"Atles Group"u Eldar Mahmudovla nə bağlayır? - ŞOK FAKTLAR
Tarix: 24-03-2016, 17:56 | Çap et
Azərbaycanda milyonları, milyardları təmiz və qanuni yolla qazanmış iş adamı tapmaq samanlıqda iynə tapmaq kimidir. Təsadüfi deyil ki, ölkədə daha çox məmur kapitalizmi ilə üz-üzəyik. Böyük şirkətlər ya məmurların, ya yaxınlarının, ya da onlarla əlbir olanlarındır. Normal biznes mühitinin olmaması heç kimə sirr deyil və bunu bir daha vurğulamağımız təkrarçılıq olsa da, indiki böhran şəraitində xüsusi əhəmiyyət kəsb edir.
Keçmiş MTN naziri Eldar Mahmudovun və onun sağ əli Akif Çovdarovun cinayətkar əməlləri üzə çıxdıqdan sonra bu faktlar bütün cəmiyyəti şoka saldı və bir daha biz yuxarıda qeyd etdiyimiz həqiqətin dəhşəti ilə üz-üzə qaldıq. Unutmayaq ki, mediaya sızan bu cinayətlər hələ baş verənlərin yalnız kiçik bir hissəsidir. Dərinə getdikcə neçə-neçə belə dəhşətli cinayətin izinə düşmüş oluruq.
Bu günlərdə mediada adı idmançılarla bağlı qalmaqalda sıx-sıx hallanan "Altes Group"un adı diqqətimizi çəkdi və Qaynar.info olaraq, şirkət haqqında jurnalist tədqiqatına başladıq. Ortaya çıxan faktlar isə doğrudan da, dəhşətlidir.
Eldar Mahmudovun nazir təyin olunmasından az sonra - 2005-ci ildə yaradılan və sürətlə böyüyən bu şirkət Azərbaycanda tikinti və dərman sektorunun əsas monopolistlərindən biridir.
Holdinq Azərbaycanın ən iri əczaçılıq şirkəti olan "Altes Pharm" (keçmiş "NUR Pharm" ) şirkətindən, "Dr.Lemony" - apteklər şəbəkəsindən, "Nur İnşaaat", "Fərid-İnşaat" kimi tikinti şirkətlərindən, “Altes Construction” memarlıq-mühəndislik şirkətindən, Avropa və Asiya istehsalçılarının tikinti maşınqayırma məhsullarının və materiallarının MDB ölkələrində distrübutorluğunu həyata keçirən “Altes Trade” şirkətindən, Azərbaycan bazarında və ölkə sərhədləri xaricində daşınmaz əmlakın satışı və icarəsi üzrə ixtisaslaşan "Altes Property" şirkətindən ibarətdir.
Holdinqin əsas layihələri Azərbaycan, Rusiya və Qazaxıstanda gerçəkləşib.
Eldar Mahmudovu "Atles Group"la nə birləşdirirdi?
Bu şirkət haqqında araşdırmalara başlamağımıza təkan verən səbəblərdən biri də onun Eldar Mahmudovla yaxınlığının üzə çıxması oldu.
Qeyd etdiyimiz kimi, Atles Group 2005-ci ildə- Eldar Mahmudovun təyinatından az sonra təsis edilib. Təsis edilən zaman bu şirkətə daxil edilən əsas şirkət Rüstəm Abdullayevin rəhbəri olduğu "Nur Pharm" şirkəti olur. Bu şirkət dərman peraparatlarının ölkəyə gətirilməsi və satılması ilə məşğul olurdu. Eldar Mahmudovun dərman biznesi ilə bağları artıq mediada dərc edilən bir çox araşdırmalardan bəlli olduğu üçün üzərində çox dayanmayacağıq. Görünür ki, dərman biznesinə nəzarəti həyata keçirmək üçün məhz "Nur Pharm"a ehtiyacı olub və iş birliyi də bu nöqtədən başlayıb. "Nur Pharm" holdinqə daxil olandan sonra adı dəyişdirilir və "Altes Pharm" qoyulur. Çox keçmir ki, bu şirkət ölkənin ən böyük əczaçılıq şirkətinə çevrilir. Holdinq sürətlə tikinti biznesinə də daxil olur və paytaxtın əsas elit otel, ofis və yaşayış komplekslərini tikməyə başlayır. Holdinq daha sonra Rusiya və Qazaxıstan da böyük tikinti layihlərini icra edir. Qeyd edək ki, Eldar Mahmudovun şər və qorxu imperiyasının hökmranlığı dövründə onun taladığı pullar hesabına qurduğu biznes imperiyasını oğlu Anar Mahmudobv idarə edir. Onun “Caspian Crystal Holding” şikətinin ofisi Bakının Yusif Səfər küçəsi, 33 ünvanında yerləşən “Crystal Plaza”da yerləşirdi.
İndi isə məlum olub ki, “Altes Group” tikinti şirkətinin Bakının Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi, 507 ünvanında inşa etdiyi dəbdəbəli “Altes Plaza” biznes mərkəzinin 20, 21, 22 və 23-cü mərtəbələri də bütövlükdə Mahmudovun oğluna məxsus olub. Ümumi sahəsi 1400 kvadratmetrə yaxın olan bu ofis Anar Mahmudovun əsas ofisi olub. Habelə məlum olub ki, 2014-cü ildə Eldar Mahmudov oğlu ilə birbaşa və qorunan rabitə əlaqəsi saxlamaq üçün Anar Mahmudovun “Altes Plaza”da yerləşən kabinetindəki telefonunu MTN-ə məxsus rabitə qovşağı üzərindən nazirliyin xüsusi rabitə kabellərinə qoşdurub. Və Anar Mahmudovun telefonu atasının MTN-dəki birbaşa rabitə pultuna birləşdirilib. Ötən ilin oktyabrında E.Mahmudovun vəzifədən uzaqlaşdırılmasından sonra A.Mahmudovun həmin ofisində də axtarış aparılıb, onun atası ilə birbaşa rabitə saxladığı telefon aşkar edilərək götürülüb və MTN-in rabitə şəbəkəsindən ayrılıb.
Bu faktı ilk dəfə üzə çıxaran Virtualaz.org saytının araşdırmasında da qeyd olunur ki, əldə etdikləri məlumata görə Eldar Mahmudov “Altes Group” şirkətinə şərik olub, yaxud bu şirkətin biznesinə himayəçilik edib. İstisna deyil ki, mənzillər əslində onun oğluna “haqq” olaraq verilib.
Eldar Mahmudova arxalanan Rüstəm Abdullayev şəriklərinə necə divan tutdu?
"Nur Pharm" şirkətinin rəhbəri olan Rüstəm Abdullayev 2006-cı ildən "Altes Group"un rəhbərliyinə dəvət edilir. Şirkətin səhmlərinin böyük hissəsi- 75 faizi onun və qardaşlarının adına rəsmiləşdirilir. Aşağıda şirkətin pay tərkibini təqdim edirik:
Rüstəm Abdullayev - 25 % Fuad Abdullayev - 25% Adın Abdullayev - 25% Polad Qabulov - 13% Fətəli Novruzəliyev - 11% Digərləri - 1%
Himayəçisinin dəstəyi ilə 2006-cı ildən şirkətin imkanları və gəlirləri fantastik sürətlə artmağa başlayır. Digər payçılarla Rüstəm Abdullayev arasında ara-sıra şəffavlıqla bağlı yaranan mübahisələr 2010-cu ildə pik həddinə çatır. Artıq gəlirlərinin çoxaldığını görən Rüstəm Abdullayev 2008-ci ildə Londona köçür. Burada isə neft fyuçersləri ilə birjalarda oynamağa başlayır. İlk həftədə gündə 30-40 min dollar qazanan Rüstəm Abdullayev şirniklənərək pul qoyuluşlarını artırmağa başlayır. Şərikləri bundan xəbər tutanda onu əməlindən çəkindirməyə çalışsalar da, o heç kimi eşitmir. Daha böyük əməliyyatlara girişmək üçün şəxsi kapitalı olan 1 milyon 280 min ABŞ dollarını, sələm olaraq faizlə götürdüyü külli miqdarda vəsaiti birja əməliyyatlarına yatıran Rüstəm Abdullayev ikinci həftənin sonunda böyük uğursuzluğa düçar olaraq, bütün kapitalı batırır. Bəzi məlumatlara görə Rüstəm Abdullayev ümumilikdə 60 milyon dollar batırır. Yeni pul axtarışları üçün 2011-ci ilin əvvəlində Bakıya qayıdan Rüstəm Abdullayevin ilk işi uduzduğu pulları şirkətin xərclərinə daxil etmək cəhdi olur. Şirkətin əsas payçıları qardaşları olduğu üçün birlikdə 24 faiz paya sahib olan digər payçılar Polad Qabulovla Fətəli Novruzəliyevin müqaviməti ilə üzləşir. Onun niyyətindən xəbər tutan bu şəriklər Rüstəm Abdullayevə mane olmağa çalışırlar. Və əsl kriminal olaylar da bundan sonra başlayır.
Polad Qabulovla Fətəli Novruzəliyev şirkətin aylıq hesabatlarını və paylarına düşən dividentləri tələb etməyə başladıqda isə rədd cavabı alırlar. Bunun ardınca yenidən Londona qayıdan Rüstəm Abdullayev hadisələrin sonrakı gedişini oradan idarə etməyə cəhd edir.
Bu barədə məhkəmə materiallarında yazılır: "Rüstəm Abdullayev oradan qardaşı Fuad Abdullayev, qaynı, mühafizə rəisi Asim Məmmədov, dostu, İdarə Heyətinin üzvü Fəqan Şükürov və şəxsi mühafizəçisi Anar Məmmədovla əlbir olaraq, sənədləri saxtalaşdırmaq, fiziki zor tətbiq etmklə Polad Qabulovla Fətəli Novruzəliyevin əmlaklarını və külli miqdarda pulunu ələ keçirib..."
Belə ki, Rüstəm və qardaşı Fuad Abdullayev belə qənaətə gəlirlər ki, Polad Qabulovla Fətəli Novruzəliyevi öz paylarından imtina etməyə məcbur eləmək üçün onlara fiziki zor tətbiq etmək lazımdır. Londondan qaynı Asim İsgəndərova 00-4475-1100-1010 şəxsi nömrəsindən zəng edən Rüstəm Abdullayev onun vasitəsi ilə Fətəli Novruzəliyevə hücum təşkil etdirir. Asim İsgəndərov isə öz nüvbəsində pul müqabilində bu işə Elməddin Məhərrəmov və Emin Məmmədovu cəlb edir. Bu faktı tərəflərin SMS yazışmaları da təsdiq edir. Bu iki nəfər 2012-ci ilin aprelin 4-də Fətəli Novruzəliyev və həmin vaxt yanında olan qohumu Novruzbek Novruzəliyevə hücum edir və vəhşicəsinə döyürlər. Çoxsaylı bədən xəsarətləri alan zərəçəkənlərin həyatını yalnız ətrafdakıların müdaxiləsi ilə qurtarmaq mümkün olur, hücum edən şəxslər isə aradan qaçırlar.
Daha sonra onlardan biri Bakıda, digəri isə Ukraynada həbs olunaraq məhkəməyə gətirilirlər.
RÜSTƏM ABDULLAYEVİN SMS YAZIŞMASINDAN ÇIXARIŞ:
Fətəli Novruzəliyevin döyülməsinin sifarişini verir
Artıq məsələnin kriminal şəkil aldığını görən narazı payçılar səhmdarlar heyətindən çıxmaq haqqında qərar qəbul edir və onların payına düşən vəsaiti almaq üçün məhkəməyə müraciət edirlər. 2012-ci ilin oktyabrında altı aylıq məhkəmə təhqiqatından sonra Binəqədi rayon Məhkəməsi “ALTES PLAZA”da, “EMERALD PALACE”də və “ACADEMY HOUSE”da mənzillərin satışına həbs qoyur, Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyası və Ali Məhkəmə də göstərilən binalarda yaşayış evlərinin satışına qoyulan qadağanı qüvvədə saxlayır.
Bundan başqa, Nəsimi rayon Məhkəməsi “Altes Group” holdinqin tərkibində olan “Lider EN” MTK-nin fəaliyyəti ilə əlaqədar qərar qəbul edib. Məhkəmə qərarına əsasən, “Lider EN” MTK-nin payçılarından olan Rüstəm Abdullayevə və digər şəxslərə MTK-da qərar qəbul etmək, göstəriş vermək, hər hansı bir hərəkət etmək qadağan edilib.
“Lider EN” MTK-a Bakının C. Məmmədquluzadə küçəsi 998 ünvanında inşa etdiyi “Altes Park” yaşayış kompleksi də eyni taleni yaşayır. Məhkəmə araşdırması zamanı “Lider EN” şirkətinin saxta möhürün mövcud olduğunu aşkar edən hakim məhkəməyə təqdim edilən alqı-satqı müqaviləsini etibarsız elan edir və MTK -nın digər payçısı olan Rüstəm Abdullayevin “Lider EN”-lə bağlı bütün hərəkətlərinə qadağa qoyur.
Holdinqin “Altes Plaza”, “Emerald Palace” və “Akademy House” yaşayış komplekslərindəki mənzillərinə də məhkəmə həbs qoyur.
Amma 2013-cü ildə "sirli əl" dövriyyəyə girir, "Atles Group"la bağklı bütün məhkəmə mübahisələri Binəqədi Rayon Məhkəməsində konkret bir hakimə yönəldilir, vəziyyət 360 dərəcə dəyişir. Hadisələrin sonrakı gedişi də onunla nəticələnir ki, şəriklər təzyiq və hədələrə dözməyərək, Azərbaycanı tərk etmək zorunda qalırlar.
Əldə etdiyimiz məlumatlara görə, onlardan biri hazırda Dağıstanda. digəri isə Dubayda olur. Qaynar.info olaraq hər iki şəriklə əlaqə qurmağa və mövzu ilə bağlı yeni faktları ortaya çıxmğa çalışırıq.
Öz növbəsində Rüstm Abdullayev də Eldar Mahmudovun oğlu kimi artıq Azərbaycanda yaşamır, onun hələ də Londonda məskən saldığı və artıq İngiltərə pasportu daşıdığı bildirilir. Şirkəti isə şəxsi asistenti, indi isə artıq İcraçı direktor olan Ramil Mirheydərov və Abdullayevin dostu Fəqan Şükürov idarə edir. Yeri gəlmişkən, artıq Abdullayevin qardaşları və dostları da Almaniya, Türkiyə və Britaniya vətəndaşlığı alıblar. "MTN qalmaqalı"ından sonra ölkəni tərk edən Abdullayevlər indi özlərinə yeni himayəçi axtarışına çıxmış və müəyyən şəxslərin adından istifadə etməyə başlayıblar. Onların rəsmi Facebook səhifəsini incələdikdə də bunun bir daha şahidi olmaq mümkündür.
Mövzunu diqqətdə saxlayacağıq. Araşdırmalarımız davam edir...
Qaynar.info
Vergilər Nazirliyinin yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin İstintaq idarəsində "Nur-İnşaat" MMC barəsində 152980849 nömrəli cinayət işi aparılır.
2012-ci ildən bu günə gədər Altes Qrupuna daxil olan "NUR İNŞAAT MMC" və "FƏRİD İNŞAAT MMC" şirkətlərinin üzərindən HƏBS götürülməməsinə baxmayaraq İşlər öz axarı ilə gedir, mənzillər və obyektlər satılır.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Bölgələrdə bahalaşan əmlak... - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 08:29 |
|
|
|
• Xətai məhkəməsindən daha bir ABSURD... - DETALLAR
Bu gün, 08:25 |
|
|
|
• 35 şirkətin rəhbəri həbs edildi - Bu vəzifəlilərlə əlbir imiş
Bu gün, 08:18 |
|
|
|
• Bu şəxslər aliment ödəməyə bilər - AÇIQLAMA
Bu gün, 07:36 |
|
|
|
• Türkiyə-Azərbaycan münasibətlərində nələr baş verir? - GƏLİŞMƏ
Bu gün, 07:33 |
|
|
|
• Bakıdan İrəvana qayıdan erməni nələr danışdı? – Gözlənilməz etiraf
Bu gün, 06:27 |
|
|
|
• Ədalət Verdiyev əslində niyə həbs olundu? - yetərincə bilgili biri idi, amma...
Bu gün, 06:23 |
|
|
|
• Bu məhsulların satışı ciddi problemlərə yol açır -Ekspertdən çağırış
Bu gün, 00:28 |
|
|
|
• Kommunizmə qayıdırıq?: Parlamentdə təklif... - "Kolxoz və sovxozlar yaradılsın"
Bu gün, 00:24 |
|
|
|
• Azərbaycanın xalq artisti vəfat etdi
Bu gün, 00:19 |
|
|
|
• Dövlət qurumu "Atasığorta"nı seçdi
Bu gün, 00:05 |
|
|
|
• “İpək Yolu Sığorta”nın səhmdarlarının yığıncağı - KEÇİRİLƏCƏK
Bu gün, 00:02 |
|
|
|
• Elşənlə Ozanın serialı bu tarixdə yayımlanacaq
Dünən, 23:59 |
|
|
|
• Ermənistanda naməlum şəxs qumbara partlatmaq istəyib - FOTO
Dünən, 23:56 |
|
|
|
• Bakıda qadınları təqib edən gənc oğlan həbs edildi... - Məhəlləyə "nəzarət" edirmiş
Dünən, 23:53 |
|
|
|
• Qazaxıstandan Azərbaycanla bağlı mühüm açıqlama
Dünən, 23:46 |
|
|
|
• Prezident İlham Əliyev Donald Trampa zəng edib
Dünən, 23:39 |
|
|
|
• 70 kiloqram qızılla saxlanılan hərbi attaşe DTX-də həbs edilib - TƏFƏRRÜAT
Dünən, 23:36 |
|
|
|
• Putin bu ölkəni pay-püş edir: - Vaşinqton və Varşava plana şərikdir?
Dünən, 21:35 |
|
|
|
• Duda İrəvanda: Azərbaycan sərhədinə gələcək - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 21:30 |
|
|
|
• "3-4 min manat tələb olunur, əgər bu davam etsə..." - Deputat SƏNƏDSİZ EVLƏRDƏN danışdı
Dünən, 21:27 |
|
|
|
• "Qardaşım "ləyaqətsiz vərəsə" kimi məni məhkəməyə verib" - Tanınmış aktrisa
Dünən, 20:18 |
|
|
|
• 145 saylı məktəbdən NARAZILIQ - İstilik yoxdur, uşaqlar xəstələnsə, kim cavab verəcək?
Dünən, 20:13 |
|
|
|
• Xəstəxanalardakı “qəssab”lara bıçağı kim verir? – Nazirlik diplomsuz həkim sualından yayındı
Dünən, 19:32 |
|
|
|
• Bakıda NATO nümayəndə heyəti ilə görüş keçirilib
Dünən, 19:18 |
|
|
|
• Dollara rekord tələbat – Ekspertlər deyirlər ki...
Dünən, 19:02 |
|
|
|
• Dezinformasiyanın qarşısını hansı yollarla almaq olar? - Qərb mediası və Azərbaycan...
Dünən, 18:58 |
|
|
|
• Bakı metrosunda yeni qatarları 1 milyon manata bu şirkət – TƏMİR EDƏCƏK
Dünən, 18:56 |
|
|
|
• Elza Seyidcahanın iddiasına nazirlikdən CAVAB
Dünən, 18:39 |
|
|
|
• Bakıda aktrisa şikayət etdi, xanım prodüserə cinayət işi açıldı - TƏFƏRRÜAT
Dünən, 18:35 |
|
|
|
• Xırdalanda eyni şirkətə 3 ayda 4-cü tender verildi - Bu dəfə 1,8 milyon manat..
Dünən, 18:34 |
|
|
|
• Qorxu filmlərini xatırladan UNİVERSİTET – Tərk edilmiş binanın aqibəti necə olacaq?
Dünən, 18:31 |
|
|
|
• Bəlli dairələrin murazı gözündə qaldı, nəticələr var
Dünən, 18:25 |
|
|
|
• Türkiyə-Azərbaycan sərhəddində 20 KİLOMETRLİK TIXAC... - Naxçıvan rəhbərliyi səbəbindən...
Dünən, 18:18 |
|
|
|
• Əbu-Dabidə “Şuşa günləri” keçiriləcək – 182 min manat ayrıldı
Dünən, 18:09 |
|
|
|
• Üç qüvvə birləşdi – Paşinyanın planı nədir?
Dünən, 18:05 |
|
|
|
• Azərbaycanın sabiq deputatı olan general məhkəməyə verildi - DETALLAR
Dünən, 18:03 |
|
|
|
• Gəncə Dövlət Tibb Kollecində RÜŞVƏT İDDİASI - Havayı yerə oxumayın..
Dünən, 18:01 |
|
|
|
• Hərbi ekspert Ədalət Verdiyev həbs edilib - ŞOK TƏFƏRRÜAT
Dünən, 17:58 |
|
|
|
• “Salyan Oil Limited” YAŞILLIĞA QƏNİM KƏSİLDİ VƏ... - 25 MİNLİK CƏZA
Dünən, 17:55 |
|
|
|
• “Gələcəyini Qur!” təhsil təqaüdünü qazanmış abituriyentlərlə “Veysəloğlu Şirkətlər Qrupu”nda görüş keçirildi - FOTO
Dünən, 17:44 |
|
|
|
• COP29-da Azərbaycan tarixi nəticə əldə etdi - MƏQALƏ
Dünən, 17:41 |
|
|
|
• Qənirə Ataşovanın hesabı silindi - SƏHİYYƏ MAFİYASINI ifşa etmişdi...
Dünən, 17:39 |
|
|
|
• Bakıda tiktoker qızdan ŞOK ƏMƏL: kişini tapıb ayağından öpdürdü - VİDEO
Dünən, 17:27 |
|
|
|
• Boşanan qadına əxlaqsızlıq təklif edildi, əri və qardaşı... - TƏFƏRRÜAT
Dünən, 17:20 |
|
|
|
• Deputat qohumunu işdən çıxarıb öz xanımını təyin etdi - DETALLAR
Dünən, 17:13 |
|
|
|
• Keşmiş işçici ilə KTN arasında QALMAQAL
Dünən, 17:12 |
|
|
|
• Azərbaycanlı müğənnnilərin FANTASTİK YENİ İL QİYMƏTLƏRİ
Dünən, 17:09 |
|
|
|
• Ölkəmizin iqlim diplomatiyasında uğuru - İsrafil Kərimovun yazısı
Dünən, 17:04 |
|
|
|
• Bələdiyyələr avtomobillərdən əmlak vergisi alacaq? – Deputatın təklifinə REAKSİYA
Dünən, 17:02 |
|
|
|
|