“Milli azlıqlar hesabatı”nın arxasındakı qara niyyət .....                     Xanəndə Ramiz Bəşirov vəfat edib .....                     Balıqçılar nazirdən şikayətçi düşüb... .....                     Yediyimizi ZƏHƏRƏ DÖNDƏRİRLƏR... .....                     Ustanı döyən “Chrysler”in sahibinin cəzası azaldıldı .....                     Şahlar Əsgərovdan Ramiz Mehdiyevə ŞOK İTTİHAMLAR .....                     Zəngəzur dəhlizi sülh sazişindən çıxarılıb? .....                     Yeni təcavüz planı belə imiş: Sağ qalmaq üçün ayrılmaq... .....                     Təbriz sakini azərbaycanlı olduğuna görə Ermənistanda döyülüb .....                     "Dili korlayan ilk növbədə mövcud akademik mühitdir..." .....                     “Modern Construction Group”un kapitalından 1.6 milyon manat geri götürüldü .....                     İcra başçısının ünvanına AĞIR İFADƏLƏR... .....                     Haaqada İrəvana təzminat davası: söhbət 100 milyardlardan gedir .....                     Bu sual həm də o səbəbdən maraqlıdır ki... .....                     Nazirin sensasion eyhamı: cərimələr yığılıb hara gedir? .....                     "Məndən 1000 manat RÜŞVƏT İSTƏYİR..." .....                     Putin bunu əvvəldən bilməli idi... .....                     İcra başçısının birinci müavini vətəndaşı məhkəməyə verdi, uduzdu .....                     Aİ deşifrə olunmuş kəşfiyyatçıları sərhədimizdən qaçırır? .....                     Qaradağ rayonunda Yeni Azərbaycan Partiyasının yaranmasının 32-ci ildönümü qeyd edilib .....                     "Klarneti həmin aparıcının ağzına soxacağam..." .....                     Ermənistan Konstitusiyanı dəyişdirmədən sülh sazişi imzalamaq olmaz .....                     Türkiyə-Azərbaycan ittifaqı sınaq qarşısında .....                     Tarixi qərarsızlıq və müsbət gözləntilər .....                     75 faizlik vergi güzəşti jurnalistlərə nə verəcək? .....                     Rusiyanı qoruyan “əl” geri çəkildi: .....                     Azərbaycanda nağd pulla alış-verişə tam qadağa? .....                     Mərkəzi Bank İKT avadanlıqları aldı .....                     Günahsız günahkar, yaxud Azərbaycan aynasında kim necə görünür? .....                     Keçmiş TSEK sədrinin iddiası instansiyasına göndərdildi .....                     1 saylı Şəhər Poliklinikasının həkimi nədən narazıdır? .....                     Milli Məclisin gələn il üçün xərclər smetası məlum olub .....                     "Baku TV RU"nun baş redaktoru Natella Osmanlı Moskvada .....                     “Onlara sual verən yoxdur ki, sən bu maaşla necə dəbdəbəli həyat yaşayırsan?!” .....                     Parisin Bakıya “cırtdanlar”la hücumu .....                     Tərtərdə Yeni Azərbaycan Partiyasının yaranmasının 32-ci ildönümü qeyd olunub .....                     Müxalifət partiyası YAP-ı .....                     Cavid Qurbanov köməkçisini Penitensiar Xidmətdə yüksək vəzifəyə təyin etdirdi .....                     Saxta nikah xidməti göstərən azərbaycanlı həbs olundu .....                     “Səviyyəsiz səhnəciklərə baxanlarda günah yoxdur” .....                 

“Qurtuluş-93” şikayətçiləri Məhərrəm Novruzovu ifşa etdi... - sənədlər verilmir, ağaclar kəsilir, itlər…
Tarix: 3-06-2024, 09:33 | Çap et
“Qurtuluş-93” şikayətçiləri Məhərrəm Novruzovu ifşa etdi...
Son zamanlar Həcc ziyarətinə gedib şeytana daş ataraq günahlarını yuyanlar, sonra aramıza qatılıb “Hacı” qiyafəsində şeytanlıq edənlərin sayı durmadan artır. Azərbaycanda çoxlu hacı var. Kimin ki, cibinə pul düşür, dönüb olur “Hacı”. Əvvəl şeytana daş atır, sonra da günahsız insanlara. Doğrudur, aramızda əsl hacılar çoxdur və onlara hörmətimiz sonsuzdur, qarşılarında baş əyirik. Amma məmləkətimizdə alayı hacılar əfsuslar olsun ki, az deyil. Şıxəli Qurbanovun qatili – yəni onu zəhərləyən diş həkimi də hacı idi. Hacılar var ki, bir gözəlçə ilə gecə həyatının 3 saatına 3 min manat verir, amma şəhid ailəsinin haqqını tapdayır. Hacı var ki, vaxtilə vəzifədə idi, elə ki, əsəbləşdi, xoşu gəlməyən adamı böyük soyuducuda saatlarla saxlayırdı. Vallah, belə hacıları görəndə onların Həcc ziyarətində daş atdıqları şeytana adamın yazığı gəlir. Bu gün iş adamlarımız arasında həcc ziyarətinə gedib, nəfsinə sahib olmayanlara, ciblərindəki pulun istisiylə Azərbaycan qanunlarını saymayanlara da çox rast gəlirik. Bu yazıda cumhuriyyet.az olaraq bəhs etdiyimiz hacı titullu Məhərrəm Novruzov da iş adamıdır.
Məlumat üçün bildirək ki, M.Novruzov “Bağçalı Evlər” MTK-nın sahibidir. Bu şirkət Abşeron rayonu Masazır ərazısində “Qurtuluş-93” adı ilə məşhur olan yaşayış kompleksini tikib. Ərazidə yaşayan sakinlərdən cümhuriyyət.az-a daxil olan məlumata görə, son günlər, yeni koronovirusla bağlı ölkə boyunca görülən tədbirlər və qadağalardan sonra “Qurtuluş 93″də işıqlar tez tez sönür, digər kommunal təminatlarda problemlər yaranır. Daxil olan şikayətdə bildirilir ki, hətta Məhərrəm Novruzovun bu ağır günlərdə bəzi ailələrin dolanışığına müdaxilə etməsi halları da baş verib ki, bunun nəticəsində “Hacı”nın evinin qarşısında intihara cəhd də edilib.(bu məsələ ilə bağlı araşdırmalarımız davam edir və yaxın günlərdə ətraflı məlumat verəcəyik)

Hazırda da yeni binaların tikildiyi bu yaşayış kompleksinin tikintisində və sakinlərə istifadəyə verilməsi ilə bağlı bir çox iddialar var. Bu iddialardan bəzilərini cumhuriyyet.az olaraq diqqətə çatdıraraq bildirək ki, ərazidə pulunu tam ödəməsinə baxmayaraq yüzlərlə sakin hələ də tam əmlak sahibliyi hüququna malik deyil. Yəni burda alınan mənzillərin çıxarışı verilmir. Eyni zamanda illərlə söz verilməsinə baxmayaraq heç bir bina qazlaşdırılmayıb. Mətbuatda Ukrayna Respublikasının Lıvov şəhərində yaşayan iş adamı Nazim Qəzənfərovun adından səslənən iddialar da diqqət çəkir. Həmin iddiaların bəzisini cumhuriyyet.az olaraq olduğu kimi diqqətinizə çatdırırıq:”Qurtuluş-93” Yaşayış Kompleksində yaratdığı “Oğru şəbəkə” vasitəsi ilə gizli su və qaz satışından pullar əldə edilir; Tikdirdiyi binaları kooperativ kimi rəsmiləşdirərək daxil olan vəsaitin 60 faizi tam mənimsənilir”. Onu da bildirək ki, M.Novruzovun biznesi yalnız tikinti işi ilə yekunlaşmır. Bir neçə il öncə “Bağçalı evlər” şirkəti Şabran rayonunun Rəhimli kəndində müasir istixanalar qurub. Artıq şirkət tərəfindən 0,13 hektar ərazidə müasir damcı üsulu ilə tərəvəz yetişdirən istixana fəaliyyətə başlayıb. Hazırda şirkət tərəfindən 4 hektar ərazidə yeni istixana kompleksi quraşdırılıb. “MY BEACH” hotel və restoranı da “Bağçalı evlər” şirkətinin rəhbəri Hacı Məhərrəm Novruzova məxsusdur. ölkənin aparıcı KİV-ləri Novxanıda yerləşən My Beach adlı çimərlikdə yaşanan dərəbəylik və soyğunçuluq haqda reportajlar dərc edib. Həmin məlumatlara istinadən cumhuriyyet.az bildirir ki, Qeyd edək ki, həmin komplekse çimərliklə yanaşı həm də restoran aiddir. My Beach-in restoranında olan soyğunçuluq heç də çimərliyindən geri qalmır. iş adamı bəzi tənələr və tənqidlərdən yaxa qurtarmaq üçün My Beach-i türklərə icarə verdiyini desə də, demək olar ki, hər gün kompleksdən onun üçün ayrılan hamamlı, divanlı kotecdə əyləşir.Bu qalmaqallı iş adamı isə yaxında ciddi problemlərlə üzləşə bilər. Belə ki, cumhuriyyet.az-ı bilgiləndirən mənbənin məlumatına görə, “Qurtuluş-93”-də yaşayan sakinlər həm hüquqi baxımdan aldanmaları, həm də qazsızlıqla bağlı problemləri artıq sakit ötürmək fikrində deyillər: “Sakinlər problemlərinin həlli ilə bağlı etiraz aksiyasına hazırlaşır”. Nəzərə alsaq ki, ərazidə minlərlə insan yaşayır onda bu aksiyanın ciddi rezonans doğuracağını və səbəbkarın cəzalanacağını düşünmək olar. Yeri gəlmişkən, cəza qərarından sonra “Qurtuluş-93” aı daşıyan ərazıdə bu adın tək müəllifi ümummilli lider Heydər Əliyevin adını əbədiləşdirən bir plakatın belə olmaması və kompleksin tikilişi zamanı yol verilən maxinasiyalar durumu daha da dramatikləşdirə bilər.

Bir neçə gün əvvəl xəbər verərək nəzərinizə çatdırdıq ki, Abşeron rayonu Masazır qəsəbəsinin “Qurtuluş-93” yaşayış sahəsinin mərkəzində yaşıllıqlar məhv edilərək yerində müxtəlif təyinatlı obyektlər tikilir. Bu barədə yerli sakinlər şikayətçidirlər. Dia-az.İnfo xəbər verir ki, sakinlər KİV vasitəsilə əlaqədar qurum və təşkilatlara müraciət edərək, mövcud özbaşınalığın dərhal dayandırılmasını da xahiş etmişdilər.
Sakinlərin müraciətində deyilir ki, may ayının əvvəlindən başlayaraq “Qurtuluş-93” yaşayış sahəsindəki “Ay Store” marketinin qarşısından “Yeni Bakı” yaşayış kompleksi istiqamətində salınmış yaşıllıq məhv edilir və yerində müxtəlif təyinatlı obyektlər tikilir: “Bu günlərdə səhər yuxudan oyandıq ki, yol kənarındakı yaşıllıq məhv edilib, ağaclar kəsilib. Belə gedişlə tezliklə ərazidə ağac, gül kolları qalmayacaq. Xahiş edirik, bizim səsimizi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəhbərliyinə çatdırasınız”.
Sakinlərin sözlərinə görə, onlar ağacların məhv edilməsinə etirazlarını bildirsələr də, tikiləcək obyektin ərazisini yaşıl torla örtənlərə nəzarət edən şəxsdən bunun səbəbini soruşsalar da, sualı cavabsız qoyaraq ona “gedin işinlə məşğul olun, özünüzə problem yaratmayın” deyib: “Bizə həm də təsir edən odur ki, bir ağacın ətrafına kölgə salması, yaxud ağac halına gəlməsi üçün 5-10 il zaman lazım olur. Ancaq bunlar bir neçə dəqiqənin içərisində bu qədər ağacları məhv ediblər”.
Dia-az.İnfo bildirir ki, sakinlər yenə də problemin qaldığını və ETSN-nin olaya hər hansı reaksiya vermədiyini iddia edirlər.

“Qurtuluş-93″dən olan sakinlər isə cumhuriyyet.az-a ünvanladıqları yeni şikayətdə durumları haqda ətraflı bəhs ediblər: “neçə illərdir QURTULUŞ 93 yaşayış kompleksində yaşamağımıza baxmayaraq burada sakinlər sanki feodal dövründə olduğu kimi mavi qaz üzünə həsrət qalıblar. Gündəlik tələbatlarımızı ödəmək üçün istifadəsi nə qədər təhlükəli olsa da balon qazlarından istifadə edirik. Hər ay ışıq puluna verdiyimiz məbləğlər, müxtəlif kommunal xərclərə və avtobusun həddən artıq gec gəlməsi səbəbindən məcburiyyət qarşısında işə gecikməmək üçün taksilərə verdiyimiz pullarla şəhərin istənilən yerində kirayə qala bilərik. Biz özümüz öz evimizdə kirayə yaşamağa məhkum edilmişik. Bu günkü dövrdə hətta ucqar kəndlərə qaz çəkildiyi halda bizim düşdüyümüz durum biabırçılıqdır. Evlərdə istifadə edilən qaz balonlarının həddən artıq təhlükəli olduğunu bütün ailələrimizin təhlükədə olduğunu bilə-bilə əksəriyyət sakinlər bu balonlardan istifadə edir. Bu səbədən qaz balonlarının sızması və partlaması səbəbindən bir-neçə mənzil yanıb kül olub. QURTULUŞ 93 yaşayış kompleksinin ətrafında olan digər şirkətlər isə tikdirdikləri binaları qazla təmin ediblər, hətta hər bir sakinin evinə kupça-çıxarış veriblər. Lakin biz dəfələrlə rəhbərliyə müraciət etməyimizə baxmayaraq hər dəfə bu il ”“gələn il deməklə bizi yalançı vədlərlə aldadırlar. Hər dəfə bizə ev satan şəxslər səbəb onu gətirirlər ki, binalara qaz çəkmək üçün əlaqədar təşkilatlar guya onlardan külli miqdarda pul istəyir. Biz həmin əlaqədar təşkilatlardan (şəxslərdən) xahiş edirik bizə qaz çəkilməyinə köməklik edin. İş olanda birdən olur. Kustar üsulla düzlədilmiş heç bir təhlükəsizlik standartlarına cavab verməyən qaz balonlarından istifadə etməklə gələcəyimiz olan övladlarımızı və ailəmizi böyük təhlükə qarşısında qoymuş oluruq. Tikilən binaların dövlət komisiyasına təhvil verilməməsi aldığımız evlərin gələcəkdə kupça-çıxarış məsələsinin necə olacağına böyük sual yaradır. Heç kim fikirləşmir ki, bu qədər bina tikib satmışıq, fantastik pullar qazanmışıq, ancaq bunun qaz çəkilişini, nəqliyyat məsələsini və gələcəkdə hər bir mənzilin kupça-çıxarış məsələsini necə həll edəcəyik…
Hörmətli redaksiya, problemlər bitməklə qurtarmır. Belə ki, “Qurtuluş 93 yaşayış kompleksi”ndə camaatın istirahəti üçün nəzərdə tutulan parkın ərazisində restoran, çayxana, “moyka” və s. müxtəlif mağazalar tikməklə camaatın istirahətinə qənim kəsiliblər. Açıq havada fəaliyyət göstərən restoran və çayxanalarda müxtəlif səviyyəli insanlar küçə söyüşlərindən istifadə etməklə ətrafda böyük səs-küy yaradırlar. Utandığımızdan arvad – uşağın parka çıxmasına icazə vermirik. Haqq ədalət naminə qeyd etməliyik ki, Abşeron rayonuna təzə təyin edilən icra başçısı parkın ərazisində tikilən 2-3 dükanı sökdürməklə təqdirə layiq addım atdı, camaatda böyük ümid yarandı ki, parkın qanunsuz zəbt olunmuş ərazisi tamamilə təmizlənəcək, lakin sonradan bu işin davamı gəlmədi. Qarşıdan isti yay günləri gəlir, parkın ətrafında fəaliyyət göstərən kafe və restoranlardakı səs-küy, bişirilən kababın tüstüsü bilavasitə evimizin içərisinə dolmaqla evimizdə normal istirahətimizin pozulmasına gətirib çıxaracaq”.
Masazır qəsəbəsindəki “Qurtuluş-93” yaşayış kompleksinin sakinlərini həmçinin ərazidəki sahibsiz itlər təngə gətirib. Vətəndaşlar sahibsiz itlərin ərazidə yaşayan insanlara göz açmağa imkan vermədiyini deyir: “Səhər binadan çıxanda sakinləri ilk qarşılayan it sürüsü olur. Binaların, əsasən, azyaşlı sakinləri tez-tez itlərin hücumuna məruz qalır.
Dəfələrlə kompleksin komendantına bildirilsə də, sahibsiz itlər ortalıqdan yığışdırılmır. Biri ölməsə, biri dirilməz. Gərək bu itlər bir-iki uşağı qapsın, ölüm-itim baş versin, ondan sonra əl-ayağa düşsünlər”. Sakinlər sahibsiz itlərin artmasını ərazidə zibilliklərin çoxalmasıyla əlaqələndirirlər. İtlər daha çox zibillik ətrafına toplaşır. Zibilliklərin yaxınlığından ötüb keçmək təhlükəli olub.
Onu da bildirək ki, M.Novruzovun biznesi yalnız tikinti işi ilə yekunlaşmır. Bir neçə il öncə “Bağçalı evlər” şirkəti Şabran rayonunun Rəhimli kəndində müasir istixanalar qurub. Artıq şirkət tərəfindən 0,13 hektar ərazidə müasir damcı üsulu ilə tərəvəz yetişdirən istixana fəaliyyətə başlayıb. Hazırda şirkət tərəfindən 4 hektar ərazidə yeni istixana kompleksi quraşdırılıb. “MY BEACH” hotel və restoranı da “Bağçalı evlər” şirkətinin rəhbəri Hacı Məhərrəm Novruzova məxsusdur. ölkənin aparıcı KİV-ləri Novxanıda yerləşən My Beach adlı çimərlikdə yaşanan dərəbəylik və soyğunçuluq haqda reportajlar dərc edib. Həmin məlumatlara istinadən cumhuriyyet.az bildirir ki, həmin komplekse çimərliklə yanaşı həm də restoran aiddir.

cumhuriyyet.az









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Milli azlıqlar hesabatı”nın arxasındakı qara niyyət - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 10:04
Xanəndə Ramiz Bəşirov vəfat edib - VİDEO
Bu gün, 10:00
Balıqçılar nazirdən şikayətçi düşüb... - "Qaydalar sərtləşdikcə..."
Bu gün, 09:56
Yediyimizi ZƏHƏRƏ DÖNDƏRİRLƏR... - bu gün mühakimə olunacaq...
Bu gün, 09:51
Ustanı döyən “Chrysler”in sahibinin cəzası azaldıldı - TƏFƏRRÜAT
Bu gün, 09:41
Şahlar Əsgərovdan Ramiz Mehdiyevə ŞOK İTTİHAMLAR - Sirləri açdı!
Bu gün, 09:38
Zəngəzur dəhlizi sülh sazişindən çıxarılıb? - Görünəni odur ki...
Bu gün, 09:35
Yeni təcavüz planı belə imiş: Sağ qalmaq üçün ayrılmaq... - Şok faktlar ortaya çıxdı
Bu gün, 09:33
Təbriz sakini azərbaycanlı olduğuna görə Ermənistanda döyülüb - “Azad İran”
Bu gün, 09:26
"Dili korlayan ilk növbədə mövcud akademik mühitdir..." - Akademşəbəkəyə NÖVBƏTİ İTTİHAM
Bu gün, 09:21
“Modern Construction Group”un kapitalından 1.6 milyon manat geri götürüldü
Bu gün, 09:07
İcra başçısının ünvanına AĞIR İFADƏLƏR... - "Bu intriqada uduzacağını yaxşı bilir..."
Bu gün, 09:06
Haaqada İrəvana təzminat davası: söhbət 100 milyardlardan gedir - Hələ GEC QALMIŞIQ...
Bu gün, 09:00
Bu sual həm də o səbəbdən maraqlıdır ki... - Ekspert danışır...
Bu gün, 08:56
Nazirin sensasion eyhamı: cərimələr yığılıb hara gedir? - GƏLİŞMƏ
Bu gün, 08:52
"Məndən 1000 manat RÜŞVƏT İSTƏYİR..." - İTTİHAM VAR...
Bu gün, 08:49
Putin bunu əvvəldən bilməli idi... - NƏ BAŞ VERİR?
Bu gün, 08:39
İcra başçısının birinci müavini vətəndaşı məhkəməyə verdi, uduzdu - TƏFƏRRÜAT
Bu gün, 08:36
Aİ deşifrə olunmuş kəşfiyyatçıları sərhədimizdən qaçırır? - İLGİNC...
Bu gün, 08:34
Qaradağ rayonunda Yeni Azərbaycan Partiyasının yaranmasının 32-ci ildönümü qeyd edilib - FOTO
Bu gün, 08:30
"Klarneti həmin aparıcının ağzına soxacağam..." - Hüseyn HƏDƏLƏDİ
Bu gün, 07:44
Ermənistan Konstitusiyanı dəyişdirmədən sülh sazişi imzalamaq olmaz - Başqa cür ola da bilməz...
Bu gün, 07:36
Türkiyə-Azərbaycan ittifaqı sınaq qarşısında - Yollar ayırdı bizi?...
Bu gün, 07:32
Tarixi qərarsızlıq və müsbət gözləntilər - Təqaüdə bir addım qaldı
Bu gün, 07:29
75 faizlik vergi güzəşti jurnalistlərə nə verəcək? - AKTUAL
Bu gün, 07:27
Rusiyanı qoruyan “əl” geri çəkildi: - Mövqelər sarsılıb, yeni hədəf odur
Bu gün, 07:23
Azərbaycanda nağd pulla alış-verişə tam qadağa? - BU NƏDİ BELƏ?..
Dünən, 19:00
Mərkəzi Bank İKT avadanlıqları aldı
Dünən, 18:58
Günahsız günahkar, yaxud Azərbaycan aynasında kim necə görünür? - AKTUAL
Dünən, 18:00
Keçmiş TSEK sədrinin iddiası instansiyasına göndərdildi
Dünən, 17:57
1 saylı Şəhər Poliklinikasının həkimi nədən narazıdır? - TƏFƏRRÜAT
Dünən, 17:54
Milli Məclisin gələn il üçün xərclər smetası məlum olub
Dünən, 17:51
"Baku TV RU"nun baş redaktoru Natella Osmanlı Moskvada "Feyklər barədə dialoq 2.0" forumunda
Dünən, 17:45
“Onlara sual verən yoxdur ki, sən bu maaşla necə dəbdəbəli həyat yaşayırsan?!” – Tibb işçilərindən rəsmi qurumlara MÜRACİƏT
Dünən, 17:37
Parisin Bakıya “cırtdanlar”la hücumu - "saman çöpündən yapışan" Makron
Dünən, 17:33
Tərtərdə Yeni Azərbaycan Partiyasının yaranmasının 32-ci ildönümü qeyd olunub - FOTO
Dünən, 17:28
Müxalifət partiyası YAP-ı belə TƏBRİK ETDİ
Dünən, 17:25
Cavid Qurbanov köməkçisini Penitensiar Xidmətdə yüksək vəzifəyə təyin etdirdi - BU DA BELƏ...
Dünən, 17:13
Saxta nikah xidməti göstərən azərbaycanlı həbs olundu - TƏFƏRRÜAT
Dünən, 17:02
“Səviyyəsiz səhnəciklərə baxanlarda günah yoxdur” - Əməkdar artistdən SƏRT REAKSİYA
Dünən, 17:00
Uşaqpulu bu tarixdən bərpa olunacaq? - AÇIQLAMA
Dünən, 16:57
Növbədə psixoloqlardır: - Az maaş, problemli müəllim və şagirdlər...
Dünən, 16:52
Dövləti sayan kimdir: QARDAŞLAR BELƏ YEYİR... - DƏLİXANADIR, VALLAH...
Dünən, 16:44
Dövlət Tərcümə Mərkəzi və Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi ləğv edilir - SƏRƏNCAM
Dünən, 16:40
`LEO BANK` yenə də aldadır... - AXI NİYƏ?..
Dünən, 16:35
Milli Məclisin 25, 26 və 27 noyabr tarixli iclaslarının gündəliyi açıqlanıb
Dünən, 16:26
Model Razi ANA OLDU - FOTO
Dünən, 16:18
Beynəlxalq Cinayət Məhkəməsi Netanyahu və Qallantın həbsinə order verib
Dünən, 16:15
Günah nə SOCAR-dadır, nə Santuşda - Futbolçu topu boş qapıdan keçirə bilmirsə…
Dünən, 16:10
Pul gəlsin deyə mənəviyyatımızı ayaqlar altına ata-ata yox olacağıq - Əməkdar artist
Dünən, 16:01
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru