6 NƏFƏR AKSİYANI DAVAM ETDİRİR
Tarix: 20-10-2011, 14:06 |
Çap et
NURƏDDİN MƏMMƏDLİNİN SƏHHƏTİNDƏ PROBLEMLƏR OLSA DA...
2 aprel mitinqində iştiraka görə məhkum edilənlərin hüquqlarının müdafiəsi ilə bağlı Müsavat Partiyasının mənzil-qərargahında keçirilən aclıq aksiyası davam edir. Aksiya ötən cümə günü başlayıb.
Aksiya iştirakçılarından biri, AXCP sədrinin müavini Gözəl Bayramlı bildirib ki, dünən o, və AXCP Gənclər Komitəsinin sədri Əbülfəz Qurbanlı aclıq aksiyasını dayandırıblar.
Onun sözlərinə görə, hazırda 6 nəfər aclıq aksiyasını davam etdirir. Onlardan biri siyasi məhbus Babək Həsənovun qardaşı Cavid Həsənov, 4 nəfər Müsavat Partiyasının üzvü və bir nəfər AXCP üzvü Nurəddin Məmmədlidir.
G.Bayramlı dünən AXCP partiyasının üzvü Nurəddin Məmmədlinin səhhətində müəyyən problemlər olsa da, o, aclıq aksiyasını dayandırmaq istəməyib.
2 aprel mitinqində iştiraka görə 13 müxalifətçi bir il yarımdan üç il müddətinə kimi azadlıqdan məhrum edilib. Onlar ictimai asayişin pozulmasında, polisə müqavimətdə, başqasının əmlakına zərər vurmaqda ittiham olunurlar.
Lakin yerli hüquq müdafiəçilərinin fikrincə, müxalifətçilər siyasi motivlərlə həbs olunublar.