Göyçaylı məmurdan Prezidentə ŞİKAYƏT OLUNDU - İttiham dolu MÜRACİƏT
Tarix: 14-06-2022, 14:57 | Çap et
DİA.AZ: - Göyçay rayonu 1-ci Ərəbcəbirli kənd sakini, 1-ci qrup hərbi əlil, hüquq müdafiəçisi Məhəmmədəli Səmədov tərəfindən ölkə rəhbərliyinə müraciət ünvanlanıb. Bir nüsxəsi də DİA.AZ-a göndərilən müraciətdə deyilir:
"Hörmətli cənab Prezident, yazaraq bildirmək istəyirəm ki, Mehdi Səlimzadə rayonumuza icra başçısı təyin olduğu vaxtdan etibarən bir çox yerli "məmur"lar onun sifariş verdiyi cinayətlərə ortaq olmuşdurlar. Özünü Firon kimi yuxarıdan aparan və əbədiyyən Göyçaya sahib olacağını hesab edən Mehdi Səlimzadə öz tutduğu vəzifəsindən azad edildiyi gün isə ətrafındakılar sanki qanadı qırılmış quş kimi param-parça oldular. Hazırda onların məsəli səhrada tək başına qalmış "Dəvəsi ölmüş ərəb" qismindədir və hər an aslanın şikarı olacaqları qorxusu ilə yaşayırlar. Həmin "məmur"lardan biri də Göyçay şəhər Bələdiyyəsinin sədri Cavid Rəhimovdur. Sabiq icra başçısının qanunsuz olaraq alqı-satqı etdiyi və yalnız "Tikintiyə icazə aktı" ilə satdığı torpaqların demək olar əksəriyyətində Göyçay şəhər Bələdiyyəsinin sədri Cavid Rəhimovun yaxından iştirakı və böyük rolu vardır. Bildiyiniz kimi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 40.2.-ci maddəsində "Bilə-bilə qanunsuz əmri və ya sərəncamı yerinə yetirməklə qəsdən cinayət törətmiş şəxs ümumi əsaslarla cinayət məsuliyyətinə cəlb olunur". Əlbətdə qanunsuz olaraq satılan torpaqların yerində şəhərsalma və tikinti işlərinin həyata keçirilməsi zamanı bir çox vacib şərtlər mövcüddür. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 7-ci maddəsində "Təhlükəsizliyin təmin edilməsi, ekoloji təhlükəsizliyin və ətraf mühitin mühafizəsinin təmin edilməsi, şəhərsalma sənədlərinə uyğunluğun təmin edilməsi" şəhərsalma və tikinti fəaliyyətinin əsas prinsiplərindəndir. Təəssüflər olsun Göyçay şəhər ərazisində şəxsən bildiyim bir çox tikintilər yolun yaşıllıq hissəsində, parklar və istirahət zonalarında tikilmişdir və hətta maddi gəlir əldə etmək məqsədilə gərginliyi 10000 voltadək olan elektrik xəttlərinin altında fəaliyyət göstərən ticarət obyektlərinin tikintisinə belə icazə verilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 41-ci maddəsinə əsasən "İnsanların həyatı və sağlamlığı üçün təhlükə törədən faktları və halları gizlədən vəzifəli şəxslər qanun əsasında məsuliyyətə cəlb edilirlər". Göyçay şəhər Bələdiyyəsinin sədri Cavid Rəhimov sabiq icra başçısının imzaladığı "sərəncam" əsasında tikiləcək obyektlərə "Bələdiyyə sənədi" verməklə Mehdi Səlimzadənin qanunsuz əməllərinə şərik olmuşdur. Ola bilər ki, bəziləri Mehdi Səlimzadənin Cavid Rəhimova nisbətən daha güclü insan olduğunu düşünərlər və məhz ona görə də Bələdiyyə sədrinin çarəsizlikdən onun əmrini icra etdiyini iddia edərlər. Bələdiyyələrin statusu haqqında Azərbaycan Respublikasının qanunu maddə 2-ə əsasən "Azərbaycan Respublikasının Konstitusiyası ilə və bu qanunla səlahiyyətlərinə aid edilmiş yerli əhəmiyyətli məsələləri müstəqil surətdə həll edir". Qanunda bildirildiyi kimi Bələdiyyələr müstəqildirlər və əgər Cavid Rəhimov icra başçısı tərəfindən təziqlərə məruz qalaraq qanunsuz əmrləri icra etməyə məcbur edilmişdirsə, bunun üçün o, Azərbaycan Respublikasının Baş Prokurorluğuna və aidiyyatı qurumlara məlumat verməli idi.
“Eldar şamı” cinsindən olan ağacın köküstə kəsilərək məhv edilməsi ilə bağlı 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsindən daxil olmuş material üzrə Göyçay rayon prokurorluğunda araşdırma aparılmış və Göyçay şəhər Bələdiyyəsinin sədri Cavid Rəhimov barəsində Cinayət Məcəlləsinin 259.2.4 (qanunsuz ağac kəsmə, külli miqdarda ziyan vurmaqla törədildikdə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanılmışdır. Fəqət "Bəxtəvər" və eyni zamanda "Şanslı" Bələdiyyə sədri Cavid Rəhimov Göyçay Rayon Məhkəməsinin hakimi İbrahim Fəttahovdan müəmmalı yollarla bəraət hökmü əldə etmişdir. Şəki Apellyasiya Məhkəməsi də İbrahim Fəttahov sayağı qərar qəbul edərək həmin hökmü qüvvədə saxlamışdır. Yəni bu o deməkdir ki, Cavid Rəhimov toxunulmazdır və o, hər nə edirsə etsin, cinayət məsuliyyətinə cəlb olunmayacaq, həbs edilməyəcəkdir. Yuxarıda göstərdiyim kimi öz vəzifə səlahiyyətlərindən sui-istifadə etmək, qanunsuz tikintilərə "Bələdiyyə sənədi, vermək, insanların həyatı üçün təhlükə yaradan faktları gizlətmək, məhkəmədən bəraət hökmü almaq, bunlar hamısı onun sanki "toxunulmaz" olduğunu təsdiqlən amillərdir. Hörmətli cənab Prezident! Sizdən Göyçay rayon sakini və hüquq müdafiəçisi kimi çox xahiş edirəm, detalları ilə açıq-aşkar bildirdiyim bütün faktlar mənim də iştirakımla tərəfinizdən obyektiv araşdırılsın və Cavid Rəhimov haqqında Azərbaycan Respublikasının Qanunları əsasında ədalətli tədbir görülsün. Sizə öz minnətdarlığımı bildirirəm".
İddia olunanlarla bağlı dia-az.life olaraq qarşı tərəfi də dinləməyə hazırıq...
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Ermənistana silah daşınır – MN narahatdır, çağırış etdi
Bu gün, 15:22 |
|
|
|
• Aptek müdürü işçisini vəhşicəsinə döydü - VİDEO
Bu gün, 13:49 |
|
|
|
• Fidanın mesajı təşviş doğurdu – Qoşunlar ora girib, əgər çıxarılmasa…
Bu gün, 13:42 |
|
|
|
• Dünya Azərbaycanın uğurlu liderlik bacarığının bir daha şahidi oldu - İNCƏLƏMƏ
Bu gün, 13:40 |
|
|
|
• Bakıda 300 milyard razılaşdırıldı: Amma Leyen və Berbok… - AXI NİYƏ?..
Bu gün, 13:37 |
|
|
|
• Qaynı arvadının ölümünə səbəb olan plastik cərrahla bağlı növbəti şikayət - VİDEO
Bu gün, 13:33 |
|
|
|
• Rusiya nüvə doktrinasını buna görə yenilədi - Peskov
Bu gün, 12:42 |
|
|
|
• Kənd sakininin 25 manatlıq internetə ehtiyacı varmı? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:40 |
|
|
|
• Kim Çen In Rusiyaya səfər edə bilər
Bu gün, 12:34 |
|
|
|
• Göyçayda daha bir MƏMUR HARINLIĞI... - NARAZILIQ VAR...
Bu gün, 12:31 |
|
|
|
• Sizdə bu hallar varsa Şopoqoliksiniz - AÇIQLAMA
Bu gün, 12:21 |
|
|
|
• Rusiya-Ukrayna müharibəsində son durum açıqlandı - “Reuters“
Bu gün, 12:17 |
|
|
|
• Ermənistandan Fransaya xəyanət kimi qərar - konyak yalanı
Bu gün, 12:14 |
|
|
|
• Tramp bu qadını nazir təyin edir
Bu gün, 11:39 |
|
|
|
• Məmur biznesinin iflic etdiyi sahələrdə orta və kiçik sahibkarlıq can verir... - İnhisar, cərimələr, pul qıtlığı...
Bu gün, 11:37 |
|
|
|
• İqlim sammitinin qapanışı nədən ləngiyirdi? – Mübahisəli məsələ
Bu gün, 11:34 |
|
|
|
• Nəcməddin Sadıqovun YEYİNTİ ORTAQLARI... - İttihamı qəbul etmirlər, amma...
Bu gün, 11:08 |
|
|
|
• Dövlət Ehtiyatları Agentliyi auditini bu şirkətə - HƏVALƏ ETDİ
Bu gün, 11:02 |
|
|
|
• Ermənistanla münasibətimiz problemlidir - Rusiya səfirindən etiraf
Bu gün, 10:57 |
|
|
|
• Prezidentin köməkçisi Almaniya xarici işlər nazirinin Azərbaycana qarşı ittihamlarını qəbuledilməz adlandırıb - ETİRAZ
Bu gün, 10:39 |
|
|
|
• Naxçıvanda yeni həbslər... GÖZLƏNİLİR...
Bu gün, 10:37 |
|
|
|
• Bakıya “hücum”a cavab verildi - 3 hədəf var, oranı istəyirlər
Bu gün, 10:28 |
|
|
|
• Paşinyanın Bakıya bu “güzəşti” hiylədir – Moskvadan baxış
Bu gün, 10:24 |
|
|
|
• İlin sonuna qədər sülh sazişinin imzalanması mümkündür - ƏGƏR...
Bu gün, 10:21 |
|
|
|
• COP29-da tarixi nailiyyət: Bakı 1,3 trilyon dollarlıq yeni iqlim maliyyəsini hədəf seçib
Bu gün, 03:58 |
|
|
|
• COP29-da illik iqlim maliyyələşməsi üçün 300 milyard dollar təsdiqlənib
Bu gün, 03:56 |
|
|
|
• Avropa çətin vəziyyətdə: “Rusiya qazının idxalı azalsa…” - GƏLİŞMƏ
Bu gün, 03:02 |
|
|
|
• "Ərə sahib olmaq super bir hissdir..."
Bu gün, 02:55 |
|
|
|
• Cavid İsmayılzadənin "əli uzandı" - İLGİNC
Bu gün, 02:52 |
|
|
|
• Azərbaycan Cənubi Qafqazın ən təhlükəsiz ölkəsidir - FAKT BUDUR!
Bu gün, 02:45 |
|
|
|
• "Daha fundamental əsərlər yazılmalı, filmlər çəkilməlidir"
Bu gün, 02:42 |
|
|
|
• Dövlət qurumu 1,1 milyon manatlıq geyimləri - BU ŞİRKƏTDƏN ALDI
Bu gün, 02:30 |
|
|
|
• Avropa İttifaqı sülhə mane olur - Çirkin "binokl diplomatiyası"...
Bu gün, 02:29 |
|
|
|
• Azərbaycanda logistika şirkəti - LƏĞV OLUNUR
Bu gün, 00:05 |
|
|
|
• "Səbail Market" fəaliyyətini dayandırdı
Bu gün, 00:02 |
|
|
|
• Nadir Qafarzadə Rusiyada torpaq sahəsi alıb? - AÇIQLAMA
Dünən, 17:22 |
|
|
|
• Çavuşoğlunu Bakıya gətirən mühüm səbəb: - Qərbi Azərbaycanla bağlı nə baş verir?
Dünən, 17:15 |
|
|
|
• Bir dəfəlik, yoxsa birdəfəlik sülh? - Bahəddin Həzi yazır...
Dünən, 15:02 |
|
|
|
• Qloballaşan savaş: “Üçüncü Dünya müharibəsi başlayıb, sadəcə...” - GÖRÜNƏNİ BUDUR
Dünən, 15:00 |
|
|
|
• Dəb indiki xoşbəxtlikdir, dəyər sonrakı peşmanlıq! - Aqşin Yenisey
Dünən, 14:58 |
|
|
|
• Tramp Viktor Orbana zəng etdi
Dünən, 14:06 |
|
|
|
• “Kişi kimi uduzmaq lazımdır, dovşan kimi yox” - Zaur Axundovdan yığmaya sərt tənqid
Dünən, 13:57 |
|
|
|
• "Ermənistan Azərbaycanın haqlı gözləntilərinə cavab versə..." - Ekspert
Dünən, 13:52 |
|
|
|
• Azərbaycanın tanınmış jurnalistini maşın vurdu: Xəstəxanaya aparıldı - FOTO
Dünən, 13:50 |
|
|
|
• “Kişi müğənnilər də plastik etdirir, övladları onlardan utanır...” - Əməkdar artist
Dünən, 13:17 |
|
|
|
• Laçında baş verən zəlzələ Ermənistanda da hiss olunub - YENİLƏNDİ
Dünən, 13:12 |
|
|
|
• Ermənistanda sülh deyənlərə həbsxana GÖSTƏRİLİR - Görünəni odur ki...
Dünən, 13:11 |
|
|
|
• Xanlar Fətiyev Tərtər rayonunun Azad Qaraqoyunlu kəndində vətəndaşları qəbul edib
Dünən, 13:03 |
|
|
|
• Azərbaycanlı diplomat 70 kq qızılı haradan alıb? – Diqqətçəkən detal
Dünən, 12:58 |
|
|
|
• Azərbaycan mediasının COP29 sınağı - Rəşad Məcid yazır...
Dünən, 12:55 |
|
|
|
|