Tərtərdə "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində ümumrayon ağacəkmə aksiyası keçirilib .....                     Əminə Yusifqızı haqqına yayılan xəbərləri YALANLADI: .....                     Paşinyandan geri addım: .....                     “İçi çürük adamlar mənəm-mənəm deyir” .....                     “NATO ölkələri BRİCS-in “qapılarını döyür”, amma...” .....                     Əməkdar artist özünə BAHALI MAŞIN aldı .....                     Bakıda genişmiqyaslı iməcilik keçirilib .....                     Təmiz kərə yağı istehsal etsək, 30 manata olacaq .....                     Qiyamətə qədər sürəcək SAVAŞ... .....                     Cəbrayılda yük maşını qaçıran șəxslər saxlanılıblar .....                     Gülənin dəfnindəki sirli adamlar .....                     “Apo hazırda heç bir dəyəri olmayan zavallı bir adamdır” .....                     Dağlıq ərazilərdə qar yağacağı ehtimalı var .....                     Fransa terrorçulara və ekstremistlərə belə "hami"lik edir .....                     Türkiyə Ermənistanla sərhədlərini açmayacaq .....                     “Avropa İttifaqı mini-Çindir” .....                     “İrana hücumda 100-dən çox İsrail təyyarəsi iştirak edib” .....                     Keçirilən aksiyalar paytaxtın ekoloji durumunu daha da yaxşılaşdıracaq .....                     "Real Ermənistan Bakı, artsax və Naxçıvandan başlayır...” .....                     Yeni HƏBS DALĞASI .....                     Seymur Verdizadə baş redaktorluqdan getdi .....                     "Opera ifaçıları bütün günü sənətləriylə, repertuar seçimi, səsləri ilə məşğul olurlar" .....                     İran səhvə yol versə yenidən vuracağıq! .....                     Arağın qiyməti qalxacaq? .....                     Həmkarlar İttifaqları Konfederasiyasının sədrinə müşavir təyin olunub .....                     Vətəndaşın pul kisəsinə hiyləgər zərbə: rəfdə bir, kassada başqa qiymət .....                     Əliyevin uğurlu BRICS diplomatiyası .....                     Türkiyədə azərbaycanlı qadınlar TUTULDU: dəhşətli erotik fantaziyalar... .....                     47 yaşlı elektrik faciəli şəkildə öldü .....                     Naxçıvanda KTN sistemi niyə irəli getmir... .....                     Paşinyan KAZANDA NƏ QAYNATDI? .....                     `Kontakt Home` hər yerdə elə eynidir... .....                     İran aviareyslərə qoyulan məhdudiyyəti aradan qaldırdı .....                     Azərbaycanın xalq artisti Şahlar Quliyev vəfat edib .....                     Maliyyə öhdəliyindən qaçmaq üçün yenə şantaja BAŞLAYIBLAR .....                     Yarımmilyonluq "Range Rover"i ilə gündəm İcra başçısı qazon və ağaclar alır .....                     Nazir NK-nın qərarlarını SAYA SALMIR... .....                     GDU tələbələri Prezidentə müraciət etdi .....                     Qonşuda seçkidir... BİZƏ DƏ BİR PAY DÜŞƏR... .....                     Bu son olmayacaq... .....                 

Hacıbala Abutalıbovun şəbəkəsi hədəfdə... - GƏLİŞMƏ
Tarix: 1-02-2019, 12:24 | Çap et
Hacıbala Abutalıbovun şəbəkəsi hədəfdə...
Yarımkeçiricilərin kvant elektronikası üzrə elmlər doktoru olan H. Abutalıbov bu elmi sahəni cəmiyyətə tətbiq etmək üzrə bəşər tarixində imza atan nadir şəxslərdən biridir. Belə bir ideya ilə şüalanma siyasətini bürokratiyanın komprador maraqları çərçivəsində uzlaşdırmaqla, fizikanın bu sahəsini əndrəbadi idarəetmə sisteminə pərçimləyə bilib. O, 2001-ci ildə Bakı meri təyin olunanda əksər peşəkar mütəxəssislər heyrət içində idilər. Şəhərsalma və idarəetmə üzrə bilgisi olmayan H.Abutalıbovun Bakı kimi meqapolisin öhdəsindən necə gələ biləcəyi heç kimin ağlına sığmırdı. Sən demə, həmyerliləri olan ordubadlılardan ibarət “xüsusi çete” yaradıb, qanunsuzluqların fövqündə durmaqla hər şeyə nail olmaq asanmış. Beləcə, düz 18 il Bakı şəhərini talan etməklə minbir məkrli planları həyata keçirmək olarmış.

İş başındakı çetenin şəbəkəsi

Bakı şəhər İcra Hakimiyyəti H. Abutalıbov başçı vəzifəsinə təyin olunana qədər şəhər təsərrüfatını bilən peşəkar mütəxəssislərdən ibarət formalaşdırılmışdı. Onun gəlişindən sonra, bütün işçilər məcburi şəkildə vəzifədən uzaqlaşdırıldılar. Bunun qarşılığında öz həmyerliləri, yəni ordubadlılardan ibarət məmur çetesi quruldu. İlk addım N. Nərimanov rayon prokurorunun köməkçisi işləmiş Əli Hacıyev İcra aparatının rəhbəri vəzifəsinə gətirildi. Məcburi qaçqınlar və köçkünlər üzrə şöbənin müdiri Namiq Məmmədov, hüquq şöbəsinə Sani Nəsibov, katibliyin rəisi Bəxtiyar Fərəcbəyli, təşkilat şöbəsinə Rasim Quliyev, xarici əlaqələr üzrə departamentin rəisi H. Abutalıbovun oğlu İsrafil Abutalıbov, yaşıllaşdırma idarəsinə Vaqif Novruzov, ticarət departamentinə Ramiz Hacıyev, mənzil kommunal təsərrüfatı departamentinə Ənvər Quliyev, nəzarət şöbəsinə Ülvi Zeynalov, iqtisadiyyat şöbəsinə Eldar Yunusov, tikinti şöbəsinə Gündüz Məmmədov, öncə qəbul şöbəsinin, sonra isə içərişəhərin meri Mübariz Quliyev, mənzil şöbəsinə Vüqar Seyidov, humanitar şöbənin rəis müavini Eldar Xəlilov, xarici əlaqələr üzrə departamenti rəisinin müavini Vahid İsmayılov, iqtisadiyyat komitəsinə Eldar Yunusov, Suraxanı İcra Hakimiyyəti başçısının keçmiş müavini və indi mənzil şöbəsinin müdiri Vüqar Seyidov, məktəbəqədər təhsil şöbəsinə Eldar Yunusov, ictimai əlaqələr şöbəsinə Sima Məmmədova (Namiq Məmmədovun qızı), tərcümə və redaktə şöbəsinə Oqtay Abutalıbov (H. Abutalıbovun bacısı oğlu və qardaşı Osmanın kürəkəni), təsərrüfat şöbəsi rəisinin məsləhətçisi Mirhəsən Həsənov, əvvəlcə adi bir makinaçı və sonradan şəhər təsərrüfatının baş məsləhətçisi Gülşad Baxşəliyeva (N. Məmmədovun qohumu), nəzarət şöbəsinin müdiri Zülfəli İsmayılov (N. Məmmədovla kirvədir), “İnterservisin müdiri və “Tapança Nazim” ayaması ilə tanınan Nazim Əsgərov (əvvəllər şəhər 1 saylı avtoparkının, sonradan nəqliyyat departamentinin müdiri vəzifəsinə irəli çəkilib, protokol şöbəsinin müdiri Zülfiyyə Nəcəfovanın xalasıqızının əri) və digər məmurlardan ibarət çete formalaşdırıldı. Onlar nəzarət etdikləri sahə üzrə müəssisələrdə yaxın qohum-əqrabalarını yerləşdirmək siyasətini yürüdürdülər. Beləcə, meriya və tabeliyindəki bütün təşkilatlar əslən ordubadlılardan ibarət şəbəkənin əlinə keçmişdi. Bakı meriyasında ordubadlı olmayan kadrları barmaqla saymaq olardı. H. Abutalıbovun işlədiyi müddətdə əsas gücünü bu çete təmin edib. Ona görə də istənilən qanunsuzluqları, mülkləri ələ keçirməkdə və sənədlərin saxtalaşdırılmasında problemlər yox idi. Bir vaxtlar acından ölən, bu gün ən zəngin insanlara çevrilən bu çete hələ də iş başındadır.

Kimlər necə zənginə çevrildi?

Mirhəsən Həsənov meriyada “şəhər təsərrüfatı” şöbəsinin baş məsləhətçisi olmaqla yanaşı, həm də “Çernobıl Əlilləri Cəmiyyəti”nin sədridir. Vaxtilə keçmiş sosial təminat naziri Əli Nağıyevin ən yaxın kadrlarından biri sayılıb. Çernobıl əllillərinin adlarına dövlət büdcəsindən ayrılan çoxsaylı mənzillərin mənimsənilməsi, Xətai rayonundakı “Tikinti Bazarı”nın, şəhərdaxili bir neçə avtobus marşrutunun və çoxsaylı göydələnlərin, N. Nərimanov rayonunda bir neçə “Şadlıq Sarayı”nın, “Gənclik” metrosu yaxınlığında bir neçə “Avto Salon”nun, Nəsimi rayonunda “Çernobıl Əlilləri”nə məxsus binanın və əlillərə dövlət büdcəsindən ayrılmış maşınların mənimsənilməsi, çoxsaylı mənzillərin və bağ evlərinin sahibidir. H. Abutalıbov mer vəzifəsindən çıxarılandan sonra, indiki himayədarı deputat Hadı Rəcəblidir. O, meriyada çalışdığı müddətdə heç işə də gəlmirdi. Onu nadir hallarda iş başında görmək olardı.
Namiq Məmmədov Bakı meriyasına Suraxanı rayonundan H. Abutalıbovla birlikdə gəlib və qaçqınlar və məcburi köçkünlər üzrə şöbənin müdiri vəzifəsinə təyin olunub. Bununla yanaşı dünyada analoqu olmayan, H. Abutalıbovun telefonlarına cavab verən köməkçisi vəzifəsini icra edib. Sonradan H. Abutalıbovun himayədarlığı ilə ümumi şöbənin müdiri vəzifəsinə təyin olunub. Onun fəaliyyətini araşdıran Maliyyə Nazirliyi və Bakı Maliyyə İdarəsinin apardığı yoxlamalar zamanı işində cinayət tərkibi olan əməllərini ifşa ediblər. Kompüterlər, mebellər, maşınlar və digər texnikaların dəyərindən qat-qat baha qiymətə alınması və sonra sıradan çıxarılması, digər korrupsiya əməlləri ifşa olunub. Məsələnin qaranlıq tərəfi odur ki, N. Məmmədovun əməllərinə cinayət işi açılmayıb. O, həm də H. Abutalıbovun himayəsi ilə Bakının 8-ci mkrn. ərazisində bahalı “Şadlıq Evi”nin, çoxsaylı mənzillərin və bağ evlərinin sahibidir. Xidməti maşınını isə özəlləşdiribdir.
Bakı şəhər İcra Hakimiyyətinin icra aparatının indi keçmiş rəhbəri sayılan Əli Hacıyev H. Abutalıbovun həmyerlisi kimi ən etibarlı və sədaqətli kadrlarından biri hesab olunur. Ə. Hacıyev Xəzər dənizi sahilləri boyunca hektarlarla ərazilərin, bir neçə çimərliyin sahibinə çevrilib. İcra aparatının rəhbəri olduğu dönəmdə misli görünməyən rəzalətə imza atan məmur kimi adını tarixə yazıb. Tabeçiliyində olan məmurların hər birinə maaşlarından tutulmaqla aylıq “haqq” qoymuşdu. Vəzifə səlahiyyətlərindən sui-istifadəyə görə işdən qovulsa da, şefi H. Abutalıbovun himayədarlığı ilə qanunsuz yolla əldə etdiyi “obyektlər”i idarə etməkdə davam edir.

Bir neçə vəzifə də tutmaq olurmuş

Əli Hacıyevdən sonra bu vəzifəyə irəli çəkilən digər ordubadlı, H.Abutalıbovun ən çox dəyər verdiyi kadrlardan biri kimi tanınan Bəxtiyar Fərəcbəyli tikinti işləri və fərdi evlərin inşa edilməsi üzrə sərəncamlara nəzarət edib. Qısa zamanda bu “sevimli kadr” Bakının sayılıb-seçilən milyonçularından birinə çevrilib. Əli Hacıyevin iştah kəməri məsələsində əndazəni aşdığına və öz qanunsuz əməllərinin ifşa olacağından qorxan H. Abutalıbov B. Fərəcbəylini şəhər təsərrüfatı şöbəsinin məsləhətçisi vəzifəsinə endirib. Beləliklə, qeyri rəsmi şəkildə “sərəncam” portfelinin şefinə çevrilib. Əslən Ordubadlı, uzun müddət H. Abutalıbovun yaxın kadrlarından biri sayılan Mübariz Quliyev əvvəlcə şefinin qəbul otağının müdiri, sonra İçərişəhərin meri vəzifəsini daşıyıb. Demək olar ki, İçərişəhərdə mer işlədiyi dönəmdə tarixi abidələr bərbad günə qoyuldu, qanunsuzluğun miqyası pik həddinə çatdı. Tarixi məkanda mənzillərin və qeyri yaşayış yerlərinin özəlləşdirilməsi, bir sıra tarixi abidələrin simasının dəyişdirilməsi, İçərişəhərin memarlıq ənənələrinə zidd olan binaların inşa edilməsinə görə verilən sərəncamlarla bağlı M. Quliyev zənginlər siyahısında ilk yerlərdə mövqe tutdu. Bircə faktı sadalamaq yetər. 2001-ci ildən sonra İçərişəhər Qoruq ərazisində nə qədər qanunsuz tikililər varsa, bunların hamısına M. Quliyev rəhbərlik edib.
H. Abutalıbov yaxın qohumu Eldar Xəlilovu birbaşa Ordubaddan gətirib. Dərhal onu Bakı merinin baş məsləhətçisi təyin edib. Sonra isə “Yaşıl Teatr”ın direktoru vəzifəsinə irəli çəkib. Bununla yanaşı, şəhərdəki musiqi məktəblərinin birində müəllimdir. Deyilənə görə həyat yoldaşını və qızının adını musiqi məktəblərində müəllim ştatına yazdırıbdır.

Uşaq baxçalarına göz dikənlər

H. Abutalıbovun himayədarlıq etdiyi “Ordubad klanı” sadəcə iriçəkili vəzifələrə deyil, Bakı İcra Hakimiyyətinin tabeliyindəki “məktəbəqədər müəssisə”ləri də xüsusi qaydada nəzarətə almışdılar. Faktiki olaraq, şəhər meriyasında işləyən ordubadlı məmurların ailə üzvləri, yaxın qohumları uşaq baxçalarına müdir vəzifəsinə təyin olunmuşdular. H. Abutalıbovun ən çox etibar etdiyi və hazırda Bakı Lift İdarəsinin müdiri olan Xalid Ələkbərov da qısa zaman içində zənginləşən kadrlardan biridir. Onun həyat yoldaşı isə baxça müdiri vəzifəsini daşıyır. Guya “ehtiyac” içində yaşayırlar. Məktəbəqədər təhsil müəssisələrinin müdiri Eldar Yunusovun rəhbərliyi altında əksər uşaq baxçalarının rəhbərliyi ordubadlı kadrlardan komplektləşdirilib. O da bəllidir ki, bu gün dövlət müəssiəsi sayılan uşaq baxçalarında qeyri-rəsmi ödəmələr, körpə uşaqlara verilən qidaların “pullu xidmət”ə keçirilməsi sayəsində milyonlara sahib çıxmaq deməkdir.
Eldar Əzizovun İcra Hakimiyyəti vəzifəsinə gətirilməsindən sonra, əsas görünən odur ki, H. Abıtalıbov və çetesinin Bakını böyrü üstə qoyması məsələsində müdhiş və ilginc faktlar üzə çıxmaqdadır. E.Əzizov dövlətə vurulan ziyanın dərhal ödənilməsi kimi sərt şəkildə tələblər irəli sürüb. H.Abutalıbov və onun sevimli komandası müəyyən müddət dirəniş göstərsələr də, sonucda hamının həbs təhlükəsini hiss etdikdən sonra quzuya dönüblər. Bizi təəccübləndirən budur ki, əgər bir məmurun işində cinayət əməli varsa, cərimələməklə və zərəri ödməsi ilə yanaşı həm də onların haqqında məhkəmə qərarları olmalıdır. Bu, həmin vəzifəli şəxslərin bir daha dövlət qulluğunda işləyə bilməməsi maddəsindən ibarət olmalıdır. Demokratik dünyada belə bir qanunverici təcrübə çoxdan mövcuddur.

(Ardı var)
Hurriyyet.org









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Tərtərdə "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində ümumrayon ağacəkmə aksiyası keçirilib - FOTO
Bu gün, 13:15
Əminə Yusifqızı haqqına yayılan xəbərləri YALANLADI: - “Ölsəm qəfil öləcəm, xəstə olmayacam”
Bu gün, 13:09
Paşinyandan geri addım: - “Referendum olmayacaq”
Bu gün, 13:00
“İçi çürük adamlar mənəm-mənəm deyir” - Əməkdar artist
Bu gün, 12:53
“NATO ölkələri BRİCS-in “qapılarını döyür”, amma...” - Hərbi analitik
Bu gün, 12:47
Əməkdar artist özünə BAHALI MAŞIN aldı - VİDEO
Bu gün, 12:45
Bakıda genişmiqyaslı iməcilik keçirilib - FOTO
Bu gün, 12:38
Təmiz kərə yağı istehsal etsək, 30 manata olacaq - BÖHRAN VAR...
Bu gün, 12:35
Qiyamətə qədər sürəcək SAVAŞ... - ŞƏRH
Bu gün, 12:25
Cəbrayılda yük maşını qaçıran șəxslər saxlanılıblar
Bu gün, 12:23
Gülənin dəfnindəki sirli adamlar – Onları mərasimə kim göndərib?
Bu gün, 12:20
“Apo hazırda heç bir dəyəri olmayan zavallı bir adamdır” - REAKSİYA
Bu gün, 12:19
Dağlıq ərazilərdə qar yağacağı ehtimalı var - belə deyirlər...
Bu gün, 12:16
Fransa terrorçulara və ekstremistlərə belə "hami"lik edir - TƏFƏRRÜAT
Bu gün, 12:15
Türkiyə Ermənistanla sərhədlərini açmayacaq - Sülh sazişi imzalanmasa...
Bu gün, 12:00
“Avropa İttifaqı mini-Çindir” - Tramp
Bu gün, 11:58
“İrana hücumda 100-dən çox İsrail təyyarəsi iştirak edib” – JPost
Bu gün, 11:56
Keçirilən aksiyalar paytaxtın ekoloji durumunu daha da yaxşılaşdıracaq - FOTO
Bu gün, 11:47
"Real Ermənistan Bakı, artsax və Naxçıvandan başlayır...” -Paşinyan getsə, belələri gələcək...
Bu gün, 11:36
Yeni HƏBS DALĞASI - Qanun sərtləşdirilsə də...
Bu gün, 11:32
Seymur Verdizadə baş redaktorluqdan getdi
Bu gün, 11:21
"Opera ifaçıları bütün günü sənətləriylə, repertuar seçimi, səsləri ilə məşğul olurlar"
Bu gün, 11:11
İran səhvə yol versə yenidən vuracağıq! - Haqari
Bu gün, 11:09
Arağın qiyməti qalxacaq? - "Bazarda litri 1 manata olan araqlar var"
Bu gün, 11:05
Həmkarlar İttifaqları Konfederasiyasının sədrinə müşavir təyin olunub - ƏMR
Bu gün, 10:59
Vətəndaşın pul kisəsinə hiyləgər zərbə: rəfdə bir, kassada başqa qiymət - AXI NİYƏ?..
Bu gün, 10:57
Əliyevin uğurlu BRICS diplomatiyası - Kazan səfərinin əsas yekunu
Bu gün, 10:54
Türkiyədə azərbaycanlı qadınlar TUTULDU: dəhşətli erotik fantaziyalar... - FOTO
Bu gün, 10:51
47 yaşlı elektrik faciəli şəkildə öldü
Bu gün, 10:46
Naxçıvanda KTN sistemi niyə irəli getmir... - FAKT BUDUR!
Bu gün, 10:38
Paşinyan KAZANDA NƏ QAYNATDI? - Görünəni odur ki...
Bu gün, 10:24
`Kontakt Home` hər yerdə elə eynidir... - Mingəçevirdə də...
Bu gün, 10:03
İran aviareyslərə qoyulan məhdudiyyəti aradan qaldırdı
Bu gün, 09:56
Azərbaycanın xalq artisti Şahlar Quliyev vəfat edib
Bu gün, 09:54
Maliyyə öhdəliyindən qaçmaq üçün yenə şantaja BAŞLAYIBLAR - Qərbin ənənəvi TAKTİKASI
Bu gün, 09:46
Yarımmilyonluq "Range Rover"i ilə gündəm İcra başçısı qazon və ağaclar alır - 230 min manata
Bu gün, 09:45
Nazir NK-nın qərarlarını SAYA SALMIR... - NARAZILIQ VAR...
Bu gün, 09:38
GDU tələbələri Prezidentə müraciət etdi - Kömək istədilər...
Bu gün, 09:34
Qonşuda seçkidir... BİZƏ DƏ BİR PAY DÜŞƏR... - AKTUAL
Bu gün, 09:27
Bu son olmayacaq... - NƏ BAŞ VERİR?
Bu gün, 09:24
Dəfələrlə izah etməyə çalışsaq da... bir çox işçilər bunu qəbul etmək istəmirlər...
Bu gün, 09:23
Azərbaycanın BRICS-ə üzvlüyünə bu ölkə əngəl olacaq? - iddia
Bu gün, 09:20
İran üzərində hava məkanının bağlanması səbəbindən bir sıra təyyarələr Bakı Aeroportuna enib
Bu gün, 09:17
Yeni qlobal pul ideyası qorxuya saldı - Dolların “qatili” bazar girir?
Bu gün, 08:25
"İrana hücum başa çatdı, 20-yə yaxın hədəf vuruldu..." - "Nyu-York Tayms"
Bu gün, 08:22
Gürcüstanda parlament seçkiləri başlayıb
Bu gün, 08:20
Sahil Babayevin nazirliyi yenidən məhkəməyə verildi - SƏBƏB
Bu gün, 08:05
Gürcüstanda baş tutacaq seçkilər... Cənubi Qafqazın taleyində önəmli rol oynayacaq
Bu gün, 08:03
Tehranda "SEPAH"-ın heç bir hərbi obyektinə hücum olmayıb: Uçuşlar davam edir... - "Tasnim"
Bu gün, 07:54
Sakinlər 'yol yoxdur ' deyir, məmurlar isə... - GİLEY
Bu gün, 07:50
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru