Goranboydakı gips yataqlarını vaqonlarla Gürcüstana daşıyan kimlərdir? - NARAZILIQ VAR!
Tarix: 3-08-2022, 10:25 | Çap et
Goranboy rayonunun ərazisindəki gips yataqları talan edilir. Dövlət qurumlarındakı məsul şəxslər isə susmaqla talançılığın hər ötən gün daha da genişlənməsinə şərait yaradırlar.
“Goranboy Gips” ASC-yə məxsus yataqların talanı ASC sahiblərindən olan Aydın Qasımovun gözləri önündə baş verir. Onun özünə isə divident verilmir. Əsas gətirilir ki, guya “Goranboy Gips” mənfəətlə işləmir, ona görə də Aydın Qasımova ASC-dəki 37 faizlik payına görə divident ödənilmir. Faktiki isə vəziyyət tam başqadır. “Goranboy Gips”in yataqlarından çıxarılan gips ölkənin bütün sement zavodlarına satılır. Hətta Gürcüstana da 100 min tonlarla gips daşınır. Aydın Qasımova divident verilməməsi ilə yanaşı onun özünü mərhum qardaşı ilə qurduğu ASC-yə buraxmırlar. Yada salaq ki, Ziya Məmmədov 2006-cı ildən başlayaraq Füzuli Qasımov və qardaşı Aydın Qasımova məxsus “Goranboy Gips” MMC-ni əllərindən almaq üçün hərəkətə keçmişdi. 2011-ci ildə isə MMC uğrunda savaş amansız fazaya adlamışdı. Sabiq nazir qardaşlara qarşı qanunsuz dəstələrdən tutmuş, o zaman qeyri-rəsmi kuratorluğunda olan Goranboyun icra başçısı Nizaməddin Quliyevi də başının dəstəsi ilə birgə səfərbər etmişdi. Qasımovlar məhkəmələrə çəkilir, qorxudulur, həbs ediləcəkləri ilə təhdid olunurdular. O zaman zorakı və inzibati üsullarla Aydın Qasımovu geri addım atmağa məcbur etdilər. O, Ziya Məmmədovun tələbləri ilə razılaşmaq məcburiyyəti ilə üz-üzə qoyuldu. Onun MMC-dəki payına qanunsuz yollarla sahibləndikdən sonra qardaşı Füzuli Qasımova qarşı əsl “səlib yürüşü” başladı. dia-az.life bildirir ki, 2012-ci ilin martında Füzuli Qasımov “Yeni Müsavat”a müraciət edərək üzləşdiyi haqsızlıqlarla bağlı yazı hazırlamağımızı xahiş etmiş, əməkdaşlarımızı Goranboya dəvət etmişdi. İstəyi bu idi ki, o vaxt nəqliyyat naziri olan Ziya Məmmədovun ona qarşı qanunsuzluqları ictimailəşsin, məsələ ölkə rəhbərliyinin diqqətinə çatdırılsın. Həmin vaxt iş adamının dəvətini qəbul edib Goranboya getmişdik və “Yeni Müsavat”ın 2012-ci il aprelin 1-dəki sayında “Nəqliyyat naziri Qarabağ veteranının əmlakını əlindən alır” sərlövhəli yazı dərc etmişdik.
Füzuli Qasımov Ziya Məmmədovun “Goranboy Girp”sə məxsus olan və rayonun Yuxarı Ağcakənd kəndindəki karxanalarını nəyin bahasına olursa-olsun əllərindən almağa çalışdığını açıqlamışdı. Həmin yazıdan sitat: “2000-ci ildə I Özəlləşdirmə Proqramı çərçivəsində Goranboy rayonunun Yuxarı Ağcakənd kəndində yerləşən gips karxanalarının bir çoxu özəlləşdirilib. Biz də özəlləşmədə iştirak edərək gips karxanaların birini özəlləşdirdik. Sovet vaxtı ”Goranboy Gips" ASC Yuxarı Ağcakənd Gips Kombinatı adlanırdı. Kombinatın rəhbərliyi və işçilərinin 90 faizi ermənilər idi. Qarabağ müharibəsi başlayandan sonra Goranboyda könüllü özünümüdafiə batalyonu yarandı. Ermənilər kombinatı qoyub qaçdılar. Bizlər dədə-babamızdan qalan silahlarla torpaqlarımızı ermənilərdən müdafiə etdik. Həmin karxanalar düşmən sərhədinin 1 kilometrliyində yerləşir. 1995-ci ilə kimi döyüşdük. Biz olmasaydıq, indi Ziya Məmmədovun bizdən almaq istədiyi torpaqlar erməninin tapdağı altında idi. “Goranboy Gips” ASC-nin özəlləşdirilməsi 2003-cü ildə başa çatıb. ASC-nin 58,4 faiz səhm paketi mənə, 32,5 faizi isə qardaşım Aydına məxsusdur. Hazırda müəssisədə 85 nəfər işləyir. Burada işləyənlərin böyük əksəriyyəti bu torpaqların ermənilərdən azad olunmasında iştirak edən Qarabağ veteranlarıdır. 2006-cı ildə nəqliyyat naziri Ziya Məmmədovun adamları mənə ölkə rəhbərliyinin adından təzyiqlər etdilər ki, karxananı onlara verim. Vermədim. Bundan sonra qurğu qurub məni həbs etdirdilər. Həbsdə olanda təklif etdilər ki, müəssisənin 50 faizini onlara - yəni Ziya Məmmədova verim. Dedilər ki, bu bizim yazılmamış qanunumuzdur. Məcbur olub “Goranboy Gips” ASC-nin səhmlərinin 50 faizini onlara etibarnamə ilə verdim. İndi də bütün səhmlərimi əlimdən almaq istəyirlər".
Füzuli Qasımov 2015-ci ilin martınadək MMC-dəki payını özündə saxlamaq üçün mübarizə apardı. Həmin ilin martında isə Bakıda, Yasamal rayonu ərazisində icarəyə götürdüyü ofisdə meyiti aşkarlandı. İstintaq Füzuli Qasımovun intihar etməsi qənaətinə gəldi, elə bu “əsas”la da cinayət işi bağlandı. Sahibkarın “Goranboy Gips”dəki payı uğrunda mübarizədə Ziya Məmmədov istəyinə çatdı. Füzuli Qasımovun əlində silah erməniyə vermədiyi gips yataqları onun meyiti üzərindən Ziya Məmmədovun əlinə keçdi.
Hazırda mərhum sahibkarın qardaşı Aydın Qasımov Gəncə Apelyasiya Məhkəməsinin inzibati-iqtisad kollegiyasında haqqını bərpa etməyə çalışır. Ona və mərhum qardaşı Füzuli Qasımova məxsus paylar üzrə divident ödənilməsinə nail olmaq, yataqların cinayətkarcasına istismarının önlənməsinə xidmət edən məhkəmə qərarının verilməsini istəyir.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Bakıda 300 milyard razılaşdırıldı: Amma Leyen və Berbok… - AXI NİYƏ?..
Bu gün, 13:37 |
|
|
|
• Qaynı arvadının ölümünə səbəb olan plastik cərrahla bağlı növbəti şikayət - VİDEO
Bu gün, 13:33 |
|
|
|
• Rusiya nüvə doktrinasını buna görə yenilədi - Peskov
Bu gün, 12:42 |
|
|
|
• Kənd sakininin 25 manatlıq internetə ehtiyacı varmı? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:40 |
|
|
|
• Kim Çen In Rusiyaya səfər edə bilər
Bu gün, 12:34 |
|
|
|
• Göyçayda daha bir MƏMUR HARINLIĞI... - NARAZILIQ VAR...
Bu gün, 12:31 |
|
|
|
• Sizdə bu hallar varsa Şopoqoliksiniz - AÇIQLAMA
Bu gün, 12:21 |
|
|
|
• Rusiya-Ukrayna müharibəsində son durum açıqlandı - “Reuters“
Bu gün, 12:17 |
|
|
|
• Ermənistandan Fransaya xəyanət kimi qərar - konyak yalanı
Bu gün, 12:14 |
|
|
|
• Tramp bu qadını nazir təyin edir
Bu gün, 11:39 |
|
|
|
• Məmur biznesinin iflic etdiyi sahələrdə orta və kiçik sahibkarlıq can verir... - İnhisar, cərimələr, pul qıtlığı...
Bu gün, 11:37 |
|
|
|
• İqlim sammitinin qapanışı nədən ləngiyirdi? – Mübahisəli məsələ
Bu gün, 11:34 |
|
|
|
• Nəcməddin Sadıqovun YEYİNTİ ORTAQLARI... - İttihamı qəbul etmirlər, amma...
Bu gün, 11:08 |
|
|
|
• Dövlət Ehtiyatları Agentliyi auditini bu şirkətə - HƏVALƏ ETDİ
Bu gün, 11:02 |
|
|
|
• Ermənistanla münasibətimiz problemlidir - Rusiya səfirindən etiraf
Bu gün, 10:57 |
|
|
|
• Prezidentin köməkçisi Almaniya xarici işlər nazirinin Azərbaycana qarşı ittihamlarını qəbuledilməz adlandırıb - ETİRAZ
Bu gün, 10:39 |
|
|
|
• Naxçıvanda yeni həbslər... GÖZLƏNİLİR...
Bu gün, 10:37 |
|
|
|
• Bakıya “hücum”a cavab verildi - 3 hədəf var, oranı istəyirlər
Bu gün, 10:28 |
|
|
|
• Paşinyanın Bakıya bu “güzəşti” hiylədir – Moskvadan baxış
Bu gün, 10:24 |
|
|
|
• İlin sonuna qədər sülh sazişinin imzalanması mümkündür - ƏGƏR...
Bu gün, 10:21 |
|
|
|
• COP29-da tarixi nailiyyət: Bakı 1,3 trilyon dollarlıq yeni iqlim maliyyəsini hədəf seçib
Bu gün, 03:58 |
|
|
|
• COP29-da illik iqlim maliyyələşməsi üçün 300 milyard dollar təsdiqlənib
Bu gün, 03:56 |
|
|
|
• Avropa çətin vəziyyətdə: “Rusiya qazının idxalı azalsa…” - GƏLİŞMƏ
Bu gün, 03:02 |
|
|
|
• "Ərə sahib olmaq super bir hissdir..."
Bu gün, 02:55 |
|
|
|
• Cavid İsmayılzadənin "əli uzandı" - İLGİNC
Bu gün, 02:52 |
|
|
|
• Azərbaycan Cənubi Qafqazın ən təhlükəsiz ölkəsidir - FAKT BUDUR!
Bu gün, 02:45 |
|
|
|
• "Daha fundamental əsərlər yazılmalı, filmlər çəkilməlidir"
Bu gün, 02:42 |
|
|
|
• Dövlət qurumu 1,1 milyon manatlıq geyimləri - BU ŞİRKƏTDƏN ALDI
Bu gün, 02:30 |
|
|
|
• Avropa İttifaqı sülhə mane olur - Çirkin "binokl diplomatiyası"...
Bu gün, 02:29 |
|
|
|
• Azərbaycanda logistika şirkəti - LƏĞV OLUNUR
Bu gün, 00:05 |
|
|
|
• "Səbail Market" fəaliyyətini dayandırdı
Bu gün, 00:02 |
|
|
|
• Nadir Qafarzadə Rusiyada torpaq sahəsi alıb? - AÇIQLAMA
Dünən, 17:22 |
|
|
|
• Çavuşoğlunu Bakıya gətirən mühüm səbəb: - Qərbi Azərbaycanla bağlı nə baş verir?
Dünən, 17:15 |
|
|
|
• Bir dəfəlik, yoxsa birdəfəlik sülh? - Bahəddin Həzi yazır...
Dünən, 15:02 |
|
|
|
• Qloballaşan savaş: “Üçüncü Dünya müharibəsi başlayıb, sadəcə...” - GÖRÜNƏNİ BUDUR
Dünən, 15:00 |
|
|
|
• Dəb indiki xoşbəxtlikdir, dəyər sonrakı peşmanlıq! - Aqşin Yenisey
Dünən, 14:58 |
|
|
|
• Tramp Viktor Orbana zəng etdi
Dünən, 14:06 |
|
|
|
• “Kişi kimi uduzmaq lazımdır, dovşan kimi yox” - Zaur Axundovdan yığmaya sərt tənqid
Dünən, 13:57 |
|
|
|
• "Ermənistan Azərbaycanın haqlı gözləntilərinə cavab versə..." - Ekspert
Dünən, 13:52 |
|
|
|
• Azərbaycanın tanınmış jurnalistini maşın vurdu: Xəstəxanaya aparıldı - FOTO
Dünən, 13:50 |
|
|
|
• “Kişi müğənnilər də plastik etdirir, övladları onlardan utanır...” - Əməkdar artist
Dünən, 13:17 |
|
|
|
• Laçında baş verən zəlzələ Ermənistanda da hiss olunub - YENİLƏNDİ
Dünən, 13:12 |
|
|
|
• Ermənistanda sülh deyənlərə həbsxana GÖSTƏRİLİR - Görünəni odur ki...
Dünən, 13:11 |
|
|
|
• Xanlar Fətiyev Tərtər rayonunun Azad Qaraqoyunlu kəndində vətəndaşları qəbul edib
Dünən, 13:03 |
|
|
|
• Azərbaycanlı diplomat 70 kq qızılı haradan alıb? – Diqqətçəkən detal
Dünən, 12:58 |
|
|
|
• Azərbaycan mediasının COP29 sınağı - Rəşad Məcid yazır...
Dünən, 12:55 |
|
|
|
• Trampla Putin arasında gizli görüş... - Şok iddia
Dünən, 12:53 |
|
|
|
• Sirli diplomatın KİMLİYİ BƏLLİ OLDU - 70 kiloqram qızıl isə...
Dünən, 12:50 |
|
|
|
• "Hakimiyyət naminə torpaqları qurban verdikləri kimi..." - Deputatdan SƏRT SÖZLƏR
Dünən, 12:38 |
|
|
|
• Azərbaycan öz üzərinə düşəni edir - ŞƏRH
Dünən, 12:30 |
|
|
|
|