"ADƏT-ƏNƏNƏLƏRİMİZ UNUDULMAQDADIR..."
Tarix: 13-07-2012, 14:00 |
Çap et
MÜĞƏNNİ TOYLARDA BAŞ VERƏNLƏRDƏN GİLEYLƏNDİ
Çoxdandır ki, haqqında heç bir məlumat verilməyən Ədalət Şükürovdan xəbər var! Həmişə pozitivliyi ilə ətrafındakılarda yüksək abu-hava yaradan əməkdar artist də narazı qalarmış...
“Mən çox təəssüflənirəm ki, bizdə - Azərbaycanda “klipmeyker“ adlı məktəb yoxdur. Heç olmasa, fakultə olsun ki, bu sənətin peşəkarları yaransın. Düzdür, yaxşı klipmeykerlərimiz var, amma çox azdır. Bu isə normal deyil”, – deyə ürəyindəkiləri dilə gətirən Ə.Şükürov hətta toy məclislərində baş verən hadisələrdən də gileyləndi:
- Bir də görürsən ki, bəylə gəlin “Vağzalı” musiqisinin çalınmasına qarşı çıxırlar. Böyükləri də onlara etirazlarını bildirmirlər, başa salmırlar. Mən məəttəl qalıram. Axı belə getsə, adət-ənənələrimiz unudulacaq! İsraildə çox oluram. Ordakı toylarda əsrlərdən qalan adətlər hələ də yaşanılmaqdadır. Düzdür, araya nə istəyirlər salırlar. Amerikanlaşırlar, avropalaşırlar, amma yenə də öz adətlərini yüksək tuturlar. Bizdə isə öz adətlərimiz yavaş-yavaş sıradan çıxır. Bunun qarşısını sizli-bizli almalıyıq!”- deyə məsləhət görən müğənni indən belə gedəcəyi toyun sahiblərinə bəri başdan ismarıcını yolladı.