
ƏN XOŞBƏXT ÖLKƏLƏRİN REYTINQİ SİYAHISINDA
Böyük Britaniyanın “New Economic Foundation” araşdırmalar mərkəzi ən xoşbəxt ölkələrin reytinqini açıqlayıb. “Media forum” saytı xəbər verir ki, “Dünyanın xoşbəxtlik indeksi”ni hazırlayan ekspertlər üç parametri - həyat səviyyəsi, ömür uzunluğu və ekoloji rifahı əsas götürüblər.
151 ölkə üzrə nəticələrə görə, 4,3 milyon əhalisi olan Mərkəzi Amerika dövləti – Kosta-Rika birinci yerdədir. Reytinq cədvəlində Vyetnam ikinci, Kolumbiya isə üçüncü yerdə dayanıb.
Azərbaycan ən xoşbəxt ölkələr cədvəlinin 80-ci, Türkiyə 44-cü, İran 77-ci, Gürcüstan 55-ci, Ermənistan 53-cü, Rusiya 122-ci, Ukrayna 100-cü, Belarus 103-cü, Moldova 40-cı pilləsindədir.