70 kq qızılla tutulan QƏHRƏMAN kimdir? .....                     Paşinyan Astanada keçiriləcək KTMT sammitində iştirak etməyəcək .....                     Bir neçə ay əvvəl tutulan narkobaron .....                     “1500 məktəbin bağlanması ciddi problemlər yarada bilər” .....                     Talibanın hökmranlıq etdiyi Əfqanıstanda həyat necədir? .....                     51 seçki dairəsinin hüdudlarında dəyişiklik edilib .....                     "Çalışmaq lazımdır ki, sənətlə yadda qalasan" .....                     NATO Xəzər dənizinə çıxış əldə etməyə çalışır .....                     Emin Əmrullayevin kadrı Elm və Təhsil Nazirliyindən yüz minlik tender uddu .....                     NATO-ya üzv olmaq istəmirik... AMMA... .....                     Trampın qərarı Azərbaycana necə təsir edəcək? .....                     Vətən müharibəsindən sonra Bakıda təkrarlandı .....                     Bakı və İrəvan arasında sülh sazişi... .....                     Xalq artisti Emin Ağalarov Bakıda klinika tikir .....                     Ən çox sığorta haqqı toplayan 6 ŞİRKƏT .....                     “Oğurluq edib, adımıza ləkə gətirirlər”- Gövhər Həsənzadə kimləri hədəfə aldı? .....                     Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib .....                     Danimarka gələn il Ukraynanın hərbi sənayesinə .....                     Ağsaqqal və ağbirçəklər “TikTok” - da niyə oynayır? .....                     İldırımzadə ilə bağlı yarım milyonluq cinayət işi .....                     Xaricdən 68 qəpiyə alınan “qreçka”nı marketlər neçəyə satır? .....                     Buldozerlə kürünən "Kubinka"... .....                     Nazir Elmir Quliyevi GÖRƏVDƏN ALDI .....                     Sülh danışıqları: İrəvan son şansı da itirə bilər .....                     Hava soyuyur.., CƏNAB BAŞÇI,.. TƏLƏSİN! .....                     "Kürd Elnur" məhkəməyə çıxarılacaq .....                     Paytaxt rayonlarında qış mövsümünə hazırlıq işləri müzakirə olunub .....                     Qərbin hərbi yardımlarının hədəfi .....                     Dövlətin pulu ilə xaricdə hansı mütəxəssislər hazırlanır? .....                     “Rabitəbank” bu ailənin mənzilini əlindən alır .....                     Zviad Qamsaxurdiyanın oğlu Gürcüstanın prezidenti ola bilər .....                     Tramp üç ölkəyə xəbərdarlıq edib .....                     “ŞaurmaN1” həqiqətləri: işçilər gerçəkləri dilə gətirir .....                     “Sako” ləqəbli tiktoker həbs edilib .....                     Elza Seyidcahanın şeirləri dərsliyə salınıb? .....                     Bakı ilə İrəvan dekabrda danışıqları bərpa edəcək .....                     İsrailin Baş Qərargah rəisi gözlənilmədən Britaniyaya gedib .....                     Səs-küylü işlərə baxan hakim təqaüdə göndərildi .....                     Azərbaycanda taksi qiymətləri 19% bahalaşıb .....                     “Milla”nın rəhbərinin direktor olduğu 13 milyonluq şirkət .....                 

Keçmiş deputat, tanınmış oliqarx biznesini xilas etmək üçün qapılarda qalıb - Pul davası
Tarix: 16-04-2014, 11:34 | Çap et
Keçmiş deputat, tanınmış oliqarx biznesini xilas etmək üçün qapılarda qalıb
Sabiq deputat, "Sumqayıt" və "Cavid" ticarət mərkəzlərinin sahibi Nizami İsgəndərovun başı problemlərdən açılmır. Biznesdə və siyasətdə münasibətlərini düzgün formalaşdıra bilməməsi, bir müddət himayəsinə sığındığı qruplaşmalara arxa çevirməsi keçmiş deputatın vəziyyətini daha da ağırlaşdırıb.

Xatırladaq ki, ötən il N.İsgəndərovun sahibi olduğu Xaçmazda yerləşən "Nabran Holiday Village" istirahət mərkəzində 3 yaşlı İmran Cəfərzadənin faciəvi şəkildə sağlamlığını itirməsi ilə nəticələnən hadisədən sonra iş adamına qarşı təzyiqlər daha da artmışdı. Hətta bununla bağlı açılan cinayət işində Nizami İsgəndərovun tərəf kimi cəlb olunması məsələsi də gündəmə gəlmişdi. Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İdarəsində aparılan istintaq zamanı keçmiş deputatın məsuliyyətə cəlb olunması üçün də əsaslar olubmuş. Baş verən hadisə ilə bağlı həbs edilmiş 3 nəfər barəsində seçilmiş 2 aylıq həbs-qətimkan tədbirinin müddəti daha 2 ay uzadılarkən, N.İsgəndərovun da istintaqa cəlb olunacağı bildirilirdi. Həmin ərəfədə ölkənin nüfuzulu media orqanlarında "Nabran Holiday Village"in əsl sahibi Nizami İsgəndərovun da cinayət məsuliyyətinə cəlb ediləcəyi ilə bağlı silsilə yazılar yazılırdı. Bildirilirdi ki, həbs olunacağı ilə bağlı eks-deputatın özü də məlumatlıdır və o, prosesdən kənarda qalmaq üçün hətta hüquq mühafizə orqanlarına yüksək məbləğdə rüşvət də təklif etməkdən belə çəkinməyib.
Aldığımız məlumata görə, həmin dövrdə oğlunun ağır durumda olduğunu, ailələrinin də imicinə zərbə dəyəcəyini anlayan iş adamı Zaman İsgəndərov məsələyə qarışıb. Hakimiyyətin yuxarı dairələrindəki bəzi adamlara minnətçi düşərək Nizami İsgəndərovun həbsdən qurtulması üçün səylər göstərib və nəticədə çətinliklə də olsa, yaxasını qurtara bilib. Məsələnin ölkə başçısının şəxsi nəzarətində olduğunu nəzərə alsaq, bu prosesdə N.İsgəndərovun həbsdən xilas olmasının nə qədər çətin olduğunu anlamaq olar. Ancaq keçmiş deputatın həbs təhlükəsi tamamilə aradan qalxmayıb. Yəni,cinayət işi elə qapadılıb ki, istintaqa yenidən qayıdaraq N.İsgəndərovun həbsini gerçəkləşdirmək olar.
Hazırda isə N.İsgəndərovun biznesi ilə bağlı problem yaranıb. Məlum olduğu kimi, "Nabran Holiday Village" istirahət mərkəzində baş verən məlum olaydan sonra kompleks qapadılıb və lisenziyası ləğv olunub. Ara sakitləşəndən sonra istirahət mərkəzinin fəaliyyətini bərpa etməyə çalışan keçmiş deputat daha çətin vəziyyətlə üzləşib. Belə ki, onun millət vəkili olduğu dönəmdə elədiyi saymazyana hərəkət indi ona ciddi problem yaradır. Bu barədə "Unikal"a məlumat verən keçmiş deputatın yaxın çevrəsindən olan şəxsin sözlərinə görə, hazırda Nizami İsgəndərov "Nabran Holiday Village" istirahət mərkəzinə lisenziyanın verilməsi üçün bütün səylərini işə salıb: "Bildiyiniz kimi, bir neçə müddətdən sonra istirahət mövsümü başlayır. Ona görə də Nizami İsgəndərov bu mövsüm istirahət kompleksinin fəaliyyətini bərpa etmək üçün lisenziya almağa çalışır. Bununla əlaqədar Mədəniyyət və Turizm Nazirliyinə müraciət etsə də, ona "yox" cavabı verilib. Onun bu məsələni həll etmək üçün yüksək məbləğdə rüşvət təklif elədiyi də bildirilir. Ancaq Nizami İsgəndərovun bu səyləri nəticəsini verməyib. Təbii ki, onun yeganə gəlir mənbəyi həmin istirahət kompleksi deyil, amma həm hadisədən sonra həbsdən qurtulması üçün xeyli pul xərcləyib, həm də bu sahədə prestijini itirib. Ona görə də nə qədər pul xərcləsə də, məsələni həll etməyə çalışır".
Bizi bilgiləndirən şəxsin sözlərinə görə, N.İsgəndərovun bu istiqamətdəki səylərinin qarşısını alan və "Nabran Holiday Village" istirahət mərkəzinə lisenziyanın verilməsinə imkan verməyən Mədəniyyət və Turizm nazirinin müavini, Sumqayıt Şəhər İcra Hakimiyyətinin keçmiş başçısı Vaqif Əliyevdir. Onun sözlərinə görə, Vaqif Əliyev Sumqayıtda icra başçısı işləyən zaman Nizami İsgəndərovla aralarında olan soyuq müharibənin qisasını alır: " Nizami İsgəndərov deputat olan zaman icra başçısı Vaqif Əliyevi saymırdı. Hakimiyyətdəki nüfuzlu nazirlərdən birinin çətiri altına sığındığından özündənrazı ədalar sərgiləyirdi. Hətta iş o yerə çatmışdı ki, Vaqif Əliyevlə açıq şəkildə mübarizəyə də girmişdi, onun iradəsinə zidd addımlar atırdı. Bir dəfə isə insanların içində Vaqif Əliyevi təhqir də eləmişdi. Belə ki, Univermağın qarşısında 40-50 adamın içində başçıya "Sən kimsən ki, mənə göstəriş verirsən. Get işinlə məşğul ol" deyərək, açıq şəkildə sayğısızlıq nümayiş etdirmişdi. Həmin dövrdə Vaqif Əliyev Nizami İsgəndərovu cəzalandırmaq istəsə də, himayəçisi olan nazir iş adamının əzilməsinə imkan verməmişdi. İndi isə Vaqif Əliyevin əlinə gözəl fürsət düşüb. Nizami İsgəndərov bu işə görə əlində diplomat nazirliyə bəlkə də 5-6 dəfə gedib. Hər dəfə bir bəhanə ilə keçmiş deputatı kor-peşman geri qayıtmağa məcbur ediblər".
Məlumatlı şəxs onu da bildirib ki, N.İsgəndərov Vaqif Əliyevin onu qəsdən süründürdüyünü və bu şəkildə cəzalandırmaq istədiyini anlayır. Amma başqa çıxış yolu olmadığı üçün geri çəkilə də bilmir. Hətta N.İsgəndərovun keçmişdə elədiyi səhvə görə Vaqif Əliyevdən üzr istəməyə hazır olduğu da bildirilir.
"Unikal"ı məlumatlandıran mənbə onu da qeyd edib ki, N.İsgəndərov o qədər dalana dirənib ki, əzəli düşmən elan etdiyi bibisi oğlu Xətai Rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədovdan yardım istəyib: "Yəqin ki, Nizami İsgəndərovla Razim Məmmədovun arasındakı gərginliyin səbəbini bilirsiniz. Bu, ailə-məişət zəminində olan məsələ olduğu üçün hələlik buna toxunmaq istəmirəm. Amma onu deyə bilərəm ki, hazırda Nizami İsgəndərov elə vəziyyətdədir ki, Razim Məmmədovdan mədət umur ki, Vaqif Əliyevə onun məsələsini həll etməkdə yardımçı olsun. Amma bildiyimə görə, Razim Məmmədov onun israrlı telefon zənglərinə cavab vermir. Ona görə də Nizami İsgəndərov psixoloji cəhətdən olduqca gərgindir".
Mövzu ilə bağlı ətraflı məlumatımız olsa da, hələlik bu məqamları diqqətə çatdırmaqla kifayətləndik. Ancaq N.İsgəndərovla bağlı ilginc məlumatları növbəti saylarımızda işıqlandıracağıq. Hələlik araşdırma aparılır.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
70 kq qızılla tutulan QƏHRƏMAN kimdir? - Elə faktlar ortaya çıxdı ki...
Bu gün, 17:32
Paşinyan Astanada keçiriləcək KTMT sammitində iştirak etməyəcək - Yuri Uşakov
Bu gün, 17:29
Bir neçə ay əvvəl tutulan narkobaron BAKI HƏBSXANASINDA ÖLDÜ
Bu gün, 17:28
“1500 məktəbin bağlanması ciddi problemlər yarada bilər” - İLGİNC DETALLAR
Bu gün, 17:25
Talibanın hökmranlıq etdiyi Əfqanıstanda həyat necədir? - Turistlər üçün məsləhət
Bu gün, 16:22
51 seçki dairəsinin hüdudlarında dəyişiklik edilib - SİYAHI
Bu gün, 16:20
"Çalışmaq lazımdır ki, sənətlə yadda qalasan"
Bu gün, 16:19
NATO Xəzər dənizinə çıxış əldə etməyə çalışır - Bortnikov
Bu gün, 16:15
Emin Əmrullayevin kadrı Elm və Təhsil Nazirliyindən yüz minlik tender uddu - BU NƏDİ BELƏ?..
Bu gün, 16:12
NATO-ya üzv olmaq istəmirik... AMMA... - ŞƏRH
Bu gün, 16:10
Trampın qərarı Azərbaycana necə təsir edəcək? - İNCƏLƏMƏ
Bu gün, 16:07
Vətən müharibəsindən sonra Bakıda təkrarlandı – “Xüsusi əməliyyatın” mühüm detalları
Bu gün, 16:05
Bakı və İrəvan arasında sülh sazişi... – Gülər
Bu gün, 16:03
Xalq artisti Emin Ağalarov Bakıda klinika tikir
Bu gün, 16:02
Ən çox sığorta haqqı toplayan 6 ŞİRKƏT - SİYAHI
Bu gün, 16:00
“Oğurluq edib, adımıza ləkə gətirirlər”- Gövhər Həsənzadə kimləri hədəfə aldı? - VİDEO
Bu gün, 15:57
Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib
Bu gün, 15:54
Danimarka gələn il Ukraynanın hərbi sənayesinə 1,4 milyard dollar ayıracaq
Bu gün, 15:15
Ağsaqqal və ağbirçəklər “TikTok” - da niyə oynayır? - Psixoloq səbəbləri açıqladı
Bu gün, 15:13
İldırımzadə ilə bağlı yarım milyonluq cinayət işi - TƏFƏRRÜAT
Bu gün, 15:09
Xaricdən 68 qəpiyə alınan “qreçka”nı marketlər neçəyə satır? - SİYAHI
Bu gün, 15:02
Buldozerlə kürünən "Kubinka"... - "Özümüzü öldürmək həddinə çatmışıq"
Bu gün, 14:59
Nazir Elmir Quliyevi GÖRƏVDƏN ALDI - ƏMR
Bu gün, 14:57
Sülh danışıqları: İrəvan son şansı da itirə bilər - İNCƏLƏMƏ
Bu gün, 14:55
Hava soyuyur.., CƏNAB BAŞÇI,.. TƏLƏSİN! - NARAZILIQ VAR...
Bu gün, 14:53
"Kürd Elnur" məhkəməyə çıxarılacaq
Bu gün, 14:49
Paytaxt rayonlarında qış mövsümünə hazırlıq işləri müzakirə olunub - FOTO
Bu gün, 14:43
Qərbin hərbi yardımlarının hədəfi BƏLLİDİR
Bu gün, 14:02
Dövlətin pulu ilə xaricdə hansı mütəxəssislər hazırlanır? - Deputata cavab
Bu gün, 14:00
“Rabitəbank” bu ailənin mənzilini əlindən alır - TƏFƏRRÜAT
Bu gün, 13:58
Zviad Qamsaxurdiyanın oğlu Gürcüstanın prezidenti ola bilər
Bu gün, 13:14
Tramp üç ölkəyə xəbərdarlıq edib
Bu gün, 13:10
“ŞaurmaN1” həqiqətləri: işçilər gerçəkləri dilə gətirir - VİDEO
Bu gün, 13:03
“Sako” ləqəbli tiktoker həbs edilib
Bu gün, 13:01
Elza Seyidcahanın şeirləri dərsliyə salınıb? - DƏRSLİKLƏRİMİZDƏKİ PROBLEM
Bu gün, 13:00
Bakı ilə İrəvan dekabrda danışıqları bərpa edəcək - KİV
Bu gün, 12:56
İsrailin Baş Qərargah rəisi gözlənilmədən Britaniyaya gedib
Bu gün, 12:52
Səs-küylü işlərə baxan hakim təqaüdə göndərildi - FOTO
Bu gün, 12:50
Azərbaycanda taksi qiymətləri 19% bahalaşıb – Rəsmi
Bu gün, 12:48
“Milla”nın rəhbərinin direktor olduğu 13 milyonluq şirkət “maya”sını azaldır
Bu gün, 12:42
Şimşək çaxacağı ehtimalı var - belə deyirlər...
Bu gün, 12:40
Marsda su ilə bağlı YENİ SÜBUT
Bu gün, 12:38
Gürcüstanda prezident seçkilərinin vaxtı bilinib
Bu gün, 12:35
Azərbaycandan milyonlarla pul çıxaran biznesmenlər TUTULDU - ŞOK FAKTLAR
Bu gün, 12:31
Həbs edilən hərbi attaşe bu akademikin qardaşıdır – 70 kiloqram qızıl beynəlxalq qaçaqmalçı şəbəkənin olub?
Bu gün, 12:24
ARB-nin 5 mərtəbəli studiya binası hansı məmura məxsusdur - İLGİNC...
Bu gün, 12:12
Elnur Abdullayev borcları qaytarmaq üçün çabalayır – “Kontakt”ın məhkəmə çəkişmələri rekord səviyyədədir...
Bu gün, 12:08
“Məktəb direktoru” olan Xalq artistinə TƏZYİQ: - “Məni söyürlər”
Bu gün, 12:04
Pənah Hüseynin partiyasına dövlət pul ayırıb - MƏBLƏĞ
Bu gün, 12:03
Əhməd Əhmədovdan yeni xəbər - Heç kəs şikayət vermədi
Bu gün, 11:52
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru