“ƏN ÇOX KƏDƏRLİ ANLARIMDA MAHNI BƏSTƏLƏYİRƏM”
Tarix: 28-06-2012, 13:52 | Çap et
VÜSALƏ HİKMƏTİN İNSANLIĞA BAXIŞI Həyat mahnıya bənzəyir. Kimisində həzin, lirik musiqilər yaranır, kimiləri ritmik melodiyaların müəllifi olur. Bu musiqilərin sözlərini isə cəmiyyət yazır. Beləcə, cəmiyyətlə fərdin ahəngində insan haqda mahnı yaranır.
Bugünkü müsahibim də həyat melodiyasını yazmaqdadır. Hərdən kədərli musiqilər bəstələyir, hərdənsə ritmik parçalara könül verir. İstənilən halda, bu musiqinin sözləri ürəkaçan, ruhvericidir. Belə ki, gənc bəstəkar Vüsalə Hikmətin sənət işığına çoxları toplaşıb.
- Vüsalə xanım, nə üçün məhz bəstəkarlıq sənətini seçdiniz? - Mən uşaq vaxtlarımdan musiqiyə həvəs göstərirdim. Hələ 5 yaşım olanda artıq öz musiqi duyumum və musiqiyə həvəsimlə yaşıdlarımdan seçilirdim. Sonralar valideynlərim gördülər ki, musiqiyə böyük həvəsim var, bu sahəni seçməyi məsləhət bildilər. Orta məktəbi bitirdikdən sonra mən özüm də qərarlaşdırdım ki, musiqinin mənim həyatımda çox böyük rolu var. Demək olar ki, musiqi ilə nəfəs alırdım. Ona görə də Bakı Musiqi Akademiyasına daxil oldum. Beləcə, bəstəkarlıq sənətinə gəlmişəm.
- Bu sənəti seçəndə inanırdınız ki, tezliklə populyar olacaqsınız?
- Təbii ki, bəstəkar olmağa başlayanda populyar olub-olmayacağımı bilmirdim. Allahın yazısıdır, kim populyar olacaq, kim olmayacaq. Çox insan tanıyıram ki, populyar olmaq məqsədilə bu sənətə gəlirlər, populyarlığa can atırlar, amma bunu əldə edə bilmirlər. Ona görə bu da Allah tərəfindən olan bir şeydir. Hər kəsin öz qisməti, öz taleyi var. Şəxsən mən ağlıma da gətirməzdim ki, populyar olacağam və mahnılarım dillər əzbəri olacaq. Onu da deyim ki, mən bu sənətə populyar olmaq üçün gəlməmişəm. Bəstəkarlıq sənətinə o qədər vurğun, aludə olmuşam ki, ona görə də bu sənəti seçmişəm. Bu gün də bəstəkarlıq sənətini seçdiyim üçün özümü xoşbəxt sanıram.
- İlk mahnınız hansıdır?
- İlk mahnım «Ana» mahnısı olub. Sözləri və musiqisi özümə məxsusdur. Bu mahnını çox sevdiyim anama həsr etmişdim. Korifey sənətkarlarla ilk işbirliyim isə artıq professional mahnı üzərində olub, həmin mahnını Flora Kərimova ifa edib. Ondan sonra işbirliyim Nisə Qasımova ilə başladı və bu axarla da getdi. Bir çox müğənnilərlə mənim işbirliyim olub və olmaqdadır.
- Belə demək olar ki, sizi cəmiyyətdə daha çox tanıdan «Sevgi mesajı» mahnısı oldu?
- Hardasa doğrudur. Həqiqətən də məni cəmiyyətdə tanıdan «Sevgi mesajı» mahnısı mənim üçün bir vizit kart oldu. O mahnının sözləri nəğməkar şair, dostumuz Reşat Kəsəmənlinin, musiqisi isə mənimdir. «Sevgi mesajı»ndan öncə mənim bir çox mahnılarım oxunmuşdu. Misal üçün, Nisə Qasımovanın ifasında «Cavab ver eşqimə, susma», «Sənin acığına» və s. səslənmişdi. Amma «Sevgi mesajı» çıxdıqdan sonra mən gördüm ki, bu mahnı balacadan tutmuş yaşlı insanlara qədər hər kəsin dilinin əzbəri oldu. Sözün düzü, mən «Sevgi mesajı»nı bəstələyəndə ağlıma da gətirməzdim ki, bu mahnı belə populyarlıq qazanacaq və bu günə kimi populyarlığını qoruyub saxlayacaq. Fikir vermisinizsə, indi də bu mahnı çox aktualdır.
- Gənc yaşda bu qədər ağır yükün altına girmək sizin üçün çətin deyil ki?
- Əlbəttə, gənc yaşda məhz bəstəkar olmaq, bu qədər mahnıların müəllifi olmaq, belə ağır yüklərin altına girmək çox çətindir. Lakin Allaha çox şükürlər olsun ki, gənc olmağıma baxmayaraq, öz işimin öhdəsindən layiqincə gəlməyə çalışıram. Hətta bir çox həmkarlarım mənə deyirlər ki, sənin 20-21 yaşında mahnıların oxunurdu, çox gənc yaşlarından populyar oldun, biz 35 yaşından sonra populyar olmuşuq. Təbii ki, mən buna çox sevinirəm. Bu da bir qismətdir. Gənclik insanı daha da ruhlandırır. Ona görə indi daha çox çalışıram ki, gələcəkdə ruhdan düşəndə, yaşlananda öz mahnılarımı zövqlə dinləyim.
- Belə demək mümkündürsə, mahnılarınızda lirikadan çox nikbinlik duyulur. Xaraktercə də nikbin insansınız?
- Bilirsiniz, mənim şən əhval-ruhiyyə bəxş edən mahnılarım çoxdur. Mənə elə gəlir ki, repertuarımda, sənətimdə, yaradıcılığımda hər stilə üz tutmuşam. İnsanlar mahnılarımı dinləyəndə bunu duya bilirlər.
- Məndə olan məlumata görə, mahnılarınızdan birini türk müğənnisi Ajda Pekkan oxuyacaq. Bu, nə dərəcədə doğrudur?
- Mən çox istərdim ki, mahnılarımdan birini Ajda Pekkan oxusun. Bu, mənim ən böyük arzularımdan biridir. Çünki Ajda Pekkanın sənətinin vurğunuyam. Amma mahnımı Ajda Pekkan yox, türk müğənnilərindən Bengü oxumalıdır. Bengü «Sevgi mesajı» mahnımı çox bəyənib və mənə xəbər yollayıb. Ola bilsin, gələcəkdə onunla işbirliyim olsun.
- Daha çox hansı anlarda mahnı bəstələyirsiniz: kədərli, yoxsa sevincli?
- Ən çox kədərli anlarımda mahnı bəstələyirəm. Düzdür, hansısa müğənni tərəfindən təklif ediləndə ki, Vüsalə xanım, bu şeiri verirəm sənə, belə bir mahnı bəstələ, bu halda mənə əhval-ruhiyyə gərək deyil. Mən oturub onu işləyə bilirəm. Amma özüm mahnı yazmağı qərarlaşdırmışamsa, bu, təbii ki, kədərli anlarımda baş verir.
- Qarşıda nə kimi planlarınız var?
- Planlarım çoxdur, əsərlər üzərində çalışıram. Müğənnilərlə də işləyirəm. Nisə xanım yeni «Yoxsan qəlbimdə» adlı mahınımı oxuyub. Xatirə xanıma, Samirə xanıma yeni mahnı bəstələmişəm. Hal-hazırda İlhamə Qasımova ilə çalışırıq. Flora xanımla ritmik bir mahnı yazdırdıq. Qarşıda planlarım, yeniliklərim çoxdur. Çalışmışam ki, sənəti olan sənətçilərlə, sənətkarlarla çalışım. Kimin sənətini sevmişəm, kimin sənətinin vurğunu olmuşamsa, onlarla çalışmışam və çalışmaqda da davam edirəm.
Bu dəfə həmsöhbətimin həyat mahnısının bir neçə sətrini yazmaq mənə qismət oldu. Fikrimcə, bu yazı onun ömür yolunun dinamikasına, ritminə uydu. Beləcə, sizinlə birlikdə Vüsalə Hikmətin mahnısını birlikdə zümzümə etmiş olduq...
Söhbətləşdi: gənc şair-jurnalist Fuad Biləsuvarlı
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Nadir Qafarzadə Rusiyada torpaq sahəsi alıb? - AÇIQLAMA
Bu gün, 17:22 |
|
|
|
• Çavuşoğlunu Bakıya gətirən mühüm səbəb: - Qərbi Azərbaycanla bağlı nə baş verir?
Bu gün, 17:15 |
|
|
|
• Bir dəfəlik, yoxsa birdəfəlik sülh? - Bahəddin Həzi yazır...
Bu gün, 15:02 |
|
|
|
• Qloballaşan savaş: “Üçüncü Dünya müharibəsi başlayıb, sadəcə...” - GÖRÜNƏNİ BUDUR
Bu gün, 15:00 |
|
|
|
• Dəb indiki xoşbəxtlikdir, dəyər sonrakı peşmanlıq! - Aqşin Yenisey
Bu gün, 14:58 |
|
|
|
• Tramp Viktor Orbana zəng etdi
Bu gün, 14:06 |
|
|
|
• “Kişi kimi uduzmaq lazımdır, dovşan kimi yox” - Zaur Axundovdan yığmaya sərt tənqid
Bu gün, 13:57 |
|
|
|
• "Ermənistan Azərbaycanın haqlı gözləntilərinə cavab versə..." - Ekspert
Bu gün, 13:52 |
|
|
|
• Azərbaycanın tanınmış jurnalistini maşın vurdu: Xəstəxanaya aparıldı - FOTO
Bu gün, 13:50 |
|
|
|
• “Kişi müğənnilər də plastik etdirir, övladları onlardan utanır...” - Əməkdar artist
Bu gün, 13:17 |
|
|
|
• Laçında baş verən zəlzələ Ermənistanda da hiss olunub - YENİLƏNDİ
Bu gün, 13:12 |
|
|
|
• Ermənistanda sülh deyənlərə həbsxana GÖSTƏRİLİR - Görünəni odur ki...
Bu gün, 13:11 |
|
|
|
• Xanlar Fətiyev Tərtər rayonunun Azad Qaraqoyunlu kəndində vətəndaşları qəbul edib
Bu gün, 13:03 |
|
|
|
• Azərbaycanlı diplomat 70 kq qızılı haradan alıb? – Diqqətçəkən detal
Bu gün, 12:58 |
|
|
|
• Azərbaycan mediasının COP29 sınağı - Rəşad Məcid yazır...
Bu gün, 12:55 |
|
|
|
• Trampla Putin arasında gizli görüş... - Şok iddia
Bu gün, 12:53 |
|
|
|
• Sirli diplomatın KİMLİYİ BƏLLİ OLDU - 70 kiloqram qızıl isə...
Bu gün, 12:50 |
|
|
|
• "Hakimiyyət naminə torpaqları qurban verdikləri kimi..." - Deputatdan SƏRT SÖZLƏR
Bu gün, 12:38 |
|
|
|
• Azərbaycan öz üzərinə düşəni edir - ŞƏRH
Bu gün, 12:30 |
|
|
|
• Paşinyan ölkədəki istefa dalğasından danışdı: - "Məmurlara yazdım ki..."
Bu gün, 12:27 |
|
|
|
• MDB ölkələrindən aldığımız məhsullar onlara satdığımızdan 3 dəfə çoxdur - SİYAHI
Bu gün, 12:14 |
|
|
|
• Ermənistan İstintaq Komitəsinin keçmiş sədri istintaqa çağırılıb
Bu gün, 12:09 |
|
|
|
• “Ermənistandakı indiki nəsil vuruşmağa hazır deyil... - Hətta xaricdən kimsə dəstək olsa belə...”
Bu gün, 12:06 |
|
|
|
• Sərhədlər açılır... YA AÇILMIR? - daha bir AÇIQLAMA
Bu gün, 12:03 |
|
|
|
• Rusiya DİN bəzi şəxsləri vətəndaşlıqdan məhrum edir - Azərbaycanlılar da olacaq?
Bu gün, 11:56 |
|
|
|
• Çin hakerləri ABŞ-nin infrasturkturuna girməyə çalışırlar - Morqan Adamski
Bu gün, 11:53 |
|
|
|
• İranın yeni paytaxtı bu şəhər ola bilər - KİV
Bu gün, 11:52 |
|
|
|
• Almaniya ilə Azərbaycan arasında yeni gərginlik - XİN rəhbəri nə deyib?
Bu gün, 11:38 |
|
|
|
• Azərbaycanda saxlanılan gömrük xidmətinin rəis müavini 200 milyon verib HƏBSDƏN ÇIXDI - TƏFƏRRÜAT
Bu gün, 11:21 |
|
|
|
• Tanınmış meyxanaçıdan MƏSLƏHƏT: - “Oğlan uşağını kişi kimi böyüdün ki, sonradan...”
Bu gün, 11:19 |
|
|
|
• Paşinyanın qadın “batalyon”u - strateji postlar niyə “axçi”lərə verilir...
Bu gün, 11:17 |
|
|
|
• Rusiyadan Ermənistan milyardlarla dollarlıq qızıl axır - Şəbəkənin arxasında kimlər dayanır?
Bu gün, 11:13 |
|
|
|
• Azərbaycanda bu deputatlara mənzil verildi - DETALLAR
Bu gün, 11:09 |
|
|
|
• DİQQƏT: Kənd məktəbləri sürətlə boşalır... - NƏ ETMƏLİ?
Bu gün, 11:07 |
|
|
|
• Rusiya-Ukrayna gərginliyi... BİZƏ NECƏ TƏSİR EDƏCƏK? - ARAŞDIRMA
Bu gün, 10:59 |
|
|
|
• "Səni 12 ildir mən gözəlləşdirmişəm"
Bu gün, 10:56 |
|
|
|
• İstanbulda 70 kq qızılla saxlanılan azərbaycanlı diplomat deyil - SARIYER OLAYI...
Bu gün, 10:50 |
|
|
|
• Bu hallarda işçilərin işdən kənarlaşdırılması qanunsuzdur... - Ekspert danışır...
Bu gün, 10:47 |
|
|
|
• Britaniyanın HSBC bankı Rusiya və Belarusdan ödənişləri qəbul etməyəcək - “Reuters”
Bu gün, 10:44 |
|
|
|
• Vüsal Məmmədov səhiyyə korrupsiyasının ƏSAS SİMASI OLUB? - İLGİNC İDDİALAR
Bu gün, 10:43 |
|
|
|
• Heydər Əliyev adına Müasir Təhsil Kompleksinə yeni direktor təyin edilib - ƏMR
Bu gün, 10:32 |
|
|
|
• AYNA Bakıda bu işlərə 1,2 milyon manat xərcləyəcək
Bu gün, 10:30 |
|
|
|
• "İran azərbaycanlıları Ermənistana yanacaq və digər yüklərin daşınmasına qarşı etiraz etməlidirlər" - deputat
Bu gün, 10:27 |
|
|
|
• Bakı ilə Ankaranın ZƏNGƏZUR SÖZBİRLİYİ... - İrəvan yola gəlməlidir...
Bu gün, 10:21 |
|
|
|
• "The New York Times" Naftalandan yazıb, həm də necə... - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 10:19 |
|
|
|
• ATİAHİ nümayəndə heyəti Türk Dünyası Konfransında iştirak edib
Bu gün, 10:17 |
|
|
|
• "Mənim vəziyyətim heç bir rəsmi qurumu narahat etmir..." - Qarabağ qazisindən ETİRAZ
Bu gün, 10:14 |
|
|
|
• BUNU DA GÖRDÜK: “Od qiyməti”nə alınan uzunqulaqlar... - Kimin NƏYİNƏ LAZIMDIR?
Bu gün, 10:10 |
|
|
|
• "Ermənistan cəmiyyətinin şüurunda türk düşmənçiliyi hakim mövqeyindədir" - BU FAKTDIR...
Bu gün, 10:07 |
|
|
|
• Sülh müqaviləsi təhdid altında - İNCƏLƏMƏ
Bu gün, 10:05 |
|
|
|
|