"YÜKSƏLİŞ" MTK-NIN QEYRİ-QANUNİ YÜKSƏLİŞİ
Tarix: 4-09-2013, 15:23 | Çap et
BİR MƏNZİL BİR NEÇƏ ADAMA NECƏ SATILIR?Ölkədə son illər həyata keçirilən tikinti və quruculuq işlərinin əsas ana xəttini özəl tikinti şirkətlərinin başlatdığı yüksək mərtəbəli yaşayış binalarının tikintisidir desək, yanılmarıq. Amma işin maraqlı tərəfi budur ki, bu şirkətlər içərsində dələduzluq edənlər, inşa etdikləri mənzilləri bir nəfərə deyil, bir neçə nəfərə sataraq qeyri-qanuni pullar toplayan dələduzlar da az deyil. Bəzən bu inşaat şirkətləri müəyyən məmurların kölgəsi altında olduğundan, “ağam mənə kor deyib, gəl-gedənə vur deyib” misalından geninə-boluna istifadə edənlər də tapılır. Xətai rayon prokuroru, baş ədliyyə müşaviri Yusif Əli oğlu İldırımzadə də belə tikinti şirkətlərindən birinin qeyri-qanuni əməlini aşkara çıxarıb. Vətəninfo.az-a daxil olan sənədlərdən görünür ki, cənab İldırımzadə Qasımova Zərintac Baxşalı qızının şikayət ərizəsi əsasında rayon prokurorluğunda toplanmış 265-C-13 №-li materialı nəzərdən keçirib. Xətai rayon prokuroru müəyyən edib ki, 16.07.2013-cü il tarixdə Qasımova Zərintac Baxşalı qızının “Yüksəliş” MTK-nın sədri Bağışov Xaləddin Vəkil oğlu tərəfindən dələduzluq yolu ilə onlara məxsus mənzilin eyni zamanda digər şəxsə satılması barədə şikayət ərizəsi daxil olub. Material öyrənilərkən müəyyən edilib ki, Qasımova Zərintac Baxşalı qızının 07.10.2009-cu il tarixdə “Yüksəliş-C” MTK-dan aldığı mənzil həmin MTK-nın sədri Bağışov Xaləddin Vəkil oğlu tərəfindən eyni zamanda dələduzluq yolu ilə digər şəxsə satılıb. Göründüyü kimi, prokuror Bağışov Xaləddin Vəkil oğlunun əməlində Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsində nəzərdə tutulan cinayətin əlamətlərini diqqətə alıb. Odur ki, X.Bağışov barəsində həmin maddə ilə cinayət işi başlanıb və ibtidai istintaq həyata keçirilib. Istintaqın başlanılması, maddi sübutların toplanılması üçün prokuror qərara alıb ki, 178.3.2-ci maddə ilə X.V.Bağışov haqqında cinayət işi başlanılsın. Redaksiyamıza daxil olan materiallardan aydın olur ki, Xətai rayon prokuroru Yusif İldırımzadənin vermiş olduğu bu qərardan sonra ibtidai istintaq başlanıb və bütün sənədlər toplanaraq işin baxılması üçün Xətai rayon Məhkəməsinə göndərilib. Hakim Habil Çingiz oğlu Məmmədovun sədrliyi ilə Xətai rayon prokuroru Y.İldırımzadənin Bağışov Xaləddin Vəkil oğlunun barəsində Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə cinayət işinin başlanılmasına dair 19 iyul 2013-cü il tarixli qərarından Xaləddin Vəkil oğlu Bağırov şikayət verib. Məhkəmədə şikayətçi X.V.Bağışovun vəkili Mais Nuriyev məhkəmə iclasında müvəkkilinə qarşı Xətai rayon prokuroru tərəfindən açılan cinayət işinin əsassız olduğunu bildirib və cinayət işinin ləğvini tələb edib. Amma məkəmə şikayətçi tərəfin bu iddiasını təmin etmir və məhkəmə prosesi davam edir. Məhkəmənin sonunda hakim qərarını açıqlayır. Qərarda qeyd olunur ki, Xaləddin Vəkil oğlu Bağışovun müdafiəçisi Mais Məmməd oğlu Nuriyevin Bakı şəhəri Xətai rayon prokuroru, baş ədliyyə müşaviri Yusif Əli oğlu İldırımzadənin Bağışov Xaləddin Vəkil oğlu barəsində CM-nin 178.3.2-ci maddəsi ilə cinayət işinin başlanılmasına dair 19 iyul 2013-cü il tarixli qərarının ləğv edilməsinə dair şikayət ərizəsi təmin edilməsin. X.V.Bağışov ona qarşı qaldırılan cinayət işini ləğv etdirmək üçün Xətai rayon Məhkəməsinin vermiş olduğu bu qərardan Bakı Apellyasiya Məkəməsinə şikayət edir. Apellyasiya Məhkəməsi də sonda Xətai rayon Məhkəməsinin 12 avqust 2013-cü il tarixli qərarını qüvvədə saxlamaqla bərabər, vurğulayır ki, bu qərar qətidir, ondan kassasiya şikayəti və ya kassasiya protesti verilə bilməz. Yəni, Xətai rayon Prokurorluğunun “Yüksəliş-C” MTK haqqında və bu MTK-nın sədri haqqında qaldırmış olduğu cinayət işi tamamilə qanuna uyğun aparılır. Maraqlıdır ki, “Yüksəliş-C” MTK ilə bağlı bu günə kimi onlarla məlumatlar səsləndirilib, iddialar ortaya qoyulub. MTK-nın sədri Xaləddin Bağışovun vətəndaşları aldatdığı, inşa etdiyi binalardan mənzil alan vətəndaşların mənzillərini əlavə vəsait əldə etməsi üçün digər vətəndaşlara satdığı iddia edilir. Redaksiyadan: Məsələ ilə bağlı qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• “Şəkər Zavodu metal alveriylə məşğuldur” - BU NƏDİ BELƏ?..
Bu gün, 08:35 |
|
|
|
• Bölgələrdə bahalaşan əmlak... - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 08:29 |
|
|
|
• Xətai məhkəməsindən daha bir ABSURD... - DETALLAR
Bu gün, 08:25 |
|
|
|
• 35 şirkətin rəhbəri həbs edildi - Bu vəzifəlilərlə əlbir imiş
Bu gün, 08:18 |
|
|
|
• Bu şəxslər aliment ödəməyə bilər - AÇIQLAMA
Bu gün, 07:36 |
|
|
|
• Türkiyə-Azərbaycan münasibətlərində nələr baş verir? - GƏLİŞMƏ
Bu gün, 07:33 |
|
|
|
• Bakıdan İrəvana qayıdan erməni nələr danışdı? – Gözlənilməz etiraf
Bu gün, 06:27 |
|
|
|
• Ədalət Verdiyev əslində niyə həbs olundu? - yetərincə bilgili biri idi, amma...
Bu gün, 06:23 |
|
|
|
• Bu məhsulların satışı ciddi problemlərə yol açır -Ekspertdən çağırış
Bu gün, 00:28 |
|
|
|
• Kommunizmə qayıdırıq?: Parlamentdə təklif... - "Kolxoz və sovxozlar yaradılsın"
Bu gün, 00:24 |
|
|
|
• Azərbaycanın xalq artisti vəfat etdi
Bu gün, 00:19 |
|
|
|
• Dövlət qurumu "Atasığorta"nı seçdi
Bu gün, 00:05 |
|
|
|
• “İpək Yolu Sığorta”nın səhmdarlarının yığıncağı - KEÇİRİLƏCƏK
Bu gün, 00:02 |
|
|
|
• Elşənlə Ozanın serialı bu tarixdə yayımlanacaq
Dünən, 23:59 |
|
|
|
• Ermənistanda naməlum şəxs qumbara partlatmaq istəyib - FOTO
Dünən, 23:56 |
|
|
|
• Bakıda qadınları təqib edən gənc oğlan həbs edildi... - Məhəlləyə "nəzarət" edirmiş
Dünən, 23:53 |
|
|
|
• Qazaxıstandan Azərbaycanla bağlı mühüm açıqlama
Dünən, 23:46 |
|
|
|
• Prezident İlham Əliyev Donald Trampa zəng edib
Dünən, 23:39 |
|
|
|
• 70 kiloqram qızılla saxlanılan hərbi attaşe DTX-də həbs edilib - TƏFƏRRÜAT
Dünən, 23:36 |
|
|
|
• Putin bu ölkəni pay-püş edir: - Vaşinqton və Varşava plana şərikdir?
Dünən, 21:35 |
|
|
|
• Duda İrəvanda: Azərbaycan sərhədinə gələcək - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 21:30 |
|
|
|
• "3-4 min manat tələb olunur, əgər bu davam etsə..." - Deputat SƏNƏDSİZ EVLƏRDƏN danışdı
Dünən, 21:27 |
|
|
|
• "Qardaşım "ləyaqətsiz vərəsə" kimi məni məhkəməyə verib" - Tanınmış aktrisa
Dünən, 20:18 |
|
|
|
• 145 saylı məktəbdən NARAZILIQ - İstilik yoxdur, uşaqlar xəstələnsə, kim cavab verəcək?
Dünən, 20:13 |
|
|
|
• Xəstəxanalardakı “qəssab”lara bıçağı kim verir? – Nazirlik diplomsuz həkim sualından yayındı
Dünən, 19:32 |
|
|
|
• Bakıda NATO nümayəndə heyəti ilə görüş keçirilib
Dünən, 19:18 |
|
|
|
• Dollara rekord tələbat – Ekspertlər deyirlər ki...
Dünən, 19:02 |
|
|
|
• Dezinformasiyanın qarşısını hansı yollarla almaq olar? - Qərb mediası və Azərbaycan...
Dünən, 18:58 |
|
|
|
• Bakı metrosunda yeni qatarları 1 milyon manata bu şirkət – TƏMİR EDƏCƏK
Dünən, 18:56 |
|
|
|
• Elza Seyidcahanın iddiasına nazirlikdən CAVAB
Dünən, 18:39 |
|
|
|
• Bakıda aktrisa şikayət etdi, xanım prodüserə cinayət işi açıldı - TƏFƏRRÜAT
Dünən, 18:35 |
|
|
|
• Xırdalanda eyni şirkətə 3 ayda 4-cü tender verildi - Bu dəfə 1,8 milyon manat..
Dünən, 18:34 |
|
|
|
• Qorxu filmlərini xatırladan UNİVERSİTET – Tərk edilmiş binanın aqibəti necə olacaq?
Dünən, 18:31 |
|
|
|
• Bəlli dairələrin murazı gözündə qaldı, nəticələr var
Dünən, 18:25 |
|
|
|
• Türkiyə-Azərbaycan sərhəddində 20 KİLOMETRLİK TIXAC... - Naxçıvan rəhbərliyi səbəbindən...
Dünən, 18:18 |
|
|
|
• Əbu-Dabidə “Şuşa günləri” keçiriləcək – 182 min manat ayrıldı
Dünən, 18:09 |
|
|
|
• Üç qüvvə birləşdi – Paşinyanın planı nədir?
Dünən, 18:05 |
|
|
|
• Azərbaycanın sabiq deputatı olan general məhkəməyə verildi - DETALLAR
Dünən, 18:03 |
|
|
|
• Gəncə Dövlət Tibb Kollecində RÜŞVƏT İDDİASI - Havayı yerə oxumayın..
Dünən, 18:01 |
|
|
|
• Hərbi ekspert Ədalət Verdiyev həbs edilib - ŞOK TƏFƏRRÜAT
Dünən, 17:58 |
|
|
|
• “Salyan Oil Limited” YAŞILLIĞA QƏNİM KƏSİLDİ VƏ... - 25 MİNLİK CƏZA
Dünən, 17:55 |
|
|
|
• “Gələcəyini Qur!” təhsil təqaüdünü qazanmış abituriyentlərlə “Veysəloğlu Şirkətlər Qrupu”nda görüş keçirildi - FOTO
Dünən, 17:44 |
|
|
|
• COP29-da Azərbaycan tarixi nəticə əldə etdi - MƏQALƏ
Dünən, 17:41 |
|
|
|
• Qənirə Ataşovanın hesabı silindi - SƏHİYYƏ MAFİYASINI ifşa etmişdi...
Dünən, 17:39 |
|
|
|
• Bakıda tiktoker qızdan ŞOK ƏMƏL: kişini tapıb ayağından öpdürdü - VİDEO
Dünən, 17:27 |
|
|
|
• Boşanan qadına əxlaqsızlıq təklif edildi, əri və qardaşı... - TƏFƏRRÜAT
Dünən, 17:20 |
|
|
|
• Deputat qohumunu işdən çıxarıb öz xanımını təyin etdi - DETALLAR
Dünən, 17:13 |
|
|
|
• Keşmiş işçici ilə KTN arasında QALMAQAL
Dünən, 17:12 |
|
|
|
• Azərbaycanlı müğənnnilərin FANTASTİK YENİ İL QİYMƏTLƏRİ
Dünən, 17:09 |
|
|
|
• Ölkəmizin iqlim diplomatiyasında uğuru - İsrafil Kərimovun yazısı
Dünən, 17:04 |
|
|
|
|