İsrail İran ordusunu iflic etdi .....                     "Türklərlə kürdlərin bir-birini sevməsi fərzdir" .....                     Nurəddin Məmmədli AXCP-dən getdi .....                     İsrail-İran müharibəsi olacaq? .....                     Ziya Məmmədov bağ evini satışa çıxardı: .....                     Gürcüstan MSK parlament seçkilərinin baş tutduğunu elan edib, “Gürcü Arzusu” irəlidədir .....                     "Qərb və müttəfiqləri Ermənistan vasitəsilə .....                     Avropa Parlamentinin “erməni sevgisi”: .....                     Yekun sülhdən danışmaq çətindir .....                     Azad Qaraqoyunlu kəndi ərazisində ağacəkmə aksiyası davam etdirilir .....                     İsrailin növbəti hədəfi Xameneyidir .....                     Bakının üç şərti, İrəvanın iki istəyi var: Proses sürətləndi .....                     İrana NÖVBƏTİ HÜCUM: .....                     Cəbhədə yeni oyunçular: Çin Ukraynaya qoşun yeridir? .....                     Bakı aeroportu payız-qış uçuş cədvəlinə keçir .....                     Zaur Mikayılovdan yeni təyinat .....                     Aİ İsraillə bağlı məsləhətləşmələr aparır .....                     "Verilişimə nə Vəfanı, nə də Şəbnəmi çağırmayacağam" .....                     Bidzina İvanişvili: "Xarici agentura qalib gəlsə, müharibə olacaq" .....                     Qapını açmadı, əlil sərnişini döydü .....                     Feyziyev indi də Naxçıvanın TENDERXANASINDA... .....                     “Müxalifətin qalib gələcəyi halda .....                     “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə əlaqədar “Ağacəkmə aksiyası” keçirilib .....                     94 yaşlı ahıl qadını qapı-qapı gəzdirdilər... .....                     Qərb Gürcüstan hökumətinə xəbər göndərib: .....                     Azərbaycanla bağlı kritik təmas: .....                     Azərbaycanın qarşısında HİNDİSTAN MANEƏSİ .....                     Paşinyan hakimiyyəti üçün ciddi risk .....                     Avropa Parlamentinin qəbul etdiyi son qətnamə də... .....                     Tanınmış aparıcı ailə həyatı qurdu: .....                     Azərbaycan beynəlxalq münasibətlərdə çoxtərəflilik prinsipinin fəal tərəfdarıdır .....                     Gürcüstanda hər iki tərəf öz qələbəsinə əmindir .....                     Əliyevlə görüşdən sonra toplandılar .....                     Xoşqədəmin çağırışı Gürcüstanı qarışdırdı: “Üzr istəsin” .....                     Qonşu qadını döyüb, qızını öldürən şəxsə cəza verildi: .....                     Tərtərdə "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində ümumrayon ağacəkmə aksiyası keçirilib .....                     Əminə Yusifqızı haqqına yayılan xəbərləri YALANLADI: .....                     Paşinyandan geri addım: .....                     “İçi çürük adamlar mənəm-mənəm deyir” .....                     “NATO ölkələri BRİCS-in “qapılarını döyür”, amma...” .....                 

Deputat Hacı Salayevin biznes sirləri… - Millət vəkili "Lake Palace Hotel”i hansı pullarla tikdirib?
Tarix: 30-06-2015, 11:18 | Çap et
Deputat Hacı Salayevin biznes sirləri…
Millət vəkillərinin özəl sahibkarlıq fəaliyyəti ilə məşğul olması birmənalı şəkildə qadağandır. Ölkə Konstitusiyasının 89-cu maddəsinin 4-cü bəndində konkret olaraq göstərilir ki, Azərbaycan Respublikası Milli Məclisinin (MM) deputatı sahibkarlıq, kommersiya və başqa ödənişli fəaliyyətlə məşğul olduqda (elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla) mandatından məhrum edilir. Buna baxmayaraq, Milli Məclisdə mandat sahibi olan deputatların bir qismi bizneslə məşğul olur. Onların biznesi haqda Milli Məclis rəhbərliyi məlumatlı olsa da, qanun səviyyəsində heç bir tədbir görülmür və hansısa səbəblərə görə biznesmen deputatlara güzəşt olunur.

Yəni ölkə təcrübəsində bu vaxtadək bizneslə məşğul olan deputatın mandatının əlindən alındığını görməmişik. Məhz bundan arxayın düşən bəzi millət vəkilləri sahibi olduqları biznes şəbəkəsini daha da genişləndirirlər. Parlamentin biznesmen deputatlarından biri də 44 saylı Sumqayıt-Abşeron seçki dairəsindən millət vəkili seçilən Hacı Baba oğlu Salayevdir. MM-in təhlükəsizlik və müdafiə komitəsinin üzvü olan deputatın biznes maraqları barədə mətbuat səhifələrində dəfələrlə məlumat verilib. Qeyd edək ki, Milli Məclisdə akkreditasiyadan keçmiş jurnalistlər arasında aparılmış sorğuda Hacı Salayevlə bağlı maraqlı məqam ortaya çıxıb. Sorğuda iştirak edən parlament jurnalistlərinin böyük hissəsi belə bir deputatın adını eşitdiklərini, amma üzünü görmədiklərini vurğulayıblar. Hacı Salayev az danışan və az görünən deputat kimi xarakterizə edilir. Biz isə bu gün sizə deputatın biznesi və övladlarının yaşadığı bahalı həyat tərzi barədə bir sıra faktları açıqlayacağıq. Etibarlı mənbələrdən əldə etdiyimiz məlumatlara əsasən, deputatın biznesinin özəyini Yasamal rayonu ərazisində yerləşən və paytaxtın elit məkanlarından biri kimi tanınan "Lake Palace Hotel”i təşkil edir. Mənbənin bildirdiyinə görə, hoteldə qiymətlər dodaq uçuqladır. Bu səbəbdən obyektə daha çox xarici turistlər və yerli elitanın nümayəndələri gəlirlər: "Hoteldə göstərilən xidmətlərin maliyyə qarşılığı çox yüksəkdir. Obyektin həyətində yaradılan süni göl müştərilərin marağına səbəb olur. Burda müxtəlif tədbirlər, bəzən isə şadlıq mərasimləri də təşkil edilir”. Məlumatda həmçinin deyilir ki, "Lake Palace Hoteli”nin tikilməsinə və içinin bəzədilməsinə milyonlarla manat pul sərf edilib.

Maraqlıdır, görəsən, Hacı müəllim bu qədər pulu necə və hansı yollarla əldə edib? Axı onun bir deputat olaraq bizneslə məşğul olması qadağandır. MM üzvünün özü bu məsələyə aydınlıq gətirsəydi, çox yaxşı olardı. Araşdırmalar nəticəsində məlum oldu ki, millət vəkilinin biznesinə daxil olan müəssisələrdən biri də "Trust” Mühafizə Şirkətidir. 3 min nəfərdən çox əməkdaşı olan şirkət ölkədəki xeyli obyektin mühafizəsini təşkil edir. Bu obyektlər arasında banklar, istehsal müəssisələri, böyük satış mərkəzləri, əcnəbi şirkətlərin ölkəmizdəki nümayəndəlikləri və digər obyektləri var. "Trust”un əməkdaşlarının mühafizə etdiyi böyük şirkətlər arasında "Pepsi-coca cola” şirkəti də var. Qeyd edək ki, deputatın sahibi olduğu şirkətin adı bir neçə ay əvvəl oğurluq hadisəsində hallanmışdı. Belə ki, şirkətin mühafizəçiləri "Pepsi-coca cola”dan oğurluq ediblər. Mediada yayılan məlumatlara görə, şirkətin əməkdaşları böyük miqdarda "marqans” kimi tanınan Kalium permanqanat adlanan maddə oğurlayıblar. Həmin maddədən "Pepsi coca cola” və digər sərinləşdirici maddələrin istehsalında istifadə edildiyi bildirilir. Eyni zamanda ondan bəzi partlayıcı maddələr hazırlanmasında da istifadə olunur. Xəbərdə o da qeyd olunub ki, şirkətdən oğurluq faktının üstü açılandan sonra əvvəlcə bu məsələni öz aralarında həll etmək istəyiblər. Şirkət ilə "Trust” arasında aparılan danışıqlar vasitəsilə nəticə əldə olunmadığından iş hüquq-mühafizə orqanlarının səlahiyyətinə verilib. Bundan sonra "Trust”da həbslər həyata keçirilib və xeyli şəxs saxlanılıb. Hətta məsələ ilə əlaqədar hüquq-mühafizə orqanlarının əməkdaşları Hacı Salayevin özü ilə də qeyri-rəsmi söhbət aparıblar. Məlumatlara əsasən, oğurluq faktının üstü açılandan sonra "Trust”un bütün mühafizə sistemi alt-üst edilib, şirkətin mərkəzi ofisində axtarış aparılıb. Hacı Salayev hüquq-mühafizə orqanlarının ehtiyatda olan polkovnik-leytenantı olduğundan yaranmış problemi bir güclə yoluna qoymağı bacarıb. Onu da qeyd etmək lazımdır ki, deputat bu yaxınlarda tanınmış iş adamı, milyarder Telman İsmayılovla qohum olub. Belə ki, Hacı Salayevin oğlu Kənan Salayev milyarderin qardaşı qızı Arzu Mərdanova ilə ailə həyatı qurub. Mənbənin sözlərinə görə, Telman İsmayılovla qohum olandan sonra Hacı Salayevin maliyyə imkanları daha da genişlənib və bitərəf deputat obyektlərinin sayını artırmağa başlayıb. Onun Türkiyədə də biznes qurması yayılan xəbərlər arasındadır.

Apardığımız araşdırmalarda diqqət çəkən məsələlərdən biri də millət vəkilinin övladlarının yaşadığı bahalı həyat tərzi ilə bağlıdır. Deputatın kiçik oğlu Turqut Salayev ölkənin nüfuzlu universitetlərindən birində təhsil alır. Atasının ərköyün övladı avtomobil həvəskarı olduğu üçün tez-tez maşın dəyişir. "Auto.az” saytında Turqut Salayevin 10-TT-010 və 90-DD-010 nömrələri ilə idarə etdiyi maşınlarının görüntüsü açıq şəkildə göstərilib. Şəkillərdən gördüyünüz kimi, deputatın oğlu eyni nömrəni həm "Range Rover”, həm də "Mercedes CL63″ə, 90-DD-010 nömrəsini isə qara rəngli "BMW X6”ya vuraraq paytaxt küçələrində meydan sulayır. Bildiyimiz qədərilə eyni nömrənin bir neçə avtomobilə vurulması qadağandır. Amma Turqut Salayev deputat oğlu olduğuna görə ona "yaşıl işıq” yandırılır. Bu gəncin tələbə ola-ola qiyməti baha olan maşınları hansı pullarla alması maraq doğuran məsələlərdəndir. Turqut Salayev sürdüyü maşınlarla yanaşı, yaşayış tərzinə və geyiminə də xüsusi diqqət yetirir. Deputat oğlunun "facebook” sosial şəbəkəsində paylaşdığı şəkillərdə xarici ölkələrdə istirahət etdiyi, krallara layiq kef çəkdiyi aşkar şəkildə görünür. O həmçinin brend geyim dükanlarından paltarlar geyinir, bahalı qol saatları vurur və növbənöv ətirlərdən istifadə edir. Buna bir sözümüz yoxdur. Ancaq millət vəkilinin övladının hansı pullarla bahalı avtomobillər idarə etməsi, xaricdə əyləncəli anlar keçirməsinin maliyyə qaynağını araşdırıb tapmaq lazımdır. Hacı Salayevə səs verib onu deputat seçən seçicilər müxtəlif problemlərin əlində aciz qaldığı bir vaxtda, millət vəkili özünün və ailə üzvlərinin rahat yaşayışını təmin edir. Bu nə dərəcədə doğrudur?.. Parlament üzvünün digər oğlu Kənan Salayev isə "GoldenPey” ASC-nin Müşahidə Şurasının üzvüdür. O da qardaşı kimi qiyməti baha olan maşınları və kübar həyatı xoşlayır. Hesab edirik ki, Milli Məclis rəhbərliyi və müvafiq instansiyaların rəsmiləri deputatın fəaliyyətinə nəzarəti gücləndirməli və onu qanunun tələblərini pozduğuna görə cəzalandırmalıdır.(ideal xəbər)









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
İsrail İran ordusunu iflic etdi - Onlara 2 il vaxt lazımdır ki...
Bu gün, 00:18
"Türklərlə kürdlərin bir-birini sevməsi fərzdir" - Baxçalı o açıqlamasından sonra ilk dəfə danışdı
Bu gün, 00:15
Nurəddin Məmmədli AXCP-dən getdi - SƏBƏB
Bu gün, 00:12
İsrail-İran müharibəsi olacaq? - Netanyahu fürsətdən istifadə edir
Dünən, 23:31
Ziya Məmmədov bağ evini satışa çıxardı: - qiyməti…
Dünən, 23:26
Gürcüstan MSK parlament seçkilərinin baş tutduğunu elan edib, “Gürcü Arzusu” irəlidədir
Dünən, 23:24
"Qərb və müttəfiqləri Ermənistan vasitəsilə Azərbaycanı təzyiq altında saxlamaq məqsədi güdür"
Dünən, 19:10
Avropa Parlamentinin “erməni sevgisi”: - “Siyasi riyəkarlığın platforması”
Dünən, 19:02
Yekun sülhdən danışmaq çətindir - HƏQİQƏTƏN DƏ...
Dünən, 19:00
Azad Qaraqoyunlu kəndi ərazisində ağacəkmə aksiyası davam etdirilir - FOTO
Dünən, 18:56
İsrailin növbəti hədəfi Xameneyidir - Şok iddia
Dünən, 16:28
Bakının üç şərti, İrəvanın iki istəyi var: Proses sürətləndi - AKTUAL
Dünən, 16:17
İrana NÖVBƏTİ HÜCUM: - Bu dəfə terrorçular...
Dünən, 16:12
Cəbhədə yeni oyunçular: Çin Ukraynaya qoşun yeridir? - GƏLİŞMƏ
Dünən, 16:09
Bakı aeroportu payız-qış uçuş cədvəlinə keçir - DİQQƏT
Dünən, 16:05
Zaur Mikayılovdan yeni təyinat - ƏMR
Dünən, 15:55
Aİ İsraillə bağlı məsləhətləşmələr aparır - TASS
Dünən, 15:41
"Verilişimə nə Vəfanı, nə də Şəbnəmi çağırmayacağam"
Dünən, 15:21
Bidzina İvanişvili: "Xarici agentura qalib gəlsə, müharibə olacaq" - "Keçmə, namərd körpüsündən"...
Dünən, 15:18
Qapını açmadı, əlil sərnişini döydü - Bakıda avtobus sürücüsü cəzalandırıldı
Dünən, 15:09
Feyziyev indi də Naxçıvanın TENDERXANASINDA... - Talıbovun dövründə oralarda görünməmişdi...
Dünən, 15:07
“Müxalifətin qalib gələcəyi halda Rusiya Gürcüstanı Ukraynaya çevirə bilməyəcək...”
Dünən, 14:59
“Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə əlaqədar “Ağacəkmə aksiyası” keçirilib - FOTO
Dünən, 14:50
94 yaşlı ahıl qadını qapı-qapı gəzdirdilər... - NARAZILIQ VAR...
Dünən, 14:48
Qərb Gürcüstan hökumətinə xəbər göndərib: - “Seçkidən sonra…”
Dünən, 14:32
Azərbaycanla bağlı kritik təmas: - Hakan Fidan açıq danışdı
Dünən, 14:30
Azərbaycanın qarşısında HİNDİSTAN MANEƏSİ - AÇIQLAMA
Dünən, 14:11
Paşinyan hakimiyyəti üçün ciddi risk - İNCƏLƏMƏ
Dünən, 14:02
Avropa Parlamentinin qəbul etdiyi son qətnamə də... bu məqsədə xidmət edir
Dünən, 14:00
Tanınmış aparıcı ailə həyatı qurdu: - “Çox xoşbəxtəm, çünki...”
Dünən, 13:59
Azərbaycan beynəlxalq münasibətlərdə çoxtərəflilik prinsipinin fəal tərəfdarıdır - MƏQALƏ
Dünən, 13:50
Gürcüstanda hər iki tərəf öz qələbəsinə əmindir
Dünən, 13:43
Əliyevlə görüşdən sonra toplandılar - “Joqovurd”
Dünən, 13:39
Xoşqədəmin çağırışı Gürcüstanı qarışdırdı: “Üzr istəsin” - DETALLAR
Dünən, 13:34
Qonşu qadını döyüb, qızını öldürən şəxsə cəza verildi: - "Səhər durdum gördüm ölüb..."
Dünən, 13:23
Tərtərdə "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində ümumrayon ağacəkmə aksiyası keçirilib - FOTO
Dünən, 13:15
Əminə Yusifqızı haqqına yayılan xəbərləri YALANLADI: - “Ölsəm qəfil öləcəm, xəstə olmayacam”
Dünən, 13:09
Paşinyandan geri addım: - “Referendum olmayacaq”
Dünən, 13:00
“İçi çürük adamlar mənəm-mənəm deyir” - Əməkdar artist
Dünən, 12:53
“NATO ölkələri BRİCS-in “qapılarını döyür”, amma...” - Hərbi analitik
Dünən, 12:47
Əməkdar artist özünə BAHALI MAŞIN aldı - VİDEO
Dünən, 12:45
Bakıda genişmiqyaslı iməcilik keçirilib - FOTO
Dünən, 12:38
Təmiz kərə yağı istehsal etsək, 30 manata olacaq - BÖHRAN VAR...
Dünən, 12:35
Qiyamətə qədər sürəcək SAVAŞ... - ŞƏRH
Dünən, 12:25
Cəbrayılda yük maşını qaçıran șəxslər saxlanılıblar
Dünən, 12:23
Gülənin dəfnindəki sirli adamlar – Onları mərasimə kim göndərib?
Dünən, 12:20
“Apo hazırda heç bir dəyəri olmayan zavallı bir adamdır” - REAKSİYA
Dünən, 12:19
Dağlıq ərazilərdə qar yağacağı ehtimalı var - belə deyirlər...
Dünən, 12:16
Fransa terrorçulara və ekstremistlərə belə "hami"lik edir - TƏFƏRRÜAT
Dünən, 12:15
Türkiyə Ermənistanla sərhədlərini açmayacaq - Sülh sazişi imzalanmasa...
Dünən, 12:00
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru