İsrail İran ordusunu iflic etdi .....                     "Türklərlə kürdlərin bir-birini sevməsi fərzdir" .....                     Nurəddin Məmmədli AXCP-dən getdi .....                     İsrail-İran müharibəsi olacaq? .....                     Ziya Məmmədov bağ evini satışa çıxardı: .....                     Gürcüstan MSK parlament seçkilərinin baş tutduğunu elan edib, “Gürcü Arzusu” irəlidədir .....                     "Qərb və müttəfiqləri Ermənistan vasitəsilə .....                     Avropa Parlamentinin “erməni sevgisi”: .....                     Yekun sülhdən danışmaq çətindir .....                     Azad Qaraqoyunlu kəndi ərazisində ağacəkmə aksiyası davam etdirilir .....                     İsrailin növbəti hədəfi Xameneyidir .....                     Bakının üç şərti, İrəvanın iki istəyi var: Proses sürətləndi .....                     İrana NÖVBƏTİ HÜCUM: .....                     Cəbhədə yeni oyunçular: Çin Ukraynaya qoşun yeridir? .....                     Bakı aeroportu payız-qış uçuş cədvəlinə keçir .....                     Zaur Mikayılovdan yeni təyinat .....                     Aİ İsraillə bağlı məsləhətləşmələr aparır .....                     "Verilişimə nə Vəfanı, nə də Şəbnəmi çağırmayacağam" .....                     Bidzina İvanişvili: "Xarici agentura qalib gəlsə, müharibə olacaq" .....                     Qapını açmadı, əlil sərnişini döydü .....                     Feyziyev indi də Naxçıvanın TENDERXANASINDA... .....                     “Müxalifətin qalib gələcəyi halda .....                     “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə əlaqədar “Ağacəkmə aksiyası” keçirilib .....                     94 yaşlı ahıl qadını qapı-qapı gəzdirdilər... .....                     Qərb Gürcüstan hökumətinə xəbər göndərib: .....                     Azərbaycanla bağlı kritik təmas: .....                     Azərbaycanın qarşısında HİNDİSTAN MANEƏSİ .....                     Paşinyan hakimiyyəti üçün ciddi risk .....                     Avropa Parlamentinin qəbul etdiyi son qətnamə də... .....                     Tanınmış aparıcı ailə həyatı qurdu: .....                     Azərbaycan beynəlxalq münasibətlərdə çoxtərəflilik prinsipinin fəal tərəfdarıdır .....                     Gürcüstanda hər iki tərəf öz qələbəsinə əmindir .....                     Əliyevlə görüşdən sonra toplandılar .....                     Xoşqədəmin çağırışı Gürcüstanı qarışdırdı: “Üzr istəsin” .....                     Qonşu qadını döyüb, qızını öldürən şəxsə cəza verildi: .....                     Tərtərdə "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində ümumrayon ağacəkmə aksiyası keçirilib .....                     Əminə Yusifqızı haqqına yayılan xəbərləri YALANLADI: .....                     Paşinyandan geri addım: .....                     “İçi çürük adamlar mənəm-mənəm deyir” .....                     “NATO ölkələri BRİCS-in “qapılarını döyür”, amma...” .....                 

«Azkontrakt» ilə «Azərmetal» kollektivi arasında qarşıdurma - Fotolar, VİDEO
Tarix: 29-06-2015, 11:56 | Çap et
«Azkontrakt» ilə «Azərmetal» kollektivi arasında qarşıdurma
«Azkontrakt» Səhmdar Cəmiyyəti ilə «Azərmetal» Topdansatış Ticarət Birliyinin kollektivi arasında qarşıdurma pik həddə çatıb… Belə ki, neçə gün əvvəl Birliyin baş direktoru Şahin Abbasovun adından redaksiyamıza bir şikayət məktubu daxil oldu. Ş.Abbasov Prezident İlham Əliyevə, surəti «Təzadlar»a ünvanlı ərizəsində bildirirdi ki, Miri Qəmbərov onu qərəzli və heç bir səbəb olmadan, qanunvericiliyin bütün tələblərini kobud surətdə pozaraq işdən azad edib…

«Təzadlar» Miri Qəmbərova rəsmi sorğu göndərdi…

Ş.Abbasov redaksiyamıza göndərdiyi ərizəsinə bir qovluq sənədləri də əlavə etmişdi… Bu barədə az sonra geniş bəhs ediləcək. Hələlik isə bir vacib məqam barədə. M.Qəmbərovun Baş direktoru işdən çıxarma əmrində qeyd olunurdu ki, Ş.Abbasov idarənin fasadındakı süni üzlüyün bir günün içində, təcili olaraq sökülməsi barədə tapşırığından qəti imtina edib… Amma Baş direktorun bizə təqdim etdiyi, hətta mayın 29 və 30-na, iyunun 2-də çəkilmiş foto şəkillər, video görüntülər əksini sübut edirdi-ərazidə işlər sürətlə davam etdirilib…
Bəs nə baş verirdi? Nədən araya belə bir münaqişə düşüb? Redaksiya olaraq məsələyə aydınlıq gətirilməsi üçün 16.06.2015-ci il tarixli, T-38-/15 saylı məktubla Miri Qəmbərova rəsmi sorğu göndərdi… Sorğuda Ş.Abbasovun işdən çıxarılma əmrinə dair xidməti məktubun surəti istənilirdi:
««Azkontrakt» DövlətKorporasiyasının prezidenti cənab M.Qəmbərova!
Çox hörmətli Miri müəllim!
Redaksiyamıza tabeliyinizdə olan «Azərmetal» Topdansatış Ticarət Birliyinin direktoru Abbasov Şahin Bəiş oğlunun adından daxil olmuş şikayət məktubunda onun Sizin 08.06.2015-ci il tarixli, 2-zi saylı əmrinizlə (əsas 06.06.2015-ci il tarixli xidməti məktub) əsassız və qanunsuz olaraq işdən azad etməyiniz bildirilir.
Həmin şikayətin araşdırılması və çapa hazırlanmasından ötrü «İnformasiya əldə etmək haqqında» Azərbaycan Respublikası Qanunun tələblərinə uyğun olaraq bu əmrin istinad olunduğu Xidməti məktubun surətinin redaksiyamıza göndərilməsinə dair göstəriş verməyinizi xahiş edirik».
M.Qəmbərovun adından 18 iyun 2015-ci ildə, 01-S-49 saylı məktubu ilə sorğuya rəsmi cavab göndərildi. Qısaca olaraq deyək ki, cavabda bildirilirdi ki, «…Ş.Abbasov ona tapşırılan işin mahiyyətini dərk etməmiş və onun icrasını yerinə yetirməkdən qəti şəkildə imtina etmişdir…».
Sonra əməkdaşımız «Azərmetal» Topdansatış Ticarət Birliyində olmuş, kollektivlə görüşmüş, görülmüş işlərlə tanış olmuş, hətta burada olan Nizami RİH-nin nümayəndələri ilə görüşmüş, bu işlə bağlı əlaqəli olan digər dövlət qurumlarının rəsmiləri ilə əlaqə saxlamış, foto və video çəkilişlər etmişdir… Bütün bunlar yazının davamında təqdim ediləcək. Bir sözlə, obyektivlik naminə deyək ki, əməkdaşımız adı çəkilən Birliyin rəhbərliyinin üzərinə düşən tapşırıqları vaxtında və yüksək keyfiyyətlə yerinə yetirdiyinin şahidi olmuşdur. Foto və videolardan görünür ki, əgər Ş.Abbasov bu işlərin icrasından qəti imtina etmişdisə, bəs bu işləri kim yerinə yetirmişdir? Üstəlik, mayın son və iyunun ilk günlərində burada aparılan təmir-bərpa işlərinin gedişini əks etdirən fotoldarda baş direktorun da görüntüləri var. İşdən imtina edən burada nə gəzirmiş?

Baş direktor Prezidentə müraciət etdi…

Məsələ ilə bağlı «Azərmetal» Topdansatış Ticarət Birliyinin baş direktoru Şahin Abbasova da müraciət etdik. Onun geniş müsahibəsindən qısa məqamlar:
-Miri Qəmbərovun kollektivimizə qarşı kin və qərəzinin, sonda münaqişənin kökü ordan başlayır ki, idarənin 12,75 ha torpaq sahəsinin illər əvvəldən başlayaraq Miri Qəmbərov və onun qanunsuz təyin olunmuş köməkçisi-müavini Güləddin Dadaşov tərəfindən satılmasına etirazlar etmişik. Amma Miri Qəmbərov bildiyini edib, bu torpaq sahələrini sata-sata gəlib bu günümüzə kimi… Bizim kollektivin ciddi etirazlarına baxmaayaraq Miri Qəmbərov vəzifəsindən sui-istifadə edərək və «Özəlləşmə haqqında» Az. Res. Qanunun tələblərini kobud surətdə pozaraq həmin torpaqları ayrı-ayrı şəxslərə və müəssisələrə satıb. Hansı ki, onların bu kollektivə heç bir aidiyyəti olmayıb. Həmin torpaqların necə və neçəyə satılmasını Miri Qəmbərov və onun müavini Güləddin Dadaşov yaxşı bilir… Kollektiv etirazlarımız müxtəlif vaxtlarda ölkə KİV-lərində işıqlandırılıb… Yəqinki bu barədə Baş Prokurorluğa və digər orqanlara şikayətlərimizdə ətraflı bildirəcəyik. Biz Miri Qəmbərovun həmin torpaqları necə satması barədə etirazımızı həmin dövrlərdə müxtəlif idarələrə yazdığımız şikayətlərdə bildirmişik. Budur, Miri Qəmbərov 30 may 2013-cü ildə sonuncu dəfə 01-S-54 saylı məktubu ilə Az. Res. Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin sədri Kərəm Həsənova yazdığı müraciət-məktubunda bu torpaq sahələrinin necə satılmasını etiraf edib… Sonuncu dəfə, elə həmin tarixli məktubda kollektivimizə həmin 12,75 ha torpaq sahəsindən qalmış vur-tut 0,85 ha torpağın da müştərisi tapılmışdı, lakin «bıçaq sümüyə» dirəndiyindən qəti etiraz etdik, cənab Prezidentə bu barədə teleqram vurduq. Bununla da Miri Qəmbərovun sonuncu torpaq satma cəhdinin qarşısı alındı, sonra isə bu torpağı alan müştərisi ərazinin mübahisəli olduğunu, kollektivin maraqlarının gözlənilmədiyini görərək almaqdan imtina etdi. Amma Miri Qəmbərov və onun müavini Güləddin Dadaşov bərk əsəbləşdilər ki, axı niyə həmin torpağın satılmasına mane olduq? Odur ki, düşünüb baş sındırdılar, amma bir çıxış yolu tapa bilmirdilər… Nəhayət, süni üzlük məsələsi ortaya çıxdı, bəhanə tapdılar ki, guya mən həmin tapşırığı yerinə yetirməkdən qəti imtina etmişəm. Miri Qəmbərovun idarəyə yazdığı 2 məktubunu sizə təqdim edirəm. 27 may 2015-ci il tarixli, 01-S-46 saylı məktubunda yazır ki, «Süni üzlüklərin gün ərzində tikililərin üzərindən sökülməsi və standartlara uyğun şəkildə bərpasını» təmin edək. Aradan bir neçə gün sonra Miri Qəmbərov ikinci bir məktub yazır. 3 iyun 2015-ci il tarixli, 01-S-47 saylı. Yazır ki, «… üzlüklərin sökülməsi barədə göstəriş sizin tərəfinizdən bu günə kimi icra olunmayıb» və sonra mənə qarşı sərt tədbir görüləcəyi barədə hədələyici ifadələr işlədilir. Mən sizə iyunun 1-də çəkilmiş foto-şəkilləri, video kadrları təqdim edirəm, açıq-aydın görünür ki, biz həmin işlərə çoxdan başlamışıq və davam etdirilir. İyunun 3-də isə artıq əsas işi başa çatdırmışdıq… İkincisi, bu işlərə nəzarət ərazi üzrə Nizami rayon İcra Hakimiyyəti tərəfindən edilir. Nizami RİH başçısı cənab Tahir Budaqov, onun müavini İldırım Mehdiyev, RİH-nin şöbə müdiri Rəşad Hüseynov, həmçinin Prezident Administrasiyasının səlahiyyətli nümayəndəsi hörmətli Arif Novruzov işlərin gedişinə daim nəzarət ediblər, necə çalışdığımızı görüblər. Biz bir yerdə olmuşuq, işlərin gedişini izləmiş, sonda uğurla başa çatdırmışıq… Elə isə necə oldu ki, bu qədər hörmətli və məsul şəxslər görülən işləri görüblər, alqışlayıblar, amma Miri Qəmbərovla onun gülməli işlərlə məşğul olan müavini Güləddin Dadaşov «görməyib»??? Yəqin bilirsiniz ki, Güləddin Dadaşovun məlum hərəkətindən sonra kollektiv geniş iclas çağıraraq Akt tərtib edib, hansı ki, surəti Sizə də göndərilib…
(Davamı var)

«Azkontrakt» ilə «Azərmetal» kollektivi arasında qarşıdurma
«Azkontrakt» ilə «Azərmetal» kollektivi arasında qarşıdurma
«Azkontrakt» ilə «Azərmetal» kollektivi arasında qarşıdurma
«Azkontrakt» ilə «Azərmetal» kollektivi arasında qarşıdurma










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
İsrail İran ordusunu iflic etdi - Onlara 2 il vaxt lazımdır ki...
Bu gün, 00:18
"Türklərlə kürdlərin bir-birini sevməsi fərzdir" - Baxçalı o açıqlamasından sonra ilk dəfə danışdı
Bu gün, 00:15
Nurəddin Məmmədli AXCP-dən getdi - SƏBƏB
Bu gün, 00:12
İsrail-İran müharibəsi olacaq? - Netanyahu fürsətdən istifadə edir
Dünən, 23:31
Ziya Məmmədov bağ evini satışa çıxardı: - qiyməti…
Dünən, 23:26
Gürcüstan MSK parlament seçkilərinin baş tutduğunu elan edib, “Gürcü Arzusu” irəlidədir
Dünən, 23:24
"Qərb və müttəfiqləri Ermənistan vasitəsilə Azərbaycanı təzyiq altında saxlamaq məqsədi güdür"
Dünən, 19:10
Avropa Parlamentinin “erməni sevgisi”: - “Siyasi riyəkarlığın platforması”
Dünən, 19:02
Yekun sülhdən danışmaq çətindir - HƏQİQƏTƏN DƏ...
Dünən, 19:00
Azad Qaraqoyunlu kəndi ərazisində ağacəkmə aksiyası davam etdirilir - FOTO
Dünən, 18:56
İsrailin növbəti hədəfi Xameneyidir - Şok iddia
Dünən, 16:28
Bakının üç şərti, İrəvanın iki istəyi var: Proses sürətləndi - AKTUAL
Dünən, 16:17
İrana NÖVBƏTİ HÜCUM: - Bu dəfə terrorçular...
Dünən, 16:12
Cəbhədə yeni oyunçular: Çin Ukraynaya qoşun yeridir? - GƏLİŞMƏ
Dünən, 16:09
Bakı aeroportu payız-qış uçuş cədvəlinə keçir - DİQQƏT
Dünən, 16:05
Zaur Mikayılovdan yeni təyinat - ƏMR
Dünən, 15:55
Aİ İsraillə bağlı məsləhətləşmələr aparır - TASS
Dünən, 15:41
"Verilişimə nə Vəfanı, nə də Şəbnəmi çağırmayacağam"
Dünən, 15:21
Bidzina İvanişvili: "Xarici agentura qalib gəlsə, müharibə olacaq" - "Keçmə, namərd körpüsündən"...
Dünən, 15:18
Qapını açmadı, əlil sərnişini döydü - Bakıda avtobus sürücüsü cəzalandırıldı
Dünən, 15:09
Feyziyev indi də Naxçıvanın TENDERXANASINDA... - Talıbovun dövründə oralarda görünməmişdi...
Dünən, 15:07
“Müxalifətin qalib gələcəyi halda Rusiya Gürcüstanı Ukraynaya çevirə bilməyəcək...”
Dünən, 14:59
“Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə əlaqədar “Ağacəkmə aksiyası” keçirilib - FOTO
Dünən, 14:50
94 yaşlı ahıl qadını qapı-qapı gəzdirdilər... - NARAZILIQ VAR...
Dünən, 14:48
Qərb Gürcüstan hökumətinə xəbər göndərib: - “Seçkidən sonra…”
Dünən, 14:32
Azərbaycanla bağlı kritik təmas: - Hakan Fidan açıq danışdı
Dünən, 14:30
Azərbaycanın qarşısında HİNDİSTAN MANEƏSİ - AÇIQLAMA
Dünən, 14:11
Paşinyan hakimiyyəti üçün ciddi risk - İNCƏLƏMƏ
Dünən, 14:02
Avropa Parlamentinin qəbul etdiyi son qətnamə də... bu məqsədə xidmət edir
Dünən, 14:00
Tanınmış aparıcı ailə həyatı qurdu: - “Çox xoşbəxtəm, çünki...”
Dünən, 13:59
Azərbaycan beynəlxalq münasibətlərdə çoxtərəflilik prinsipinin fəal tərəfdarıdır - MƏQALƏ
Dünən, 13:50
Gürcüstanda hər iki tərəf öz qələbəsinə əmindir
Dünən, 13:43
Əliyevlə görüşdən sonra toplandılar - “Joqovurd”
Dünən, 13:39
Xoşqədəmin çağırışı Gürcüstanı qarışdırdı: “Üzr istəsin” - DETALLAR
Dünən, 13:34
Qonşu qadını döyüb, qızını öldürən şəxsə cəza verildi: - "Səhər durdum gördüm ölüb..."
Dünən, 13:23
Tərtərdə "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində ümumrayon ağacəkmə aksiyası keçirilib - FOTO
Dünən, 13:15
Əminə Yusifqızı haqqına yayılan xəbərləri YALANLADI: - “Ölsəm qəfil öləcəm, xəstə olmayacam”
Dünən, 13:09
Paşinyandan geri addım: - “Referendum olmayacaq”
Dünən, 13:00
“İçi çürük adamlar mənəm-mənəm deyir” - Əməkdar artist
Dünən, 12:53
“NATO ölkələri BRİCS-in “qapılarını döyür”, amma...” - Hərbi analitik
Dünən, 12:47
Əməkdar artist özünə BAHALI MAŞIN aldı - VİDEO
Dünən, 12:45
Bakıda genişmiqyaslı iməcilik keçirilib - FOTO
Dünən, 12:38
Təmiz kərə yağı istehsal etsək, 30 manata olacaq - BÖHRAN VAR...
Dünən, 12:35
Qiyamətə qədər sürəcək SAVAŞ... - ŞƏRH
Dünən, 12:25
Cəbrayılda yük maşını qaçıran șəxslər saxlanılıblar
Dünən, 12:23
Gülənin dəfnindəki sirli adamlar – Onları mərasimə kim göndərib?
Dünən, 12:20
“Apo hazırda heç bir dəyəri olmayan zavallı bir adamdır” - REAKSİYA
Dünən, 12:19
Dağlıq ərazilərdə qar yağacağı ehtimalı var - belə deyirlər...
Dünən, 12:16
Fransa terrorçulara və ekstremistlərə belə "hami"lik edir - TƏFƏRRÜAT
Dünən, 12:15
Türkiyə Ermənistanla sərhədlərini açmayacaq - Sülh sazişi imzalanmasa...
Dünən, 12:00
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru