Mikayıl Cabbarovun rəhbərliyi altında "pripiska"... - Zəngilan təhsilinin saxta “uğurları”...
Tarix: 30-03-2016, 12:00 | Çap et
Bu gün Zəngilan RTŞ-də hökm sürən özbaşınalıq, rəhbərlik tərəfindən tətbiq olunan avtoritar idarə üsulu və bu zaman sərgilənən səriştəsizlik Təhsil Nazirliyi tərəfindən tətbiq olunan bütün yeniliklərin və inkişafa aparacaq başlanğıcların beşiyindəcə boğulmasına səbəb olur. Bu kimi iddialar Zəngilan orta təhsil müəssisələrinin hazırda fəaliyyət göstərdikləri regionlardan, xüsusilə Bakı və Sumqayıt şəhərlərindən, eləcə də Abşeron rayonunun Masazır qəsəbəsindən bizimdovr.az-a daxil olan məlumatlarda irəli sürülür. Bildirilir ki, Zəngilan RTŞ-nin müdiri Zakir İbrahimovun həyata keçirdiyi son dərəcə yarıtmaz kadr siyasəti, orta məktəb direktorlarının təyinatı məsələsində rəhbər tutduğu şəxsi maraq meyarları nəticə etibarı ilə rayonun bir çox təhsil müəssisələrində anarxiyanın hökm sürməsinə rəvac verir. Buna misal kimi, bir müddət əvvəl aldığımız açıqlamada Zəngilanın paytaxt Bakıda müvəqqəti yerləşən məktəblərindən birində direktorun bütün kollektivin gözü qarşısında əsil xuliqanlıq hərəkətinə yol verməsindən, tabeliyində olan şəxsləri döyərək onlara yüngül xəsarətlər yetirməsindən bəhs olunmuşdu. Bununla belə, Zakir İbrahimov yenə də həmin direktorun öz vəzifəsində qalması üçün israr etmişdi. Məhz elə buna görə də, aldığımız çoxsaylı məlumatlarda artıq neçə müddətdir ki, Zəngilan təhsilinin acınacaqlı durumu barədə açıqlamalar təqdim olunur. Qeyd etmək lazımdır ki, bu xüsusda mənbələr istər ümumilikdə RTŞ-nin fəaliyyətini, istərsə də ayrı-ayrılıqda götürülmüş bəzi Zəngilan məktəblərində müşahidə olunan vəziyyəti olduqca qeyri-qənaətbəxş qiymətləndirirlər. İlk növbədə bizimdovr.az-a təqdim olunan məlumatlarda bildirilir ki, şöbədə rüşvət ayaq açıb yeriyir. Elə cari dərs ilinin başlanmasından az öncə aldığımız məlumatlara görə də, Zakir İbrahimov rayon üzrə orta məktəblərdə hələ sentyabrın 15-dən bir qədər əvvəl pul yığımına start vermişdi. Məlumatlarda bu yığımın əsasən Zakir İbrahimov tərəfindən rayon məktəblərinə 500-1000 manat məbləğində aylıq “haqq” təyin olunması yolu ilə həyata keçirildiyi bildirilirdi. İddialara görə, bu məbləğlərin böyük bir hissəsi müəllimlərin aylıq maaşlarından 10-20 manat tutularaq toplanır. Məbləğin çatışmayan hissəsi isə, şagirdlərdən yığılan vasait hesabına təmin olunur. Təbii ki, bu vəziyyət təhsil prosesinə təsirsiz ötüşə bilməz. Aldığımız məlumatlarda da təsdiq olunur ki, bu gün Zəngilanın təhsil müəssisələrində tədrisin keyfiyyəti olduqca aşağı səviyyədədir. Mənbələr iddia edirlər ki, Zəngilan RTŞ-nin fəaliyyətində Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 14 may tarixli 67 nömrəli qərarı ilə təsdiq olunmuş “Dövlət büdcəsindən maliyələşən təlim-tərbiyə və təhsil müəssələrinin yaradılması, genişləndirilməsi, yenidən təşkili və ləğv edilməsi qaydaları”nın tələblərinə əməl olunmur. Külli miqdarda dövlət vəsaitlərinin mənimsənilməsinə yol açan qanun pozuntularına isə, şöbənin işində addımbaşı rast gəlmək olur. O cümlədən Zakir İbrahimov tərəfindən rəvac verilən qeyri-qanuni əmək haqlarının yazılması, məktəbdənkənar müəssisələrdə əlavə qrupların yaradılması, ödəniş dərəcələrinin düzgün müəyyən edilməməsi, siniflərdə qəsdən komplektləşmə aparılmaması və digər bu kimi hallar olduqca böyük məbləğlərin silinməsinə şərait yaratmaqdadır. Həmçinin bizimdovr.az-a verilən açıqlamalarda vurğulanır ki, Zakir İbrahimovun öz işində yol verdiyi ciddi qanun pozuntuları səbəbindən, bu gün işğal altında olan Zəngilanın təhsili getdikcə tənəzzülə uğrayır. Gerçəklik bundan ibarətdir ki, bu gün respublikanın hər yerinə səpələnmiş Zəngilan təhsil müəssisələrində fəaliyyət arzuolunan səviyyədən xeyli aşağıdır. Həm şagirdlərin, həm də müəllimlərin davamiyyəti ürəkaçan deyildir. Zəngilan təhsilinin aktivinə yazılan uğurların çoxu isə, artıq dəfələrlə qeyd olunduğu kimi, “legioner şagird transferi” maxinasiyaları hesabına reallaşdırılan saxta göstəricilərin təzahürlərindən başqa bir şey deyil.
Qarşı tərəfin də məsələyə münasibətini öyrənməyə hazırıq.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Bölgələrdə bahalaşan əmlak... - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 08:29 |
|
|
|
• Xətai məhkəməsindən daha bir ABSURD... - DETALLAR
Bu gün, 08:25 |
|
|
|
• 35 şirkətin rəhbəri həbs edildi - Bu vəzifəlilərlə əlbir imiş
Bu gün, 08:18 |
|
|
|
• Bu şəxslər aliment ödəməyə bilər - AÇIQLAMA
Bu gün, 07:36 |
|
|
|
• Türkiyə-Azərbaycan münasibətlərində nələr baş verir? - GƏLİŞMƏ
Bu gün, 07:33 |
|
|
|
• Bakıdan İrəvana qayıdan erməni nələr danışdı? – Gözlənilməz etiraf
Bu gün, 06:27 |
|
|
|
• Ədalət Verdiyev əslində niyə həbs olundu? - yetərincə bilgili biri idi, amma...
Bu gün, 06:23 |
|
|
|
• Bu məhsulların satışı ciddi problemlərə yol açır -Ekspertdən çağırış
Bu gün, 00:28 |
|
|
|
• Kommunizmə qayıdırıq?: Parlamentdə təklif... - "Kolxoz və sovxozlar yaradılsın"
Bu gün, 00:24 |
|
|
|
• Azərbaycanın xalq artisti vəfat etdi
Bu gün, 00:19 |
|
|
|
• Dövlət qurumu "Atasığorta"nı seçdi
Bu gün, 00:05 |
|
|
|
• “İpək Yolu Sığorta”nın səhmdarlarının yığıncağı - KEÇİRİLƏCƏK
Bu gün, 00:02 |
|
|
|
• Elşənlə Ozanın serialı bu tarixdə yayımlanacaq
Dünən, 23:59 |
|
|
|
• Ermənistanda naməlum şəxs qumbara partlatmaq istəyib - FOTO
Dünən, 23:56 |
|
|
|
• Bakıda qadınları təqib edən gənc oğlan həbs edildi... - Məhəlləyə "nəzarət" edirmiş
Dünən, 23:53 |
|
|
|
• Qazaxıstandan Azərbaycanla bağlı mühüm açıqlama
Dünən, 23:46 |
|
|
|
• Prezident İlham Əliyev Donald Trampa zəng edib
Dünən, 23:39 |
|
|
|
• 70 kiloqram qızılla saxlanılan hərbi attaşe DTX-də həbs edilib - TƏFƏRRÜAT
Dünən, 23:36 |
|
|
|
• Putin bu ölkəni pay-püş edir: - Vaşinqton və Varşava plana şərikdir?
Dünən, 21:35 |
|
|
|
• Duda İrəvanda: Azərbaycan sərhədinə gələcək - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 21:30 |
|
|
|
• "3-4 min manat tələb olunur, əgər bu davam etsə..." - Deputat SƏNƏDSİZ EVLƏRDƏN danışdı
Dünən, 21:27 |
|
|
|
• "Qardaşım "ləyaqətsiz vərəsə" kimi məni məhkəməyə verib" - Tanınmış aktrisa
Dünən, 20:18 |
|
|
|
• 145 saylı məktəbdən NARAZILIQ - İstilik yoxdur, uşaqlar xəstələnsə, kim cavab verəcək?
Dünən, 20:13 |
|
|
|
• Xəstəxanalardakı “qəssab”lara bıçağı kim verir? – Nazirlik diplomsuz həkim sualından yayındı
Dünən, 19:32 |
|
|
|
• Bakıda NATO nümayəndə heyəti ilə görüş keçirilib
Dünən, 19:18 |
|
|
|
• Dollara rekord tələbat – Ekspertlər deyirlər ki...
Dünən, 19:02 |
|
|
|
• Dezinformasiyanın qarşısını hansı yollarla almaq olar? - Qərb mediası və Azərbaycan...
Dünən, 18:58 |
|
|
|
• Bakı metrosunda yeni qatarları 1 milyon manata bu şirkət – TƏMİR EDƏCƏK
Dünən, 18:56 |
|
|
|
• Elza Seyidcahanın iddiasına nazirlikdən CAVAB
Dünən, 18:39 |
|
|
|
• Bakıda aktrisa şikayət etdi, xanım prodüserə cinayət işi açıldı - TƏFƏRRÜAT
Dünən, 18:35 |
|
|
|
• Xırdalanda eyni şirkətə 3 ayda 4-cü tender verildi - Bu dəfə 1,8 milyon manat..
Dünən, 18:34 |
|
|
|
• Qorxu filmlərini xatırladan UNİVERSİTET – Tərk edilmiş binanın aqibəti necə olacaq?
Dünən, 18:31 |
|
|
|
• Bəlli dairələrin murazı gözündə qaldı, nəticələr var
Dünən, 18:25 |
|
|
|
• Türkiyə-Azərbaycan sərhəddində 20 KİLOMETRLİK TIXAC... - Naxçıvan rəhbərliyi səbəbindən...
Dünən, 18:18 |
|
|
|
• Əbu-Dabidə “Şuşa günləri” keçiriləcək – 182 min manat ayrıldı
Dünən, 18:09 |
|
|
|
• Üç qüvvə birləşdi – Paşinyanın planı nədir?
Dünən, 18:05 |
|
|
|
• Azərbaycanın sabiq deputatı olan general məhkəməyə verildi - DETALLAR
Dünən, 18:03 |
|
|
|
• Gəncə Dövlət Tibb Kollecində RÜŞVƏT İDDİASI - Havayı yerə oxumayın..
Dünən, 18:01 |
|
|
|
• Hərbi ekspert Ədalət Verdiyev həbs edilib - ŞOK TƏFƏRRÜAT
Dünən, 17:58 |
|
|
|
• “Salyan Oil Limited” YAŞILLIĞA QƏNİM KƏSİLDİ VƏ... - 25 MİNLİK CƏZA
Dünən, 17:55 |
|
|
|
• “Gələcəyini Qur!” təhsil təqaüdünü qazanmış abituriyentlərlə “Veysəloğlu Şirkətlər Qrupu”nda görüş keçirildi - FOTO
Dünən, 17:44 |
|
|
|
• COP29-da Azərbaycan tarixi nəticə əldə etdi - MƏQALƏ
Dünən, 17:41 |
|
|
|
• Qənirə Ataşovanın hesabı silindi - SƏHİYYƏ MAFİYASINI ifşa etmişdi...
Dünən, 17:39 |
|
|
|
• Bakıda tiktoker qızdan ŞOK ƏMƏL: kişini tapıb ayağından öpdürdü - VİDEO
Dünən, 17:27 |
|
|
|
• Boşanan qadına əxlaqsızlıq təklif edildi, əri və qardaşı... - TƏFƏRRÜAT
Dünən, 17:20 |
|
|
|
• Deputat qohumunu işdən çıxarıb öz xanımını təyin etdi - DETALLAR
Dünən, 17:13 |
|
|
|
• Keşmiş işçici ilə KTN arasında QALMAQAL
Dünən, 17:12 |
|
|
|
• Azərbaycanlı müğənnnilərin FANTASTİK YENİ İL QİYMƏTLƏRİ
Dünən, 17:09 |
|
|
|
• Ölkəmizin iqlim diplomatiyasında uğuru - İsrafil Kərimovun yazısı
Dünən, 17:04 |
|
|
|
• Bələdiyyələr avtomobillərdən əmlak vergisi alacaq? – Deputatın təklifinə REAKSİYA
Dünən, 17:02 |
|
|
|
|