Mirsalam Qənbərovun ağac əkməyi, Əzrayılın bala paylamağı kimidir… - HƏQİQƏTƏN DƏ...
Tarix: 3-03-2023, 12:13 | Çap et
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Dövlət Ekoloji Ekspertiza Agentliyinin İdarə Heyətinin sədri Mirsalam Qənbərov bir neçə gün əvvəl deyib ki, Bakıda xeyli şam ağacları əkiləcək, yaşıllıqlar salınacaq. Bunu oxuyanda xeyli güldüm və yadıma maraqlı bir el məsəli düşdü. Bir uşağı olana deyirlər ki, Əzrayıl uşaq paylayır, get sənə bir uşaq da versin. Adam deyir ki, mənim balama dəyməsin, Əzrayılın verdiyini istəmirəm. İndi ay Mirsalam müəllim, sən mövcud yaşıllıqlara, şam ağaclarına dəymə, sənin əkdiyin ağaclar bizə lazım deyil. Bütün ölkə mediası səni ağacların qənimi, Əzrayılı kimi tanıyır. Yazıya hazırlıq olaraq media üzərindən xırda bir araşdırma apardıq. Bütün yazılarda Mirsalam Qənbərov yaşıllıqların cəlladı kimi səciyyələndirilir. Ay Mirsalam müəllim, sən yolların kənarında Yanacaq Doldurma Məntəqələrinin tikilməsi üçün nə qədər ağacın başını kəsmisən, özü də müftə yox ee… O başını kəsdiyin ağacların qarğışı bir gün səni tutacaqdır, onda heç seyid cəddin də sənin köməyinə çatmayacaq. “Zapravka” sahibləri ilə alver edib Bakıda və digər bölgələrdə nə qədər yaşıllığı məhv eləmisən. Bu hələ harasıdır..? Müdriklər əbəs yerə ağacları, yaşıllıqları, meşələri bəşəriyyətin ağciyərləri adlandırmır. Bəli yaşıllıqlar insanlar üçün təmiz havadır, oksigendir, nəfəsdir. Hər gün yüzlərlə belə oksigen mənbəyimiz olan ağaclar Mirsalam müəllim kimi dırnaq arası ekoloqların qurbanı olur. Deməli yaşıllıqları məhv edən tikinti və qeyri şirkətlərin sahibləri deyirlər ki, Mirsalam Qənbərov bizə icazə verib. Bəli, Allah qoymasa ölkənin BAŞ EKSPERTİ olan Mirsalamın rəyinin qabağında heç bütöv meşələr də davam gətirməz. Ey Seyid Mirsalam, müdriklər deyib ki, TƏBİƏT-in qisası yaman olur haa… Həm də adına ANA TƏBİƏT dediyimizə qənim kəsilmək, adamın öz anasına qənim kəsilməyi kimidir… Eyy Mirsalam, Ulu Öndər Heydər Əliyev deyirdi ki, bir ağacın budağı kəsiləndə elə bil qolumu kəsirlər. Amma Ulu Öndər Sumqayıtdakı müşavirədə daha sərt sözlər deyib: Bu ağacları kəsənlər elə bil balamın başını kəsirlər. Bundan artıq nə demək olardı. Biz də deyirik ki, erməni vandalların işğal olunmuş rayonlarda təbiətimizə vurduğu ziyanla bizim bəzi məmurlarımızın vurduğu ziyan eynidir. Ermənini haradasa başa düşmək olar, düşməndir. Bəs bizim öz Mirsalamlarımız…? Təsəvvür edirisniz, Mirsalamın bir imzası, möhürü ilə nə qədər sağlam ağaclar kəsilir. Mirsalam Qənbərovun işçiləri ağacları süni yolla qurudur və sonra kəsilməsi ilə bağlı rəy verirlər. Bu gün Bakını az qala tikinti bumu başına götürüb. Biri bina tikir, o biri ticarət obyekti, başqa biri restoran və s. Bütün bu tikintilərdən öncə ərazidəki yaşıllıqlar məhv edilir. Bu elə-belə baş vermir, Mirsalamın agentliyinin rəyi ilə olur. Və Mirsalam milyonlar qazanır. Mirsalam Qənbərov bu milyonları tək yeyə bilməz. Görəsən, Ekologiya və Təbii Sərvətlər naziri cənab Muxtar Babayev nə üçün susur..? Cənab nazirdən soruşmaq istəyirik ki, Mirsalam yığdıqlarını sizinlə bölüşürmü…? Əgər bölüşmürsə nə üçün minlərlə şikayət olan Mirsalam Qəmbərov işdən azad olunmur?... //gundelik-baku.com//
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Azərbaycanda logistika şirkəti - LƏĞV OLUNUR
Bu gün, 00:05 |
|
|
|
• "Səbail Market" fəaliyyətini dayandırdı
Bu gün, 00:02 |
|
|
|
• Nadir Qafarzadə Rusiyada torpaq sahəsi alıb? - AÇIQLAMA
Dünən, 17:22 |
|
|
|
• Çavuşoğlunu Bakıya gətirən mühüm səbəb: - Qərbi Azərbaycanla bağlı nə baş verir?
Dünən, 17:15 |
|
|
|
• Bir dəfəlik, yoxsa birdəfəlik sülh? - Bahəddin Həzi yazır...
Dünən, 15:02 |
|
|
|
• Qloballaşan savaş: “Üçüncü Dünya müharibəsi başlayıb, sadəcə...” - GÖRÜNƏNİ BUDUR
Dünən, 15:00 |
|
|
|
• Dəb indiki xoşbəxtlikdir, dəyər sonrakı peşmanlıq! - Aqşin Yenisey
Dünən, 14:58 |
|
|
|
• Tramp Viktor Orbana zəng etdi
Dünən, 14:06 |
|
|
|
• “Kişi kimi uduzmaq lazımdır, dovşan kimi yox” - Zaur Axundovdan yığmaya sərt tənqid
Dünən, 13:57 |
|
|
|
• "Ermənistan Azərbaycanın haqlı gözləntilərinə cavab versə..." - Ekspert
Dünən, 13:52 |
|
|
|
• Azərbaycanın tanınmış jurnalistini maşın vurdu: Xəstəxanaya aparıldı - FOTO
Dünən, 13:50 |
|
|
|
• “Kişi müğənnilər də plastik etdirir, övladları onlardan utanır...” - Əməkdar artist
Dünən, 13:17 |
|
|
|
• Laçında baş verən zəlzələ Ermənistanda da hiss olunub - YENİLƏNDİ
Dünən, 13:12 |
|
|
|
• Ermənistanda sülh deyənlərə həbsxana GÖSTƏRİLİR - Görünəni odur ki...
Dünən, 13:11 |
|
|
|
• Xanlar Fətiyev Tərtər rayonunun Azad Qaraqoyunlu kəndində vətəndaşları qəbul edib
Dünən, 13:03 |
|
|
|
• Azərbaycanlı diplomat 70 kq qızılı haradan alıb? – Diqqətçəkən detal
Dünən, 12:58 |
|
|
|
• Azərbaycan mediasının COP29 sınağı - Rəşad Məcid yazır...
Dünən, 12:55 |
|
|
|
• Trampla Putin arasında gizli görüş... - Şok iddia
Dünən, 12:53 |
|
|
|
• Sirli diplomatın KİMLİYİ BƏLLİ OLDU - 70 kiloqram qızıl isə...
Dünən, 12:50 |
|
|
|
• "Hakimiyyət naminə torpaqları qurban verdikləri kimi..." - Deputatdan SƏRT SÖZLƏR
Dünən, 12:38 |
|
|
|
• Azərbaycan öz üzərinə düşəni edir - ŞƏRH
Dünən, 12:30 |
|
|
|
• Paşinyan ölkədəki istefa dalğasından danışdı: - "Məmurlara yazdım ki..."
Dünən, 12:27 |
|
|
|
• MDB ölkələrindən aldığımız məhsullar onlara satdığımızdan 3 dəfə çoxdur - SİYAHI
Dünən, 12:14 |
|
|
|
• Ermənistan İstintaq Komitəsinin keçmiş sədri istintaqa çağırılıb
Dünən, 12:09 |
|
|
|
• “Ermənistandakı indiki nəsil vuruşmağa hazır deyil... - Hətta xaricdən kimsə dəstək olsa belə...”
Dünən, 12:06 |
|
|
|
• Sərhədlər açılır... YA AÇILMIR? - daha bir AÇIQLAMA
Dünən, 12:03 |
|
|
|
• Rusiya DİN bəzi şəxsləri vətəndaşlıqdan məhrum edir - Azərbaycanlılar da olacaq?
Dünən, 11:56 |
|
|
|
• Çin hakerləri ABŞ-nin infrasturkturuna girməyə çalışırlar - Morqan Adamski
Dünən, 11:53 |
|
|
|
• İranın yeni paytaxtı bu şəhər ola bilər - KİV
Dünən, 11:52 |
|
|
|
• Almaniya ilə Azərbaycan arasında yeni gərginlik - XİN rəhbəri nə deyib?
Dünən, 11:38 |
|
|
|
• Azərbaycanda saxlanılan gömrük xidmətinin rəis müavini 200 milyon verib HƏBSDƏN ÇIXDI - TƏFƏRRÜAT
Dünən, 11:21 |
|
|
|
• Tanınmış meyxanaçıdan MƏSLƏHƏT: - “Oğlan uşağını kişi kimi böyüdün ki, sonradan...”
Dünən, 11:19 |
|
|
|
• Paşinyanın qadın “batalyon”u - strateji postlar niyə “axçi”lərə verilir...
Dünən, 11:17 |
|
|
|
• Rusiyadan Ermənistan milyardlarla dollarlıq qızıl axır - Şəbəkənin arxasında kimlər dayanır?
Dünən, 11:13 |
|
|
|
• Azərbaycanda bu deputatlara mənzil verildi - DETALLAR
Dünən, 11:09 |
|
|
|
• DİQQƏT: Kənd məktəbləri sürətlə boşalır... - NƏ ETMƏLİ?
Dünən, 11:07 |
|
|
|
• Rusiya-Ukrayna gərginliyi... BİZƏ NECƏ TƏSİR EDƏCƏK? - ARAŞDIRMA
Dünən, 10:59 |
|
|
|
• "Səni 12 ildir mən gözəlləşdirmişəm"
Dünən, 10:56 |
|
|
|
• İstanbulda 70 kq qızılla saxlanılan azərbaycanlı diplomat deyil - SARIYER OLAYI...
Dünən, 10:50 |
|
|
|
• Bu hallarda işçilərin işdən kənarlaşdırılması qanunsuzdur... - Ekspert danışır...
Dünən, 10:47 |
|
|
|
• Britaniyanın HSBC bankı Rusiya və Belarusdan ödənişləri qəbul etməyəcək - “Reuters”
Dünən, 10:44 |
|
|
|
• Vüsal Məmmədov səhiyyə korrupsiyasının ƏSAS SİMASI OLUB? - İLGİNC İDDİALAR
Dünən, 10:43 |
|
|
|
• Heydər Əliyev adına Müasir Təhsil Kompleksinə yeni direktor təyin edilib - ƏMR
Dünən, 10:32 |
|
|
|
• AYNA Bakıda bu işlərə 1,2 milyon manat xərcləyəcək
Dünən, 10:30 |
|
|
|
• "İran azərbaycanlıları Ermənistana yanacaq və digər yüklərin daşınmasına qarşı etiraz etməlidirlər" - deputat
Dünən, 10:27 |
|
|
|
• Bakı ilə Ankaranın ZƏNGƏZUR SÖZBİRLİYİ... - İrəvan yola gəlməlidir...
Dünən, 10:21 |
|
|
|
• "The New York Times" Naftalandan yazıb, həm də necə... - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 10:19 |
|
|
|
• ATİAHİ nümayəndə heyəti Türk Dünyası Konfransında iştirak edib
Dünən, 10:17 |
|
|
|
• "Mənim vəziyyətim heç bir rəsmi qurumu narahat etmir..." - Qarabağ qazisindən ETİRAZ
Dünən, 10:14 |
|
|
|
• BUNU DA GÖRDÜK: “Od qiyməti”nə alınan uzunqulaqlar... - Kimin NƏYİNƏ LAZIMDIR?
Dünən, 10:10 |
|
|
|
|