Ucarda Qarabağ Qazisi NARAZILIQ EDİR... .....                     Mürsəl İbrahimovun “X5” sevdalı işçisi... .....                     Nəcəflinin XALQLA... XALQA QAPALI GÖRÜŞÜ... .....                     Tramp Ərdoğanı Putinlə yaxınlaşdıracaqmı? .....                     Məktəblərdə payız tətilindən sonra dərslər başlayıb .....                     Aqrar sektor niyə sürətlə geriləyir? .....                     Bayden Trampa qədər nüvə savaşı başladacaq .....                     Bu boyda işi tək adamın törədə biləcəyinə inanmıram .....                     Gəlirlərin artması üçün yeni yol tapılıb .....                     “Ədəbi əks-səda”nın sədası sonra çıxacaq .....                     Qərbi Azərbaycana QAYIDIŞ: Mane olmamalıdırlar... .....                     COP29-un tarixi uğuru nə oldu? .....                     Köçəryan sirləri açdı: .....                     Türkiyədən ermənipərəst jurnalistə qadağa: .....                     Bu gün Kəlbəcər Şəhəri Günüdür .....                     Berbok Bakını niyə erkən tərk edib? .....                     Sumqayıt şəhər 4 nömrəli xəstəxanaya yeni baş həkim təyin olunub .....                     "Bundan başqa bizə nə lazımdır axı?" .....                     Kimin hərbçiləri Mariupol və Xarkovda: “Havanın pisləşməsini gözləyirlər” .....                     “Seçilən müəlliflərin dövlət tərəfindən dəstəklənməsi arzuedilən olardı” .....                     Avropa yeni enerji böhranı ilə üzləşib .....                     Aptek müdürü işçisini vəhşicəsinə döydü .....                     Ermənistana silah daşınır .....                     Fidanın mesajı təşviş doğurdu .....                     Dünya Azərbaycanın uğurlu liderlik bacarığının bir daha şahidi oldu .....                     Bakıda 300 milyard razılaşdırıldı: Amma Leyen və Berbok… .....                     Qaynı arvadının ölümünə səbəb olan plastik cərrahla bağlı növbəti şikayət .....                     Rusiya nüvə doktrinasını buna görə yenilədi .....                     Kənd sakininin 25 manatlıq internetə ehtiyacı varmı? .....                     Kim Çen In Rusiyaya səfər edə bilər .....                     Göyçayda daha bir MƏMUR HARINLIĞI... .....                     Sizdə bu hallar varsa Şopoqoliksiniz .....                     Rusiya-Ukrayna müharibəsində son durum açıqlandı .....                     Ermənistandan Fransaya xəyanət kimi qərar .....                     Tramp bu qadını nazir təyin edir .....                     Məmur biznesinin iflic etdiyi sahələrdə orta və kiçik sahibkarlıq can verir... .....                     İqlim sammitinin qapanışı nədən ləngiyirdi? .....                     Nəcməddin Sadıqovun YEYİNTİ ORTAQLARI... .....                     Dövlət Ehtiyatları Agentliyi auditini bu şirkətə .....                     Ermənistanla münasibətimiz problemlidir .....                 

Bu gün TƏMİZ BİNƏQƏDİdən əsər-əlamət də yoxdur... - ACINACAQLI MƏNZƏRƏ...
Tarix: 7-06-2021, 09:56 | Çap et
Bu gün TƏMİZ BİNƏQƏDİdən əsər-əlamət də yoxdur...
...İşlənmiş uşaq bezləri, spirtli içki şüşələri, başı bədənindən qopmuş gəlinciklər, köhnə divan, qırılmış elektrik naqilləri dərənin ən uc nöqtəsində yerləşən Niyaməddin Məmmədovun evindən başlayaraq palçıqlı torpaq yola kimi uzanıb. Yoldan keçən sürücülər isə pəncərədən maşının altına boylanır, öz-özlərinə “Görəsən maşının altı dəydi” sualını verirlər. Bəzisi isə Binəqədi Bələdiyyəsindən gileylənir.

Niyaməddin Məmmədovun evi göl mənzərəsinə açılır. O, Binəqədi kəndində yerləşən gölün ətrafında yaşayanlardan biridir. Sakin deyir ki, buradakı anti-sanitariya vəziyyəti onu yaşamaqdan soyudur:

“Ağdamdan məcburi köçkünəm. Əvvəl başqa yerdə yaşayırdım. Oğlumu evləndirib, köçdüm Binəqədiyə. İndi bu zibilliyin içində yaşayıram. Camaat da öz zibilini bura atır. Bir dənə zibil qabı yoxdur. Elə özüm də evimdən düz aşağı atıram zibili. Nə əlacım var? Bir zibili atmaq üçün neçə kilometr yol getməliyəm?”

Binəqədi Qəsəbə Bələdiyyəsinin saytında verilən məlumata görə, hazırda orada yaşayan əhalinin sayı (qeydiyyatda olan) 38600, qeyri- rəsmi sayı isə (qeydiyyatsız yaşayanlarla birlikdə) 50000-ə yaxın təşkil edir.

Binəqədi Qəsəbə Bələdiyyəsinin şəffaflığı tənqid edilib

Binəqədi qəsəbəsində yaşayan, eyni zamanda ötən bələdiyyə seçkilərində namizəd olan ictimai fəal Rəbiyyə Məmmədova qəsəbənin problemlərini sosial mediada işıqlandırıb. O deyib ki, əhalinin sayı çox olan qəsəbənin elə problemləri də çoxdur. Qəsəbədəki sakinlərin əksəriyyəti qediyyatsız yaşayır, evlərin isə sənədləri yoxdur. Ərazinin böyük əksəriyyəti SOCAR-a aid olduğu üçün sənədsiz məskunlaşan qəsəbə sakinlərinin taleyi neft şirkətindən asılıdır.

““Bələdiyyə haqqında” qanunda hər şey öz əksini çox açıq şəkildə tapıb. “Bələdiyyə haqqında” qanunda deyilir ki, hər bir bələdiyyə yanvarın 1-də və aprelin 1-də sakinləri və seçiciləri ilə öz hesabatını paylaşmalıdır. Sakinlər bilməlidir ki, bələdiyyə büdcəni nəyə xərcləyir. Lakin Binəqədi Qəsəbə Bələdiyyəsi nəinki yanvarın 1-də, hətta aprelin ortalarına kimi yanvar ayının hesabatını paylaşmayıb. Təbii ki, aprel hesabatı da sakinlər üçün təqdim edilməyib. Mən də bir Binəqədi sakini və seçicisi olaraq getdim bələdiyyəyə və hesabatı mənə göstərmələrini tələb etdim. Binəqədi Qəsəbə Bələdiyyəsində məişət tullantıları üst-üstə yığılıb. Ümumiyyətlə, Binəqədi qəsəbəsində kanalizasiya sistemi belə yoxdur. Mən də bələdiyyədən bir hesabat tələb etdim. Bir kağız parçası çıxarıb göstərdilər. Orada çox gülməli rəqəmlər var. Onlar mənə sadəcə yanvar ayının hesabatını göstərdiər. Qanuna əsasən isə onlar bu hesabatı sakinlərin görə biləcəyi bir lövhədən asmalıdırlar”,- deyə Rəbiyyə Məmmədova bildirib.

Rəbiyyə Məmmədovaya təqdim edilən hesabata əsasən, idarənin saxlanma xərci 43 min 234 manat göstərilib. Ümumi bələdiyyə büdcəsində isə 45 min 334 manat olub. İctimai fəal hesab edir ki, Binəqədi Qəsəbə Bələdiyyəsinin özfəaliyyəti sadəcə binanı saxlamaqdan ibarətdir.

Eko-aktivist: “Binəqədidəki bütün kanalizasiyalar bu gölə axır”

Niyaməddin Məmmədovun evindən görünən göl Binəqədinin təbii sərvəti hesab edilir. Bu gölün ərazisi SOCAR-a aiddir. Gölün şərq hissəsində iki yatmış palçıq vulkanı – Böyükdağ və Kiçikdağ palçıq vulkanları yerləşir. Ərazinin digər dövlət əhəmiyyətli təbiət abidəsi gölün cənub-şərq hissəsində yerləşən “Binəqədi Faunası” - Binəqədi Dördüncü Dövr Fauna və Flora ərazisidir. Eko-aktivist Cavid Qara 2020-ci ilin yay aylarından bəri mütəmadi olaraq göl ərazisini təmizləmə kampaniyaları aparır. Lakin hələ də təmizləyib qurtara bilmədiyini deyir:

“Burada vəziyyət həddindən artıq çox pis idi. Gölün içi, çölü, qırağı çox pis çirklənmişdi. Təqribən 50 tondan artıq zibil yığdıq. Azı 15 dəfə bu gölü təmizləmişik. Binəqədidəki bütün kanalizasiyalar bu gölə axır. Bir tərəfdən də gölə tikinti materialları tökürlər. Göldə çoxlu balıqlar yaşayır. İndi baxırıq ki, sayları da azalıb. Çirkliliklə yanaşı tor atanlar balıqların axırına çıxıb. Neçə dəfə gəlib torları sökmüşük, baxırıq ki, yenə də atıblar. Balıqlar köhnə plastik torlara ilişib ölür”.

Meydan TV Binəqədi Qəsəbə Bələdiyyəsindən soruşmaq istədi ki, qəsəbənin ekoloji və sosial problemləri çox olduğu halda, qurum niyə öz binasının saxlanmasına bu qədər pul xərsləyir. Lakin bələdiyyədən sualı cavablandıran olmadı.

Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 1972-ci il 5 iyununda Stokholm şəhərində keçirilən iclasında ətraf mühit məsələləri diqqət mərkəzinə gətirilib. Problemin kəskinliyi, əhali arasında ekoloji şüurun genişləndirilməsi, ətraf mühitin mühafizəsi problemlərinə diqqət yönəldilməsi vacibliyini nəzərə alan iştirakçılar tərəfindən 5 iyunun «Ümumdünya ətraf mühit günü» kimi qeyd olunmasına qərar verilib. Növbəti ildən başlayaraq həmin gün bütün dünyada, həmçinin Azərbaycanda qeyd edilməyə başlanıb.

Niyaməddin Məmmədovun isə 5 iyun barədə heç bir məlumatı yoxdur. O deyir ki, dünyada nəyin günü keçirilir heç fərqi yoxdur. Binəqədi əhalisi üçün bütün günlərdə tək bir qayğı var: İsti havada zibilliyin iyindən necə oturacağıq?
//Mənbə: Meydan TV//

Bu gün TƏMİZ BİNƏQƏDİdən əsər-əlamət də yoxdur...
Bu gün TƏMİZ BİNƏQƏDİdən əsər-əlamət də yoxdur...









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Ucarda Qarabağ Qazisi NARAZILIQ EDİR... - MÜRACİƏT
Bu gün, 08:22
Mürsəl İbrahimovun “X5” sevdalı işçisi... - O GÖRÜNMƏZDİRMİ?
Bu gün, 08:17
Nəcəflinin XALQLA... XALQA QAPALI GÖRÜŞÜ... - BU NƏDİ BELƏ?..
Bu gün, 08:11
Tramp Ərdoğanı Putinlə yaxınlaşdıracaqmı? - NƏ BAŞ VERİR?
Bu gün, 08:08
Məktəblərdə payız tətilindən sonra dərslər başlayıb
Bu gün, 08:05
Aqrar sektor niyə sürətlə geriləyir? - NAZIRIN NƏZƏRİNƏ...
Bu gün, 07:11
Bayden Trampa qədər nüvə savaşı başladacaq - Skott Ritter
Bu gün, 07:07
Bu boyda işi tək adamın törədə biləcəyinə inanmıram - MƏHKƏMƏ
Bu gün, 07:03
Gəlirlərin artması üçün yeni yol tapılıb - "...nədənsə indi yada düşüb"
Bu gün, 06:48
“Ədəbi əks-səda”nın sədası sonra çıxacaq - MÜSAHİBƏ
Bu gün, 06:46
Qərbi Azərbaycana QAYIDIŞ: Mane olmamalıdırlar... - AKTUAL
Bu gün, 06:42
COP29-un tarixi uğuru nə oldu? - İNCƏLƏMƏ
Bu gün, 06:36
Köçəryan sirləri açdı: - Qarakənddə vurulan helikopterdə o da olub
Bu gün, 06:29
Türkiyədən ermənipərəst jurnalistə qadağa: - ölkəyə buraxılmadı
Bu gün, 00:08
Bu gün Kəlbəcər Şəhəri Günüdür
Bu gün, 00:03
Berbok Bakını niyə erkən tərk edib? - HƏQİQƏTƏN DƏ...
Dünən, 21:36
Sumqayıt şəhər 4 nömrəli xəstəxanaya yeni baş həkim təyin olunub - ƏMR
Dünən, 21:34
"Bundan başqa bizə nə lazımdır axı?"
Dünən, 19:28
Kimin hərbçiləri Mariupol və Xarkovda: “Havanın pisləşməsini gözləyirlər” - GƏLİŞMƏ
Dünən, 19:26
“Seçilən müəlliflərin dövlət tərəfindən dəstəklənməsi arzuedilən olardı” - ÇAĞIRIŞ
Dünən, 19:21
Avropa yeni enerji böhranı ilə üzləşib - “Bloomberg”
Dünən, 15:35
Aptek müdürü işçisini vəhşicəsinə döydü - DİN araşdırma aparır (VİDEO)
Dünən, 15:33
Ermənistana silah daşınır – MN narahatdır, çağırış etdi
Dünən, 15:22
Fidanın mesajı təşviş doğurdu – Qoşunlar ora girib, əgər çıxarılmasa…
Dünən, 13:42
Dünya Azərbaycanın uğurlu liderlik bacarığının bir daha şahidi oldu - İNCƏLƏMƏ
Dünən, 13:40
Bakıda 300 milyard razılaşdırıldı: Amma Leyen və Berbok… - AXI NİYƏ?..
Dünən, 13:37
Qaynı arvadının ölümünə səbəb olan plastik cərrahla bağlı növbəti şikayət - VİDEO
Dünən, 13:33
Rusiya nüvə doktrinasını buna görə yenilədi - Peskov
Dünən, 12:42
Kənd sakininin 25 manatlıq internetə ehtiyacı varmı? - HƏQİQƏTƏN DƏ...
Dünən, 12:40
Kim Çen In Rusiyaya səfər edə bilər
Dünən, 12:34
Göyçayda daha bir MƏMUR HARINLIĞI... - NARAZILIQ VAR...
Dünən, 12:31
Sizdə bu hallar varsa Şopoqoliksiniz - AÇIQLAMA
Dünən, 12:21
Rusiya-Ukrayna müharibəsində son durum açıqlandı - “Reuters“
Dünən, 12:17
Ermənistandan Fransaya xəyanət kimi qərar - konyak yalanı
Dünən, 12:14
Tramp bu qadını nazir təyin edir
Dünən, 11:39
Məmur biznesinin iflic etdiyi sahələrdə orta və kiçik sahibkarlıq can verir... - İnhisar, cərimələr, pul qıtlığı...
Dünən, 11:37
İqlim sammitinin qapanışı nədən ləngiyirdi? – Mübahisəli məsələ
Dünən, 11:34
Nəcməddin Sadıqovun YEYİNTİ ORTAQLARI... - İttihamı qəbul etmirlər, amma...
Dünən, 11:08
Dövlət Ehtiyatları Agentliyi auditini bu şirkətə - HƏVALƏ ETDİ
Dünən, 11:02
Ermənistanla münasibətimiz problemlidir - Rusiya səfirindən etiraf
Dünən, 10:57
Prezidentin köməkçisi Almaniya xarici işlər nazirinin Azərbaycana qarşı ittihamlarını qəbuledilməz adlandırıb - ETİRAZ
Dünən, 10:39
Naxçıvanda yeni həbslər... GÖZLƏNİLİR...
Dünən, 10:37
Bakıya “hücum”a cavab verildi - 3 hədəf var, oranı istəyirlər
Dünən, 10:28
Paşinyanın Bakıya bu “güzəşti” hiylədir – Moskvadan baxış
Dünən, 10:24
İlin sonuna qədər sülh sazişinin imzalanması mümkündür - ƏGƏR...
Dünən, 10:21
COP29-da tarixi nailiyyət: Bakı 1,3 trilyon dollarlıq yeni iqlim maliyyəsini hədəf seçib
Dünən, 03:58
COP29-da illik iqlim maliyyələşməsi üçün 300 milyard dollar təsdiqlənib
Dünən, 03:56
Avropa çətin vəziyyətdə: “Rusiya qazının idxalı azalsa…” - GƏLİŞMƏ
Dünən, 03:02
"Ərə sahib olmaq super bir hissdir..."
Dünən, 02:55
Cavid İsmayılzadənin "əli uzandı" - İLGİNC
Dünən, 02:52
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru