Bu günlərdə iş və dərs olmayacaq .....                     “Qala Həyat” rəqiblərlə yarışa davam gətirə bilmir .....                     "Xaçmaz düşmədi yadınıza?" .....                     Rövşən Rüstəmovun başı cəncəldən açılmır... .....                     ADAU-da köhnəyə RƏHMƏT OXUYURLAR... .....                     "Avtobus zolaqları yol kənarındakı sahibkarlıq obyektlərini bankrot edir .....                     KAPİTAL BANK müştərinin başına OYUN AÇDI .....                     Ankaradakı terror KİM(LƏR)İN işinə yarayır... .....                     Ağadadaş Ağayevlə “Medera Hospital” şərəf, ləyaqət və nüfuz davası aparır .....                     Direktor xadimə ilə RƏQABƏTDƏ... .....                     Devalvasiya olarsa, manatın əvvəlcə 15-20 faiz dəyər itirəcəyi gözlənilir .....                     Onlarda yerli... bizdə isə miqrant... .....                     Paşinyandan SÜLH açıqlaması... .....                     Erməni hiyləsinə uyan Avropa Parlamenti: Azərbaycana qarşı qətnamənin arxasındakı adlar .....                     Prezident İlham Əliyevin BRICS-də iştirakı Azərbaycanın qlobal gücə çevrildiyindən xəbər verir .....                     Fulser Bakıya qarşı şəbəkəni ifşa etdi .....                     Müharibədən 7 ay əvvəl Əliyevə bunu niyə dedin?! .....                     "Sən düşəndə bilirsən ki, dostların kimdi..." .....                     Baydenin tələb etdiyi “kreativlik və güzəşt” nə deməkdir? .....                     Köhnə ideyaya qayıdış: NATO qoşunları Ukraynaya göndərilsin! .....                     Dövlət qurumu İKT malları aldı .....                     Nazirliyin 1,5 milyonluq tenderinin qalibi .....                     Ölkəmizdə diplomları tanınmayan universitetlərin siyahısı .....                     Ərdoğan Rusiya səfərini yarıda qoyaraq Türkiyəyə qayıdır .....                     O tunelin sifarişçisi Cavid Qurbanovdur: məsuliyyət daşıyırmı? .....                     Zəngəzur məsələsində çox dirəşirik: gərək yoxdur .....                     "Dedilər, get başqa işlə məşğul ol, Azərbaycanda kino var?" .....                     Elxan Baxışovun rəhbəri olduğu idarənin vergi borcu üzə çıxdı .....                     “ABŞ həqiqətən sülhün tərəfdarı olsaydı...” .....                     Moskvada təlxəklərin şousu, təxribatçıların "siçan təlaşı" .....                     Kredit almaq asanlaşacaq: Bəs geri ödəmək? .....                     "COP 29 tədbirinə ev sahibliyi edən Azərbaycan... .....                     Qaya parçasının düşdüyü evin sahibəsi: .....                     Azərbaycanın BRİCS-ə üzvlüyü geosiyasi vəziyyətin tələbidir .....                     Bağçada övladına "Ketotifen" verilən ana: .....                     Naxçıvan Ali Məclisinin iclas zalı yenidən qurulacaq .....                     Həbsdəki “mahmudovçu” generalın azadlıq istəyi .....                     Polkovnik-leytenantla FHN arasında nə baş verir? .....                     İcra başçısının sabiq müavininin məhkəməsi başlayıb .....                     "Sinfidə 30-40 şagird varsa, keyfiyyətdən söhbət gedə bilməz" .....                 

“ALLAH ELƏMƏSIN Kİ, ELƏ BİR DOSTUM OLSUN”
Tarix: 22-06-2012, 12:47 | Çap et
“ALLAH ELƏMƏSIN Kİ, ELƏ BİR DOSTUM OLSUN”

İLQAR MURADOV PİRATLARDAN NARAZIDIR

Yaşından asılı olmayaraq, hər bir insanın daxilində bir körpə yaşayır. O məsum körpə nəvazişlə, xoş sözlərlə bəslənir, nağıllara inanır. Odur ki, gəlin bu dünyanı nağıl bilək və həmin nağılın qəhrəmanına çevrilək. Axı qəhrəmanlar olmasa, nağıllar qorxulu yuxulara dönər. O yuxulara ki, insanı qəflətdə yatırdır. Bu zaman nə xoşbəxt sonluq olur, nə də göydən üç alma düşür.

“Biri var idi, biri yox idi” deməyəcəm. Çünki bu dəfə hər ikisi var idi – həm mən, həm də bu dünyanı nağıl görmək istəyən İlqar Muradov...

- Özünüz haqda məlumat verərdiniz?

- 1957-ci ildə Naxçıvanda anadan olmuşam. Orta məktəbi də, universiteti də Naxçıvanda bitirmişəm. Musiqi təhsilim ortadır. Üç oğlum, iki nəvəm var.

- Necə oldu ki, bu sənəti seçdiniz?

- İlk dəfə 1981-ci ildə rəhmətlik Rafiq Babayev məni Bakıya dəvət edib. Uşaqlıqdan musiqiyə marağım olub. Rafiq Babayev məni Naxçıvanda Dövlət konsertində görüb. Mən Naxçıvanda gənclərin arasında yetərincə tanınırdım. Bütün tədbirlərdə mən ifa edirdim. Rafiq müəllimin dəvəti ilə Bakıya gəldim. Bakıya gələndən sonra səsimi öz studiyasında lentə yazdırdı. Allahımdan çox razıyam. Məni xalqım sevdi.

- Görəsən, şou-biznesin qanunlarını kim yazır?

- Qanunlar var şou-biznesdə. Amma mən qəbul etmirəm. Səmimi deyim ki, özümü şou-biznesdə görmürəm. Hətta hiss etmirəm.

- Bəs qalmaqal nə deməkdir sizin üçün?

- Mənim fikrimcə, paxıllıq hissidir. Heç vaxt özümü qalmaqalda görməmişəm. Ola bilər ki, kimlərsə paxıllığımı çəkiblər. Görəndə də özüm zəng edib, başa salmışam.

- Bu sənət sizə nə verdi?

- Şükürlər olsun Allahıma! Hər şey verdi. Ən əsası, xoşbəxtçilik verdi. Məni milyonlarla xalqıma tanıtdırdı, sevdirdi. Bu həyatda böyük məhəbbətlə yaşayıram.

- Bəs bu sənətə nələri qurban verdiniz?

- Heç nə qurban vermədim. Bir sözlə, bu həyatda yaşamaq çox gözəldir.

- Sirr deyilsə, toylara neçəyə gedirsiniz?

- Hamı bilir ki, mən toylara ansamblla getmirəm. Tanımadığım toylara ümumiyyətlə getmirəm. Hansısa məclis olanda qabaqcadan maraqlanıb, sonra iştirak edirəm. Yalnız dost-tanışın məclislərində iştirak edirəm. Elə olur ki, tanışların vasitəsilə hansısa məclis olursa, məcbur olub qiymət deyirəm. O da baxır adamına.

- İlqar müəllim, niyə prodüseriniz yoxdur?

- İstəməmişəm heç vaxt prodüserim olsun. Artıq on beş-iyirmi ildir tanınıram. Həmişə də telefona özüm cavab vermişəm. Axı mən hər toylara getmirəm ki, mənə prodüser lazım olsun. Lazım olanda bütün işlərimi özüm danışıram. Bundan sonra da düşünmürəm ki, prodüserim olsun.

- İstərdim səmimi olasınız. Əli Mirəliyevlə münasibətiniz necədir? Barışdınızmı?

- Allah şahiddir ki, “Gün keçir” verilişində söz-söhbətimiz oldu. Ondan sonra ona zəng etmədim. Çünki, o, cılız məxluqdur.

- Bəs ola bilər ki, Əli Mirəliyev sizə dostluq əlini uzatsın?

- Allah eləməsin ki, elə bir insanla mənim dostluğum olsun. O səhifəni bağlamışam. Artıq istəmirəm onun adını eşidəm. Heç vaxt ola bilməz. Çünki qəlbim birindən qırıldı, qurtardım o insanla. Bu yaxınlarda mənə çatdırıblar ki, Əli hara gedirsə, məni sevənlər ondan əl çəkmirlər. Deyirlər, İlqar Muradovla sənin nə konfliktin ola bilər?! Efirə də çıxıb deyir ki, İlqarın pərəstişkarları mənə zəng edirlər, qarşımı kəsirlər, məndən əl çəkmirlər. İnanın, and olsun Allaha, bilmirəm kimlərdir onun qarşısını kəsənlər, zəng edənlər. Mən həmişə deyirəm, kimsə mənə ilişərsə, onu oturtmağa gücüm də var, qüvvəm də var. Bu söhbət bağlandı.

- İlqar müəllim, ola bilərmi Əli Mirəliyev hansısa düşməniniz tərəfindən sizə qarşı öyrədilmiş olsun?

- Mənim heç kimlə düşmənçiliyim yoxdur. Yəqin hamısı paxıllıqdan irəli gəlir. Bilmirəm, günah yuya bilmərəm, bəlkə öyrədirlər, öyrətmirlər. Sadəcə, bu Əli adamını tanımır. Kimə ilişmək olar, bilmir. O vaxt da gərək ona cavab verməyəydim. Evdə idim, yuxudan bacım oyatdı, gördüm evdəkilər də əsəbiləşib ki, bu, nə istəyir səndən? Çox əsəbiləşdim, məcbur olub “Gün keçir” verilişinə qoşuldum. Axı sən kimsən, mənim oxu tərzimdə səhv tutursan?! Şəxsən mən elə bir insanla heç vaxt efirə çıxmaram. Məni sənətkarlardan, Azərbaycan xalqından soruşmaq lazımdır. Mən şəxsiyyətimə hörmət qoyan insanam.

- Şəlalə nə deməkdir sizin üçün?

- Ən gözəl şəlaləni Norveçdə görmüşəm. Çox gözəldir. Sevirəm təbiəti.

- Həyatda ən böyük səhviniz nədə olub?

- Səhvim çox olub. Səhvsiz insan yoxdur. Səhvim olsa da, həmişə xoşbəxt olmuşam.

- Məndə olan məlumata görə, Azərbaycan Bilyard Federasiyasının Vitse-prezidentisiniz. İdman – musiqi. Buna necə vaxt tapırsınız?

- İnanın, ikisinə də vaxt tapıram. Demək olar ki, çox işləri Federasiyanın prezidenti İlham Aslanov görür. Mənə də nə düşən işlər olarsa, yarışmalarda dəstək oluram, bir vitse-prezident kimi.

- Kimin ifasını bəyənirsiniz və dinləyirsiniz?

- Səmimi deyəcəm, vaxtım olanda qulaq asıram Röyaya, Brilyanta, Nazpəriyə, Abbasa, Eltona, Ayaza, Nurlan Növrəsliyə və bir çoxlarına qulaq asıram və çox bəyənirəm.

- İlqar Muradov üçün ulduz sözü nə deməkdir?

- Şou-biznesdə hərə öz adının yanına bir ulduz qoyur. Artıq adların hamısı ucuzlaşıb. Kütlədə də ulduz çoxdur. Mənim üçün heç biri ulduz deyil. Səmimi deyəcəm, ulduzlar göydədir.

- Ürəkdən haçan ağlamısınız?

- Mən həyatda çox kövrək insanam. Təbii ki, əzizlərimi itirəndə.

- Həyatda necə insansınız?

- Çox yaxşı insanam. Hamı bilir ki, xeyirxah insanam.

- İlk məhəbbətinizi xatırlayırsınızmı?

- Bəli, altı-yeddinci sinifdə olub.

- Sizcə naxışınız yaxşı gətirib?

- Gətirib, çox gözəl gətirib. Şükür bu günə, xoşbəxtəm.

- Sizcə həyat qırx yaşından sonra başlayır?

- Yox. Qırx yaşından sonra başlamır (Gülür). Hər yaşın öz gözəlliyi var.

- Qadın gözəlliyini nədə görürsünüz?

- Dünyanın üstündə qadın gözəlliyi durur.

- Sevgi nə deməkdir sizin üçün?

- Sevgi hər şeydir. Sevgi ailəyə, vətənə, dövlətə, musiqiyə duyulan gözəl hissidir. Hər şeyin başında gözəllik durur.

- Qısqanc insansınız?

- Həddindən çox qısqancam.

- Kimdən halallıq almaq istərdiniz?

- Hər bir insan qəlbində kimdənsə halallıq almalıdır.

- Bəs sizi nə qıcıqlandıra bilər?

- Haqsızlığı, yalanı bağışlamıram.

- Yaradıcılığınızda nə kimi yeniliklər var?

- Çox gözəl mahnılar yazdırmışam. Zəlimxan Yaqubun sözlərinə bəstəkar Sevda Məmmədli mahnı bəstələyib. Bu yaxınlarda məni sevənlər eşidəcəklər. İnşallah klip də çəkdirəcəm.

- Görəsən, niyə istedadı olmayanlar bu gün efirdədirlər?

- Çünki efirlər istedadı olmayanları çağırırlar. İstedadsızlar gərək utanmalıdırlar istedadlıların yanında.

- Bəs sizin nazınızı kim çəkir?

- Nazımı evdəkilər çəkir. Mən evin ağsaqqalıyam.

- Niyə siz diskinizi burada yox, xarici ölkələrdə çıxardırsınız?

- Piratların əlindən çıxarda bilmirəm. Bu gün bir mahnı işıq üzü gördü, səhər piratlar yayır. Mahnıları mən də ona görə xaricdə çıxardıram. Satışa da vermirəm, dost-tanışa hədiyyə edirəm.

- Həyatdan istəyiniz nədir?

- Əmin-amanlıq istəyirəm. Balalarımız xoşbəxt olsun. Dünyamızı da dəyişəndə bilək ki, balalarımız xoşbəxtdir.

Bu dəfə göydən üç alma düşmədi. Çünki sizə nağıl danışmadım. Sadəcə, həyatı nağıla bənzəyən bir insanın daxili aləminə səyahət etdim. O aləmə ki, orada məsum, xeyirxah, səmimi bir körpə yaşayır...









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Bu günlərdə iş və dərs olmayacaq - SİYAHI
Bu gün, 09:27
“Qala Həyat” rəqiblərlə yarışa davam gətirə bilmir - Yığımları azalmaqda davam edir
Bu gün, 09:24
"Xaçmaz düşmədi yadınıza?" - Sakinlər başçıdan soruşur...
Bu gün, 09:14
Rövşən Rüstəmovun başı cəncəldən açılmır... - GÖRÜNƏNİ BUDUR
Bu gün, 09:05
ADAU-da köhnəyə RƏHMƏT OXUYURLAR... - İTTİHAM VAR...
Bu gün, 08:59
"Avtobus zolaqları yol kənarındakı sahibkarlıq obyektlərini bankrot edir - FAKT BUDUR!
Bu gün, 08:45
KAPİTAL BANK müştərinin başına OYUN AÇDI - Elə bil dədələrinin puludur...
Bu gün, 08:42
Ankaradakı terror KİM(LƏR)İN işinə yarayır... - İNCƏLƏMƏ
Bu gün, 08:33
Ağadadaş Ağayevlə “Medera Hospital” şərəf, ləyaqət və nüfuz davası aparır - TƏFƏRRÜAT
Bu gün, 08:25
Direktor xadimə ilə RƏQABƏTDƏ... - GİLEY
Bu gün, 08:22
Devalvasiya olarsa, manatın əvvəlcə 15-20 faiz dəyər itirəcəyi gözlənilir - Gözlənilən "gələcək"...
Bu gün, 08:18
Onlarda yerli... bizdə isə miqrant... - AXI NİYƏ?..
Bu gün, 08:12
Paşinyandan SÜLH açıqlaması... - “COP29 bizim üçün fürsətdir”
Bu gün, 08:09
Erməni hiyləsinə uyan Avropa Parlamenti: Azərbaycana qarşı qətnamənin arxasındakı adlar - NƏ ETMƏLİ?
Bu gün, 07:14
Prezident İlham Əliyevin BRICS-də iştirakı Azərbaycanın qlobal gücə çevrildiyindən xəbər verir - deputat
Bu gün, 07:09
Fulser Bakıya qarşı şəbəkəni ifşa etdi - FOTO
Bu gün, 07:04
Müharibədən 7 ay əvvəl Əliyevə bunu niyə dedin?! – Manukyandan Paşinyana sərt sual
Bu gün, 07:01
"Sən düşəndə bilirsən ki, dostların kimdi..."
Bu gün, 06:59
Baydenin tələb etdiyi “kreativlik və güzəşt” nə deməkdir? - AKTUAL
Bu gün, 06:56
Köhnə ideyaya qayıdış: NATO qoşunları Ukraynaya göndərilsin! - NƏ BAŞ VERİR?
Bu gün, 06:53
Dövlət qurumu İKT malları aldı - TENDER NƏTİCƏSİ
Bu gün, 00:05
Nazirliyin 1,5 milyonluq tenderinin qalibi - BƏLLİ OLDU
Bu gün, 00:02
Ölkəmizdə diplomları tanınmayan universitetlərin siyahısı - DİQQƏT
Dünən, 23:54
Ərdoğan Rusiya səfərini yarıda qoyaraq Türkiyəyə qayıdır - KİV
Dünən, 23:49
O tunelin sifarişçisi Cavid Qurbanovdur: məsuliyyət daşıyırmı? - İLGİNC FAKTLAR
Dünən, 23:40
Zəngəzur məsələsində çox dirəşirik: gərək yoxdur - Sukiasyan
Dünən, 23:36
"Dedilər, get başqa işlə məşğul ol, Azərbaycanda kino var?"
Dünən, 23:34
Elxan Baxışovun rəhbəri olduğu idarənin vergi borcu üzə çıxdı - DETALLAR
Dünən, 23:33
“ABŞ həqiqətən sülhün tərəfdarı olsaydı...” - deputat
Dünən, 23:28
Moskvada təlxəklərin şousu, təxribatçıların "siçan təlaşı" - Biz müttəfiqik?
Dünən, 19:02
Kredit almaq asanlaşacaq: Bəs geri ödəmək? - HƏQİQƏTƏN DƏ...
Dünən, 19:00
"COP 29 tədbirinə ev sahibliyi edən Azərbaycan... Qərbin qərəzli bəyanatlarla təzyiq göstərməsinə çoxdan hazır idi"
Dünən, 18:56
Qaya parçasının düşdüyü evin sahibəsi: - "Qardaşımın durumu ağırdır"
Dünən, 18:01
Azərbaycanın BRİCS-ə üzvlüyü geosiyasi vəziyyətin tələbidir - ŞƏRH
Dünən, 18:00
Bağçada övladına "Ketotifen" verilən ana: -"Təhdid edirlər, lakin şikayətimi geri götürməyəcəyəm"
Dünən, 17:57
Naxçıvan Ali Məclisinin iclas zalı yenidən qurulacaq
Dünən, 17:55
Həbsdəki “mahmudovçu” generalın azadlıq istəyi növbəti dəfə rədd edildi
Dünən, 17:53
Polkovnik-leytenantla FHN arasında nə baş verir? - ŞİKAYƏT VERİB
Dünən, 17:48
İcra başçısının sabiq müavininin məhkəməsi başlayıb - DETALLAR
Dünən, 17:47
"Sinfidə 30-40 şagird varsa, keyfiyyətdən söhbət gedə bilməz" - Ekspert danışır...
Dünən, 17:44
“Su altında qalan Sabunçu tuneli ilə bağlı dəfələrlə müvafiq qurumlara müraciət etmişdik” – Fazil Mustafa
Dünən, 17:41
BRİKS ölkələri G7-ni geridə qoyub: - Putin elə rəqəmlər səsləndirdi ki...
Dünən, 17:40
Ehtiram Hüseynov işdən çıxdı - AÇIQLAMA
Dünən, 17:38
Sabunçuda camaat ŞİKAYƏTÇİDİR... - İcra başçısı isə deyir ki...
Dünən, 17:30
Leyla Əliyevanın təşəbbüsü ilə “Yer kürəsi uşaqların gözü ilə” beynəlxalq fotomüsabiqəsi keçirilir. - FOTO
Dünən, 17:18
Sabunçuda narkotiklərin satışı ilə məşğul olan şəxs saxlanılıb - FOTO, VİDEO
Dünən, 17:15
Məsuliyyətsiz sürücülər sığorta şirkətlərinə - 93 MİLYON MANAT ZƏRƏR VURUBLAR
Dünən, 17:12
“Leş qarağaları kimi üstümə yığışdılar, utanırlar?” - Mətanət İsgəndərli
Dünən, 17:06
Aktyorla xanımının qətlinin TƏFƏRRÜATI
Dünən, 17:02
“Bizə çatanda deyirlər, camaatın anası, bacısı baxır, ayıb deyil?” - Ülvidən onu QINAYANLARA
Dünən, 16:59
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru