Anar İsgəndərlinin deputatlığı alimliyini necə əridir? - kimlərin haqqına girdi?
Tarix: 20-04-2020, 12:15 | Çap et
Mövzuya keçməzdən əvvəl bir suala aydınlıq gətirək.
İndi nəyi yazmaq olar, nəyi yazmaq olmaz?
Bir çox izləyicilər dəfələrlə sual verir ki, Masallıdan millət vəkili Anar müəllimdən niyə yazmırsan? Deyəndə ki, bəzilərinin bilmədikləri başına bəla olsa da, mənim bildiklərim, duyduqlarım, az qala başıma bəla olur, mənə təəccüblə baxırlar.
Çox istədim yenə yazmayam. Dedim, dünyanın işin bilmək olmaz, yaş 70-ə yaxınlaşır, özüm də diabet, bəlkə koronovirus bizi də apardı, qoy, sözüm ürəyimizdə qalmasın.
Anar müəllimin deputatlığına həm seçici, həm də izləyici baxışı
Anar İsgəndorv 64 yaşlı dəyərli bir alimdir. Səmimi, mehriban, rüşvətə bulaşmamış, mədəni bir insandır. Şəxsən də tanışıq. Bir neçə il öncə onun soyqrımla bağlı silsilə yazılarına rəhbərlik etdiyim “Cənub xəbərləri” qəzetində dərc etmişdik. Şəxsi tanişlığımız və qarşılıqlı hörmətimiz də var. Onun soyqrımla bağlı çıxışlarını kənar şəxslərlə birgə televiziyada dinləyəndə fəxrlə demişəm ki, bizim həmyerlidir, dəyərli insandır və sairə.
“Abbasqulu bəy, sən gərək bu işə qol qoymayaydın”
Niyə, bu gün Anar müəllimin deputatlığı alimliyini əridir?
Bəli, niyə? Anar müəllim alim kimi nə qədər dəyərlidirsə (hərçəndki onun namizədlik və doktorluq işinin mövzularında bir-birin tamamlamayan əks qütüblər var), lakin deputat kimi çox zəif həlqədir.
Deputatın pullu olması heç də vacib deyil. İstər alim olsun, deputat olsun, sahibkar olsun, dəxli yoxdur, onun cəsarəti, mübarizliyi, lider keyfiyyətləri, xalqı öz ardınca apara bilmək bacarığı olmalıdır. Cəsarəti olmayan insan, hətta xalq həmişə qınağa məhkumdur.
Mən, Anar müəllimin deputatlıq xəbərini eşidəndə qəribə xəyallara daldım. Niyə? Oğluna xoşagəlməz əməllərinə görə başı çox ağrısa da, ondan əvvəlki deputat, Elmira Axundova təkcə cənubun yox, ölkə üzrə ən güclü deputatlardan biri idi. Həm olduqca peşəkar jurnalist, həm güclü əlaqələrə malik, həm də, bir sıra qüsurlarına baxmayaraq, ən başlıcası çox cəsarətli idi. Masallıda kifayət qədər faydalı işləri olmuşdu – kiminə ev tikib, kimini işinə bərpa edib, kimin həbsdən azad etdirib, kimininsə qətiyyətlə digər hüquqlarını qoruyub və sair. Bu gün onu əvəzləmək Anar müəllim üçün elə də asan deyil.
Masallının ikinci deputatı, bu gün nə Əhəd Abıyevdir, nə Nəriman Əliyev. Bu gün Anar müəllimlə bir cərgədə 125 deputat içərisində ən azı ilk 10-luğa düşə biləcək biri var-Məşhur Məmmədovdur. (Necə deyərlər, Anar müəllim çox çətin “yarım qrupa” düşüb)
Anar müəllim seçkilərdə kimlərin haqqına girdi?
Deputatlıq açlıq-aşkar Anar müəllimlik deyildi. Mənə məlum olduğuna görə Anar müəllim əvvəllər çox kasıb olub, hətta ən yaxınlarının xeyir-şərinə getməyə həmişə imkan tapmayıb. Onları incik salıb. Sonralar hörmətli Şeyximiz Hacı Allahşükür Paşazadə ilə isti münasibətlər, deyilənlərə görə, onun yazı-pozu işinə yardımçı olması Anar müəllimin işinə çox kömək edib və onu deputatlığa həvəsləndirib.
Bəs niyə kimlərinsə haqqına girdi?
Çünki, Anar müəllimin Masallının dərd-sərinə çox da yanan alim deyil. Misal. Elə onun deputat seçildiyi 71 saylı dairənin ərazisindəki qəsəbə və kəndlərdə abidələr dağıdılanda, bu barədə bütün ölkə mətbuatı həyəcan silqnalı çalanda Anar müəllim susurdu. Nümunələr. Qədim Ərkivan Qalası dağıdılanda, torpaqları sağa-sola daşınanda, yenə Ərkivandakı kurqan yerləri kommersiya məqsədi ilə satılanda, qonşu Qızılavar kəndində müharibə iştirakçılarının xatirəsinə qoyulan abidə göz-görəsi dağıdılanda, Hişkədərə kəndindəki kənd qəbiristanlığI “işğala” məruz qalanda (daha onları demirəm ki, Masallı ziyalıları dəfələrələ nahaqla üz-üzə qalanda) Anar müəllimin təsəlli üçün olsa belə, səsi çıxmadı.
Bilmədim, deyə bilməz. Çünki, FB dostluğumda var idi, arabir “məxməri” yazılarımı bəyənib, başsağlığı və ad günlərini lay eləyənd, özümü də görəndə “sizi izləyirəm” deyirdi. Həm də qəzetimiz BDU-da da yayıldığından oxumamış deyildi.
Bu siyahıya onu da əlavə edim ki, Masallıdakə ərazilərin yarıdan çoxunun tarixi, mədəniyyəti haqqında kitablar yazılsa da, onun doğulub, boya-başa çatdığı kənd haqqında hələ ki, kitab yoxdur.
Biz bu gün Qarabağı “xonçada” almaq istədiyimiz kimi, Anar müəllim də depitatlığı elə həmin qızıl nimçədə almaq istəyirdi və elə də aldı. Buna görə onun deputatlığa gedən yolunda kim var idisə onların “təmizlənməsinə” göz yumurdu.
Adi nümunə. Firdovsi Cəbrayılov adlı bir gənc var idi. Əslində çox da peşəkar deyildi, sadə, təvözakar bir gənc idi. Onu seçkidən uzaqlaşdırmaq üçün nələr edilmədi?
Ərkivanınlıların qəlbində uzun illərdir ki, bir “deputat niskili” var. Belə ki, müstəqillik dövrünün 25 illik parlament tarixində bir dəfə də olsun 17 min əhalisi olan bu ərazi özünə bir ərkivanlı deputat seçə bilməyib. Ərkivanlını Yasamaldan seçiblər, lakin Ərkivandan “seçməyiblər”. Bəzilərin də “bələk də” boğublar.
Buna görə, Anar müəllimin Ərkivandan səs toplaması absurd idi. Onun Ərkivanda seçicilərlə görüşünə də özü ilə gətirdikləri, kənddəki məmurları çıxsaq, heç 30 adam yox idi. Qəsəbənin nüfuzlu ziyalıları heç görüşə qatılmadı. Heç Anar müəlimi də buna çox can atmadı. Arxayın idi ki, onun mandatı seçicilərdən yox, tam başqa “qapıdan” gələcək. Gəldi də.
Bizim həmin vaxtlar əlimizdə kifayət qədər “şok materiallar” olsa belə Anar müəllim haqqında nə tərif, nə tənqid yazmadıq. Onun sesicisi olduğu qəsəbədə yaşasam da, susdum. Çünki, hər şey bəlli idi. Necə deyərlər, “Kəsilmiş Başın Saçı üçün ağlamazlar”. Dedim bəlkə ədalətlə, obuektivliklər səs topladı, yaxşı deputat oldu, bir az gözləyim.
Lakin... ölkənin soyqırım məsələsində ən güclü araşdırmaçı ailmlərindən olan Anar müəllim Ərkivan qarışıq o ərazidəki minlərlə sesicinin səsini “soyqırım” etdi.
“Başqasının haqqına girməklə bağlı” daha bir məqam
Əksəriyyət deyir ki, o alimdir, çoxlu pulu yoxdur ki, yardım etsin. İcra hakimiyyətinin saytında oxuyuruq ki, Masallının deputatları Məşkur Məmmədov və Anar İsgəndərov 1400 adama yardım edib. (Bir bağlamanı 40 manatdan hesablasaq, 60 min manata yaxın pul edir. Belə çıxır ki, bunun 20-25 min manatını Anar müəllim verib. İnanırsınızmı?)
Anar müəllim özünün populist çıxışlarla təsdiq etmək istəyir?
Hazırda, məncə, o, çətin durumdadır. Masallıda onunla yanaşı deputat olan Məhşur müəllim “yandıra-yandıra” gedir. Onun bitib-tükənməyən xeyriyyə işləri, eləcə də Baş Nazirə ünvanladığı cəsarətli məktub, rayonun inkişafı ilə bağlı səsləndirdiyi və reallaşdırdığı təkliflər Anar müəllimi çox “balaca” göstərir.
Vəziyyətdən çıxış yolu kimi o, 2 addım atıb.
Birincisi, parlamentdə çıxış edərək “Tələbə kreditləri” barədə dəfələrlə qaldırılmış məsələni qabardıb. İkincisi, Viləşçay dəryaçasının 2-ci bəndinin inşası ilə bağlı təklif səsləndirib. Xatırladım ki, Viləşçayın 2-ci bəndi söhbəti ən azı 3 ildir ki, gündəmdədir. Bununla bağlı əvvəlki İcra Başsısı olduqca ciddi səylər göstərdi, təhlillər hazırladı, mötəbər komissayalar gətizdirdi və s. İndi hazır “dolmanı” təzədən bişirməklə Anar müəllim hansı uğura imza atmaq istəyir?
İkinci işi isə, əhaliyə “icma yarat” şağırışıdır. Bu nə qədər qanunidir?
İcma, məhəllə komitəsi, Xeyriyyə Fondu
Dünən paylaşdığım bir yazıda (linki burada http://cenub.az/6129-zahir-mnovun-yazs-masallda-xeyriyyilik-dalasnn-iqlar-v-qaranlqlar-yaxud-xeyirxahln-riyazi-dsturu-varm.html) bu barədə kifayət qədər yazmışam. Hazırkı qanunivericiliyində xeyriyyə işlərinin sənədləşdirilməsinin bir hüquqi əsası var – Xeyriyyə Fondu. (Yəni, şəxs kimi kimsə xeyriyyəçilik edə bilər, amma kollektiv xeyriyyəçilkk əsasən Xeyriyyə Fondu ilə tənzimlənir).
Xeyriyyə Fondunu rəsmiləşdirmək çətin prosedurdur. Yəni, QHT-nin 2 qolu var – Xeyriyyə Fondu, bir də ictimai birlik.
Anar müəllim, parlament çıxışlarında arqument kasa dlığı çəkirsə, onun üçün 2 təklif hazırlaya bilərəm.
Birincisi, o, qanunverici orqanın təmsilçisi kimi heç bir hüquq dəyəri olmayan “icma yarat“ çağırışı etməkdənsə, parlament də daha tutumlu təkliflə çıxış edib deyə bilərdi, QHT-nin bir qolu kimi Xeyriyyə Fondu yaratmaq qaydalarını asanlaşdıraq. İndi ölkə miqyasında barmaqla sayılacaq qədər az olan belə fondların sayı nəzərə çarpacaq dərcədə azdır, 10 min manat miqdarında dəyərləndirilən Nizamnamə Fondunu da ya azaldaq, ya ləğv edək.
Xatırladım ki, hələ 28 il öncə nəinki hər rayonun, hətta ən kiçik kəndin belə xeyriyyə fondları var idi. Hər ay onlarla, yüzlərlə insana bu fondlar yardım edirdi. İndi o fondlar çox az miqdarda qalıb. Nəinki kəndlərdə, heç rayon səviyyəsində qeydiyyatdan keçmiş Xeyriyyə Fondu yoxdur.
Yerlərdə həmin funksiyanın qismən yerinə yetirməli olan bələdiyyə nəzdindəki Məhəllə Komitələrinin, dini icmalarının əksəriyyəti sıfır səviyyəsindədir. Qısası, bizdə xeyriyyəçilik institutu özfəaliyyətin ümidinə qalıb.
Anar müəllimə pul tələb etməyən başqa bir təklif də vermək vermək istəyirəm. Anar müəllimin seçildiyi kəndin yetirməsi olan, az qala dünya miqyaslı xeyriyyəçi sayılan Mübaris Mənsimov qondarma ittihamlarla həbs edilib. Bəlkə deputat həmkarı Sabir Rüstəmxanlı kimi onun azadlığı üçün səsini ucalda, Mübariz bəy də gəlib burada minlərlə icmanın işini təkbaşına edə.
Yaxud, Anar müəllim nüfuzundan istifadə edib vaxti ilə ölkə miqyaslı xeyriyyəçi kimi tanınan, onun seçildiyi Ərkivanda boya-başa çatan Gülağa Tənhanı bu xeyriyyə işlərinə cəlb edə. (Xatırladaq ki, vaxti ilə G. Tənhanın “Gülağa Qəmbərov” Xeyriyyə Fondu var idi və möhtəşəm işlər görürdü).
Heyf ki, belə ciddi məsələlər həm də güclü cəsarət tələb etdiyindən, deputatımızın diqqətindən yayınır.
“Masallı şəhər xeyriyyə cəmiyyəti” və Anar müəllim
Bu günlərdə sosial səhifələrdə maraqlı bir məlumat paylaşıldı. Həm də xəbərin mərkəzində Anar İsgəndərli ilə Məhrhəmət adlı birsinin şəkli ilə. Həmin icmanın tərkibi də maraqlı idi. İcmanın tərkibi az qala Masallı şəhərinin sakini olmayan adamlar idi. Həsənli, Göyçöl Ərkivan, Hişgədərə... və sair. Şəhərdə, Ağsallar Şurasının sədri, Ziyalılar cəmiyyətinin sədri, 8 məktəb direktoru, 5 bağça müdiri, 7 dini icma rəhbəri... və sair yaşayır. Onların heç biri bu cəmiyyətin tərkibində yoxdur. Tərkibdə olanlar heç öz yaşadıqları ərazidə bir faydalı iş görməyib, ində gəlib şəhərə ağsaqqallıq etmək istəyirlər. Həm də Anar müəllimin şəkli ilə və onun icma çağırışını reklam edə-edə.
Sual olunur, bu adamlar icma yaranandan neçə nəfərə və hansı formada yardım ediblər?
İkincisi, bu yaxşı işdisə, İHB-nin saytı 5 dəfə dezinfeksiyadan yazanda, bir dəfə də bu icmaların işindən yazsın. Yaxud, pisdirsə, müvafiq tədbirlər görülsün.
İcma yaxşı şeydirsə, niyə Mərhəmət bəy öz doğma kəndi Hişgədərədə yaratmır. Mərhəmət hələ də bilmir ki, icma sədrini təyin etmirlər, seçirlər.
İndi də ona yardım üçün zəng edənləri başqa ünvanlara yönəldir
Onun qeyri-səmimi işlərindən saatlarla danışmaq olar. Heyif ki, bəzi əməllərinə görə o, hələ ki tənqiddən də aşağıdır.
Anar müəllim siz kimlərin yanında olmalı idiniz, kimlərin yanındasınız?
Biz yaşa görə evdə qalmalı olsaq da, düşüncələrimiz, baxışlarımız sərhəd tanımır. Sizin də, icra hakimiyyətinin də atdığı, ata bilmədiyi, yaxud atmaq istəmədiyi məqamlar çox aydın görürük.
Bu barədə isə ayrıca yazıda söhbətimiz olacaq. Zahir Əmənov. Cenub.az
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Putin bu ölkəni pay-püş edir: - Vaşinqton və Varşava plana şərikdir?
Bu gün, 21:35 |
|
|
|
• Duda İrəvanda: Azərbaycan sərhədinə gələcək - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 21:30 |
|
|
|
• "3-4 min manat tələb olunur, əgər bu davam etsə..." - Deputat SƏNƏDSİZ EVLƏRDƏN danışdı
Bu gün, 21:27 |
|
|
|
• "Qardaşım "ləyaqətsiz vərəsə" kimi məni məhkəməyə verib" - Tanınmış aktrisa
Bu gün, 20:18 |
|
|
|
• 145 saylı məktəbdən NARAZILIQ - İstilik yoxdur, uşaqlar xəstələnsə, kim cavab verəcək?
Bu gün, 20:13 |
|
|
|
• Xəstəxanalardakı “qəssab”lara bıçağı kim verir? – Nazirlik diplomsuz həkim sualından yayındı
Bu gün, 19:32 |
|
|
|
• Bakıda NATO nümayəndə heyəti ilə görüş keçirilib
Bu gün, 19:18 |
|
|
|
• Dollara rekord tələbat – Ekspertlər deyirlər ki...
Bu gün, 19:02 |
|
|
|
• Dezinformasiyanın qarşısını hansı yollarla almaq olar? - Qərb mediası və Azərbaycan...
Bu gün, 18:58 |
|
|
|
• Bakı metrosunda yeni qatarları 1 milyon manata bu şirkət – TƏMİR EDƏCƏK
Bu gün, 18:56 |
|
|
|
• Elza Seyidcahanın iddiasına nazirlikdən CAVAB
Bu gün, 18:39 |
|
|
|
• Bakıda aktrisa şikayət etdi, xanım prodüserə cinayət işi açıldı - TƏFƏRRÜAT
Bu gün, 18:35 |
|
|
|
• Xırdalanda eyni şirkətə 3 ayda 4-cü tender verildi - Bu dəfə 1,8 milyon manat..
Bu gün, 18:34 |
|
|
|
• Qorxu filmlərini xatırladan UNİVERSİTET – Tərk edilmiş binanın aqibəti necə olacaq?
Bu gün, 18:31 |
|
|
|
• Bəlli dairələrin murazı gözündə qaldı, nəticələr var
Bu gün, 18:25 |
|
|
|
• Türkiyə-Azərbaycan sərhəddində 20 KİLOMETRLİK TIXAC... - Naxçıvan rəhbərliyi səbəbindən...
Bu gün, 18:18 |
|
|
|
• Əbu-Dabidə “Şuşa günləri” keçiriləcək – 182 min manat ayrıldı
Bu gün, 18:09 |
|
|
|
• Üç qüvvə birləşdi – Paşinyanın planı nədir?
Bu gün, 18:05 |
|
|
|
• Azərbaycanın sabiq deputatı olan general məhkəməyə verildi - DETALLAR
Bu gün, 18:03 |
|
|
|
• Gəncə Dövlət Tibb Kollecində RÜŞVƏT İDDİASI - Havayı yerə oxumayın..
Bu gün, 18:01 |
|
|
|
• Hərbi ekspert Ədalət Verdiyev həbs edilib - ŞOK TƏFƏRRÜAT
Bu gün, 17:58 |
|
|
|
• “Salyan Oil Limited” YAŞILLIĞA QƏNİM KƏSİLDİ VƏ... - 25 MİNLİK CƏZA
Bu gün, 17:55 |
|
|
|
• “Gələcəyini Qur!” təhsil təqaüdünü qazanmış abituriyentlərlə “Veysəloğlu Şirkətlər Qrupu”nda görüş keçirildi - FOTO
Bu gün, 17:44 |
|
|
|
• COP29-da Azərbaycan tarixi nəticə əldə etdi - MƏQALƏ
Bu gün, 17:41 |
|
|
|
• Qənirə Ataşovanın hesabı silindi - SƏHİYYƏ MAFİYASINI ifşa etmişdi...
Bu gün, 17:39 |
|
|
|
• Bakıda tiktoker qızdan ŞOK ƏMƏL: kişini tapıb ayağından öpdürdü - VİDEO
Bu gün, 17:27 |
|
|
|
• Boşanan qadına əxlaqsızlıq təklif edildi, əri və qardaşı... - TƏFƏRRÜAT
Bu gün, 17:20 |
|
|
|
• Deputat qohumunu işdən çıxarıb öz xanımını təyin etdi - DETALLAR
Bu gün, 17:13 |
|
|
|
• Keşmiş işçici ilə KTN arasında QALMAQAL
Bu gün, 17:12 |
|
|
|
• Azərbaycanlı müğənnnilərin FANTASTİK YENİ İL QİYMƏTLƏRİ
Bu gün, 17:09 |
|
|
|
• Ölkəmizin iqlim diplomatiyasında uğuru - İsrafil Kərimovun yazısı
Bu gün, 17:04 |
|
|
|
• Bələdiyyələr avtomobillərdən əmlak vergisi alacaq? – Deputatın təklifinə REAKSİYA
Bu gün, 17:02 |
|
|
|
• Vətəndaşın istifadə etmədiyi debet kartına borc gəlib... - NARAZILIQ VAR...
Bu gün, 16:55 |
|
|
|
• "Uber” və “Bolt” sistemdə göstərilən avtomobil əvəzinə ünvana başqa avtomobillər göndərir: - BU QƏDƏR CƏRİMƏSİ VAR
Bu gün, 16:44 |
|
|
|
• Verilişlərdə ailə problemlərindən danışanlar xəstədir - "Vətəndaş A"nın Almazı
Bu gün, 16:37 |
|
|
|
• Bağça müdiri "Şərurlu İsfəndiyar"ın şirkətini məhkəməyə verdi - SƏBƏB
Bu gün, 16:35 |
|
|
|
• Rusiya son sutkada 8 ballistik raket vurub - KİV
Bu gün, 16:33 |
|
|
|
• Güzəştli kreditlərə hamının "əli çatırmı"? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 16:27 |
|
|
|
• Ölkədə ətin qiyməti ilə bağlı narahatlıq: Bahalaşır? - AKTUAL
Bu gün, 16:25 |
|
|
|
• Trampın Qarabağla bağlı dedikləri... - “İşə başladıqdan sonra...”
Bu gün, 16:21 |
|
|
|
• Türkiyə ilə sərhədimizdə yük maşınları niyə gözləyir?
Bu gün, 16:18 |
|
|
|
• Xırdalanın abadlaşdırılması 2 milyon manata – BAŞA GƏLƏCƏK
Bu gün, 16:10 |
|
|
|
• “2 gün mən, 2 gün də saxta həkimlər...” - Qənirə Ataşova açıqladı
Bu gün, 16:06 |
|
|
|
• NZS və Keşlənin sökülməsi Qiyamətə qalır? – “Dövlətin maliyyə imkanı yoxdur”
Bu gün, 16:05 |
|
|
|
• Rusiya ABŞ-yə cavab olaraq Asiyada orta və qısa mənzilli raketlər yerləşdirə bilər
Bu gün, 16:03 |
|
|
|
• Xırdalanda 4 ay əvvəl qazon əkilən parkda yenidən qazon əkiləcək - İcazə verin şübhələnək...
Bu gün, 15:39 |
|
|
|
• MN-in 9 milyonluq mənimsəməyə görə tutulan sabiq xidmət rəisinə HÖKM OXUNUB
Bu gün, 15:38 |
|
|
|
• Aptek müdirinin işçini DÖYMƏ BƏHANƏSİ... - TƏFƏRRÜAT
Bu gün, 15:35 |
|
|
|
• Vilyam Hacıyevə hər ay 3 min AZN ödəyən rəis işdən çıxarıldı - DETALLAR
Bu gün, 15:32 |
|
|
|
• Elman Rüstəmov bütün Azərbaycan vətəndaşlarına qarşı - NONSENS MƏHKƏMƏ BAŞLAYIR!
Bu gün, 15:25 |
|
|
|
|