Kəndin örüş torpaqları alınıb kəndlilərə qaytarılsın... - GİLEY
Tarix: 2-04-2020, 15:01 | Çap et
Rayonun Bağman kənd sakinləri örüş sahələrinin qanunsuz olaraq kənar şəxslərə icarəyə verildiyi bildirilir...
Kənd sakinləri şikayət məktubunda yazır:
Hörmətli “Təzadlar”! Bu şikayət ərizəmizdə yazıb Sizə bildiririk ki, Kürdəmir rayon İcra hakmiyyəti başçısı Ceyhun Cəfərovun qanunsuz əməlləri nəticəsində Bağman kəndinə məxsus 285 hektar örüş sahələri qanunsuz olaraq uzun müddətli icarəyə verilmiş və həmin şəxslər örüş torpaqlarını qanunsuz olaraq əkmişlər. Nəticədə də kənd saknləri heyvanlarını otarması üçün örüşsüz qalıblar. Bu isə bir kəndin əhalisinin məhv olması deməkdir. Belə ki, aqrar islahat zamanı kənd sakinlərinə pay torpaqları verildi, 285 hektar ümumi örüş sahəsi ayrıldı, 16 hektar perespektiv inkişaf üçün torpaq sahəsi ayrıldı, 56 hektar isə yararsız hesab edildi. Hazırda həmin 285 hektar örüş torpaq sahəsi Bağman bələdiyyəsinin keçmiş sədri Vidadi Pirişov tərəfindən ailə üzvülərinə və yaxın qohumlarına uzun müddətli icarəyə verilmişdir və həmin şəxslər isə təyinat dəyişdirilmədən həmin torpaqları əkiblər. Bu isə “Torpaq Məcəlləsi”nə görə cinayət əməli hesab edilir. Bağman bələdiyyəsinin sabiq sədri Vidadi Pirişov bu cinayəti icra başçısı Ceyhun Cəfərovun razılığı ilə etmişdir. Diqqət edin 285 hektar örüş sahəsinin çox hissəsini öz ailə üzvlərinə və yaxın qohumlarına icarəyə verib: qardaşı Natiq Pirişova 8 hektar, qardaşı Qədir Pirişova 14 hektar, qardaşı Abbas Prişova 17 hektar, əmisi Vahid Pirişova 4 hektar, əmisi oğlu Əlizadə Pirişova 12 hektar, əmisi oğlu Aqil Prişova 4 hektar, əmisi oğlu Zülfüqar Prişova 6 hektar, oğlu Sərvər Prişova 10 hektar, qardaşı Rafiq Prişova 40 hektar! Həmçinin digər şəxslər Saleh Qasımova 10 hektar, Ənvər Əmrahova 5 hektar, Eminəxatun Dadaşovaya 55 hektar örüş torpaqlarını uzun müddətli icarəyə vermişdir. Vidadi Prişov bu cinayəti tək icra başçısı Ceyhun Cəfərovla əlbir olub etməmişdir. Ona bu cinayətin saxta sənədlərlə leqallaşdırılmasında 10 saylı Əmlak İdarəsinin rəisi Nizami Qasımov köməklik etmişdir. 10 saylı Əmlak İdarəsinin rəisi Nizami Qasimov niyə bu cür qanunsuzluğa imza atmışdır? Hansı ki, ümumi istifadədə olan kəndin örüş torpaqlarının hərraca çıxarılıb icarəyə verilməsi və örüş torpaqlarında təyinat dəyişdirilmədən əkin işləri aparılması cinayət əməlidir. Örüş torpaqlarının təyinatının dəyişdirilməsi isə birbaşa Nazirlər Kabinetinin səlahiyyətinə aiddir. 3 nəfər vəzifəli şəxsin əlbir olub törətdikləri cinayət əməli nəticəsində Bağman kənd saknləri aclıq- yoxsulluq içində yaşamağa məhkum olublar. Çünki Bağman kənd sakinlərinin əsas qazancı heyvandarlıqdır. Örüş yeri olmayanda isə kənd sakinləri çıxılmaz vəziyyətlə üzləşir, mal-qarasını məhv etməlidir. Bizə qarşı edilən bu qanunsuz əməl barədə kənd sakinləri birlikdə İcra başçısına, bəzi dövlət orqanlarına əyani şikayətlər etmişik. Prezident Administrasiyasında, Ədliyyə Nazirliyində, Əmlak Məsələləri Dövlət Komitəsində, Göyçay Regional Ədliyyə İdarəsində və Kürdəmir rayon icra hakimiyyətində bizi qəbul edib dinləyən vəzifəli şəxslər məsələni araşdırıb problemi tez bir zamanda həll edəcəklərinə söz versələr də indiyə qədər heç bir tədbir görülməyib. Çünki bu qanunsuzluğun başında birbaşa həmin məmurlar və icra başçısı Ceyhun Cəfərov dayanıb. Ceyhun Cəfərov həmin icra başçısıdır ki, həyətində işlətdiyi fəhlə faciəli şəkildə ölsə də buna görə ona gözün üstə qaşın var deyən olmadı. Bir neçə gün əvvəl su probleminin həll edilməməsinə etiraz edən Ucar rayonu Bərgüşad kənd sakinləri Bakı-Qazax magistral yolunu bağladıqdan sonra məsələ həllin tapdı, problem aradan qaldırıldı. Etirazçılar yolu bağlayan kimi rayonun icra başçısı şəxsən ora gəlib söz verdi. İndi bizim də bir əlacımız qalıb ki, kəndimizdən 12 km aralıda olan Bakı-Qazax yolunu bağlayıb etiraz edib səsimizi prezidentə çatdıraq. Çünki artıq bışaq sümüyə dirənib, aclıqdan məhv olmaq üzrəyik. Biz mətbuat vasitəsi ilə prezident cənab İlham Əliyevə müraciət edirik. Cənab Prezident, xahiş edirik komissiya yaradılıb Kürdəmir rayonunun Bağman kəndinə göndərilsin, gəlib icra başçısı Ceyhun Cəfərovun, keçmiş bələdiyyə sədri Vidadi Prişovun və 10 saylı Əmlak İdarəsinin rəisi Nizami Qasimovun əlbir olub törətdikləri qanunsuzluqlar araşdırılsın. Onların barələrində ciddi tədbirlər görsünlər, kəndin örüş torpaqları alınıb kəndlilərə qaytarılsın.
İmza; Kürdəmir rayonunun Bağman kənd sakinləri: Balakişiyev Rüstəm Saməli oğlu (051) 543-60-28 Əliyev Nüsrət Əlibala oğlu (050) 549-22-60 Dəmirov Habil Cəfər oğlu (050) 524-02-17 Balakişiyev Hikmət Xanlar oğlu Balakişiyeva Leyla Səfər qızı Balakişiyev Xanlar Məhərrəm oğlu Əliyev Alim Ağaəli oğlu Balakişiyeva Nazxanım Mahmud qızı Balakişiyev Saməli Əhməd oğlu Həsənov Əli Babaxəlil oğlu Balakişiyev Əminə Saleh qızı Balakişiyev Yalçın Əhməd oğlu Balakişiyeva Narınc Şəmi qızı Əliyev Allahverdi Maqsud oğlu Dəmirov Niyaməddin Ağakişi oğlu Dəmirov İdiris Cəfər oğlu Dəmirova Sevda Cəfər qızı Dəmirova Qumru Əliməhəmməd qızı və başqaları. //tezadlar.az//
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Putin bu ölkəni pay-püş edir: - Vaşinqton və Varşava plana şərikdir?
Bu gün, 21:35 |
|
|
|
• Duda İrəvanda: Azərbaycan sərhədinə gələcək - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 21:30 |
|
|
|
• "3-4 min manat tələb olunur, əgər bu davam etsə..." - Deputat SƏNƏDSİZ EVLƏRDƏN danışdı
Bu gün, 21:27 |
|
|
|
• "Qardaşım "ləyaqətsiz vərəsə" kimi məni məhkəməyə verib" - Tanınmış aktrisa
Bu gün, 20:18 |
|
|
|
• 145 saylı məktəbdən NARAZILIQ - İstilik yoxdur, uşaqlar xəstələnsə, kim cavab verəcək?
Bu gün, 20:13 |
|
|
|
• Xəstəxanalardakı “qəssab”lara bıçağı kim verir? – Nazirlik diplomsuz həkim sualından yayındı
Bu gün, 19:32 |
|
|
|
• Bakıda NATO nümayəndə heyəti ilə görüş keçirilib
Bu gün, 19:18 |
|
|
|
• Dollara rekord tələbat – Ekspertlər deyirlər ki...
Bu gün, 19:02 |
|
|
|
• Dezinformasiyanın qarşısını hansı yollarla almaq olar? - Qərb mediası və Azərbaycan...
Bu gün, 18:58 |
|
|
|
• Bakı metrosunda yeni qatarları 1 milyon manata bu şirkət – TƏMİR EDƏCƏK
Bu gün, 18:56 |
|
|
|
• Elza Seyidcahanın iddiasına nazirlikdən CAVAB
Bu gün, 18:39 |
|
|
|
• Bakıda aktrisa şikayət etdi, xanım prodüserə cinayət işi açıldı - TƏFƏRRÜAT
Bu gün, 18:35 |
|
|
|
• Xırdalanda eyni şirkətə 3 ayda 4-cü tender verildi - Bu dəfə 1,8 milyon manat..
Bu gün, 18:34 |
|
|
|
• Qorxu filmlərini xatırladan UNİVERSİTET – Tərk edilmiş binanın aqibəti necə olacaq?
Bu gün, 18:31 |
|
|
|
• Bəlli dairələrin murazı gözündə qaldı, nəticələr var
Bu gün, 18:25 |
|
|
|
• Türkiyə-Azərbaycan sərhəddində 20 KİLOMETRLİK TIXAC... - Naxçıvan rəhbərliyi səbəbindən...
Bu gün, 18:18 |
|
|
|
• Əbu-Dabidə “Şuşa günləri” keçiriləcək – 182 min manat ayrıldı
Bu gün, 18:09 |
|
|
|
• Üç qüvvə birləşdi – Paşinyanın planı nədir?
Bu gün, 18:05 |
|
|
|
• Azərbaycanın sabiq deputatı olan general məhkəməyə verildi - DETALLAR
Bu gün, 18:03 |
|
|
|
• Gəncə Dövlət Tibb Kollecində RÜŞVƏT İDDİASI - Havayı yerə oxumayın..
Bu gün, 18:01 |
|
|
|
• Hərbi ekspert Ədalət Verdiyev həbs edilib - ŞOK TƏFƏRRÜAT
Bu gün, 17:58 |
|
|
|
• “Salyan Oil Limited” YAŞILLIĞA QƏNİM KƏSİLDİ VƏ... - 25 MİNLİK CƏZA
Bu gün, 17:55 |
|
|
|
• “Gələcəyini Qur!” təhsil təqaüdünü qazanmış abituriyentlərlə “Veysəloğlu Şirkətlər Qrupu”nda görüş keçirildi - FOTO
Bu gün, 17:44 |
|
|
|
• COP29-da Azərbaycan tarixi nəticə əldə etdi - MƏQALƏ
Bu gün, 17:41 |
|
|
|
• Qənirə Ataşovanın hesabı silindi - SƏHİYYƏ MAFİYASINI ifşa etmişdi...
Bu gün, 17:39 |
|
|
|
• Bakıda tiktoker qızdan ŞOK ƏMƏL: kişini tapıb ayağından öpdürdü - VİDEO
Bu gün, 17:27 |
|
|
|
• Boşanan qadına əxlaqsızlıq təklif edildi, əri və qardaşı... - TƏFƏRRÜAT
Bu gün, 17:20 |
|
|
|
• Deputat qohumunu işdən çıxarıb öz xanımını təyin etdi - DETALLAR
Bu gün, 17:13 |
|
|
|
• Keşmiş işçici ilə KTN arasında QALMAQAL
Bu gün, 17:12 |
|
|
|
• Azərbaycanlı müğənnnilərin FANTASTİK YENİ İL QİYMƏTLƏRİ
Bu gün, 17:09 |
|
|
|
• Ölkəmizin iqlim diplomatiyasında uğuru - İsrafil Kərimovun yazısı
Bu gün, 17:04 |
|
|
|
• Bələdiyyələr avtomobillərdən əmlak vergisi alacaq? – Deputatın təklifinə REAKSİYA
Bu gün, 17:02 |
|
|
|
• Vətəndaşın istifadə etmədiyi debet kartına borc gəlib... - NARAZILIQ VAR...
Bu gün, 16:55 |
|
|
|
• "Uber” və “Bolt” sistemdə göstərilən avtomobil əvəzinə ünvana başqa avtomobillər göndərir: - BU QƏDƏR CƏRİMƏSİ VAR
Bu gün, 16:44 |
|
|
|
• Verilişlərdə ailə problemlərindən danışanlar xəstədir - "Vətəndaş A"nın Almazı
Bu gün, 16:37 |
|
|
|
• Bağça müdiri "Şərurlu İsfəndiyar"ın şirkətini məhkəməyə verdi - SƏBƏB
Bu gün, 16:35 |
|
|
|
• Rusiya son sutkada 8 ballistik raket vurub - KİV
Bu gün, 16:33 |
|
|
|
• Güzəştli kreditlərə hamının "əli çatırmı"? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 16:27 |
|
|
|
• Ölkədə ətin qiyməti ilə bağlı narahatlıq: Bahalaşır? - AKTUAL
Bu gün, 16:25 |
|
|
|
• Trampın Qarabağla bağlı dedikləri... - “İşə başladıqdan sonra...”
Bu gün, 16:21 |
|
|
|
• Türkiyə ilə sərhədimizdə yük maşınları niyə gözləyir?
Bu gün, 16:18 |
|
|
|
• Xırdalanın abadlaşdırılması 2 milyon manata – BAŞA GƏLƏCƏK
Bu gün, 16:10 |
|
|
|
• “2 gün mən, 2 gün də saxta həkimlər...” - Qənirə Ataşova açıqladı
Bu gün, 16:06 |
|
|
|
• NZS və Keşlənin sökülməsi Qiyamətə qalır? – “Dövlətin maliyyə imkanı yoxdur”
Bu gün, 16:05 |
|
|
|
• Rusiya ABŞ-yə cavab olaraq Asiyada orta və qısa mənzilli raketlər yerləşdirə bilər
Bu gün, 16:03 |
|
|
|
• Xırdalanda 4 ay əvvəl qazon əkilən parkda yenidən qazon əkiləcək - İcazə verin şübhələnək...
Bu gün, 15:39 |
|
|
|
• MN-in 9 milyonluq mənimsəməyə görə tutulan sabiq xidmət rəisinə HÖKM OXUNUB
Bu gün, 15:38 |
|
|
|
• Aptek müdirinin işçini DÖYMƏ BƏHANƏSİ... - TƏFƏRRÜAT
Bu gün, 15:35 |
|
|
|
• Vilyam Hacıyevə hər ay 3 min AZN ödəyən rəis işdən çıxarıldı - DETALLAR
Bu gün, 15:32 |
|
|
|
• Elman Rüstəmov bütün Azərbaycan vətəndaşlarına qarşı - NONSENS MƏHKƏMƏ BAŞLAYIR!
Bu gün, 15:25 |
|
|
|
|