PKK kartı kimin cibindədir? .....                     AQTİ işçilərin geyimlərinə .....                     Buzovnada vətəndaşın evini su basıb: .....                     “Buldozer” ləqəbli Zülfəli İsmayılovdan ayın tarixini soruşan da yoxdur... .....                     Nəsimidə ağacəkmə aksiyası davam edir .....                     "Mənə qarşı çox haqsızlıq edilib" .....                     "Bu imtiyazların nə olduğunu biz həmişəki kimi sonda biləcəyik" .....                     Göygöl RİH-dən ata-oğul qazilərin gileyinə REAKSİYA .....                     Yeni Kaledoniya: Fransa bu arxipelaqdan niyə əl çəkmr? .....                     Vəzifəli şəxsin qabırğasını sındıran sabiq məmur həbs edildi .....                     Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılovun Qızıldaş qəsəbəsində səyyar qəbulu keçirilib .....                     Nazirlikdən Samuxa getdi: O DA BELƏ... .....                     “Əminəm ki, artıq Ankarada bu zərbənin hansı tərəfdən gəldiyini daha dəqiq bilirlər...” .....                     Aİ-nin COP29 öncəsi anti-Azərbaycan isterikası .....                     `Bahar` Enerji Əməliyyat Şirkətində MAAŞLAR KƏSİLİR... .....                     Qida təhlükəsizliyini təmin edə bilməyən qurum, lağlağı ilə laqeyd qalan vətəndaş... .....                     Azərbaycan yarımçıq sülh sazişini imzalamayacaq .....                     “Kontakt Home”un müəllif hüquqlarını pozduğu iddia olunur .....                     İrəvandan sülh açıqlaması: .....                     “Bunlar nə yeyir, nə içir, görəsən?!” .....                     "Əminəm ki, bu terror aktını törədənlər... .....                     Ermənilər Hindistan vətəndaşlarından bezdilər .....                     İran Azərbaycandan xahiş etdi .....                     "Məni ən çox əsəbləşdirən budur ki, COP29 keçirilir, amma sosial şəbəkə istifadəçiləri məzələnirlər..." .....                     Astana sanksiyalardan yan keçməyin əleyhinədir .....                     Ermənilər İslamı qəbul edib, muğam dinləyirlər .....                     “Azərbaycan Dəmir Yolları”nın 2 şirkəti birləşir .....                     Su polisləri qeyri-ənənəvi üsulla qanunsuz ov edənləri saxlayıb .....                     Sumqayıtda qaz sızmasından partlayış olub, xəsarət alanlar var .....                     Bakıda günorta vaxtı maskalı şəxs məktəblini oğurlamaq istədi .....                     Səfsəfələrinizi zəhmət olsa da sosial şəbəkələrə qusmayın! .....                     Ağdaşın İcra Hakimiyyəti 602 min manatlıq tenderi niyə “Simmetriya” MMC-yə verdi .....                     Dolu düşəcəyi ehtimalı var .....                     “EuroHome”-nin sahibi kompensasiya verməmək üçün hansı yola əl atıb? .....                     Dövlət Xidməti Şəki İcra Hakimiyyətinə “stop” qoydu .....                     Ankarada terror törədənləri Rusiyaya NƏ BAĞLAYIR? .....                     ABŞ-dan mesaj: Ermənistan müttəfiqini satdı .....                     Türkiyə şirkətlər qrupu Azərbaycanda zavodu satın aldı .....                     “Atama bu haqsızlığı edən insan həyatda xeyir tapmadı” .....                     Məşhur aktyor və arvadının qətli ilə bağlı yeni TƏFƏRRÜATLAR .....                 

Ali təhsilin ACINACAQLI VİLAYƏTİ... - İTTİHAM VAR!
Tarix: 6-07-2022, 09:57 | Çap et
Ali təhsilin ACINACAQLI VİLAYƏTİ...
DİA.AZ: - "Azərbaycan dramaturgiyasının əsasını qoyan böyük Mirzə Fətəli Axundov “Sərgüzəşti mərdi xəsis” (yəni “Xəsis kişinin sərgüzəştləri”, bizə bu komediya “Hacı Qara” adı ilə daha yaxşı tanışdır), “Sərgüzəşti vəziri xani Lənkəran” və digər komediyalarında dövrünün naqisliklərini gülüş yolu ilə tənqid edərək, aradan qaldırmağa cəhd edirdi. O vaxtdan 200 il ötsə də, bu gün də ətrafımızda komediyaya bənzər sərgüzəştlər baş verməkdədir. Bu sərgüzəştlər vəzifəli şəxslərin “fəaliyyəti” ilə bağlı olduqda isə nəticəsi ətrafdakılar üçün daha acınacaqlı olur. Belə sərgüzəştlərdən biri Azərbaycan Texniki Universitetin rektoru Vilayət Vəliyevin vəzifə fəaliyyəti ilə bağlıdır". Bu barədə DİA.AZ-a göndərilən məqalədə deyilir.

Əvvəli BURADA: Əmrullayev Texniki Universitetin başını buraxıb... - Görünəni budur...

DİA.AZ müraciətin davamını təqdim edir: "Ümumiyyətlə son 3 ildə AzTU-da qəribə və anlaşılmaz adlarla, təyinatı məlum olmayan, bir-birini təkrarlayan, çox böyük heyətə malik qurumların yaradılıb, ləğv edilməsinə heç kim təəccüblənmir, buna artıq adət etmişik. Məsələn, əvvəllər Kadrlar şöbəsi, son zamanlar isə İnsan resursları mərkəzi adlanan şöbədə əvvəllər 4-5 nəfər işləyirdi. İndi isə onun yerində daxili strukturları olan böyük departament yaradılıb və buraya çoxlu işçi qəbul edilib. Rektor deyir ki, bu departament kadrlar sahəsində tədqiqatlar aparmalıdır (???).Öz adı ilə adlandırsaq, Kadrlar şöbəsində tədqiqatlar? Qəribədir!
Rektor yarım il əvvəl deyirdi ki, mühasibatda işçi çoxdur, boş oturublar, onları ixtisar etmək lazımdır. Bu yaxınlarda isə qərar qəbul etdi ki, mühasibatın yerində böyük bir Maliyyə departamenti yaradılacaq və mühasibat da onun tərkibində olacaq. Deyir, Maliyyə departamentinin daxilində maliyyə sahəsində tədqiqatlar aparan şöbə də olacaq (???).Öz adı ilə adlandırsaq, “Mühasibat şöbəsində” tədqiqatlar? Bu da qəribədir!
Eyni zamanda, rektor tez-tez təkrar edir ki, universitetə daxil olan maliyyə vəsaitinin 90%-dən çoxu əmək haqqı ödənilməsinə sərf olunur, maaşları artırmağa imkan yoxdur. AzTU-da professor-müəllim heyətinin maaşı isə bizim tanıdığımız universitetlərin arasında ən aşağı səviyyədədir.
Bəs bu qədər qurumları o niyə yaradır? Əlbəttə ki, öz qohum-qardaşını, onun məxsus olduğu regional klanın işə qəbul etdirmək məqsədilə onun yanına göndərdiyi saysız-hesabsız adamları işlə təmin etmək üçün. Yəqin ki, o, öz regional klanının sözündən çıxa bilməz, axı onu bu vəzifəyə həmin klan təklif edib və indi də yəqin ki, onu qoruyur. Bu mənada V.Vəliyevin də vəziyyətini “başa düşmək” lazımdır. O, qapalı bir dairəyə düşüb.
Bəs rektor bu qədər adama maaş vermək üçün vəsaiti haradan almalıdır. Əlbəttə ki, professor-müəllim heyətinin maaşlarından, daha dəqiq desək, tədris prosesinə sərf edilən vəsaitdən kəsməklə. Universitet laboratoriyaları üçün müasir texniki avadanlığın alınmasından isə söhbət belə getmir. Buna görə də V.Vəliyev AzTU-ya gəldiyi gündən, ilk elmi şura iclaslarından başlayaraq, bu istiqamətdə qərarlar qəbul etdirməyə başladı. Yəqin ki, 2019-cu ilin oktyabr-noyabr ayları olardı, Texniki Universitetdə texniki tədrisin əsaslarını dibindən vuran bir qərar qəbul edildi ki, kurs işləri və kurs layihələri ixtisar edilərək, 4 tədris ili müddətində yalnız 2 kurs işi saxlanılsın ki, onlar da məcburi deyil, yəni tələbə bu işi təhvil versə, müvafiq bal alacaq, verməsə, almayacaq. O cümlədən, bu qərar mühəndis qrafikası (yəni rəsmxətt) fənnindən verilən qrafiki işlərə də şamil edildi. Bundan bir qədər sonra isə daha da “irəliyə gedərək”, qərar qəbul edildi ki, kurs işləri və kurs layihələri üçün müəllimlərə tədris yükü verilməsin və onlar bu yükü öz iş vaxtları hesabına yerinə yetirsinlər (???). Ancaq anlamırlar ki, əgər bu işlər üçün tədris yükü bölüşdürülmürsə, və konkret bir müəllimin tədris yükünə daxil edilmirsə, bəs bu işi hansı müəllimin “boynuna qoymaq” lazımdır? Bu məsələ də indiyə qədər açıq qalıb və tələbələr çox asan çıxış yolu tapıblar – sadəcə olaraq, bu işləri yerinə yetirməmək və təhvil verməmək. Bunun üçün veriləcək 10 balı da heç istəmirlər, vəssalam. O vaxt Tədris hissəsinin müdiri olan “İbtidai sinif müəllimi” ixtisası üzrə təhsil almış Qəmər İsayeva iclasdan sonra sevincək halda elan etmişdi ki, universitet üzrə görün neçə min saat tədris yükünə qənaət etdik. Ancaq, o özünün ibtidai sinif müəllimi düşüncəsi ilə anlamırdı ki, bu vəsaitə qənaət etməklə, tələbələrə verilən çox mühüm mühəndis biliklərinə qənaət etmiş olurlar. Ancaq, əlbəttə ki, bu qərar onun qərarı deyildi, Vilayət Vəliyevin qərarı idi. Belə xırda şeylər isə onu narahat etmir. Bundan əlavə, qərar qəbul edildi ki, tədris qruplarında tələbələrin sayı 30 nəfərə qədər olarsa, laboratoriya dərslərində qruplar 2 yarımqrupa bölünməsin. İndi isə hətta tələbələrin sayı 30-dan çox olduqda da qrup bölünmür. Buna qədər isə, qrupda tələbələrin sayı 22-dən çox olduqda qrup 2 yarımqrupa bölünürdü və hər yarımqrupa ayrı-ayrı müəllimlər dərs keçirdi. Bu da müəllimlərə hər tələbə ilə ayrıca, fərdi məşğul olmaq imkanı verirdi. Məlumdur ki, texniki fənlərdən praktiki biliklərin mənimsənilməsi üçün laboratoriya dərslərini əhəmiyyəti nə qədər böyükdür. 30 nəfərlik qrupda tələbələr heç laboratoriyada eksperimental qurğuya yaxın gəlib, onu əməlli görə də bilmirlər, nəinki qurğuda müstəqil işləmək. Müəllimlər də hamıya bal yazaraq, bu boyda toplumu başdan edirlər ki, onlara irad olmasın. Ancaq AzTU-nun “iqtisadçı və hüquqşünas” rəhbərliyi və rektorun gətirdiyi “yeni kadrlar” belə şeyləri başa düşməzlər. Bu “reformalar” ona gətirib çıxardı ki, Texniki Universitetin bəlkə də ən əhəmiyyətli kafedrası olan “Mühəndis qrafikası” kafedrasının tədris yükü 2 dəfə azaldı, müəllimlərin hamısı kütləvi şəkildə YARIMŞTATA keçirildi və bu, indi də davam edir. Sonra isə həmin kafedra ləğv edilərək, başqa kafedralarla birləşdirilərək, aradan çıxdı. Vəssalam. Bu da tədrisdə “yenilikçi reforma”. Nəticədə isə onu görürük ki, son 3 ildə AzTU-ya qəbul edilən tələbələr nəinki çertyoj çəkə bilmirlər və çertyoju oxuya bilmirlər (yəni certyoju başa düşmürlər), adicə boltun çertyojunun nə olduğunu başa düşmürlər. Budur Vilayət Vəliyevin hazırladığı mühəndislər, ancaq, son nəticədə əlbəttə ki, dərs deyən müəllimlər günahkar sayılacaq ki, onlar yaxşı dərs keçməyiblər. Əlbəttə ki, belə tələbələr buraxılış işi layihəsini də işləyə bilməyəcəklər. Bu, həm tələbələri, həm də dövləti aldatmaq deməkdir. Bizim bildiyimizə görə, ölkəmizin heç bir mühəndislik universitetində səviyyə bu qədər aşağı düşməyib. Son zamanlar V.Vəliyev bir neçə dəfə iclaslarda yerli, yersiz deyib ki, “mühəndis hazırlığı üçün mühəndis qrafikası, kurs işləri, kurs layihələri, çertyoju bilmək çox vacibdir, bunsuz mühəndis olmaz, buna diqqət vermək lazımdır”. Yəqin ki, o, bunu bizim əvvəllər də yazdıqlarımızın təsiri ilə, özünü sığortalamaq üçün deyir. Bunlar boğazdan yuxarı deyilmiş sözlərdir. Biz də ona deyirik, cənab rektor, vəziyyəti düzəltmək üçün sizin özünüzün qəbul etdirdiyiniz qərarları ləğv edib, əvvəlki vəziyyəti bərpa etməyə sizə nə mane olur ki?"

DAVAMI VAR...

İddia olunanlarla bağlı dia-az.site olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
PKK kartı kimin cibindədir? - YENİ ÇALXALANMA
Bu gün, 15:22
AQTİ işçilərin geyimlərinə yarım milyon manatdan çox vəsait xərcləyəcək
Bu gün, 15:18
Buzovnada vətəndaşın evini su basıb: - “Kömək istəyirik“
Bu gün, 15:14
“Buldozer” ləqəbli Zülfəli İsmayılovdan ayın tarixini soruşan da yoxdur... - AXI NİYƏ?..
Bu gün, 15:09
Nəsimidə ağacəkmə aksiyası davam edir - FOTO
Bu gün, 15:01
"Mənə qarşı çox haqsızlıq edilib" - FHN-lə məhkəmə çəkişməsi olan polkovnik-leytenant
Bu gün, 14:59
"Bu imtiyazların nə olduğunu biz həmişəki kimi sonda biləcəyik" - Armen Rüstəmyan
Bu gün, 14:58
Göygöl RİH-dən ata-oğul qazilərin gileyinə REAKSİYA - "...həmin təklif olunan vəzifələrdən imtina edib"
Bu gün, 14:54
Yeni Kaledoniya: Fransa bu arxipelaqdan niyə əl çəkmr? - Bahəddin Həzi yazır...
Bu gün, 14:48
Vəzifəli şəxsin qabırğasını sındıran sabiq məmur həbs edildi - TƏFƏRRÜAT
Bu gün, 14:45
Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılovun Qızıldaş qəsəbəsində səyyar qəbulu keçirilib - FOTO
Bu gün, 14:39
Nazirlikdən Samuxa getdi: O DA BELƏ... - Dövlətin puluna XOR BAXANLAR...
Bu gün, 14:27
“Əminəm ki, artıq Ankarada bu zərbənin hansı tərəfdən gəldiyini daha dəqiq bilirlər...” - Ərəstun Oruclu ŞƏRH EDİR
Bu gün, 14:23
Aİ-nin COP29 öncəsi anti-Azərbaycan isterikası - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 14:08
`Bahar` Enerji Əməliyyat Şirkətində MAAŞLAR KƏSİLİR... - GİLEY
Bu gün, 14:06
Qida təhlükəsizliyini təmin edə bilməyən qurum, lağlağı ilə laqeyd qalan vətəndaş... - "1 almanın 2 yarısı"
Bu gün, 14:02
Azərbaycan yarımçıq sülh sazişini imzalamayacaq - Başqa cür ola da bilməz...
Bu gün, 14:00
“Kontakt Home”un müəllif hüquqlarını pozduğu iddia olunur – Məhkəməyə verilib
Bu gün, 13:56
İrəvandan sülh açıqlaması: - “Yaxşı şeylər olur, tezliklə...”
Bu gün, 13:50
“Bunlar nə yeyir, nə içir, görəsən?!”
Bu gün, 13:44
"Əminəm ki, bu terror aktını törədənlər... tezliklə türk əsgəri tərəfindən cəzalarını alacaqlar"
Bu gün, 13:38
Ermənilər Hindistan vətəndaşlarından bezdilər
Bu gün, 13:31
İran Azərbaycandan xahiş etdi - “Nasr News”
Bu gün, 13:24
"Məni ən çox əsəbləşdirən budur ki, COP29 keçirilir, amma sosial şəbəkə istifadəçiləri məzələnirlər..." - Aqil Abbas
Bu gün, 13:15
Astana sanksiyalardan yan keçməyin əleyhinədir
Bu gün, 13:05
Ermənilər İslamı qəbul edib, muğam dinləyirlər – Şahnazaryan
Bu gün, 13:03
“Azərbaycan Dəmir Yolları”nın 2 şirkəti birləşir
Bu gün, 13:01
Su polisləri qeyri-ənənəvi üsulla qanunsuz ov edənləri saxlayıb - VİDEO
Bu gün, 12:58
Sumqayıtda qaz sızmasından partlayış olub, xəsarət alanlar var - TƏFƏRRÜAT
Bu gün, 12:57
Bakıda günorta vaxtı maskalı şəxs məktəblini oğurlamaq istədi - FOTO
Bu gün, 12:54
Səfsəfələrinizi zəhmət olsa da sosial şəbəkələrə qusmayın! - ÇAĞIRIŞ
Bu gün, 12:49
Ağdaşın İcra Hakimiyyəti 602 min manatlıq tenderi niyə “Simmetriya” MMC-yə verdi - BU NƏDİ BELƏ?..
Bu gün, 12:43
Dolu düşəcəyi ehtimalı var - belə deyirlər...
Bu gün, 12:31
“EuroHome”-nin sahibi kompensasiya verməmək üçün hansı yola əl atıb? - İLGİNC FAKTLAR...
Bu gün, 12:26
Dövlət Xidməti Şəki İcra Hakimiyyətinə “stop” qoydu - SƏBƏB
Bu gün, 12:22
Ankarada terror törədənləri Rusiyaya NƏ BAĞLAYIR? - FOTO
Bu gün, 12:16
ABŞ-dan mesaj: Ermənistan müttəfiqini satdı - “Past”
Bu gün, 12:14
Türkiyə şirkətlər qrupu Azərbaycanda zavodu satın aldı - DETALLAR
Bu gün, 12:11
“Atama bu haqsızlığı edən insan həyatda xeyir tapmadı”
Bu gün, 12:08
Məşhur aktyor və arvadının qətli ilə bağlı yeni TƏFƏRRÜATLAR - "Evə yalnız şagirdlər girib-çıxırdı"
Bu gün, 12:05
"Dövlət əmlakı dağıdılıb, həqiqi alimlər dalana dirənib..." - FAKT BUDUR!
Bu gün, 12:00
Bakı demarkasiyaya dair reqlamenti nə zaman ratifikasiya edəcək - AKTUAL
Bu gün, 11:51
Röyal Axundov Bakı həbsxanasında ÖLDÜ
Bu gün, 11:50
"Bu nə fırıldaqdır?" - ETİRAZ
Bu gün, 11:48
SAĞ OLDUQLARINA ŞÜKÜR ETSİNLƏR... - Cəzalarını çəkəcəklər
Bu gün, 11:42
ASTF rəsmilərinə Avropa Stolüstü Tennis Birliyində vəzifə verilib - FOTO
Bu gün, 11:39
“Bioloji müxtəlifliyin mühafizəsi: - Botanika, Ekologiya və Yaşıl Şəhərlər” adlı forum keçirilir
Bu gün, 11:36
Plagiatçıların növbəti saxtakarlığı: ermənilərin gözü türk sazına dikilib... - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 11:24
NATO-nun bir neçə ölkəsi Ukraynanın alyansa üzvlüyünə qarşıdır - TASS
Bu gün, 11:22
BRİKS ölkələrinin liderləri hələlik yeni üzvləri qəbul etməmək qərarına gəliblər - AÇIQLAMA
Bu gün, 11:22
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru