Putin bu ölkəni pay-püş edir: .....                     Duda İrəvanda: Azərbaycan sərhədinə gələcək .....                     "3-4 min manat tələb olunur, əgər bu davam etsə..." .....                     "Qardaşım "ləyaqətsiz vərəsə" kimi məni məhkəməyə verib" .....                     145 saylı məktəbdən NARAZILIQ .....                     Xəstəxanalardakı “qəssab”lara bıçağı kim verir? .....                     Bakıda NATO nümayəndə heyəti ilə görüş keçirilib .....                     Dollara rekord tələbat .....                     Dezinformasiyanın qarşısını hansı yollarla almaq olar? .....                     Bakı metrosunda yeni qatarları 1 milyon manata bu şirkət .....                     Elza Seyidcahanın iddiasına .....                     Bakıda aktrisa şikayət etdi, xanım prodüserə cinayət işi açıldı .....                     Xırdalanda eyni şirkətə 3 ayda 4-cü tender verildi .....                     Qorxu filmlərini xatırladan UNİVERSİTET .....                     Bəlli dairələrin murazı gözündə qaldı, .....                     Türkiyə-Azərbaycan sərhəddində 20 KİLOMETRLİK TIXAC... .....                     Əbu-Dabidə “Şuşa günləri” keçiriləcək .....                     Üç qüvvə birləşdi .....                     Azərbaycanın sabiq deputatı olan general məhkəməyə verildi .....                     Gəncə Dövlət Tibb Kollecində RÜŞVƏT İDDİASI .....                     Hərbi ekspert Ədalət Verdiyev həbs edilib .....                     “Salyan Oil Limited” YAŞILLIĞA QƏNİM KƏSİLDİ VƏ... .....                     “Gələcəyini Qur!” təhsil təqaüdünü qazanmış abituriyentlərlə “Veysəloğlu Şirkətlər Qrupu”nda görüş keçirildi .....                     COP29-da Azərbaycan tarixi nəticə əldə etdi .....                     Qənirə Ataşovanın hesabı silindi .....                     Bakıda tiktoker qızdan ŞOK ƏMƏL: kişini tapıb ayağından öpdürdü .....                     Boşanan qadına əxlaqsızlıq təklif edildi, əri və qardaşı... .....                     Deputat qohumunu işdən çıxarıb öz xanımını təyin etdi .....                     Keşmiş işçici ilə KTN arasında .....                     Azərbaycanlı müğənnnilərin .....                     Ölkəmizin iqlim diplomatiyasında uğuru .....                     Bələdiyyələr avtomobillərdən əmlak vergisi alacaq? .....                     Vətəndaşın istifadə etmədiyi debet kartına borc gəlib... .....                     "Uber” və “Bolt” sistemdə göstərilən avtomobil əvəzinə ünvana başqa avtomobillər göndərir: .....                     Verilişlərdə ailə problemlərindən danışanlar xəstədir .....                     Bağça müdiri "Şərurlu İsfəndiyar"ın şirkətini məhkəməyə verdi .....                     Rusiya son sutkada 8 ballistik raket vurub .....                     Güzəştli kreditlərə hamının "əli çatırmı"? .....                     Ölkədə ətin qiyməti ilə bağlı narahatlıq: Bahalaşır? .....                     Trampın Qarabağla bağlı dedikləri... .....                 

"Muğanbank" onlara vermədiyi kreditin əvəzində evlərini müsadirə etdirir... - QALMAQAL
Tarix: 1-05-2020, 09:43 | Çap et
"Muğanbank" onlara vermədiyi kreditin əvəzində evlərini müsadirə etdirir...
Son dövrlər banklarla vətəndaşlar arasındakı məhkəmə çəkişmələrinin predmetlərindən biri saxta kredit müqavilələri iddiasıyla bağlıdır. Bu mübahisələrdə söhbət böyük məbləğdə (bir neçə yüz minlik) kreditlərdən gedir. Bank iddia edir ki, həmin kredit verilib və ödənilməsini tələb edir, qarşı tərəf isə bildirir ki, müqavilə saxtadır, ona kredit verilməyib.

DİA.AZ-ın məlumatına görə, məcburi köçkün Təranə Ərizanova deyir ki, saxtakarlıq üzündən Bakıdakı evini də itirmək təhlükəsiylə üzləşib. Onun sözlərinə görə, "Muğanbank" onlara vermədiyi kreditin əvəzində evlərini müsadirə etdirir.

T.Ərizanovanın həyat yoldaşı Bəxtiyar Abbasov sahibkardır. Həyat yoldaşının sözlərinə görə, o, daha iki şərikiylə birlikdə 2007-ci ildə "Muğanbank"dan 240 min manat kredit götürüb. Əvəzində T.Ərizanovanın adına olan öz evini və daha iki ortağının ailələri ilə birlikdə yaşadıqları evi girov qoyublar: "Krediti 32 faizlə götürmüşdük. Ödənişlərdə çətinlik çəkirdik, problem yaranırdı. 7 ay sonra danışıqlar oldu, bank razılaşdı ki, illik 13 faizlə 7 illik eləsinlər. O zaman 240 min manat 300 min dollar eləyirdi. Əvvəlki müqaviləni də dəyişib, 300 min dollarlıq müqavilə elədilər".

2017-ci ildə isə bank onların və daha iki şəriklərinin girov qoyduqları evlərin hərraca çıxarılıb satılması barədə məhkəmədə iddia qaldırıb. İddia olunub ki, 300 min dollarlıq kredit müqaviləsinin 240 min manata aidiyyəti yoxdur, o pul ayrı verilib və kredit ödənilməyib.

T.Ərizanova isə deyir ki, yalandır, onlara ikinci dəfə 300 min dollar pul verilməyib: "Birinci krediti ödəməkdə çətinlik çəkən adama bir ilin içində ikinci dəfə 300 min dollar kredit verməzlər axı, məntiq var. Yoldaşıma müqavilənin dəyişdirildiyini deyib, qol çəkdiriblər, indi də ondan istifadə edirlər. Bankdan pulu verəndə məxaric qəbzinə qol çəkdirirlər. Biz də o sənədi tələb edirik. Deyirik ki, 300 min dolları vermisinizsə, məxaric orderini ortaya qoyun. Qoya bilmirlər, çünki yoxdur, ola da bilməz".

Üç ildir ki, tərəflər arasında məhkəmə çəkişməsi gedir. Bu mübahisəyə bir dəfə Nərimanov rayon Məhkəməsi, iki dəfə Bakı Apellyasiya Məhkəməsi, bir dəfə də Ali Məhkəmə baxıb. İndi iş yenə Ali Məhkəməyə gəlib çıxıb. Aprelin 20-nə təyin edilsə də, ölkədə COVID-19 pandemiyasıyla əlaqədar xüsusi karantin rejiminə görə məhkəmə təxirə salınıb.

Bakı Apellyasiya Məhkəməsi elə məxaric orderinin olmamasına görə bankın iddiasını rədd edib. Bank Ali Məhkəməyə şikayət verib. Bu instansiyada həmin qərar ləğv olunub və yenidən baxılması üçün apellyasiya məhkəməsinə qaytarılıb. İkinci dəfə isə apellyasiya məhkəməsi bankın xeyrinə qərar çıxarıb. İndi də ev sahibləri Ali Məhkəməyə üz tutub.

T.Ərizanova gileylənir ki, üç aydır Mərkəzi Bankdan da konkret cavab ala bilmirlər: "Özüm ikinci qrup əliləm, qan xərçəngiyəm. Kimlərsə bankın pullarının başına oyun açıb, indi bizim kimilərdən çıxmaq istəyirlər. Düşdüyümüz durumla əlaqədar vitse-prezidentə məktub yazmışdım. Oradan katibliyin rəisi Altay Həsənov məsələnin araşdırılması üçün Mərkəzi Banka məktub göndərib. Mərkəzi Bank da fevralın 12-də bizə yazıb ki, "hazırda araşdırma aparılır, sizə məlumat veriləcək". Üç aydır heç bir xəbər yoxdur. Bizim üçün əsas məxaric orderidir, onu ortaya qoysunlar".

"Muğanbank"dan isə T.Ərizanovanın iddiasının həqiqətəuyğun olmadığını, 300 min dollarlıq kredit müqaviləsində onun həyat yoldaşının imzası olduğunu bildirirlər.

T.Ərizanova isə deyir ki, həyat yoldaşına müqavilələrin dəyişdiyini (restrukturizasiya) deyib, o müqaviləyə imza atdırıblar.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Putin bu ölkəni pay-püş edir: - Vaşinqton və Varşava plana şərikdir?
Bu gün, 21:35
Duda İrəvanda: Azərbaycan sərhədinə gələcək - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 21:30
"3-4 min manat tələb olunur, əgər bu davam etsə..." - Deputat SƏNƏDSİZ EVLƏRDƏN danışdı
Bu gün, 21:27
"Qardaşım "ləyaqətsiz vərəsə" kimi məni məhkəməyə verib" - Tanınmış aktrisa
Bu gün, 20:18
145 saylı məktəbdən NARAZILIQ - İstilik yoxdur, uşaqlar xəstələnsə, kim cavab verəcək?
Bu gün, 20:13
Xəstəxanalardakı “qəssab”lara bıçağı kim verir? – Nazirlik diplomsuz həkim sualından yayındı
Bu gün, 19:32
Bakıda NATO nümayəndə heyəti ilə görüş keçirilib
Bu gün, 19:18
Dollara rekord tələbat – Ekspertlər deyirlər ki...
Bu gün, 19:02
Dezinformasiyanın qarşısını hansı yollarla almaq olar? - Qərb mediası və Azərbaycan...
Bu gün, 18:58
Bakı metrosunda yeni qatarları 1 milyon manata bu şirkət – TƏMİR EDƏCƏK
Bu gün, 18:56
Elza Seyidcahanın iddiasına nazirlikdən CAVAB
Bu gün, 18:39
Bakıda aktrisa şikayət etdi, xanım prodüserə cinayət işi açıldı - TƏFƏRRÜAT
Bu gün, 18:35
Xırdalanda eyni şirkətə 3 ayda 4-cü tender verildi - Bu dəfə 1,8 milyon manat..
Bu gün, 18:34
Qorxu filmlərini xatırladan UNİVERSİTET – Tərk edilmiş binanın aqibəti necə olacaq?
Bu gün, 18:31
Bəlli dairələrin murazı gözündə qaldı, nəticələr var
Bu gün, 18:25
Türkiyə-Azərbaycan sərhəddində 20 KİLOMETRLİK TIXAC... - Naxçıvan rəhbərliyi səbəbindən...
Bu gün, 18:18
Əbu-Dabidə “Şuşa günləri” keçiriləcək – 182 min manat ayrıldı
Bu gün, 18:09
Üç qüvvə birləşdi – Paşinyanın planı nədir?
Bu gün, 18:05
Azərbaycanın sabiq deputatı olan general məhkəməyə verildi - DETALLAR
Bu gün, 18:03
Gəncə Dövlət Tibb Kollecində RÜŞVƏT İDDİASI - Havayı yerə oxumayın..
Bu gün, 18:01
Hərbi ekspert Ədalət Verdiyev həbs edilib - ŞOK TƏFƏRRÜAT
Bu gün, 17:58
“Salyan Oil Limited” YAŞILLIĞA QƏNİM KƏSİLDİ VƏ... - 25 MİNLİK CƏZA
Bu gün, 17:55
“Gələcəyini Qur!” təhsil təqaüdünü qazanmış abituriyentlərlə “Veysəloğlu Şirkətlər Qrupu”nda görüş keçirildi - FOTO
Bu gün, 17:44
COP29-da Azərbaycan tarixi nəticə əldə etdi - MƏQALƏ
Bu gün, 17:41
Qənirə Ataşovanın hesabı silindi - SƏHİYYƏ MAFİYASINI ifşa etmişdi...
Bu gün, 17:39
Bakıda tiktoker qızdan ŞOK ƏMƏL: kişini tapıb ayağından öpdürdü - VİDEO
Bu gün, 17:27
Boşanan qadına əxlaqsızlıq təklif edildi, əri və qardaşı... - TƏFƏRRÜAT
Bu gün, 17:20
Deputat qohumunu işdən çıxarıb öz xanımını təyin etdi - DETALLAR
Bu gün, 17:13
Keşmiş işçici ilə KTN arasında QALMAQAL
Bu gün, 17:12
Azərbaycanlı müğənnnilərin FANTASTİK YENİ İL QİYMƏTLƏRİ
Bu gün, 17:09
Ölkəmizin iqlim diplomatiyasında uğuru - İsrafil Kərimovun yazısı
Bu gün, 17:04
Bələdiyyələr avtomobillərdən əmlak vergisi alacaq? – Deputatın təklifinə REAKSİYA
Bu gün, 17:02
Vətəndaşın istifadə etmədiyi debet kartına borc gəlib... - NARAZILIQ VAR...
Bu gün, 16:55
"Uber” və “Bolt” sistemdə göstərilən avtomobil əvəzinə ünvana başqa avtomobillər göndərir: - BU QƏDƏR CƏRİMƏSİ VAR
Bu gün, 16:44
Verilişlərdə ailə problemlərindən danışanlar xəstədir - "Vətəndaş A"nın Almazı
Bu gün, 16:37
Bağça müdiri "Şərurlu İsfəndiyar"ın şirkətini məhkəməyə verdi - SƏBƏB
Bu gün, 16:35
Rusiya son sutkada 8 ballistik raket vurub - KİV
Bu gün, 16:33
Güzəştli kreditlərə hamının "əli çatırmı"? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 16:27
Ölkədə ətin qiyməti ilə bağlı narahatlıq: Bahalaşır? - AKTUAL
Bu gün, 16:25
Trampın Qarabağla bağlı dedikləri... - “İşə başladıqdan sonra...”
Bu gün, 16:21
Türkiyə ilə sərhədimizdə yük maşınları niyə gözləyir?
Bu gün, 16:18
Xırdalanın abadlaşdırılması 2 milyon manata – BAŞA GƏLƏCƏK
Bu gün, 16:10
“2 gün mən, 2 gün də saxta həkimlər...” - Qənirə Ataşova açıqladı
Bu gün, 16:06
NZS və Keşlənin sökülməsi Qiyamətə qalır? – “Dövlətin maliyyə imkanı yoxdur”
Bu gün, 16:05
Rusiya ABŞ-yə cavab olaraq Asiyada orta və qısa mənzilli raketlər yerləşdirə bilər
Bu gün, 16:03
Xırdalanda 4 ay əvvəl qazon əkilən parkda yenidən qazon əkiləcək - İcazə verin şübhələnək...
Bu gün, 15:39
MN-in 9 milyonluq mənimsəməyə görə tutulan sabiq xidmət rəisinə HÖKM OXUNUB
Bu gün, 15:38
Aptek müdirinin işçini DÖYMƏ BƏHANƏSİ... - TƏFƏRRÜAT
Bu gün, 15:35
Vilyam Hacıyevə hər ay 3 min AZN ödəyən rəis işdən çıxarıldı - DETALLAR
Bu gün, 15:32
Elman Rüstəmov bütün Azərbaycan vətəndaşlarına qarşı - NONSENS MƏHKƏMƏ BAŞLAYIR!
Bu gün, 15:25
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru