MƏMURLAR AQRESSİVLƏŞİBLƏR
Tarix: 5-06-2012, 13:45 | Çap et
«EUROVİSİON» A VERDİKLƏRİMİ HARDAN ÇIXARMALIYAM?”
Xocasən icra nümayəndəliyinin müavini İsa Gözəlov I qrup əlili ölümcül döydü- ŞOK Azərbaycan dövləti dünya birliyində yerini və mövqeyini möhkəmləndirir. Lakin bütün bu irəliləyişləri gözü götürməyənlər də az deyil. Onların arasında bəzi yerli dövlət idarəçiliyi orqanlarında oturşmuş təxribatçı məmurlar da var ki, hər vasitə ilə sadə xalqı dövlətdən və hakimiyyətdən narazı salmağa çalışırlar.
Xocasən qəsəbə sakini Kələntərli İntiqam İbrahimoğlu tərəfindən olduqca maraqlı bir müraciət ünvanlanıb. Müraciətdə bildirilir ki, Xocasən qəsəbəsində son zamanlar ard-arda baş verən hadisələri də bu təxribatın bir hisssəsi hesab etmək olar. Belə ki, Binəqədi rayon Xocasən qəsəbəsi üzrə icra nümayəndəliyinin müavini İsa Gözəlov dövlət başçısının fərman və göstərişlərinə biganə yanaşaraq camaatın gözü qarşısında özünü dövlət nümayəndəsi kimi deyil, qoçu kimi aparır. Qəsəbə cammatı üçün sirr deyil ki, onun qoçu dəstəsinin əsas fəaliyyəti qanunlara məhəl qoymadan ərazidə yaşayan vətəndaşları şantaj edərək pul qazanmaqdan ibarətdir.
Məlumat üçün bildirim ki, mən 23.06.1970-ci ildə Naxçıvan şəhərində anadan olmuşam. Valideynlərimi erkən itirmişəm. Uşaqlıq illərim maddi sıxıntılar altında keçib. Yetimliklə bir təhər çörək qazanmışam. 1995-ci ildə Naxçıvan səmasında baş verən təyyarə qəzasından möcüzə nəticəsində sağ çıxmışam. I qrup əliləm, çətinliklə hərəkət edə bilirəm. Hazırda Bakı şəhərinin Nəsimi rayonunda, 3-cü mikrorayon, H.B.Əliyev küçəsi 4/63 ünvanında qeydiyyatdayam. Xocasən qəsəbəsində müvafiq qanuni sənədlərlə rəsmiləşdirdiyim evdə yaşayıram. Bu günlərdə, daha doğrusu, 2012-ci il iyun ayının 1-də İsa Gözəlovun qoçu dəstəsi tərəfindən məruz qaldığım təpki və təhqirlərdən hələ də özümə gələ bilməmişəm. Həmin gün günorta vaxtı eşitdim ki, Ruslan Allahverdiyev küçəsində, Binəqədi rayon İcra Hakimiyyətinin verdiyi qanuni sənədlər əsasında mənə ayrılmış torpaq sahəsində uçub dağılmış köhnə hasarın bərpası ilə bağlı tikinti işləri aparan fəhlələrə bir neçə şəxs yaxınlaşaraq hasarın kimə məxsus olduğunu soruşmuş və məni “söhbətə” dəvət etmişlər. Fəhlələr mənə zəng vuraraq tikinti sahəsinə çağıranda “söhbətin” nədən ibarət olacağı üzərində düşünürdüm. Həmin şəxslərlə görüşəndə isə məlum oldu ki, onlardan biri Xocasən qəsəbə icra nümayəndəliyinin müavini İsa Gözəlovdur. Söhbət zamanı özünü aqressiv aparan İsa Gözəlov utanıb-çəkinmədən məndən tikinti işlərinin aparılmasına görə 1000 (min) manat özü də təcili rüşvət istədi. I qrup əlil olaraq bu qədər məbləği verməyə hazır olmadığımı dedikdə o, təhqiredici ifadələrlə məni yana itələyərək el arasında “qoçu” Rafael kimi tanınan “cangüdəninin” köməyi ilə hasarı uçurmağa başladı. Siz kimsiniz, nə edirsiniz, deyə onlardan bu əməli dayandırmağı tələb etdikdə isə İsa Gözəlov üstümə atılaraq yaxamdan yapışdı, təhqirlərinə davam etməyə başladı:
- Sən bilmirsən ki, mən yerazam, özü də öz motoruynan? Xocasənin sahibi İsanı deyəsən tanımırsan. Sənə kim olduğumu göstərərəm…
Bunun cavabında xəstə və köməksiz olduğumu söyləyərək dedim ki, “pulu əlil adamdan necə alacaqsan?”. İsa Gözəlov şəstlə öyünərək “sən vermə, o verməsin, bəs «Eurovision» a verdiklərimi hardan çıxarmalıyam?” deyə yaxamı bir neçə dəfə silkələdikdə ayaqlarım tab gətirmədi, yıxıldım. Ətrafdakı fəhlələr və qonşular olmasaydı İsa mənə bəlkə də daha ağır xəsarətlər yetirəcəkdi. Sağ olsunlar haraya gələn qonşuları.Lakin onları görüncə İsa Gözəlov daha da aqressivləşərək “sökəcəm, dağıdacam” deyə-deyə barmaq silkələdi, hətta bir neçəsi ilə mübahisə etməyə başladı. İlyas, Əhliman adlı qonşuları isə sərt şəkildə təhqir edərək başlarına oyunaçacağını söylədi. Yanındakı qoçular isə fəhlələrin alətlərini təpikləyərək bir kənara səpələmişdilər. Qonşum İlyas İsa Gözəlovu sakitləşdirmək üçün ona dövlət nümayəndəsi olduğunu xatırlatdı, tələb etdi ki, camaatı prezidentimizdən, hakimiyyətdən narazı salmasın. Axı dövlətimizin başçısı bütün məmurlara Bakıətrafı qəsəbələrdə evlərin sənədləşdirilərək qeydiyyata alınması barədə göstəriş verib! Siz yerlərdəki məmurlar isə bu göstərişlərə nəinki məhəl qoymur, hətta özbaşınalıq edərək səlahiyyətlərinizi aşğrsınız, camaatı təşvişdə saxlayır, təxribat aparırsınız. Budurmu dövlətə və dövlətçiliyə sədaqətiniz?! Bu sözləri eşitdikdə və qonşuların yığışdığını gördükdə İsa Gözəlov başının dəstəsi ilə aradan çıxdı. Gedərkən mənə sarı dönərək baxarsan, səni məhv edəsəyəm deyib barmaq silkələdib. Mən isə fəhlələrin köməyi ilə həkim müayinəsinə aparıldım. Baş verənlər barədə Binəqədi RPİ 40-CI Polis Bölməsinə məlumat vermək məcburiyyətində qaldım. Mənim bu dünyada ailə və övladlarımdan, bir də ki, müstəqil dövlətimdən və onun Prezidentindən savayı bir kəsim yoxdur. Ölümdən də qorxmuram, ölümlə çox çarpışmışam, iradəmi sındırmamışam. Lakin İsa Gözəlovun qanunsuz hərəkəti bir yana, təpkiləri, ünvanıma söylədiyi təhqirlər, işlətdiyi ədəbsiz ifadələr məni xeyli sarsıdıb. Qəhər içərisində boğuluram. Düşünürəm ki, rüşvət vermədiyimə görə bu qoçunun qəzəbinə tuş gəlmişəm. Onun müqəddəs qanunlarımıza qarşı həqarəti fikrimcə, cəzasız qalmayacaq. Qeyd edək ki, I qrup əlil başına gətirilənlərlə bağlı ölkə başçısı İlham Əliyevə və hüquq-mühafizə orqanlarına müraciət edib. O, I qrup əlil olduğunu nəzərə alaraq təhlükəsizliyimin təmin edilməsi, İsa Gözəlovun barəsində isə araşdırma aparılması və qanuna müvafiq tədbir görülməsi üçün prezidentdən göstəriş verməsini acizanə surətdə xahiş edib.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Türkiyədən ermənipərəst jurnalistə qadağa: - ölkəyə buraxılmadı
Bu gün, 00:08 |
|
|
|
• Bu gün Kəlbəcər Şəhəri Günüdür
Bu gün, 00:03 |
|
|
|
• Berbok Bakını niyə erkən tərk edib? - HƏQİQƏTƏN DƏ...
Dünən, 21:36 |
|
|
|
• Sumqayıt şəhər 4 nömrəli xəstəxanaya yeni baş həkim təyin olunub - ƏMR
Dünən, 21:34 |
|
|
|
• "Bundan başqa bizə nə lazımdır axı?"
Dünən, 19:28 |
|
|
|
• Kimin hərbçiləri Mariupol və Xarkovda: “Havanın pisləşməsini gözləyirlər” - GƏLİŞMƏ
Dünən, 19:26 |
|
|
|
• “Seçilən müəlliflərin dövlət tərəfindən dəstəklənməsi arzuedilən olardı” - ÇAĞIRIŞ
Dünən, 19:21 |
|
|
|
• Avropa yeni enerji böhranı ilə üzləşib - “Bloomberg”
Dünən, 15:35 |
|
|
|
• Aptek müdürü işçisini vəhşicəsinə döydü - DİN araşdırma aparır (VİDEO)
Dünən, 15:33 |
|
|
|
• Ermənistana silah daşınır – MN narahatdır, çağırış etdi
Dünən, 15:22 |
|
|
|
• Fidanın mesajı təşviş doğurdu – Qoşunlar ora girib, əgər çıxarılmasa…
Dünən, 13:42 |
|
|
|
• Dünya Azərbaycanın uğurlu liderlik bacarığının bir daha şahidi oldu - İNCƏLƏMƏ
Dünən, 13:40 |
|
|
|
• Bakıda 300 milyard razılaşdırıldı: Amma Leyen və Berbok… - AXI NİYƏ?..
Dünən, 13:37 |
|
|
|
• Qaynı arvadının ölümünə səbəb olan plastik cərrahla bağlı növbəti şikayət - VİDEO
Dünən, 13:33 |
|
|
|
• Rusiya nüvə doktrinasını buna görə yenilədi - Peskov
Dünən, 12:42 |
|
|
|
• Kənd sakininin 25 manatlıq internetə ehtiyacı varmı? - HƏQİQƏTƏN DƏ...
Dünən, 12:40 |
|
|
|
• Kim Çen In Rusiyaya səfər edə bilər
Dünən, 12:34 |
|
|
|
• Göyçayda daha bir MƏMUR HARINLIĞI... - NARAZILIQ VAR...
Dünən, 12:31 |
|
|
|
• Sizdə bu hallar varsa Şopoqoliksiniz - AÇIQLAMA
Dünən, 12:21 |
|
|
|
• Rusiya-Ukrayna müharibəsində son durum açıqlandı - “Reuters“
Dünən, 12:17 |
|
|
|
• Ermənistandan Fransaya xəyanət kimi qərar - konyak yalanı
Dünən, 12:14 |
|
|
|
• Tramp bu qadını nazir təyin edir
Dünən, 11:39 |
|
|
|
• Məmur biznesinin iflic etdiyi sahələrdə orta və kiçik sahibkarlıq can verir... - İnhisar, cərimələr, pul qıtlığı...
Dünən, 11:37 |
|
|
|
• İqlim sammitinin qapanışı nədən ləngiyirdi? – Mübahisəli məsələ
Dünən, 11:34 |
|
|
|
• Nəcməddin Sadıqovun YEYİNTİ ORTAQLARI... - İttihamı qəbul etmirlər, amma...
Dünən, 11:08 |
|
|
|
• Dövlət Ehtiyatları Agentliyi auditini bu şirkətə - HƏVALƏ ETDİ
Dünən, 11:02 |
|
|
|
• Ermənistanla münasibətimiz problemlidir - Rusiya səfirindən etiraf
Dünən, 10:57 |
|
|
|
• Prezidentin köməkçisi Almaniya xarici işlər nazirinin Azərbaycana qarşı ittihamlarını qəbuledilməz adlandırıb - ETİRAZ
Dünən, 10:39 |
|
|
|
• Naxçıvanda yeni həbslər... GÖZLƏNİLİR...
Dünən, 10:37 |
|
|
|
• Bakıya “hücum”a cavab verildi - 3 hədəf var, oranı istəyirlər
Dünən, 10:28 |
|
|
|
• Paşinyanın Bakıya bu “güzəşti” hiylədir – Moskvadan baxış
Dünən, 10:24 |
|
|
|
• İlin sonuna qədər sülh sazişinin imzalanması mümkündür - ƏGƏR...
Dünən, 10:21 |
|
|
|
• COP29-da tarixi nailiyyət: Bakı 1,3 trilyon dollarlıq yeni iqlim maliyyəsini hədəf seçib
Dünən, 03:58 |
|
|
|
• COP29-da illik iqlim maliyyələşməsi üçün 300 milyard dollar təsdiqlənib
Dünən, 03:56 |
|
|
|
• Avropa çətin vəziyyətdə: “Rusiya qazının idxalı azalsa…” - GƏLİŞMƏ
Dünən, 03:02 |
|
|
|
• "Ərə sahib olmaq super bir hissdir..."
Dünən, 02:55 |
|
|
|
• Cavid İsmayılzadənin "əli uzandı" - İLGİNC
Dünən, 02:52 |
|
|
|
• Azərbaycan Cənubi Qafqazın ən təhlükəsiz ölkəsidir - FAKT BUDUR!
Dünən, 02:45 |
|
|
|
• "Daha fundamental əsərlər yazılmalı, filmlər çəkilməlidir"
Dünən, 02:42 |
|
|
|
• Dövlət qurumu 1,1 milyon manatlıq geyimləri - BU ŞİRKƏTDƏN ALDI
Dünən, 02:30 |
|
|
|
• Avropa İttifaqı sülhə mane olur - Çirkin "binokl diplomatiyası"...
Dünən, 02:29 |
|
|
|
• Azərbaycanda logistika şirkəti - LƏĞV OLUNUR
Dünən, 00:05 |
|
|
|
• "Səbail Market" fəaliyyətini dayandırdı
Dünən, 00:02 |
|
|
|
• Nadir Qafarzadə Rusiyada torpaq sahəsi alıb? - AÇIQLAMA
23-11-2024, 17:22 |
|
|
|
• Çavuşoğlunu Bakıya gətirən mühüm səbəb: - Qərbi Azərbaycanla bağlı nə baş verir?
23-11-2024, 17:15 |
|
|
|
• Bir dəfəlik, yoxsa birdəfəlik sülh? - Bahəddin Həzi yazır...
23-11-2024, 15:02 |
|
|
|
• Qloballaşan savaş: “Üçüncü Dünya müharibəsi başlayıb, sadəcə...” - GÖRÜNƏNİ BUDUR
23-11-2024, 15:00 |
|
|
|
• Dəb indiki xoşbəxtlikdir, dəyər sonrakı peşmanlıq! - Aqşin Yenisey
23-11-2024, 14:58 |
|
|
|
• Tramp Viktor Orbana zəng etdi
23-11-2024, 14:06 |
|
|
|
• “Kişi kimi uduzmaq lazımdır, dovşan kimi yox” - Zaur Axundovdan yığmaya sərt tənqid
23-11-2024, 13:57 |
|
|
|
|