“Spero Hospital“da qalmaqal .....                     Zəngilan şəhərinə ilk köç başlayır: 600 min manatlıq tender .....                     Qərbin ən iyrənc ssenariləri: Cəsus şəbəkələrinin iştirakı ilə çızılır .....                     Bakı onu seçdi: İki mühüm coğrafiyaya “qapı” açılır .....                     "O pulu sizə halal etmirəm" .....                     Həmidə Ömərovadan qalmaqallı xəbərə münasibət .....                     “İran rəsmilərinin Azərbaycan əleyhinə bəyanatları...” .....                     Azərbaycan NATO ilə imzaladığı əməkdaşlıq məsələlərinə ciddi yanaşır .....                     Bakını hədəfə aldı, özü “vuruldu”: 4 səhvə görə prezidentliyi itirəcək .....                     Rüfət Səfərovun həbsinə nə səbəb olub? .....                     "Oğlumun qanını yerdə qoymayacağam" .....                     Ermənistanın avantürist çıxışları: İrəliləyişlərin səbəbi... .....                     Suriyadakı proses Ukraynada da təkrarlana bilər .....                     Məmurlar sosial şəbəkələrdən necə istifadə edirlər? .....                     ABŞ-nin Azərbaycana təcrid siyasəti: OCCPR təşkilatının bağlı olduğu yer USAİD-dir .....                     "Ya oxumağını et, ya da kinoya çəkil..." .....                     “Vətəndaş A”nın dron söhbəti yalan çıxdı .....                     Rüfət Səfərova HÖKM OXUNDU .....                     Avropa Ukraynanı fəda etmək niyyətində deyil: .....                     310 min manatlıq torpaq maxinasiyası... .....                     Turan ideyasına qarşı yaradılan “gizli əl” .....                     Generalın şikayəti təmin edilmədi .....                     Ermənistan hakimiyyətinə Azərbaycanla müharibə lazım deyil .....                     Məşhurların adından istifadə edib jurnalist xanımı aldatdılar .....                     Bayden Administrasiyasının uğursuz planı: Niyə Səfərov? .....                     Rüfət Səfərova əlavə ittiham verildi: Məhkəmə gedir .....                     Əsas hədəf yeni “Minsk Qrupu planı”nı işə salmaqdır .....                     Ədliyyə naziri onu rəis TƏYİN ETDİ .....                     “Ağadadaşı tutdular, 3-5 il verdilər, nə dəyişəcək?” .....                     "Kənd yumurtası" bahalaşır, sənaye üsulu ilə istehsal olunanlar isə… .....                     Bu rəhbər şəxslərə şiddətli töhmət verildi .....                     "Azpulmat" və "Manato" qaydaya əməl etmir... .....                     Xalq artisti Sevinc Heydərovadan 30 min manat tələb edib? .....                     Rütte Kiyevi hələ səbrli olmağa çağırıb .....                     “Vurulan” məmur və deputatların “sirli” vəzifəsi .....                     Messi və komanda yoldaşları Bakıya gəlir .....                     Qanunlar pozulur... aidiyyatı qurumlar görərsə... .....                     Arabir yağış yağacağı gözlənilir .....                     Gəncə Dövlət Regional Kollecinin direktoru vəzifəsindən azad edilib .....                     "Mediasiya xərclərini ödəmək üçün kifayət qədər vəsaiti olmayan..." .....                 

BƏRDƏ “QAİ”SI SÜRÜCÜLƏRƏ DİVAN TUTUR
Tarix: 20-07-2012, 13:24 | Çap et
BƏRDƏ “QAİ”SI SÜRÜCÜLƏRƏ DİVAN TUTUR

CƏMİL MİRZƏYEVİN CƏZALANDIRILMASI TƏLƏB OLUNUR

Sovet dövründə rüşvətin adi hala çevrildiyi yeganə bir dövlət orqanı vardısa, bu da el içərisində “QAİ” adlanan Dövlət Avtomobil Müfəttişliyi idi. Müstəqilliyin ilk illlərində bu orqanın adı Dövlət Yol Polisinə çevrilsə də, onun fəaliyyətində köklü dəyişiklik baş vermədi. Dövlət Yol Polisi xalqın gözündə elə korrupsioner sovet “QAİ”si olaraq qaldı.

Bir neçə il əvvəl bu orqanda sovet dövründən qalma bədnam bəlaya, rüşvətxorluğa son qoymağa prezident İlham Əliyev də cəhd göstərdi. Dövlət Yol Polisi əməkdaşlarının əmək haqqları bir neçə dəfə artırılmaqla həmin dövr üçün orta əmək haqqının bir neçə mislinə bərabərləşdirildi. Həmin dövrdə belə bir rəy vardı ki, rayon polis idarəsinin rəislərindən bir neçə dəfə artıq əmək haqqı alan “qaişnik”lər bundan sonra rüşvət almayacaqlar. Ancaq, bu baş vermədi. Əksinə, “QAİ”də rüşvətin miqdarı kəskin artdı. Bu gün xarici və yerli ekspertlər Dövlət Yol Polisini ən çox korrupsiyalaşmış dövlət qurumlarının önündə getdiyini söyləyirlər. Bundan başqa son illər vətəndaşlar baş verən avtomobil qəzalarının əsas səbəbkarı və günahkarı kimi də Dövlət Yol Polisinin əməkdaşlarını ittiham etməyə başlayıblar. Vətəndaşlar tərəfindən avtomobil qəzalarına səbəb olmaqda günahlandırılan Dövlət Yol Polisi əməkdaşlarından biri də, Bərdə rayon DYP-bölməsinin rəisi Cəmil Gülməmməd oğlu Mirzəyevdir. Bununla bağlı “AzeriNews.org”-a Bərdə rayonun bir neçə sakinindən məlumat daxil olub. Şikayət ərizəsi ilə Azərbaycan Respublikasının baş prokuroru Zakir Qaralova və daxili işlər naziri Ramil Usubova müraciət edən və həmin müraciətlərini bizim vasitəmizlə ölkə içtimaiyyətinə açıqlayan Elburus Abduləli oğlu Quliyev və Sübhan Vidadi oğlu Naibov Bərdə rayon Dövlət Yol Polisinin rəisi Cəmil Mizəyevə qarşı kəskin ittihamlar irəli sürüblər.

Şikayətçilərdən biri, Elburus Quliyev baş prokuror Zakir Qaralov və daxili işlər naziri Ramil Uusbova müracətlə yazır ki, may ayının 19-də, saat bir radələrində oğlu Eldəniz özlərinə məxsus çayxanadan işdən çıxarkən dostlarını evlərinə kimi maşınla aparmaq istəyib. Dostlarını Bərdə rayon məhkəməsinin qarşısında maşından endirən və evlərinə getmək istəyən Eldənizin qarşısına qəflətən çıxan Dövlət Yol Polisi Bölməsinin rəisi və yaxud da şikayətçinin yazıdığı kimi “baş qai” Cəmil Mirzəyev ondan maşını saxlamağı tələb edib. Bu zaman Cəmil Mirzəyevlə onun müavini İlkin Məmmədov da bərabər olub. Gecə vaxtı və tək olmasına görə qorxan Eldəniz maşını saxlamayıb və evlərinə istiqamət alıb. Lakin Cəmil Mirzəyev ondan əl çəkmək istəməyib və təqib etməyə başlayıb. Onsuz da qorxu keçirən Eldəniz polis təqibindən özünü itirib və avtobilini aşırıb. Bundan sonra Cəmil Mizəyev Eldənizi öz maşınlarına otuzduraraq bir saata yaxın gəzdiriblər və ciddi bir xəsarəti olmadığını gördükdən sonra Bərdə rayonunu iki yerə bölən Tərtər çayının yanında çaylaqda düşrərək, gecə vatxı orada tək qoyub gediblər. Eldənizin avtomobilini isə cərimə meydançasına aparıblar. Məlum olduğu kimi Cinayət Məcəlləsində avtobil qəzaları zamanı xəsarət yetirdiyi şəxsi köməksiz halda qoyub getmə ağırlaşdırıcı hal sayılır. Bu hərəkətin vətəndaşların təhlükəsizliyini təmin etməli olan polis əməkdaşı, həm də rəis vəzifəsini tutan bir şəxs tərəfindən edilməsi iki qat məsuliyyət doğurmalıdır. Təəssüf ki, Cəmil Mirzəyevin bu əməli ört-basdır edilməyə çalışılır. Belə ki, Elburus Quliyevin daxili işlər naziri Ramil Usubova ilk müraciətindən sonra Bərdə rayonuna ezam olunan Daxili İşlər Nazirliyinin Baş Təhqiqat İdarəsinin əməkdaşı Addıxan Fəxrəddin oğlu Bəxtiyarov şikayətçinin ətraflı izahatını alıb və ona bu işi nazir Ramil Usubova məruzə edəcəyini bildirib. Lakin, bu hadisənin üstündən iyirmi günə yaxın vaxt keçmısinə baxmayaraq heç bir tədbir görülmür. Elburus Quliyev baş prokuror Zakir Qaralova və daxili işlər naziri Ramil Usubova təkrar müraciətində Cəmil Mirzəyevin qanunsuz əməllərinə göz yumulmamsına imkan verilməməsini istəyir. Elburus Quliyevin fikirincə Cəmil Mirzəyevin bu əməlinə hüquqi qiymət verilməməsi daha böyük cinayət hadisələrinə yol aça bilər.

Maraqlı haldır ki, Elburus Quliyevin oğlu Eldənizin başına gələnlər Cəmil Mirzəyevin və onun tabeçiliyində olan polis nəfərlərinin avtomobilləri təqib etməsinə görə baş verən ilk və son qəza deyil. Belə ki, Bərdə rayonu Babək küçəsi ev 42-də yaşayan Sübhan Vidadi oğlu Naibov 13 may 2012-ci ildə Bərdə rayonu iki yerə bölən Tərtər çayın üzərindəki körpündən keçərkən Bərdə rayon Dövlət Yol Polisi Bölməsinin əməkdaşları onu saxlatmağa cəhd ediblər. Lakin, Sübhan Naibov onların bu tələbinə əməl ertməyib. Sübhan Naibov öz hərəkətini belə əsaslandır ki, sürücülük vəsiqəsinin olmadığına görə Dövlət Yol Polisinin əməkdaşları dəfələrlə onu saxlayıb, pulunu alıb, sonra maşını idarə etməsinə icazə veriblər. Dövlət Yol Polisinə bu dəfədə pul verməyə pulu olmayan Sübhan Naibov maşını saxlamamaq qərarına gəlir. Bunu görən Dövlət Yol Polisinin əməkdaşları Sübhan Naibovu Passat markalı, Az 10 YP 614 dövlət nömrə nişanlı “qai”maşını ilə təqib etməyə başlayırlar. Bərdə rayonunda Azpetrol Yanacaq Doldurma məntəqəsinin yanında Sübhan Naibov polis təqibindən yaxa qurtarmağa çalışarkən idarəetməni itirib və avtomibili aşırıb. İnternet istifadəçiləri bunu YouTebe sosial şəbəkəsində “Bərdə polisi 13.05.2012” yazmaqla seyr edə bilər. Yeri gəlmişkən bu sosial şəbəkədə Cəmil Mirzəyevlə bağlı başqa bir videoda yerləşdirilib. Həmin videoada nəməlum bir şəxs Cəmil Mirzəyevin qanunsuzluqlarına Bərdə rayon Dövlət Yol Polisinin inzibati binasının qarşında lüt soyunmaqla bildirib. YouTebe-de paylaşılan həmin videoda Cəmil Mirzəyevlə həmin nəməlum şəxsin bir-birlərini vurduqları da aydın əksini tapıb.

İndi isə qayıdaq Sübhan Naibovun şikayətinə. Sübhan Naibov yazır ki, onun avtomobilini aşrmasını təqib edən polislər görsələr də yardım etməyiblər. Ona yardımı vətəndaşlar ediblər. Təqib etdikləri şəxsin sağ olduğuna əmin olan polislər Sübhanın avtomibilini özlərinin idarəetdikləri Passata qoşaraq hadisə yerindən aparıb, cərimə meydançasına qoyublar. Bundan sonra “QAİ”nin rəisi Cəmil Mirzəyev zərərçəkənin anası və qardaşı ilə söhbətdə bildirib ki, rayon prokurorluğuna etdiyiniz şikayəti geri götürün, maşını mən təmir etdirib, sizə verəcəm. Cəmil Mirəzyevin “yağlı” vədinə aldanan Naibovlar onun istəyini yerinə yetiriblər. Dövlət Yol Polisinin əməkdaşları isə Sübhan Naibovun maşınını Bərdə rayonun Şirvanlı kəndinə apararaq Razi adlı şəxsə veriblər. Bir müddət sonra Cəmil Mirzəyevin əməkdaşları verdikləri sözü dəbbələməyə başlayıblar və avtomibilin təmirinin yalnız üçdə birini ödəyəcəklərini bildiriblər. Bundan sonra yenidən şikayət etmək qərarına gələn Sübhan Naibovu yanına çağıran Cəmil Mirzəyev və Dövlət Yol Polisinin Valeh adlı əməkdaşı ona hədə qorxu gəlməyə cəhd ediblər. İndi Sübhan Naibovun da ümidi Elburus Quliyev kimi baş prokuror Zakir Qaralova və daxili işlər naziri Ramil Usubovadır. Onlara müraciət edən Sübhan Naibov Cəmil Mirzəyevin qanunsuz əməllərinə son qoyulmasını və bu günə kimi törətdiyi qanunsuzluqlara hüquqi qiymət verilməsini istəyir.

“AzeriNews.org”-a daxil olan məlumata görə, baş prokuror Zakir Qaralovun və daxili işlər naziri Ramil Usubovun hansı addımlar atacağı maraqla gözlənilir. Cəmil Mirzəyevin hərəkətlərinə ədalətli qiymətin verilməsi Bərdə rayon sakinlərində dövlətə, qanunlara və iqtidara inamı gücləndirə bilər. Əks halda dövlətə, qanunlara və iqtidara olan inam da zəifləyəcək. Ancaq bu dövlət rəsmilərinin qərar verməzdən əvvəl www.youtube.com/watch?v=aSA59qhTNlQ-ə və yaxud da bu sosial şəbəkədə bərdə polisi 13.05.2012 yazmaqla aşkar olunan videoalara nəzər salmaları pis olmaz.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Spero Hospital“da qalmaqal – Baş mühasib dava saldı
4-12-2024, 21:52
Zəngilan şəhərinə ilk köç başlayır: 600 min manatlıq tender - DETALLAR
4-12-2024, 21:42
Qərbin ən iyrənc ssenariləri: Cəsus şəbəkələrinin iştirakı ilə çızılır - AKTUAL
4-12-2024, 21:38
Bakı onu seçdi: İki mühüm coğrafiyaya “qapı” açılır – Qarabağ detalı
4-12-2024, 21:34
"O pulu sizə halal etmirəm" - Əməkdar artist
4-12-2024, 21:10
Həmidə Ömərovadan qalmaqallı xəbərə münasibət - "Mənim adımı niyə verirlər?"
4-12-2024, 21:08
“İran rəsmilərinin Azərbaycan əleyhinə bəyanatları...” - ŞƏRH
4-12-2024, 21:03
Azərbaycan NATO ilə imzaladığı əməkdaşlıq məsələlərinə ciddi yanaşır - RƏY
4-12-2024, 20:39
Bakını hədəfə aldı, özü “vuruldu”: 4 səhvə görə prezidentliyi itirəcək - GƏLİŞMƏ
4-12-2024, 20:36
Rüfət Səfərovun həbsinə nə səbəb olub? - TƏFƏRRÜAT
4-12-2024, 20:31
"Oğlumun qanını yerdə qoymayacağam" - Qətlə yetirilən şəxsin anası
4-12-2024, 20:04
Ermənistanın avantürist çıxışları: İrəliləyişlərin səbəbi... - Bakının konstruktiv yanaşmasıdır
4-12-2024, 20:02
Suriyadakı proses Ukraynada da təkrarlana bilər - Sərdar Cəlaloğlunun TƏHLİLİ
4-12-2024, 19:55
Məmurlar sosial şəbəkələrdən necə istifadə edirlər? – “Bu, onların vəzifə öhdəliyidir”
4-12-2024, 19:53
ABŞ-nin Azərbaycana təcrid siyasəti: OCCPR təşkilatının bağlı olduğu yer USAİD-dir - NƏ BAŞ VERİR?
4-12-2024, 19:30
"Ya oxumağını et, ya da kinoya çəkil..."
4-12-2024, 19:26
“Vətəndaş A”nın dron söhbəti yalan çıxdı - AÇIQLAMA
4-12-2024, 19:23
Rüfət Səfərova HÖKM OXUNDU - 4 aylıq HƏBS və...
4-12-2024, 19:20
Avropa Ukraynanı fəda etmək niyyətində deyil: - həm pul, həm silah, həm də sığınacaq
4-12-2024, 19:15
310 min manatlıq torpaq maxinasiyası... - Keçmiş sədr Ali Məhkəməyə müraciət etdi
4-12-2024, 19:09
Turan ideyasına qarşı yaradılan “gizli əl” - Yeni münaqişə başlaya bilər
4-12-2024, 19:04
Generalın şikayəti təmin edilmədi - QƏRAR
4-12-2024, 19:01
Ermənistan hakimiyyətinə Azərbaycanla müharibə lazım deyil - Paşinyan belə deyir...
4-12-2024, 18:59
Məşhurların adından istifadə edib jurnalist xanımı aldatdılar - ARAŞDIRMA
4-12-2024, 18:56
Bayden Administrasiyasının uğursuz planı: Niyə Səfərov? - Asif Nərimanlı yazır...
4-12-2024, 18:53
Rüfət Səfərova əlavə ittiham verildi: Məhkəmə gedir - TƏFƏRRÜAT
4-12-2024, 18:49
Əsas hədəf yeni “Minsk Qrupu planı”nı işə salmaqdır - Qərb Ermənistanın fəlakətində maraqlıdır
4-12-2024, 18:47
Ədliyyə naziri onu rəis TƏYİN ETDİ - ƏMR
4-12-2024, 14:51
“Ağadadaşı tutdular, 3-5 il verdilər, nə dəyişəcək?” - Şeyxdən xalq artistinin baltalı hücumunu yatıracaq sözlər
4-12-2024, 14:49
"Kənd yumurtası" bahalaşır, sənaye üsulu ilə istehsal olunanlar isə… - BELƏ DAVAM EDƏRSƏ...
4-12-2024, 13:53
Bu rəhbər şəxslərə şiddətli töhmət verildi - ADLAR
4-12-2024, 13:41
"Azpulmat" və "Manato" qaydaya əməl etmir... - Faizlər hələ də yüksəkdir
4-12-2024, 13:20
Xalq artisti Sevinc Heydərovadan 30 min manat tələb edib? - AÇIQLAMA
4-12-2024, 13:16
Rütte Kiyevi hələ səbrli olmağa çağırıb
4-12-2024, 13:07
“Vurulan” məmur və deputatların “sirli” vəzifəsi – Nazirliklərdə “ələkçinin qıl verəni” ştatı
4-12-2024, 13:04
Messi və komanda yoldaşları Bakıya gəlir - GÖRÜŞƏ BİLMƏK ÜÇÜN...
4-12-2024, 13:01
Qanunlar pozulur... aidiyyatı qurumlar görərsə... - BU DA FAKT!
4-12-2024, 12:59
Arabir yağış yağacağı gözlənilir - belə deyirlər...
4-12-2024, 12:57
Gəncə Dövlət Regional Kollecinin direktoru vəzifəsindən azad edilib - ƏMR
4-12-2024, 12:52
"Mediasiya xərclərini ödəmək üçün kifayət qədər vəsaiti olmayan..." - Ekspert danışır...
4-12-2024, 12:48
Azərbaycanda vəzifəli şəxs intihar etdi - TƏFƏRRÜAT
4-12-2024, 12:44
8 min erməni mühasirəyə düşdü: deyirlər, türklərin… - Mesropyan
4-12-2024, 12:38
Tramp qubernatoru Pentaqonun rəhbəri vəzifəsinə təyin edə bilər
4-12-2024, 12:34
Röyal Sarıməmmədova verilən vaxt daralır - İLGİNC FAKTLAR
4-12-2024, 12:28
Qərbi Azərbaycana axır ki, türk vali təyin olundu - AÇIQLAMA
4-12-2024, 12:19
“Kristal Bakı İnşaat” təşkilati-hüquqi formasını dəyişir
4-12-2024, 12:16
Bazarda satılan məhsullar BAHALAŞACAQ – Yeni qərar qüvvəyə minir
4-12-2024, 11:58
Həbs edilən bələdiyyə sədri saxta sənədlər düzəldərək rüşvət alırmış - TƏFƏRRÜAT
4-12-2024, 11:56
Milli Məclisin iclası niyə LƏĞV OLUNDU? - ehtiyac qalmayıb
4-12-2024, 11:54
Şəbnəm QADAĞA QOYDU: - “Həddini bildirirəm”
4-12-2024, 11:49
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru