Nizami məhkəməsi 6 ildir “Kapitalbank”a qarşı iddianı “fırladır” - NARAZILIQ!
Tarix: 25-01-2022, 11:42 | Çap et
Azərbaycanda məhkəmə hakimiyyətinin özünü “JEK”dən də aşağı səviyyəyə endirməsi on illər öncə çıxarılan qərarların icrasına sözügedən kontorun qadağa qoymasında tam çılpaqlığı ilə üzə çıxır. Xətai Məhkəməsinin 26.05.2009 tarixli 2 (011)-451/09 saylı qətnaməsi ilə 1-ci dərəcəli Qarabağ qazisinə sahibkarlıq məqsədilə verilən Bəhruz Nuriyev -10 ünvanındakı qeyri-yaşayış otaqlarının açarlarının tələbkara verilməsindən əsas borclu ƏMDK (hazırda İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (ƏMDX) ona görə imtina edib ki, “JEK” icazə vermir!
Konstitusiyaya hörmətsizliyi göz önünə gətirin ƏMDK-nın sədr müavini Rafiq Cəlilov (hazırda Ana Qanuna hörmətsizliyini Cəlilabad RİH başçısı kimi sürdürür) 17.03.2011 tarixli məktubla bildirib ki, Nizami MKTB məhkəmənin onun üzərinə qoyduğu öhdəliyi icra edəndən sonra, Komitə tələbkar qazi ilə icarə müqaviləsinin bağlanması məsələsinə baxa bilər. Fikir verin, məcburi icra edilməsi Konstitusiyanın 129-cu maddəsi ilə doğrulanan məhkəmə qərarının icrasına (2 il keçəndən sonra) “baxıla bilərliyi” balanssaxlayıcı “JEK”-in razılığından asılı imiş! Təbii ki, Nizami RİH başçısı, hazırda Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov MKTB sədri olan bacanağı, hazırda 1 saylı ərazi nümayəndəliyinin başçısı Həsən Sadıxova icranı “dolandırmağı, fırlatmağı” tapşırıb(Tapşırığın hansı oliqarxın sifarişi olmasını hüquq mühafizə orqanları yaxşı bilir və səslərini çıxara bilmirlər). Borclular ƏMDK (yanındakı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti vasitəsilə) və Nizami RİH (MKTB) məhkəmə qərarını icra etmək yerinə, bir-birinə sorğu (? -M.B.) ilə B.Nuriyev -10-dakı otaqların həmin ünvandakı “Kapitalbank”ın Nizami filialının mülkiyyətində olması “səbəbindən” icranın mümkün olmadığına Ədliyyə Nazirliyinin Xətai və Nizami icra şöbələrini də, Xətai Məhkəməsinin hakimi Habil Məmmədovu da müəyyən haqq qarşılığında inandıra biliblər. Təsəvvür edin, hakim dövlətin adından çıxarılan məhkəmə qərarının icrasını mümkün saymayıb ki, “Kapitalbank”ın mülkiyyətidir. Məhkəmə qərarının icrasına mane olduqlarına görə məhkəməyə verilən borcluların sırasına “Kapitalbank”ın Nizami filialının da əlavə edilməsi filial müdiri İ.N. Allahverdiyevi 14.03.2011 tarixli 297 saylı məktubla 25 saylı DSK-nın yerləşdiyi ofisin filialın balansına heç bir aidiyyatının yoxluğunu bildirməyə vadar edib. Lakin Bakı Apellyasiya Məhkəməsi (sədrlik edən Tofiq Səmədov) fakt qarşısında növbəti cinayətkar saxtalığa əl atıb, həmin ofisin Rafiq Cəlilovun sədrin adından imzaladığı, “JEK” müdiri Həsən Sadıxovun imzası ilə təsdiq etdiyi (?) saxta şəhadətnaməyə əsasən Hüseynov Aydın Bəxtiyar oğlunun (yəqin indi başqasının adına sənədləşdirilib ) mülkiyyətində olması əsası ilə icranın mümkün olmadığını qət edib. Konstitusiyanın 129-cu maddəsini bir qırağa qoyaq, MƏHKƏMƏ HAKİMİYYƏTİNİN FAKTLAR VƏ SÜBUTLARLA QƏRAR ÇIXARMASINA BAXIN: birinci instansiya icranı mümkün saymayıb ki, “Kapitalbank”ın mülkiyyətidir, yuxarı instansiya isə mümkün saymayıb ki, AYDIN HÜSEYNOVUN mülkiyyətidir! Ali Məhkəmə (sədrlik edən Qəhrəman Allahverdiyev) də özbaşınalığa öz töhfəsini verib : OFİS HƏM BANKIN, HƏM DƏ AYDIN HÜSEYNOVUN MÜLKİYYƏTİDİR! BİRCƏ MƏHKƏMƏ QƏRARI İLƏ OFİSƏ HÜQUQU OLAN QARABAĞ QAZİSİNİN İCARƏSİNƏ BELƏ VERİLƏ BİLMƏZ! Hətta tələbkar qazinin “icranın Bəhruz Nuriyev -10-dakı otaqlara yönəldilməsi və icraya mane olan borclular ƏMDK, Nizami RİH, Kapitalbank”ın Nizami filialı, Ədliyyə Nazirliyinin Xətai və Nizami icra şöbələrinin məsuliyyətinin müəyyən edilməsi üçün xüsusi qərardadla prokurora xəbər verilməsi” tələbi Xətai Məhkəməsinin (hakim İlqar Əliyev) 21.06.2011 tarixli 2 (011)-855/11 saylı qətnaməsi ilə qismən təmin olunaraq, prokurora xəbər verilməsi hissəsində təmin olunmaması barədə qətnaməsi və onun əsasında verilən 22.07.2011 tarixli icra vərəqəsini 3 il borclular tələbkardan gizlədib!(?) MÜTƏŞƏKKİL MƏHKƏMƏ, İCRA, ƏDLİYYƏ CİNAYƏTKARLIĞI GÖZ ÖNÜNDƏ OLSA DA, artıq 11 ildir Baş prokuror və yanındakı Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin nəinki cinayət işi başlamaq, icranı təmin etmək gücü də yoxdur. Görünür, əmlakı ələ keçirən oliqarx məmur elə “yekəlikdədir” ki, nə Baş prokurorun, nə də daxili işlər nazirinin gücü çatır. Ali rəhbərliyi isə şikayətlərdən bilgiləndirmək Prezident köməkçisi, dövlət nəzarəti şöbəsinin müdiri Kərəm Həsənova sərf etmir. Yəqin Avropa Məhkəməsi bilgiləndirməli olacaq.
“Kapitalbank”ın Qarabağ qazisinin mülkiyyət, istehlakçı, məhkəmə təminatı hüququna qadağa qoyması bununla bitmir. 6 ildir qazinin Prezident təqaüdünü bloklayıb, 6 aydan sonra rüsum qarşılığında açan banka qarşı iddianı Nizami Məhkəməsinin hakimi Fikrət Mirzəyev necə itiribsə, hələ də nə Ombudsman, nə Məhkəmə Hüquq Şurası tapa bilir. 9 ay qabaq qaldırılan iddia ərizəsini gənc hakim Ülkər Yusifova təqdim etmədiyi qərardadla geri qaytarıb ki, bankın Nizami filialı Nizami rayonundakı Bəhruz Nuriyev -10 ünvanında yerləşmir.
Bakı Apellyasiya Məhkəməsi bu qərardadı 06.08.2021 tarixli qərardadla ləğv edib, Nizami Məhkəməsinə qaytarsa da, iş yenidən qərardadı ləğv edilən Ülkər Yusifovaya verilib və o da 6-cı aydır işə baxmaqdan imtina edir. İddiaya Beynəlxalq Bankın da MPM-in tələbinə uyğun olaraq əlavə edilməsinə də baxmayan Nizami Məhkəməsinin banklar qarşısında öhdəlik götürməsi bəlli olur. Halbuki, əksinə olmalıdır. Banklar süni, yekəxana üstünlüklərindən yararlanıb, faiz tutulması nəzərdə tutulmayan vəsaitlərdən haqq tutmaqda davam edirlər. Özü də müştərini aldatmaqla. Beynəlxalq Bankın Nizami filialında hesab açdıranda Qarabağ qazisindən toplam 20 manat haqq tutulub ki, hesaba yerli və xarici valyuta ilə pul daxil olanda faiz tutulmayacaq. Bəs niyə tutulur? Niyə banklar məhkəmə təminatı hüququna da kobud qadağa qoyublar? Suallar çox, cavab verən yox. Nə vaxtadək?
Məğrur BƏDƏLSOY
P.S. 13 ildir 2 məhkəmə qərarı ilə Qarabağ qazisinə verilən otaqların məmurlar tərəfindən işğalı sürür. Şuşanın azadlığının 28 il yarım çəkdiyini nəzərə alsaq, yəqin ki, 15 il yarımdan sonra işğala son qoyulacaq...
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "Bundan başqa bizə nə lazımdır axı?"
Bu gün, 19:28 |
|
|
|
• Kimin hərbçiləri Mariupol və Xarkovda: “Havanın pisləşməsini gözləyirlər” - GƏLİŞMƏ
Bu gün, 19:26 |
|
|
|
• “Seçilən müəlliflərin dövlət tərəfindən dəstəklənməsi arzuedilən olardı” - ÇAĞIRIŞ
Bu gün, 19:21 |
|
|
|
• Avropa yeni enerji böhranı ilə üzləşib - “Bloomberg”
Bu gün, 15:35 |
|
|
|
• Aptek müdürü işçisini vəhşicəsinə döydü - DİN araşdırma aparır (VİDEO)
Bu gün, 15:33 |
|
|
|
• Ermənistana silah daşınır – MN narahatdır, çağırış etdi
Bu gün, 15:22 |
|
|
|
• Fidanın mesajı təşviş doğurdu – Qoşunlar ora girib, əgər çıxarılmasa…
Bu gün, 13:42 |
|
|
|
• Dünya Azərbaycanın uğurlu liderlik bacarığının bir daha şahidi oldu - İNCƏLƏMƏ
Bu gün, 13:40 |
|
|
|
• Bakıda 300 milyard razılaşdırıldı: Amma Leyen və Berbok… - AXI NİYƏ?..
Bu gün, 13:37 |
|
|
|
• Qaynı arvadının ölümünə səbəb olan plastik cərrahla bağlı növbəti şikayət - VİDEO
Bu gün, 13:33 |
|
|
|
• Rusiya nüvə doktrinasını buna görə yenilədi - Peskov
Bu gün, 12:42 |
|
|
|
• Kənd sakininin 25 manatlıq internetə ehtiyacı varmı? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:40 |
|
|
|
• Kim Çen In Rusiyaya səfər edə bilər
Bu gün, 12:34 |
|
|
|
• Göyçayda daha bir MƏMUR HARINLIĞI... - NARAZILIQ VAR...
Bu gün, 12:31 |
|
|
|
• Sizdə bu hallar varsa Şopoqoliksiniz - AÇIQLAMA
Bu gün, 12:21 |
|
|
|
• Rusiya-Ukrayna müharibəsində son durum açıqlandı - “Reuters“
Bu gün, 12:17 |
|
|
|
• Ermənistandan Fransaya xəyanət kimi qərar - konyak yalanı
Bu gün, 12:14 |
|
|
|
• Tramp bu qadını nazir təyin edir
Bu gün, 11:39 |
|
|
|
• Məmur biznesinin iflic etdiyi sahələrdə orta və kiçik sahibkarlıq can verir... - İnhisar, cərimələr, pul qıtlığı...
Bu gün, 11:37 |
|
|
|
• İqlim sammitinin qapanışı nədən ləngiyirdi? – Mübahisəli məsələ
Bu gün, 11:34 |
|
|
|
• Nəcməddin Sadıqovun YEYİNTİ ORTAQLARI... - İttihamı qəbul etmirlər, amma...
Bu gün, 11:08 |
|
|
|
• Dövlət Ehtiyatları Agentliyi auditini bu şirkətə - HƏVALƏ ETDİ
Bu gün, 11:02 |
|
|
|
• Ermənistanla münasibətimiz problemlidir - Rusiya səfirindən etiraf
Bu gün, 10:57 |
|
|
|
• Prezidentin köməkçisi Almaniya xarici işlər nazirinin Azərbaycana qarşı ittihamlarını qəbuledilməz adlandırıb - ETİRAZ
Bu gün, 10:39 |
|
|
|
• Naxçıvanda yeni həbslər... GÖZLƏNİLİR...
Bu gün, 10:37 |
|
|
|
• Bakıya “hücum”a cavab verildi - 3 hədəf var, oranı istəyirlər
Bu gün, 10:28 |
|
|
|
• Paşinyanın Bakıya bu “güzəşti” hiylədir – Moskvadan baxış
Bu gün, 10:24 |
|
|
|
• İlin sonuna qədər sülh sazişinin imzalanması mümkündür - ƏGƏR...
Bu gün, 10:21 |
|
|
|
• COP29-da tarixi nailiyyət: Bakı 1,3 trilyon dollarlıq yeni iqlim maliyyəsini hədəf seçib
Bu gün, 03:58 |
|
|
|
• COP29-da illik iqlim maliyyələşməsi üçün 300 milyard dollar təsdiqlənib
Bu gün, 03:56 |
|
|
|
• Avropa çətin vəziyyətdə: “Rusiya qazının idxalı azalsa…” - GƏLİŞMƏ
Bu gün, 03:02 |
|
|
|
• "Ərə sahib olmaq super bir hissdir..."
Bu gün, 02:55 |
|
|
|
• Cavid İsmayılzadənin "əli uzandı" - İLGİNC
Bu gün, 02:52 |
|
|
|
• Azərbaycan Cənubi Qafqazın ən təhlükəsiz ölkəsidir - FAKT BUDUR!
Bu gün, 02:45 |
|
|
|
• "Daha fundamental əsərlər yazılmalı, filmlər çəkilməlidir"
Bu gün, 02:42 |
|
|
|
• Dövlət qurumu 1,1 milyon manatlıq geyimləri - BU ŞİRKƏTDƏN ALDI
Bu gün, 02:30 |
|
|
|
• Avropa İttifaqı sülhə mane olur - Çirkin "binokl diplomatiyası"...
Bu gün, 02:29 |
|
|
|
• Azərbaycanda logistika şirkəti - LƏĞV OLUNUR
Bu gün, 00:05 |
|
|
|
• "Səbail Market" fəaliyyətini dayandırdı
Bu gün, 00:02 |
|
|
|
• Nadir Qafarzadə Rusiyada torpaq sahəsi alıb? - AÇIQLAMA
Dünən, 17:22 |
|
|
|
• Çavuşoğlunu Bakıya gətirən mühüm səbəb: - Qərbi Azərbaycanla bağlı nə baş verir?
Dünən, 17:15 |
|
|
|
• Bir dəfəlik, yoxsa birdəfəlik sülh? - Bahəddin Həzi yazır...
Dünən, 15:02 |
|
|
|
• Qloballaşan savaş: “Üçüncü Dünya müharibəsi başlayıb, sadəcə...” - GÖRÜNƏNİ BUDUR
Dünən, 15:00 |
|
|
|
• Dəb indiki xoşbəxtlikdir, dəyər sonrakı peşmanlıq! - Aqşin Yenisey
Dünən, 14:58 |
|
|
|
• Tramp Viktor Orbana zəng etdi
Dünən, 14:06 |
|
|
|
• “Kişi kimi uduzmaq lazımdır, dovşan kimi yox” - Zaur Axundovdan yığmaya sərt tənqid
Dünən, 13:57 |
|
|
|
• "Ermənistan Azərbaycanın haqlı gözləntilərinə cavab versə..." - Ekspert
Dünən, 13:52 |
|
|
|
• Azərbaycanın tanınmış jurnalistini maşın vurdu: Xəstəxanaya aparıldı - FOTO
Dünən, 13:50 |
|
|
|
• “Kişi müğənnilər də plastik etdirir, övladları onlardan utanır...” - Əməkdar artist
Dünən, 13:17 |
|
|
|
• Laçında baş verən zəlzələ Ermənistanda da hiss olunub - YENİLƏNDİ
Dünən, 13:12 |
|
|
|
|