“Oğurluq edib, adımıza ləkə gətirirlər”- Gövhər Həsənzadə kimləri hədəfə aldı? .....                     Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib .....                     Danimarka gələn il Ukraynanın hərbi sənayesinə .....                     Ağsaqqal və ağbirçəklər “TikTok” - da niyə oynayır? .....                     İldırımzadə ilə bağlı yarım milyonluq cinayət işi .....                     Xaricdən 68 qəpiyə alınan “qreçka”nı marketlər neçəyə satır? .....                     Buldozerlə kürünən "Kubinka"... .....                     Nazir Elmir Quliyevi GÖRƏVDƏN ALDI .....                     Sülh danışıqları: İrəvan son şansı da itirə bilər .....                     Hava soyuyur.., CƏNAB BAŞÇI,.. TƏLƏSİN! .....                     "Kürd Elnur" məhkəməyə çıxarılacaq .....                     Paytaxt rayonlarında qış mövsümünə hazırlıq işləri müzakirə olunub .....                     Qərbin hərbi yardımlarının hədəfi .....                     Dövlətin pulu ilə xaricdə hansı mütəxəssislər hazırlanır? .....                     “Rabitəbank” bu ailənin mənzilini əlindən alır .....                     Zviad Qamsaxurdiyanın oğlu Gürcüstanın prezidenti ola bilər .....                     Tramp üç ölkəyə xəbərdarlıq edib .....                     “ŞaurmaN1” həqiqətləri: işçilər gerçəkləri dilə gətirir .....                     “Sako” ləqəbli tiktoker həbs edilib .....                     Elza Seyidcahanın şeirləri dərsliyə salınıb? .....                     Bakı ilə İrəvan dekabrda danışıqları bərpa edəcək .....                     İsrailin Baş Qərargah rəisi gözlənilmədən Britaniyaya gedib .....                     Səs-küylü işlərə baxan hakim təqaüdə göndərildi .....                     Azərbaycanda taksi qiymətləri 19% bahalaşıb .....                     “Milla”nın rəhbərinin direktor olduğu 13 milyonluq şirkət .....                     Şimşək çaxacağı ehtimalı var .....                     Marsda su ilə bağlı .....                     Gürcüstanda prezident seçkilərinin vaxtı bilinib .....                     Azərbaycandan milyonlarla pul çıxaran biznesmenlər TUTULDU .....                     Həbs edilən hərbi attaşe bu akademikin qardaşıdır .....                     ARB-nin 5 mərtəbəli studiya binası hansı məmura məxsusdur .....                     Elnur Abdullayev borcları qaytarmaq üçün çabalayır .....                     “Məktəb direktoru” olan Xalq artistinə TƏZYİQ: .....                     Pənah Hüseynin partiyasına dövlət pul ayırıb .....                     Əhməd Əhmədovdan yeni xəbər .....                     Əgər Berbok Azərbaycanı “danlayırsa”, deməli... .....                     Univermağın 70 min manata yaxın pulunu mənimsəyərək “Tik-Tok”da xərcləyib .....                     "3 ildir nazirə və nazirliyə çoxsaylı müraciətlər ünvanlasaq da... .....                     Paşinyanın “hər şeyi unudaq” və Bakıya güzəşt təklifinin sirri .....                     İranda Azərbaycanın tibb sahələri üzrə verdiyi diplomlar qəbul edilmir .....                 

Bu istiqamətdə milyonlar xırıd edilib - İTTİHAM VAR
Tarix: 13-10-2016, 11:06 | Çap et
Bu istiqamətdə milyonlar xırıd edilib
Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 132 kilometrlik Bakı-Gəndob hissəsində yolun inşası zamanı podratçıların işinə nəzarətin zəif olması nəticəsində yol verilən konstruktiv səhvlər, o cümlədən layihədə nəzərdə tutulmuş ərazilərdə qrunt sularının ötürülməsi üçün drenaj sistemin pis tikilməsi və ya ümumiyyətlə olmaması, həmçinin avtomobil yolu ilə əsasən Qubadan Bakı şəhərinə doğru olan istiqamətdə normadan artıq yüklənmiş yük maşınlarının hərəkəti nəticəsində yolun monolit-beton örtüyündə çatlar və dağılmış hissələr yaranıb. Bu isə haqlı olaraq vətəndaşlar tərəfindən narazılıqla qarşılanır, avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətində problemlərə gətirib çıxarır.

Ziya Məmmədov Bakı-Quba-Rusiya avtomobil yolunun 30 il davam gətirəcəyini bəyan etmişdi, lakin…

«Azəravtoyol» ASC-nin hazırda sözügedən ərazidə təmir-tikinti işlərinə start verdiyini vurğulayan məlumatlı şəxsin Gundelik-Baku.com-la paylaşdığı informasiyaya əsasən bu, o deməkdir ki, Bakı-Quba-Rusiya avtomobil yolunun yenidən təmirinə dövlət büdcəsindən təkrarən külli miqdarda vəsait ayrılacaq. Halbuki əvvəlki adı «Azəryolservis», indiki adı isə «Azəravtoyol» olan ASC nəqliyyat naziri Ziya Məmmədovun tabeliyində olduğu dönəmlərdə, daha dəqiq desək, 2008-ci ildə tikintisinə başlanılan sözügedən yolun tam istifadəyə verilməsi üçün büdcədən nə az, nə çox düz 545 milyon 287 min 800 manat xərclənmişdi. Lakin həmin vaxtdan etibarən bu yol bir neçə dəfə dağılıb, beton üzlüklər sökülüb. Nəzərinizə çatdıraq ki, həmin vaxt nəqliyyat naziri Ziya Məmmədov Bakı-Quba-Rusiya avtomobil yolunun 30 il davam gətirəcəyini bəyan etmişdi. Görünən odur ki, nəqliyyat naziri əbəs yerə şişirtməyə yol verib. Məsələnin maraqlı tərəfi ondadır ki, həm Nəqliyyat Nazirliyi, həm də «Azəryolservis» indiyədək sözügedən yolun dağılma səbəbini məhz iritonnajlı yük avtomobilləri ilə əlaqələndirib. Halbuki ekspertlər bunun tam əksini iddia edirlər.

Bu məsələdə cavabdeh şəxsləri müəyyənləşdirmək, mühakimə etmək, dəmir barmaqlıqlar arasına göndərmək lazımdır

Məsələn, böyük vəsait xərclənərək tikilən yolun belə tez sıradan çıxmasını həyata keçirilən keyfiyyətsiz işlə əlaqələndirən nəqliyyat üzrə ekspert Ərşad Hüseynovun sözlərinə görə, reallıq budur ki, həmin yol artıq dağılıb, həqiqətən də müəyyən hissələrində hərəkət etmək çox təhlükəlidir. Ekspert hesab edir ki, yolun tikintisinə başlamazdan öncə hər şey planlaşdırılmalıdır: «Tikinti bu gün yox, gələcək nəzərə alınmaqla tikilməli idi. Bundan başqa, Bakı-Rusiya sərhəd yolunun strateji əhəmiyyəti düşünülməli idi. Bu, beynəlxalq əhəmiyyətli yoldur, Avropa avtomagistralları siyahısına salınıb. Ona görə də yüksək keyfiyyətlə tikilməli idi. «Ağır tonnajlı avtomobillər yolu sıradan çıxarıb» iddiası isə bəhanədən başqa bir şey deyil. Görünən odur ki, yol başdansovdu tikilib. Bunun üçün xüsusi araşdırmalara da ehtiyac yoxdur. Amma araşdırma aparılsa, biabırçılıq meydana çıxar. Bunu sözlə ifadə etmək çətindir. Bir neçə il əvvəl həmin yolun tikintisinə külli miqdarda vəsait xərcləndi. Hesab edirəm ki, məsələdə cavabdeh şəxsləri, vəsaitlərin xərcləndiyi yerləri müəyyənləşdirmək, mühakimə etmək, dəmir barmaqlıqlar arasına göndərmək lazımdır ki, digərlərinə də dərs olsun».

Yolun 1 kilometrini 15 milyon manata tikirlər və onun keyfiyyəti, davamlılığı barədə heç bir öhdəlik götürən yoxdur

Bu arada, yeni tikilən avtomobil yollarının keyfiyyətinə gəlincə, iqtisadçılar da bu sahədə ciddi problemlərin olduğunu bəyan edirlər. Onlar hesab edirlər ki, iqtisadiyyatda bütün layihələr “fayda-xərc prinsipi”nə əsaslanmalıdır. Yəni əgər avtomobil yolları yaşayış məntəqələrindən kənarda çəkilirsə, bu layihələrin xərci də azalır. Bundan başqa, ekspertlərin sözlərinə görə, dünyanın ən inkişaf etmiş ölkələrindən olan ABŞ-da yol tikmək istəyən şirkət yolun keyfiyyəti ilə bağlı konkret öhdəliklər götürür. Bizdə isə yolun 1 kilometrini 15 milyon manata tikirlər və onun keyfiyyəti, davamlılığı barədə heç bir öhdəlik götürən yoxdur. Məsələn, Bakı-Quba-Rusiya avtomobil yolunun tikintisinə başlanıldığı vaxt nəqliyyat naziri Ziya Məmmədov bu yolun 30 il davam gətirəcəyini bildirsə də, ortada bunu təsdiqləyən rəsmi sənəd-filan yoxdur. Yəni nazirin bu barədə dedikləri mətbuatda işıqlandırılsa da, telekanallar vasitəsi ilə nümayiş olunsa da, nə o, nə də bir başqası həmin yolun 30 il davam gətirəcəyinə dair hər hansı sənədə qol çəkib. Niyə? Çünki Ziya Məmmədov özü də çox gözəl bilir ki, onun tabeçiliyi altında fəaliyyət göstərən “Azəryolservis” ASC-nin tikdiyi yola 30 il zəmanət vermək sadəlöhvlükdən başqa bir şey deyil…

Deyilənlərə görə, beton yolun tikintisində istifadə olunmaq üçün nəzərdə tutulan armatur toxunmalar satılıb və yol adi beton qarışıqla inşa olunub

Bir qədər öncə də qeyd etdiyimiz kimi, Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun tikintisinə ümumilikdə 545 milyon 287 min 800 manat xərclənib. Həmin vəsaitin 281 milyon 861 min 800 manatı Bakı-Quba Rusiya dövlət sərhədi avtomobil yolunun 120 kilometrlik hissəsinin təmirinə sərf olunub. Yerdə qalan 263 milyon 426 min manata isə 180 kilometr uzunluğunda beton örtüklü avtomobil yolu tikilib. Ekspertlərin fikrincə, həmin yolda yaranan problemlər məhz nəqliyat naziri Ziya Məmmədovun yol verdiyi nöqsanlar ucbatından ola bilər. Beləliklə, nəqliyyat nazirinin 30 il zəmanət verdiyi yol artıq tamamilə sıradan çıxmaq üzrədir. Buna görə də sözügedən yolun dağılma səbəblərini öyrənmək məqsədilə müvafiq dövlət qurumları, əsasən də hüquq-mühafizə orqanları tərəfindən tədqiqatın aparılmasının vacibliyini vurğulayan məlumatlı şəxsin Gundelik-Baku.com-la paylaşdığı bilgilərdə deyilir ki, bu kimi hallarda nəzarət, hüquq-mühafizə, prokurorluq orqanları, maliyyə auditi ilə məşğul olan qurumları cəlb etməklə tədqiqatlar aparmaq olar: «Ümumiyətlə, müəyyən olunmuş normalara riayət etməyənlər kimliyindən asılı olmayaraq qanunla sərt şəkildə cəzalandırılmalıdır. Lakin nədənsə Bakı-Quba Rusiya dövlət sərhədi avtomobil yolunun tikintisinə məsuliyyət daşıyanlar, bu məqsədlə dövlət büdcəsindən ayrılan vəsaitləri xərcləyənlər barəsində hələ müvafiq cəzə tədbirlərinə baş vuran olmayıb. Artıq hər kəsə bəllidir ki, açılışdan bir il sonra bu yolda iri çatlar əmələ gəldi. Bəziləri yolun çökəcəyini proqnozlaşdırsalar da, rəsmi qurumlar və tikintini həyata keçirən Nəqliyyat Nazirliyi yolda heç bir problemin olmadığını dedilər. Belə ki, Nəqliyyat Nazirliyi beton plitələrdə əmələ gələn çatları adi bir yoldakı çatlar kimi qiymətləndirdi. Amma hadisədən bir neçə ay sonra yol qəfil çökməyə başladı. Çökmələr əsasən yolun Bakı-Sumqayıt istiqamətində başlandı. Bir ay ərzində həmin ərazidə yol tam yararsız vəziyyətə düşdü. Hadisədən xəbər tutan Nəqliyyat Nazirliyi yolun bir hərəkət hissəsini bağlayıb orada təmirə başladılar. Çökən hissələr qazıldı, yolun beton döşəməsinin altına armatur toxunmalar tikildi və sonradan ərazi yenidən betonlandı. Bu əməliyyat yolun çökmüş və çökməkdə olan 15-20 yerində aparıldı. Deyilənlərə görə, sonradan məlum oldu ki, beton yolun tikintisində istifadə olunmaq üçün nəzərdə tutulan armatur toxunmalar satılıb və yol adi beton qarışıqla inşa olunub. Buna görə də yol hərəkət edən ağırtonluq yük maşınlarına tab gətirməyib çöküb».

Bakı-Quba yolu sanki Türmənistanın səhralarını xatırladır

Bakı-Quba yolunun sanki Türmənistanın səhralarını xatırlatdığını deyən mənbə bildirir ki, yolun əsasən Sumqayıt istiqamətində vəziyyət daha da acınacaqlıdır: «İş o yerə çatıb ki, sürət həddi saatda 110 km/saat olan yolda heç 50 km/saat-la belə, hərəkət etmək mümkün deyil. Çünki yol çökdüyündən çala-çuxurlar əmələ gəlib. Avtomobillər həmin çalalara düşdükdə ciddi zədə alır. Sakinlər də təsdiqləyərlər ki, Bakı-Quba yolunun "Beş barmaq" deyilən ərazisindən keçən hissəsində ümumiyyətlə hərəkət etmək mümkün deyil. Orada elə bir vəziyyət yaranıb ki, hətta bu yolun beton layihəli yol olmasını sübut edən heç nə qalmayıb. Beton örtüyü tam dağılan yolu yağış suları daha da bərbad vəziyyətə salıb, yol palçıqdan keçilməz vəziyyətə düşüb. Bunun məsuliyyəti isə birbaşa nəqliyyat naziri Ziya Məmmədovun üzərinə düşür. Deyilənlərə görə, dəyəri milyarda çatan layihənin ömrünün niyə bu qədər qısa olmasını müəyyənləşdirmək üçün Ziya Məmmədovla «AST Telman» ləqəbilə tanınan Telman İsmayılovun bir neçə il öncə toyda lentə alınmış video görüntülərinə nəzər yetirmək kafidir. Həmin videoda aydın şəkildə görünür ki, nəqliyyat naziri və onun yaxın adamları toyda paçka-paçka pulları havaya sovururlar. Kim bilir, bəlkə də həmin pulların arasında Bakı-Quba yolunun inşasına ayrılan vəsaitdən də bir pay var…»

Mövzu ilə əlaqədar qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.
(Ardı var...)











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Oğurluq edib, adımıza ləkə gətirirlər”- Gövhər Həsənzadə kimləri hədəfə aldı? - VİDEO
Bu gün, 15:57
Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib
Bu gün, 15:54
Danimarka gələn il Ukraynanın hərbi sənayesinə 1,4 milyard dollar ayıracaq
Bu gün, 15:15
Ağsaqqal və ağbirçəklər “TikTok” - da niyə oynayır? - Psixoloq səbəbləri açıqladı
Bu gün, 15:13
İldırımzadə ilə bağlı yarım milyonluq cinayət işi - TƏFƏRRÜAT
Bu gün, 15:09
Xaricdən 68 qəpiyə alınan “qreçka”nı marketlər neçəyə satır? - SİYAHI
Bu gün, 15:02
Buldozerlə kürünən "Kubinka"... - "Özümüzü öldürmək həddinə çatmışıq"
Bu gün, 14:59
Nazir Elmir Quliyevi GÖRƏVDƏN ALDI - ƏMR
Bu gün, 14:57
Sülh danışıqları: İrəvan son şansı da itirə bilər - İNCƏLƏMƏ
Bu gün, 14:55
Hava soyuyur.., CƏNAB BAŞÇI,.. TƏLƏSİN! - NARAZILIQ VAR...
Bu gün, 14:53
"Kürd Elnur" məhkəməyə çıxarılacaq
Bu gün, 14:49
Paytaxt rayonlarında qış mövsümünə hazırlıq işləri müzakirə olunub - FOTO
Bu gün, 14:43
Qərbin hərbi yardımlarının hədəfi BƏLLİDİR
Bu gün, 14:02
Dövlətin pulu ilə xaricdə hansı mütəxəssislər hazırlanır? - Deputata cavab
Bu gün, 14:00
“Rabitəbank” bu ailənin mənzilini əlindən alır - TƏFƏRRÜAT
Bu gün, 13:58
Zviad Qamsaxurdiyanın oğlu Gürcüstanın prezidenti ola bilər
Bu gün, 13:14
Tramp üç ölkəyə xəbərdarlıq edib
Bu gün, 13:10
“ŞaurmaN1” həqiqətləri: işçilər gerçəkləri dilə gətirir - VİDEO
Bu gün, 13:03
“Sako” ləqəbli tiktoker həbs edilib
Bu gün, 13:01
Elza Seyidcahanın şeirləri dərsliyə salınıb? - DƏRSLİKLƏRİMİZDƏKİ PROBLEM
Bu gün, 13:00
Bakı ilə İrəvan dekabrda danışıqları bərpa edəcək - KİV
Bu gün, 12:56
İsrailin Baş Qərargah rəisi gözlənilmədən Britaniyaya gedib
Bu gün, 12:52
Səs-küylü işlərə baxan hakim təqaüdə göndərildi - FOTO
Bu gün, 12:50
Azərbaycanda taksi qiymətləri 19% bahalaşıb – Rəsmi
Bu gün, 12:48
“Milla”nın rəhbərinin direktor olduğu 13 milyonluq şirkət “maya”sını azaldır
Bu gün, 12:42
Şimşək çaxacağı ehtimalı var - belə deyirlər...
Bu gün, 12:40
Marsda su ilə bağlı YENİ SÜBUT
Bu gün, 12:38
Gürcüstanda prezident seçkilərinin vaxtı bilinib
Bu gün, 12:35
Azərbaycandan milyonlarla pul çıxaran biznesmenlər TUTULDU - ŞOK FAKTLAR
Bu gün, 12:31
Həbs edilən hərbi attaşe bu akademikin qardaşıdır – 70 kiloqram qızıl beynəlxalq qaçaqmalçı şəbəkənin olub?
Bu gün, 12:24
ARB-nin 5 mərtəbəli studiya binası hansı məmura məxsusdur - İLGİNC...
Bu gün, 12:12
Elnur Abdullayev borcları qaytarmaq üçün çabalayır – “Kontakt”ın məhkəmə çəkişmələri rekord səviyyədədir...
Bu gün, 12:08
“Məktəb direktoru” olan Xalq artistinə TƏZYİQ: - “Məni söyürlər”
Bu gün, 12:04
Pənah Hüseynin partiyasına dövlət pul ayırıb - MƏBLƏĞ
Bu gün, 12:03
Əhməd Əhmədovdan yeni xəbər - Heç kəs şikayət vermədi
Bu gün, 11:52
Əgər Berbok Azərbaycanı “danlayırsa”, deməli... – Markov
Bu gün, 11:51
Univermağın 70 min manata yaxın pulunu mənimsəyərək “Tik-Tok”da xərcləyib – MƏHKƏMƏ
Bu gün, 11:37
"3 ildir nazirə və nazirliyə çoxsaylı müraciətlər ünvanlasaq da... - heç bir cavab verilmir"
Bu gün, 11:36
Paşinyanın “hər şeyi unudaq” və Bakıya güzəşt təklifinin sirri - qorxusu bu imiş...
Bu gün, 11:34
İranda Azərbaycanın tibb sahələri üzrə verdiyi diplomlar qəbul edilmir - Canlarının QƏDRİNİ BİLİRLƏR...
Bu gün, 11:30
Kənd yolunun təmiri üstündə dava qanla nəticələndi - MƏHKƏMƏ
Bu gün, 11:29
Mirzoyan gülünc duruma düşdü: - Hələ təyin olunmayan naziri təbrik etdi
Bu gün, 11:26
Paşinyan Akopyanı Dövlət Gəlirləri Komitəsinin rəhbəri təyin etdi
Bu gün, 11:24
Bakıda keçmiş rəis həbs edildi - FOTO
Bu gün, 11:20
Həkimlərin "gözəllik əməliyyatı": Ülviyyə İlyasovanı kim öldürüb? - ARAŞDIRMA
Bu gün, 11:18
Evli ola-ola qız qaçıran şəxsin meyiti BAQAJDAN ÇIXDI - TƏFƏRRÜAT
Bu gün, 11:14
Nəcəflinin Talıbovdan ƏXZ ETDİKLƏRİ... - "Onların adlarını pul yazıb, ciblərinə qoyurlar"
Bu gün, 11:11
Ədalət Verdiyevin həbsinin səbəbləri: Ehtiyatsızlıq, yoxsa qanun pozuntusu? - AKTUAL
Bu gün, 11:06
Salyanda sakinlər BUNA GÖRƏ NARAZIDIR... - "...yola daş-çınqıl tökməkdən beziblər"
Bu gün, 11:04
"Medianı “trol” yığnağı ilə hörmətsiz edən o məmur..." - MÜSAHİBƏ
Bu gün, 11:00
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru