Türkiyədən ermənipərəst jurnalistə qadağa: .....                     Bu gün Kəlbəcər Şəhəri Günüdür .....                     Berbok Bakını niyə erkən tərk edib? .....                     Sumqayıt şəhər 4 nömrəli xəstəxanaya yeni baş həkim təyin olunub .....                     "Bundan başqa bizə nə lazımdır axı?" .....                     Kimin hərbçiləri Mariupol və Xarkovda: “Havanın pisləşməsini gözləyirlər” .....                     “Seçilən müəlliflərin dövlət tərəfindən dəstəklənməsi arzuedilən olardı” .....                     Avropa yeni enerji böhranı ilə üzləşib .....                     Aptek müdürü işçisini vəhşicəsinə döydü .....                     Ermənistana silah daşınır .....                     Fidanın mesajı təşviş doğurdu .....                     Dünya Azərbaycanın uğurlu liderlik bacarığının bir daha şahidi oldu .....                     Bakıda 300 milyard razılaşdırıldı: Amma Leyen və Berbok… .....                     Qaynı arvadının ölümünə səbəb olan plastik cərrahla bağlı növbəti şikayət .....                     Rusiya nüvə doktrinasını buna görə yenilədi .....                     Kənd sakininin 25 manatlıq internetə ehtiyacı varmı? .....                     Kim Çen In Rusiyaya səfər edə bilər .....                     Göyçayda daha bir MƏMUR HARINLIĞI... .....                     Sizdə bu hallar varsa Şopoqoliksiniz .....                     Rusiya-Ukrayna müharibəsində son durum açıqlandı .....                     Ermənistandan Fransaya xəyanət kimi qərar .....                     Tramp bu qadını nazir təyin edir .....                     Məmur biznesinin iflic etdiyi sahələrdə orta və kiçik sahibkarlıq can verir... .....                     İqlim sammitinin qapanışı nədən ləngiyirdi? .....                     Nəcməddin Sadıqovun YEYİNTİ ORTAQLARI... .....                     Dövlət Ehtiyatları Agentliyi auditini bu şirkətə .....                     Ermənistanla münasibətimiz problemlidir .....                     Prezidentin köməkçisi Almaniya xarici işlər nazirinin Azərbaycana qarşı ittihamlarını qəbuledilməz adlandırıb .....                     Naxçıvanda yeni həbslər... .....                     Bakıya “hücum”a cavab verildi .....                     Paşinyanın Bakıya bu “güzəşti” hiylədir .....                     İlin sonuna qədər sülh sazişinin imzalanması mümkündür .....                     COP29-da tarixi nailiyyət: Bakı 1,3 trilyon dollarlıq yeni iqlim maliyyəsini hədəf seçib .....                     COP29-da illik iqlim maliyyələşməsi üçün 300 milyard dollar təsdiqlənib .....                     Avropa çətin vəziyyətdə: “Rusiya qazının idxalı azalsa…” .....                     "Ərə sahib olmaq super bir hissdir..." .....                     Cavid İsmayılzadənin "əli uzandı" .....                     Azərbaycan Cənubi Qafqazın ən təhlükəsiz ölkəsidir .....                     "Daha fundamental əsərlər yazılmalı, filmlər çəkilməlidir" .....                     Dövlət qurumu 1,1 milyon manatlıq geyimləri .....                 

Eşqi Bağırovun VAKANT YER BİZNESİ... - Rəsmən BAZAR AÇIBLAR...
Tarix: 28-09-2021, 09:48 | Çap et
Eşqi Bağırovun VAKANT YER BİZNESİ...
Yeni dərs ili, həm də ənənəvi əyani tədris başladı. Amma hələ mart ayından birinci sinfə qəbul üçün elektron qeydiyyat məsələsində elit məktəblərdə, gimnaziyalarda yerlərin doldurulduğu bildirilir. Bu müstəvidə rast gəlinən şikayətlərdə qeyd olunur ki, Bakı şəhəri üzrə Təhsil İdarəsi rəhbərliyi direktorlarla əlbir olub bilərəkdən internet resursunda yerləri dolu göstərir, sonda isə rüşvət müqabilində imkanlı valideynlərə satır. Məktəblərin eynən cəmiyyətdə olduğu kimi təbəqələşməsi – “kasıblara, ortabablara, varlılara” bölünməsi mövzusunda KİV-də, eləcə də “Dəryaz.az” saytında yetərincə tənqidi məqalələr dərc olunub.
Digər tərəfdən, müəllimlərin də işə qəbulu və yerləşdirilməsi ilə bağlı problem bu sahədə kadrların çox olması məsələsini müzakirə predmetinə çevirib. Yeni dərs ilinin başlanğıcına olan məlumata görə, ölkəmizdə 4447 orta təhsil məktəbində 1,6 milyon şagird və 150 min müəllim var, hər 10 şagirdə bir müəllim düşür. Düzdür, Bakı şəhərində bu rəqəm daha aşağıdır, paytaxtın 320 orta ümumtəhsil məktəbində 440 min şagird var və onlarla 28 min müəllim işləyir. Bu o deməkdir ki, Bakıda 9 şagirdə bir müəllim düşür. Amma bölgələrdə bəzən 11-12 şagirdə bir müəllim düşür. Bu rəqəmlər tədrisin keyfiyyətinə bilavasitə təsir göstərən amillərdən hesab edilir. Hər il Azərbaycanın ali təhsil müəssisələrini 12 minə yaxın pedaqoji kadr bitirir və onların əvvəlki illərdə də işlə təmin olunması ilə bağlı ciddi problemlər var. Problemlər dövlət orta ümumtəhsil məktəblərində vakant yerlərin azlığı ilə bağlıdır. Yenə rəqəmlərə baxanda ancaq deyə bilərik ki, hər il Azərbaycanın orta ümumtəhsil məktəblərinə yaşı 65-dən yuxarı olan şəxslərin əmək müqaviləsinə xitam verildikdən sonra onların yeri vakant çıxarılır. Yaxud da bu və ya digər səbəbdən təhsil müəssisəsindən kənarlaşanların yeri vakant çıxarılır. Bir çox hallarda hətta müəllim işdən azad olunsa belə, yaşa görə çıxsa belə o yer vakant çıxarılmır. Çünki həmin məktəbdə yetəri qədər müəllim var.
Təhsil naziri Emin Əmrullayev sosial şəbəkə üzərindən bildirib ki, göstəricilərə uyğun olaraq, orta hesabla illik 5 min vakant yer ayrılması mümkündür. 150 min müəllim sayı olan sistemin ildə 15 min vakant yer ayırmaq imkanı yoxdur”. Bəs, nazirin də dediyi kimi, problemin həlli, yəni müəllim ixtisaslı kadrların çoxluğunun yaratdığı problem necə həll olunmalıdır? Bu o deməkdirmi ki, müəllim hazırlayan ali məktəblərdə yerlər azaldılmalıdır? Hətta bugünlərdə təhsil ekspertlərindən biri sırf müəllim hazırlayan Azərbaycan Pedaqoji Universitetinin bağlanması haqda təklif də irəli sürmüşdü. Digəri isə kolleclərdə pedaqoji yönümlü ixtisasların çıxarılmasını təklif etmişdi. Bir başqaları isə işləyən müəllimlərin yaş həddini 65-dən 55-ə endirməyin, müəllimlərə standart dərs saatları əsasında vahid vəzifə maaşı müəyyənləşməyin, yerdə qalan dərs saatlarının vakant olaraq çıxarılmasının tərəfdarıdırlar.

İndi aşkar etiraf olunur ki, müəllim çoxluğu rüşvətə də rəvac verir, iş tapmaq problemi ilə üzləşən təhsil işçiləri rüşvət verməklə özlərinə iş tapmağa məcbur olurlar. Amma o da müşahidə olunur ki, belə vəziyyət bəzi təhsil məmurlarına, məsələn Təhsil Nazirliyinin İnsan Resursları Şöbəsinin müdiri Eşqi Bağırov kimilərə sərf edir. İş o yerə gəlib çıxıb ki, hətta Müəllimlərin İşə Qəbulu üzrə imtahanlarda yüksək bal toplayan pedaqoqlar da bürokratik əngəllər, süni manelər səbəbindən işə düzəlməkdə çətinlik çəkirlər. Redaksiyanmıza daxil olan məlumatlarda bildirilir ki, Eşqi Bağırov imtahanlarda yüksək göstərici əldə etmiş müəllimləri hətta mövcud vakant yerlərə belə göndərməkdən imtina edir. Bu sətirlərin müəllifi öz qohumunun belə problemlə rastlaşdığının şahidi olub: Həmin müəllim pedaqogika üzrə magistraturanı qırmızı diplomla qurtarıb, MİQ imtahanında isə mümkün 60 baldan 56-nı toplayıb. Boş vakant yerin olduğunu öyrəndiyi məktəblərin birinə düzəlmək üçün BŞTİ-yə müraciət edib. Xətai rayonunda yerləşən məktəbin direktoru ona deyib ki, həqiqətən savadlı ingilis dili müəlliminə ehtiyac var. Müşayiət etdiyim üçün şahid oldum ki, işaxtaranı TN-nin Binəqədidə yerləşən İnsan Resursları İdarəsində Eşqi Bağırovun yanına buraxmadılar. Ancaq aşağıdan (üzün üzdən utanmasını əngəlləyən icadla) daxili telefonla əlaqə saxladı. Dəstəyin o başından qeydiyyatçı qız cavab verdi ki, sözügedən məktəbdə vakant müəllim yeri yoxdur, həmin yerə artıq bir aydır ki adam göndərilib. Namizəd yenidən məktəb direktoru ilə əlaqə saxladı. Direktor əvvəlki sözünü təsdiqləyərək, idarənin yalanını çıxardı. Bu dəfə qeydiyyatçı qız etiraf etdi ki, rəhbərlik (bizim misalda Eşqi Bağırov) işə adam götürməməyi tapşırıb.

58 bal toplamış ikinci qohumum da vacant yerlərlə bağlı işə qəbul üçün müraciət etsə də, sənədlərini təsdiqləmirlər. 59 bal bal toplamış üçüncü qohumum isə yaşadığı yerdəki məktəblərdən birində vacant yer olsa da, 70 km məsafədə yerləşən Bakı kəndlərinin birində yerləşən təhsil müəssisəsinə göndərilib.

Ünsiyyətdə olduğumuz tanış məktəb direktorlarından biri etiraf etdi ki, Eşqi Bağırov yeni müəllim götürməməyi, dərs yükünü faktiki işləyən müəllimlərin arasında bölməyi tapşırıb. Belə çıxır ki, hansı dərəcədə üstün savada malik müəllim olursansa ol, işdən ötrü müraciət edirsənsə, Eşqi Bağırovdan (onun iqamətgahından) aldığın birinci cavab “yox” kəlməsi olacaq. Eşqi Bağırov arxayındır ki, nəyin bahasına olur-olsun işə düzəlmək istəyən kəs, özüylə təkcə savad baqajı deyil, ayrı yük də gətirəcək. O da gəlməsə, başqası gəlib-gətirəcək, necə deyərlər, “doğanaqdan keçəcək”. Və bu cür korruptiv kadr siyasətinə görə onlara “gözün üstə qaşın var” deyən, işsiz müəllimləri dövlətdən, dövlət rəhbərliyindən narazı salmalarına görə qınayan yoxdur. Görəsən, bu hal nə vaxta qədər davam edəcək? Bəlkə işsiz müəllimləri işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzurda açılacaq məktəblərə göndərmək planı var, biz bilmirik. Belə bir plan mövcuddursa, onun indidən açıqlanması heç də qəbahət olmaz.

Mövzunu davam etdirəcəyik.

Habil Tağıyev . Deryaz.az









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Türkiyədən ermənipərəst jurnalistə qadağa: - ölkəyə buraxılmadı
Bu gün, 00:08
Bu gün Kəlbəcər Şəhəri Günüdür
Bu gün, 00:03
Berbok Bakını niyə erkən tərk edib? - HƏQİQƏTƏN DƏ...
Dünən, 21:36
Sumqayıt şəhər 4 nömrəli xəstəxanaya yeni baş həkim təyin olunub - ƏMR
Dünən, 21:34
"Bundan başqa bizə nə lazımdır axı?"
Dünən, 19:28
Kimin hərbçiləri Mariupol və Xarkovda: “Havanın pisləşməsini gözləyirlər” - GƏLİŞMƏ
Dünən, 19:26
“Seçilən müəlliflərin dövlət tərəfindən dəstəklənməsi arzuedilən olardı” - ÇAĞIRIŞ
Dünən, 19:21
Avropa yeni enerji böhranı ilə üzləşib - “Bloomberg”
Dünən, 15:35
Aptek müdürü işçisini vəhşicəsinə döydü - DİN araşdırma aparır (VİDEO)
Dünən, 15:33
Ermənistana silah daşınır – MN narahatdır, çağırış etdi
Dünən, 15:22
Fidanın mesajı təşviş doğurdu – Qoşunlar ora girib, əgər çıxarılmasa…
Dünən, 13:42
Dünya Azərbaycanın uğurlu liderlik bacarığının bir daha şahidi oldu - İNCƏLƏMƏ
Dünən, 13:40
Bakıda 300 milyard razılaşdırıldı: Amma Leyen və Berbok… - AXI NİYƏ?..
Dünən, 13:37
Qaynı arvadının ölümünə səbəb olan plastik cərrahla bağlı növbəti şikayət - VİDEO
Dünən, 13:33
Rusiya nüvə doktrinasını buna görə yenilədi - Peskov
Dünən, 12:42
Kənd sakininin 25 manatlıq internetə ehtiyacı varmı? - HƏQİQƏTƏN DƏ...
Dünən, 12:40
Kim Çen In Rusiyaya səfər edə bilər
Dünən, 12:34
Göyçayda daha bir MƏMUR HARINLIĞI... - NARAZILIQ VAR...
Dünən, 12:31
Sizdə bu hallar varsa Şopoqoliksiniz - AÇIQLAMA
Dünən, 12:21
Rusiya-Ukrayna müharibəsində son durum açıqlandı - “Reuters“
Dünən, 12:17
Ermənistandan Fransaya xəyanət kimi qərar - konyak yalanı
Dünən, 12:14
Tramp bu qadını nazir təyin edir
Dünən, 11:39
Məmur biznesinin iflic etdiyi sahələrdə orta və kiçik sahibkarlıq can verir... - İnhisar, cərimələr, pul qıtlığı...
Dünən, 11:37
İqlim sammitinin qapanışı nədən ləngiyirdi? – Mübahisəli məsələ
Dünən, 11:34
Nəcməddin Sadıqovun YEYİNTİ ORTAQLARI... - İttihamı qəbul etmirlər, amma...
Dünən, 11:08
Dövlət Ehtiyatları Agentliyi auditini bu şirkətə - HƏVALƏ ETDİ
Dünən, 11:02
Ermənistanla münasibətimiz problemlidir - Rusiya səfirindən etiraf
Dünən, 10:57
Prezidentin köməkçisi Almaniya xarici işlər nazirinin Azərbaycana qarşı ittihamlarını qəbuledilməz adlandırıb - ETİRAZ
Dünən, 10:39
Naxçıvanda yeni həbslər... GÖZLƏNİLİR...
Dünən, 10:37
Bakıya “hücum”a cavab verildi - 3 hədəf var, oranı istəyirlər
Dünən, 10:28
Paşinyanın Bakıya bu “güzəşti” hiylədir – Moskvadan baxış
Dünən, 10:24
İlin sonuna qədər sülh sazişinin imzalanması mümkündür - ƏGƏR...
Dünən, 10:21
COP29-da tarixi nailiyyət: Bakı 1,3 trilyon dollarlıq yeni iqlim maliyyəsini hədəf seçib
Dünən, 03:58
COP29-da illik iqlim maliyyələşməsi üçün 300 milyard dollar təsdiqlənib
Dünən, 03:56
Avropa çətin vəziyyətdə: “Rusiya qazının idxalı azalsa…” - GƏLİŞMƏ
Dünən, 03:02
"Ərə sahib olmaq super bir hissdir..."
Dünən, 02:55
Cavid İsmayılzadənin "əli uzandı" - İLGİNC
Dünən, 02:52
Azərbaycan Cənubi Qafqazın ən təhlükəsiz ölkəsidir - FAKT BUDUR!
Dünən, 02:45
"Daha fundamental əsərlər yazılmalı, filmlər çəkilməlidir"
Dünən, 02:42
Dövlət qurumu 1,1 milyon manatlıq geyimləri - BU ŞİRKƏTDƏN ALDI
Dünən, 02:30
Avropa İttifaqı sülhə mane olur - Çirkin "binokl diplomatiyası"...
Dünən, 02:29
Azərbaycanda logistika şirkəti - LƏĞV OLUNUR
Dünən, 00:05
"Səbail Market" fəaliyyətini dayandırdı
Dünən, 00:02
Nadir Qafarzadə Rusiyada torpaq sahəsi alıb? - AÇIQLAMA
23-11-2024, 17:22
Çavuşoğlunu Bakıya gətirən mühüm səbəb: - Qərbi Azərbaycanla bağlı nə baş verir?
23-11-2024, 17:15
Bir dəfəlik, yoxsa birdəfəlik sülh? - Bahəddin Həzi yazır...
23-11-2024, 15:02
Qloballaşan savaş: “Üçüncü Dünya müharibəsi başlayıb, sadəcə...” - GÖRÜNƏNİ BUDUR
23-11-2024, 15:00
Dəb indiki xoşbəxtlikdir, dəyər sonrakı peşmanlıq! - Aqşin Yenisey
23-11-2024, 14:58
Tramp Viktor Orbana zəng etdi
23-11-2024, 14:06
“Kişi kimi uduzmaq lazımdır, dovşan kimi yox” - Zaur Axundovdan yığmaya sərt tənqid
23-11-2024, 13:57
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru