"Qərb və müttəfiqləri Ermənistan vasitəsilə .....                     Avropa Parlamentinin “erməni sevgisi”: .....                     Yekun sülhdən danışmaq çətindir .....                     Azad Qaraqoyunlu kəndi ərazisində ağacəkmə aksiyası davam etdirilir .....                     İsrailin növbəti hədəfi Xameneyidir .....                     Bakının üç şərti, İrəvanın iki istəyi var: Proses sürətləndi .....                     İrana NÖVBƏTİ HÜCUM: .....                     Cəbhədə yeni oyunçular: Çin Ukraynaya qoşun yeridir? .....                     Bakı aeroportu payız-qış uçuş cədvəlinə keçir .....                     Zaur Mikayılovdan yeni təyinat .....                     Aİ İsraillə bağlı məsləhətləşmələr aparır .....                     "Verilişimə nə Vəfanı, nə də Şəbnəmi çağırmayacağam" .....                     Bidzina İvanişvili: "Xarici agentura qalib gəlsə, müharibə olacaq" .....                     Qapını açmadı, əlil sərnişini döydü .....                     Feyziyev indi də Naxçıvanın TENDERXANASINDA... .....                     “Müxalifətin qalib gələcəyi halda .....                     “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə əlaqədar “Ağacəkmə aksiyası” keçirilib .....                     94 yaşlı ahıl qadını qapı-qapı gəzdirdilər... .....                     Qərb Gürcüstan hökumətinə xəbər göndərib: .....                     Azərbaycanla bağlı kritik təmas: .....                     Azərbaycanın qarşısında HİNDİSTAN MANEƏSİ .....                     Paşinyan hakimiyyəti üçün ciddi risk .....                     Avropa Parlamentinin qəbul etdiyi son qətnamə də... .....                     Tanınmış aparıcı ailə həyatı qurdu: .....                     Azərbaycan beynəlxalq münasibətlərdə çoxtərəflilik prinsipinin fəal tərəfdarıdır .....                     Gürcüstanda hər iki tərəf öz qələbəsinə əmindir .....                     Əliyevlə görüşdən sonra toplandılar .....                     Xoşqədəmin çağırışı Gürcüstanı qarışdırdı: “Üzr istəsin” .....                     Qonşu qadını döyüb, qızını öldürən şəxsə cəza verildi: .....                     Tərtərdə "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində ümumrayon ağacəkmə aksiyası keçirilib .....                     Əminə Yusifqızı haqqına yayılan xəbərləri YALANLADI: .....                     Paşinyandan geri addım: .....                     “İçi çürük adamlar mənəm-mənəm deyir” .....                     “NATO ölkələri BRİCS-in “qapılarını döyür”, amma...” .....                     Əməkdar artist özünə BAHALI MAŞIN aldı .....                     Bakıda genişmiqyaslı iməcilik keçirilib .....                     Təmiz kərə yağı istehsal etsək, 30 manata olacaq .....                     Qiyamətə qədər sürəcək SAVAŞ... .....                     Cəbrayılda yük maşını qaçıran șəxslər saxlanılıblar .....                     Gülənin dəfnindəki sirli adamlar .....                 

Qazax-Konserv ASC ətrafında yeni qalmaqal - NARAZILIQ VAR...
Tarix: 14-10-2016, 10:50 | Çap et
Qazax-Konserv ASC ətrafında yeni qalmaqal
Xatırlayırsınızsa, hələ bir neçə il bundan öncə Qazax konserv zavodunun bağlanması respublika səviyyəsində səs-küylü qalmaqalla müşahidə olunmuşdu. Bu barədə ölkə mətbuatına təqdim olunan məlumatlarda isə, zavodun əmlakının talan olunması, milyon manatlarla vəsaitlərin mənimsənilməsinə dair iddialar ortaya qoyulmuşdu. Zavod fəaliyyətini dayandıranda Dövlət Əmlak Komitəsi tərəfindən o vaxtkı pulla 9 milyard 250 milyon manat dəyərində qiymətləndirilib. 460 işçisi olan müəssisənin avadanlıqları, o cümlədən tutumu 50 ton olan şərab termosları xaricə satılıb. Zavodun bütün əmlakı talan edilib. O dövrdə konserv zavodunun direktoru Firdovsi Hadıyev adlı şəxs olub. Zavodun hüquqşünası Kərəm Əhmədov məsələ ilə bağlı 1995-2000-ci illər arasında baş prokuror Eldar Həsənova müraciət edib. O zaman dövlət əmlakının dağıdılması ilə bağlı barələrində cinayət işi açılan şəxslər sonradan amnistiyaya düşüblər. Bir müddət sonra isə, bu qalmaqal ətrafında yaşanan ehtiraslar getdikcə soyudu və nəticə olaraq, mövzu mətbuatın da gündəmindən düşdü. Amma görünür bu müəssisənin, daha dəqiq desək zavodun keçmiş direktoru Firdovsi Hadıyevin “qismətində” yenidən gündəmə gəlmək varmış. Əlbəttə ki, milyon manatlarla vəsaitləri mənimsəmək, sonradan heç bir şey olmayıb kimi yenidən, həm də məhz talan etdiyin zavodun bazasında başqa bir müəssisə açıb fəaliyyətə başlamaq və nəticə etibarı ilə özünə diqqət cəlb etməmək mümkün deyil. Hətta yeni yaratdığın müəssisənin adını gizli saxlamağa nə qədər cəhd etsən də...

Amma gəlin olub-bitənlərlə mənbənin təqdim etdiyi məlumatlardan tanış olaq. Belə ki, dünən redaksiyamıza müraciət etmiş Qazax sakini Nəsibova Sevda Akif qızı həm Firdovsi Hadıyev, həm də onun yaxın ətrafı, şərikləri barədə olduqca maraqlı açıqlamalar təqdim etmişdir. Qeyd edək ki, Sevda Nəsibova görkəmli saz ifaçısı, əməkdar incəsənət xadimi Aşıq Ədalətin gəlinidir. Beləliklə, öz ərizəsində Sevda Nəsibova yazır: “Bu gün Qazaxda Firdovsi Hadıyev və onun şəriki, mənim şikayətçi olduğum Abid Məmmədov sözün əsil mənasında yenidən at oynadırlar. Nəyə görə yenidən? Çünki hələ təxminən 10-15 il bundan əvvəl də Firdovsi Hadıyevin rayonda qılıncının hər iki üzü kəsirdi. O zaman Firdovsi Hadıyev Qazax konserv zavodunun direktoru idi. Sonra zavodu talan etdiyinə, əmlakı satıb pullarını mənimsədiyinə görə barəsində cinayət işi də açıldı. Sonradan bəxtimi gətirdi, ya necə oldusa aministiyaya düşdü. Yəni, sudan quru çıxa bildi. Bu gün isə, həmin mənimsədiyi pulların hesabına, elə köhnə konserv zavodunun yerindəcə özünə yeni müəssisə, MMC yaradıb. Amma bu müəssisənin adı rayonda heç kəsə bəlli deyil. Məlumat var ki, Firdovsi Hadıyev vergi ödəmələri ilə törətdiyi çoxsaylı maxinasiyalar, büdcəyə vergi ödənişlərindən yayınmalar kimi halları ört-basdır etmək məqsədilə bu müəssisənin adını gizli saxlamağa çalışır. Həm də bir çox digər məsələlərdən fərqli olaraq, bu adı gizli saxlamağı bacarır da. Amma onun rəhbərlik etdiyi müəssisədə nə işlə məşğul olması, hətta şəxsi həyatı ilə biznesini də bir-birinə qatması barədə Qazax sakinlərinə çox şey məlumdur. Məsələn, rayonda hamı bilir ki, Firdovsi Hadıyev öz həyat yoldaşını rəsmi olaraq boşayıb və katibəsi ilə yeni ailə qurub. Bununla belə, köhnə həyat yoldaşının da maddi təminatı yenə də onun boynundadır. Həmçinin hamı bilir ki, Firdovsi Hadıyev yeni həyat yoldaşının atasını öz şirkətinə sürücü vəzifəsinə işə götürüb və bu da sadəcə kağız üzərindədir. Amma bu təfərrüatlar dediyim kimi, onun şəxsi həyatına aiddir. Biznesə gəlincə isə, Firdovsi Hadıyevin rəhbərlik etdiyi müəssisə hazırda gəc, əhəng, alçı (şpatlyovka) və sairə bu kimi tikinti materialları istehsalı ilə məşğuldur. Bu məqsədlə həmin müəssisədə Qazaxın Daş Salahlı kəndi ərazisində yerləşən Avey dağından gətirilən daşlardan xammal kimi istifadə olunur. Qeyd edim ki, müəssisənin biznesi kifayət qədər gəlir gərisə də, Firdovsi Hadıyev dövlət tərəfindən sahibkarlığın inkişafı üçün ayrılan kreditlərlə müxtəlif maxinasiyalar həyata keçirməkdən də çəkinmir. Bu barədə müəssisənin daxilində olan şəxslər məlumat verirlər. Müəssisədə istehsal olunan məhsullara gəlincə isə, onların satışı əsasən Bakıda həyata keçirilir. Yeri gəlmişkən, məhz bu yönümdə Firdovsi Hadıyevin yaxın dostu Abidin şərikliyi onun karına gəlir.

Qeyd edim ki, mənim şikayətçi olduğum həmin bu Abid Məmmədovun bu günkü var-dövlətinin, zənginliyinin mənşəyi Firdovsi Hadıyevdə olduğundan bir qədər fərqlidir. Yəni son nəticə etibarı ilə, bu dostların hər ikisi haram maya ilə öz bizneslərini qursalar da, Abidin birdən-dirə böyük bir müəssisəni talayıb varlanmaq imkanı olmayıb. Bunun əvəzində isə, o, mənim kimi ayrı-ayrı vətəndaşları aldatmaq və onların pullarını ələ keçirmək yolunu tutub. Təxminən 10-12 il bundan əvvəl, Abid heç də indiki kimi zəngin deyildi. O zaman müəyyən işləri görmək və ayağa qalxmaq üçün o, başqa-başqa insanlardan borc almaq məcburiyyətində idi. O cümlədən, 2005-ci ildə Abid bir gün bizə də belə bir xahişlə müraciət etdi (o zaman rəhmətlik həyat yoldaşım da həyatda idi). Həm də təklif etdi ki, onun quracağı biznesdə bizim də payımız olacaq. Fikirləşdik ki, dolanışığımıza kömək olar. Buna görə də əlimizdə olub-qalanı yığıb verdik Abidə. Olub qalanımız isə, 3500 manat nəğd pul, 2500 manatlıq qızıl-zinyət əşyaları və o zaman hələ qiyməti olan “QAZ-31” markalı avtomobil idi. Dediyim kimi, bütün bunları yığıb verdik Abidə. Artıq aradan 11 il keçib. Bu gün Abid artıq çox zəngin olmağı bacarıb. Hazırda onun nəzarətində tikinti işləri ilə məşğul olan şirkətlər var. Qazaxda ən bahalı binaların inşaatını da o həyata keçirir. Məndə olan məlumata görə, təkcə Qazaxda deyil, Bakıda da Abidin şirkətləri tikinti aparırlar. Məsələn, Təhsil Nazirliyinin və Səhiyyə Nazirliyinin inşaat işlərinə dair sifarişlərinin də çox hissəsini məhz Abidin şirkətləri həyata keçirir. Bundan başqa isə, Abid Məmmədov (və ya onun şirkətləri) hər iki nazirliyin keçirdiyi satınalmalar üzrə tenderlərə də mütəmadi olaraq qatılır. Həm də davamlı olaraq bu tenderlərdə qalib olur. Buna görə də, Təhsil Nazirliyinin və Səhiyyə Nazirliyinin tabeliyində olan müəssisələrə çeşidli mal-materialların, müxtəlif məhsul və avadanlıqların satışını da məhz Abid Məmmədov həyata keçirir. Hətta bəzi məlumatlara görə, Abid “Kral” adlı ət məhsullarını (sosiska, kolbasa və sairə) istehsal edən müəssisəyə də şərikdir. Amma bütün bunların müqabilində bu şəxs aradan artıq 11 il keçməsinə baxmayaraq, bu gün də mənim pulumu qaytarmaq istəmir. Hətta həyat yoldaşımın rəhmətə getməsindən sonra da Abid Məmmədov insafa gəlib, artıq tənha qadın olduğumu nəzərə alıb borcumu qaytarmadı. Qazaxda isə, bu gün nə Abid Məmmədova, nə də Firdovsi Hadıyevə heç kim gözün üstə qaşın var deyə bilmir. Çünki bu şəxslər, xüsusən də Firdovsi Hadıyev bəzi yüksək vəzifəli dövlət məmurlarının, hətta ölkə prokurorunun adından elə məharətlə sui-istifadə edir, özünü bu şəxslərin yaxın adamı kimi elə qələmə verir ki, nəticədə hamı onlardan çəkinir. Mənim kimi kimsəsiz, arxasız insanları isə, bunlar heç hesaba da almırlar. Buna görə də mən nəhayət bütün bu olanları ictimailəşdirib, mətbuat vasitəsilə ölkə rəhbərliyinin diqqətinə çatdırmaq istədim. Çox ümid edirəm ki, bundan sonra müvafiq orqanlar bu problemin həllində mənə köməklik göstərəcəklər.”

Öz tərəfimizdən qeyd edək ki, bizdə olan məlumata görə, Qazaxda fəaliyyət göstərən və konserv zavodu kimi tanınan müəssisənin tam adı Qazax-Konserv ASC (VÖEN 4200005531)-dir. Lakin məhz bu müəssisənin Firdovsi Hadıyevin hazırda rəhbərlik etdiyi şirkət olub-olmadığına dair dəqiq məlumatımız yoxdur. Digər tərəfdən də, Firdovsi Hadıyevə məxsus şirkətin tikinti materiallarının istehsalı ilə məşğul olması bu müəssisənin çoxprofilli olmasından xəbər verir. Bunu da qeyd edək ki, əldə etdiyimiz məlumatlarda Firdovsi Hadıyevin həmçinin Gəncə sement zavodu ilə də sıx əlaqələrinin olduğu, eləcə də hazırda bu zavodun Firdovsi Hadıyevə 300000 (üç yüz min) manat civarında borcu olduğu da bildirilir.

Hər halda bütün bu məsələlərə qarşı tərəfin də münasibətini öyrənmək çox maraqlı olardı.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Qərb və müttəfiqləri Ermənistan vasitəsilə Azərbaycanı təzyiq altında saxlamaq məqsədi güdür"
Bu gün, 19:10
Avropa Parlamentinin “erməni sevgisi”: - “Siyasi riyəkarlığın platforması”
Bu gün, 19:02
Yekun sülhdən danışmaq çətindir - HƏQİQƏTƏN DƏ...
Bu gün, 19:00
Azad Qaraqoyunlu kəndi ərazisində ağacəkmə aksiyası davam etdirilir - FOTO
Bu gün, 18:56
İsrailin növbəti hədəfi Xameneyidir - Şok iddia
Bu gün, 16:28
Bakının üç şərti, İrəvanın iki istəyi var: Proses sürətləndi - AKTUAL
Bu gün, 16:17
İrana NÖVBƏTİ HÜCUM: - Bu dəfə terrorçular...
Bu gün, 16:12
Cəbhədə yeni oyunçular: Çin Ukraynaya qoşun yeridir? - GƏLİŞMƏ
Bu gün, 16:09
Bakı aeroportu payız-qış uçuş cədvəlinə keçir - DİQQƏT
Bu gün, 16:05
Zaur Mikayılovdan yeni təyinat - ƏMR
Bu gün, 15:55
Aİ İsraillə bağlı məsləhətləşmələr aparır - TASS
Bu gün, 15:41
"Verilişimə nə Vəfanı, nə də Şəbnəmi çağırmayacağam"
Bu gün, 15:21
Bidzina İvanişvili: "Xarici agentura qalib gəlsə, müharibə olacaq" - "Keçmə, namərd körpüsündən"...
Bu gün, 15:18
Qapını açmadı, əlil sərnişini döydü - Bakıda avtobus sürücüsü cəzalandırıldı
Bu gün, 15:09
Feyziyev indi də Naxçıvanın TENDERXANASINDA... - Talıbovun dövründə oralarda görünməmişdi...
Bu gün, 15:07
“Müxalifətin qalib gələcəyi halda Rusiya Gürcüstanı Ukraynaya çevirə bilməyəcək...”
Bu gün, 14:59
“Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə əlaqədar “Ağacəkmə aksiyası” keçirilib - FOTO
Bu gün, 14:50
94 yaşlı ahıl qadını qapı-qapı gəzdirdilər... - NARAZILIQ VAR...
Bu gün, 14:48
Qərb Gürcüstan hökumətinə xəbər göndərib: - “Seçkidən sonra…”
Bu gün, 14:32
Azərbaycanla bağlı kritik təmas: - Hakan Fidan açıq danışdı
Bu gün, 14:30
Azərbaycanın qarşısında HİNDİSTAN MANEƏSİ - AÇIQLAMA
Bu gün, 14:11
Paşinyan hakimiyyəti üçün ciddi risk - İNCƏLƏMƏ
Bu gün, 14:02
Avropa Parlamentinin qəbul etdiyi son qətnamə də... bu məqsədə xidmət edir
Bu gün, 14:00
Tanınmış aparıcı ailə həyatı qurdu: - “Çox xoşbəxtəm, çünki...”
Bu gün, 13:59
Azərbaycan beynəlxalq münasibətlərdə çoxtərəflilik prinsipinin fəal tərəfdarıdır - MƏQALƏ
Bu gün, 13:50
Gürcüstanda hər iki tərəf öz qələbəsinə əmindir
Bu gün, 13:43
Əliyevlə görüşdən sonra toplandılar - “Joqovurd”
Bu gün, 13:39
Xoşqədəmin çağırışı Gürcüstanı qarışdırdı: “Üzr istəsin” - DETALLAR
Bu gün, 13:34
Qonşu qadını döyüb, qızını öldürən şəxsə cəza verildi: - "Səhər durdum gördüm ölüb..."
Bu gün, 13:23
Tərtərdə "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində ümumrayon ağacəkmə aksiyası keçirilib - FOTO
Bu gün, 13:15
Əminə Yusifqızı haqqına yayılan xəbərləri YALANLADI: - “Ölsəm qəfil öləcəm, xəstə olmayacam”
Bu gün, 13:09
Paşinyandan geri addım: - “Referendum olmayacaq”
Bu gün, 13:00
“İçi çürük adamlar mənəm-mənəm deyir” - Əməkdar artist
Bu gün, 12:53
“NATO ölkələri BRİCS-in “qapılarını döyür”, amma...” - Hərbi analitik
Bu gün, 12:47
Əməkdar artist özünə BAHALI MAŞIN aldı - VİDEO
Bu gün, 12:45
Bakıda genişmiqyaslı iməcilik keçirilib - FOTO
Bu gün, 12:38
Təmiz kərə yağı istehsal etsək, 30 manata olacaq - BÖHRAN VAR...
Bu gün, 12:35
Qiyamətə qədər sürəcək SAVAŞ... - ŞƏRH
Bu gün, 12:25
Cəbrayılda yük maşını qaçıran șəxslər saxlanılıblar
Bu gün, 12:23
Gülənin dəfnindəki sirli adamlar – Onları mərasimə kim göndərib?
Bu gün, 12:20
“Apo hazırda heç bir dəyəri olmayan zavallı bir adamdır” - REAKSİYA
Bu gün, 12:19
Dağlıq ərazilərdə qar yağacağı ehtimalı var - belə deyirlər...
Bu gün, 12:16
Fransa terrorçulara və ekstremistlərə belə "hami"lik edir - TƏFƏRRÜAT
Bu gün, 12:15
Türkiyə Ermənistanla sərhədlərini açmayacaq - Sülh sazişi imzalanmasa...
Bu gün, 12:00
“Avropa İttifaqı mini-Çindir” - Tramp
Bu gün, 11:58
“İrana hücumda 100-dən çox İsrail təyyarəsi iştirak edib” – JPost
Bu gün, 11:56
Keçirilən aksiyalar paytaxtın ekoloji durumunu daha da yaxşılaşdıracaq - FOTO
Bu gün, 11:47
"Real Ermənistan Bakı, artsax və Naxçıvandan başlayır...” -Paşinyan getsə, belələri gələcək...
Bu gün, 11:36
Yeni HƏBS DALĞASI - Qanun sərtləşdirilsə də...
Bu gün, 11:32
Seymur Verdizadə baş redaktorluqdan getdi
Bu gün, 11:21
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru