Türk dövlətlərinin ortaq kəşfiyyat qurumu nə iş görəcək? - çox böyük əhəmiyyəti var
Tarix: 11-09-2019, 09:45 | Çap et
Sentyabrın 6-da Bakı şəhərində Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının XXII iclası keçirilib.
İclasda Azərbaycanın Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-leytenant Əli Nağıyev, Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin rəisi general-leytenant Orxan Sultanov, Türkiyə Milli İstihbarat Təşkilatının rəhbəri Hakan Fidan, Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinin sədri Kərim Məsimov, Qırğızıstan Dövlət Milli Təhlükəsizlik Komitəsinin sədri Orozbek Opumbayevin, eləcə də müşahidəçi qismində Özbəkistan Dövlət Təhlükəsizlik Xidmətinin sədri Abdusalom Azizovun rəhbərlik etdikləri nümayəndə heyətləri, Gürcüstan Dövlət Təhlükəsizlik Xidmətinin yüksəkvəzifəli əməkdaşı iştirak edib.
Tədbirin sonunda Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının Türkiyənin Ankara şəhərində Daimi Katibliyinin yaradılması haqqında qərar qəbul edilib. Belə bir addımın atılması çoxsaylı fikirlər formalaşdırıb. Bu istiqamətdə ən müxtəlif ehtimallar səsləndirilir.
Fikirlərdən biri budur ki, iclasda iştirak edən hər bir dövlət İŞİD təhlükəsinə məruz qaldığı, yəni vətəndaşları terror təşkilatına qoşulduğu üçün bu prosesin qarşısını almaq niyyəti ilə katibliyin yaradılması vacib sayılıb. Ekspertlər türkdilli dövlətlərin təhlükəsizliyi baxımından da bu qərarın xüsusi əhəmiyyətindən söz açırlar. Bundan əlavə, qonşu ölkələrin, xüsusilə Rusiyanın türk cümhuriyyətlərinin bir araya gəlməsindən ciddi narahat ola biləcəyi də ehtimal kimi vurğulanır. Parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, deputat Fərəc Quliyev “Yeni Müsavat”a açıqlamasında katibliyin yaradılmasının mühüm hadisə olduğunu söylədi: “Bütövlükdə türk cümhuriyyətlərinin dərindən inteqrasiya olunması və bəzi məsələlərin koordinasiya edilməsi çox vacibdir. İndi də xüsusi xidmət orqanlarının əməkdaşlıqla bağlı katibliyinin yaradılması çox əhəmiyyətli məsələdir. Dövlətlərimizin təhlükəsizliyi üçün profilaktika tədbirlərinin görülməsi, türk dövlətlərinə qarşı planların aşkarlanması və qarşısının alınması baxımından çox əhəmiyyətlidir. Ordu savaş üçün lazım olan bir strukturdur. Deyək ki, ortaq ordunun yaradılması üçün savaşlar lazım olacaq. Amma diplomatik, iqtisadi, sosial, dövlətlərimizin münasibətləri sahəsində alt yapıda düşmən ölkələrin görə biləcəkləri işləri önləmək üçün bu strukturların koordinasiya olunması vacib məsələdir. Katibliyin yaradılması ilə bağlı çox sevindim. Gələcəkdə başqa strukturların da bu formada dərin bir inteqrasiya olunması üçün bu bazanın olması çox əhəmiyyətlidir. Çünki toplanan informasiyaların bölüşülməsi əvvəldən hansı tədbirlərin görülməsi zərurətini ortaya çıxaracaq. Bu baxımdan başqa sahələrdə də dərin inteqrasiyalar olacaq. Bu istiqamətlərdə real addımların atılması olduqca vacibdir. Çünki dünyada, bizim bölgədə çox gərgin münasibətlər var. Dövlətlər, bloklar arasında yeni təmərküzləşmə, yeni müttəfiqlərin ortalığa çıxması, yeni ambisiyaların ortaya qoyulması dönəmində, dünyanın qəlbi deyilən bu zonada böyük maraqların toqquşduğu bir zamanda bizim etnos olaraq dövlətlərin imkanlarını, resurslarını bir araya gətirməyimiz çox vacib, həyati bir əhəmiyyət kəsb edir. Çünki ayrı-ayrılıqda hər bir dövlətin özünü müdafiə, özünün təhlükəsizliyini təmin etməyindənsə, hamının bir yerdə bunu ortaya qoymasının çox böyük bir əhəmiyyəti var”.
Deputat katibliyin yaradılmasına səbəb kimi İŞİD-in yaradıldığı yönündə səslənən ehtimallara da toxundu: “Bu, detallardan biridir. Ümumiyyətlə, bazarların əldə olunması, satış və orada qiymətlərin müəyyənləşməsi, iqtisadi təhlükəsizlikdə iqtisadi sabotajların qarşısının alınması, bəzi maliyyə strukturlarının kənardan bu dövlətlərin maliyyə strukturlarını dağıtma cəhdləri, informasiya müharibəsində alt yapıda bunları təkləmə, müəyyən tendensiyaların, xüsusilə dini cərəyanlar adı altında sirayət etməklə hətta dövlətlərin quruluşunu dəyişməyə cəhdlərin edilməsi, başqa dövlətlərin ordusu içərisində bu dövlətlərin öz ordusunu yıpratma cəhdləri, bu dövlətlərlə qonşu dövlətləri toqquşdurmağa cəhdlərin olunması kimi görünməyən aysberqin alt qatında məsələlər var. Bunların hamısını önləmək çox vacibdir. Dünyaya göstərmək üçün İŞİD məsələsinin ortaya çıxarılması, terrorizm, narkotiklərlə mübarizə kimi standartların göstərilməsi başa düşüləndir. Bunlar protokol göstərməsidir. Yuxarıda sadaladıqlarım çox ciddi məsələlərdir. Bunlar ən böyük təhdidlərdir”.
F.Quliyev Rusiya məsələsindən də söz açdı: “Bu niyə Rusiyanı qıcıqlandırmalıdır ki? Bunlar təhlükəsizliyi təmin etmək üçün toparlanmadır. Azərbaycan iki, üç, dörd və çoxtərəfli münasibətlərlə Rusiya da daxil olmaqla, müəyyən dövlətlərlə bölgədə əməkdaşlıq, barışıq, saziş üçün faktiki əməkdaşlıq edir. Türkdilli dövlətlər hansısa yerləri işğal etmək, harasa hücum etmək, nüvə silahı əldə etmək kimi işlər görmürlər ki? Sadəcə, bölgədə və dünyada təhdid yaradan amilləri aradan qaldırmaq üçün səylərini ortalığa qoyurlar ki, bu da normal bir şeydir. Hesab edirəm ki, bu, kiməsə qarşı olmadığı, əksinə, cinayətkarlığa, terrorizmə və digər bu kimi hallara qarşı olduğu üçün normal qarşılanmalıdır. Bunu kimlərin etməsindən asılı olmayaraq, burada qıcıq yaranmamalıdır”. “Yeni Müsavat”
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Bakıdan İrəvana qayıdan erməni nələr danışdı? – Gözlənilməz etiraf
Bu gün, 06:27 |
|
|
|
• Ədalət Verdiyev əslində niyə həbs olundu? - yetərincə bilgili biri idi, amma...
Bu gün, 06:23 |
|
|
|
• Bu məhsulların satışı ciddi problemlərə yol açır -Ekspertdən çağırış
Bu gün, 00:28 |
|
|
|
• Kommunizmə qayıdırıq?: Parlamentdə təklif... - "Kolxoz və sovxozlar yaradılsın"
Bu gün, 00:24 |
|
|
|
• Azərbaycanın xalq artisti vəfat etdi
Bu gün, 00:19 |
|
|
|
• Dövlət qurumu "Atasığorta"nı seçdi
Bu gün, 00:05 |
|
|
|
• “İpək Yolu Sığorta”nın səhmdarlarının yığıncağı - KEÇİRİLƏCƏK
Bu gün, 00:02 |
|
|
|
• Elşənlə Ozanın serialı bu tarixdə yayımlanacaq
Dünən, 23:59 |
|
|
|
• Ermənistanda naməlum şəxs qumbara partlatmaq istəyib - FOTO
Dünən, 23:56 |
|
|
|
• Bakıda qadınları təqib edən gənc oğlan həbs edildi... - Məhəlləyə "nəzarət" edirmiş
Dünən, 23:53 |
|
|
|
• Qazaxıstandan Azərbaycanla bağlı mühüm açıqlama
Dünən, 23:46 |
|
|
|
• Prezident İlham Əliyev Donald Trampa zəng edib
Dünən, 23:39 |
|
|
|
• 70 kiloqram qızılla saxlanılan hərbi attaşe DTX-də həbs edilib - TƏFƏRRÜAT
Dünən, 23:36 |
|
|
|
• Putin bu ölkəni pay-püş edir: - Vaşinqton və Varşava plana şərikdir?
Dünən, 21:35 |
|
|
|
• Duda İrəvanda: Azərbaycan sərhədinə gələcək - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 21:30 |
|
|
|
• "3-4 min manat tələb olunur, əgər bu davam etsə..." - Deputat SƏNƏDSİZ EVLƏRDƏN danışdı
Dünən, 21:27 |
|
|
|
• "Qardaşım "ləyaqətsiz vərəsə" kimi məni məhkəməyə verib" - Tanınmış aktrisa
Dünən, 20:18 |
|
|
|
• 145 saylı məktəbdən NARAZILIQ - İstilik yoxdur, uşaqlar xəstələnsə, kim cavab verəcək?
Dünən, 20:13 |
|
|
|
• Xəstəxanalardakı “qəssab”lara bıçağı kim verir? – Nazirlik diplomsuz həkim sualından yayındı
Dünən, 19:32 |
|
|
|
• Bakıda NATO nümayəndə heyəti ilə görüş keçirilib
Dünən, 19:18 |
|
|
|
• Dollara rekord tələbat – Ekspertlər deyirlər ki...
Dünən, 19:02 |
|
|
|
• Dezinformasiyanın qarşısını hansı yollarla almaq olar? - Qərb mediası və Azərbaycan...
Dünən, 18:58 |
|
|
|
• Bakı metrosunda yeni qatarları 1 milyon manata bu şirkət – TƏMİR EDƏCƏK
Dünən, 18:56 |
|
|
|
• Elza Seyidcahanın iddiasına nazirlikdən CAVAB
Dünən, 18:39 |
|
|
|
• Bakıda aktrisa şikayət etdi, xanım prodüserə cinayət işi açıldı - TƏFƏRRÜAT
Dünən, 18:35 |
|
|
|
• Xırdalanda eyni şirkətə 3 ayda 4-cü tender verildi - Bu dəfə 1,8 milyon manat..
Dünən, 18:34 |
|
|
|
• Qorxu filmlərini xatırladan UNİVERSİTET – Tərk edilmiş binanın aqibəti necə olacaq?
Dünən, 18:31 |
|
|
|
• Bəlli dairələrin murazı gözündə qaldı, nəticələr var
Dünən, 18:25 |
|
|
|
• Türkiyə-Azərbaycan sərhəddində 20 KİLOMETRLİK TIXAC... - Naxçıvan rəhbərliyi səbəbindən...
Dünən, 18:18 |
|
|
|
• Əbu-Dabidə “Şuşa günləri” keçiriləcək – 182 min manat ayrıldı
Dünən, 18:09 |
|
|
|
• Üç qüvvə birləşdi – Paşinyanın planı nədir?
Dünən, 18:05 |
|
|
|
• Azərbaycanın sabiq deputatı olan general məhkəməyə verildi - DETALLAR
Dünən, 18:03 |
|
|
|
• Gəncə Dövlət Tibb Kollecində RÜŞVƏT İDDİASI - Havayı yerə oxumayın..
Dünən, 18:01 |
|
|
|
• Hərbi ekspert Ədalət Verdiyev həbs edilib - ŞOK TƏFƏRRÜAT
Dünən, 17:58 |
|
|
|
• “Salyan Oil Limited” YAŞILLIĞA QƏNİM KƏSİLDİ VƏ... - 25 MİNLİK CƏZA
Dünən, 17:55 |
|
|
|
• “Gələcəyini Qur!” təhsil təqaüdünü qazanmış abituriyentlərlə “Veysəloğlu Şirkətlər Qrupu”nda görüş keçirildi - FOTO
Dünən, 17:44 |
|
|
|
• COP29-da Azərbaycan tarixi nəticə əldə etdi - MƏQALƏ
Dünən, 17:41 |
|
|
|
• Qənirə Ataşovanın hesabı silindi - SƏHİYYƏ MAFİYASINI ifşa etmişdi...
Dünən, 17:39 |
|
|
|
• Bakıda tiktoker qızdan ŞOK ƏMƏL: kişini tapıb ayağından öpdürdü - VİDEO
Dünən, 17:27 |
|
|
|
• Boşanan qadına əxlaqsızlıq təklif edildi, əri və qardaşı... - TƏFƏRRÜAT
Dünən, 17:20 |
|
|
|
• Deputat qohumunu işdən çıxarıb öz xanımını təyin etdi - DETALLAR
Dünən, 17:13 |
|
|
|
• Keşmiş işçici ilə KTN arasında QALMAQAL
Dünən, 17:12 |
|
|
|
• Azərbaycanlı müğənnnilərin FANTASTİK YENİ İL QİYMƏTLƏRİ
Dünən, 17:09 |
|
|
|
• Ölkəmizin iqlim diplomatiyasında uğuru - İsrafil Kərimovun yazısı
Dünən, 17:04 |
|
|
|
• Bələdiyyələr avtomobillərdən əmlak vergisi alacaq? – Deputatın təklifinə REAKSİYA
Dünən, 17:02 |
|
|
|
• Vətəndaşın istifadə etmədiyi debet kartına borc gəlib... - NARAZILIQ VAR...
Dünən, 16:55 |
|
|
|
• "Uber” və “Bolt” sistemdə göstərilən avtomobil əvəzinə ünvana başqa avtomobillər göndərir: - BU QƏDƏR CƏRİMƏSİ VAR
Dünən, 16:44 |
|
|
|
• Verilişlərdə ailə problemlərindən danışanlar xəstədir - "Vətəndaş A"nın Almazı
Dünən, 16:37 |
|
|
|
• Bağça müdiri "Şərurlu İsfəndiyar"ın şirkətini məhkəməyə verdi - SƏBƏB
Dünən, 16:35 |
|
|
|
• Rusiya son sutkada 8 ballistik raket vurub - KİV
Dünən, 16:33 |
|
|
|
|