir neçə nəfər isə deyir ki, “Anar müəllim namizədliyini verməsə, biz öz adımızı irəli sürərik”. Bu nə dərəcədə doğrudur? Sadəcə hamısı riyakarlıq edirlər. Amma namizədliklərini irəli sürməklə biz yazıçıları seçim qarşısında qoyurlar.

Anar müəllim desə ki, “mən imtina edirəm və namizədliyimi irəli sürməyəcəm” o zaman bu vəzifəyə layiqli bir insanı seçmək lazımdı. Həmçinin bu namizəd beynəlxalq göstəricilərə də cavab verməlidi”.

Hər halda, AYB rəsmisinin söylədikləri dediklərimizin sübutu kimi qəbul oluna bilərdi. Amma sonradan ilk dəfə 1991-ci ilin martında Yazıçıların IX Qurultayında Azərbaycan Yazıçılar Birliyinin sədri seçilmiş Anar deyilənləri şəxsən inkar edərək AYB rəhbərliyindən getmək istəmədyini bildirdi. Onu da xatırladaq ki, 1997-ci il oktyabrın 30-da Yazıçıların X Qurultayında Anar ikinci dəfə Azərbaycan Yazıçılar Birliyinin sədri seçilib və bu il martın 14-də onun 74 yaşı tamam olub.

Xatırladaq ki, onun gedişindən sonra isə AYB-yə hazırda baş nazirin müavini postunu tutan Elçin Əfəndiyevin rəhbərlik edəcəyi söylənilirdi. İndi isə aydın oldu ki, Anar getmək istəmir. Və bununla bərabər həm də yaratdığı ANARXİYAsının dibini sulamaqla məşğuldur. Öz haqqını tələb edən bir xanım yazıçını məhkəmə ilə ədələyir. Yəqin ki, Anar və Südabə Sərvin 1937-ci ildə yaşasaydılar və aralarında belə bir mübahisə yaransaydı, artıq xanım yazarımızı çoxdan güllələmişdilər və yaxud da Sibirə yollamışdılar. Çünki Anarın birbaşa iştirakı ilə xanım yazıçı barəsində yayılan bəyanatın ruhundan da bunu apaydın şəkildə duymaq olar. Nə yaxşı ki, 1937-ci il deyilmiş…

Sahib ELDOST
ədəbi tənqidçi









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
COP29-da tarixi nailiyyət: Bakı 1,3 trilyon dollarlıq yeni iqlim maliyyəsini hədəf seçib
Bu gün, 03:58
COP29-da illik iqlim maliyyələşməsi üçün 300 milyard dollar təsdiqlənib
Bu gün, 03:56
Avropa çətin vəziyyətdə: “Rusiya qazının idxalı azalsa…” - GƏLİŞMƏ
Bu gün, 03:02
"Ərə sahib olmaq super bir hissdir..."
Bu gün, 02:55
Cavid İsmayılzadənin "əli uzandı" - İLGİNC
Bu gün, 02:52
Azərbaycan Cənubi Qafqazın ən təhlükəsiz ölkəsidir - FAKT BUDUR!
Bu gün, 02:45
"Daha fundamental əsərlər yazılmalı, filmlər çəkilməlidir"
Bu gün, 02:42
Dövlət qurumu 1,1 milyon manatlıq geyimləri - BU ŞİRKƏTDƏN ALDI
Bu gün, 02:30
Avropa İttifaqı sülhə mane olur - Çirkin "binokl diplomatiyası"...
Bu gün, 02:29
Azərbaycanda logistika şirkəti - LƏĞV OLUNUR
Bu gün, 00:05
"Səbail Market" fəaliyyətini dayandırdı
Bu gün, 00:02
Nadir Qafarzadə Rusiyada torpaq sahəsi alıb? - AÇIQLAMA
Dünən, 17:22
Çavuşoğlunu Bakıya gətirən mühüm səbəb: - Qərbi Azərbaycanla bağlı nə baş verir?
Dünən, 17:15
Bir dəfəlik, yoxsa birdəfəlik sülh? - Bahəddin Həzi yazır...
Dünən, 15:02
Qloballaşan savaş: “Üçüncü Dünya müharibəsi başlayıb, sadəcə...” - GÖRÜNƏNİ BUDUR
Dünən, 15:00
Dəb indiki xoşbəxtlikdir, dəyər sonrakı peşmanlıq! - Aqşin Yenisey
Dünən, 14:58
Tramp Viktor Orbana zəng etdi
Dünən, 14:06
“Kişi kimi uduzmaq lazımdır, dovşan kimi yox” - Zaur Axundovdan yığmaya sərt tənqid
Dünən, 13:57
"Ermənistan Azərbaycanın haqlı gözləntilərinə cavab versə..." - Ekspert
Dünən, 13:52
Azərbaycanın tanınmış jurnalistini maşın vurdu: Xəstəxanaya aparıldı - FOTO
Dünən, 13:50
“Kişi müğənnilər də plastik etdirir, övladları onlardan utanır...” - Əməkdar artist
Dünən, 13:17
Laçında baş verən zəlzələ Ermənistanda da hiss olunub - YENİLƏNDİ
Dünən, 13:12
Ermənistanda sülh deyənlərə həbsxana GÖSTƏRİLİR - Görünəni odur ki...
Dünən, 13:11
Xanlar Fətiyev Tərtər rayonunun Azad Qaraqoyunlu kəndində vətəndaşları qəbul edib
Dünən, 13:03
Azərbaycanlı diplomat 70 kq qızılı haradan alıb? – Diqqətçəkən detal
Dünən, 12:58
Azərbaycan mediasının COP29 sınağı - Rəşad Məcid yazır...
Dünən, 12:55
Trampla Putin arasında gizli görüş... - Şok iddia
Dünən, 12:53
Sirli diplomatın KİMLİYİ BƏLLİ OLDU - 70 kiloqram qızıl isə...
Dünən, 12:50
"Hakimiyyət naminə torpaqları qurban verdikləri kimi..." - Deputatdan SƏRT SÖZLƏR
Dünən, 12:38
Azərbaycan öz üzərinə düşəni edir - ŞƏRH
Dünən, 12:30
Paşinyan ölkədəki istefa dalğasından danışdı: - "Məmurlara yazdım ki..."
Dünən, 12:27
MDB ölkələrindən aldığımız məhsullar onlara satdığımızdan 3 dəfə çoxdur - SİYAHI
Dünən, 12:14
Ermənistan İstintaq Komitəsinin keçmiş sədri istintaqa çağırılıb
Dünən, 12:09
“Ermənistandakı indiki nəsil vuruşmağa hazır deyil... - Hətta xaricdən kimsə dəstək olsa belə...”
Dünən, 12:06
Sərhədlər açılır... YA AÇILMIR? - daha bir AÇIQLAMA
Dünən, 12:03
Rusiya DİN bəzi şəxsləri vətəndaşlıqdan məhrum edir - Azərbaycanlılar da olacaq?
Dünən, 11:56
Çin hakerləri ABŞ-nin infrasturkturuna girməyə çalışırlar - Morqan Adamski
Dünən, 11:53
İranın yeni paytaxtı bu şəhər ola bilər - KİV
Dünən, 11:52
Almaniya ilə Azərbaycan arasında yeni gərginlik - XİN rəhbəri nə deyib?
Dünən, 11:38
Azərbaycanda saxlanılan gömrük xidmətinin rəis müavini 200 milyon verib HƏBSDƏN ÇIXDI - TƏFƏRRÜAT
Dünən, 11:21
Tanınmış meyxanaçıdan MƏSLƏHƏT: - “Oğlan uşağını kişi kimi böyüdün ki, sonradan...”
Dünən, 11:19
Paşinyanın qadın “batalyon”u - strateji postlar niyə “axçi”lərə verilir...
Dünən, 11:17
Rusiyadan Ermənistan milyardlarla dollarlıq qızıl axır - Şəbəkənin arxasında kimlər dayanır?
Dünən, 11:13
Azərbaycanda bu deputatlara mənzil verildi - DETALLAR
Dünən, 11:09
DİQQƏT: Kənd məktəbləri sürətlə boşalır... - NƏ ETMƏLİ?
Dünən, 11:07
Rusiya-Ukrayna gərginliyi... BİZƏ NECƏ TƏSİR EDƏCƏK? - ARAŞDIRMA
Dünən, 10:59
"Səni 12 ildir mən gözəlləşdirmişəm"
Dünən, 10:56
İstanbulda 70 kq qızılla saxlanılan azərbaycanlı diplomat deyil - SARIYER OLAYI...
Dünən, 10:50
Bu hallarda işçilərin işdən kənarlaşdırılması qanunsuzdur... - Ekspert danışır...
Dünən, 10:47
Britaniyanın HSBC bankı Rusiya və Belarusdan ödənişləri qəbul etməyəcək - “Reuters”
Dünən, 10:44
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru