DÖVLƏTİMİZ İRAN QARŞISINDA NİYƏ ACİZDİR?
Tarix: 12-06-2012, 12:39 | Çap et
NƏDƏN BAKIDAKI İRANA AİD İQTİSADİ RIÇAQLARA QARŞI TƏDBİR GÖRÜLMÜR?
DİA.AZ: - Son zamanlar İran-Azərbaycan mətbu cəbhəsində bir sükut müşahidə olunmaqdadır. Bu daha çox atəşkəsə bənzəyir. Çünki buna qədər baş verənlər artıq elə bir həddə çatmışdı ki, iki ölkənin arasında yanan körpülər bərpa edilsin, hansısa xoşməramlı bir anlaşma əldə edilsin.
Bildirək ki, DİA.AZ olaraq İranın xüsusi xidmət orqanlarının Bakıda və eləcə də Azərbaycanın digər ünvanlarında böyük şəbəkəyə malik olmasını faktlarla diqqətinizə çatdırmışıq. Amma nədənsə, hər zaman Azərbaycanın müvafiq dövlət qurumları yalnız yarımçıq görülən tədbirləri ilə diqqətə gəliblər. Məsələn, hansısa xəbər portalının İran xəfiyyəsinə çalışdığı sübuta yetirilirsə, həmin portalın rəhbərinin cibindən narkotik maddə tapılaraq tədbir görülür. Bu isə əslində Azərbaycanın bir dövlət olaraq maraqlarının gərəkən səviyyədə qorunmamasına gətirib çıxarır.
Hüquq-mühafizə orqanlarının fundamental bir prosesə start verə bilməmələrinin əsas səbəbi barədə isə kimsə danışmaq istəmir. Halbuki, redaksiyamız tərəfindən bu məsələ də dəfələrlə qaldırılıb. Məsələn, bu bir faktdır ki, günü bu gün də Azərbaycanda İranın şübhəli çevrələrinə aid xeyli sayda iqtisadi strukturlar fəaliyyət göstərməkdədir. Bank sektorundan tutmuş elektrik avadanlıqlarının istehsalına, maşın biznesinə qədər bütün istiqamətlərdə möhkəmlənən İran agenturası təbii ki, belə bir ciddi maliyyə qaynağı ilə Azərbaycanda çox işləri görə bilər.
Digər yandan isə həmin sektorların əksəriyyətində İranın xüsusi agentləri ilə ortaq kimi məhz Azərbaycanın ayrı-ayrı məmurlarının fəaliyyət göstərməsi öz növbəsində hüquq-mühafizə orqanlarının əl-qolunu bağlayır. Bir daha vurğulayırıq ki, bu da nəticədə Azərbaycanın dövlətçilik maraqlarına zərbədir. Yəni burada hansısa məmurun biznes marağının dövlət marağının üstündə olması şərti İrana aid iqtisadi rıçaqlara toxunulmazlıq qazandırmış olur.
Bu məsələ ilə əlaqədar DİA.AZ-a olduqca ilginc məlumatlar daxil olub. Hüquq-mühafizə orqanlarındakı məlumatlı mənbənin bildirdiklərindən belə aydın olur ki, bu günlərdə İranın Bakıdakı iqtisadi dayaqlarının iflic edilməsi üçün tədbirin görülməsi barədə təkliflər Azərbaycanın Milli Təhlükəsizlik Nazirliyi tərəfindən «yuxarıya» təqdim edilsə də, həmin plan neçə müddətdir ki, Prezident Administrasiyasında ilişib qalıb. Mənbəmiz bildirir ki, hələ də təklifə cavab gəlməyib. Halbuki həmin təklifdə birbaşa olaraq Azərbaycanın dövlət maraqlarına xidmət edəcək çox ciddi tədbirlər planı yer alıb.
Mənbəmizin sözlərinə görə, əslində təkliflərin PA-nın qapısında qalmasının əsas nədənlərindən biri tədbirlərin görüləcəyi təqdirdə bir sıra dövlət məmurlarının, hətta bir neçə nazirin belə böyük qazanc mənbələrindən imtina etməli olması məsələsi gündəmə gəlir. Bəli, yenə də hansısa məmurun biznes marağı dövlət maraqlarını üstələyir.
Onu da bildirək ki, bir başqa qaynaqlar isə rəsmi Bakının sözügedən məsələdə fəaliyyətsizliyini İranın alternativ təzyiqlərə malik olması ilə əlaqələndirirlər: «Bu gün daha çox mafiya qanunları ilə hərəkət edən məmurlar İrandakı şübhəli dairələrlə elə sıx bağlanıblar ki, onların bir-birilərinə qarşı çox ciddi silahları yaranıb. Yəni Bakıdan hərəkət olacaqsa, Tehrandan cavab atəşi gecikməyəcək».

|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• “Spero Hospital“da qalmaqal – Baş mühasib dava saldı
4-12-2024, 21:52 |
|
|
|
• Zəngilan şəhərinə ilk köç başlayır: 600 min manatlıq tender - DETALLAR
4-12-2024, 21:42 |
|
|
|
• Qərbin ən iyrənc ssenariləri: Cəsus şəbəkələrinin iştirakı ilə çızılır - AKTUAL
4-12-2024, 21:38 |
|
|
|
• Bakı onu seçdi: İki mühüm coğrafiyaya “qapı” açılır – Qarabağ detalı
4-12-2024, 21:34 |
|
|
|
• "O pulu sizə halal etmirəm" - Əməkdar artist
4-12-2024, 21:10 |
|
|
|
• Həmidə Ömərovadan qalmaqallı xəbərə münasibət - "Mənim adımı niyə verirlər?"
4-12-2024, 21:08 |
|
|
|
• “İran rəsmilərinin Azərbaycan əleyhinə bəyanatları...” - ŞƏRH
4-12-2024, 21:03 |
|
|
|
• Azərbaycan NATO ilə imzaladığı əməkdaşlıq məsələlərinə ciddi yanaşır - RƏY
4-12-2024, 20:39 |
|
|
|
• Bakını hədəfə aldı, özü “vuruldu”: 4 səhvə görə prezidentliyi itirəcək - GƏLİŞMƏ
4-12-2024, 20:36 |
|
|
|
• Rüfət Səfərovun həbsinə nə səbəb olub? - TƏFƏRRÜAT
4-12-2024, 20:31 |
|
|
|
• "Oğlumun qanını yerdə qoymayacağam" - Qətlə yetirilən şəxsin anası
4-12-2024, 20:04 |
|
|
|
• Ermənistanın avantürist çıxışları: İrəliləyişlərin səbəbi... - Bakının konstruktiv yanaşmasıdır
4-12-2024, 20:02 |
|
|
|
• Suriyadakı proses Ukraynada da təkrarlana bilər - Sərdar Cəlaloğlunun TƏHLİLİ
4-12-2024, 19:55 |
|
|
|
• Məmurlar sosial şəbəkələrdən necə istifadə edirlər? – “Bu, onların vəzifə öhdəliyidir”
4-12-2024, 19:53 |
|
|
|
• ABŞ-nin Azərbaycana təcrid siyasəti: OCCPR təşkilatının bağlı olduğu yer USAİD-dir - NƏ BAŞ VERİR?
4-12-2024, 19:30 |
|
|
|
• "Ya oxumağını et, ya da kinoya çəkil..."
4-12-2024, 19:26 |
|
|
|
• “Vətəndaş A”nın dron söhbəti yalan çıxdı - AÇIQLAMA
4-12-2024, 19:23 |
|
|
|
• Rüfət Səfərova HÖKM OXUNDU - 4 aylıq HƏBS və...
4-12-2024, 19:20 |
|
|
|
• Avropa Ukraynanı fəda etmək niyyətində deyil: - həm pul, həm silah, həm də sığınacaq
4-12-2024, 19:15 |
|
|
|
• 310 min manatlıq torpaq maxinasiyası... - Keçmiş sədr Ali Məhkəməyə müraciət etdi
4-12-2024, 19:09 |
|
|
|
• Turan ideyasına qarşı yaradılan “gizli əl” - Yeni münaqişə başlaya bilər
4-12-2024, 19:04 |
|
|
|
• Generalın şikayəti təmin edilmədi - QƏRAR
4-12-2024, 19:01 |
|
|
|
• Ermənistan hakimiyyətinə Azərbaycanla müharibə lazım deyil - Paşinyan belə deyir...
4-12-2024, 18:59 |
|
|
|
• Məşhurların adından istifadə edib jurnalist xanımı aldatdılar - ARAŞDIRMA
4-12-2024, 18:56 |
|
|
|
• Bayden Administrasiyasının uğursuz planı: Niyə Səfərov? - Asif Nərimanlı yazır...
4-12-2024, 18:53 |
|
|
|
• Rüfət Səfərova əlavə ittiham verildi: Məhkəmə gedir - TƏFƏRRÜAT
4-12-2024, 18:49 |
|
|
|
• Əsas hədəf yeni “Minsk Qrupu planı”nı işə salmaqdır - Qərb Ermənistanın fəlakətində maraqlıdır
4-12-2024, 18:47 |
|
|
|
• Ədliyyə naziri onu rəis TƏYİN ETDİ - ƏMR
4-12-2024, 14:51 |
|
|
|
• “Ağadadaşı tutdular, 3-5 il verdilər, nə dəyişəcək?” - Şeyxdən xalq artistinin baltalı hücumunu yatıracaq sözlər
4-12-2024, 14:49 |
|
|
|
• "Kənd yumurtası" bahalaşır, sənaye üsulu ilə istehsal olunanlar isə… - BELƏ DAVAM EDƏRSƏ...
4-12-2024, 13:53 |
|
|
|
• Bu rəhbər şəxslərə şiddətli töhmət verildi - ADLAR
4-12-2024, 13:41 |
|
|
|
• "Azpulmat" və "Manato" qaydaya əməl etmir... - Faizlər hələ də yüksəkdir
4-12-2024, 13:20 |
|
|
|
• Xalq artisti Sevinc Heydərovadan 30 min manat tələb edib? - AÇIQLAMA
4-12-2024, 13:16 |
|
|
|
• Rütte Kiyevi hələ səbrli olmağa çağırıb
4-12-2024, 13:07 |
|
|
|
• “Vurulan” məmur və deputatların “sirli” vəzifəsi – Nazirliklərdə “ələkçinin qıl verəni” ştatı
4-12-2024, 13:04 |
|
|
|
• Messi və komanda yoldaşları Bakıya gəlir - GÖRÜŞƏ BİLMƏK ÜÇÜN...
4-12-2024, 13:01 |
|
|
|
• Qanunlar pozulur... aidiyyatı qurumlar görərsə... - BU DA FAKT!
4-12-2024, 12:59 |
|
|
|
• Arabir yağış yağacağı gözlənilir - belə deyirlər...
4-12-2024, 12:57 |
|
|
|
• Gəncə Dövlət Regional Kollecinin direktoru vəzifəsindən azad edilib - ƏMR
4-12-2024, 12:52 |
|
|
|
• "Mediasiya xərclərini ödəmək üçün kifayət qədər vəsaiti olmayan..." - Ekspert danışır...
4-12-2024, 12:48 |
|
|
|
• Azərbaycanda vəzifəli şəxs intihar etdi - TƏFƏRRÜAT
4-12-2024, 12:44 |
|
|
|
• 8 min erməni mühasirəyə düşdü: deyirlər, türklərin… - Mesropyan
4-12-2024, 12:38 |
|
|
|
• Tramp qubernatoru Pentaqonun rəhbəri vəzifəsinə təyin edə bilər
4-12-2024, 12:34 |
|
|
|
• Röyal Sarıməmmədova verilən vaxt daralır - İLGİNC FAKTLAR
4-12-2024, 12:28 |
|
|
|
• Qərbi Azərbaycana axır ki, türk vali təyin olundu - AÇIQLAMA
4-12-2024, 12:19 |
|
|
|
• “Kristal Bakı İnşaat” təşkilati-hüquqi formasını dəyişir
4-12-2024, 12:16 |
|
|
|
• Bazarda satılan məhsullar BAHALAŞACAQ – Yeni qərar qüvvəyə minir
4-12-2024, 11:58 |
|
|
|
• Həbs edilən bələdiyyə sədri saxta sənədlər düzəldərək rüşvət alırmış - TƏFƏRRÜAT
4-12-2024, 11:56 |
|
|
|
• Milli Məclisin iclası niyə LƏĞV OLUNDU? - ehtiyac qalmayıb
4-12-2024, 11:54 |
|
|
|
• Şəbnəm QADAĞA QOYDU: - “Həddini bildirirəm”
4-12-2024, 11:49 |
|
|
|
|