İCRA BAŞÇISI "MODERN" «BERLİN DİVARI» QURUB
Tarix: 3-07-2012, 11:57 | Çap et
SÜLEYMAN MİKAYILOVUN BİR AMALI VAR: PUL TOPLAMAQ VƏ PUL TOPLAMAQ
DİA.AZ: - Qaradağ rayonu icra hakimiyyətinin başçısı Süleyman Mikayılovla bağlı vətəndaş şikayətləri durmadan artmaqdadır. Bildirək ki, redaksiyamızda olan onlarla sahibkar bu gün icra başçısının zülmündən şikayətçi düşdüklərini bildirməklə yanaşı, «yuxarıda» himayədarlarının olduğunu bildirən başçıya qarşı hər hansı tədbirin görülmədiyini də xüsusi olaraq vurğulayıblar.
Sahibkarların DİA.AZ-a bildirdiyinə görə, Süleyman Mikayılov iki il əvvəl Qaradağ rayonuna icra başçısı göndəriləndən sonra özünün bir amalının olduğunu - yəni onun üçün PULUN daha önəmli olduğunu hər kəsin diqqətinə çatdırdı: «Bütün istiqamətlərdə yalnız bir məqsədlə iş görülür: DAHA ÇOX PUL TOPLAMAQ. Hətta görülən abadlıq işləri də məhz sıravi vətəndaşlardan, idarə müdirlərindən, sahibkarlardan, ayrı-ayrı adamlardan pulun toplanmasına hesablanıb».
Xatırladaq ki, prezident İlham Əliyev Qaradağ rayonundan deputat olub və millət vəkilliyi dönəmində dövlət başçımız Qaradağda kifayət qədər ciddi abadlıq işlərinin həyata keçirilməsinə nail olub. Amma buna rəğmən Qaradağ sakinləri Süleyman Mikayılovun İlham Əliyevin millət vəkilliyi dönəmində həyata keçirilən quruculuq işlərindən əsər-əlamət qalmadığını da bildirirlər:
«Küçələr dağılıb, amma bu adam pul yığmaqla məşğuldur. Bir müddət əvvəl Lökbatan qəsəbəsində stadionun yuxarı hissəsinə yerləşən küçədə təmir işləri başlanıldı. Səbəbsiz deyildi. Çünki prezident İlham Əliyevin Qaradağa səfəri nəzərdə tutulmuşdu. Sonradan məlum olur ki, dövlət başçısı rayona gəlməyəcək. İcra başçısı da işi yarımçıq saxladı və günü bu gün də yolun kənarındakı bardyorlar yenilənsə də, asfalt çəkilməyib. Prezidentin növbəti səfəri gözlənilir. İndi Lökbatan camaatı da səbirsizliklə prezidentin nə zaman gələcəyini gözləyir. Və məcburdurlar ki, dağılmış yolla, alayarımçıq təmir edilmiş yolla hərəkət etsinlər. Çünki Süleyman Mikayılov həmin yolun təmiri adı altında yığdığı pulu çoxdan xərcləyib və prezidentin səfərinin təxirə salınması səbəbindən işi yarımçıq dayandırıb. İndi bilirik ki, prezidentin əgər Qaradağa yolu düşərsə, icra başçısı həmin yolun təmiri adı altında yenidən pul yığmağa başlayacaq».
Daha sonra şikayətçilər bildirirlər ki, bu gün Süleyman Mikayılovun özbaşınalıqları ilə bağlı bütün müvafiq instansiyalar müraciət etsə də, baxılmır: «Biz nə etməliyik ki, müraciətlərimiz nəticəsini versin?»
Bu arada narazı sahibkarlar redaksiyamıza maraqlı bir faktı da açıqladılar. Onların sözlərindən belə aydın olur ki, yenə də yerli iş adamlarından pul toplamağı qəsd edən Süleyman Mikayılov Qobustan qəsəbəsində əməlli-başlı «Berlin divarı»nın bənzərini qurub: «Məktəb qalıb bir yanda. Məktəbə, xəstəxanaya gediş-gəliş dayanıb. Əsas hədəf isə kommersiya obyektləridir. Divar arxasında qalan mağazaların sahiblərinə bildirilib ki, hər biriniz 30 min manat versəniz, divarlar yıxılacaq və qapı açılacaq».
Narazı sahibkarlar DİA.AZ-a icra başçısının qanunsuz torpaq alveri ilə məşğul olduğunu da söylədilər:
«Sahil qəsəbəsində boş qalmış əraziləri zəbt edib, satdırır və heç bir sənəd vermir. Yuxarıdan gələnlərə də deyir ki, AXC iqtidarı zamanı - «özbaşınalıq» dövründə inşa edilib. Amma yaşayış evlərinin böyük əksəriyyətinin heç sementləri də qurumayıb. Və bu yaş sementlər Süleyman Mikayılovun yalan danışdığını sübutlamaqdadır».
Bildirək ki, icra başçısının qanunsuz torpaq zəbt etdiyi əsas ərazilər Hərbi Hospitalın və Çaxır zavodunun yaxınlığındakı ərazilərdir. Bunlar bir yana, narazı sahibkarların sözlərinə görə, icra başçısı Sanqaçal qəsəbəsində dəniz sahilində yerləşən Mədəniyyət və Turizm Nazirliyinin balansında olan 4-cü əsrə aid qədim mağaranı da hasarlayaraq özəlləşdirib, yəni tarixi abidə Süleyman Mikayılovun girovluğundadır.
Hər halda, bu faktlar Qaradağın icra başçısının aktivinə yazılan neqtivlərin heç də hamısı deyil. Araşdırmalarımız davam edir. Bizi izləyin…
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Avropa yeni enerji böhranı ilə üzləşib - “Bloomberg”
Bu gün, 15:35 |
|
|
|
• Aptek müdürü işçisini vəhşicəsinə döydü - DİN araşdırma aparır (VİDEO)
Bu gün, 15:33 |
|
|
|
• Ermənistana silah daşınır – MN narahatdır, çağırış etdi
Bu gün, 15:22 |
|
|
|
• Fidanın mesajı təşviş doğurdu – Qoşunlar ora girib, əgər çıxarılmasa…
Bu gün, 13:42 |
|
|
|
• Dünya Azərbaycanın uğurlu liderlik bacarığının bir daha şahidi oldu - İNCƏLƏMƏ
Bu gün, 13:40 |
|
|
|
• Bakıda 300 milyard razılaşdırıldı: Amma Leyen və Berbok… - AXI NİYƏ?..
Bu gün, 13:37 |
|
|
|
• Qaynı arvadının ölümünə səbəb olan plastik cərrahla bağlı növbəti şikayət - VİDEO
Bu gün, 13:33 |
|
|
|
• Rusiya nüvə doktrinasını buna görə yenilədi - Peskov
Bu gün, 12:42 |
|
|
|
• Kənd sakininin 25 manatlıq internetə ehtiyacı varmı? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:40 |
|
|
|
• Kim Çen In Rusiyaya səfər edə bilər
Bu gün, 12:34 |
|
|
|
• Göyçayda daha bir MƏMUR HARINLIĞI... - NARAZILIQ VAR...
Bu gün, 12:31 |
|
|
|
• Sizdə bu hallar varsa Şopoqoliksiniz - AÇIQLAMA
Bu gün, 12:21 |
|
|
|
• Rusiya-Ukrayna müharibəsində son durum açıqlandı - “Reuters“
Bu gün, 12:17 |
|
|
|
• Ermənistandan Fransaya xəyanət kimi qərar - konyak yalanı
Bu gün, 12:14 |
|
|
|
• Tramp bu qadını nazir təyin edir
Bu gün, 11:39 |
|
|
|
• Məmur biznesinin iflic etdiyi sahələrdə orta və kiçik sahibkarlıq can verir... - İnhisar, cərimələr, pul qıtlığı...
Bu gün, 11:37 |
|
|
|
• İqlim sammitinin qapanışı nədən ləngiyirdi? – Mübahisəli məsələ
Bu gün, 11:34 |
|
|
|
• Nəcməddin Sadıqovun YEYİNTİ ORTAQLARI... - İttihamı qəbul etmirlər, amma...
Bu gün, 11:08 |
|
|
|
• Dövlət Ehtiyatları Agentliyi auditini bu şirkətə - HƏVALƏ ETDİ
Bu gün, 11:02 |
|
|
|
• Ermənistanla münasibətimiz problemlidir - Rusiya səfirindən etiraf
Bu gün, 10:57 |
|
|
|
• Prezidentin köməkçisi Almaniya xarici işlər nazirinin Azərbaycana qarşı ittihamlarını qəbuledilməz adlandırıb - ETİRAZ
Bu gün, 10:39 |
|
|
|
• Naxçıvanda yeni həbslər... GÖZLƏNİLİR...
Bu gün, 10:37 |
|
|
|
• Bakıya “hücum”a cavab verildi - 3 hədəf var, oranı istəyirlər
Bu gün, 10:28 |
|
|
|
• Paşinyanın Bakıya bu “güzəşti” hiylədir – Moskvadan baxış
Bu gün, 10:24 |
|
|
|
• İlin sonuna qədər sülh sazişinin imzalanması mümkündür - ƏGƏR...
Bu gün, 10:21 |
|
|
|
• COP29-da tarixi nailiyyət: Bakı 1,3 trilyon dollarlıq yeni iqlim maliyyəsini hədəf seçib
Bu gün, 03:58 |
|
|
|
• COP29-da illik iqlim maliyyələşməsi üçün 300 milyard dollar təsdiqlənib
Bu gün, 03:56 |
|
|
|
• Avropa çətin vəziyyətdə: “Rusiya qazının idxalı azalsa…” - GƏLİŞMƏ
Bu gün, 03:02 |
|
|
|
• "Ərə sahib olmaq super bir hissdir..."
Bu gün, 02:55 |
|
|
|
• Cavid İsmayılzadənin "əli uzandı" - İLGİNC
Bu gün, 02:52 |
|
|
|
• Azərbaycan Cənubi Qafqazın ən təhlükəsiz ölkəsidir - FAKT BUDUR!
Bu gün, 02:45 |
|
|
|
• "Daha fundamental əsərlər yazılmalı, filmlər çəkilməlidir"
Bu gün, 02:42 |
|
|
|
• Dövlət qurumu 1,1 milyon manatlıq geyimləri - BU ŞİRKƏTDƏN ALDI
Bu gün, 02:30 |
|
|
|
• Avropa İttifaqı sülhə mane olur - Çirkin "binokl diplomatiyası"...
Bu gün, 02:29 |
|
|
|
• Azərbaycanda logistika şirkəti - LƏĞV OLUNUR
Bu gün, 00:05 |
|
|
|
• "Səbail Market" fəaliyyətini dayandırdı
Bu gün, 00:02 |
|
|
|
• Nadir Qafarzadə Rusiyada torpaq sahəsi alıb? - AÇIQLAMA
Dünən, 17:22 |
|
|
|
• Çavuşoğlunu Bakıya gətirən mühüm səbəb: - Qərbi Azərbaycanla bağlı nə baş verir?
Dünən, 17:15 |
|
|
|
• Bir dəfəlik, yoxsa birdəfəlik sülh? - Bahəddin Həzi yazır...
Dünən, 15:02 |
|
|
|
• Qloballaşan savaş: “Üçüncü Dünya müharibəsi başlayıb, sadəcə...” - GÖRÜNƏNİ BUDUR
Dünən, 15:00 |
|
|
|
• Dəb indiki xoşbəxtlikdir, dəyər sonrakı peşmanlıq! - Aqşin Yenisey
Dünən, 14:58 |
|
|
|
• Tramp Viktor Orbana zəng etdi
Dünən, 14:06 |
|
|
|
• “Kişi kimi uduzmaq lazımdır, dovşan kimi yox” - Zaur Axundovdan yığmaya sərt tənqid
Dünən, 13:57 |
|
|
|
• "Ermənistan Azərbaycanın haqlı gözləntilərinə cavab versə..." - Ekspert
Dünən, 13:52 |
|
|
|
• Azərbaycanın tanınmış jurnalistini maşın vurdu: Xəstəxanaya aparıldı - FOTO
Dünən, 13:50 |
|
|
|
• “Kişi müğənnilər də plastik etdirir, övladları onlardan utanır...” - Əməkdar artist
Dünən, 13:17 |
|
|
|
• Laçında baş verən zəlzələ Ermənistanda da hiss olunub - YENİLƏNDİ
Dünən, 13:12 |
|
|
|
• Ermənistanda sülh deyənlərə həbsxana GÖSTƏRİLİR - Görünəni odur ki...
Dünən, 13:11 |
|
|
|
• Xanlar Fətiyev Tərtər rayonunun Azad Qaraqoyunlu kəndində vətəndaşları qəbul edib
Dünən, 13:03 |
|
|
|
• Azərbaycanlı diplomat 70 kq qızılı haradan alıb? – Diqqətçəkən detal
Dünən, 12:58 |
|
|
|
|