Kredit sənin üçün bitib, bizim üçün yox... .....                     Elmi-Tədqiqat Kardiologiya İnstitutu .....                     AMB işğaldan azad edilmiş ərazilərdə poçt filialına bank lisenziyası verib .....                     Bakıda maraqlı boşanma: Milyoner cütlüyün toydan bir ay sonrakı DAVASI .....                     Vilsondan bəri ən ermənipərəst administrasiya… .....                     Bahar Muradova Faiq Ağayevi təriflədi .....                     İpoteka və Kredit Zəmanət Fondu .....                     Prezident İlham Əliyev Kəlbəcər Şəhəri Günü münasibətilə paylaşım edib .....                     Borc ikiqat artdı: çürüyən dövlətə çevrilirik .....                     CƏZA ARDINCA CƏZA: “Bakı Sığorta”nın səhmdarlarından biri cərimələndi .....                     Fəaliyyətsiz qalmış “Sumqayıt Tikiş” ASC-nin .....                     Dillər Universitetində NƏ OYUNLAR ÇEVRİLİR... .....                     Yeni iş tapa bilməyən şəxslər üçün... .....                     `Bazarstore`da konfet alana `vitamin` hədiyyə... .....                     Burda müştərini rəsmən QARƏT EDİRLƏR .....                     Ucarda Qarabağ Qazisi NARAZILIQ EDİR... .....                     Mürsəl İbrahimovun “X5” sevdalı işçisi... .....                     Nəcəflinin XALQLA... XALQA QAPALI GÖRÜŞÜ... .....                     Tramp Ərdoğanı Putinlə yaxınlaşdıracaqmı? .....                     Məktəblərdə payız tətilindən sonra dərslər başlayıb .....                     Aqrar sektor niyə sürətlə geriləyir? .....                     Bayden Trampa qədər nüvə savaşı başladacaq .....                     Bu boyda işi tək adamın törədə biləcəyinə inanmıram .....                     Gəlirlərin artması üçün yeni yol tapılıb .....                     “Ədəbi əks-səda”nın sədası sonra çıxacaq .....                     Qərbi Azərbaycana QAYIDIŞ: Mane olmamalıdırlar... .....                     COP29-un tarixi uğuru nə oldu? .....                     Köçəryan sirləri açdı: .....                     Türkiyədən ermənipərəst jurnalistə qadağa: .....                     Bu gün Kəlbəcər Şəhəri Günüdür .....                     Berbok Bakını niyə erkən tərk edib? .....                     Sumqayıt şəhər 4 nömrəli xəstəxanaya yeni baş həkim təyin olunub .....                     "Bundan başqa bizə nə lazımdır axı?" .....                     Kimin hərbçiləri Mariupol və Xarkovda: “Havanın pisləşməsini gözləyirlər” .....                     “Seçilən müəlliflərin dövlət tərəfindən dəstəklənməsi arzuedilən olardı” .....                     Avropa yeni enerji böhranı ilə üzləşib .....                     Aptek müdürü işçisini vəhşicəsinə döydü .....                     Ermənistana silah daşınır .....                     Fidanın mesajı təşviş doğurdu .....                     Dünya Azərbaycanın uğurlu liderlik bacarığının bir daha şahidi oldu .....                 

Ərəb turistlər Azərbaycanda 50 min dollar rüşvəti hansı məmura verib… - İLGİNC FAKTLAR
Tarix: 13-04-2021, 11:11 | Çap et
Ərəb turistlər Azərbaycanda 50 min dollar rüşvəti hansı məmura verib…
Azərbaycanda qanunsuz ov edən ərəbləri ölkəmizə gətirən vəzifəli şəxsin kimliyi bəlli oldu!
Səid Məhərrəmovun qanunlarımızın ayaqlar altına atılmasının qarşılığında ərəblərdən külli miqdarda vəsait aldığı iddia olunur
“Hürriyyət”in ötən saylarının birində “Ərəbləri Azərbaycana hansı məmur dəvət edib?” sərlövhəli yazı dərc etmişdik. Həmin yazıda qeyd etmişdik ki, ərəb turistlərin Qax (İlisu) Dövlət Təbiət Qoruğu ərazisində – Acınohurda nadir quşları və heyvanları ovlaması cəmiyyətdə haqlı etiraza səbəb olub. Bildirmişdik ki, Azərbaycanda qalmaqala səbəb olan, ölkəmizdə qanunsuz ov edən turistlərin fövqəladə hallar naziri Kəmaləddin Heydərovun qonağı olduğu haqda informasiyalar səslənir. Doğrudur, K.Heydərov, “Mənim Azərbaycanda qanunsuz ovla məşğul olduğu deyilən ərəblərlə hər hansı tanışlığım yoxdur, onları tanımıram. Bu mənim haqqımda yazılan növbəti uydurma xəbərlərdən biridir”, – deyərək, barəsində səslənən ittihamları rədd etmişdi. Lakin bunun ardınca Kəmaləddin Heydərovun məlum açıqlamasını təkzib edən yeni fotolar yayıldı. Hansı ki, bu fotolarda “fövqəlnazir”in Acınohurda nadir quşları və heyvanları ovlayan ərəblərlə birgə görüntüsü əks olunurdu…
Məqalədə onu da vurğulamışdıq ki, ərəb turistləri Azərbaycana dəvət edərək qanunlarımızın ayaqlar altına atılmasına şərait yaradan məmur, kimliyindən, mövqeyindən və vəzifəsindən asılı olmayaraq, aşkara çıxarılmalı və cinayət məsuliyyətinə cəlb olunmalıdır. Çünki Azərbaycana gələn ərəblər ov mövsümünün bitməsinə baxmayaraq, 8-10, bəzi hallarda hətta 20 maşınla ova çıxıbsa, demək, onları “sizin üçün heç bir qırmızı işıq yoxdur”, – deyə arxayın edənlər olub. Üstəlik, o da aydın olmuşdu ki, ərəb turistlərin Azərbaycanda qanunsuz ov etməsi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin iradəsindən kənarda baş verib. Yəni yüksək səlahiyyətli məmurlardan birinin tapşırığı ilə, artıq fevralın sonunda öv mövsümü bitməsinə rəğmən, nazirlik ərəblərə ov etmələri üçün icazə verməyə məcbur olub.
Yazımızın sonunda isə oxucularımıza söz vermişdik ki, Azərbaycanda qanunsuz ov edən ərəblərin ölkəmizə hansı məmur tərəfindən dəvət olunması haqda daha ətraflı məlumat verməyə çalışacağıq.
Beləliklə, son həftə ərzində apardığımız araşdırma nəticəsində Novruz Bayramı ərəfəsində ərəblərin Azərbaycana səfərini təşkil edən məmurun kimliyini ortaya çıxara bildik. “Hürriyyət”in əməkdaşının son dərəcə etibarlı qaynaqlardan əldə etdiyi məlumata görə, Azərbaycanda qanunsuz ov edən, nadir quşları və heyvanları ovlayan ərəb turistlərin ölkəmizə səfərini Fövqəladə Hallar Nazirliyinin Beynəlxalq Əlaqələr İdarəsinin Protokol şobəsinin rəis müavini Səid Məhərrəmov təşkil edib. Mənbə deyir ki, ərəblər S.Məhərrəmovun şəxsi qonağı olmayıb, sadəcə FHN əməkdaşı bu səfərin təşkili üçün onlardan külli miqdarda pul alıb…

Əlbəttə, ərəblərin bu səfəri ilə bağlı fövqəlada hallar naziri Kəmaləddin Heydərovun da öncədən məlumatı olub. Lakin nazir FHN əməkdaşının bu iş üçün ərəblərdən böyük məbləğdə pul almasından, ümumiyyətlə bu səfərin kimlərinsə maddi maraqlarının təmin edilməsi üçün həyata keçirilməsindən xəbərsiz olub. Üstəlik, o da güman olunur ki, Səid Məhərrəmov ərəblərin ölkəmizə səfəri zamanı Kəmaləddin Heydərovun xəbəri olmadan, bəzi məsələlərdə onun adından da sui-istifadə hallarına yol verib…
Şübhəsiz, yazımızın bu yerində dəyərli oxucularımızı düşündürən ilk sual bu olacaq ki, FHN əməkdaşı ərəblərin səfərini təşkil etmək, daha dəqiq desək, qanunlarımızın ayaqlar altına atılmasının, Azərbaycan xalqının qürurunun tapdalanmasının qarşılığında onlardan nə qədər pul alıb?! Əlbəttə, biz də bu haqda mənbəyə sual ünvanladıq. İlk olaraq cavabı bu oldu ki, “az deyil, külli miqdarda vəsaitdən söhbət gedir”. “Məsələn, 50 min dollardan azdır, ya çox”, – deyə təkrar sual etdikdə isə, mənbə Səid Məhərrəmovun ərəblərdən aldığı vəsaitin daha yüksək olduğunu vurğuladı.
Məlumat üçün onu da bildirək ki, FHN əməkdaşının Azərbaycana səfərlərini təşkil etdiyi ərəblər Birləşmiş Ərəb Əmirliklərindən gəliblər. Onlar Kəmaləddin Heydərovun şəxsi qonaqları olmayıb. Sadəcə, Səid Məhərrəmov ərəblərdən aldığı vəsaitin qarşılığında, yaxın əlaqələri vasitəsilə (Güman olunur ki, Kəmaləddin Heydərovun da adından sui-istifadə olunub – müəl.) Ekologiya Nazirliyinin rəhbərliyinə zəng vurduraraq, ərəblərin Azərbaycanda maneəsiz ov etmələrinə razılıq almağa nail olub. Əlbəttə, ov mövsümü bitdiyindən, nazirlik bu məsələyə isti yanaşmayıb. Lakin tapşırıq “yuxarı”dan gəldiyindən, onlar da ərəblərin qanunsuz ov etmələrinə göz yummağa məcbur olublar.
Mənbə onu da deyir ki, ərəb turistlərin Azərbaycanda istirahət etmələri və ova çıxmaları üçün bütün zəruri tədbirləri də məhz Səid Məhərrəmov şəxsən həyata keçirib. Məsələn, onlar üçün qalmağa yer, ərzaq təminatı, xüsusi avtomobillər, ov üçün silahlar, çadır və s. Əlbəttə, bütün bunlar FHN-nin Beynəlxalq Əlaqələr İdarəsinin Protokol şobəsinin səlahiyyəti çərçivəsində olmadığından, Səid Məhərrəmovun vəzifə səlahiyyətlərindən sui-istifadə etdiyi şübhəsizdir. Çünki bu səlahiyyət məhz Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq qurumlarına aiddir. O halda S.Məhərrəmov Ekologiya və Təbii Sərvətlər Nazirliyinin səlahiyyətlərini neçə “ələ keçirə” bilib? Deməli, ya Kəmaləddin Heydərovun adından sui-istifadə hallarına yol verilib, ya da nazirin şəxsi tanışları və bir neçə dəfə də qonaq qismində ölkəmizə dəvət olunan ərəblərə “qarmaq atmaqla”, onlar vasitəsilə özünə “biznes sahəsi” yarada bilib.
Yeri gəlmişkən, varlı ərəblərin Azərbaycanın ov turizminə diqqət göstərməsi faktı yeni deyil və bu səbəbdən bir çox ərəb ölkələrində ölkəmizə qarşı böyük maraq var. Belə olan halda Ekologiya və Təbii Sərvətlər Nazirliyi ölkəmizdə turizmin inkişafı naminə bu sahəyə xüsusi diqqət ayırmalıdır. Məsələn, nazirliyin ciddi nəzarəti altında və xüsusi bələdçilər ayrılmaqla, ən əsası isə büdcəyə müəyyən qədər vəsit ödənilməsinin qarşılığında, turistlərin ölkəmizdə ov etməsinə şərait yaradıla bilər. Yoxsa kimlərinsə cibi dolsun deyə qanunlarımızı və xalqımızın qürurunu ayaqlar altına atmaq olmaz!
RƏŞAD
Redaksiyadan: Mövzu ilə bağlı dünən gün ərzində Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti ilə əlaqə saxlamağa çalışsaq da, telefon zənglərinə cavab verən olmadı. Yazıda adları qeyd olunan şəxslərin və qurumların mövqeyini dərc etməyə hazırıq.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Kredit sənin üçün bitib, bizim üçün yox... - Bir "Kontakt Home" NAĞILI...
Bu gün, 09:25
Elmi-Tədqiqat Kardiologiya İnstitutu kotirovka sorğusuna yekun vurub
Bu gün, 09:20
AMB işğaldan azad edilmiş ərazilərdə poçt filialına bank lisenziyası verib - İLK DƏFƏ...
Bu gün, 09:19
Bakıda maraqlı boşanma: Milyoner cütlüyün toydan bir ay sonrakı DAVASI - TƏFƏRRÜAT
Bu gün, 09:17
Vilsondan bəri ən ermənipərəst administrasiya… - Tenni
Bu gün, 09:13
Bahar Muradova Faiq Ağayevi təriflədi - FOTO
Bu gün, 09:09
İpoteka və Kredit Zəmanət Fondu 3 illik auditor seçib
Bu gün, 09:05
Prezident İlham Əliyev Kəlbəcər Şəhəri Günü münasibətilə paylaşım edib - FOTO
Bu gün, 09:04
Borc ikiqat artdı: çürüyən dövlətə çevrilirik - Avetisyan
Bu gün, 09:01
CƏZA ARDINCA CƏZA: “Bakı Sığorta”nın səhmdarlarından biri cərimələndi - TƏFƏRRÜAT
Bu gün, 08:59
Fəaliyyətsiz qalmış “Sumqayıt Tikiş” ASC-nin - SƏHMDARLARI TOPLANIR
Bu gün, 08:56
Dillər Universitetində NƏ OYUNLAR ÇEVRİLİR... - İLGİNC FAKTLAR...
Bu gün, 08:49
Yeni iş tapa bilməyən şəxslər üçün... - Ekspert danışır...
Bu gün, 08:41
`Bazarstore`da konfet alana `vitamin` hədiyyə... - FOTOFAKT
Bu gün, 08:36
Burda müştərini rəsmən QARƏT EDİRLƏR - BU NƏ HESABDIR?
Bu gün, 08:30
Ucarda Qarabağ Qazisi NARAZILIQ EDİR... - MÜRACİƏT
Bu gün, 08:22
Mürsəl İbrahimovun “X5” sevdalı işçisi... - O GÖRÜNMƏZDİRMİ?
Bu gün, 08:17
Nəcəflinin XALQLA... XALQA QAPALI GÖRÜŞÜ... - BU NƏDİ BELƏ?..
Bu gün, 08:11
Tramp Ərdoğanı Putinlə yaxınlaşdıracaqmı? - NƏ BAŞ VERİR?
Bu gün, 08:08
Məktəblərdə payız tətilindən sonra dərslər başlayıb
Bu gün, 08:05
Aqrar sektor niyə sürətlə geriləyir? - NAZIRIN NƏZƏRİNƏ...
Bu gün, 07:11
Bayden Trampa qədər nüvə savaşı başladacaq - Skott Ritter
Bu gün, 07:07
Bu boyda işi tək adamın törədə biləcəyinə inanmıram - MƏHKƏMƏ
Bu gün, 07:03
Gəlirlərin artması üçün yeni yol tapılıb - "...nədənsə indi yada düşüb"
Bu gün, 06:48
“Ədəbi əks-səda”nın sədası sonra çıxacaq - MÜSAHİBƏ
Bu gün, 06:46
Qərbi Azərbaycana QAYIDIŞ: Mane olmamalıdırlar... - AKTUAL
Bu gün, 06:42
COP29-un tarixi uğuru nə oldu? - İNCƏLƏMƏ
Bu gün, 06:36
Köçəryan sirləri açdı: - Qarakənddə vurulan helikopterdə o da olub
Bu gün, 06:29
Türkiyədən ermənipərəst jurnalistə qadağa: - ölkəyə buraxılmadı
Bu gün, 00:08
Bu gün Kəlbəcər Şəhəri Günüdür
Bu gün, 00:03
Berbok Bakını niyə erkən tərk edib? - HƏQİQƏTƏN DƏ...
Dünən, 21:36
Sumqayıt şəhər 4 nömrəli xəstəxanaya yeni baş həkim təyin olunub - ƏMR
Dünən, 21:34
"Bundan başqa bizə nə lazımdır axı?"
Dünən, 19:28
Kimin hərbçiləri Mariupol və Xarkovda: “Havanın pisləşməsini gözləyirlər” - GƏLİŞMƏ
Dünən, 19:26
“Seçilən müəlliflərin dövlət tərəfindən dəstəklənməsi arzuedilən olardı” - ÇAĞIRIŞ
Dünən, 19:21
Avropa yeni enerji böhranı ilə üzləşib - “Bloomberg”
Dünən, 15:35
Aptek müdürü işçisini vəhşicəsinə döydü - DİN araşdırma aparır (VİDEO)
Dünən, 15:33
Ermənistana silah daşınır – MN narahatdır, çağırış etdi
Dünən, 15:22
Fidanın mesajı təşviş doğurdu – Qoşunlar ora girib, əgər çıxarılmasa…
Dünən, 13:42
Dünya Azərbaycanın uğurlu liderlik bacarığının bir daha şahidi oldu - İNCƏLƏMƏ
Dünən, 13:40
Bakıda 300 milyard razılaşdırıldı: Amma Leyen və Berbok… - AXI NİYƏ?..
Dünən, 13:37
Qaynı arvadının ölümünə səbəb olan plastik cərrahla bağlı növbəti şikayət - VİDEO
Dünən, 13:33
Rusiya nüvə doktrinasını buna görə yenilədi - Peskov
Dünən, 12:42
Kənd sakininin 25 manatlıq internetə ehtiyacı varmı? - HƏQİQƏTƏN DƏ...
Dünən, 12:40
Kim Çen In Rusiyaya səfər edə bilər
Dünən, 12:34
Göyçayda daha bir MƏMUR HARINLIĞI... - NARAZILIQ VAR...
Dünən, 12:31
Sizdə bu hallar varsa Şopoqoliksiniz - AÇIQLAMA
Dünən, 12:21
Rusiya-Ukrayna müharibəsində son durum açıqlandı - “Reuters“
Dünən, 12:17
Ermənistandan Fransaya xəyanət kimi qərar - konyak yalanı
Dünən, 12:14
Tramp bu qadını nazir təyin edir
Dünən, 11:39
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru