Əli Həsənovun Ağcabədidə yaddan çıxıb qalan QOÇUSU... - İTTİHAM VAR!
Tarix: 6-12-2022, 10:30 | Çap et
Son illər bir çox vəzifə sahibi olan şəxslər nəinki daşıdıqları vəzifələrindən “ikiəlli yapışırlar”, hətta onlar “minbir hoqqalar”a qol qoymaqla “əndazə”ni də aşırlar. Belə bir səbəblər üzündəndir ki, yerlərdə kütləvi narazılıqlar baş qaldırır, dövlət qurumlarına qarşı vətəndaş etinasızlığı özünü göstərir, eyni zamanda sosial problemlər aşıb-daşmaqda davam edir. Bütün bunların kökündə vəzifə sahibi olan şəxslərin tələb olunan qanunlara əməl etməmələri, üzərinə düşən vəzifələrini yerinə yetirməyi bacarmamaları, yaxud da yerinə yetirmək istəyində olmamalarıdır. Belə bir halların varlığı, ilk növbədə vətəndaşların dövlət qurumlarına olan inamının heçə enməsinə səbəb olur ki, bu da olduqca pis halın varlığıdır. Açıq-aşkar şəkildə qeyd edək ki, belə vəzifə sahiblərindən biri də Azərbaycan Respublikası Prezidentinin 20 noyabr 2019-cu il tarixdə imzaladığı Sərəncam əsasında Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunan Rafil İsrafil oğlu Hüseynovdur. Son bir neçə aydır ki, bu şəxsin qanunsuzluğa söykənən əməlləri haqda ölkənin aparıcı media qurumlarında silsilə tənqidi açıqlamalar yayımlanır, geniş ictimaiyyəti narahat edən problemlərin varlığı hər kəsin diqqətinə çatdırır. Bütün bunlara baxmayaraq, icra başçısı Rafil Hüseynov qeyd olunan tənqidlərdən nəticə çıxarıb çoxsaylı problemləri həll etmək əvəzinə, yenə də oxşar addımlarını atmaqda davam edir. Məsələn, bugünlərdə gundemxeber.az saytının redaksiyasına Ağcabədi rayonu, Haramı düzü adı ilə tanınan ərazidə fəaliyyət göstərən “Yaşar-84” MMC kəndli fermer təsərrüfatının sahibi, hüquqi şəxs Bəxşeyiş Xasay oğlu Səfiyev tərəfindən müraciət olunub. Bəxşeyiş Səfiyev müraciətində bildirir ki, “1995-ci ildən rəhbərlik etdiyim “Yaşar-84” MMC kəndli fermer təsərrüfatına aid 50 ha torpaq sahəsində həm əkinçiliklə, həm də qoyunçuluq təsərrüfatı ilə məşğul oluram. Qeyd edim ki, dövlət fond torpağına aid olan və icarə müqaviləsi əsasında istifadə etdiyimiz bu torpaq sahələrində suvarma işlərini 3 (üç) ədəd trosfarmatordan istifadə etməklə suvarma işlərini həyata keçirirdik. Bir müddət bundan öncə icra başçısı Rafil Hüseynovun verdiyi tapşırıq əsasında, RİH-nin və “Azərişıq” ASC-nin əməkdaşları polisin təsir imkanlarından istifadə edib, icarə müqaviləsi əsasında istifadəmizdə olan 3 ədəd trosfarmatoru söküb apardılar. Belə bir səbəbdən də, payız mövsümü ilə əlaqədar əkin sahələrimizdə suvarma işlərini həyata keçirə bilmədik. Artıq vəziyyət elə bir dözülməz həddə gəlib çatıb ki, taxıl sahələrindəki gəmiricilərin qarşısını ala bilmirik. Yəni, gəmiricilər şəxsi istifadəmizdə olan sahələri olduqca yarasız vəziyyətə salıblar. Qeyd edim ki, trosfarmatorlar götürlərkən müəyyən qarşıdurma hadisəsi baş verdi və polis əməkdaşları həm məni, həm də yaşlı həyat yoldaşımı itələyib yıxdılar. Bütün bunlara əsas səbəb, 2019-cu ildən Ağcabədi rayonuna rəhbərlik edən Rafil Hüseynovun, guya ki, rəhbərlik etdiyim “Yaşar-84” MMC kəndli fermer təsərrüfatının “Azərşəkər” MMC-nin Ağcabədi təsərrüfatına məxsus 18 ha əraziyə daxil olmasını bəhanə etməsidir. Əslində RİH-nin başçısı tərəfindən atılan belə bir addım, heç bir əsası olmayan bəhanədən başqa bir şey deyil. Qeyd edim ki, əgər bu cür qeyri-qanuni addmlarla bağlı tapşırıq verən İcra Başçısıdırsa, hərtərəfli aranı qarışdıran, vətəndaşların dövlət qurmlarından narazı düşmələrinə şərait yaradan, bir sözlə əsas baiskar, icra başçısının buyruqçusu rolunu uğurla yerinə yetirən Muxtar Bağırov adlı şəxsdir. Unutmaq olmaz ki, icra başçısı Rafil Hüseynov bu şəxsin sözü ilə oturub durur. Bu şəxslər zaman-zaman elə bir saxtakarlıqlara da qol qoyublar ki, baş verənləri görüb-eşidən hər kəs, sanki öz özlüyündə şaxsey-vaxsey deməli olur. Məsələn, xeyli vaxt bundan əvvəl RİH tərəfindən bir şirkət aldadılır və torpaq sahəmizin içindəki tikilini, üç artezianı və istifadə etdiyimiz torpaq sahəsinin müəyyən hissəsini şirkət əməkdaşlarına göstərirlər. Az sonra Mehdiyev Şöhrət Əsəd oğlunun adına sənədləşmə işlərini həyata keçirərək, şirkət tərəfdən külli miqdarda pul alırlar. Nə qədər pul alırlar, onu bilmirəm. Bundan əlavə, bu gün də şəxsi istifadəmdə olan torpaq sahəsinə aid icarə müqaviləsi olduğu halda, RİH-i tərəfindən istifadəmdə olan 20 ha sahəsinin guya ki, başqa bir şəxsə aid olması ilə bağlı şəhadətnamə verirlər. Bu addım olduqca qeyri-qanuni addımdır. Çünki, icarə müqaviləsinin müddəti başa çatmadan, məhkəmənin qərarı olmadan heç bir şəxsə heç bir halda şəhadətnamə verilə bilməz. Qeyd edim ki, RİH-i tərəfindən 20 ha sahəsinə aid başqa bir şəxsə şəhadətnamə versələr də, hal-hazırda həmin sahə bizim istifadəmizdədir. Əlavə olaraq onu da bildirmək istəyirəm ki, 1995-ci ildən rəhbərlik etdiyim “Yaşar-84” MMC kəndli fermer təsərrüfatı, nə üçün ötən illər ərzində “Azərşəkər” MMC-nin Ağcabədi təsərrüfatına məxsus əraziyə daxil olmur, yalnız Rafil Hüseynovun bu rayona rəhbərlik etdiyi vaxtlarda daxil olur? Əslinə baxsan, ortada əksəriyyətin bilmədiyi bəzi incəliklər, müəyyən nüaslar var ki, onları da Ağcabədi RİH-nin başçısı yaxşı bilir. Onu da qeyd edim ki, “Azərşəkər” MMC-i təkcə Ağcabədi rayonu ərazisində deyil, həmçinin Bərdə və Yevlax rayonları ərazisində də fəaliyyət göstərir. Yəni, bu MMC-nin adı çəkilən bu rayonların ərazilərində geniş təsərrüfat sahələri var. İcra başçısı orda-burda belə bir təbliğat da aparır ki, guya “Azərşəkər” MMC-i Prezident ailəsinə məxsusdur. Əslində Rafil Hüseynov tərəfindən belə bir təbliğatın aparılması, məhz bu şəxsin hansısa məqsədinə nail olması üçün atdığı addımdır”. Ağcabədi RİH-nin başçısı tərəfindən sahibkar Xasay Səfiyevə qarşı törədilən bu “terror aktı”nı təhlil edib belə qənaətə gəlmək olar ki, bu yöndə atılan addımlar təkcə “Yaşar-84” MMC-nin rəhbərinə qarşı deyil, bütövlükdə ölkədaxili iqtisadi siyasətimizə vurulan ən böyük zərbədir. Onu da bildirək ki, Prezident İlham Əliyev 24 oktyabr 2019-cu il tarixdə iqtisadiyyat naziri Mikayıl Cabbarovu qəbul edərkən “Bəzi hallarda dövlət məmurları, yerli icra orqanlarının rəhbərləri, nümayəndələri imkan vermirlər, xüsusilə bölgələrdə. Əgər indi kimsə özü üçün bir balaca iş qurursa, gəlib zəli kimi onun bədənindən yapışırlar, qanını sorurlar. Belə adamlara qarşı çox ciddi tədbirlər görüləcəkdir” demişdir. Digər tərəfdən, Prezident İlham Əliyev hansı şəxsi şəhər və rayonlara icra başçısı vəzifəsinə təyin edirsə, həmin şəxsə “Sizə böyük etimad göstərilir və əminəm ki, siz bu etimadı doğruldacaqsınız, öz işinizlə vətəndaşların rəğbətini qazanacaqsınız və ölkəmizdə gedən islahatları dərinləşdirmək üçün əməli səylər göstərəcəksiniz. Siz daim insanlarla təmasda olmalısınız, onların problemlərini onlardan eşitməlisiniz, laqeyd olmamalısınız. Yəni, bütün məmurlar qarşısında mənim tərəfimdən qoyulan vəzifələr bundan ibarətdir. Çünki, hər bir dövlət məmuru Prezident başda olmaq şərti ilə xalqın xidmətçisidir. Mən bunu dəfələrlə öz çıxışlarımda demişəm və icra başçılarını vəzifəyə təyin edərkən demişəm” deyə lazımi tapşırıqlarını verir. O halda sual oluna bilər ki, görəsən Ağcabədi RİH-nin başçı Rafil Hüseynov ölkə rəhbərinin bu yöndə verdiyi tapşırıqları lazımınca yerinə yetirirmi? Əsla yox! Çünki, RİH-nin başçısı tərəfindən sahibkar Xasay Səfiyevə qarşı törədilən bu “terror aktı”, əslində ölkə rəhbərinin bu yöndə verdiyi tapşırıqların əleyhinə çıxmaq deməkdir. Çünki, son illər möhtərəm Prezident sahibkarlıqla bağlı məsələlərə olduqca diqqət yetirir və vəzifə sahiblərinə bu sahədə əmələ gələn problemlərin aradan qaldırılması ilə bağlı lazımi tapşırıqlarını da verir. Qarşı tərəfin də mövqeyini dinləyə bilərik.
GundemXeber.Az
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• COP29-da tarixi nailiyyət: Bakı 1,3 trilyon dollarlıq yeni iqlim maliyyəsini hədəf seçib
Bu gün, 03:58 |
|
|
|
• COP29-da illik iqlim maliyyələşməsi üçün 300 milyard dollar təsdiqlənib
Bu gün, 03:56 |
|
|
|
• Avropa çətin vəziyyətdə: “Rusiya qazının idxalı azalsa…” - GƏLİŞMƏ
Bu gün, 03:02 |
|
|
|
• "Ərə sahib olmaq super bir hissdir..."
Bu gün, 02:55 |
|
|
|
• Cavid İsmayılzadənin "əli uzandı" - İLGİNC
Bu gün, 02:52 |
|
|
|
• Azərbaycan Cənubi Qafqazın ən təhlükəsiz ölkəsidir - FAKT BUDUR!
Bu gün, 02:45 |
|
|
|
• "Daha fundamental əsərlər yazılmalı, filmlər çəkilməlidir"
Bu gün, 02:42 |
|
|
|
• Dövlət qurumu 1,1 milyon manatlıq geyimləri - BU ŞİRKƏTDƏN ALDI
Bu gün, 02:30 |
|
|
|
• Avropa İttifaqı sülhə mane olur - Çirkin "binokl diplomatiyası"...
Bu gün, 02:29 |
|
|
|
• Azərbaycanda logistika şirkəti - LƏĞV OLUNUR
Bu gün, 00:05 |
|
|
|
• "Səbail Market" fəaliyyətini dayandırdı
Bu gün, 00:02 |
|
|
|
• Nadir Qafarzadə Rusiyada torpaq sahəsi alıb? - AÇIQLAMA
Dünən, 17:22 |
|
|
|
• Çavuşoğlunu Bakıya gətirən mühüm səbəb: - Qərbi Azərbaycanla bağlı nə baş verir?
Dünən, 17:15 |
|
|
|
• Bir dəfəlik, yoxsa birdəfəlik sülh? - Bahəddin Həzi yazır...
Dünən, 15:02 |
|
|
|
• Qloballaşan savaş: “Üçüncü Dünya müharibəsi başlayıb, sadəcə...” - GÖRÜNƏNİ BUDUR
Dünən, 15:00 |
|
|
|
• Dəb indiki xoşbəxtlikdir, dəyər sonrakı peşmanlıq! - Aqşin Yenisey
Dünən, 14:58 |
|
|
|
• Tramp Viktor Orbana zəng etdi
Dünən, 14:06 |
|
|
|
• “Kişi kimi uduzmaq lazımdır, dovşan kimi yox” - Zaur Axundovdan yığmaya sərt tənqid
Dünən, 13:57 |
|
|
|
• "Ermənistan Azərbaycanın haqlı gözləntilərinə cavab versə..." - Ekspert
Dünən, 13:52 |
|
|
|
• Azərbaycanın tanınmış jurnalistini maşın vurdu: Xəstəxanaya aparıldı - FOTO
Dünən, 13:50 |
|
|
|
• “Kişi müğənnilər də plastik etdirir, övladları onlardan utanır...” - Əməkdar artist
Dünən, 13:17 |
|
|
|
• Laçında baş verən zəlzələ Ermənistanda da hiss olunub - YENİLƏNDİ
Dünən, 13:12 |
|
|
|
• Ermənistanda sülh deyənlərə həbsxana GÖSTƏRİLİR - Görünəni odur ki...
Dünən, 13:11 |
|
|
|
• Xanlar Fətiyev Tərtər rayonunun Azad Qaraqoyunlu kəndində vətəndaşları qəbul edib
Dünən, 13:03 |
|
|
|
• Azərbaycanlı diplomat 70 kq qızılı haradan alıb? – Diqqətçəkən detal
Dünən, 12:58 |
|
|
|
• Azərbaycan mediasının COP29 sınağı - Rəşad Məcid yazır...
Dünən, 12:55 |
|
|
|
• Trampla Putin arasında gizli görüş... - Şok iddia
Dünən, 12:53 |
|
|
|
• Sirli diplomatın KİMLİYİ BƏLLİ OLDU - 70 kiloqram qızıl isə...
Dünən, 12:50 |
|
|
|
• "Hakimiyyət naminə torpaqları qurban verdikləri kimi..." - Deputatdan SƏRT SÖZLƏR
Dünən, 12:38 |
|
|
|
• Azərbaycan öz üzərinə düşəni edir - ŞƏRH
Dünən, 12:30 |
|
|
|
• Paşinyan ölkədəki istefa dalğasından danışdı: - "Məmurlara yazdım ki..."
Dünən, 12:27 |
|
|
|
• MDB ölkələrindən aldığımız məhsullar onlara satdığımızdan 3 dəfə çoxdur - SİYAHI
Dünən, 12:14 |
|
|
|
• Ermənistan İstintaq Komitəsinin keçmiş sədri istintaqa çağırılıb
Dünən, 12:09 |
|
|
|
• “Ermənistandakı indiki nəsil vuruşmağa hazır deyil... - Hətta xaricdən kimsə dəstək olsa belə...”
Dünən, 12:06 |
|
|
|
• Sərhədlər açılır... YA AÇILMIR? - daha bir AÇIQLAMA
Dünən, 12:03 |
|
|
|
• Rusiya DİN bəzi şəxsləri vətəndaşlıqdan məhrum edir - Azərbaycanlılar da olacaq?
Dünən, 11:56 |
|
|
|
• Çin hakerləri ABŞ-nin infrasturkturuna girməyə çalışırlar - Morqan Adamski
Dünən, 11:53 |
|
|
|
• İranın yeni paytaxtı bu şəhər ola bilər - KİV
Dünən, 11:52 |
|
|
|
• Almaniya ilə Azərbaycan arasında yeni gərginlik - XİN rəhbəri nə deyib?
Dünən, 11:38 |
|
|
|
• Azərbaycanda saxlanılan gömrük xidmətinin rəis müavini 200 milyon verib HƏBSDƏN ÇIXDI - TƏFƏRRÜAT
Dünən, 11:21 |
|
|
|
• Tanınmış meyxanaçıdan MƏSLƏHƏT: - “Oğlan uşağını kişi kimi böyüdün ki, sonradan...”
Dünən, 11:19 |
|
|
|
• Paşinyanın qadın “batalyon”u - strateji postlar niyə “axçi”lərə verilir...
Dünən, 11:17 |
|
|
|
• Rusiyadan Ermənistan milyardlarla dollarlıq qızıl axır - Şəbəkənin arxasında kimlər dayanır?
Dünən, 11:13 |
|
|
|
• Azərbaycanda bu deputatlara mənzil verildi - DETALLAR
Dünən, 11:09 |
|
|
|
• DİQQƏT: Kənd məktəbləri sürətlə boşalır... - NƏ ETMƏLİ?
Dünən, 11:07 |
|
|
|
• Rusiya-Ukrayna gərginliyi... BİZƏ NECƏ TƏSİR EDƏCƏK? - ARAŞDIRMA
Dünən, 10:59 |
|
|
|
• "Səni 12 ildir mən gözəlləşdirmişəm"
Dünən, 10:56 |
|
|
|
• İstanbulda 70 kq qızılla saxlanılan azərbaycanlı diplomat deyil - SARIYER OLAYI...
Dünən, 10:50 |
|
|
|
• Bu hallarda işçilərin işdən kənarlaşdırılması qanunsuzdur... - Ekspert danışır...
Dünən, 10:47 |
|
|
|
• Britaniyanın HSBC bankı Rusiya və Belarusdan ödənişləri qəbul etməyəcək - “Reuters”
Dünən, 10:44 |
|
|
|
|