Cavid Qurbanov NAZİR OLMAQ SEVDASINA DÜŞÜB... - "Vuruldu" deyirdilər... AMMA...
Tarix: 26-05-2022, 10:03 | Çap et
Məlum olduğu kimi dunən Prezident İlham Əliyevin Sərəncamı ilə Cavid Qurbanov “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən azad edilərək Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat nazirinin müavini təyin edildi. Bu təyinat geniş ictimaiyyət tərəfindən birmənalı qarşılanmadı. Tutduğu bütün vəzifələrdə adı korrupsiyada hallanan Cavid Qurbanovun vəzifəsinin daha da böyüdülməsi çoxlarına təəccüblü gəldi. Amma onun bu vəzifəyə gətirilməsinin üstündə heç baş sındırmağa dəyməz. Çünki Cavid Qurbanov nazir olmaq üçün uzun illərdir əlləşirdi. Mübarizə aparmırdı, məhz əlləşirdi. Nəhayət nazir olmaq istəyinə bir addım daha da yaxınlaşdı…
Bir müddət əvvəl, Cavid Qurbanovun “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifəsinə gələnə qədər keçdiyi yol barədə yazmışdıq. İndi isə onun Rəqəmsal İnkişaf və Nəqliyyat nazirinin müavini təyin edildiyi günə qədər keçdiyi yola bəzi əlavələr etmək istəyirik.
Özünü cəmiyyətə Aşıq Şəmşirin nəvəsi kimi tanıdıb, daha sonra bu adın kölgəsində hansı yollardan keçib Cavid Qurbanov? İndi hamının Milli Məclisin deputatı(əvvəllər) kimi, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri, milyonçu kimi tanıdığı Cavid Qurbanovu 90-cı illərin əvvəllərində ictimaiyyət arasında fəal bir “bozqurdçu” kimi tanınıb. 1993-cü ildə “Azəravtoyol” Dövlət Şirkətində Prezident vəzifəsində işləyən Cavid Qurbanovu mərhum prezident Heydər Əliyev 15 noyabr 1994-cü il tarixli fərmanı ilə “işdə ciddi nöqsanlara yol verdiyinə və vəzifəsindən sui-istifadə etdiyinə görə” Azərbaycan Respublikası “Azəravtoyol” Dövlət Şirkətinin prezidenti vəzifəsindən azad edib. Cavid Qurbanovun avtobioqrafiyasında yazılmasa da iki il işsiz qalb. Bu müddət ərzində onun respublikadan kənarda, harada gizləndiyini bilənlər azdır. Sonra “bozqurdçu” Cavid Qurbanov birdən-birə dönüb oldu Yeni Azərbaycan Partiyasının üzvu və “Azərdəmiryolservis” İstehsalat Birliyində rəis vəzifəsinə gətirildi. Azərbaycanda Heydər Əliyevin yol verdiyi ciddi nöqsanlara görə işdən çıxarıb, daha sonra vəzifəyə qoyduğu yeganə adam Cavid Qurbanov olub.
Mərhum Heydər Əliyev 2003-cü ilin fevralında Cavid Qurbanovu”Azəryolservis” ASC-nin sədri vəzifəsinə təyin etdi və o, 2015-ci ilə qədər sözügedən vəzifəsini icra edib. Bu müddət ərzində o,ölkə ərazisində yeni çəkilən yollara ayrılan dövlət vəsaitlərinin talanmasının başında durub desək yanılmarıq. Elə buradan topladığı kapital Cavid Qurbanovu cəsarətləndirib, daha böyük vəzifələrə can atmağa sövq edib. Həmin dövrlərdə Cavid Qurbanov yaxın ətrafı vasitəsi ilə özünü Nəqliyyat naziri Ziya Məmmədovun yaxın adamı kimi qələmə verirdi. Lakin arxada onun əleyhinə gizlin işlər çevirirmiş və Ziya Məmmədova olan münasibətini “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinə sədr təyin edildikdən sonra, elə ilk açıqlamalarında biruzə verdi. Cavid Qurbanov hələ ovaxtlardan Nəqliyyat naziri olmaq istəyirdi və Ziya Məmmədovun yerinə göz dikibmiş. Lakin istəyinin əksinə olaraq 9 fevral 2015-ci il tarixində Prezident İlham Əliyevin Sərəncamı ilə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifəsinə təyin olundu.
2017-ci ildə Nəqliyyat nazirliyi ləğv edilərək Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirliyinə birləşdirilərək yeni bir nazirlik yaradılanda da Cavid Qurbanov bu postu tutmaq üçün çox səylər göstərib, çox can atıb. Elə keçmiş nazir Ramin Quluzadənin vəzifəsindən kənarlaşdırılmasında bəlkə də ən böyük rolu Cavid Qurbanov oynayıb. 11 0ktyabr 2021-ci ildə Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi adlandırıldıqdan sonra da Cavid Qurbanov köhnə arzu və istəklərindən vaz keçməyib.
Məlumatlara görə Cavid Qurbanovun nəqliyyatla bərəbər rabitə və yüksək texnologiyalar sisteminə can atması çoxdan olub.Elə 2019-cu ildə Qazaxstanın Aktau şəhərində Xəzərin dibi ilə TransXəzər FiberOptik magistral xəttin çəkilişinin başlaması ilə bağlı təşkil olunan beynəlxalq tədbirdə Cavid Qurbanovun Azərbaycanı təmsil etməsi də buna bir sübutdur.
AzerTelecom şirkətinin iştirakı ilə TransCaspian Fiber Optic layihəsi üzrə Qazaxıstanda işlərin başlanmasına dair tədbir keçirilib (FOTO) “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri olduğu halda Cavid Qurbanovun TransXəzər FiberOptik magistral xəttin çəkilişinin başlaması ilə bağlı təşkil olunmuş tədbirdə nə işi olub?
Həmin dövrdə informasiya, kommunikasiya texnologiyaları üzrə ekspert Osman Gündüz sosial şəbəkə hesabında yazmışdı ki, Cavid müəllim bizim sektora da “əl qoyub”.
O.Gündüz əlavə edib ki, “ötən gün Xəzərin dibi ilə TransXəzər FiberOptik magistral xəttin çəkilişinin başlaması ilə bağlı Qazaxstanın Aktau şəhərində təşkil olunan mərasimdən çəkilən şəklə diqqət etsək arxa planda (sağdan ikinci) Cavid Qurbanovu da görə bilərik”.
O.Gündüz əlavə edib ki, C.Qurbanov cari ilin əvvəli Azərbaycanın və Qazaxıstanın rabitə operatorları tərəfindən Azərbaycan-Qazaxıstan marşrutu üzrə Xəzər dənizinin dibi ilə fiber-optik rabitə xətlərinin birgə tikintisi, sahibliyi və istifadəsində müştərək fəaliyyətin təşkili haqqında dövlətlərarası sazişin bağlanmasında aktiv iştirak edib. Təşkilat rəhbəri xatırladıb ki, bu saziş artıq Milli Məclis tərəfindən qəbul edilib və Prezident tərəfindən təsdiqlənib: “TransXəzər optik magistralı Azərbaycanın Regional Rəqəmsal Mərkəzə çevrilməsini nəzərdə tutan, AzerTelecom tərəfindən həyata keçirilən “Azerbaijan Digital Hub” proqramının əsas hissəsidir.
Bu Proqram çərçivəsində həm də bütün ADY (Azərbaycan Dəmir Yolları – red.) infrastrukturu boyunca rəqəmsal rabitə xəttinin çəkilişi nəzərdə tutulur. Məhz bu Proqram Azərbaycanı Çinin təşəbbüskarı olduğu “Belt and Road Initiative” layihəsində telekommunikasiya dəhlizinə çevirəcək. Beləliklə, buradan belə qənaətə gəmək olar ki, Cavid Qurbanov artıq nəhəng rəqəmsallaşma layihələrində də “söz sahibidir”.
Adı çəkilən tədbirin mahiyyətinə baxsaq düşünmək olardı ki, məntiqlə bu tip tədbirdə başqa bir mərkəzi icra orqanının birinci şəxsi olmalıydı. Lakin fotodan görünür ki, aidiyyatı qurumlar üzrə mərkəzi icra orqanlarından birinci şəxsi ADY rəhbəridir. Beləliklə, görünən odur ki ADY rəhbəri lokalda, regionalda və qlobal müstəvidə xeyli fəaldır.”
Göründüyü kimi Cavid Qurbanovun rabitə operatorları tərəfindən təşkil olunan beynəlxalq tədbirdə iştirakl əbəs deyilmiş. Elə o dövrlərdən Rabitə və Yüksək Texnologiyalar nazirliyini təmsil etməsi elə oraya can atması demək deyilmi?
Məlum olduğu kimi Cavid Qurbanov artıq Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini təyin edilib. O, bu vəzifədə AZAL və ADY-ni kurasiya edəcək. Elektron kütləvi informasiya vasitələrində yayılan məlumata görə, sonrakı mərhələdə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyinə veriləcəyi gözlənilir. Quruma nəzarət isə Cavid Qurbanovda qalacaq. Bundan başqa “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) də ləğv edilərək Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyinə veriləcəyi iddia olunur. AZAL prezidenti Cahangir Əsgərovun da vəzifəsindən azad ediləcəyi gözlənilir.
Yaxın gələcəkdə Rəqəmsal İnkişaf və Nəqliyyat naziri Rəşad Nəbiyevin hansısa bir xarici ölkəyə səfir getdiyini, ya da kosmik tədqiqatlarla bağlı yeni bir sahədə vəzifə aldığını eşitsəniz təəccüblənməyin. Cavid Qurbanov artıq nazir olmaq istəyinə bir addım daha da yaxınlaşdıb. Aktualinfo.org
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Aptek müdürü işçisini vəhşicəsinə döydü - VİDEO
Bu gün, 13:49 |
|
|
|
• Fidanın mesajı təşviş doğurdu – Qoşunlar ora girib, əgər çıxarılmasa…
Bu gün, 13:42 |
|
|
|
• Dünya Azərbaycanın uğurlu liderlik bacarığının bir daha şahidi oldu - İNCƏLƏMƏ
Bu gün, 13:40 |
|
|
|
• Bakıda 300 milyard razılaşdırıldı: Amma Leyen və Berbok… - AXI NİYƏ?..
Bu gün, 13:37 |
|
|
|
• Qaynı arvadının ölümünə səbəb olan plastik cərrahla bağlı növbəti şikayət - VİDEO
Bu gün, 13:33 |
|
|
|
• Rusiya nüvə doktrinasını buna görə yenilədi - Peskov
Bu gün, 12:42 |
|
|
|
• Kənd sakininin 25 manatlıq internetə ehtiyacı varmı? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:40 |
|
|
|
• Kim Çen In Rusiyaya səfər edə bilər
Bu gün, 12:34 |
|
|
|
• Göyçayda daha bir MƏMUR HARINLIĞI... - NARAZILIQ VAR...
Bu gün, 12:31 |
|
|
|
• Sizdə bu hallar varsa Şopoqoliksiniz - AÇIQLAMA
Bu gün, 12:21 |
|
|
|
• Rusiya-Ukrayna müharibəsində son durum açıqlandı - “Reuters“
Bu gün, 12:17 |
|
|
|
• Ermənistandan Fransaya xəyanət kimi qərar - konyak yalanı
Bu gün, 12:14 |
|
|
|
• Tramp bu qadını nazir təyin edir
Bu gün, 11:39 |
|
|
|
• Məmur biznesinin iflic etdiyi sahələrdə orta və kiçik sahibkarlıq can verir... - İnhisar, cərimələr, pul qıtlığı...
Bu gün, 11:37 |
|
|
|
• İqlim sammitinin qapanışı nədən ləngiyirdi? – Mübahisəli məsələ
Bu gün, 11:34 |
|
|
|
• Nəcməddin Sadıqovun YEYİNTİ ORTAQLARI... - İttihamı qəbul etmirlər, amma...
Bu gün, 11:08 |
|
|
|
• Dövlət Ehtiyatları Agentliyi auditini bu şirkətə - HƏVALƏ ETDİ
Bu gün, 11:02 |
|
|
|
• Ermənistanla münasibətimiz problemlidir - Rusiya səfirindən etiraf
Bu gün, 10:57 |
|
|
|
• Prezidentin köməkçisi Almaniya xarici işlər nazirinin Azərbaycana qarşı ittihamlarını qəbuledilməz adlandırıb - ETİRAZ
Bu gün, 10:39 |
|
|
|
• Naxçıvanda yeni həbslər... GÖZLƏNİLİR...
Bu gün, 10:37 |
|
|
|
• Bakıya “hücum”a cavab verildi - 3 hədəf var, oranı istəyirlər
Bu gün, 10:28 |
|
|
|
• Paşinyanın Bakıya bu “güzəşti” hiylədir – Moskvadan baxış
Bu gün, 10:24 |
|
|
|
• İlin sonuna qədər sülh sazişinin imzalanması mümkündür - ƏGƏR...
Bu gün, 10:21 |
|
|
|
• COP29-da tarixi nailiyyət: Bakı 1,3 trilyon dollarlıq yeni iqlim maliyyəsini hədəf seçib
Bu gün, 03:58 |
|
|
|
• COP29-da illik iqlim maliyyələşməsi üçün 300 milyard dollar təsdiqlənib
Bu gün, 03:56 |
|
|
|
• Avropa çətin vəziyyətdə: “Rusiya qazının idxalı azalsa…” - GƏLİŞMƏ
Bu gün, 03:02 |
|
|
|
• "Ərə sahib olmaq super bir hissdir..."
Bu gün, 02:55 |
|
|
|
• Cavid İsmayılzadənin "əli uzandı" - İLGİNC
Bu gün, 02:52 |
|
|
|
• Azərbaycan Cənubi Qafqazın ən təhlükəsiz ölkəsidir - FAKT BUDUR!
Bu gün, 02:45 |
|
|
|
• "Daha fundamental əsərlər yazılmalı, filmlər çəkilməlidir"
Bu gün, 02:42 |
|
|
|
• Dövlət qurumu 1,1 milyon manatlıq geyimləri - BU ŞİRKƏTDƏN ALDI
Bu gün, 02:30 |
|
|
|
• Avropa İttifaqı sülhə mane olur - Çirkin "binokl diplomatiyası"...
Bu gün, 02:29 |
|
|
|
• Azərbaycanda logistika şirkəti - LƏĞV OLUNUR
Bu gün, 00:05 |
|
|
|
• "Səbail Market" fəaliyyətini dayandırdı
Bu gün, 00:02 |
|
|
|
• Nadir Qafarzadə Rusiyada torpaq sahəsi alıb? - AÇIQLAMA
Dünən, 17:22 |
|
|
|
• Çavuşoğlunu Bakıya gətirən mühüm səbəb: - Qərbi Azərbaycanla bağlı nə baş verir?
Dünən, 17:15 |
|
|
|
• Bir dəfəlik, yoxsa birdəfəlik sülh? - Bahəddin Həzi yazır...
Dünən, 15:02 |
|
|
|
• Qloballaşan savaş: “Üçüncü Dünya müharibəsi başlayıb, sadəcə...” - GÖRÜNƏNİ BUDUR
Dünən, 15:00 |
|
|
|
• Dəb indiki xoşbəxtlikdir, dəyər sonrakı peşmanlıq! - Aqşin Yenisey
Dünən, 14:58 |
|
|
|
• Tramp Viktor Orbana zəng etdi
Dünən, 14:06 |
|
|
|
• “Kişi kimi uduzmaq lazımdır, dovşan kimi yox” - Zaur Axundovdan yığmaya sərt tənqid
Dünən, 13:57 |
|
|
|
• "Ermənistan Azərbaycanın haqlı gözləntilərinə cavab versə..." - Ekspert
Dünən, 13:52 |
|
|
|
• Azərbaycanın tanınmış jurnalistini maşın vurdu: Xəstəxanaya aparıldı - FOTO
Dünən, 13:50 |
|
|
|
• “Kişi müğənnilər də plastik etdirir, övladları onlardan utanır...” - Əməkdar artist
Dünən, 13:17 |
|
|
|
• Laçında baş verən zəlzələ Ermənistanda da hiss olunub - YENİLƏNDİ
Dünən, 13:12 |
|
|
|
• Ermənistanda sülh deyənlərə həbsxana GÖSTƏRİLİR - Görünəni odur ki...
Dünən, 13:11 |
|
|
|
• Xanlar Fətiyev Tərtər rayonunun Azad Qaraqoyunlu kəndində vətəndaşları qəbul edib
Dünən, 13:03 |
|
|
|
• Azərbaycanlı diplomat 70 kq qızılı haradan alıb? – Diqqətçəkən detal
Dünən, 12:58 |
|
|
|
• Azərbaycan mediasının COP29 sınağı - Rəşad Məcid yazır...
Dünən, 12:55 |
|
|
|
• Trampla Putin arasında gizli görüş... - Şok iddia
Dünən, 12:53 |
|
|
|
|