“Spero Hospital“da qalmaqal .....                     Zəngilan şəhərinə ilk köç başlayır: 600 min manatlıq tender .....                     Qərbin ən iyrənc ssenariləri: Cəsus şəbəkələrinin iştirakı ilə çızılır .....                     Bakı onu seçdi: İki mühüm coğrafiyaya “qapı” açılır .....                     "O pulu sizə halal etmirəm" .....                     Həmidə Ömərovadan qalmaqallı xəbərə münasibət .....                     “İran rəsmilərinin Azərbaycan əleyhinə bəyanatları...” .....                     Azərbaycan NATO ilə imzaladığı əməkdaşlıq məsələlərinə ciddi yanaşır .....                     Bakını hədəfə aldı, özü “vuruldu”: 4 səhvə görə prezidentliyi itirəcək .....                     Rüfət Səfərovun həbsinə nə səbəb olub? .....                     "Oğlumun qanını yerdə qoymayacağam" .....                     Ermənistanın avantürist çıxışları: İrəliləyişlərin səbəbi... .....                     Suriyadakı proses Ukraynada da təkrarlana bilər .....                     Məmurlar sosial şəbəkələrdən necə istifadə edirlər? .....                     ABŞ-nin Azərbaycana təcrid siyasəti: OCCPR təşkilatının bağlı olduğu yer USAİD-dir .....                     "Ya oxumağını et, ya da kinoya çəkil..." .....                     “Vətəndaş A”nın dron söhbəti yalan çıxdı .....                     Rüfət Səfərova HÖKM OXUNDU .....                     Avropa Ukraynanı fəda etmək niyyətində deyil: .....                     310 min manatlıq torpaq maxinasiyası... .....                     Turan ideyasına qarşı yaradılan “gizli əl” .....                     Generalın şikayəti təmin edilmədi .....                     Ermənistan hakimiyyətinə Azərbaycanla müharibə lazım deyil .....                     Məşhurların adından istifadə edib jurnalist xanımı aldatdılar .....                     Bayden Administrasiyasının uğursuz planı: Niyə Səfərov? .....                     Rüfət Səfərova əlavə ittiham verildi: Məhkəmə gedir .....                     Əsas hədəf yeni “Minsk Qrupu planı”nı işə salmaqdır .....                     Ədliyyə naziri onu rəis TƏYİN ETDİ .....                     “Ağadadaşı tutdular, 3-5 il verdilər, nə dəyişəcək?” .....                     "Kənd yumurtası" bahalaşır, sənaye üsulu ilə istehsal olunanlar isə… .....                     Bu rəhbər şəxslərə şiddətli töhmət verildi .....                     "Azpulmat" və "Manato" qaydaya əməl etmir... .....                     Xalq artisti Sevinc Heydərovadan 30 min manat tələb edib? .....                     Rütte Kiyevi hələ səbrli olmağa çağırıb .....                     “Vurulan” məmur və deputatların “sirli” vəzifəsi .....                     Messi və komanda yoldaşları Bakıya gəlir .....                     Qanunlar pozulur... aidiyyatı qurumlar görərsə... .....                     Arabir yağış yağacağı gözlənilir .....                     Gəncə Dövlət Regional Kollecinin direktoru vəzifəsindən azad edilib .....                     "Mediasiya xərclərini ödəmək üçün kifayət qədər vəsaiti olmayan..." .....                 

Bura təhsil ocağıdır, YOXSA?.. - İLGİNC İDDİALAR...
Tarix: 15-11-2021, 10:25 | Çap et
Bura təhsil ocağıdır, YOXSA?..
Bir neçə gün öncə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Tovuz Peşə Liseyinin direktoru Tanırverdi Tanırverdiyevin qanunsuz əməlləri ilə əlaqədar aparılan araşdırma nəticəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanan cinayət işinin istintaqı tamamlanması barədə məlumat yaydı.

Sözügedən məlumatda bildirilirdi ki, istintaqla qeyd olunan vəzifədə işləyərkən Tanırverdi Tanırverdiyevin lisey müəllimlərinin 2017-2021-ci illər ərzində faktiki olaraq tədris etmədikləri halda rəsmi sənədləri saxtalaşdırıb həmin şəxslərə əlavə dərs saatının rəsmiləşdirilməsi yolu ilə dövlət büdcəsindən ayrılmış ümumilikdə 69 min 400 manat məbləğində pul vəsaitini mənimsəmə və israf etmə yolu talamasına, vəzifə səlahiyyətlərindən sui-sitifadə etməsinə, bir nəfər şəxsi həmin liseyə işə qəbul etmək üçün 2 min 500 manat məbləğində rüşvət almasına, habelə işə laqeyd münasibəti nəticəsində Təhsil Nazirliyi tərəfindən müəyyən edilmiş daxili qaydaların pozulması ilə dövlətin qanunla qorunan mənafelərinə 122 min 500 manat məbləğində zərər vurulmasına səbəb olan səhlənkarlıq hərəkətlərinə yol verməsinə əsaslı şübhələr müəyyən edilib.

Bütün bunların hamısı əyalətdə, paytaxtdan xeyli uzaq bir rayonda, kiçik bir peşə liseyində baş verənlərdir. Bəs görəsən Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi çox uzaqda deyil, Tovuza qonşu olan Qazax rayonundakı Dovlət Sosial-İqtisadi Kollecinin fəaliyyətini araşdırsa nələr üzə çıxararlar?

Əvvəlcə gəlin kolleclə bir az yaxından tanış olaq. Qeyd edək ki, 26 avqust 2002-ci il tarixində Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarına əsasən Qazax Kənd Təsərrüfatı Texnikumunun bazasında yaradılmış bu kollecdə hazırda aşağıdakı ixtisaslar üzrə mütəxəssislər hazırlanır: Fiziki tərbiyə müəllimliyi (ümumi orta təhsil bazası üçün); Peşə təlimi; Hüquq mühafizə fəaliyyəti; Mühasibat uçotu; Maliyyə işi; Yol hərəkətinin təşkili; Baytarlıq; Aqronomluq. İllik qəbul təxminən 250 nəfər olmaqla, kollecdə 750 nəfərdən artıq şagird ixtisas təhsili alır. Burada dərs keçən müəllimlərin sayı barədə məlumat tapa bilmədik. Amma kimin rəhbərlik etdiyini hamı bilir. Kollecə direktorluq sanki Elşad Quliyevin alnına yazılıb. Azı 20 ilə yaxındır ki, bu təhsil müəssisəsinə rəhbərlik edir. Eynən Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin barəsində cinayət işi açdığı Tovuz Peşə Liseyinin direktoru Tanırverdi Tanırverdiyev kimi. O, da azı 20 il idi ki, peşə liseyinə rəhbərlik edirdi. Onun fəaliyyətinin son illərində bu qədər mənimsəmələr üzə çıxıbsa, görün 20 ildə nələr toplayıb bu adam.

Qazax Dovlət Sosial-İqtisadi Kollecinin direktoru Elşad Quliyev də qonşudan geri qalan deyil. Onun fəaliyyəti barədə dövrü mətbuatda görün nələr yazırlar. Bu gün Qazax Dövlət Sosial-İqtisadi Kollecinin əksər tələbələrinin təqaüdləri mənimsənilir. Bunu valideynlər iddia edirlər,biz deyil. Onlar uşaqlarının direktor tərəfindən cəzalandırılacaqlarından çəkinərək adlarının çəkilməsini istəmirlər. Digər tərəfdən də valideyn və tələbələr dövlət sənədi olan qiymətləndirmə jurnallarında müəllimlər tərəfindən qeyd olunmuş qiymətlərlə, kollecin monitorinq və qiymətləndirmə şöbəsinin kompüterində qeydə alınmış və bilavasitə direktor tərəfindən tənzimlənən qiymətlər arasında ciddi fərqlər olduğunu iddia edirlər. Dövrü mətbuatın yazdığına görə Kollecdə müxtəlif ixtisasar üzrə təhsil alan tələbələrin çoxu il ərzində heç dərs üzü görmürlər. Çünki, tələbələrin əksəriyyəti rayonda qalmalı və ev kirayələməlidirlər. Belə olan halda müəyyən xərcə düşəcəyini anlayan tələbə ya onun valideyni dərhal Elşad müəllimlə “danışıqlara” gedərək birgə çıxış yolu tapırlar.

Qazax Dovlət Sosial-İqtisadi Kollecində dövlət vəsaitləri də mənimsənilir. Bunu isə Aktualinfo.org apardığı araşdırmalar zamanı üzə çıxarıb. Belə ki, Kollecin Tender Komissiyası tərəfindən keçirilmiş kotirovka sorğusu prosedurlarında ciddi qanun pozuntularına yol verildiyinə, dövlət satınalmaları haqqında qanunun tələblərinə əməl edilməməsinə, bağlanmış müqavilələrdə saxtakarlıq hallarına yol verilməsi, habelə satın alınan malların (xidmətlərin) gizlədilməsinə şübhə yaradan bir sıra hallar məlum olmuşdur.

Qazax Dovlət Sosial-İqtisad Kolleci tərəfindən 2020-2021-ci illərdə keçirilmiş, lakin nəticələrinin ictimaiyyətdən gizlədildiyi şübhəsi doğuran kotirovka sorğuları aşağıdakılardır:

Cari təmir işlərinin satın alınması üzrə 07.07.2021-ci il tarixdə elan olunmuş kotirovka sorğusunun nəticələri;

Maşın və avadanlığın satın alınması üzrə 18.11.2020-ci il tarixdə elan olunmuş kotirovka sorğusunun nəticələri;

Cari təmir işlərinin satın alınması üzrə 27.10.2020-ci il tarixdə elan olunmuş kotirovka sorğusunun nəticələri;

Dəftərxana mallarının alınması üzrə 02.06.2020-ci il tarixdə elan olunmuş kotirovka sorğusunun nəticələri;

Dəfərxana malları üzrə 25.05.2020-ci il tarixdə elan olunmuş kotirovka sorğusunun nəticələri;

Qeyd edək ki, Dövlət satınalmalarının rəsmi portalına yerləşdirilmiş məlumatlardan da görsəndiyi kimi Qazax Dovlət Sosial-İqtisad Kollecinin Tender Komissiyası yuxarıda göstərilən tarixlərdə kotirovka sorğularının keçirilməsi barədə elan versə də, keçirilmiş kotirovka sorğularının nəticələri barədə məlumatları gizlətmiş, müqavilələrin bağlanması barədə heç bir məlumat verməmiş, ayrılan vəsaitlər barədə məlumatları gizlətmişdir. Yuxarıda qeyd etdiyimiz elanlardan da görsəndiyi kimi Kollec tərəfindən keçirilmiş kotirovka sorğularında “Dövlət Satınalmaları Haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinin aşagıdakı tələbləri kobud şəkildə pozulmuşdur.

Xüsusilə qeyd etmək istərdik ki, 2019-cu ildən sonra Qazax Dovlət Sosial-İqtisadi Kollecinin Tender Komissiyasınin keçirdiyi kotirovka sorğuları barədə Dövlət satınalmalarının rəsmi portalının bazasında heç bir məlumat yerləşdirilməyib. Bu da yuxarıda qeyd etdiyimiz kimi “Dövlət Satınalmaları Haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinin tələblərinin pozulması deməkdir.

Bütün yuxarıda göstərilən qanun pozuntuları ilə bağlı Qazax Dovlət Sosial-İqtisadi Kollecinin Tender Komissiyasna ünvanladığımız elektron sorğu məktubu cavabsız qaldı. Sonra da deyirlər ki, mətbuat birtərəfli mövqe tutur. Biz nə edək ki, Elşad Quliyevin rəhbəri olduğu kollecdə telefonlar belə işləmir. Hətta Qazax rayon İcra Hakimiyyətindən əldə etdiyimiz telefon nömrəsi belə. Bu səhlənkarlıqla, nəzarətsizliklə Qazax Dovlət Sosial-İqtisadi Kolleci necə idarə olunur? Bu kollecin direktoru Elşad Quliyevin arxayınçılığından irəli gəlmirmi? Dövrü mətbuatda dərc olunmuş çoxsaylı yazılarda Kollecə rəhbərlik etdiyi uzun illər ərzində onun arxasında sabiq MTN rəisi Eldar Mahmudovun durduğu buldirilir. Amma Eldar Mahmudov indi yoxdur. Bəs indi Elşad Qulyevin arxasında dayanan, ona bir təhsil ocağında istədiklərini etməyə şərait yaradan kimdir? Əslində onun arxasında Təhsil Nazirliyində gözəgörünməz bir qüvvə durur. Bu şəxs artıq dördüncü Təhsil naziri ilə çalışır. İdarə etdiyi Kollec də göz qabağındadır. Göründüyü kimi Misir Mərdanovla başlamış, Mikayıl Cabbarovla, sonra Ceyhun Bayramovla işbirliyində olmuş Elşad Quliyev indi də gənc, islahatçı nazir Emin Əmrullayevlə fəaliyyətini çəkinmədən davam etdirir.

Amma Emin Əmrullayev bilməlidir ki, Qazax Dovlət Sosial-İqtisadi Kollecii təhsil ocağından daha çox bir rüşvət və korrupsiya, səhlənkarlıq, özbaşınalıq yuvasıdır. Onun direktoruun adı isə bir çox qaranlıq işlərdə hallanır. Dövrü mətbuatın yazdığına görə, Elşad müəllimin vəzifəsindən sui-istifadə edərək bu illər ərzində dövlətin ətək-ətək pullarını müxtəlif yollarla çıxdaş edib, əvəzində sahibi olduğu var-dövləti sadalamaqla qurtarası deyil. Oğurladığı yüzminlərlə dövlət vəsaitlərindən və imtahanlardan, qəbuldan aldığı pulların hesabına Elşad Quliyev son illər ərzində Qazax mahalının ən varlı adamlarından birinə çevrilib. Belə olmasaydı onun Hüseynbəyli kəndinin yolayrıcında,ikimərtəbəli mağazası, kafe-yeməkxana,çayxanası, «Azpetrol»un arxasında dəyəri 100 min manatı keçən villası, Bakıda neçə-neçə evləri olmaz, bir neçə adda xarici maşina sahib ola bilməzdi.

Aktualinfo.org









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Spero Hospital“da qalmaqal – Baş mühasib dava saldı
4-12-2024, 21:52
Zəngilan şəhərinə ilk köç başlayır: 600 min manatlıq tender - DETALLAR
4-12-2024, 21:42
Qərbin ən iyrənc ssenariləri: Cəsus şəbəkələrinin iştirakı ilə çızılır - AKTUAL
4-12-2024, 21:38
Bakı onu seçdi: İki mühüm coğrafiyaya “qapı” açılır – Qarabağ detalı
4-12-2024, 21:34
"O pulu sizə halal etmirəm" - Əməkdar artist
4-12-2024, 21:10
Həmidə Ömərovadan qalmaqallı xəbərə münasibət - "Mənim adımı niyə verirlər?"
4-12-2024, 21:08
“İran rəsmilərinin Azərbaycan əleyhinə bəyanatları...” - ŞƏRH
4-12-2024, 21:03
Azərbaycan NATO ilə imzaladığı əməkdaşlıq məsələlərinə ciddi yanaşır - RƏY
4-12-2024, 20:39
Bakını hədəfə aldı, özü “vuruldu”: 4 səhvə görə prezidentliyi itirəcək - GƏLİŞMƏ
4-12-2024, 20:36
Rüfət Səfərovun həbsinə nə səbəb olub? - TƏFƏRRÜAT
4-12-2024, 20:31
"Oğlumun qanını yerdə qoymayacağam" - Qətlə yetirilən şəxsin anası
4-12-2024, 20:04
Ermənistanın avantürist çıxışları: İrəliləyişlərin səbəbi... - Bakının konstruktiv yanaşmasıdır
4-12-2024, 20:02
Suriyadakı proses Ukraynada da təkrarlana bilər - Sərdar Cəlaloğlunun TƏHLİLİ
4-12-2024, 19:55
Məmurlar sosial şəbəkələrdən necə istifadə edirlər? – “Bu, onların vəzifə öhdəliyidir”
4-12-2024, 19:53
ABŞ-nin Azərbaycana təcrid siyasəti: OCCPR təşkilatının bağlı olduğu yer USAİD-dir - NƏ BAŞ VERİR?
4-12-2024, 19:30
"Ya oxumağını et, ya da kinoya çəkil..."
4-12-2024, 19:26
“Vətəndaş A”nın dron söhbəti yalan çıxdı - AÇIQLAMA
4-12-2024, 19:23
Rüfət Səfərova HÖKM OXUNDU - 4 aylıq HƏBS və...
4-12-2024, 19:20
Avropa Ukraynanı fəda etmək niyyətində deyil: - həm pul, həm silah, həm də sığınacaq
4-12-2024, 19:15
310 min manatlıq torpaq maxinasiyası... - Keçmiş sədr Ali Məhkəməyə müraciət etdi
4-12-2024, 19:09
Turan ideyasına qarşı yaradılan “gizli əl” - Yeni münaqişə başlaya bilər
4-12-2024, 19:04
Generalın şikayəti təmin edilmədi - QƏRAR
4-12-2024, 19:01
Ermənistan hakimiyyətinə Azərbaycanla müharibə lazım deyil - Paşinyan belə deyir...
4-12-2024, 18:59
Məşhurların adından istifadə edib jurnalist xanımı aldatdılar - ARAŞDIRMA
4-12-2024, 18:56
Bayden Administrasiyasının uğursuz planı: Niyə Səfərov? - Asif Nərimanlı yazır...
4-12-2024, 18:53
Rüfət Səfərova əlavə ittiham verildi: Məhkəmə gedir - TƏFƏRRÜAT
4-12-2024, 18:49
Əsas hədəf yeni “Minsk Qrupu planı”nı işə salmaqdır - Qərb Ermənistanın fəlakətində maraqlıdır
4-12-2024, 18:47
Ədliyyə naziri onu rəis TƏYİN ETDİ - ƏMR
4-12-2024, 14:51
“Ağadadaşı tutdular, 3-5 il verdilər, nə dəyişəcək?” - Şeyxdən xalq artistinin baltalı hücumunu yatıracaq sözlər
4-12-2024, 14:49
"Kənd yumurtası" bahalaşır, sənaye üsulu ilə istehsal olunanlar isə… - BELƏ DAVAM EDƏRSƏ...
4-12-2024, 13:53
Bu rəhbər şəxslərə şiddətli töhmət verildi - ADLAR
4-12-2024, 13:41
"Azpulmat" və "Manato" qaydaya əməl etmir... - Faizlər hələ də yüksəkdir
4-12-2024, 13:20
Xalq artisti Sevinc Heydərovadan 30 min manat tələb edib? - AÇIQLAMA
4-12-2024, 13:16
Rütte Kiyevi hələ səbrli olmağa çağırıb
4-12-2024, 13:07
“Vurulan” məmur və deputatların “sirli” vəzifəsi – Nazirliklərdə “ələkçinin qıl verəni” ştatı
4-12-2024, 13:04
Messi və komanda yoldaşları Bakıya gəlir - GÖRÜŞƏ BİLMƏK ÜÇÜN...
4-12-2024, 13:01
Qanunlar pozulur... aidiyyatı qurumlar görərsə... - BU DA FAKT!
4-12-2024, 12:59
Arabir yağış yağacağı gözlənilir - belə deyirlər...
4-12-2024, 12:57
Gəncə Dövlət Regional Kollecinin direktoru vəzifəsindən azad edilib - ƏMR
4-12-2024, 12:52
"Mediasiya xərclərini ödəmək üçün kifayət qədər vəsaiti olmayan..." - Ekspert danışır...
4-12-2024, 12:48
Azərbaycanda vəzifəli şəxs intihar etdi - TƏFƏRRÜAT
4-12-2024, 12:44
8 min erməni mühasirəyə düşdü: deyirlər, türklərin… - Mesropyan
4-12-2024, 12:38
Tramp qubernatoru Pentaqonun rəhbəri vəzifəsinə təyin edə bilər
4-12-2024, 12:34
Röyal Sarıməmmədova verilən vaxt daralır - İLGİNC FAKTLAR
4-12-2024, 12:28
Qərbi Azərbaycana axır ki, türk vali təyin olundu - AÇIQLAMA
4-12-2024, 12:19
“Kristal Bakı İnşaat” təşkilati-hüquqi formasını dəyişir
4-12-2024, 12:16
Bazarda satılan məhsullar BAHALAŞACAQ – Yeni qərar qüvvəyə minir
4-12-2024, 11:58
Həbs edilən bələdiyyə sədri saxta sənədlər düzəldərək rüşvət alırmış - TƏFƏRRÜAT
4-12-2024, 11:56
Milli Məclisin iclası niyə LƏĞV OLUNDU? - ehtiyac qalmayıb
4-12-2024, 11:54
Şəbnəm QADAĞA QOYDU: - “Həddini bildirirəm”
4-12-2024, 11:49
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru