"Ümidlərim hələlik ölməyib..." - GİLEY
Tarix: 24-01-2019, 10:50 | Çap et
Qobustan rayonu, Ərəbşahverdi kənd sakini Qaraş Mürşüd oğlu Allahverdiyev tərəfindən də olkə başçısı İlham Əliyevə, birinci Vitse-Prezident Mehriban xanım Əliyevaya muraciət unvanlanıb. Bu kimi müracıətlər bu rayonun bir neçə kəndinin sakinləri tərəfindən vaxtaşırı olunur və son vaxtlar daha çox intensivləşib. Sakinlər korrupsiyalaşmış yerli bələdiyyə sədrlərinin qanunazidd əməlləri barədə artıq yazmadıqları orqan,döymədikləri qapı qalmadığını iddia edirlər. Onların müraciətləri barədə Aktualinfo.org onlayn qəzetində və bir çox elektron kütləvi informasiya vasitələrində kifayət qədər yazılıb. Aldadıldıqlarını iggia edən bir neçə kəndin sakinləri bələdiyyə sədrləri tərəfindən onlara məxsus pay torpaqlarının başqasına satılması ilə bağlı müvafiq orqanlara dəfələrlə şikayət etmələrinə baxmayaraq onların şikayətinə baxan yoxdu.Qaraş Allahverdiyevin müracıətini yenə də olduğu kimi oxucuların diqqətinə çatdırırqə. Ümid edirik bu dəfə onun və ailəsinin haqq səsinə səs verən tapılacaq. Qaraş Allahverdiyev yazır.
“Vaxtilə Qobustan rayonu Qurbançı kənd bələdiyyəsinin sədri olmuş saxta diplomlu Musayev Əlikram Ələkbər oğlu sonradan öz yerinə təyin etdiyi dostu Gülpaşa Paşayevlə gizli sövdələşərək bizim ailəmizə məxsus 43 ha pay torpaq sahəsini atamgilin əkib –becərməyə imkanı olmadığını bildirərək 2007-ci ildə müvəqqəti olaraq bu torpağın bir hissəsini – 17 ha-nı, hər hektar üçün 20 manat olmaqla 5 il müddətinə icarəyə götürməyi təklif etmişlər. Lakin ortalıqda şifahi razılaşmadan başqa rəsmi icarə müqaviləsi tərəflər arasında imzalanmamışdır. Sonradan o vaxtkı bələdiyyə sədrləri aralıq makrler rolunda çıxış edərək atam Mürşüd Allahverdiyevi torpağın dövlət qeydiyyat aktını guya atamla icarə müqaviləsi bağlamaq adı altından ondan alıb aparmışlar. Ailəmiz razılaşdırılmış 5 illik icarə müddəti bitdikdən sonra 2012-ci ildə torpağımızı geri istədikdə, bu dələduz dəstə bizə “siz həmin torpağı bizə birdəfəlik satmısınız” dedilər. Bildirdik ki, axı torpağı satası olsaq qanunvericiliyə görə gərək torpaq payı müəyyən edilən hər bir ailə üzvümüz ya dövlət notarial kontoruna, ya da ki, regional dövlət reyestr xidməti idarəsinə gedib rəsmi razılıq ərizələrimizi təqdim edəydik. Ortalıqda isə nə belə bir razılıq ərizələri, nə dəki, rəsmi alqı-satqı müqaviləsi bizə təqdim edilməmişdir. Son 5 ildə dəfələrlə yerli və yuxarı aidiyyatı orqanlara etdiyimiz şikayətlərə isə əsassız , formal cavab verməklə bu dələduz dəstənin bizim ailəyə qarşı törətdikləri cinayətət əməllərini ört-basdır etməklə məşğuldurlar. Bir daha xatırlatmaq yerinə düşərdi ki, ailəmizə məxsus 17 ha pay torpağımızın yerli bələdiyyə sədrinə satılması barədə nə Qobustan rayon dövlət otariat kantorunda, nə də Daşınmaz Əmlakın Şamaxı rayonu üzrə Reyestr Xidməti İdarəsində torpağımızın rəsmi satılmasına dair heç bir sənəd-sübut olmadığından bizə təqdim etmədilər.
Məsələilə bağlı bu ilin mart ayında Kənd Təsərrüfatı nazirinə etdiyim rəsmi müraciətə Qobustan rayon İcra hakimiyyəti başçısının müavini Məharət Əkbərovun 01 may 2018-ci il tarixli formal cavabında bildirilir ki, “ Sizin iştirakınızla keçirilən qəbulda həm Ə.Musayev, həm də G.Paşayev mərhum atanızın iştirakı ilə torpağın 17 ha hissəsinin satılması və qalan 26 ha əraziyə yenidən çıxarış verilməsini bildirmişdir.” Mən də öz növbəmdə bildirirəm ki, İcra Hakimiyyətində məsələnin müzakirəsi zamanı hər iki məsul vəzifəli şəxs mənə yalnız şifahi olaraq bildirmişlər ki, mərhum atamın iştirakıilə 17 ha torpaq satılmışdır.Yenə həmin gün məni başçının müavini M.Ələkbərov Qobustan rayon İH-nin icra başçısı Adil Məmmədovun yanına apardı. Adil müəllimin qəbulu zamanı mənimlə birlikdə iştirak edən Əlikram və Gülpaşanın yanında mənə dedi ki, rəhmətlik atan torpağın 17 ha-nı satıb, ona görə də gərək 17000 manat verəsən ki, bu işi həll edə bilək. İcra başçısının bu təklifindən mən elə başa düşdüm ki, guya atam vaxtilə həmin torpağı satarkaən aldığı 17000 manatı torpağın indiki sahibinə qaytarmaq lazımdır ki, cənab başçı da bu problemi beləcə həll etsin. Mən cavab verdim ki, yerli bələdiyyə ilə bizim ailə arasında olan şifahi söhbətə görə 17 ha torpağımızı hər ha-sı 20 manat olmaqla 5 il müddətinə icarəyə vermişik və əvəzində bizə 1500 manat pul verilməli idi. Biz də 2013-cü ildən torpağımıza sahiblik etməli idik.” Başçı bizə heç bir cavab vermədi və biz otağı tərk etdik.
Mənim 13 dekabr 2018-ci il tarixli sonuncu şikayət məktubuma cavab olaraq DƏDRX-nin 14 saylı Şamaxı Ərazi İdarəsi 21 dekabr tarixli, 184120002054 saylı cavab məktubuna əlavə olraq JN 0050 N-li torpağın dövlət aktını və 14 iyul 2010-cu il tarixli torpağın alqı-satqı müqavilələrinin surətlərini təqdim etmişdir.Sağ olsun ki, Heydər Əliyev Fondunun rəhbərliyi mənim müraciətimi nəzarətə götürmüşdür. Yoxsa ki, onlar mənə bu sənədləri verməzdilər. 14 iyul 2010-cu il tarixli iki alqı-satqı müqaviləsindən aydın olur ki, Qobustan rayonun ayrı-ayrı yerlərindən olan fiziki şəxslərin adından( eləcə də mənim atam Allahverdiyev Mürşüd və anam Allahverdiyeva Gülarə Gilo qızı arasında əvvəlcə Qobustan şəhər bələdiyyəsinin sədri ( 18 ildir ki, bu adam bələdiyyə sədridir) Vasif Novruzov Qobustan rayon Notariat Kontorunda etibarnamə verilmiş və dərhal sonra da V.Novruzovla Bakı şəhəri, Mustafayev küçəsi, ev 27, mən.36-da yaşayan Məmmədov Malik Xeyrulla oğlu ( Bu adam Dövlət Gömrük Komitəsi sədrinin müavini olmuş və hazırda FHN-i K.Heydərovun müavini olan general Nazim Məmmədovun qardaşıdır. Alqı-satqı müqaviləsində qeyd edilir ki, guya Qobustan şəhərində yerləşən torpağa görə atam 4 nəfərin payı olan 13.57 ha torpağı üçün 6500 manat, anam Gülarə isə özünə məxsus 3,43 ha torpağına görə isə 1500 manat pul alıbmış. Anam bu gün də sağdır. Və qeyd edir ki, o heç vaxt Vasif Novruzov adlı şəxslə görüşməyib və notariat kontoruna getməyib, alqı-satqı müqaviləsinə də imza etməyib. Eləcə də rəhmətlik atam bu adamı tanımayıb, etibarnamə verməyib və müqaviləyə də imza etməyib. Hələ bunlar qalsın bir kənara. Rəsmi alqı-satqı müqaviləsində qeyd edilir ki, torpaqların alqı-satqı müqaviləsi bağlanarkən ailə üzvlərinin razılığı alınmışdır.” Yalançının lap atasına lənət olsun!
