İcra başçısının birinci müavini vətəndaşı məhkəməyə verdi, uduzdu .....                     Aİ deşifrə olunmuş kəşfiyyatçıları sərhədimizdən qaçırır? .....                     Qaradağ rayonunda Yeni Azərbaycan Partiyasının yaranmasının 32-ci ildönümü qeyd edilib .....                     "Klarneti həmin aparıcının ağzına soxacağam..." .....                     Ermənistan Konstitusiyanı dəyişdirmədən sülh sazişi imzalamaq olmaz .....                     Türkiyə-Azərbaycan ittifaqı sınaq qarşısında .....                     Tarixi qərarsızlıq və müsbət gözləntilər .....                     75 faizlik vergi güzəşti jurnalistlərə nə verəcək? .....                     Rusiyanı qoruyan “əl” geri çəkildi: .....                     Azərbaycanda nağd pulla alış-verişə tam qadağa? .....                     Mərkəzi Bank İKT avadanlıqları aldı .....                     Günahsız günahkar, yaxud Azərbaycan aynasında kim necə görünür? .....                     Keçmiş TSEK sədrinin iddiası instansiyasına göndərdildi .....                     1 saylı Şəhər Poliklinikasının həkimi nədən narazıdır? .....                     Milli Məclisin gələn il üçün xərclər smetası məlum olub .....                     "Baku TV RU"nun baş redaktoru Natella Osmanlı Moskvada .....                     “Onlara sual verən yoxdur ki, sən bu maaşla necə dəbdəbəli həyat yaşayırsan?!” .....                     Parisin Bakıya “cırtdanlar”la hücumu .....                     Tərtərdə Yeni Azərbaycan Partiyasının yaranmasının 32-ci ildönümü qeyd olunub .....                     Müxalifət partiyası YAP-ı .....                     Cavid Qurbanov köməkçisini Penitensiar Xidmətdə yüksək vəzifəyə təyin etdirdi .....                     Saxta nikah xidməti göstərən azərbaycanlı həbs olundu .....                     “Səviyyəsiz səhnəciklərə baxanlarda günah yoxdur” .....                     Uşaqpulu bu tarixdən bərpa olunacaq? .....                     Növbədə psixoloqlardır: .....                     Dövləti sayan kimdir: QARDAŞLAR BELƏ YEYİR... .....                     Dövlət Tərcümə Mərkəzi və Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi ləğv edilir .....                     `LEO BANK` yenə də aldadır... .....                     Milli Məclisin 25, 26 və 27 noyabr tarixli iclaslarının gündəliyi açıqlanıb .....                     Model Razi ANA OLDU .....                     Beynəlxalq Cinayət Məhkəməsi Netanyahu və Qallantın həbsinə order verib .....                     Günah nə SOCAR-dadır, nə Santuşda .....                     Pul gəlsin deyə mənəviyyatımızı ayaqlar altına ata-ata yox olacağıq .....                     Nəsrullahın bir konkret mesajı məhvinə səbəb oldu .....                     “400 minlik yeyintidən xəbərim olmayıb” .....                     Dənizçilər üçün UNİKAL VƏSAİT: .....                     Paşinyan Qarabağdan gedənlərə yardımı dayandırır .....                     Oynaya bilmiriksə... OYNAMAYAQ: ZORDUR? .....                     İdxal olunan hibrid avtomobillərin sayı 61%, qiyməti isə 9% artıb .....                     Məktəblərdə ciddi çatışmazlıq .....                 

COP29 ərəfəsi ETSN üçün EV TAPŞIRIĞI... - Restoranlardan ƏRŞƏ QALXAN TÜSTÜ VƏ...
Tarix: 28-06-2024, 11:42 | Çap et
COP29 ərəfəsi ETSN üçün EV TAPŞIRIĞI...
Son zamanlar paytaxt ərazisində restoranların fəaliyyətinə ciddi nəzarət var. Məlum olduğu kimi, bir neçə ay öncə Ekologiya və Təbii Sərvətlər Nazirliyi Bakıda havanın çirklənməsində rol oynayan restoran və kafe sahiblərinə ciddi xəbərdarlıq edərək, bu obyektlərdən çıxan tüstünün zərərsizləşdirilməsi üçün xüsusi avdanlıqların quraşdırılması ilə bağlı tapşırıq verdi. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin restoranların havanı çirkləndirməsinə qarşı sərt mübarizəsi lazımi nəticəni verməkdədir.

Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında havanı çirkləndirən məişət obyektlərinə dair fikirlərini qeyd edərkən bildirib ki, kim tələblərə əməl etməyəcəksə, o şadlıq evlərinin və məişət obyektlərinin qapısı bağlanacaq. Dekabr ayında isə ölkə başçısı “Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi haqqında Əsasnamənin təsdiq edilməsi barədə” fərmanda dəyişiklik edilməsi haqqında yeni fərman imzalamışdır.

Əsasnaməyə əsasən, nazirliyə ekoloji tələblərin pozulması ilə əlaqədar müəssisələrdə, qurğu və obyektlərdə təsərrüfat və başqa fəaliyyətlərin məhdudlaşdırılması və ya bu fəaliyyətə xitam verilməsi haqqında vəsatət qaldırmaq hüququ verilib. Dəyişikliyə əsasən, artıq ETSN məhkəməyə müraciət etmədən ekoloji tələblərin pozulması ilə əlaqədar müəssisələrdə, qurğu və obyektlərdə təsərrüfat və başqa fəaliyyətlərin dayandırılması və ya qadağan edilməsi barədə qərar qəbul edə bilər. Buna baxmayaraq, müvafiq qurğunu quraşdırmayan, havanı və ətraf mühiti çirkləndirməyə davam edən iaşə obyektləri oldu. Onu da qeyd edək ki, nazirlik fərmana dəyişiklikdən əvvəl bəzi restoranların müvafiq qurğunu quraşdırmaması və bundan imtina etməsi ilə bağlı məhkəməyə müraciət etmişdi.

Azərbaycanda tüstü bacalarının 99 faizi demək olar ki, işləmir. Müvafiq qurğunu quraşdıran restoranlarla əlaqə yaradılan zaman bildirilir ki, qurğuların normal işləməsi üçün tüstü bacalarının da vaxtında təmizlənməsi əsas şərtdir. Məlumata görə, qurğu quraşdırılandan sonra tüstü bacaları 2 həftə, maksimum 1 ay ərzində təmizlənməlidir. Əks halda, havaya buraxılan çirkli havanın qarşısı alınmır. Tüstü bacaları ildə iki dəfə təmizlənməlidir. Tüstü boruları binaların dam örtüyünün xarici səthindən 70 sm yüksəklikdə olmalıdır. Sobaların korpusunda və tüstü borularında çatlar olmamalı, tüstü borularının təmizlənməsi qış mövsümü başlanmazdan əvvəl həyata keçirilməlidir. Ancaq heç də hər kəs bu qaydalara riayət etmir. Bir çox hallarda tüstü bacaları təmizlənmir. Qaz Təchizatı Haqqında Qanuna əsasən, tüstü bacaları ilə bağlı nöqsanların aşkar edilməsi məqsədilə müayinə “Azəriqaz” İB tərəfindən həyata keçirilir. Qurum həm mənzillərdə, həm də digər obyektlərdə müayinə işləri aparır. Tüstü bacası ilə bağlı tələblərin pozulmasına görə yerində akt tərtib olunur.

Məlumdur ki,əksər hallarda otel, restoran, xəstəxana, məktəb və digər mətbəxi olan müəssisələrin tüstü bacalarında yağlı təbəqə əmələ gəlir. Bu yağlar bacaların şaquli və üfüqi kanallarında və mühərriklərin üzərində yığılır. Həmin yağlar çox yüksək yanma qabiliyyətinə malikdir. Ani qığılcım çox böyük yanğına səbəb olur və sürətlə yayılır. Yanğın zamanı bacanın içərisində temperatur 800 dərəcə C-yə qədər çatır. Bu istilik bacanın yaxınlığında olan digər yanan materialları da alovlandırır və yanğın qısa bir zamanda bütün binaya yayıla bilir. Restorandan bu qədər tüstünün çıxması ilk növbədə ekologiyaya zərər vurur. Bundan əlavə, sakinləri də narahat edir.

Mənzildə soba və suqızdırıcılarını quraşdırarkən mütləq yerli qaz idarəsinin mütəxəssisləri ilə məsləhətləşin. Bu sahədə naşı olan insanların xidmətindən istifadə etməyin. Tüstü borusu olmayan sobaları almayın. Boru olmadıqda və otaq mütəmadi havalandırılmadıqda orada mütləq dəm qazı yaranır. Dəm qazı ilə zəhərlənən insan əksər hallarda özü-özünə kömək edə bilmir.

Məlumatlara əsasən Bakı və Abşeronda 400 restoran müvafiq qurğunu quraşdırılıb. Qurğunun quraşdırıldığı restoranların 220-sində nazirliyin əməkdaşları tərəfindən yoxlama aparılıb. Məlum olub ki, 217 obyektdə norma daxilində, 3 obyektdə isə normadan artıq havanın çirklənməsi faktı qeydə alınmışdır. Yəni normadan artıq olmaq həm azalıb, həm də çoxala bilir. Əvvəl 4-5 obyektdə havaya atılan tüstü normadan artıq idi. Sonradan isə bunu düzəltdilər. Bu günə olan məlumatda həmin obyektlərin sayı 3-dür. Norma, misal üçün, 0.5-dirsə, bundan artıq olan zaman biz müdaxilə edirik. Obyektlərin yerləşdikləri ərazilərdə, xüsusən şənbə və bazar günlərində qoxu ilə müşayiət olunan tüstü yayılır ki, bu da insanlarda diskomfort yaradır, vətəndaşlar tərəfindən çoxsaylı şikayət və narazılıqların daxil olmasına səbəb olur. Nazirliyin nümayəndələri monitorinq keçirərək, havaya yaydığı tüstü ilə ekologiyaya ziyan vuran obyekt sahiblərinə cərimə tətbiq edirlər. Lakin buna baxmayaraq, hələ də qərara əməl etməyənlər var. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əsas məqsədi havanın çirklənməsinin və insanların bununla bağlı narahat edilməsinin qarşısını almaqdır. Bu istiqamətdə araşdırmalar davam etdirilir.

Qeyd edək ki, Ekologiya.az-ın əməkdaşları, havaya yayılan tüstü ilə ekologiyaya ziyan vuran obyekt sahibləri ilə bağlı paytaxtda və regionlarda araşdırmalara başlayıb. Məqsəd havanın çirklənməsininə səbəb olan obyektlərlə bağlı daha da sərt mübarizə aparmaq və ekologiyanın korlanmasının qarşısını almaqdır. Sərt cəzalarla yanaşı, tüstü ilə ekologiyaya ziyan vuranlarla bağlı region idarələri və nazirlik əməkdaşları qanunları təxirəsalınmaz şəkildə həyata keçirilməsi istiqamətində hərəkətə keçməsi artıq kimsəyə sirr deyil.

Ekologiya.az









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
İcra başçısının birinci müavini vətəndaşı məhkəməyə verdi, uduzdu - TƏFƏRRÜAT
Bu gün, 08:36
Aİ deşifrə olunmuş kəşfiyyatçıları sərhədimizdən qaçırır? - İLGİNC...
Bu gün, 08:34
Qaradağ rayonunda Yeni Azərbaycan Partiyasının yaranmasının 32-ci ildönümü qeyd edilib - FOTO
Bu gün, 08:30
"Klarneti həmin aparıcının ağzına soxacağam..." - Hüseyn HƏDƏLƏDİ
Bu gün, 07:44
Ermənistan Konstitusiyanı dəyişdirmədən sülh sazişi imzalamaq olmaz - Başqa cür ola da bilməz...
Bu gün, 07:36
Türkiyə-Azərbaycan ittifaqı sınaq qarşısında - Yollar ayırdı bizi?...
Bu gün, 07:32
Tarixi qərarsızlıq və müsbət gözləntilər - Təqaüdə bir addım qaldı
Bu gün, 07:29
75 faizlik vergi güzəşti jurnalistlərə nə verəcək? - AKTUAL
Bu gün, 07:27
Rusiyanı qoruyan “əl” geri çəkildi: - Mövqelər sarsılıb, yeni hədəf odur
Bu gün, 07:23
Azərbaycanda nağd pulla alış-verişə tam qadağa? - BU NƏDİ BELƏ?..
Dünən, 19:00
Mərkəzi Bank İKT avadanlıqları aldı
Dünən, 18:58
Günahsız günahkar, yaxud Azərbaycan aynasında kim necə görünür? - AKTUAL
Dünən, 18:00
Keçmiş TSEK sədrinin iddiası instansiyasına göndərdildi
Dünən, 17:57
1 saylı Şəhər Poliklinikasının həkimi nədən narazıdır? - TƏFƏRRÜAT
Dünən, 17:54
Milli Məclisin gələn il üçün xərclər smetası məlum olub
Dünən, 17:51
"Baku TV RU"nun baş redaktoru Natella Osmanlı Moskvada "Feyklər barədə dialoq 2.0" forumunda
Dünən, 17:45
“Onlara sual verən yoxdur ki, sən bu maaşla necə dəbdəbəli həyat yaşayırsan?!” – Tibb işçilərindən rəsmi qurumlara MÜRACİƏT
Dünən, 17:37
Parisin Bakıya “cırtdanlar”la hücumu - "saman çöpündən yapışan" Makron
Dünən, 17:33
Tərtərdə Yeni Azərbaycan Partiyasının yaranmasının 32-ci ildönümü qeyd olunub - FOTO
Dünən, 17:28
Müxalifət partiyası YAP-ı belə TƏBRİK ETDİ
Dünən, 17:25
Cavid Qurbanov köməkçisini Penitensiar Xidmətdə yüksək vəzifəyə təyin etdirdi - BU DA BELƏ...
Dünən, 17:13
Saxta nikah xidməti göstərən azərbaycanlı həbs olundu - TƏFƏRRÜAT
Dünən, 17:02
“Səviyyəsiz səhnəciklərə baxanlarda günah yoxdur” - Əməkdar artistdən SƏRT REAKSİYA
Dünən, 17:00
Uşaqpulu bu tarixdən bərpa olunacaq? - AÇIQLAMA
Dünən, 16:57
Növbədə psixoloqlardır: - Az maaş, problemli müəllim və şagirdlər...
Dünən, 16:52
Dövləti sayan kimdir: QARDAŞLAR BELƏ YEYİR... - DƏLİXANADIR, VALLAH...
Dünən, 16:44
Dövlət Tərcümə Mərkəzi və Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi ləğv edilir - SƏRƏNCAM
Dünən, 16:40
`LEO BANK` yenə də aldadır... - AXI NİYƏ?..
Dünən, 16:35
Milli Məclisin 25, 26 və 27 noyabr tarixli iclaslarının gündəliyi açıqlanıb
Dünən, 16:26
Model Razi ANA OLDU - FOTO
Dünən, 16:18
Beynəlxalq Cinayət Məhkəməsi Netanyahu və Qallantın həbsinə order verib
Dünən, 16:15
Günah nə SOCAR-dadır, nə Santuşda - Futbolçu topu boş qapıdan keçirə bilmirsə…
Dünən, 16:10
Pul gəlsin deyə mənəviyyatımızı ayaqlar altına ata-ata yox olacağıq - Əməkdar artist
Dünən, 16:01
Nəsrullahın bir konkret mesajı məhvinə səbəb oldu – İDDİA
Dünən, 15:59
“400 minlik yeyintidən xəbərim olmayıb” - Arif Rəhimov
Dünən, 15:56
Dənizçilər üçün UNİKAL VƏSAİT: - Ülfət Quliyevin yeni kitabı ÇIXDI
Dünən, 15:52
Paşinyan Qarabağdan gedənlərə yardımı dayandırır
Dünən, 15:22
Oynaya bilmiriksə... OYNAMAYAQ: ZORDUR? - HƏQİQƏTƏN DƏ...
Dünən, 15:19
İdxal olunan hibrid avtomobillərin sayı 61%, qiyməti isə 9% artıb
Dünən, 15:17
Məktəblərdə ciddi çatışmazlıq – 8 şagirdə 1 kompüter düşür
Dünən, 15:14
“Nargis” jurnalı COP29 üçün hazırladığı xüsusi buraxılışında “Veysəloğlu”nun ekoloji layihələrindən bəhs edib
Dünən, 15:08
Erməni deputat dilə gəldi: - "Qarabağ Azərbaycan torpağıdır "
Dünən, 15:01
Rayon rəhbəri Birinci Qarabağ Müharibəsi şəhidi Fəqan Həmidovun ailəsini ziyarət edib - FOTO
Dünən, 14:59
Azərbaycanda tanınmış iş adamının ölkədən çıxışına qadağa qoyulur - DETALLAR
Dünən, 14:55
Şər-böhtan kampaniyası iflasa uğradı - deputat
Dünən, 14:00
Azərbaycanda BOKT ləğv edilir
Dünən, 13:58
Görünür, ABŞ səfiri çıxışında məhz bu təmasları nəzərdə tutub... - ŞƏRH
Dünən, 13:06
Elza Seyidcahanın iddiasına DİM-dən cavab
Dünən, 13:02
Maliki SEPAH-ın tezisləri üzrə çıxış edir - deputat
Dünən, 12:59
Türkiyədə azərbaycanlı qadın güllələnərək qətlə yetirildi - VİDEO
Dünən, 12:53
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru