Səfir oğlunun SULUADA KEYFİ... - Millətə gözdağı verir?
Tarix: 13-04-2022, 09:46 | Çap et
Rusiyanın Ukraynaya qarşı müharibəyə başlaması səfirliklərimiz üçün çətin sınağa çevrildi. Rus əsgərinin ayağı Ukrayna torpağına dəyər-dəyməz Moskva doğumlu Kiyevdəki səfirimiz oradan qaçdı. Yarım milyon vətəndaşımızı Ukraynada taleyin ümidinə buraxıb aradan çıxan Elmira Axundovanın səsi bir neçə gün sonra Bakıdakı lüks mənzilindən gəldi. Gah xəstəliyini qabartdı, gah da qadınlığını önə çəkib fərariliyinə haqq qazandırmağa çalışdı. O gündən sosial şəbəkələrdə adı önünə “fərari səfir” epiteti əlavə olundu.
“Mən arzumu ortaya qoydum, səfir göndərdilər”, “diplomatik işdən bixəbərəm”, “diplomatlar sabunlanmış kadrlardır” kimi fikirlərin müəllifi olan Elmira Axundovanın hər çıxışı komediya filmləri üçün “qanadlı” frazalarla zəngin olur.
Hər kəs bilir ki, Elmira Axundovanın Ukraynadan “diplomatik” qaçışından sonra onun işini bu ölkədəki diasporumuzun cəsur üzvləri və Moldovadakı səfirimiz Qüdsi Osmanov öz üzərinə götürərək şərəflə həyata keçirməkdədir. Qüdsi Osmanovun Türkiyəyə göndərdiyi Ukraynadakı vətəndaşlarımızın ardınca, bu ölkəyə gəlməsi, hava limanından Ukrayna qaçqınları olan soydaşlarımızı vətənə yola salması da diqqətlərdən yayınmayıb.
Ukraynadan qaçqın düşən soydaşlarımız üçün bu çətin günlərdə Qüdsi Osmanov vəzifə borcuna sadiqlik, Vətənə, vətəndaşa xidmətin nümunəsini ortaya qoydu. Elmira Axundova isə Bakıda oturub Türkiyədə istirahət planları qurur. Qüdsi Osmanov Ukraynadan qaçqın düşən azərbaycanlıları Türkiyə üzərindən Bakıya yola salanda Elmira Axundova hava limanından Türkiyəyə oğlu Həbib Axundovu yola salıb.
Diplomatiyadan bixəbərliyini gizlətməyən Elmira Axundovanın oğlu birbaşa Türkiyənin Maldiv adaları hesab olunan Suluadaya yollanıb. Onu istirahətə yola salan anasını Həbib Axundov çox da intizarda qoymayıb. Suluadadakı lüks istirahətini əks etdirən fotolarını sosial şəbəkə üzərindən paylaşıb, sanki Ukraynadan qaçqın düşən soydaşlarımıza gözdağı verir. Həbib Axundovun yaxta sevgisi də profilindəki fotolardan boylanır. Onun bu bahalı hobbisi model Günel Mirzəyevanın həyatı bahasına başa gəlməsi də yaddaşlardan silinməyib. 2017-ci il iyunun 24-də Günel Mirzəyeva Həbib Axundovun yaxtasında dənizə aparmışdı və dənizin ortasında sulara qərq olmuşdu. Dalğıclar modelin meyitini aşkarlamaq üçün 3 gün intensiv axtarış apardılar. Nəhayət, Günel Mirzəyevanın cansız cəsədini Bilgəhdə, ləpədöyəndən dənizin içinə doğru 300 metrlikdə aşkar edib, sudan çıxardılar...
Ölümündən xeyli əvvəl ərindən boşanmış, hamilə olması ilə bağlı məlumatlar olan Günel Mirzəyevanın suya özünün təsadüfən yıxılması da bu gün inandırıcı görünmür. Çünki bu sirli ölümdən sonra o zaman deputat olan Elmira Axundova çıxıb dedi ki, bəs oğlum Həbib üzgüçüdür, orada olsaydı, gənc qızın batmasına imkan verməzdi. Oğlunun yaxtasının varlığını da cidd-cəhdlə təkzib etməyə çalışdı. Sonradan FHN-dən modelin suya atıldığı və ya yıxıldığı yaxtanın Həbib Axundova məxsusluğunu təsdiqləyən məlumatlar ortaya çıxdı.
Məlum oldu ki, anasının üzgüçü oğlu Həbib Axundov da Günel Mirzəyeva suda çabalayıb kömək istəyərkən orada olub. Onun yaxtasında dənizə çıxıb dərin sularda dəniz sularına qərq olarkən imdad diləyən qıza Həbib Axundov nədənsə yardım əlini uzatmayıb. Ən qəribəsi isə bu iş üzrə Sabunçu Rayon Prokurorluğunda başlanmış cinayət işinin tez-bazar bağlanması oldu. Sabunçu prokuroru cinayət işinin bağlanmasını “əsaslandıran” qərarında yazırdı ki, Günel Mirzəyeva dənizdə çimərkən boğulub. Sanki prokuror Günel Mirzəyevanın Həbib Axundovun yaxtasında dənizin dərinliklərinə aparılmasından bixəbər idi. Bir də ki, dənizin dərinliklərində çimmirlər. Hamam vannası deyil axı. Dənizin dərinliklərində üzürlər. Diplomatiyadan bixəbər diplomat varsa, istintaq işindən xəbərsiz prokuror niyə olmasın ki?
Həbib Axundovun 8 milyonluq dələduzluq işi də bir başqa mövzudur. Hansında ki, anası Elmira Axundova da onunla bərabər əsas rollarda olublar. Elə bu dələduzluq işindən sonra Həbib Axundovun bir-birindən bahalı maşınları, anasının bir-birindən bahalı villaları, 5 mərtəbə biznes mərkəzi, şəhərin mərkəzində bir-birindən bahalı, dəyəri milyona çatan evləri peyda olmağa başladı. O günlərdə Elmira Axundova deputat idi və sözünün əvvəlində də, axırında da Ramiz Mehdiyevin adını çəkib. Oğlunun qurduğu, özünün məsləhətçi rolunda olduğu 8 milyonluq işdə zərərçəkənlərə təzyiq göstərilməsinə xidmət edən məktubları da məhz Ramiz Mehdiyevin adına yazır, surətini də hüquq-mühafizə orqanlarına göndərirdi.
Sonradan 1 milyon qarşılığında səfir göndərilməsi iddiası ortaya çıxanda da Ramiz Mehdiyevin bu alverin başında dayandığı haqda xəbərlər vardı... “Yeni Müsavat”
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Avropa yeni enerji böhranı ilə üzləşib - “Bloomberg”
Bu gün, 15:35 |
|
|
|
• Aptek müdürü işçisini vəhşicəsinə döydü - DİN araşdırma aparır (VİDEO)
Bu gün, 15:33 |
|
|
|
• Ermənistana silah daşınır – MN narahatdır, çağırış etdi
Bu gün, 15:22 |
|
|
|
• Fidanın mesajı təşviş doğurdu – Qoşunlar ora girib, əgər çıxarılmasa…
Bu gün, 13:42 |
|
|
|
• Dünya Azərbaycanın uğurlu liderlik bacarığının bir daha şahidi oldu - İNCƏLƏMƏ
Bu gün, 13:40 |
|
|
|
• Bakıda 300 milyard razılaşdırıldı: Amma Leyen və Berbok… - AXI NİYƏ?..
Bu gün, 13:37 |
|
|
|
• Qaynı arvadının ölümünə səbəb olan plastik cərrahla bağlı növbəti şikayət - VİDEO
Bu gün, 13:33 |
|
|
|
• Rusiya nüvə doktrinasını buna görə yenilədi - Peskov
Bu gün, 12:42 |
|
|
|
• Kənd sakininin 25 manatlıq internetə ehtiyacı varmı? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:40 |
|
|
|
• Kim Çen In Rusiyaya səfər edə bilər
Bu gün, 12:34 |
|
|
|
• Göyçayda daha bir MƏMUR HARINLIĞI... - NARAZILIQ VAR...
Bu gün, 12:31 |
|
|
|
• Sizdə bu hallar varsa Şopoqoliksiniz - AÇIQLAMA
Bu gün, 12:21 |
|
|
|
• Rusiya-Ukrayna müharibəsində son durum açıqlandı - “Reuters“
Bu gün, 12:17 |
|
|
|
• Ermənistandan Fransaya xəyanət kimi qərar - konyak yalanı
Bu gün, 12:14 |
|
|
|
• Tramp bu qadını nazir təyin edir
Bu gün, 11:39 |
|
|
|
• Məmur biznesinin iflic etdiyi sahələrdə orta və kiçik sahibkarlıq can verir... - İnhisar, cərimələr, pul qıtlığı...
Bu gün, 11:37 |
|
|
|
• İqlim sammitinin qapanışı nədən ləngiyirdi? – Mübahisəli məsələ
Bu gün, 11:34 |
|
|
|
• Nəcməddin Sadıqovun YEYİNTİ ORTAQLARI... - İttihamı qəbul etmirlər, amma...
Bu gün, 11:08 |
|
|
|
• Dövlət Ehtiyatları Agentliyi auditini bu şirkətə - HƏVALƏ ETDİ
Bu gün, 11:02 |
|
|
|
• Ermənistanla münasibətimiz problemlidir - Rusiya səfirindən etiraf
Bu gün, 10:57 |
|
|
|
• Prezidentin köməkçisi Almaniya xarici işlər nazirinin Azərbaycana qarşı ittihamlarını qəbuledilməz adlandırıb - ETİRAZ
Bu gün, 10:39 |
|
|
|
• Naxçıvanda yeni həbslər... GÖZLƏNİLİR...
Bu gün, 10:37 |
|
|
|
• Bakıya “hücum”a cavab verildi - 3 hədəf var, oranı istəyirlər
Bu gün, 10:28 |
|
|
|
• Paşinyanın Bakıya bu “güzəşti” hiylədir – Moskvadan baxış
Bu gün, 10:24 |
|
|
|
• İlin sonuna qədər sülh sazişinin imzalanması mümkündür - ƏGƏR...
Bu gün, 10:21 |
|
|
|
• COP29-da tarixi nailiyyət: Bakı 1,3 trilyon dollarlıq yeni iqlim maliyyəsini hədəf seçib
Bu gün, 03:58 |
|
|
|
• COP29-da illik iqlim maliyyələşməsi üçün 300 milyard dollar təsdiqlənib
Bu gün, 03:56 |
|
|
|
• Avropa çətin vəziyyətdə: “Rusiya qazının idxalı azalsa…” - GƏLİŞMƏ
Bu gün, 03:02 |
|
|
|
• "Ərə sahib olmaq super bir hissdir..."
Bu gün, 02:55 |
|
|
|
• Cavid İsmayılzadənin "əli uzandı" - İLGİNC
Bu gün, 02:52 |
|
|
|
• Azərbaycan Cənubi Qafqazın ən təhlükəsiz ölkəsidir - FAKT BUDUR!
Bu gün, 02:45 |
|
|
|
• "Daha fundamental əsərlər yazılmalı, filmlər çəkilməlidir"
Bu gün, 02:42 |
|
|
|
• Dövlət qurumu 1,1 milyon manatlıq geyimləri - BU ŞİRKƏTDƏN ALDI
Bu gün, 02:30 |
|
|
|
• Avropa İttifaqı sülhə mane olur - Çirkin "binokl diplomatiyası"...
Bu gün, 02:29 |
|
|
|
• Azərbaycanda logistika şirkəti - LƏĞV OLUNUR
Bu gün, 00:05 |
|
|
|
• "Səbail Market" fəaliyyətini dayandırdı
Bu gün, 00:02 |
|
|
|
• Nadir Qafarzadə Rusiyada torpaq sahəsi alıb? - AÇIQLAMA
Dünən, 17:22 |
|
|
|
• Çavuşoğlunu Bakıya gətirən mühüm səbəb: - Qərbi Azərbaycanla bağlı nə baş verir?
Dünən, 17:15 |
|
|
|
• Bir dəfəlik, yoxsa birdəfəlik sülh? - Bahəddin Həzi yazır...
Dünən, 15:02 |
|
|
|
• Qloballaşan savaş: “Üçüncü Dünya müharibəsi başlayıb, sadəcə...” - GÖRÜNƏNİ BUDUR
Dünən, 15:00 |
|
|
|
• Dəb indiki xoşbəxtlikdir, dəyər sonrakı peşmanlıq! - Aqşin Yenisey
Dünən, 14:58 |
|
|
|
• Tramp Viktor Orbana zəng etdi
Dünən, 14:06 |
|
|
|
• “Kişi kimi uduzmaq lazımdır, dovşan kimi yox” - Zaur Axundovdan yığmaya sərt tənqid
Dünən, 13:57 |
|
|
|
• "Ermənistan Azərbaycanın haqlı gözləntilərinə cavab versə..." - Ekspert
Dünən, 13:52 |
|
|
|
• Azərbaycanın tanınmış jurnalistini maşın vurdu: Xəstəxanaya aparıldı - FOTO
Dünən, 13:50 |
|
|
|
• “Kişi müğənnilər də plastik etdirir, övladları onlardan utanır...” - Əməkdar artist
Dünən, 13:17 |
|
|
|
• Laçında baş verən zəlzələ Ermənistanda da hiss olunub - YENİLƏNDİ
Dünən, 13:12 |
|
|
|
• Ermənistanda sülh deyənlərə həbsxana GÖSTƏRİLİR - Görünəni odur ki...
Dünən, 13:11 |
|
|
|
• Xanlar Fətiyev Tərtər rayonunun Azad Qaraqoyunlu kəndində vətəndaşları qəbul edib
Dünən, 13:03 |
|
|
|
• Azərbaycanlı diplomat 70 kq qızılı haradan alıb? – Diqqətçəkən detal
Dünən, 12:58 |
|
|
|
|