Yeni iş tapa bilməyən şəxslər üçün... .....                     `Bazarstore`da konfet alana `vitamin` hədiyyə... .....                     Burda müştərini rəsmən QARƏT EDİRLƏR .....                     Ucarda Qarabağ Qazisi NARAZILIQ EDİR... .....                     Mürsəl İbrahimovun “X5” sevdalı işçisi... .....                     Nəcəflinin XALQLA... XALQA QAPALI GÖRÜŞÜ... .....                     Tramp Ərdoğanı Putinlə yaxınlaşdıracaqmı? .....                     Məktəblərdə payız tətilindən sonra dərslər başlayıb .....                     Aqrar sektor niyə sürətlə geriləyir? .....                     Bayden Trampa qədər nüvə savaşı başladacaq .....                     Bu boyda işi tək adamın törədə biləcəyinə inanmıram .....                     Gəlirlərin artması üçün yeni yol tapılıb .....                     “Ədəbi əks-səda”nın sədası sonra çıxacaq .....                     Qərbi Azərbaycana QAYIDIŞ: Mane olmamalıdırlar... .....                     COP29-un tarixi uğuru nə oldu? .....                     Köçəryan sirləri açdı: .....                     Türkiyədən ermənipərəst jurnalistə qadağa: .....                     Bu gün Kəlbəcər Şəhəri Günüdür .....                     Berbok Bakını niyə erkən tərk edib? .....                     Sumqayıt şəhər 4 nömrəli xəstəxanaya yeni baş həkim təyin olunub .....                     "Bundan başqa bizə nə lazımdır axı?" .....                     Kimin hərbçiləri Mariupol və Xarkovda: “Havanın pisləşməsini gözləyirlər” .....                     “Seçilən müəlliflərin dövlət tərəfindən dəstəklənməsi arzuedilən olardı” .....                     Avropa yeni enerji böhranı ilə üzləşib .....                     Aptek müdürü işçisini vəhşicəsinə döydü .....                     Ermənistana silah daşınır .....                     Fidanın mesajı təşviş doğurdu .....                     Dünya Azərbaycanın uğurlu liderlik bacarığının bir daha şahidi oldu .....                     Bakıda 300 milyard razılaşdırıldı: Amma Leyen və Berbok… .....                     Qaynı arvadının ölümünə səbəb olan plastik cərrahla bağlı növbəti şikayət .....                     Rusiya nüvə doktrinasını buna görə yenilədi .....                     Kənd sakininin 25 manatlıq internetə ehtiyacı varmı? .....                     Kim Çen In Rusiyaya səfər edə bilər .....                     Göyçayda daha bir MƏMUR HARINLIĞI... .....                     Sizdə bu hallar varsa Şopoqoliksiniz .....                     Rusiya-Ukrayna müharibəsində son durum açıqlandı .....                     Ermənistandan Fransaya xəyanət kimi qərar .....                     Tramp bu qadını nazir təyin edir .....                     Məmur biznesinin iflic etdiyi sahələrdə orta və kiçik sahibkarlıq can verir... .....                     İqlim sammitinin qapanışı nədən ləngiyirdi? .....                 

Elman Rüstəmovun BANK MONOPOLİYASI... - Digər banklar çöksə də...
Tarix: 5-06-2021, 11:22 | Çap et
Elman Rüstəmovun BANK MONOPOLİYASI...
Bir neçə gün əvvəl ölkənin ən böyük kommersiya banklarından biri olan Bank Respublika və Hollandiya Sahibkarlığın İnkişafı Bankı(FMO) arasında yeni kredit müqaviləsi imzalanıb. Müqaviləyə əsasən Banka 10 milyon ABŞ dolları məbləğində kredit ayrılacaq. Bu, ilk belə müqavilə deyil və sözügedən bank xarici bank strukturlarının ən çox diqqət ayırdığı və kreditlər verdiyi banklardan biridir ki, bunu da təsadüfi saymaq olmaz...

Ümumiyyətlə, son illərdə “Bank Respublika”nın maliyyə göstəriciləri pandemiyaya, iqtisadi durğunluğa və daralmaya rəğmən, yaxşılaşmaqda davam edir. 2021-ci ilin 1-ci rübündə bank öz aktivlərini daha da artırıb, bankın mənfəəti də yüksəlib. “Bank Respublika”nın təkcə qiymətli kağızlara yatırılmış investisiyaları banka əlavə 1 milyon 29 min manat qazandırıb. Cari ilin birinci rübü ərzində bankın xalis gəlirləri 11 milyon 297 min manat, xalis mənfəəti isə 2 milyon 877 min manat olub.

Son 3 ayda «Bank Respublika»nın aktivləri sürətli artım nümayiş etdirərək 78 milyon manata yaxın artıb və 1 milyard 111 milyon manata yüksəlib, kredit portfeli bütün istiqamətlərdə böyüyüb və sair. Həmçinin, bir müddət əvvəl səhmdarlar bankın nizamnamə kapitalını 10 mln. manat artırmaq haqqında razılığa gəliblər. Bütün bu göstəricilər ölkənin digər “çabalayan” banklarına nəzər saldıqda, olduqca böyük sıçrayışdır.

Bir sözlə, bankın bütün rəsmi göstəriciləri onu deməyə əsas verir ki, “Bank Respublika” əksər banklardan fərqli olaraq, pandemiyanın yaratdığı çətinliklərə baxmayaraq, yüksək gəlirlər təmin etməkdə, uğurla fəaliyyət göstərməkdədir.

Təbii ki, isytənilən bankın uğurlu fəaliyyəti ümumilikdə bank sektoru üçün müsbət haldır və təqdirəlayiqdir. Ancaq nə yazıq ki, Azərbaycanda bu cür uğurlar heç də təsadüfən, hansısa məmur-oliqarxın dəstəyi, “krışalığı”olmadan əldə edilmir. Bu, “Bank Respublika”ya da aiddir.

Rəsmən Bank Respublika”-nın İdarə Heyətinin sədri Tariyel İsmayılov sayılsa da, sözügedən bank istər cəmiyyətdə, istərsə də bank sektorunda Mərkəzi Bankın rəhbəri Elman Rüstəmovun bankı kimi tanınır.

“Bank Respublika”nın xarici banklara, maliyyə qurumlarına, Mərkəzi Banka, eləcə də dövlət qurumlarına çıxışı, bir sözlə, əlverişli şərtlər əldə edə bilməsi də məhz Elman Rüstəmov faktoru ilə əlaqələndirilir. Bunun nəticəsidir ki, sözügedən bank bir sıra göstəricilərinə görə, ölkənin aparıcı beş bankı sırasında qərarlaşa bilib.

Bütün bunları qeyd etməkdə məqsədimiz “Bank Respublika”nın fəaliyyətinə, uğurlarına kölgə salmaq deyil. Sadəcə, yaxşı olar ki, bank sektorunda bütün ölkə banklarına eyni şərait, azad rəqabət imkanları yaradılsın. Yoxsa, hansı bankın arxasında daha güclü məmur durursa, o da daha çox qabağa çəkilməsin və ümumiyyətlə, bankların taleyi onların “krışası” olan məmurların taleyinə bağlı olmasın.

Bunun həm ümumilikdə bank sektoruna, həm də sıravi vətəndaşlara, əmanətçilərə və onların maliyyə-bank sektoruna olan münasibətinə nə qədər mənfi təsir göstərdiyi “Bank Standard”, “Atabank” və digər bu qəbildən olan bankların timsalında aydın göründü...

“AzPolitika.info”









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Yeni iş tapa bilməyən şəxslər üçün... - Ekspert danışır...
Bu gün, 08:41
`Bazarstore`da konfet alana `vitamin` hədiyyə... - FOTOFAKT
Bu gün, 08:36
Burda müştərini rəsmən QARƏT EDİRLƏR - BU NƏ HESABDIR?
Bu gün, 08:30
Ucarda Qarabağ Qazisi NARAZILIQ EDİR... - MÜRACİƏT
Bu gün, 08:22
Mürsəl İbrahimovun “X5” sevdalı işçisi... - O GÖRÜNMƏZDİRMİ?
Bu gün, 08:17
Nəcəflinin XALQLA... XALQA QAPALI GÖRÜŞÜ... - BU NƏDİ BELƏ?..
Bu gün, 08:11
Tramp Ərdoğanı Putinlə yaxınlaşdıracaqmı? - NƏ BAŞ VERİR?
Bu gün, 08:08
Məktəblərdə payız tətilindən sonra dərslər başlayıb
Bu gün, 08:05
Aqrar sektor niyə sürətlə geriləyir? - NAZIRIN NƏZƏRİNƏ...
Bu gün, 07:11
Bayden Trampa qədər nüvə savaşı başladacaq - Skott Ritter
Bu gün, 07:07
Bu boyda işi tək adamın törədə biləcəyinə inanmıram - MƏHKƏMƏ
Bu gün, 07:03
Gəlirlərin artması üçün yeni yol tapılıb - "...nədənsə indi yada düşüb"
Bu gün, 06:48
“Ədəbi əks-səda”nın sədası sonra çıxacaq - MÜSAHİBƏ
Bu gün, 06:46
Qərbi Azərbaycana QAYIDIŞ: Mane olmamalıdırlar... - AKTUAL
Bu gün, 06:42
COP29-un tarixi uğuru nə oldu? - İNCƏLƏMƏ
Bu gün, 06:36
Köçəryan sirləri açdı: - Qarakənddə vurulan helikopterdə o da olub
Bu gün, 06:29
Türkiyədən ermənipərəst jurnalistə qadağa: - ölkəyə buraxılmadı
Bu gün, 00:08
Bu gün Kəlbəcər Şəhəri Günüdür
Bu gün, 00:03
Berbok Bakını niyə erkən tərk edib? - HƏQİQƏTƏN DƏ...
Dünən, 21:36
Sumqayıt şəhər 4 nömrəli xəstəxanaya yeni baş həkim təyin olunub - ƏMR
Dünən, 21:34
"Bundan başqa bizə nə lazımdır axı?"
Dünən, 19:28
Kimin hərbçiləri Mariupol və Xarkovda: “Havanın pisləşməsini gözləyirlər” - GƏLİŞMƏ
Dünən, 19:26
“Seçilən müəlliflərin dövlət tərəfindən dəstəklənməsi arzuedilən olardı” - ÇAĞIRIŞ
Dünən, 19:21
Avropa yeni enerji böhranı ilə üzləşib - “Bloomberg”
Dünən, 15:35
Aptek müdürü işçisini vəhşicəsinə döydü - DİN araşdırma aparır (VİDEO)
Dünən, 15:33
Ermənistana silah daşınır – MN narahatdır, çağırış etdi
Dünən, 15:22
Fidanın mesajı təşviş doğurdu – Qoşunlar ora girib, əgər çıxarılmasa…
Dünən, 13:42
Dünya Azərbaycanın uğurlu liderlik bacarığının bir daha şahidi oldu - İNCƏLƏMƏ
Dünən, 13:40
Bakıda 300 milyard razılaşdırıldı: Amma Leyen və Berbok… - AXI NİYƏ?..
Dünən, 13:37
Qaynı arvadının ölümünə səbəb olan plastik cərrahla bağlı növbəti şikayət - VİDEO
Dünən, 13:33
Rusiya nüvə doktrinasını buna görə yenilədi - Peskov
Dünən, 12:42
Kənd sakininin 25 manatlıq internetə ehtiyacı varmı? - HƏQİQƏTƏN DƏ...
Dünən, 12:40
Kim Çen In Rusiyaya səfər edə bilər
Dünən, 12:34
Göyçayda daha bir MƏMUR HARINLIĞI... - NARAZILIQ VAR...
Dünən, 12:31
Sizdə bu hallar varsa Şopoqoliksiniz - AÇIQLAMA
Dünən, 12:21
Rusiya-Ukrayna müharibəsində son durum açıqlandı - “Reuters“
Dünən, 12:17
Ermənistandan Fransaya xəyanət kimi qərar - konyak yalanı
Dünən, 12:14
Tramp bu qadını nazir təyin edir
Dünən, 11:39
Məmur biznesinin iflic etdiyi sahələrdə orta və kiçik sahibkarlıq can verir... - İnhisar, cərimələr, pul qıtlığı...
Dünən, 11:37
İqlim sammitinin qapanışı nədən ləngiyirdi? – Mübahisəli məsələ
Dünən, 11:34
Nəcməddin Sadıqovun YEYİNTİ ORTAQLARI... - İttihamı qəbul etmirlər, amma...
Dünən, 11:08
Dövlət Ehtiyatları Agentliyi auditini bu şirkətə - HƏVALƏ ETDİ
Dünən, 11:02
Ermənistanla münasibətimiz problemlidir - Rusiya səfirindən etiraf
Dünən, 10:57
Prezidentin köməkçisi Almaniya xarici işlər nazirinin Azərbaycana qarşı ittihamlarını qəbuledilməz adlandırıb - ETİRAZ
Dünən, 10:39
Naxçıvanda yeni həbslər... GÖZLƏNİLİR...
Dünən, 10:37
Bakıya “hücum”a cavab verildi - 3 hədəf var, oranı istəyirlər
Dünən, 10:28
Paşinyanın Bakıya bu “güzəşti” hiylədir – Moskvadan baxış
Dünən, 10:24
İlin sonuna qədər sülh sazişinin imzalanması mümkündür - ƏGƏR...
Dünən, 10:21
COP29-da tarixi nailiyyət: Bakı 1,3 trilyon dollarlıq yeni iqlim maliyyəsini hədəf seçib
Dünən, 03:58
COP29-da illik iqlim maliyyələşməsi üçün 300 milyard dollar təsdiqlənib
Dünən, 03:56
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru