Baş rejissorun fırıldaq Şəbəkəsi: 125 dollarla milyoner ol? – “3 aya milyonçu olmaq” tamaşası kimləri qurbana çevirir?
Tarix: 21-04-2014, 16:15 | Çap et
DİA.AZ: - Azərbycanda nurçuların dövlət idarələrində «oturuşmasına» dair məlumatlar yayıldıqdan bəri bu mövzu aktuallığını saxlayır. Cəmiyyət arasında «Nur» camaatının dərin kök atmasını 1 həftə əvvəl hüquq-mühafizə orqanlarının Yasamal rayonu ərazisində keçirdiyi əməliyyat da təsdiqlədi. İndi bir həqiqət ortadadır: nurçular təkcə siyasi elitada, parlamentdə deyil. Onlara hər yerdə rast gəlmək olar. Xüsusən, əhalinin aztəminatlı, dolanışıq səviyyəsi aşağı olan kəsimində nurçuluğun təbliği üçün daha münbit şərait var. Mövzunun maliyyə qaynağı olan biznes sahəsinə və daha az gəlirli əhali təbəqəsinə yönəlməsi məlumatlı mənbələrə əsaslanır. Mədəniyyət və incəsənət sahəsində çalışanların sırasında nurçuluğun tərəfdarları və təəssübkeşlərinin son illərdə formalaşdığı barədə məlumatlar yenilik deyil. Bu ziyalı təbəqənin gəlirlərinin aşağı olması, dolanışıqlarını təmin etmək üçün digər gəlir mənbələri axtarmaları da təbiidir. Belə gəlir qaynaqlarından biri də şəbəkə biznesidir.
DİA.AZ bildirir ki, Azərbaycanda ən böyük maliyyə şəbəkəsi sayılan «LNS» şirkətinin fəal təbliğatçısı və ideya qaynağı kimi tanınmış rejissor Ağalar İdrisoğlunun çıxış etməsi təsadüfdürmü? Araşdırmalar göstərir ki, bu, heç də belə deyil. Cəmi 2 il əvvəl Gənc Tamaşaçılar Teatrının baş rejissoru Xalq Artisiti, «Şöhrət» ordenli Cənnət Səlimovaya mətbuatda total kampaniyanı xatırlatmaq yerinə düşər. 1960-cı illərdən Azərbaycan teatrının inkişafına töhfə verən C.Səlimova birdən-birə teatrın inkişafına maneə olan, gənc rejissorların qabağını kəsən «mənfur bir quvvə» kimi təqdim olundu. «Anti-Səlimovaçılar»ın ən fəal üzvü və ideya istiqamətvericisi həmin teatrın rejissoru Ağalar İdrisoğlu idi. A.İdrisoğlu ANS TV-də müsahibəsində (2012-ci ilin yanvar ayı) «Cənnət Səlimova baş rejissor vəzifəsindən çıxarılmalıdır» deyə, qəti hökm vermişdi. C.Səlimova Mədəniyyət və Turizm Nazirliyinin əmri ilə işə təyin olunmasına, bir sıra fəxri fərmanlar və titullar, «Xalq Artisiti» və «Şöhrət» ordeni qazanmasına baxmayaraq, həmin vaxta qədər «qızıl dərviş»dən başqa titul qazanmamış A.İdrisoğlu «C.Səlimova çıxarılmalıdır» deyirdi.
İndi C.Səlimovanın üzərinə hücumlar olduğu dövrdə verdiyi müsahibəsindən bir fikrinə (əslində şifrəli mesajına) diqqət edək: «…Mən dinçi deyiləm. Din adamlarını özümə böyük seçməmişəm!..». Bəli, C.Səlimova din adamlarını özünə böyük seçməmişdi, xidmət etdiyi dövləti və xalqı özünə böyük bilirdi… Yəqin, elə buna görə də «din adamlarını özünə böyük qəbul etmiş nur camaatı»nın teatrda özünə yer etməsinə, fəallaşmasına imkan vermirdi. Buna görə də total hücumlara məruz qalmışdı…
Nəhayət, ünvanına deyilən ittihamları qəbul etməyən C.Səlimova 2012-nin yeni teatr mövsumündən artıq baş rejissor deyil. Gənc Tamaşaçılar Teatrının bütün problemləri həll olundumu?!. Bunu teatrşünaslar bilər…
Ancaq bilinən odur ki, ondan sonra A.İdrisoğlunun problemləri «həll olunmağa» başladı. 2013-cü ilin iyununda – 60 yaşından sonra, «Əməkdar mədəniyyət işçisi» fəxri adını aldı. Bu, həmin vaxt idi ki, A.İdrisoğlu elektron ticarət adı ilə Bakıda özünə böyük biznes şəbəkəsi qurmağa müvəffəq olmuşdu. İşlədiyi, tanıdığı teatrların işçiləri, mədəniyyət adamlarını topladığı bu biznes şəbəkəsində vaxtilə C.Səlimovaya hücum edənlər də vardı. …İndi mətbuata iş adamı kimi müsahibə verən «LNS» MMC-nin mütəxəssisi A.İdrisoğlu (A.Mehdiyev) deyir: «Elektron ticarət dövlətin vətəndaşlarının sosial durumunun yaxşılaşdırılmasına yardım edən bir amildir. Bu ticarət insanların rahatlığına zəmin yaradır və elektron biznesin Azərbaycanda istifadə olunması Azərbaycana böyük gəlir gətirə bilər. Bu gəlir də dediyim kimi Azərbaycan əhalisinin sosial durumunun yaxşılaşması deməkdir... Millətin yaxşı yaşaması üçün Azərbaycan prezidenti cənab İlham Əliyev bütün gücünü sərf edir. Cənab prezident bu gün çalışır ki, Azərbaycanda işsizlik problemi aradan qaldırılsın, insanlar rahat yaşasın. E-ticarət də insanların rahat yaşaması üçün bir amildir” (olaylar.az). Eynilə, mətbuatdan artıq bəlli olan «nur deputatları»nın Azərbaycanda fəal sosial şəbəkə istifadəçilərinin sayının 50 minə çatdırılması, daha böyük «nur ideoloqu» tərəfindən cəmi bir neçə ay əvvələdək Faceebok, Tvitter kimi şəbəkələrdə gənclərin aktivləşməsinin təbliğ olunması kimi səslənmirmi? Məgər cənab prezidentin şəxsi təşəbbüsü və bilavasitə rəhbərliyi ilə apardığı iş əhalinin sosial durumunun yaxşılaşmasına, millətin yaxşı yaşamasına yetmirmi ki, A.İdrisoğlunun mütəxəssisi olduğu «LNS» MMC-nin fəaliyyəti ilə bu məsələlər öz həllini tapacaq?
«LNS» MMC barədə kiçik bir araşdırma nələrdən xəbər verir? Ötən il prezident seçkiləri ərəfəsində yaranan və sürətlə ətrafında şəbəkə quran bu şirkətin dövriyyəsi yüz minlərlə qiymətləndirilir. Vergi orqanlarının bu şirkətin fəaliyyətinə diqqət yetirməməsini isə şirkət rəhbərliyinin «yuxarılara bağlı olması» ilə izah edənlər var. İlkin kapital qoyuluşu 125 ABŞ dolları olan bu şirkətə üzv olanlara qısa müddət ərzində milyonçu olmaq vəd edilir. Bu arada mətbuatda nurçıların son prezident seçkiləri ərəfəsində həm siyasi, həm də maliyyə sahəsində təşkilatlanması, hətta, hakimiyyətin üst təpəsinə hazırlıq görməsi barədə yayılanları da xatırladaq. «LNS» MMC-nin yarandığı dövrdə A.İdrisoğlunun yaxın ətrafında onun «Prezidentin vəkili», Administrasiyada «dostları» olan şəxs kimi təqdim olunması da mətbuatda gedən məlumatlardandır. Artıq «Şöhrət» ordenli C.Səlimovanı vəzifədən çıxartdıran A.Mehdiyevin «yuxarılara bağlı» olmasına inananları da qınamaq olmazdı.
LNS-in aldatma sxemi isə belədir:
LNS vətəndaşlardan aldığı pulun müqabilində 1 saat verir. Adamın əlinə kassa mədaxil qəbzi verir, guya ki, qanuni işləyir. saatın qiyməti 125 ABŞ dollarıdır. Ancaq adamdan aldığı 500-700 və daha yuxarı məbləğləri buraxır piramida şəbəkəsi qurulmasına. Yəni, 125 dollara 1 saat almaqla şəbəkəyə qoşulursan. 125-dən artıq pulun isə piramida şəklində qurulur və verdiyin pulun məbləinə görə komisyon alırsan. Məsələn, 200 manat vekrmiş adam, sağında 200-solunda 200 manat ödəniş edən adam qşursa, qazancı 30-40 manat olur. Yəni, adam özü – 200+ 2 nəfər – hərəsi 200 manat – cəmi 600 manat pul yığılır LNS-ə, əvəzində 1-ci adam maksimum 40 amnat pul qazanır. Qalan 540 manatı kimlər qazanır? Həmçinin, vaxt məhdudiyyətləri. Məsələn, adam 1 həftə ərzində özünə 2 sağ-sol tapmalıdır, özü də hər biri minimum 200 manat olmalıdır. 1 həftədən keçdisə, qazanc verilmir. Beləcə, müxtəlif vaxt məhudiyyətləri ilə müxtəlif məbləğlər. Hər 100 manatqlıq qoyuluş 1 bal sayılır. Guya, nə qədər çox məbləğ olsa, yəni, çox pul versən o qədər çox qazancın olar. Ancaq bunun da vaxt məhdudiyyəti var. Məsələn, 1500 manat verib 15 ballıq qoşulursan. Ancaq sən 1 ay ərzində minimum 50 nəfər 15 ballıq adam qoşmalısan ki, həmin bala uyğun qazanc sənə verilsin. 49 adam qoşsan belə, yenə sənə 1500 manat uyğun bal verilməyəcək. Hər kəsə bu sistem tətbiq edilməklə, 1 adamın gətirdiyi – məsələn, 49 adamın X 1500 manat eləyir 73500 manat. Bundan da 100 manatdan 50 saatın pulunu çıxsan, yəni, 5000. yerdə qalan 67500 manatı LNS piramidasının başında duranlar yeyir.
Barəsində heç bir rəsmi məlumat verilməyən «LNS» ilkin kapital kimi 125 ABŞ dolları qoyan şəxsləri şəbəkəyə cəlb etməklə, minlərlə insanı tipik maliyyə piramidasında birləşdirən mütəşəkkil bir qurumdur.
Gənc Tamaşaçılar Teatrının rejissoru olan A.İdrisoğlu «ofisim» deyəndə «LNS» MMC-nin Nərimanov rayonunda «Heydər Əliyev Mərkəzi» ilə üzbəüzdəki ofisini nəzərdə tutur, yoxsa «LNS»-in Sumqayıt şöbəsini? 2011-2013-cü illərdə işlədiyi Gənc Tamaşaçılar Teatrının əməkdaşlarını, tanıdığı bütün incəsənət adamlarını, şair və yazıçıları pul qazanmaq adı ilə GuestNet şirkətinə dəvət edirmiş. Keçən ilin yayından isə şirkətini və hədəflərini dəyişib. İndi «Prezidentin yaratdığı», özünün isə baş mütəxəssisi olduğu «LNS» şəbəkəsinə dəvət etdiyi sənətkar və siyasətçi dostlarına 3 aya milyonçu olacaqlarını vəd edir. Amma elə onun son 1 həftədə verdiy müsahibələrinə diqqət edəndə uğursuz bir rejissorun qurduğu səhnəni görmək olur.
Adama deyərlər ki, 100 adam sənin ofisinə niyə hücum edir, küçədə səni niyə təhqir edirlər? Təqsiri olmayan adamın ofisinə niyə hücum edərlər ki, özü də 100 nəfər birdən? Məgər Azərbaycan o qədər özbaşınalıq ölkədir, Bakının küçələri o qədər sahibsizdir ki, təqsiri olmayan adamın üstünə 100 adam hücüm edir? Əgər belə bir hücum varsa, niyə polisə-prokurora müraciət edilmir?
Suallara cavabı elə A.İdrisoğlunun özünün etiraflarında axtarmaq lazımdır. Özünün də etiraf etdiy kimi, 2011-ci ildən şəbəkə biznesinə qoşulan A.İdrisoğlu Nərimanov rayonunda özünə ofis qurub, pul qazanmağa başlayıb. Təkcə özünün etirafına görə 42 nəfərdən müxtəlif məbləğlərdə (300-1500) pul yığaraq cəmi 32980 manatlıq məhsulu sifariş verməyib. 2013-cü ildə pullarını aldığı adamların duyuq düşərək narazılıq etdiyini gördükdə Hüseyn Nuriyev, Nəsir Hüseynov onun köməyinə gəlir. Bu, həmin Nüseyndir ki, vaxtilə Guestnetin distrübütoru imiş (özünün dediyi kimi ), indi A.İdrisoğlu ilə bir yerdə qəzet redaksiyalarında, saytlarda müsahibələr verir, şəkillər çəkdirirlər. H.Nuriyev «LNS» şirkətinin şəriki, A.İdrisoğlu isə şirkətin mütəxəssisi kimi özlərini təqdim edirlər. Mətbuatda yayılan məlumatlara görə, A.İdrisoğlu 2013-cü ildə özünü «Prezidentin vəkili» elan edibmiş. Həmin vaxt «LNS» şəbəkəsinin qurucusu olan Hüseyn də Ağalar müəllimin Aparatın adamı olduğunu, seçkidən sonra şəbəkəni gücləndirəcəklərini ətrafına deyirmiş. Əhliman Cmalov və Nəsir Hüseynov adlı keçmiş Guest-çilər isə Hüseynin əsas «təbliğatçıları» idilər. Guya, İtalyan şirkətinin Azərbaycanda nümayəndəsi olan «gözəgörünməz» Anar «müəllim»in vəzifəsi isə işlərə Türkiyədən dəstək vermək, İtaliya və Türkiyənin məşhur markalarının «LNS» şəbəkəsi vasitəsilə satışını təşkil etmək olacaqdı. İndi mətbuatda yayılan məlumatlara görə, əslində maliyyə piramidası olan «LNS»in ideoloji dayaqları isə «nur camaatı»na bağlıdır. Belə çıxır ki, söykəndiyi «nur camaatı»nın Azərbaycanda tör-töküntüləri hələ də onun arxasındadır.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• “1500 məktəbin bağlanması ciddi problemlər yarada bilər” - İLGİNC DETALLAR
Bu gün, 17:25 |
|
|
|
• Talibanın hökmranlıq etdiyi Əfqanıstanda həyat necədir? - Turistlər üçün məsləhət
Bu gün, 16:22 |
|
|
|
• 51 seçki dairəsinin hüdudlarında dəyişiklik edilib - SİYAHI
Bu gün, 16:20 |
|
|
|
• "Çalışmaq lazımdır ki, sənətlə yadda qalasan"
Bu gün, 16:19 |
|
|
|
• NATO Xəzər dənizinə çıxış əldə etməyə çalışır - Bortnikov
Bu gün, 16:15 |
|
|
|
• Emin Əmrullayevin kadrı Elm və Təhsil Nazirliyindən yüz minlik tender uddu - BU NƏDİ BELƏ?..
Bu gün, 16:12 |
|
|
|
• NATO-ya üzv olmaq istəmirik... AMMA... - ŞƏRH
Bu gün, 16:10 |
|
|
|
• Trampın qərarı Azərbaycana necə təsir edəcək? - İNCƏLƏMƏ
Bu gün, 16:07 |
|
|
|
• Vətən müharibəsindən sonra Bakıda təkrarlandı – “Xüsusi əməliyyatın” mühüm detalları
Bu gün, 16:05 |
|
|
|
• Bakı və İrəvan arasında sülh sazişi... – Gülər
Bu gün, 16:03 |
|
|
|
• Xalq artisti Emin Ağalarov Bakıda klinika tikir
Bu gün, 16:02 |
|
|
|
• Ən çox sığorta haqqı toplayan 6 ŞİRKƏT - SİYAHI
Bu gün, 16:00 |
|
|
|
• “Oğurluq edib, adımıza ləkə gətirirlər”- Gövhər Həsənzadə kimləri hədəfə aldı? - VİDEO
Bu gün, 15:57 |
|
|
|
• Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib
Bu gün, 15:54 |
|
|
|
• Danimarka gələn il Ukraynanın hərbi sənayesinə 1,4 milyard dollar ayıracaq
Bu gün, 15:15 |
|
|
|
• Ağsaqqal və ağbirçəklər “TikTok” - da niyə oynayır? - Psixoloq səbəbləri açıqladı
Bu gün, 15:13 |
|
|
|
• İldırımzadə ilə bağlı yarım milyonluq cinayət işi - TƏFƏRRÜAT
Bu gün, 15:09 |
|
|
|
• Xaricdən 68 qəpiyə alınan “qreçka”nı marketlər neçəyə satır? - SİYAHI
Bu gün, 15:02 |
|
|
|
• Buldozerlə kürünən "Kubinka"... - "Özümüzü öldürmək həddinə çatmışıq"
Bu gün, 14:59 |
|
|
|
• Nazir Elmir Quliyevi GÖRƏVDƏN ALDI - ƏMR
Bu gün, 14:57 |
|
|
|
• Sülh danışıqları: İrəvan son şansı da itirə bilər - İNCƏLƏMƏ
Bu gün, 14:55 |
|
|
|
• Hava soyuyur.., CƏNAB BAŞÇI,.. TƏLƏSİN! - NARAZILIQ VAR...
Bu gün, 14:53 |
|
|
|
• "Kürd Elnur" məhkəməyə çıxarılacaq
Bu gün, 14:49 |
|
|
|
• Paytaxt rayonlarında qış mövsümünə hazırlıq işləri müzakirə olunub - FOTO
Bu gün, 14:43 |
|
|
|
• Qərbin hərbi yardımlarının hədəfi BƏLLİDİR
Bu gün, 14:02 |
|
|
|
• Dövlətin pulu ilə xaricdə hansı mütəxəssislər hazırlanır? - Deputata cavab
Bu gün, 14:00 |
|
|
|
• “Rabitəbank” bu ailənin mənzilini əlindən alır - TƏFƏRRÜAT
Bu gün, 13:58 |
|
|
|
• Zviad Qamsaxurdiyanın oğlu Gürcüstanın prezidenti ola bilər
Bu gün, 13:14 |
|
|
|
• Tramp üç ölkəyə xəbərdarlıq edib
Bu gün, 13:10 |
|
|
|
• “ŞaurmaN1” həqiqətləri: işçilər gerçəkləri dilə gətirir - VİDEO
Bu gün, 13:03 |
|
|
|
• “Sako” ləqəbli tiktoker həbs edilib
Bu gün, 13:01 |
|
|
|
• Elza Seyidcahanın şeirləri dərsliyə salınıb? - DƏRSLİKLƏRİMİZDƏKİ PROBLEM
Bu gün, 13:00 |
|
|
|
• Bakı ilə İrəvan dekabrda danışıqları bərpa edəcək - KİV
Bu gün, 12:56 |
|
|
|
• İsrailin Baş Qərargah rəisi gözlənilmədən Britaniyaya gedib
Bu gün, 12:52 |
|
|
|
• Səs-küylü işlərə baxan hakim təqaüdə göndərildi - FOTO
Bu gün, 12:50 |
|
|
|
• Azərbaycanda taksi qiymətləri 19% bahalaşıb – Rəsmi
Bu gün, 12:48 |
|
|
|
• “Milla”nın rəhbərinin direktor olduğu 13 milyonluq şirkət “maya”sını azaldır
Bu gün, 12:42 |
|
|
|
• Şimşək çaxacağı ehtimalı var - belə deyirlər...
Bu gün, 12:40 |
|
|
|
• Marsda su ilə bağlı YENİ SÜBUT
Bu gün, 12:38 |
|
|
|
• Gürcüstanda prezident seçkilərinin vaxtı bilinib
Bu gün, 12:35 |
|
|
|
• Azərbaycandan milyonlarla pul çıxaran biznesmenlər TUTULDU - ŞOK FAKTLAR
Bu gün, 12:31 |
|
|
|
• Həbs edilən hərbi attaşe bu akademikin qardaşıdır – 70 kiloqram qızıl beynəlxalq qaçaqmalçı şəbəkənin olub?
Bu gün, 12:24 |
|
|
|
• ARB-nin 5 mərtəbəli studiya binası hansı məmura məxsusdur - İLGİNC...
Bu gün, 12:12 |
|
|
|
• Elnur Abdullayev borcları qaytarmaq üçün çabalayır – “Kontakt”ın məhkəmə çəkişmələri rekord səviyyədədir...
Bu gün, 12:08 |
|
|
|
• “Məktəb direktoru” olan Xalq artistinə TƏZYİQ: - “Məni söyürlər”
Bu gün, 12:04 |
|
|
|
• Pənah Hüseynin partiyasına dövlət pul ayırıb - MƏBLƏĞ
Bu gün, 12:03 |
|
|
|
• Əhməd Əhmədovdan yeni xəbər - Heç kəs şikayət vermədi
Bu gün, 11:52 |
|
|
|
• Əgər Berbok Azərbaycanı “danlayırsa”, deməli... – Markov
Bu gün, 11:51 |
|
|
|
• Univermağın 70 min manata yaxın pulunu mənimsəyərək “Tik-Tok”da xərcləyib – MƏHKƏMƏ
Bu gün, 11:37 |
|
|
|
• "3 ildir nazirə və nazirliyə çoxsaylı müraciətlər ünvanlasaq da... - heç bir cavab verilmir"
Bu gün, 11:36 |
|
|
|
|