KÖHNƏ EŞALONUN CAVAN ASTAR ÜZÜ: Seymur Orucov... - BUNUN BAŞQA ADI YOXDUR...
Tarix: 12-01-2023, 10:51 | Çap et
Seymur Orucov - 1984-cü il oktyabrın 27-də Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhərində anadan olub. Ailəlidir. Seymur Orucovun qaynatası keçmiş millət vəkili, “Narxoz”un sabiq rektoru Şəmsəddin Hacıyevdir. Qaynanası Zemfira Hacıyeva Ramiz Mehdiyevin keçmiş “idarəsində”, yəni Azərbaycan Milli Elmlər Akademiyasında uzun müddətdir ki, Rəyasət Heyətinin Azərbaycanda Elmi İrsin Toplanılması və Sistemləşdirilməsi mərkəzinin direktorudur. Doğma dayısı Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının əbədi, əzəli sədri, millət vəkili Səttar Möhbalıyevdir. Möhbalıyev də Perzidentin sabiq köməkçisi Əli Həsənovla qudadır....
Həyat yoldaşı Çeşmi xanım “Narxoz”un qapısından içəri girən günü, yəni 1-ci kursda oxumağa başlayan kimi olub “Narxoz”da Tələbə Elmi Cəmiyyətinin sədri. Ardından, 24 yaşında oldu “Narxoz”da - papasının yanında dekan.
Qeyd; “Korrupsiya haqqında qanun”a görə, qohumların eyni qurumda işləməsi korrupsiya vasitəsi kimi nəzərdə tutulur.
Bu xanım rektorun doğmaca qızıdır.
Bir müddət sonra eşitdik ki, Maştağada bağça müdirəsidir.
Biraz da keçdi, bəlli oldu ki, Çeşmi xanım “parnik” (istixana) sahibidir, pomidor, xiyar yetişdirir. Özü də 350.000 (üç yüz əlli min)lik zirehli avtomobil sürən gənc sahibkar xanımın, sən demə istixanalarda istifadə etdiyi qaza görə, Azəriqaza 115 min manat borcu var. O borcun da taleyi necə oldu, heç kim bilmədi.
Ondan sonra isə eşidirik ki, Azərbaycan Dillər Universitetinin rektoru Kamal Abdulla Çeşmi xanımı özünə müşavir təyin edib.
Əlqərəz...
Əslində, 2021-dən danışırıq. Sadəcə xatırlatmaq istədik ki, bilirik kimsənin vəzifəyə təsadüfi, yaxud zəhməti, bacarığı ilə gəlmədiyini.
Amma, nəolsun ki, vəzifəyə gələnə qədər zəhmət çəkməmisən?! Heçolmasa vəzifəyə gəldikdən sonra, o vəzifənin məsuliyyətini daşımalısan ya yox?
Gənc iqtisadçı İcra başçısı görünür maliyyə məsələlərində həqiqətən yaxşı bilir. Bunu elə onun vəzifəyə təyin olunandan, taa bugünə qədər tez-tez keçirdiyi tender müsabiqələrindən də bəlli olur.
Qeyd edək ki, Seymur Orucov Ağstafanın abadlaşdırılması ilə bağlı tenderləri gizli (ətraflı məlumat vermədən, katirovka sorğusu olmadan) keçirir və yerli mediyanın məlumatına görə, özünə yaxın şirkətləri qalib elan edilir.
Başı tenderlərə qarışan Seymur Orucov Ağstafaya çatar-çatmaz , gənc olmasına baxmayaraq, "əkə-bükə" icra başçıları kimi, "profesionalcasına" vəzifədən şəxsi məqsədləri üçün istifadə etməyə girişdi. Deyirlər, "insan həyata 3 dəfə gəlir". İndi, Seymur Orucov ya bundan əvvəlki həyatında da İcra başçısı olub, ya da vəzifə hesabına sərvət toplamaq, dayı tərəfindən genetik olaraq keçib.
Yoxsa, bu qədər peşəkarlıq ???
Hə, gələk sözümüzün "mustafası"na. Seymur Orucovu boşuna xatırlamadıq. Rəsmi olaraq, rəhbərlik etdiyi - realda isə yerli sakinlərin rayondan xəbəri olmadığını dedikləri Seymur Orucov rayon ərazisindəki "işgüzar fəaliyyəti" barəsində "DogruXeber.az"a videoməlumat göndərilib.
Təkrar olaraq, bildiririk ki, görüntülər Ağstafa rayonunun Vurğun qəsəbəsində lentə alınıb. Gördüyünüz küçə isə 2020-ci ildə yaşadığımız 44 günlük müharibənin qalib qəhrəmanı - şəhid Hüseynov Nəcəf İlqar oğlunun adını daşıyır.
Gördüyünüz kimi, küçə boyu qaz xətləri gözümüzə dəymədi. Bu o deməkdir ki, qəsəbəyə hələ də qaz xətləri çəkilməyib. İşıq dirəkləri desək, yolları desək, bənzətməyə söz də tapmaq olmur. Heç nəyə bənzəmir bu görüntülər - bir sözlə rəzillik. Bir rayonun rəhbəri adına utancverici reallıq.
İki dirəyə bağlanmış o qaraltı kimi görünən lövhə isə, sən demə küçənin adını daşıdığı şəhid Nəcəf Hüseynovun şəkili imiş. Maraqlıdır ki, bu qaraltı kimi gördüyümüz bu lövhəni, hansı səbəblərdənsə, yerli sakinlər "abidə" adlandırır.
Ya bu onlara belə aşılanıb, ya da yerində abidə tikilməsi nəzərdə tutulubmuş, bunu deyə bilmərik.
Amma, bir şəhidin adını daşıyan küçənin - heçolmasa küçənin (hələ qəsəbəni demirik) görüntüsü, şəraiti də onun adını daşımağa layiq olmalıdır.
Dövlət büdcəsindən İcra Hakimiyyətinə ayrılan məbləğlər, "qohum-əqrəba" arasında keçirilən tenderlərdən əldə olunan gəlirlərin taleyindən rayon da bixəbərdir, rayonun sakinləri də.
Seymur Orucovun İcra başçısı olaraq, özü üçün nələr etdiyini mətbuat da, yerli sakinlər yaxşı bilir. Lakin, İcra başçısı olaraq, Ağstafa rayonu üçün nələr etdiyini isə "gördüm" dəyən yoxdur.
Yerli sakinlərin "DogruXeber.az"a bildirdiyinə görə, heç çox zaman qəbuluna da düşmək olmur. Hətta, İcra Hakimiyyətinin səlahiyyətli işçisi tərəfindən hüquqları pozulduğu üçün İcra başçısının Ağstafa rayon sakini Aygün Eyyubovanın qəbul zamanı hansı "sürpriz"lərlə qarşılaşdığı, hüquq şöbəsinin və digər səlahiyyətli şəxslərin göstərişinə əsasən, Azərbaycan qadınını laiq olmadığı tərzdə - bir "qatı cinayətkar" kimi polis bölməsinə aparılması barəsində daha ətraflı məlumatları növbəti günlərdə dərc edəcəyik. Eyni zamanda, sözügedən rayonda Ukrayna dilini hələ də bilmədiyi halda, həmin ölkənin Ali təhsil diplomunu əldə etmiş məsul şəxsin, o diplomla necə və hansı məmurun sayəsində yüksək vəzifəyə təyin olunduğundan bəhs edəcəyik.
Redaksiyamız hər kəsin söz haqqını tanıyır.
DogruXeber.az
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• COP29-da tarixi nailiyyət: Bakı 1,3 trilyon dollarlıq yeni iqlim maliyyəsini hədəf seçib
Bu gün, 03:58 |
|
|
|
• COP29-da illik iqlim maliyyələşməsi üçün 300 milyard dollar təsdiqlənib
Bu gün, 03:56 |
|
|
|
• Avropa çətin vəziyyətdə: “Rusiya qazının idxalı azalsa…” - GƏLİŞMƏ
Bu gün, 03:02 |
|
|
|
• "Ərə sahib olmaq super bir hissdir..."
Bu gün, 02:55 |
|
|
|
• Cavid İsmayılzadənin "əli uzandı" - İLGİNC
Bu gün, 02:52 |
|
|
|
• Azərbaycan Cənubi Qafqazın ən təhlükəsiz ölkəsidir - FAKT BUDUR!
Bu gün, 02:45 |
|
|
|
• "Daha fundamental əsərlər yazılmalı, filmlər çəkilməlidir"
Bu gün, 02:42 |
|
|
|
• Dövlət qurumu 1,1 milyon manatlıq geyimləri - BU ŞİRKƏTDƏN ALDI
Bu gün, 02:30 |
|
|
|
• Avropa İttifaqı sülhə mane olur - Çirkin "binokl diplomatiyası"...
Bu gün, 02:29 |
|
|
|
• Azərbaycanda logistika şirkəti - LƏĞV OLUNUR
Bu gün, 00:05 |
|
|
|
• "Səbail Market" fəaliyyətini dayandırdı
Bu gün, 00:02 |
|
|
|
• Nadir Qafarzadə Rusiyada torpaq sahəsi alıb? - AÇIQLAMA
Dünən, 17:22 |
|
|
|
• Çavuşoğlunu Bakıya gətirən mühüm səbəb: - Qərbi Azərbaycanla bağlı nə baş verir?
Dünən, 17:15 |
|
|
|
• Bir dəfəlik, yoxsa birdəfəlik sülh? - Bahəddin Həzi yazır...
Dünən, 15:02 |
|
|
|
• Qloballaşan savaş: “Üçüncü Dünya müharibəsi başlayıb, sadəcə...” - GÖRÜNƏNİ BUDUR
Dünən, 15:00 |
|
|
|
• Dəb indiki xoşbəxtlikdir, dəyər sonrakı peşmanlıq! - Aqşin Yenisey
Dünən, 14:58 |
|
|
|
• Tramp Viktor Orbana zəng etdi
Dünən, 14:06 |
|
|
|
• “Kişi kimi uduzmaq lazımdır, dovşan kimi yox” - Zaur Axundovdan yığmaya sərt tənqid
Dünən, 13:57 |
|
|
|
• "Ermənistan Azərbaycanın haqlı gözləntilərinə cavab versə..." - Ekspert
Dünən, 13:52 |
|
|
|
• Azərbaycanın tanınmış jurnalistini maşın vurdu: Xəstəxanaya aparıldı - FOTO
Dünən, 13:50 |
|
|
|
• “Kişi müğənnilər də plastik etdirir, övladları onlardan utanır...” - Əməkdar artist
Dünən, 13:17 |
|
|
|
• Laçında baş verən zəlzələ Ermənistanda da hiss olunub - YENİLƏNDİ
Dünən, 13:12 |
|
|
|
• Ermənistanda sülh deyənlərə həbsxana GÖSTƏRİLİR - Görünəni odur ki...
Dünən, 13:11 |
|
|
|
• Xanlar Fətiyev Tərtər rayonunun Azad Qaraqoyunlu kəndində vətəndaşları qəbul edib
Dünən, 13:03 |
|
|
|
• Azərbaycanlı diplomat 70 kq qızılı haradan alıb? – Diqqətçəkən detal
Dünən, 12:58 |
|
|
|
• Azərbaycan mediasının COP29 sınağı - Rəşad Məcid yazır...
Dünən, 12:55 |
|
|
|
• Trampla Putin arasında gizli görüş... - Şok iddia
Dünən, 12:53 |
|
|
|
• Sirli diplomatın KİMLİYİ BƏLLİ OLDU - 70 kiloqram qızıl isə...
Dünən, 12:50 |
|
|
|
• "Hakimiyyət naminə torpaqları qurban verdikləri kimi..." - Deputatdan SƏRT SÖZLƏR
Dünən, 12:38 |
|
|
|
• Azərbaycan öz üzərinə düşəni edir - ŞƏRH
Dünən, 12:30 |
|
|
|
• Paşinyan ölkədəki istefa dalğasından danışdı: - "Məmurlara yazdım ki..."
Dünən, 12:27 |
|
|
|
• MDB ölkələrindən aldığımız məhsullar onlara satdığımızdan 3 dəfə çoxdur - SİYAHI
Dünən, 12:14 |
|
|
|
• Ermənistan İstintaq Komitəsinin keçmiş sədri istintaqa çağırılıb
Dünən, 12:09 |
|
|
|
• “Ermənistandakı indiki nəsil vuruşmağa hazır deyil... - Hətta xaricdən kimsə dəstək olsa belə...”
Dünən, 12:06 |
|
|
|
• Sərhədlər açılır... YA AÇILMIR? - daha bir AÇIQLAMA
Dünən, 12:03 |
|
|
|
• Rusiya DİN bəzi şəxsləri vətəndaşlıqdan məhrum edir - Azərbaycanlılar da olacaq?
Dünən, 11:56 |
|
|
|
• Çin hakerləri ABŞ-nin infrasturkturuna girməyə çalışırlar - Morqan Adamski
Dünən, 11:53 |
|
|
|
• İranın yeni paytaxtı bu şəhər ola bilər - KİV
Dünən, 11:52 |
|
|
|
• Almaniya ilə Azərbaycan arasında yeni gərginlik - XİN rəhbəri nə deyib?
Dünən, 11:38 |
|
|
|
• Azərbaycanda saxlanılan gömrük xidmətinin rəis müavini 200 milyon verib HƏBSDƏN ÇIXDI - TƏFƏRRÜAT
Dünən, 11:21 |
|
|
|
• Tanınmış meyxanaçıdan MƏSLƏHƏT: - “Oğlan uşağını kişi kimi böyüdün ki, sonradan...”
Dünən, 11:19 |
|
|
|
• Paşinyanın qadın “batalyon”u - strateji postlar niyə “axçi”lərə verilir...
Dünən, 11:17 |
|
|
|
• Rusiyadan Ermənistan milyardlarla dollarlıq qızıl axır - Şəbəkənin arxasında kimlər dayanır?
Dünən, 11:13 |
|
|
|
• Azərbaycanda bu deputatlara mənzil verildi - DETALLAR
Dünən, 11:09 |
|
|
|
• DİQQƏT: Kənd məktəbləri sürətlə boşalır... - NƏ ETMƏLİ?
Dünən, 11:07 |
|
|
|
• Rusiya-Ukrayna gərginliyi... BİZƏ NECƏ TƏSİR EDƏCƏK? - ARAŞDIRMA
Dünən, 10:59 |
|
|
|
• "Səni 12 ildir mən gözəlləşdirmişəm"
Dünən, 10:56 |
|
|
|
• İstanbulda 70 kq qızılla saxlanılan azərbaycanlı diplomat deyil - SARIYER OLAYI...
Dünən, 10:50 |
|
|
|
• Bu hallarda işçilərin işdən kənarlaşdırılması qanunsuzdur... - Ekspert danışır...
Dünən, 10:47 |
|
|
|
• Britaniyanın HSBC bankı Rusiya və Belarusdan ödənişləri qəbul etməyəcək - “Reuters”
Dünən, 10:44 |
|
|
|
|