Sağ olsun Baş prokurorluğu ki, məslənin ciddiliyini və kütləviliyini nəzərə alaraq araşdırma üçün Qobustan rayon Prokurorluğuna göndərmişdir. Budur, xanım müstəntiq məndən izahat alan zaman şikayəti kim yazdığını soruşdu və qeyd etdi ki, bunu sən yazmamısan. Dedim ki, təqdim etdiyim sənədlər də, başıma gələn oyunlar da sizə bəs etmirmi ki, şikayətin mənə aid olmasını sübut etməsin. Cavabı bu oldu ki, məsələ mülki xarakter daşıyır və məhkəməyə müraciət edə bilərsiniz. Mən artıq yerli prokurorluğun mənə hansı cavabı göndərəcəyi indidən məlum oldu. Və belə formal araşdırmaya qəti etirazımı bildiriəm. Budur, artıq əlimdə saxta alqı-satqı müqaviləsi, dövlət aktı, çıxarış, rəsmi cavablar var. Və mən inanmıram ki, Qobustan şəhər bələdiyyəsinin sədri oaln və eyni zamanda illərdir ki, icar başçılarının birbaşa göstərişləri və iznilə hərəkət edən Vasif Novruzov bu saxtakarlıqları icra edən zaman sadəcə bir fiqur rolu oynamış və makler haqqı olaraq özünə düşən payı götürmüşdür. İndi Bakıda evləri, kommersiya obyektləri var ki, heç 50 il elmdə saqqal ağardan akademikimizin bu qədər mülkü yoxdur. Bu adam vaxtilə Nərimankənd sakinlərinə məxsus və Qobustan şəhərinin gündoğar hissəsində yerləşən hektarlarla pay torpaqlarını icra başçısı olmuş və hazırda Neftçala rayonuna rəhbərlik edən İsmayıl Vəliyevin saxta sərəncamları əsasında kənar fiziki şəxslərə hər sotu 1500-2000 manata satmaqla birlikdə külli-miqdarda pul qazanıb mənimsəmişlər. Bu məsələ, yəni 16 ailənin pay torpağını onların xəbəri və razılığı olmadan satmış rayon rəhbərliyi yerli məhkəmələrdə pul hesabına “qələbələr” çalsa da hazırda Avropa Məhkəməsində kəndlilərin xeyrinə başa çatmaq üzrədir ki, tezliklə dövlət bu haramzadalara görə Nərimankənd sakinlərinə xeyli təzminat ödəmək məcburiyyətində qalacaqdır. Yəni. Demək istəyirəm ki, mənim ailəmin başına gətirilən və mülkiyyəti saxtakarlıqla əlindən alınan tək mən deyiləm, minlərlə Qobusatn rayonunun bütün kənd camaatının başına gətirilir. Digər fakt ondan ibarət dir ki, yenə də həmin Malik Məmmədov adlı (“Gilan” Holdinqin işçisi olan) şəxsə 2006-cı ilin aprelin 2-də Qurbançı bələdiyyəsinin sədri olmuş Əlikram Musayevlə aralarında bağlanmış alqı-satqı müqaviləsi əsasında 40 ailəyə məxsus 526 ha torpaq sahəsi saxtakarlıqla mənimsənilmişdir. Artıq Malik Məmmədov Qobustan rayonunun camaata məxsus pay torpaqlarını Ordubaddan gələrək yarısını demək olar ki, mənimsəmiş və “işğal” etmişdir. Biz də fikirləşirik ki, ermənilər Azərbaycanın 20 % torpağını işğal ediblər. Bəs daxili “ermənilər”in Azərbaycanın yerdə qalan torpağının neçə faizini “işğal” etməsini hesablayan varmı?
Qurbançı bələdiyyəsinin sədri olmuş Əlikramın audioyazısını da təqdim edirəm. Adam etiraf edir ki, “məndən cənab prezidentin tapşırığı adı altında rayonda inzibati binanın tikilməsi üçün 42000 manat aldılar. Neynirəm belə vəzifəni, ondansa gedib toyuq-cücəyə baxsam yaxşı olar.” Və yenə də etiraf edir ki, rəhbərlik etdiyi kəndlərin torpaqlarını məhz onun vasitəçiliyilə etibarnamə əsasında Məmmədov Malik Xeyrulla oğluna satmışdır.
Ümidlərim hələlik ölməyib. Və hesab edirəm ki, dövlətimizin qanunları işləyir. Və hesab edirəm ki, Qobustan rayon Prokurorluğunun başdansovudu araşdırmasına rəğmən bir savadlı və cürət sahibi olan prokuror işçisi tapılacaq ki, bizim məsələni ədalətlə araşdıracaq və qəti qərar qəbul edəcəkdir.
Cənab Prezident, Torpağım əlimdən alınandan sonra mən 6 nəfərlik ailə üzvlərimi dolandırmaq üçün Abşeron rayonunda kirayədə yaşamaq məcburiyyətindəyəm. Sizdən çox xahiş edirik ailəmizə məxsus torpaq mülkiyyətimizi etimadımızdan (İicarə adı altında) süi-istifadə etməklə, saxta sənədləşmə yoluilə ələ keçirmiş quldur dəstəsinin qanusuz hərəkətlərinin araşdırılmasına və hüquqi qiymətin verilməsi üçün əlaqədar təşkilatlara göstəriş verəsiniz”.
Müracıətdən göründüyü kimi vətəndaşlar bələdiyyə sədrləri tərəfindən aldadılmış, torpaqları satılmışdır. Qeyd edək ki, Qobustan rayonunun adıçəkilən kəndlərində tək Qaraş Allahverdiyevin başına gəlməyib.Adıçəkilən kəndlərdə Qaraş Allahverdiyev kimi yüzlərlə sakinlər var ki,aldadılaraq pay torpaqları satılıb. Gömrük Komitəsinin keçmiş sədr müavini Nazim Məmmədovun qardaşına. Nazim Məmmədovun da kimin adamı olduğunu hmı çox gözəl bilir. Onların torpaqlarını geri ala biləcəklərini isə heç kim bilmir.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Talibanın hökmranlıq etdiyi Əfqanıstanda həyat necədir? - Turistlər üçün məsləhət
Bu gün, 16:22 |
|
|
|
• 51 seçki dairəsinin hüdudlarında dəyişiklik edilib - SİYAHI
Bu gün, 16:20 |
|
|
|
• "Çalışmaq lazımdır ki, sənətlə yadda qalasan"
Bu gün, 16:19 |
|
|
|
• NATO Xəzər dənizinə çıxış əldə etməyə çalışır - Bortnikov
Bu gün, 16:15 |
|
|
|
• Emin Əmrullayevin kadrı Elm və Təhsil Nazirliyindən yüz minlik tender uddu - BU NƏDİ BELƏ?..
Bu gün, 16:12 |
|
|
|
• NATO-ya üzv olmaq istəmirik... AMMA... - ŞƏRH
Bu gün, 16:10 |
|
|
|
• Trampın qərarı Azərbaycana necə təsir edəcək? - İNCƏLƏMƏ
Bu gün, 16:07 |
|
|
|
• Vətən müharibəsindən sonra Bakıda təkrarlandı – “Xüsusi əməliyyatın” mühüm detalları
Bu gün, 16:05 |
|
|
|
• Bakı və İrəvan arasında sülh sazişi... – Gülər
Bu gün, 16:03 |
|
|
|
• Xalq artisti Emin Ağalarov Bakıda klinika tikir
Bu gün, 16:02 |
|
|
|
• Ən çox sığorta haqqı toplayan 6 ŞİRKƏT - SİYAHI
Bu gün, 16:00 |
|
|
|
• “Oğurluq edib, adımıza ləkə gətirirlər”- Gövhər Həsənzadə kimləri hədəfə aldı? - VİDEO
Bu gün, 15:57 |
|
|
|
• Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib
Bu gün, 15:54 |
|
|
|
• Danimarka gələn il Ukraynanın hərbi sənayesinə 1,4 milyard dollar ayıracaq
Bu gün, 15:15 |
|
|
|
• Ağsaqqal və ağbirçəklər “TikTok” - da niyə oynayır? - Psixoloq səbəbləri açıqladı
Bu gün, 15:13 |
|
|
|
• İldırımzadə ilə bağlı yarım milyonluq cinayət işi - TƏFƏRRÜAT
Bu gün, 15:09 |
|
|
|
• Xaricdən 68 qəpiyə alınan “qreçka”nı marketlər neçəyə satır? - SİYAHI
Bu gün, 15:02 |
|
|
|
• Buldozerlə kürünən "Kubinka"... - "Özümüzü öldürmək həddinə çatmışıq"
Bu gün, 14:59 |
|
|
|
• Nazir Elmir Quliyevi GÖRƏVDƏN ALDI - ƏMR
Bu gün, 14:57 |
|
|
|
• Sülh danışıqları: İrəvan son şansı da itirə bilər - İNCƏLƏMƏ
Bu gün, 14:55 |
|
|
|
• Hava soyuyur.., CƏNAB BAŞÇI,.. TƏLƏSİN! - NARAZILIQ VAR...
Bu gün, 14:53 |
|
|
|
• "Kürd Elnur" məhkəməyə çıxarılacaq
Bu gün, 14:49 |
|
|
|
• Paytaxt rayonlarında qış mövsümünə hazırlıq işləri müzakirə olunub - FOTO
Bu gün, 14:43 |
|
|
|
• Qərbin hərbi yardımlarının hədəfi BƏLLİDİR
Bu gün, 14:02 |
|
|
|
• Dövlətin pulu ilə xaricdə hansı mütəxəssislər hazırlanır? - Deputata cavab
Bu gün, 14:00 |
|
|
|
• “Rabitəbank” bu ailənin mənzilini əlindən alır - TƏFƏRRÜAT
Bu gün, 13:58 |
|
|
|
• Zviad Qamsaxurdiyanın oğlu Gürcüstanın prezidenti ola bilər
Bu gün, 13:14 |
|
|
|
• Tramp üç ölkəyə xəbərdarlıq edib
Bu gün, 13:10 |
|
|
|
• “ŞaurmaN1” həqiqətləri: işçilər gerçəkləri dilə gətirir - VİDEO
Bu gün, 13:03 |
|
|
|
• “Sako” ləqəbli tiktoker həbs edilib
Bu gün, 13:01 |
|
|
|
• Elza Seyidcahanın şeirləri dərsliyə salınıb? - DƏRSLİKLƏRİMİZDƏKİ PROBLEM
Bu gün, 13:00 |
|
|
|
• Bakı ilə İrəvan dekabrda danışıqları bərpa edəcək - KİV
Bu gün, 12:56 |
|
|
|
• İsrailin Baş Qərargah rəisi gözlənilmədən Britaniyaya gedib
Bu gün, 12:52 |
|
|
|
• Səs-küylü işlərə baxan hakim təqaüdə göndərildi - FOTO
Bu gün, 12:50 |
|
|
|
• Azərbaycanda taksi qiymətləri 19% bahalaşıb – Rəsmi
Bu gün, 12:48 |
|
|
|
• “Milla”nın rəhbərinin direktor olduğu 13 milyonluq şirkət “maya”sını azaldır
Bu gün, 12:42 |
|
|
|
• Şimşək çaxacağı ehtimalı var - belə deyirlər...
Bu gün, 12:40 |
|
|
|
• Marsda su ilə bağlı YENİ SÜBUT
Bu gün, 12:38 |
|
|
|
• Gürcüstanda prezident seçkilərinin vaxtı bilinib
Bu gün, 12:35 |
|
|
|
• Azərbaycandan milyonlarla pul çıxaran biznesmenlər TUTULDU - ŞOK FAKTLAR
Bu gün, 12:31 |
|
|
|
• Həbs edilən hərbi attaşe bu akademikin qardaşıdır – 70 kiloqram qızıl beynəlxalq qaçaqmalçı şəbəkənin olub?
Bu gün, 12:24 |
|
|
|
• ARB-nin 5 mərtəbəli studiya binası hansı məmura məxsusdur - İLGİNC...
Bu gün, 12:12 |
|
|
|
• Elnur Abdullayev borcları qaytarmaq üçün çabalayır – “Kontakt”ın məhkəmə çəkişmələri rekord səviyyədədir...
Bu gün, 12:08 |
|
|
|
• “Məktəb direktoru” olan Xalq artistinə TƏZYİQ: - “Məni söyürlər”
Bu gün, 12:04 |
|
|
|
• Pənah Hüseynin partiyasına dövlət pul ayırıb - MƏBLƏĞ
Bu gün, 12:03 |
|
|
|
• Əhməd Əhmədovdan yeni xəbər - Heç kəs şikayət vermədi
Bu gün, 11:52 |
|
|
|
• Əgər Berbok Azərbaycanı “danlayırsa”, deməli... – Markov
Bu gün, 11:51 |
|
|
|
• Univermağın 70 min manata yaxın pulunu mənimsəyərək “Tik-Tok”da xərcləyib – MƏHKƏMƏ
Bu gün, 11:37 |
|
|
|
• "3 ildir nazirə və nazirliyə çoxsaylı müraciətlər ünvanlasaq da... - heç bir cavab verilmir"
Bu gün, 11:36 |
|
|
|
• Paşinyanın “hər şeyi unudaq” və Bakıya güzəşt təklifinin sirri - qorxusu bu imiş...
Bu gün, 11:34 |
|
|
|
|