“ORA RƏSUL QULİYEVLƏ DALAŞMAĞA GETMİŞDİM?”
Tarix: 25-06-2012, 11:33 | Çap et
“TİKİNTİDƏ FƏHLƏLİYƏ DƏ GÖTÜRMƏDİLƏR MƏNİ”
Bir müddət əvvəl Avropada eks-spiker Rəsul Quliyevin tərəfdarları ilə aralarında qalmaqal baş verən Belçikada mühacirədtə olan satirik şair Mirzə Sakit Gunxeber.com-a müsahibə verib. Maraqlı məqamlar və sərt ittihamlarla dolu müsahibəni təqdim edirik. -Mirzə, Rəsul Quliyevin tərəfdarları ilə aranızda yaranan qalmaqala əsas səbəb nə oldu, niyə belə bir hadisə baş verdi? -Əslində bu sualı mən Rəsul Quliyevin tərəfdarlarına ünvanlayıb deməliyəm ki, cənablar, nə hay-küy salmısınız, mən Rəsul müəllim haqda dediyim « xırda» sözünü niyə həzm etmək istəmirsiniz axi ? Mən yenə deyirəm, Rəsul Quliyev Azərbaycanda yaranmış olan bu problemləri həll etməyə qadir deyil. Ən azından mən bu ölkənin vətəndaşı olaraq, hamının fəaliyyətinə azdan-çoxdan bələdəm, o cümlədən Rəsul müəllimin də. Rəsul müəllim yaxşı iqtisadçı ola bilər, zavod direktoru ola bilər, Heydər Əliyev sağ olsaydı, Parlamentə spikerlik edə bilər amma Prezident məsələsi Rəsul müəllimlik deyil, ən azından bunu O özü də gözəl bilir. -Rəsul Quliyevin tərəfdarları bildirirlər ki, siz onun Brüsseldə keçirilən görüşünə dəvət olmamısınız və öz təşəbbüsünzlə ora gedərək eks-spikerə qarşı çox isti münasibət göstərmisiniz. Sizə qarşı Rəsul Quliyev tərəfdarları tərəfindən səslənən əsas itihamlardan biri də odur ki, siz Rəsul Quliyev və digərilərindən maddi yardım istımisiniz, onlar bunu etmədiyinə görə, onlara qarşı açıqlamalar verirsiz. -Brüsseldə Ədalət Quliyev adında bir həmyerlimiz yaşayır. Ədalət bəy mənə zəng edərək bildirdi ki, Rəsul müəllim zəng etmişdi, gedək onunla görüşməyə. Mən Ədalət bəyə dedim ki, bəlkə heç Rəsul müəllim mənimlə görüşmək istəmir. O da cavab olaraq, mənə dedi ki, yox, Rəsul müəllimə sənin haqqında dedim, dedi ki, Mirzəni də gətir və biz də getdik. Qaldı ki, o görüşdə mənim Rəsul müəllimə isti münasibət göstərməyimə, mən məgər ora Rəsul Quliyevlə dalaşmağa getmişdim? Istənilən insanla görüşərkən hər bir kəs çalışır ki, öz səmimiyyətini göstərsin. Biz çox mehriban şəkildə görüşdük və söhbətləşdik. Həmin görüşdə mən nə Rəsul Quliyevdən, nə də ordakı insanların heç birindən maddi yardım üçün söz açmamışam. Insanları gözdən salmaq üçün ona ya narkoman, ya əyyaş, ya arvadbaz ya da ki, bax belə pul istəmə variantından istifadə edirlər. Keçən dəfə də Rəsul müəllimin tərəfdarlarından biri “Yeni Müsavat” qəzetinə açıqlama verərkən demişdi ki, guya mən Rəsul müəllimdən ailəmin Brüsselə gəlməsinə kömək etməsini xahiş etmişəm. Çox məntiqsiz və savadsız sözdü bu söz. Ailəmin Brüsselə gəlməsi xüsusi olaraq, hüquqi prosedur tələb edir. Bunu da Rəsul müəllim və qeyrisi yox, Belçika dövləti həll edir. Gözümə güllə tutsalar da mən yalan danışmaram. 2010-cu ildə mən Hamburqda olarkən, orada yaşayan Hambur Azərbaycan Mədəniyyətinin sədri Azər Rövşənlə Hamburda “Azərbaycandakı siyasi vəziyyət və ondan çıxış yolları” mövzusunda bir konfrans düzənləmək istədik. Həmin konfransa çoxsaylı azərbaycanlıları və yerli hakimiyyətin nümayəndələrini də dəvət etmək fikrindəydik. Azər bəylə gedib bir-neçə konfrans zallarına da baxış keçirdik və o zallardan biri bizi qane etdi. Səhərisi gün Rəsul müəllim mənim telefonuma zəng etdi və mən ona bu konfrans haqda fikrimi bildirdim, o da dedi ki, mənim tərəfimdən nə kömək lazımdırsa, mən hazir. Konfransı keçirmək üçün zalın icarə haqqı və gələn qonaqlara kofe, çay təklif etmək üçün 3 min avro lazm idi. Mən Rəsul muüəllimə bunu bildirdikdə, o dedi ki, problem yoxdur, elə bilin ki, həll etmişəm. Amma sonradan o sözündən qacdı. Bunu Azər bəy də təsdiq edə bilər. Mən bunu deməklə, Rəsul müəllimi günahkar saymaq fikrində deyiləm, həqiqət budur ki, nə Rəsul müəllim, nə də baçqasının bizə borcu var. Sadəcə özünü böyük hesab edən adam söz verdiyi məsələni həll etməyə çalışar. İndi təsəvvür edin ki, Rəsul müəllim prezidentliyə namizəddir və o öz platformasında xalqı xoşbəxt günə cixaracağını vəd edir. Ardını siz düşünün… -Qeyri rəsmi məlumatlara görə, eks-spikerin özünün və Avropadakı tərəfdarlarının oradakı bəzi imkanlı soydaşlarımızdan Azərbaycanda böyük işlər gömək adı ilə maddi dəstək alması və bu reallaşmadığından ciddi problemlər yaranmasına dair məlumatlar var. Siz bu barədə nə bilirsiz? -Bu haqda məlumatım yoxdur. -Rəsul Quliyevlə görüşünüzdən sonra sizdə hansı təəssürat yarandı? Eks-spiker nə qədər ciddi görünür bu yoldakı mübarizədə? -Mən Rəsul Quliyevlə bir həmyerli kimi göruşdüm. Eks-spikerin bu mübarizədə nə qədər ciddi görünməsi 2005-ci ildəki hadisələr zamanı təyyarənin trapında qaldı. Amma Rəsul müəllimlə oturub adi bir həmyerli kimi söhbət etmək maraqlıdır. Mən həmin söhbətdə gözləyirdim ki, Rəsul müəllim məşhur “Badbaxt” sözünü, o da o sözü işlədib məni xoşbəxt etdi. -Mirzə, bu sizin siyasətçilər və digər şəxslərlə ilk münaqişəniz deyil. Məsələn, AXCP sədri Əli Kərimli, doğma qardaşınız, “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahidlə də problemləriniz olub. Yəni bütün bunlarda hər zaman günah qarşı tərəflərdə olub? -Yemək yeyəndə yeməyin ətrafında müxtəlif salatlar olduğu kimi, siyasətçi anlamı da ortaya gələndə bu zaman onun yanında löyünbelöyün söhbətlərin meydana cıxması qaçılmazdı. Mən Əli Kərimlini bir-neçə dəfə haqlı olaraq, tənqid etmişəm və güman edirəm ki, az tənqid etmişəm. Əli Kərimli mənim, yəni onunla çiyin-çiyinə vuruşan insanın üzünə qızıl-qırmızı yalan danişdı, mən onu necə tənqid etməməliydim ? Əli Kərimli mənə dedi ki, “Azadliq” qəzeti ilə heç bir bağlılığı yoxdur. Bunu sıravi insanlar bəlkə bilməzlər, amma bu gün Azərbaycanda özuünü mətbuatda görən insandan bu haqda soruşsan, sənə ancaq gülə bilər. Mən gözəl anlayıram ki, siyasətdə bleflər olur, ancaq yuxarıda dediyim kimi mən yeməyin yanına qoyulmuş salat deyiləm ki, məni qaşıqlayıb yesinlər. Qənimət Zahidlə də aramızdakı problemləri məhz bu qəbildən olan insanlar yaradıblar. Cəbhənin demək olar ki, bütün funksionerləri mənim “Azadlıq” qəzetindən qanunsuz uzaqlaşdırılmamı ədalətsizlik kimi dəyərləndirirdilər, lakin bu adamların heç biri bunu açıq şəkildə deyə bilmirdilər. Necə ki, YAP-dan YAP-çılarn əksəriyyəti narazı olduqları halda dillənə bilmirlərsə, AXCP-də də həmin qayda hökm sürür. -Belçikada nə işlə məşğulsunuz? Daha bundan sonra avropayla baqlayacaqsınız həyatınızı? -Hazırda oğlumla kamp deyilən yerdə qalırıq, hələlik heç bir işlə məşğul deyiləm. Hətta işlə məşğul olmaq istəsəm də sənədlərim qaydasına düşməyincə işləməyə icazəm yoxdur. Çalışacam ki, bir müddət burda qalım. Son iki ili Azərbaycanda işsiz qaldım, dostların bəziləri təsdiqləyə bilərlər, ailəmi dolandırmaq üçün tikintidə fəhləliyə də götürmədilər məni. Iş icraçısı dedi ki, sənə böyük hörmətim var, amma səni işə götürsəm, başım bəla çəkər. Hər halda mən ondan incimədim. -Nə dəyişdi Mirzə Sakitin həyatında Azərbaycandan getməklə? -Bir o dəyişdi ki, vətəndəki dostlar-doğmalar üçün darıxıram. Ömrümün elə bir çağıdır ki, mənim qürbətlik halım yoxdur, bəziləri mənə yazırlar, bəxtəvər adamsan ki, cənnətdə yaşayırsan. Heç bir cənnətlik hal keçirmirəm, düzdür, buralar çox gözəldir, qanunların işlək mexanizminə söz ola bilməz. Amma təəssüf ki, bu gözəlliklərdən də gözəlliklər öz vətənimizdədir, lakin qanunlar işlək olardısa… -Deyirsiniz ki, Azərbaycanda yazılarınızı, şeirlərinizi vermirlər heç Avropa mətbuatında çap olunmaq üçün cəhd etmisiniz -Avropa mətbuatında yazılarım yox, bir-neçə dəfə müsahibələrim olub. Hələlik yeganə tribunam internetdir. Bu tribunaya isə nə bizim hakimiyyətin, nə də Cəbhənin aidiyyəti var. Tam şəffaf şəkildə senzorsuz, İlham Əliyevsiz, Azər Əhmədovsuz, Əli Kərimlisiz yazılarımı yazıram. Bu da bir qənimətdi… Gunxeber.com
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Almaniya ilə Azərbaycan arasında yeni gərginlik - XİN rəhbəri nə deyib?
Bu gün, 11:38 |
|
|
|
• Azərbaycanda saxlanılan gömrük xidmətinin rəis müavini 200 milyon verib HƏBSDƏN ÇIXDI - TƏFƏRRÜAT
Bu gün, 11:21 |
|
|
|
• Tanınmış meyxanaçıdan MƏSLƏHƏT: - “Oğlan uşağını kişi kimi böyüdün ki, sonradan...”
Bu gün, 11:19 |
|
|
|
• Paşinyanın qadın “batalyon”u - strateji postlar niyə “axçi”lərə verilir...
Bu gün, 11:17 |
|
|
|
• Rusiyadan Ermənistan milyardlarla dollarlıq qızıl axır - Şəbəkənin arxasında kimlər dayanır?
Bu gün, 11:13 |
|
|
|
• Azərbaycanda bu deputatlara mənzil verildi - DETALLAR
Bu gün, 11:09 |
|
|
|
• DİQQƏT: Kənd məktəbləri sürətlə boşalır... - NƏ ETMƏLİ?
Bu gün, 11:07 |
|
|
|
• Rusiya-Ukrayna gərginliyi... BİZƏ NECƏ TƏSİR EDƏCƏK? - ARAŞDIRMA
Bu gün, 10:59 |
|
|
|
• "Səni 12 ildir mən gözəlləşdirmişəm"
Bu gün, 10:56 |
|
|
|
• İstanbulda 70 kq qızılla saxlanılan azərbaycanlı diplomat deyil - SARIYER OLAYI...
Bu gün, 10:50 |
|
|
|
• Bu hallarda işçilərin işdən kənarlaşdırılması qanunsuzdur... - Ekspert danışır...
Bu gün, 10:47 |
|
|
|
• Britaniyanın HSBC bankı Rusiya və Belarusdan ödənişləri qəbul etməyəcək - “Reuters”
Bu gün, 10:44 |
|
|
|
• Vüsal Məmmədov səhiyyə korrupsiyasının ƏSAS SİMASI OLUB? - İLGİNC İDDİALAR
Bu gün, 10:43 |
|
|
|
• Heydər Əliyev adına Müasir Təhsil Kompleksinə yeni direktor təyin edilib - ƏMR
Bu gün, 10:32 |
|
|
|
• AYNA Bakıda bu işlərə 1,2 milyon manat xərcləyəcək
Bu gün, 10:30 |
|
|
|
• "İran azərbaycanlıları Ermənistana yanacaq və digər yüklərin daşınmasına qarşı etiraz etməlidirlər" - deputat
Bu gün, 10:27 |
|
|
|
• Bakı ilə Ankaranın ZƏNGƏZUR SÖZBİRLİYİ... - İrəvan yola gəlməlidir...
Bu gün, 10:21 |
|
|
|
• "The New York Times" Naftalandan yazıb, həm də necə... - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 10:19 |
|
|
|
• ATİAHİ nümayəndə heyəti Türk Dünyası Konfransında iştirak edib
Bu gün, 10:17 |
|
|
|
• "Mənim vəziyyətim heç bir rəsmi qurumu narahat etmir..." - Qarabağ qazisindən ETİRAZ
Bu gün, 10:14 |
|
|
|
• BUNU DA GÖRDÜK: “Od qiyməti”nə alınan uzunqulaqlar... - Kimin NƏYİNƏ LAZIMDIR?
Bu gün, 10:10 |
|
|
|
• "Ermənistan cəmiyyətinin şüurunda türk düşmənçiliyi hakim mövqeyindədir" - BU FAKTDIR...
Bu gün, 10:07 |
|
|
|
• Sülh müqaviləsi təhdid altında - İNCƏLƏMƏ
Bu gün, 10:05 |
|
|
|
• Naxçıvanda 11 gün əvvəl partlayış nəticəsində xəsarət alan şəxs Bakıda xəstəxanada ölüb
Bu gün, 10:00 |
|
|
|
• Azərbaycanda polkovnik vəfat etdi - FOTO
Bu gün, 09:56 |
|
|
|
• Yevlax Məşğulluq İdarəsi də BELƏ NARAZILIQ YARADIR... - MÜRACİƏT
Bu gün, 09:54 |
|
|
|
• Paşinyan saqqalını nə üçün qırxdığını açıqladı... - VİDEO
Bu gün, 09:44 |
|
|
|
• Bu gündən bəzi məktəblərdə dərslər başlayıb
Bu gün, 09:41 |
|
|
|
• Bələdiyyə sədrinin bu əməli sakinləri AYAĞA QALDIRDI... - NARAZILIQ VAR...
Bu gün, 09:40 |
|
|
|
• Zəngəzur dəhlizi bu tarixdə açıla bilər... - Üç məsələdən biri həll olunur
Bu gün, 09:33 |
|
|
|
• Bakının bu tələbi var: iddiaları geri çəkmək isə... - Paşinyan
Bu gün, 09:31 |
|
|
|
• “Bank Respublika” törəmə şirkətinin fəaliyyətini dayandırdığını elan edib
Bu gün, 09:29 |
|
|
|
• "Bunu kimsə nəzərə almır, üstəlik mənim pulumu kəsirlər" - GİLEY
Bu gün, 09:28 |
|
|
|
• Qənirə Ataşovanın instagram hesabı bərpa olundu - özü AÇIQLADI
Bu gün, 09:20 |
|
|
|
• Muxtar Respublikada nə baş verir? - AKTUAL
Bu gün, 09:18 |
|
|
|
• MƏLUM OLDU: 70 kq qızılla tutulan diplomat bu səfirlikdə işləyir - Bakıya gətirildi
Bu gün, 09:16 |
|
|
|
• Belə getsə, “Zeytunluq”da yaşıllıq qalmayacaq - SOS!
Bu gün, 09:09 |
|
|
|
• "Yapı Kredi Bank" oyun "alqı-satqısı" ittihamı ilə üz-üzə... - Bank sahibi iddialara nə deyir?
Bu gün, 08:59 |
|
|
|
• Rusiyadakı azərbaycanlılar təhlükədə – Putinin dedikləri qorxuya saldı
Bu gün, 08:55 |
|
|
|
• Avtobuslar yenə də `dədə-baba yoluna` qayıdır? - AYNA-nın NƏZƏRİNƏ...
Bu gün, 08:47 |
|
|
|
• Ləğv olunmaq sırası AYB-yə çatıb? - İLGİNC...
Bu gün, 08:40 |
|
|
|
• De sən öl, Həsən ağanın qohumuyam? - Sabirabaddakı biabırçılığa sözardı
Bu gün, 08:31 |
|
|
|
• Ərazimizi bərpa edib, Quterreşi Bakıya gətirdik… - FAKT BUDUR!
Bu gün, 08:16 |
|
|
|
• Paşinyan Aİ-yə üzvlükdən danışdı - "50 min imzanın toplanacağına əminəm"
Bu gün, 02:04 |
|
|
|
• 70 kiloqram qızılla yaxalanan azərbaycanlı KİMDİR? - “Cumhuriyet”
Bu gün, 02:00 |
|
|
|
• Ballistik raketdən istifadə: nüvə hücumu məşqi, yoxsa blef? - NƏ BAŞ VERİR?
Bu gün, 00:37 |
|
|
|
• İrəvan Bakıya Aİ missiyasının delimatasiya olunacaq ərazidə fəaliyyət göstərməməsini təklif edib - Paşinyan
Bu gün, 00:34 |
|
|
|
• "Bu gün niyə tez parlayanlar tez də sönürlər?"
Bu gün, 00:23 |
|
|
|
• 6 ay Bako Saakyanın villasında qalmış “Sərxan” kod adlı erməni İrəvanda... - Ermənistan KİV
Bu gün, 00:20 |
|
|
|
• Rusiya nüvə silahından istifadə edəcək – Hədəfdə bu ölkələr var
Bu gün, 00:17 |
|
|
|
|