Nazirin fikri narahatlıq yaratdı: Bağçalar işləyən anaların üzünə bağlanır? .....                     Qanunların üstündə əyləşən İCRA BAŞÇISI .....                     “Şəkər Zavodu metal alveriylə məşğuldur” .....                     Bölgələrdə bahalaşan əmlak... .....                     Xətai məhkəməsindən daha bir ABSURD... .....                     35 şirkətin rəhbəri həbs edildi .....                     Bu şəxslər aliment ödəməyə bilər .....                     Türkiyə-Azərbaycan münasibətlərində nələr baş verir? .....                     Bakıdan İrəvana qayıdan erməni nələr danışdı? .....                     Ədalət Verdiyev əslində niyə həbs olundu? .....                     Bu məhsulların satışı ciddi problemlərə yol açır .....                     Kommunizmə qayıdırıq?: Parlamentdə təklif... .....                     Azərbaycanın xalq artisti vəfat etdi .....                     Dövlət qurumu "Atasığorta"nı seçdi .....                     “İpək Yolu Sığorta”nın səhmdarlarının yığıncağı .....                     Elşənlə Ozanın serialı bu tarixdə yayımlanacaq .....                     Ermənistanda naməlum şəxs qumbara partlatmaq istəyib .....                     Bakıda qadınları təqib edən gənc oğlan həbs edildi... .....                     Qazaxıstandan Azərbaycanla bağlı mühüm açıqlama .....                     Prezident İlham Əliyev Donald Trampa zəng edib .....                     70 kiloqram qızılla saxlanılan hərbi attaşe DTX-də həbs edilib .....                     Putin bu ölkəni pay-püş edir: .....                     Duda İrəvanda: Azərbaycan sərhədinə gələcək .....                     "3-4 min manat tələb olunur, əgər bu davam etsə..." .....                     "Qardaşım "ləyaqətsiz vərəsə" kimi məni məhkəməyə verib" .....                     145 saylı məktəbdən NARAZILIQ .....                     Xəstəxanalardakı “qəssab”lara bıçağı kim verir? .....                     Bakıda NATO nümayəndə heyəti ilə görüş keçirilib .....                     Dollara rekord tələbat .....                     Dezinformasiyanın qarşısını hansı yollarla almaq olar? .....                     Bakı metrosunda yeni qatarları 1 milyon manata bu şirkət .....                     Elza Seyidcahanın iddiasına .....                     Bakıda aktrisa şikayət etdi, xanım prodüserə cinayət işi açıldı .....                     Xırdalanda eyni şirkətə 3 ayda 4-cü tender verildi .....                     Qorxu filmlərini xatırladan UNİVERSİTET .....                     Bəlli dairələrin murazı gözündə qaldı, .....                     Türkiyə-Azərbaycan sərhəddində 20 KİLOMETRLİK TIXAC... .....                     Əbu-Dabidə “Şuşa günləri” keçiriləcək .....                     Üç qüvvə birləşdi .....                     Azərbaycanın sabiq deputatı olan general məhkəməyə verildi .....                 

Təcili Tibbi Yardım xidmətinə ayrılan dərmanlar belə mənimsənilir... - İTTİHAM
Tarix: 8-08-2019, 12:09 | Çap et
Təcili Tibbi Yardım xidmətinə ayrılan dərmanlar belə mənimsənilir...

“Hürriyyət”in redaksiyasına səhiyyə sistemindəki problemlərlə bağlı şikayət məktub daxil olub. Məlum səbəblərdən adının gizli qalmasını istəyən peşəkar, təcrübəli həkimin bizə ünvanladığı həmin məktubu olduğu kimi oxucularımıza çatdırırıq:

“Mən peşəkar həkiməm, terapevtəm. 1976-cı ildən Təcili Tibbi Yardım xidmətində çalışıram.Təcili yardımda işləmək həm ağır, həm də məsuliyyətlidir. Fiziki xəsarət, yaxud ölümlə nəticələnən bədbəxt (eləcə də kriminal) hadisə yerinə ilk gələn polislə yanaşı, məhz təcili yardım maşını olur. Əslində təcili yardım əməkdaşları hər an təhlükə ilə üz-üzədirlər, getdikləri məkanda istənilən sürprizlə qarşılaşa bilərlər.

Bütün bunları nəzərə alaraq, Təcili Tibbi Yardım xidməti əməkdaşlarının maaşları digər sahələrdə çalışan tibb işçilərinə nisbətən həmişə daha yüksək olub. Odur ki, maaş sarıdan şikayətimiz yoxdur.

Qarşılaşdığımız ən böyük problem dövlət tərəfindən Təcili Tibbi Yardım xidmətinə ayrılan dava-dərmanın həkimlərə gəlib çatmamasıdır. Ən yaxşı halda ayrılan 10 adda dərmandan yalnız biri təcili yardım həkimlərinə gəlib çatır, özü də bir qutu yox, cəmi bir ampul. Bir ampul dərmansa bir xəstənin belə dərdinə əlac deyil. Bu səbəbdən məcbur qalıb öz maddi vəsaitimizlə lazım olan dərmanları alırıq ki, bizdən imdad gözləyən insanlara təcili yardım göstərə bilək.

Onu da qeyd edim ki, Təcili Tibbi Yardım xidmətində dərman problemi Azərbaycanda Birinci Avropa Oyunları keçiriləndən sonra yarandı, bu günədək də davam edir.

Bundan əlavə, işin düzgün planlaşdırılmaması nəticəsində təcili yardım maşınları çağırışlara vaxtında yetişə bilmir, bu da çox vaxt insan ölümünə səbəb olur.

Bir faktı nəzərinizə çatdırım. 3 ildir ki, Masazır ərazisində yerləşən yaşayış binalarından birində qaz sıması baş verir. Bunun səbəbi isə müəmmalı olaraq qalır. Əslində o binanın sakinləri çoxdan ordan köçürülməliydi, amma nədəbsə hələ də həmin qəzalı binada yaşamaq məcburiyyətindədirlər. Halbuki, istənilən vaxt binada partlayış baş verə bilər. 3 ildir həmin ərazidə fövqəladə vəziyyət elan olunub və təcili yardım həkimləri daim orda növbə çəkir. Növbədə olan həkimlərdən birinin ora getməyi isə həm digər həkimin iş yükünü artırır, həm də təcili yardımın işinə neqativ təsir göstərir. Çünki bir həkim eyni vaxtda iki ünvanda ola bilmir, bu isə ağır vəziyyətdə olan xəstələrin həyatını təhlükəyə atır. Sonucda qınanan, suçlandırılan da məhz biz, həkimlər oluruq.

Əslində Fövqəladə Hallar Nazirliyi öz öhdəsinə düşən vəzifəni Təcili Tibbi Yardım Xidmətinin üzərinə yıxmamalıdır. Nazirliyinin tibb biriqadası var və məhz həmin briqada fövqəladə hallarla bağlı olaylara cavabdehdir. Amma təəssüf ki, Masazırda növbə çəkmək də, dənizdə hər hansı təbii fəlakət, yaxud bədbəxt hadisə nəticəsində baş verən hadisə yerinə yetişmək də də təcili yardım briqadalarının öhdəsindədir.

Problemlərdən biri də Təcili Tibbi Yardım xidmətinin yarımstansiyalarında (Bakı şəhərində təxminən 39 yarımstansiya var) dispetçerlər ştatının ləğv edilməsidir.

Aydınlıq gətirmək üçün deyim ki, Bakı şəhərində yerləşən hər bir rayonun öz yarımstansiyası var. Hər bir yarımstansiyanın da öz telefon nömrəsi vardı. Təcili yardım çağırmaq istəyən şəhər sakinləri birbaş onların ərazisində fəaliyyət göstərən yarımstansiyaya zəng vururdu və həmin ərazini yaxşı tanıyan dispetçer dərhal zəngə cavab verib təcili yardım briqadasını ünvan başına yönləndirirdi və təcili yardım maşını yubanmadan xəstəyə yetişirdi.

Amma son 4 ildir Təcili Tibbi Yardım xidməti mərkəzləşdirilmiş qaydada fəaliyyət göstərir. Artıq heç bir yarımstansiyada dispetçer yoxdur (bununla həkimləri nüfuzdan salmaq, insan həyatını təhlükəyə atmaq bahasına büdcəyə qənaət edirlər), yalnız bir mərkəzi stansiyada hardasa 10 dispetçer zənglərə cavab verir, məhz onlar çağırışları qəbul edib yarımstansiyalara, həkimlərə çatdırır (yarımstansiyalarda zənglərə birbaşa həkimlər cavab verir, təbii ki, həmin vaxt çağırışda olmasalar). Hər an Bakı şəhərinin hər yerindən ora (103 nömrəsinə) zənglər daxil olur deyə dispetçerlər vaxtında çağırışlara cavab verə bilmirlər. Nəticədə zərər çəkən çox, vaxtını, hətta həyatını itirən isə bütün ümidini təcili yardım briqadasının köməyinə bağlayan xəstələr olur. Bu yubanmalara görə qınanan, hətta bəzi hallarda söyülüb-döyülən isə biz həkimlər oluruq. Dəfələrlə çağırışa gedib çatanda əsəbdən özünə yer tamayan insanlarla qarşılaşmışam, gözünün önündə ağrıdan qovrulan əzizi bizim yolumuzu gözləyən, bizi görəndə isə bütün hirsini, hikkəsini üstümüzə tökən bu insanları qınamağa nə haqqımız var?! Axı bəzən təcili yardım briqadası 1,5 saat, 2 saat çağırışa yubanır.

İnanın ki, təcili yardım briqadaları çox gərgin şəraitdə işləyir. Bəzən səhərdən axşamadək bir stəkan çay belə içməyə vaxtımız olmur. İlin bütün fəsillərində, qızmar günəş altında, soyuqda, şaxtada, yağışda, qarda gecə-gündüz yol üstəyik. Yarımstansiyada 10-ca dəqiqə oturub dincimizi almağa vaxt tapmırıq. Bir çağırışdan digərinə tələsirik. Həkim qıtlığı təkcə xəstələrə deyil, elə bizim özümüzə də çox böyük ziyan vurur, sağlamlığımızı itiririk.

Amma şikayət etmirik. Vətəndaşların sağlamlığının keşiyində dayanmaq, onlara təcili ilkin yardım göstərmək bizim vəzifə borcumuzdur. Bu peşəni özümüz seçmişik və sevə-sevə icra edirik. Amma bütün səylərinə rəğmən, xəstə həyatını itirəndə, yaxud vəziyyəti daha da ağırlaşanda, üstəlik buna görə heç bir günahın olmadığı halda qınanıb suçlananda özünü çox pis hiss edirsən. Sanki bütün dünyanın ağırlığı çiyinlərinə çökür.

Elə buna görə də “Hürriyyət”in redaksiyasına məktub yazmaq qərarına gəldim. Bu məktubu təkcə öz adımdan deyil, bütün həmkarlarımın adından yazıram. Ümid edirəm, qəzetiniz vasitəsilə səsimiz aidiyyati qurumlara çatacaq və sadalanan problemlər ən tez zamanda öz həllini tapacaq”.

P.S. İnanırıq ki, aidiyyati qurumlar, ilk növbədə Səhiyyə Nazirliyi bu vicdanlı, peşəsinə hörmətlə yanaşan təcrübəli həkimin harayını eşidəcək, səsinə səs verəcək.

Biz də öz növbəmizdə aidiyyati qurumlarla əlaqə saxlayıb, sözügedən məsələyə münasibətlərini öyrənməyə çalışacağıq.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Nazirin fikri narahatlıq yaratdı: Bağçalar işləyən anaların üzünə bağlanır? - AKTUAL
Bu gün, 08:41
Qanunların üstündə əyləşən İCRA BAŞÇISI - və yaxud hökm edən ABU TƏFƏKKÜRÜ...
Bu gün, 08:39
“Şəkər Zavodu metal alveriylə məşğuldur” - BU NƏDİ BELƏ?..
Bu gün, 08:35
Bölgələrdə bahalaşan əmlak... - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 08:29
Xətai məhkəməsindən daha bir ABSURD... - DETALLAR
Bu gün, 08:25
35 şirkətin rəhbəri həbs edildi - Bu vəzifəlilərlə əlbir imiş
Bu gün, 08:18
Bu şəxslər aliment ödəməyə bilər - AÇIQLAMA
Bu gün, 07:36
Türkiyə-Azərbaycan münasibətlərində nələr baş verir? - GƏLİŞMƏ
Bu gün, 07:33
Bakıdan İrəvana qayıdan erməni nələr danışdı? – Gözlənilməz etiraf
Bu gün, 06:27
Ədalət Verdiyev əslində niyə həbs olundu? - yetərincə bilgili biri idi, amma...
Bu gün, 06:23
Bu məhsulların satışı ciddi problemlərə yol açır -Ekspertdən çağırış
Bu gün, 00:28
Kommunizmə qayıdırıq?: Parlamentdə təklif... - "Kolxoz və sovxozlar yaradılsın"
Bu gün, 00:24
Azərbaycanın xalq artisti vəfat etdi
Bu gün, 00:19
Dövlət qurumu "Atasığorta"nı seçdi
Bu gün, 00:05
“İpək Yolu Sığorta”nın səhmdarlarının yığıncağı - KEÇİRİLƏCƏK
Bu gün, 00:02
Elşənlə Ozanın serialı bu tarixdə yayımlanacaq
Dünən, 23:59
Ermənistanda naməlum şəxs qumbara partlatmaq istəyib - FOTO
Dünən, 23:56
Bakıda qadınları təqib edən gənc oğlan həbs edildi... - Məhəlləyə "nəzarət" edirmiş
Dünən, 23:53
Qazaxıstandan Azərbaycanla bağlı mühüm açıqlama
Dünən, 23:46
Prezident İlham Əliyev Donald Trampa zəng edib
Dünən, 23:39
70 kiloqram qızılla saxlanılan hərbi attaşe DTX-də həbs edilib - TƏFƏRRÜAT
Dünən, 23:36
Putin bu ölkəni pay-püş edir: - Vaşinqton və Varşava plana şərikdir?
Dünən, 21:35
Duda İrəvanda: Azərbaycan sərhədinə gələcək - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 21:30
"3-4 min manat tələb olunur, əgər bu davam etsə..." - Deputat SƏNƏDSİZ EVLƏRDƏN danışdı
Dünən, 21:27
"Qardaşım "ləyaqətsiz vərəsə" kimi məni məhkəməyə verib" - Tanınmış aktrisa
Dünən, 20:18
145 saylı məktəbdən NARAZILIQ - İstilik yoxdur, uşaqlar xəstələnsə, kim cavab verəcək?
Dünən, 20:13
Xəstəxanalardakı “qəssab”lara bıçağı kim verir? – Nazirlik diplomsuz həkim sualından yayındı
Dünən, 19:32
Bakıda NATO nümayəndə heyəti ilə görüş keçirilib
Dünən, 19:18
Dollara rekord tələbat – Ekspertlər deyirlər ki...
Dünən, 19:02
Dezinformasiyanın qarşısını hansı yollarla almaq olar? - Qərb mediası və Azərbaycan...
Dünən, 18:58
Bakı metrosunda yeni qatarları 1 milyon manata bu şirkət – TƏMİR EDƏCƏK
Dünən, 18:56
Elza Seyidcahanın iddiasına nazirlikdən CAVAB
Dünən, 18:39
Bakıda aktrisa şikayət etdi, xanım prodüserə cinayət işi açıldı - TƏFƏRRÜAT
Dünən, 18:35
Xırdalanda eyni şirkətə 3 ayda 4-cü tender verildi - Bu dəfə 1,8 milyon manat..
Dünən, 18:34
Qorxu filmlərini xatırladan UNİVERSİTET – Tərk edilmiş binanın aqibəti necə olacaq?
Dünən, 18:31
Bəlli dairələrin murazı gözündə qaldı, nəticələr var
Dünən, 18:25
Türkiyə-Azərbaycan sərhəddində 20 KİLOMETRLİK TIXAC... - Naxçıvan rəhbərliyi səbəbindən...
Dünən, 18:18
Əbu-Dabidə “Şuşa günləri” keçiriləcək – 182 min manat ayrıldı
Dünən, 18:09
Üç qüvvə birləşdi – Paşinyanın planı nədir?
Dünən, 18:05
Azərbaycanın sabiq deputatı olan general məhkəməyə verildi - DETALLAR
Dünən, 18:03
Gəncə Dövlət Tibb Kollecində RÜŞVƏT İDDİASI - Havayı yerə oxumayın..
Dünən, 18:01
Hərbi ekspert Ədalət Verdiyev həbs edilib - ŞOK TƏFƏRRÜAT
Dünən, 17:58
“Salyan Oil Limited” YAŞILLIĞA QƏNİM KƏSİLDİ VƏ... - 25 MİNLİK CƏZA
Dünən, 17:55
“Gələcəyini Qur!” təhsil təqaüdünü qazanmış abituriyentlərlə “Veysəloğlu Şirkətlər Qrupu”nda görüş keçirildi - FOTO
Dünən, 17:44
COP29-da Azərbaycan tarixi nəticə əldə etdi - MƏQALƏ
Dünən, 17:41
Qənirə Ataşovanın hesabı silindi - SƏHİYYƏ MAFİYASINI ifşa etmişdi...
Dünən, 17:39
Bakıda tiktoker qızdan ŞOK ƏMƏL: kişini tapıb ayağından öpdürdü - VİDEO
Dünən, 17:27
Boşanan qadına əxlaqsızlıq təklif edildi, əri və qardaşı... - TƏFƏRRÜAT
Dünən, 17:20
Deputat qohumunu işdən çıxarıb öz xanımını təyin etdi - DETALLAR
Dünən, 17:13
Keşmiş işçici ilə KTN arasında QALMAQAL
Dünən, 17:12
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru